Məhkəmə qərarları › İş №2-1(105)-379/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-379/2021

07.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-379/2021 07.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Hökümə Çingiz qızı Babayeva və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, İddiaçı, Üçüncü şəxs X2 və nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Quba rayonu Alekseyevka bələdiyyəsinə qarşı Quba rayonu Alekseyevka bələdiyyəsinin 30 sentyabr 2019-cu il tarixli 09 saylı qərarının ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 274/2021 saylı 18 mart 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Quba rayonu Alekseyevka bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Quba rayonu Alekseyevka bələdiyyəsinin 30 sentyabr 2019-cu il tarixli 09 saylı qərarının etibarsız hesab edilməsinə dair qərarın çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Quba rayonu Alekseyevka bələdiyyəsinin 30 sentyabr 2019-cu il tarixli 09 saylı qərarının ləğv edilməsi barədə qərar çıxaılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Quba rayonu Alekeyevka bələdiyyəsinin 30 sentyabr 2019-cu il tarixli 09 saylı qərarı ilə Alekseyevka bələdiyyəsinin mülkiyyətində olan “yaşayış məntəqələrinin torpaqları kateqoriyalı” ümumi sahəsi 400.0 kv m torpaq sahəsi Timiryazev kənd sakini X1. Bələdiyyə tərəfindən göstərilən torpaq sahəsi satılarkən qanunvericiliyin tələbləri kobud surətdə pozulmuşdur. Belə ki, həmin ərazi iddiaçının evinə yaxın ərazidə yerləşdiyindən o, dəfələrlə bələdiyyəyə müraciət edərək göstərilən torpaq sahəsinin ona satılmasını xahiş etmişdir. Lakin bələdiyyə heç bir əsas olmadan torpağı ona satmaqdan imtina etmişdir. Halbuki, iddiaçı həmin kəndin sakini olduğundan torpağı hərracdan kənar almaq hüququna malik olmuşdur. Bələdiyyə isə həmin ərazini hərrac və ya müsabiqədən kənar qaydada başqa kəndin sakini olan B.Rüstəmova satmışdır. Bununla bağlı həmin bələdiyyə qərarı ləğv edilməlidir. Cavabdeh iddia ərizəsinə yazılı etirazını məhkəməyə təqdim etməmişdir. Üçüncü şəxs iddiaya etirazını onunla əsaslandırmışdır ki, mübahisələndirilən torpaq sahəsi ona satılarkən boş sahə olmuş və heç kimin istifadəsində olmamışdır. Torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuşdur, həmin torpaq sahəsinin ona satılması zamanı hər hansı qanun pozuntusuna yol verilməmiş və heç kimin hüquqlarına toxunulmamışdır. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-274/2021 saylı 18 mart 2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim V.Əzizova). Həmin qərardaddan iddiaçı apelyasiya şikayəti verərək, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-274/2021 saylı 18 mart 2021-ci il tarixli qərardadının ləğv edilməsini və iddianın mümkün sayılmasını xahiş etmişdir. apelyasiya şikayətinin dəlilləri: Məhkəmənin araşdırması yanlışdır, belə ki, sözügedən torpaq sahəsi evə bitişikdir, aralarında heç bir məsafə yoxdur və həmin ərazi meşə, çay və digər təbiət mənzərəli yerdir. Həmçinin sözügedən torpaq sahəsi qanunsuz olaraq satılmadan əvvəl həmin ərazidən istirahət məqsədilə istifadə etmişlər. tərəflərin izahatları: Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı üçüncü şəxs X5 və nümayəndəsi X6 apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçını və üçüncü şəxsi, onun nümayəndəsini dinləyərək, iş materiallarını araşdıraraq, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, apelyasiya şikayətinin təmin edilməməsi, qərardadın dəyişdirilmədən qüvvədə saxlanılması nəticəsinə gəlir. Belə ki, hazırki işin hallarından görünür ki, İddiaçı məhkəmədən Quba rayonu Alekseyevka bələdiyyəsinin 30 sentyabr 2019-cu il tarixli 09 saylı qərarının ləğv edilməsini xahiş etmişdir: Birinci instansiya məhkəməsi iddianı mümkün saymamış və hesab etmişdir ki, torpaq sahəsi iddiaçının evinin yaxınlığında yerləşsə də, mübahisəli torpaq sahəsi onun evinə bitişik yerləşmir və aralarında kifayət qədər məsafə vardır, hazırki mübahisəni qaldırmaq üçün iddiaçı subyektiv hüquqa malik deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşır. İş materiallarından görünür ki, Quba rayon Alekseyevka bələdiyyəsinin 30.09.2019-cu il tarixli 09 saylı qərarı ilə 400 kv m torpaq sahəsinin bələdiyyənin mülkiyyətinə alınması proseduruna başlanmışdır. Bundan sonra 07.03.2020-ci il tarixdə təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsi cavabdeh bələdiyyə orqanı tərəfindən üçüncü şəxs X1 və sonuncu torpaq sahəsi üzərində mülkiyyət hüququ əldə etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbində göstərilən 30.09.2019-cu il tarixli qərar mübahisə predmeti ola bilməz. Həmin qərarla yalnız bələdiyyə torpaq sahəsi üzərində özünün mülkiyyət hüququnun qeydə alınması üçün prosedurlara başlanılması barədə qərar qəbul etmiş və daha sonra alqı-satqı müqaviləsi əsasında torpağı Bədrəddin Rüstəmova satmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı Qərarında qeyd edilir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-274/2021 saylı 18 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-274/2021 saylı 18 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: ünvan 2zibati Kollegiyasına (ünvan: AZ 1025, ünvan 3ə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar