Məhkəmə qərarları › İş №2-1(105)-38/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-38/2024

23.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-38/2024 23.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə1, Üçüncü şəxs ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi publik hüquqi şəxsə qarşı “Qobustan Rayon İcra Hakimiyyəti başçısının 15 sentyabr 1995-ci il tarixli, 34 nömrəli Sərəncamına əsasən onun istifadəsinə ayrılmış yol evini uçurub dağıtdıqlarına görə ona 12330 (on iki min üç yüz otuz) manat məbləğində kompensasiya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 09 mart 2023-cü il tarixli, 2-1(118)-443/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi İddiaçı cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi publik hüquqi şəxsinə qarşı iddia qaldıraraq Qobustan Rayon İcra Hakimiyyəti başçısının 15 sentyabr 1995-ci il tarixli, 34 nömrəli Sərəncamına əsasən onun istifadəsinə ayrılmış yol evini uçurub dağıtdıqlarına görə ona (94,92 kv.metr x 1200=113904 manat) 113904 manat məbləğində, 1993-cü ildə özü inşa etdiyi 50 kv.metr ölçüdə 2 otaqdan ibarət yaşayış evini uçurub dağıtdıqlarına görə isə (50 kv.metrx1200=60000 manat) 60000 manat olmaqla, cəmi 173904 (yüz yetmiş üç min doqquz yüz dörd) manat məbləğində kompensasiya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 09 mart 2023-cü il tarixli, 2-1(118)-443/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək, Qobustan Rayon İcra Hakimiyyəti başçısının 15 sentyabr 1995-ci il tarixli, 34 nömrəli Sərəncamına əsasən İddiaçı istifadəsinə ayrılmış yol evini (qeyri-yaşayış binasını) uçurub dağıtdıqlarına görə iddiaçıya 12330 (on iki min üç yüz otuz) manat məbləğində kompensasiya ödənilməsi öhdəliyinin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi publik hüquqi şəxsə həvalə olunması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən apellyasiya şikayəti mümkün sayılaraq, icraata qəbul edilmişdir. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində, xx.xx.2024-cü il tarixli qərardadı ilə "xxxx" MMC adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli iclasında tərəflər məhkəmə kollegiyasına müraciət edərək, iş üzrə tərəflər arasında aşağıda göstərilən məzmunda barışıq sazişi bağlandığını bildirmiş, barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər.

1. Mübahisənin təsviri 1.1. Bu Sazişin məqsədi Tərəflər arasında aşağıda qeyd edilən məhkəmə mübahisəsinin barışıq yolu ilə həll edilməsidir. İddiaçı cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi publik hüquqi şəxsinə qarşı, Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması və "xxxx" MMC-nin üçünçü şəxs qismində cəlb edilməklə 12330 (on iki min üç yüz otuz) manat məbləğində kompensasiyanın cavabdehdən tutulması barədə məhkəmə mübahisəsi. 1.2. Azərbaycan Respublikası 2009-2013-cü illərdə regionların sosial iqtisadi inkişafı dövlət proqramı çərçivəsində “Bakı-X7 tikintisi” layihəsi çərçivəsində Qobustan rayonu, Təklə kəndində yerləşən qeyri-yaşayış (Un dəyirmanı) binası və yanındakı tikililər yol tikintisi altına düşmüşdür. Bununla əlaqədar qiymətləndirici tərəfindən ümümlikdə 66637 manat dəyərində kompensasiya müəyyən edilmiş və həmin vəsait Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən "xxxx" ASCnin Şamaxı filialı vasitəsi ilə "xxxx" MMC-nin adına köçürülmüşdür. Köçürülmüş vəsaitin tərəflərə ödənilməsi məqsədi ilə tərəflər bu barışıq sazişinin imzalanmasını məqsədə müvafiq hesab etdilər.

2. Sazişin şərtləri 2.1 Tərəflər X9ni tərtib olunmasına etiraz etmirlər və Sazişin bütün bəndləri ilə razı olduğunu bildirirlər. 2.1. Tərəflər təsdiq edirlər ki, Qobustan rayonu, Təklə kəndində yerləşən qeyriyaşayış (Un dəyirmanı) binası Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş 25 avqust 2003-cü il tarixli 166 inventar nömrəli texniki pasporta əsasən Əmanətlərin Sığortalanması Fondunun ləğvedicisi olduğu ləğv prosesində olan "xxxx" ASC-nin tam mülkiyyətindədir. 2.2. Tərəflər təsdiq edirlər ki, hazırda "xxxx" MMC-nin ləğv prosesində olan "xxxx" ASC-yə olan borcu 47725 manat təşkil edir. 2.3. Tərəflər təsdiq edirlər ki, Qobustan rayonu İcra Hakimiyyəti başçısının sentyabr 1995-ci il tarixli, 34 nömrəli Sərəncamına əsasən “Acıdərə” ərazisində, Mərəzə-X7 sol kənarında yerləşən qeyri-yaşayış binası (yol evi) İddiaçı istifadəsinə verilmişdir. 2.4. Tərəflər aşağıdakılar barədə razılığa gəlirlər: - 66637 manat dəyərində kompensasiya məbləğindən 47725 manatının ləğv prosesində olan "xxxx" ASC-nin hesabına köçürülməsi ; -66637 manat dəyərində kompensasiya məbləğindən 12330 manatının İddiaçı hesabına köçürülməsi ; -66637 manat dəyərində kompensasiya məbləğindən 6581 manatının "xxxx" MMC-nin hesabına köçürülməsi. 2.5. Tərəflər X9ni imzalandıqdan sonra 5 (beş) iş günü ərzində Sumqayıt İnzibati Məhkəməsinin icraatında olan 2-1(105)-38/2024 saylı işin xitamına və X9n məhkəmə tərəfindən təsdiq olmağına ərizəylə Sumqayıt inzibati Məhkəməsinə müraciət etməlidilər. 2.6. Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər. 2.7. Bu Sazişi imzalanmaqla Tərəflər hazırkı mübahisə ilə bağlı Sumqayıt İnzibati Məhkəməsinin icraatında olan 2-1(105)-38/2024 saylı işin xitamına etiraz etmirlər və xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 2.8. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 2.9. Saziş məhkəmə tərəfindən təsdiq edilir və Sazişin məcburi icrası məhkəmənin qərarına icra qeydinə əsasən həyata keçirilə bilər.

3. Digər şərtlər 3.1. Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. 3.2. Tərəflər bununla təsdiq edirlər ki, onların vəkil və ya hüquqşünasla məsləhətləşmək hüququ vardır. Tərəflər Sazişin şərt və müddəaları ilə əlaqədar öz vəkilləri və hüquqşünasları ilə məsləhətləşiblər, Sazişin imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. 3.3. Tərəflər bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməzlər (sazişin təsdiqlənməsi və ya qüvvəyə minməsi üçün məhkəməni və qanunvericilikdə nəzərdə tutulan halları istisna olmaqla). 3.4. X9 5 (beş) nüsxədən 4 səhifədən ibarət tərtib olunub, hər bir səhifəsi tərəflərin imzası ilə təsdiq edilərək, bir nüsxəsi məhkəməyə və 4 (dörd) nüsxəsi Tərəflərə təqdim olunur. 3.5. Saziş məhkəmədə təsdiq edildikdən sonra qüvvəyə minir. Barışıq sazişi İddiaçı, cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi publik hüquqi şəxsinin nümayəndəsi Nümayəndə1, üçüncü şəxs ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru müavini X8, üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi X5 tərəfindən imzalanmışdır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, barışıq sazişini nəzərdən keçirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən barışıq sazişi təsdiq edilməli, iş üzrə icraata xitam verilməlidir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi inzibati məhkəmə icraatında dispozitivlik prinsiplərini tanımışdır. Həmin Məcəllənin 15.2-ci maddəsində inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını bilavasitə özləri tərəfindən, yaxud mediasiya vasitəsilə bağlanılmış barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. Həmin Məcəllənin 66-cı maddəsinə əsasən: (Barışıq sazişinin mümkünlüyü) 66.1. Mübahisənin predmeti barədə sərəncam hüququna malik olduqları hallarda, tərəflər mübahisənin tam və ya qismən həll edilməsi məqsədilə barışıq sazişi bağlaya bilərlər. Barışıq sazişinin məzmunu məhkəmənin iclas protokoluna qeyd edilməlidir. 66.2. Barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə barışıq sazişini təsdiqləməkdən imtina etməlidir. Mübahisənin həllinin xüsusi ictimai maraq kəsb etdiyi hallarda da məhkəmə barışıq sazişini təsdiqləməkdən imtina edə bilər. 66.3. Məhkəmə, sədrlik edən və ya məruzəçi hakim barışıq sazişinin bağlanması barədə tərəflərə məhkəmə qərardadı formasında təklif verməyə haqlıdır. Bu halda barışıq sazişi tərəflərin məhkəmənin təklifinə yazılı formada razılığı əsasında bağlana bilər. 66.4. Protokollaşdırılan barışıq sazişinin təsdiq edilməsi barədə məhkəmə qərardad qəbul edir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, tərəflərin təqdim etdikləri barışıq sazişinin şərtləri qanuna zidd deyil və digər şəxslərin mənafelərinə toxunmur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, tərəflərin bağlamış olduqları xx.xx.2024-cü il tarixli barışıq sazişi qanuni və əsaslı olduğu üçün təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 15.2, 66-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Aşağıda göstərilən məzmunda tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi təsdiq edilsin: 1.Mübahisənin təsviri 1.1. Bu Sazişin məqsədi Tərəflər arasında aşağıda qeyd edilən məhkəmə mübahisəsinin barışıq yolu ilə həll edilməsidir. İddiaçı cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi publik hüquqi şəxsinə qarşı, Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması və "xxxx" MMC-nin üçünçü şəxs qismində cəlb edilməklə 12330 (on iki min üç yüz otuz) manat məbləğində kompensasiyanın cavabdehdən tutulması barədə məhkəmə mübahisəsi. 1.2 Azərbaycan Respublikası 2009-2013-cü illərdə regionların sosial iqtisadi inkişafı dövlət proqramı çərçivəsində “Bakı-X7 tikintisi” layihəsi çərçivəsində Qobustan rayonu, Təklə kəndində yerləşən qeyri-yaşayış (Un dəyirmanı) binası və yanındakı tikililər yol tikintisi altına düşmüşdür. Bununla əlaqədar qiymətləndirici tərəfindən ümümlikdə 66637 manat dəyərində kompensasiya müəyyən edilmiş və həmin vəsait Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən "xxxx" ASCnin Şamaxı filialı vasitəsi ilə "xxxx" MMC-nin adına köçürülmüşdür. Köçürülmüş vəsaitin tərəflərə ödənilməsi məqsədi ilə tərəflər bu barışıq sazişinin imzalanmasını məqsədə müvafiq hesab etdilər.

2. Sazişin şərtləri 2.1 Tərəflər X9ni tərtib olunmasına etiraz etmirlər və Sazişin bütün bəndləri ilə razı olduğunu bildirirlər. 2.1. Tərəflər təsdiq edirlər ki, Qobustan rayonu, Təklə kəndində yerləşən qeyriyaşayış (Un dəyirmanı) binası Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş 25 avqust 2003-cü il tarixli 166 inventar nömrəli texniki pasporta əsasən Əmanətlərin Sığortalanması Fondunun ləğvedicisi olduğu ləğv prosesində olan "xxxx" ASC-nin tam mülkiyyətindədir. 2.2. Tərəflər təsdiq edirlər ki, hazırda "xxxx" MMC-nin ləğv prosesində olan "xxxx" ASC-yə olan borcu 47725 manat təşkil edir. 2.3. Tərəflər təsdiq edirlər ki, Qobustan rayonu İcra Hakimiyyəti başçısının sentyabr 1995-ci il tarixli, 34 nömrəli Sərəncamına əsasən “Acıdərə” ərazisində, Mərəzə-X7 sol kənarında yerləşən qeyri-yaşayış binası (yol evi) İddiaçı istifadəsinə verilmişdir. 2.4. Tərəflər aşağıdakılar barədə razılığa gəlirlər: - 66637 manat dəyərində kompensasiya məbləğindən 47725 manatının ləğv prosesində olan "xxxx" ASC-nin hesabına köçürülməsi ; -66637 manat dəyərində kompensasiya məbləğindən 12330 manatının İddiaçı hesabına köçürülməsi ; -66637 manat dəyərində kompensasiya məbləğindən 6581 manatının "xxxx" MMC-nin hesabına köçürülməsi. 2.5. Tərəflər X9ni imzalandıqdan sonra 5 (beş) iş günü ərzində Sumqayıt İnzibati Məhkəməsinin icraatında olan 2-1(105)-38/2024 saylı işin xitamına və X9n məhkəmə tərəfindən təsdiq olmağına ərizəylə Sumqayıt inzibati Məhkəməsinə müraciət etməlidilər. 2.6. Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər. 2.7. Bu Sazişi imzalanmaqla Tərəflər hazırkı mübahisə ilə bağlı Sumqayıt İnzibati Məhkəməsinin icraatında olan 2-1(105)-38/2024 saylı işin xitamına etiraz etmirlər və xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 2.8. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 2.9. Saziş məhkəmə tərəfindən təsdiq edilir və Sazişin məcburi icrası məhkəmənin qərarına icra qeydinə əsasən həyata keçirilə bilər.

3. Digər şərtlər 3.1. Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. 3.2. Tərəflər bununla təsdiq edirlər ki, onların vəkil və ya hüquqşünasla məsləhətləşmək hüququ vardır. Tərəflər Sazişin şərt və müddəaları ilə əlaqədar öz vəkilləri və hüquqşünasları ilə məsləhətləşiblər, Sazişin imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. 3.3. Tərəflər bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməzlər (sazişin təsdiqlənməsi və ya qüvvəyə minməsi üçün məhkəməni və qanunvericilikdə nəzərdə tutulan halları istisna olmaqla). 3.4. X9 5 (beş) nüsxədən 4 səhifədən ibarət tərtib olunub, hər bir səhifəsi tərəflərin imzası ilə təsdiq edilərək, bir nüsxəsi məhkəməyə və 4 (dörd) nüsxəsi Tərəflərə təqdim olunur. 3.5. Saziş məhkəmədə təsdiq edildikdən sonra qüvvəyə minir. İş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildikdə və işin icraatına xitam verildikdə tərəflərin eyni predimet və eyni əsaslar üzrə mübahisəyə dair məhkəməyə təkrar müraciət etmələrinə yol verilmir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar