Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-38/2021 25.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, X9 oğlunun katibliyi, iddiaçının nümayəndəsi-vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı cavabdehin imtinasının əsassız hesab edilməsi və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN:00xx xxx 30102018 olan torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-174/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X3rşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək cavabdehin imtinasının əsassız hesab edilməsi və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN:00xx xxx 30102018 olan torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Qusar rayonu Samur bələdiyyəsi tərəfindən xx xxxxxx 2005-ci il tarixdə 15 saylı qərar qəbul edilmişdir. Bələdiyyənin həmin qərarına əsasən Qusar rayonu Samur qəsəbəsi ərazisindən bələdiyyənin ehtiyat fondunun alqı-satqı predmeti olan torpaqlarından kənd təsərrüfatına az yararlı olan 30.66 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə ona satılmışdır. Onun torpaq sahəsinə mülkiyyət hüququna dair dövlət aktı da verilmişdir. Mülkiyyətində olan torpaq sahəsini aldığı ildən yəni 2005-ci ildən bu günə qədər hər il kənd təsərrüfatı məhsulları (buğda, arpa və s.) əkir. Hazırda isə torpaq sahəsini icarəyə vermək istədikdə bir problemlə üzləşmişdir. Mülkiyyətində olan torpaq sahəsinin “Torpağa mülkiyyət hüququna dair ” JN:00xx xxx 30102018 saylı Dövlət X5 əməkdaşlarının dediyinə görə elektron bazada və qeydiyyat kitabında yoxdur. O, ilkin hüquqmüəyyənedici sənədlərin əsillərinin (torpaqayırma sənədləriqərar, rəy, alqı–satqı aktı) əsillərini, Arxiv arayışını və “ Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının” əslini təqdim etməsinə baxmayaraq onun mülkiyyət hüquqlarını qeydiyyata almaqdan imtina etmişlər. Bununla bağlı bildirdi ki, onun bir sahibkar və vətəndaş olaraq günahı nədir? O, 2005-ci ildə bələdiyyəyə müraciət edərək torpaq sahəsini almış və torpaqayırma sənədləri bələdiyyə və keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsində tərtib olunaraq onun mülkiyyətinə dair dövlət aktı verilmişdir. Hazırda isə həmin sənədin Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin elektron bazada və qeydiyyat kitabında olmaması onun təqsiri deyil. Reyestr idarəsinin gətirdiyi dəlillər qanunvericiliyə görə torpaq sahələri üzərində hüquqların qeydiyyata alınmasından imtina üçün əsas ola bilməz. Ona görə ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş qaydada tənzimlənir. Cavabdeh əsassız və qanunsuz olaraq onun müraciətini təmin etməkdən imtina etmişdir. Buna görə də mülkiyyət hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-1680/2019 saylı xx xxxxxx 2019cu il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-174/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. (hakim C.Məmmədov) Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-174/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, İddiaçı Qusar rayonu Samur kəndi ərazisində yerləşən 30.66 ha torpaq sahəsinə dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı xx.xx.2019-cu il tarixli ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X8 müraciət etmişdir. Müraciətə xx.xx.2019-cu il tarixli **********82 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, JN 00xx xxx 30102018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı 5 saylı X6 elektron baza məlumatlarında və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı X8 təhvil verilmiş şəhadətnamələrin qeydiyyatı kitablarında öz əksini tapmamışdır. Ayrılmış torpaq sahəsi JN 00xx xxx 30102018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktının koordinatlarına və baza xəritəsinə əsasən sərhəd zolağında yerləşir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət sərhəd zolaqlarının yerləşdiyi torpaqlar dövlət mülkiyyətində olan torpaqlara daxildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmada aparılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq müraciətin icrası tərəflərindən mümkün deyildir. JN 00xx xxx 30102018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən Qusar rayonu, Samur bələdiyyəsinin xx.xx.2005-cä il tarixli 15 saylı qərarı ilə kənd təsərrüfatı məhsulların istehsalı üçün ayrılmış 30.66 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56.3-cü və Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 6.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə yalnız icarəyə verilə bilər. Qeyd edilən torpaq sahələri alqı-satqı predmeti deyildir. Qeyd olunduğu kimi mübahisə predmeti olan JN 00xx xxx 30102018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı X8 təhvil verilmiş dövlət aktlarının verilməsi kitabında qeydiyyatdan keçməmiş, məlumat bazasında öz əksini tapmamışdır, o cümlədən ayrılmış torpaq sahəsi aktın koordinatlarına və baza xəritəsinə əsasən sərhəd zolağında yerləşir. Bununla əlaqədar, icraatda olan iş üzrə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətini, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətini, Qusar rayonu Samur bələdiyyəsini üçüncü şəxs qismində işə cəlb olunması zəruridir. İşə apelyasiya qaydasında baxılarkən cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 5 saylı X8 və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmiş, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi-vəkili X2 apelyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə iştirak edən şəxsin izahatını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan Qusar rayon Samur bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 15 saylı qərarının surətindən görünür ki, İddiaçı bələdiyyənin ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına az yararlı torpaq sahəsindən kənd təsərrüfatı məqsədilə 30,66 ha torpaq sahəsinin satılması qərara alınmışdır. İş materiallarında olan sahibkarlıq fəaliyyəti üçün torpaq sahəsinin ayrılması (satılması) barədə DT və XK-nin Qusar rayon şöbəsinin rəyinin surətindən görünür ki, Samur bələdiyyəsinin ehtiyat fondu torpaqlarından Hülövlü kənd sakini İddiaçı 30,66 ha torpaq sahəsinin həmin məqsədi üçün ayrılması qanuna müvafiqdir. İş materiallarında olan torpaqların alqı-satqısına dair aktdan görünür ki, Samur bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 15 saylı qərarına əsasən Hülövlü kənd sakini İddiaçı Samur bələdiyyəsinin ərazisindən 30,66 ha torpaq sahəsi satılmışdır. İş materiallarında olan JN:00xx xxx 30102018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Qusar rayon Samur bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 15 nömrəli qərarı ilə Qusar rayon Samur qəsəbəsində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə verilmiş 30.66 hektar torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ qeydiyyata alınmışdır. İş materiallarında olan Qusar rayon Dövlət Arxivinin xx.xx.2018-ci il tarixli 118 nömrəli arxiv arayışının surətindən görünür ki, Qusar rayon Samur bələdiyyəsinin iclas protokolları №01-17, №01-17 xx.xx.2005-xx.xx.2005-ci il tarixli sənədlərində xx.xx.2005-ci il tarixli 15№li protokolunun gündəliyinin birinci məsələsində İddiaçı xx.xx.2005-ci il tarixli ərizəsi əsasında kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 30,66 ha torpaq sahəsinin ona satılmasını xahiş etmiş və bələdiyyənin müvafiq qərarı ilə İddiaçı 30.66 ha torpaq sahəsinin satılması qərara alınmışdır. İş materiallarında olan cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X6 xx xxxx 2019cu il tarixli **********82 saylı məktubundan görünür ki, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina olunmuşdur. İmtinanın əsası kimi JN:00xx xxx 30102018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı 5 saylı X6 elektron baza məlumatlarında və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı X8 təhvil verilmiş dövlət aktının qeydiyyatı kitablarında öz əksini tapmadığı və ayrılmış torpaq sahəsi JN:00xx xxx 30102018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının koordinatlarına və baza xəritəsinə əsasən sərhəd zolağında yerləşdiyi göstərilmişdir. İş materiallarında olan Qusar rayon Samur bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 17 saylı məktubundan görünür ki, Xaçmaz rayonu Hülövlü kənd sakini İddiaçı Samur bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 15 saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün satılmış 30,66 ha torpaq sahəsi təyinatına uyğun istifadə edilir. Faktiki istifadəsi ilə bağlı heç bir mübahisəsi yoxdur. Vətəndaşın mülkiyyət hüququ qeydiyyata alınaraq “Torpağın mülkiyyət hüququna dair” Dövlət Aktı verilmişdir. Həmin torpaq sahəsi heç bir mühafizə zolağında yerləşmir. Həmin torpaq sahəsinin sağ və sol tərəflərinə vətəndaşların mülkiyyət hüququna dair dövlət reyestrindən çıxarış verilmişdir. Qeyd olunanları nəzərə alaraq İddiaçı Samur bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 15 saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün satılmış 30,66 ha torpaq sahəsinə dair torpaqayırma mülkiyyət sənədləri qüvvədə olduğundan İddiaçı mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq reyestrindən çıxarışın və texniki pasportun verilməsinə etiraz etmirlər. İş materiallarında olan Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N №-li hərbi hissənin xx.xx.2020-ci il tarixli 121 saylı məktubundan görünür ki, Şirvanlı-Samur yolunun sağ tərəfində Dövlət Aktı ilə iddiaçının 30,66 ha torpaq sahəsi Dövlət Sərhəd Xidmətinin mühafizə zolağında yerləşmir və həmin ərazidə kənd təsərrüfatı ilə məşğul olması mülkiyyətində olan Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları tərəfindən dövlət sərhədinin mühafizəsinin təşkilində hər hansı maneəçilik törətmir. Qeyd olunan əraziyə mülkiyyətinə dair dövlət reyestrindən çıxarışın verilməsinə və həmin ərazidə kənd təsərrüfatı ilə məşğul olunmasına etiraz etmirlər. İş materiallarına əlavə edilmiş Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2021-ci il tarixli 16/815 saylı məktubundan görünür ki, JN:00xx xxx 30102018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının koordinatlarına əsasən Qusar rayon Samur bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 15 saylı qərarı ilə İddiaçı satılmış 30,66 ha torpaq sahəsi sərhədboyu zolağa düşmür. İş üzrə keçirilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 10/2172 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli, **********75 №-li mütəxəssis rəyinə əsasən JN:00xx xxx 30102018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktını Vahid elektron baza və arxiv materiallarında qeydə alınmamışdır. İş materiallarına əlavə edilmiş JN:00xx xxx 30102018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən torpaq sahəsinin koordinatları baza məlumatlarında DWJ xəritəsi üzərində yığdıqda həmin ərazi bütünlüklə sərhəd zolağında yerləşir. Lakin Sərhəd Xidmətinin faktiki 2-ci qoruma zolağının mübahisələndirilən torpaq sahəsi ilə ən yaxın məsafəsi 78 metrdir. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli, 113 nömrəli Fərmanının 4.2.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsində nəzərdə tutulmuş “qeydiyyat orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti həyata keçirir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Məhkəmə «Sporrinq və Lonnort İsveçə qarşı» işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almışdır. Həmin işdə Avropa Məhkəməsi məhz uzun müddətə mülkiyyətçilərin onlara məxsus torpaq sahəsindən maneəsiz istifadə etməsinə məhdudiyyət qoyması əsasına görə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozulması faktını qeyd etmişdir. Göründüyü kimi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında əmlakdan maneəsiz istifadəni mahiyyət etibarı ilə şəxsin mülkiyyət hüququnun tanınması kimi müəyyən etmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Qusar rayonu Samur bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 15 nömrəli qərarı ilə bələdiyyənin ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına az yararlı torpaq sahəsindən kənd təsərrüfatı məqsədi ilə 30,66 hektar torpaq sahəsi iddiaçıya ayrılmış və bu barədə torpaqların alqı-satqısına dair akt tərtib edilmişdir. Həmçinin müəyyən olunmuşdur ki, Sahibkarlıq məqsədilə torpaq sahəsinin ayrılması (satılması) barədə DT və XK-nin Qusar rayon şöbəsinin Rəyinə əsasən “Torpaqların alqı-satqı qaydalarına” və “Bələdiyyə torpaqlarının ayrılmasına aid sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” əsasnaməyə uyğun olaraq Samur bələdiyyəsinin ehtiyat fondu torpaqlarından Hülövlü kənd sakini İddiaçı 30,66 ha torpaq sahəsinin həmin məqsədi üçün ayrılması qanuna müvafiqdir. Həmin torpaq sahəsi iddiaçının adına qeydə alınaraq JN:00xx xxx 30102018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə verilmişdir. İddiaçı 30.66 ha torpaq sahəsinə iddiaçının mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh xx xxxx 2019-cu il tarixli, **********82 saylı məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İmtinanın əsası kimi JN:00xx xxx 30102018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı 5 saylı X6 elektron baza məlumatlarında və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı X8 təhvil verilmiş dövlət aktının qeydiyyatı kitablarında öz əksini tapmadığı və ayrılmış torpaq sahəsi JN:00xx xxx 30102018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının koordinatlarına və baza xəritəsinə əsasən sərhəd zolağında yerləşdiyi göstərilmişdir. Məhkəmə kollegiyası cavabdehin torpaq sahəsinin sərhəd zolağında yerləşməsi ilə bağlı imtinasına və apelyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarında olan Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N №-li hərbi hissənin xx.xx.2020-ci il tarixli 121 saylı məktubundan görünür ki, Şirvanlı-Samur yolunun sağ tərəfində Dövlət Aktı ilə iddiaçının 30,66 ha torpaq sahəsi Dövlət Sərhəd Xidmətinin mühafizə zolağında yerləşmir və həmin ərazidə kənd təsərrüfatı ilə məşğul olması mülkiyyətində olan Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları tərəfindən dövlət sərhədinin mühafizəsinin təşkilində hər hansı maneəçilik törətmir. Qeyd olunan əraziyə mülkiyyətinə dair dövlət reyestrindən çıxarışın verilməsinə və həmin ərazidə kənd təsərrüfatı ilə məşğul olunmasına etiraz etmirlər. Eyni zamanda iş materiallarına əlavə edilmiş Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2021-ci il tarixli 16/815 saylı məktubuna əsasən JN:00xx xxx 30102018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının koordinatlarına əsasən Qusar rayon Samur bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 15 saylı qərarı ilə İddiaçı satılmış 30,66 ha torpaq sahəsi sərhədboyu zolağa düşmür. Bundan başqa iş üzrə keçirilmiş ekspert rəyinə əsasən Sərhəd Xidmətinin faktiki 2-ci qoruma zolağının mübahisələndirilən torpaq sahəsi ilə ən yaxın məsafəsi 78 metrdir. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın imtina məktubunda göstərdiyi torpaq sahəsinin elektron baza kadastr xəritə materiallarında əks olunmaması və qeydiyyat kitablarında qeydə alınmaması barədə dəlilinə münasibətdə qeyd edir ki, elektron baza kadastr xəritə materiallarının tərtib olunması və hər hansı məlumatın həmin materiallara daxil edilməsi vətəndaşın səlahiyyəti və ya vəzifələrinə aid deyildir. Belə ki, həmin səlahiyyət “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinin və həmin Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli, 113 nömrəli Fərmanının 4.2.1-ci bəndinin tələblərinə əsasən cavabdehin vəzifələrinə aid edilmişdir. Lakin cavabdeh qeyd olunan normaların tələblərinə əsasən həmin səhvi özü aradan qaldırmalı olduğu halda bu əsasla iddiaçıya imtina cavabı vermişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2009-cu il tarixli 116 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 9.11-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, 9.23-cü bəndinə görə üzərində binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri və müəssisələr olan torpaq sahələrinin bir hissəsi üzərində hüquqların, həmin hüquqlar dövlət reyestrində dövlət qeydiyyatına alındıqdan sonra başqa şəxsə keçməsi və ya məhdudlaşdırılması (yüklənməsi) hallarında bu sahənin yeni planının və ölçüsünün çəkilməsini təmin etmək, 9.24-cü bəndinə görə isə tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin və müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək DƏDRX-nin vəzifəsi kimi müəyyən edilmişdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından yalnız həmin maddədə göstərilmiş hallarda, yəni hüquqların dövlət qeydiyyatına alınmasından dövlət qeydiyyatı barədə müraciət olunan hüquq həmin qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda və həmin qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda imtina edilə bilər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi isə iddiaçının Qusar rayonu Samur bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 15 nömrəli qərarına əsasən əldə etdiyi 30,66 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtina etdikdə həmin maddədə göstərilmiş heç bir hala əsaslanmamışdır. Bundan başqa JN:00xx xxx 30102018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X8 isə həmin aktı məhkəmədə mübahisələndirmək hüququ qanunvericiliklə verilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində göstərdiyi Dövlət Aktında göstərilən Qusar rayonu Samur bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 15 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulların istehsalı üçün ayrılmış 30,66 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğundan, bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə yalnız icarəyə verilə bilər, qeyd edilən torpaq sahələri alqı-satqı predmeti deyildir və bununla əlaqədar icraatda olan iş üzrə Qusar rayonu Samur bələdiyyəsini, Dövlət Sərhəd Xidmətini və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətini üçüncü şəxs qismində işə cəlb olunması zəruridir barədə dəlilinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin 2-ci bəndinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Bundan başqa “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 7.1.2-ci maddəsinə əsasən kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar xüsusi mülkiyyətə verilə bilən torpaq sahələrinə aiddir. Göründüyü kimi DT və XK-nin Qusar rayon şöbəsinin Rəyinə əsasən İddiaçı satılmış 30,66 ha torpaq sahəsi Samur bələdiyyəsinin Ehtiyat Fondunun kənd təsərrüfatına yararsız torpaqlarına aid olduğundan, torpaq sahəsinin həmin məqsəd üçün satılması qanuna müvafiq olmuşdur. Həmçinin iş materiallarına əlavə edilmiş Qusar rayonu Samur bələdiyyəsinin məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli 17 saylı məktubundan və Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2021-ci il tarixli 16/815 saylı məktubundan görünür ki, iddiaçının mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və texniki pasportun verilməsinə etiraz etmirlər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Qusar rayonu Samur bələdiyyəsinin və Dövlət Sərhəd Xidmətinin 3-cü şəxs qismində işə cəlb olunmasına ehtiyac yoxdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti isə artıq Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-1680/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Göründüyü kimi, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X6 iddiaçının tələbinin təmin olunmasından imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının qanuni əsaslarla əldə etdiyi torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtina edilməklə iddiaçının göstərilən hüquqlarının və qanunla qorunan mənafelərinin pozulmasına yol verilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh apelyasiya şikayətində göstərdiyi dəlilləri sübut edə bilmədiyindən apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X6 apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-174/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Səadət Bəktaşi Hakimlər Telman Quliyev Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2-1(105)-38/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-38/2021
25.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver