Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-379/2022 22.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı2, Maraqlı şəxsin nümayəndəsi X8 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2, X13, X10, X11 və Nəbiyeva (Müslümova) Gülbahar Yavər qızının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “1.95 ha torpaq sahənin yerində naturada təhkim aktı ilə tanıdılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 10 mart 2022-ci il tarixli, 2-1(118)- 216/2021 nömrəli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İddiaçılar İddiaçı1, İddiaçı2, X13, X10, X11 və Nəbiyeva (Müslümova) Gülbahar Yavər qızı cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1.95 ha torpaq sahənin yerində naturada təhkim aktı ilə tanıdılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər. İŞ ÜZRƏ QƏBUL OLUNMUŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat Sumqayıt İnzibati Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2-1(118)-216/2021 nömrəli qərarı ilə iddia təmin edilmiş, Quba rayonunun Qaraçay kəndində yerləşən ümumi sahəsi 1,95 ha olan torpaq sahəsinin yerinin naturada təhkim aktı ilə tanıdılması vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Qərar qanuni qüvvəyə minmiş və icra edilmişdir. 17 fevral 2022-ci il tarixdə Maraqlı şəxs vəsatətlə birinci instansiya məhkəməsinə müraciət edərək, onun üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi, Sumqayıt İnzibati Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2-1(118)-216/2021 nömrəli qərarının ləğv edilərək iş üzrə icraatın təzələnməsini xahiş etmişdir. Maraqlı şəxs vəsatəti onunla əsaslandırmışdır ki, Sumqayıt İnzibati Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2-1(118)-216/2021 nömrəli qərarı onun qanunla qorunan maraqlarına toxunur. Belə ki, qərarın qəbul edilməsinə əsas olmuş ekspert rəyi ilə iddiaçının torpaq sahəsinin sərhədləri müəyyən edilmiş, lakin nəticədə onun torpaq sahəsinin bir hissəsi iddiaçıların torpaq sahəsi kimi göstərilmişdir. Halbuki, daha əvvəl İddiaçı2 ona qarşı zəbt edilmiş torpaq sahəsinin boşaldılması barədə iddia ilə məhkəməyə müraciət etmiş və həmin mübahisə ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 27 mart 2019-cu il tarixli mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən İddiaçı2 və digərlərinin ümumi birgə mülkiyyətində olan Quba rayonu, Qaraçay kəndində yerləşən 0,727 ha torpaq sahəsi RX seriyalı ******* nömrəli çıxarışa əsasən Maraqlı şəxs mülkiyyətində olan Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,6486 ha torpaq sahəsi ilə üst-üstə düşmür. Başqa sözlə, iddiaçıya məxsus torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilməmişdir. Nəticədə İddiaçı2 iddiası Quba Rayon Məhkəməsinin qətnaməsi ilə təmin edilməmişdir. Həmçinin, iş üzrə iddiaçının apellyasiya və kassasiya şikayətləri də təmin edilməyərək, birinci instansiya məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. İddia ərizəsində və cavabdehin iddiaya etirazında torpaq sahələrinin sərhədlərinin müəyyən edilməsi ilə bağlı aralarında mübahisə olduğu qeyd edilməsinə baxmayaraq, məhkəmə onu işin baxılmasına cəlb etməmişdir. O, belə bir məhkəmə qərarının olması barədə yalnız son günlərdə məlumat almışdır. Hesab edir ki, onun cəlb edilmədiyi iş üzrə qəbul edilmiş qərarla qanuni mənafeləri pozulmuşdur. İddiaçılar vəsatətə yazılı etiraz edərək bildirmişdirlər ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 27 mart 2019-cu il tarixli mütəxəssis rəyinə əsasən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən İddiaçı2 və digərlərinin ümumi birgə mülkiyyətlərində olan Quba rayonu ,Qaraçay kəndində yerləşən 0.727 ha torpaq sahəsi RX seriyalı ******* nömrəli çıxarışa əsasən Maraqlı şəxs mülkiyyətində olan Quba rayonu İ Nügədi kəndində yerləşən 0.6486 ha torpaq sahəsi ilə üst-üstə düşmür. Bu səbəbdən Quba Rayon Məhkəməsi daha sonra Sumqayıt Apellyasiya Məhkəməsi və Ali Məhkəmə tərəfindən şikayətləri təmin edilməmiş və məhkəmə qətnaməsi qanuni qüvvəsini almışdır. Yalnız bundan sonra onlar əvvəlcə DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, onlara məxsus Dövlət Aktı ilə mülkiyyətlərində olan 1.95 ha torpaq sahəsinin mərzlərlə müəyyən edilərək təhkim aktı ilə tanıdılması barədə tələblərinə baxılmadığından, iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişlər. Hesab edirlər ki, bu tələb heç bir halda Maraqlı şəxs hüquqlarına toxunmadığından üçüncü şəxs qismində işə cəlb edilməsi barədə vəsatəti təmin edilə bilməz. Bundan başqa Quba rayon Məhkəməsində mübahisələndirilən torpaq sahəsi 0.727 hektardır ki, həmin torpaq sahəsi ilə bağlı ekspert rəyi və məhkəmə qərarına etiraz etmirlər. Sonradan Sumqayıt İnzibati Məhkəməsinin qərarı ilə mübahisələndirilən 0.727 ha torpaq sahəsi onlara mərzlərlə ölçülərək təhkim aktı ilə verilmişdir. Bu da Quba rayon Məhkəməsinin qanuni qüvvəsinə almış qətnaməsinin, həmçinin ekspert rəyinin doğruluğunu bir daha təsdiq edir. Qeyd edirlər ki, həmin torpaq sahəsi ilə bağlı heç bir tələbləri qalmamışdır. Lakin, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən birgə mülkiyyətlərində olan Quba Rayon Məhkəməsində mübahisələndirilməyən və ekspert rəyinə aid olmayan 1.2189 ha torpaq sahəsi ilə bağlı naturada təhkim aktı tanıdılan zaman məlum oldu ki, Maraqlı şəxs və digər qonşu X4 tərəfindən mülkiyyətlərində olan həmin torpaq sahəsinin bir hissəsi zəbt olunub, Maraqlı şəxs zəbt etdiyi torpaq sahəsində meyvə ağacları əkməklə ondan istifadə edir. Bu səbəbdən, torpaq sahəsi ilə bağlı mərz nişanları qoyularkən həmin şəxsləri də dəvət etmiş və mübahisənin sülh yolu ilə həll edilməsini təklif etmişlər. Torpaq sahələrini zəbt edən bu şəxslər onların dəvətini qəbul etməmiş, lakin sonradan mərz nişanlarını sökərək yenidən onlara aid torpaq sahəsinin bir hissəsini zəbt etmişlər. Bu səbəbdən onlar Quba Rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmiş, Polis Şöbəsinin tədqiqatçısı tərəfindən qəbul edilən qərarla Maraqlı şəxs və Bəhruz Əmiraslanov tərəfindən birgə mülkiyyətlərində olan 1.2189 ha torpaq sahəsinin bir hissəsinin 2000-ci ildən bəri zəbt edərək istifadə etmələri torpaq sahəsinə keçirilmiş baxış zamanı DƏDRX-in Xaçmaz Ərazi İdarəsinin Quba rayon şöbəsinin yer quruluşu üzrə texniki X3 GPS aparatı ilə ölçmə işləri aparılarkən öz təsdiqi tapmasına baxmayaraq, cinayət işinin başlanılması rədd edilmişdir. Zəbtin hansı həcmdə müəyyən olunması və söküb çıxarılan mərz nişanlarının yerinə basdırılması barədə yenidən Quba Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişlər. Quba rayon Məhkəməsi 28 yanvar 2022ci il tarixli, 2(027)-360/2022 nömrəli qərardadı ilə ekspertiza təyin etmiş və bu zaman iş üzrə cavabdehlər mülkiyyətində olan torpaq sahələri ilə bağlı sübutları, Dövlət Aktlarını və yaxud çıxarışları qəsdən təqdim etməmişlər. Hesab edir ki, Maraqlı şəxs yalnız bundan sonra, yəni onların birgə mülkiyyətlərində olan torpaq sahəsinin bir hissəsini zəbt edərək meyvə ağacları əkməklə istifadə etməsi faktı ekspert rəyi ilə müəyyən ediləcəyi, sonradan basdırılmış mərz nişanlarının qəsdən sökülüb torpaq sahəsini zəbt etməsi faktı yenidən öz təsdiqini tapacağı səbəbindən maraqlarına toxunmağı barədə vəsatətlə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi Maraqlı şəxs mülkiyyətlərində olan 1.2189 ha torpaq sahəsinin bir hissəsini zəbt etməkə 2000-ci ildən meyvə ağacları əkib qanunsuz gəlir əldə etməsinə baxmayaraq onların mülkiyyətində olan torpaq sahəsi tanıdılaraq basdırılmış mərz nişanları hasara alınmış məftilləri söküb çıxarmarmaqla zəbt etdiyi torpaq sahəsindən çıxmaq istəmir. Sumqayıt İnzibati Məhkəməsinin 10 mart 2022-ci il tarixli, 2-1(118)-216/2021 nömrəli qərardadı ilə maraqlı şəxsin vəsatəti təmin edilməmişdir. Qərardaddan narazı qalan maraqlı şəxs ondan apelyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi, onun üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Maraqlı şəxs apellyasiya şikayətini vəsatətlə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, onun mülkiyyətində olan 0.6486 ha torpaq sahəsi ilə iddiaçıların birgə mülkiyyətində olan 0,727 ha torpaq sahəsi üst-üstə düşməsə də Sumqayıt İnzibati Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2-1(118)-216/2021 nömrəli qərarına əsasən onun torpaq sahəsinin bir hissəsi iddiaçıların torpaq sahəsinə daxil edilmişdir. Qeyd edir ki, həmin torpaq sahələri illər əvvəl bölünmüş və həmin bölgüyə uyğun olaraq ona ayrılmış torpaq sahəsindən illərdir istifadə edir. Sumqayıt İnzibati Məhkəməsinin qeyd olunan qərarı ilə verilmiş təhkim aktına əsasən müəyyən olunur ki, onun torpaq sahəsinin bir hissəsi iddiaçıların torpaq sahəsinə aiddir və onun əsasında iddiaçılara məsus torpaq sahəsinin sərhədləri nişanlanarkən onun torpaq sahəsinə daxil olmuşlar. Hətta iddiaçılar onun vəsatətinə etirazlarında bildirirlər ki, 1.2189 ha torpaq sahəsi ilə bağlı naturada təhkim aktı tanıdılan zaman Maraqlı şəxs və digər qonşu X4 tərəfindən mülkiyyətlərində olan həmin torpaq sahəsinin bir hissəsinin zəbt olunduğu, Maraqlı şəxs zəbt etdiyi torpaq sahəsində meyvə ağacları əkməklə ondan istifadə etdiyi məlum oldu. Hesab edir ki, zəruri cəlbetmə qaydasında işə cəlb olunmalı olduğu halda məhkəmə vəsatətini rədd etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçılar apellyasiya şikayətinə etiraz edərək etirazı vəsatətə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, Quba rayonu Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli, 15 nömrəli qərarı ilə “Torpağa mülkiyyət hüququna dair” JN0020 kod 30319028 nömrəli Dövlət aktına əsasən kənd təsərrüfatı məhsullarının istehsalı üçün 1.95 ha (1.21 ha bağ, 0.727 ha əkin sahəsi olmaqla) torpaq sahəsi iddiaçıların mülkiyyətinə verilmişdir. Keçən müddət ərzində onlar mülkiyyət hüququ ilə istifadələrində olan torpaq sahəsindən kənd təsərrüfatı məhsulları istehasal etməklə istifadə etmişlər. Qonşuları Maraqlı şəxs və X4 1.21 ha bağ sahəsinin təqribən 0,20 ha hissəsini zəbt edərək meyvə ağacları əkmişlər. İddiaçılar mülkiyyətlərində olan torpaq sahəsindən həmin şəxslərin qanunsuz hərəkətinə etiraz edərək torpaq sahəsindən çıxmasını tələb etmişlər. Buna baxmayaraq sözügedən şəxslər zəbt etdiləri torpaq sahəsindən çıxmaqdan imtina etmiş və həmin torpaq sahəsinin onların mülkiyyətində olduğunu bildirmişlər. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək şikayətə etirazla eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının qüvvədə saxlanılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq nümayəndələri məhkəmə iclasında iştirak etməmiş və gəlməməyin səbəbləri haqqında məlumat verməmişlər. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını və iş üzrə qərardad qəbul edilməsini mümlkün hesab etdi. TƏTBİQ OLUNAN HÜQUQ: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” 01/2022 saylı, 17 fevral 2022-ci il tarixli Qərardadı. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Maddə 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi maraqlı şəxsin vəsatətini təmin etməmiş və qərardadını onunla əsaslandırmışdır ki, cavabdeh təşkilat iddia tələbi üzrə iddiaçıların mülkiyyətində olan torpaq sahələrini yerində təhkim aktı əsasında iddiaçılara tanıtmışdır. Hazırki iddia tələbi üzrə özünün üçüncü şəxs qismində cəlb edilməsini tələb edən Maraqlı şəxs qarşı İddiaçı2 və digərləri tərəfindən Quba Rayon Məhkəməsində qaldırılmış iddia tələbi Maraqlı şəxs zəbt olunmuş torpaq sahəsindən çıxarılması ilə əlaqədar olmuşdur. Lakin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Maraqlı şəxs mülkiyyətində olan torpaq sahəsi İddiaçı2 mülkiyyətində olan torpaq sahəsində yerləşmir, buna görədə Quba Rayon Məhkəməsinin 08 may 2019-cu il tarixli, 2(057)-223-2019 nömrəli qətnaməsi isə İddiaçı2 və digərlərinin iddia tələbi təmin edilməmiş və yuxarı instansiya məhkəmələrinin qərarları ilə Quba Rayon Məhkəməsinin həmin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Quba Rayon Məhkəməsində iddia tələbi araşdırılan zaman keçirilmiş ekspertiza rəyinə əsasən Maraqlı şəxs mülkiyyətində olan 0,6486 ha torpaq sahəsinin İddiaçı2 və digərlərinin mülkiyyətində olan 0,727 ha torpaq sahəsi ilə üst-üstə düşməməsi öz təsdiqini tapmışdır. Bu isə bir daha ona dəlalət edir ki, İddiaçı2 və digərlərinin mülkiyyətində olan torpaq sahələrinə dair olan hüquqlar Maraqlı şəxs maraqlarına toxunmur. Bu baxımdan, məhkəmə maraqlı şəxsin vəsatətini təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Quba rayonu Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli, 15 nömrəli qərarı ilə İddiaçı1, İddiaçı2, X13, X10, X11 və X1 təsərrüfatı məhsulları istehsalı üçün ayrılmış 1.95 ha torpaq sahəsinə dair DTXK-nin Quba rayon şöbəsi tərəfindən JN0020 kod 30319028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı verilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* saylı çıxarışa əsasən Quba rayonu, Qaraçay kəndində yerləşən 0,727 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, çıxarışda iddiaçılar İddiaçı1, İddiaçı2, X13, X10, X11 və X6 ümumi birgə mülkiyyətçilər kimi göstərilmişdir. Həmin torpaq sahəsinə dair DTXK-nin Quba rayon şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixli, A 286780 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. Həmçinin, xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* saylı çıxarışa əsasən Quba rayonu, Qaraçay kəndində yerləşən 1,2189 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı2 adına qeydə alınmış, çıxarışda iddiaçılar ümumi birgə mülkiyyətçilər kimi göstərilmişdir. Həmin torpaq sahəsinə dair DTXK-nin Quba rayon şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixli, A 286779 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. Beləliklə, Quba rayonu Qaraçay kəndində yerləşən 1.95 ha torpaq sahəsi (0,727 ha və 1,2189 ha) iddiaçıların ümumi birgə mülkiyyətindədir və onların adına dövlət reyestrində qeydiyyat aparılmışdır. Maraqlı şəxs apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, Sumqayıt İnzibati Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2-1(118)-216/2021 nömrəli qərarı onun qanunla qorunan maraqlarına toxunur. Onun mülkiyyətində olan 0.6486 ha torpaq sahəsi ilə iddiaçıların birgə mülkiyyətində olan 0,727 ha torpaq sahəsi üst-üstə düşməsə də Sumqayıt İnzibati Məhkəməsinin qərarına əsasən İddiaçı2 mülkiyyətində olan torpaq sahəsi naturada təhvil verilərək tanıdılarkən onun torpaq sahəsinin bir hissəsi iddiaçıların 1,2189 ha torpaq sahəsinə daxil edilmişdir. Məhkəmə kollegiyası maraqlı şəxsin apellyasiya şikayətinin dəlilinə münasibətdə aşağıdakıları qeyd edir: İşin hallarından görünür ki, İddiaçı2 ilə Maraqlı şəxs arasında çoxsaylı məhkəmə mübahisələri olmuşdur. Belə ki, İddiaçı2 cavabdeh Maraqlı şəxs qarşı torpaq sahəsindən çıxarılma və torpaq üzərində mülkiyyət hüquqlarının bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Quba Rayon Məhkəməsinin 08 may 2019-cu il tarixli, 2(057)-223/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Quba Rayon Məhkəməsi qətnaməsində qeyd etmişdir ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 27 mart 2019-cu il tarixli, C-42 nömrəli mütəxəssis rəyindən görünür ki, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən iddiaçıların ümumi birgə mülkiyyətində olan Quba rayonu, Qaraçay kəndində yerləşən 0,727 ha torpaq sahəsi RX seriyalı ******* nömrəli çıxarışa əsasən Maraqlı şəxs mülkiyyətində olan Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,6486 ha torpaq sahəsi ilə üst-üstə düşmür. Maraqlı şəxs faktiki istifadə etdiyi torpaq sahəsi İddiaçı2 mülkiyyətində olan torpaq sahəsinə aid deyildir və həmin torpaq sahələri üst-üstə düşmür. İddiaçının həmin qətnamədən verdiyi apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş, Quba Rayon Məhkəməsinin sözügedən qətnaməsi qanuni qüvvəsini almışdır. Beləliklə, əvvəlki məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, maraqlı şəxsin mülkiyyətində olan 0,6486 ha torpaq sahəsi ilə iddiaçıların mülkiyyətində olan 0,727 ha torpaq sahəsi üst-üstə düşmür. Sumqayıt İnzibati Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2-1(118)-216/2021 nömrəli qərarı ilə iddiaçıların mülkiyyətində olan 1,95 ha olan torpaq sahəsinin yerinin naturada təhkim aktı ilə tanıdılması qərara alınmışdır. İş materiallarında olan (iş vərəqə səh.195) İddiaçı2 və DƏDRX-nin Quba rayon şöbəsinin yer quruluşu üzrə texniki tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Sumqayıt İnzibati Məhkəməsi tərəfindən daxil olmuş icra sənədinə əsasən Quba rayonu, Qaraçay kəndində yerləşən İddiaçı2 məxsus 1.2189 ha torpaq sahəsinə yerində baxış keçirilmiş və torpaq sahəsinin döngə nöqtələri yerində GPS aləti vasitəsilə ƏMDX-nin vahid elektron baza məlumatlarında olan xəritə materiallarına və **********30 reyestr nömrəli çıxarışdakı koordinatlara və bu çıxarışın yaranmasına əsas olmuş JN-0020 nömrəli dövlət aktına əsasən yerində tanıdılmış və izah olunmuşdur. Aktdan göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən məhkəmə qərarının icrası zamanı iddiaçıların mülkiyyətində olan 1,95 ha olan torpaq sahəsinin (0,727 ha və 1,2189 ha) yerinin naturada tanıdılması daşınmaz əmlakın dövlət reyestrindəki koordinatlara və bu çıxarışın hazırlanmasına əsas olmuş JN-0020 nömrəli dövlət aktına əsasən həyata keçirilmişdir. Təhkim aktının tərtib edilməsi zamanı iddiaçıların mülkiyyətində olan 1.2189 ha və 0.727 ha torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının sadəcə naturada tanıdılması həyata keçirilmiş, torpaq sahəsinin koordinatlarında hər hansı dəyişiklik edilməmişdir. Maraqlı şəxs apellyasiya şikayətində bildirir ki, onun mülkiyyətində olan 0.6486 ha torpaq sahəsi ilə iddiaçıların birgə mülkiyyətində olan 0,727 ha torpaq sahəsi mütəxəssis rəyinə əsasən, üst-üstə düşməsə də, Sumqayıt İnzibati Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2-1(118)-216/2021 nömrəli qərarına əsasən iddiaçılara məxsus 1.2189 ha torpaq sahəsi təhkim aktı ilə tanıdılarkən onun mülkiyyətində olan 64 sot torpaq sahəsinin bir hissəsi iddiaçıların torpaq sahəsinə daxil edilmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, iddiaçıların mülkiyyətində olan 1,2189 ha torpaq sahəsinin naturada tanıdılması hazırda qüvvədə olan xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* saylı çıxarışda qeyd edilən koordinatlar əsasında aparılmışdır. Maraqlı şəxsin bildirdiyi kimi, qeyd edilən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları onun mülkiyyətində olan torpaq sahəsinin koordinatları ilə hissəvi üst-üstə düşürsə, onda maraqlı şəxs müstəqil qaydada iddia qaldırmaqla 1,2189 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatı mübahisələndirə bilər. Qeyd edilən hal maraqlı şəxsin üçüncü şəxs qismində hazrıkı icraata cəlb edilməsinə əsas vermir. İşdən görünür ki, hazırda İddiaçı2 iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətlərində olan 1.2189 ha torpaq sahəsindən X14 və X2 çıxarılması, həmin torpaq sahəsində yenidən mərz nişanlarının basdırılmasını xahiş etmiş, həmin iş üzrə məhkəmə tərəfindən torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının üst-üstə düşməsi faktının aydınlaşdırılması məqsədilə məhkəmə torpaqşünaslıq ekspertizası təyin edilmişdir. “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 17 fevral 2022-ci il tarixli qərardadında vurğulanmış hüquqi mövqeyinə görə İPM-in 81.2-ci maddəsinin təfsiri zamanı, həmin normada nəzərdə tutulmuş hallarda şikayət vermək hüququnun yaranması üçün icraat iştirakçısının məhkəmə aktından məzmunca “ziyan çəkməsi” prinsipi qəbul edilməlidir. Buraya, bir qayda olaraq, iddiaçının tələbinin tam və ya qismən rədd edilməsi, məhkəmə aktı ilə cavabdehin inzibati aktının ləğvi və ya etibarsızlığının (qanunsuzluğunun) tanınması, üzərinə hər hansı öhdəliyin qoyulması və s., üçüncü şəxslərin hüquqlarına dair məsələnin onların zərərinə həll olunması, habelə, məhkəmə aktının icraat iştirakçılarının məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran prosessual pozuntularla qəbul edilməsi aid edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt İnzibati Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2-1(118)-216/2021 nömrəli qərarı ilə iddiaçılara məxsus 1.2189 ha torpaq sahəsinin elektron baza məlumatlarında olan döngə nöqtələrinin koordinatlarının təhkim aktına əsasən naturada tanıdılması Maraqlı şəxs hüquq və qanuni maraqlarına toxunmur. Birinci instansiya məhkəməsi vəsatəti rədd edərkən düzgün nəticəyə gəlmişdir. Odur ki, maraqlı şəxsin apellyasiya şikayətinin dəlillərini əsassız olduğundan təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 17 fevral 2022-ci il tarixli qərardadını və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini, rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 10 mart 2022-ci il tarixli, 2-1(118)-216/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3
Məhkəmə qərarları › İş №2-1(105)-379/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-379/2022
22.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver