Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-380/2022 23.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X14 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı Abşeron rayonu, Xırdalan şəhəri, Q.Aslanov küçəsi, ev 88 ünvanda yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0.061 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 28 fevarl 2022-ci il tarixli, 2-1(118)-775/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Abşeron rayon XDS İcraiyyə Komitəsinin 23 avqust 1991-ci il tarixli 176 nömrəli qərarı ilə Xırdalan qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi fərdi yaşayış evi tikintisi üçün X2 ayrılmış və o, həmin torpaq sahəsində fərdi yaşayış evi tikmişdir.
2. Həmin qərara əsasən Abşeron rayonu, Xırdalan qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsində yerləşən fərdi yaşayış evi üzərində X1 mülkiyyət hüququ qeydiyyata alınmış və yaşayış evinin həyətyanı torpaq sahəsinin 610,2 kv.metr (0.06102 ha) olması həmin fərdi yaşayış evinə dair 1999-cu ilin sentyabr ayında tərtib edilmiş inventar nömrəsi 705 (308- 1/1463), qeyd nömrəsi 14719 olan texniki pasportunda qeyd olunmuşdur.
3. X8 fərdi yaşayış evini xx.xx.1999-cu il tarixdə X5 alqı-satqı müqaviləsi əsasında satmış, daha sonra isə X9 həmin fərdi yaşayış evini xx.xx.2021-ci il tarixdə İddiaçı alqısatqı müqaviləsi ilə satmışdır.
4. Daşınmaz əmlakın dövlət reyesterindən xx.xx.2021-ci il tarixli **********16-10301 reyestr nömrəli çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Q.Aslanov küçəsi, ev 88 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir.
5. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.
6. Cavabdeh xx.xx.2021-ci il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə xx.xx.2021-ci il tarixli, **********81 saylı bildirişdə Abşeron rayonu, Xırdalan şəhəri, Q.Aslanov küçəsi ünvanında 88 saylı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin Abşeron rayon XDS İK-nın 176 nömrəli, 28 avqust 1991-ci il tarixli, 176 saylı qərarıəsasında daşınmaz əmlakın dövlət reyesterində mülkiyyət hüququnun artıq bir dəfə rəsmiləşdirildiyinin aşkar edildi göstərilmiş və Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı 10 yanvar 2022-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsində iddia qaldıraraq, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş 04 may 2010-cu il tarixli **********99 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi və əvvəlki ünvanı ünvan 4an şəhəri Q.Aslanov küçəsi, ev 88 ünvanda yerləşən fərdi yaşayış evin yerləşdiyi həyətyanı torpaq sahəsinə dair hüquqi sənədin verilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması”nı, daha sonra isə xx.xx.2022-ci il tarixli dəqiqləşdirmə ərizəsi ilə müraciət edərək Cavabdeh tərəfindən X1 adına verilmiş 04 may 2010-cu il tarixli, **********99 reyestr nömrəli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 23 avqust 1991-ci il tarixli 176 nömrəli qərarı ilə, Xırdalan qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi fərdi yaşayış evi tikintisi üçün X2 ayrılmış və X8 həmin 0.06 ha torpaq sahəsində fərdi yaşayış evi tikmişdir. Abşeron rayon XDS İcraiyyə Komitəsinin 23 avqust 1991-ci il tarixli 176 nömrəli qərarına əsasən, Abşeron rayonu, Xırdalan qəsəbəsi. M.Ə.Rəsulzadə küçəsində yerləşən 1 (bir) yaşayış otaqlı, yaşayış sahəsi -28.9 kv.m, köməkçi sahəsi -53 kv.m olan yaşayış evi üzərində X1 mülkiyyət hüququ qeydiyyata alınmış və ona Qeydiyyat vəsiqəsi və Texniki pasport verilmişdir.Həmin fərdi yaşayış evin həyətyanı torpaq sahəsinin 610.2 kv.metr (0.06102 ha) olması fərdi yaşayış evinin texniki pasportunda qeyd olunmuşdur. Abşeron rayonu, Xırdalan qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsində yerləşən 1(bir) yaşayış otaqlı, yaşayış sahəsi -28,9 kv.m, köməkçi sahəsi-53kv.m olan fərdi yaşayış evini X8 20 sentyabr 1999-cu il tarixdə X5 alqısatqı müqaviləsi ilə satmışdır. Bundan sonra. Abşeron rayonu, Xırdalan qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsində verləşən 1(bir) yaşavış otaqlı, yaşayış sahəsi -28,9 kv.m, köməkçi sahəsi -53 kv.m olan yaşayış evi üzərində X3 mülkiyyət hüququ qeydiyyata alınmış və ona Qeydiyyat vəsiqəsi və Texniki pasport verilmişdir. Yenə də, fərdi yaşayış evin həyətyanı torpaq sahəsinin 610,2 kv.ınetr (0.06102 ha) olması fərdi yaşayış evinin texniki pasportunda qeyd olunmuşdur. Qeyd etdi ki, Abşeron rayonu, Xırdalan qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsində yerləşən 1 (bir) yaşayış otaqlı, yaşayış sahəsi -28,9 kv.m, köməkçi sahəsi -53 kv.m olan fərdi yaşayış evini X9 18 iyun 2021-ci il tarixdə iddiaçıya alqı-satqı müqaviləsi ilə satmış, həmin fərdi yaşayış evi üzərində mülkiyyət hüququ qeydiyyata alınmış və iddiaçıya çıxarış və texniki pasport verilmişdir. Dövlət reyestrindən verilmiş həmin çıxarışda ünvan dəyişilərək Rəsulzadə küçəsi - Q. Aslanov küçəsi kimi qeyd olunmuşdur. Əvvəlki ünvanı ünvan 6u. Xırdalan şəhəri, Q. Aslanov küçəsi, ev 88 ünvanda yerləşən fərdi yaşayış evin yerləşdiyi həyətyanı torpaq sahəsinə dair hüquqi sənəd almaq üçün cavabdehə müraciət etmişdir. Cavabdeh 4 saylı Abşeron Ərazi İdarəsi xx.xx.2021-ci il tarixli, **********81 nömrəli bildiriş ilə ərizənin icrasından imtina etmişdir. Cavabdeh orqan imtina bildirişin də qeyd edib ki, “aparılan araşdırma zamanı Abşeron rayonu, Xırdalan şəhəri, Q.Aslanov küçəsi ünvanında 88 say 11 fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair Abşeron rayon XDS İK-nin 28 avqust 1991-ci il tarixli, 176 say 11 qərarı əsasında daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnuzun artıq bir dələ rəsmiləşdirildiyi aşkar edilmişdir”. Halbuki, onun adına heç bir sənədləşmə olmamışdır. Bu uyğunsuzluğu aradan qaldırmaq üçün əlavə araşdırma aparmış və məlum olmuş ki, adıkeçən fərdi yaşayış evin həyətyanı torpaq sahəsini sənədləşdirmək üçün əvvəlki mülkiyyətçi X9 17 may 2021-ci il tarixdə cavabdeh orqana müraciət etmiş və ona da, xx.xx.2021-ci il tarixdə imtina bildirişi verilmişdir. Həmin bildirişdə qeyd olunub ki, X2 ayrılmış torpaq sahəsi üzərində 04 may 2010-cu il tarixli **********99 reyestr nömrəli çıxarışla mülkiyyət hüququnun artıq bır dəfə rəsmiləşdirildiyi aşkar edilmişdir". Halbuki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 176 nömrəli, 28 avqust 1991-ci il tarixli qərarı ilə, ayrılmış torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinə mülkiyyət hüququ cavabdeh tərəfindən 1999-cu il tarixdə artıq bir dəfə tanınmış və mülkiyyət hüququ qeydiyyata alınaraq alqı-satqı predmeti olmuşdur. Cavabdeh tərəfindən verilmiş 04 may 2010-cu il tarixli **********99 reyestr nömrəli çıxarış qanunsuzdur və etibarsız hesab olunmalıdır. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri
9. Cavabdeh iddia ərizəsinə etirazında göstərmişdir ki, aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, ünvan 8 ünvanında 88 saylı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair Abşeron rayon XDS İK-nin 28 avqust 1991-ci il tarixli, 176 saylı qərarı əsasında daşınmaz əmlakın dövlət reyestrində iddiaçının mülkiyyət hüququnun artıq bir dəfə rəsmiləşdirildiyi aşkar edilmişdir. Belə ki, sözügedən qərar əsasında X1 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydiyyata alınmışdır. Ona görə də müraciətin təmin edilməsi mümkün deyildir.
Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
10. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(118)-775/2022 nömrəli qərarı ilə iddia tələbinin təmin edilərək X1 adına verilmiş 04 may 2010-cu il tarixli, **********99 reyestr nömrəli çıxarışın ləğv edilməsi öhdəliyinin Cavabdehnə həvalə olunması qərara alınmışdır.
11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının tələbinin təmin edilməsi üçün hər hansı bir məhdudiyyət yoxdur. Cavabdeh təşkilatın imtinasında və etirazında gətirdiyi yeganə arqument Abşeron rayon XDS İK-nin 28 avqust 1991-ci il tarixli, 176 saylı qərarı əsasında X1 adına verilmiş 04 may 2010-cu il tarixli, **********99 reyestr nömrəli çıxarışın qüvvədə olmasıdır. Cavabdeh təşkilat tərəfindən gətirilən arqument əsassız olduğundan iddia tələbi təmin edilməlidir.
12. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
13. Apellyasiya şikayətində cavabdeh iddiaçının müraciətinə və ona verilmiş imtina cavabına istinad edilərək daha sonra göstərilir ki, Abşeron rayon XDS İK-nin 28 avqust 1991-ci il tarixli, 176 saylı qərarı əsasında daşınmaz əmlakın dövlət reyestrindən X1 adına Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 0,06 ha torpaq sahəsinə dair **********99 reyestr nömrəli, xx.xx.2010-cu il tarixli çıxarış verilmişdir. Abşeron rayonu 1 saylı notariat kontorunda bağlanmış 4Ə-2492 reyestr nömrəli, xx.xx.2015-ci il tarixli alqısatqı müqaviləsinə əsasən sözügedən 0,06 ha torpaq sahəsi X1 adından X4 adına özgəninkiləşdirilmiş, sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrindən **********99 reyestr nömrəli, xx.xx.2016-cı il tarixli çıxarış verilmişdir. Sumqayıt “ASAN Xidmət” mərkəzində notariat kontorunda bağlanmış 4Ə-2176 reyestr nömrəli, xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən sözügedən 0,06 ha torpaq sahəsi X4 adından "xxxx"Group MTK-nın adına özgəninkiləşdirilmiş, sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrindən **********99 reyestr nömrəli, xx.xx.2016-cı il tarixli çıxarış verilmişdir. "xxxx"Group MTK **********52-06301 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Q.Aslanov küçəsi ünvanında yerləşən qeyri-yaşayış binasının sökülməsinə dair qanunamüvafiq sənədləri təqdim edərək qeyri-yaşayış binasının yerləşdiyi 0.0341 ha torpaq sahəsi ilə **********99 reyestr nömrəli, xx.xx.2016-cı il tarixli çıxarışa əsasən mülkiyyətində olan 0,06 ha torpaq sahəsi üzərində birləşmə əməliyyatı aparıldıqdan sonra vahid 0,0941 ha tprpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrindən **********17 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışla qeydiyyata alınmışdır. Abşeron rayonu 1 saylı notariat kontorunda bağlanmış 4Ə- 2266 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən sözügedən 0,0941 ha torpaq sahəsi "xxxx"Group MTK-nın adından X6 adına özgəninkiləşdirilmiş, sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrindən **********17 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli çıxarış verilmişdir. X10 **********17 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışa əsasən mülkiyyətində olan torpaq sahəsi üzərində inşa etdirdiyi çoxmərtəbəli yaşayış binasına dair müvafiq hüquqmüəyyənedici sənədləri təqdim edərək qeyd olunmuş çoxmərtəbəli yaşayış binasına dair daşınmaz əmlakın dövlət reyestrindən **********17-05301 reyestr nömrəli çıxarış əldə etmişdir. Sözügedən çoxmərtəbəli yaşayış binasının tərkib hissəsi olan mənzillərin bir hissəsi müxtəlif vətəndaşların adına özgəninkiləşdirilmiş, yerdə qalan hissəsi üzərində X6 mülkiyyət hüququ tanınaraq daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışlarla rəsmiləşdirilmişdir. Birinci instansiya məhkəməsinin qərarında qetd edilmiş məqamlara diqqət yetirilməmiş və müvafiq münasibət bildirilməmişdir. Göründüyü kimi Abşeron rayon XDS İK-nin 28 avqust 1991-ci il tarixli, 176 saylı qərarı əsasında üzərində X1 mülkiyyət hüququ tanınmış 0,06 ha torpaq sahəsi dəfələrlə özgəninkiləşdirilmiş, əmlak forması dəyişmişdir. Bu səbəbdən də qərarın icrası mümkün deyildir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Cavabdehinin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.
15. İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, məhkəmə kollegiyasının xx.xx.2022-ci il tarixli iclasında iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Abşeron rayonu, Xırdalan şəhəri, Q.Aslanov küçəsi ünvanında yerləşən 88 saylı fərdi yaşayış evinin yerləşdiyi 0.061 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi.
Tətbiq edilən hüquq
16.Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz.
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ...8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; Maddə 22.2.. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 saylı Fərmanı:
1. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilsin (əlavə olunur).
2. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” :
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: ...2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda)İnzibati icraat haqqında qanun Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
20. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
21. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
23. Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçının Abşeron rayonu, Xırdalan şəhəri, Q.Aslanov küçəsi ünvanında 88 saylı fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası təşkil edir, cavadehin imtinasının, habelə etirazının və apellyasiya şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Q.Aslanov küçəsi ünvanında 88 saylı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair Abşeron rayon XDS İK-nin 28 avqust 1991-ci il tarixli, 176 saylı qərarı əsasında daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun artıq bir dəfə rəsmiləşdirilmişdir.
24. Cavabdehin imtinasının müvafiq dəlillərinin araşdırılması ilə əlaqədar məhkəmə kollegiyası tərəfindən iddiaçının, cavabdehin səlahiyyətli nümayəndəsi Nümayəndə və cavabdeh inzibati orqanın texniki inventarlaşdırma və ölçmə işlərinin aparılması sektorunun yerquruluşu üzrə texniki X7 iştirakı ilə mübahisəli torpaq sahəsinə xx.xx.2022ci il tarixdə yerli baxış keçirilmişdir. Yerli baxış zamanı müəyyən edilmişdir ki, iddiaçının hazırda mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və texniki pasportun verilməsini tələb etdiyi torpaq sahəsi ona məxsis fərdi yaşayış evinə aid torpaq sahəsi olmaqla onun koordinatları Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(118)-775/2022 nömrəli qərarı ilə ləğv edilməsi qərar alınmış üçüncü şəxs X1 adına verilmiş 04 may 2010-cu il tarixli, **********99 reyestr nömrəli çıxarışda əks olunmuş torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür. Belə ki, mütəxəssis tərəfindən müvafiq torpaq sahələrinin döngə nöqtələrinin koordinatları yerində müəyyən edildikdən və müvafiq koordinatlar GPS aparatına daxil edilərək ölçmə işləri aparılarkən qeyd edilən torpaq sahələrinin nə faktiki yerləşməsi ilə, nə də sənəd üzrə koordinatlara əsasən üst-üstə düşmədiyi müəyyən edilmişdir.
25. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin Sumqayıt Apellyasiya Məhkəməsinə ünvanladığı 14 iyun 2022-ci il tarixli, **********07 saylı məktubdan da görünür ki, 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssisinin iştirakı ilə mübahisə predmeti olan torpaq sahəsinə yerli baxış keçirilmiş və Abşeron rayon XDS İK-nin 28 avqust 1991-ci il tarixli, 176 saylı qərarı əsasında üzərində mülkiyyət hüququ qeydiyyata alınmış Abşeron rayonu, Xırdalan şəhəri, Q.Aslanov küçəsi, ev 88 ünvanında olan və **********16-10301 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin və **********99 reyestr nömrəli, xx.xx.2010-cu il tarixli çıxarışa əsasən X1 mülkiyyətində olmuş torpaq sahəsinin döngə nöqtələrinin koordinatları yerində müəyyən edilmiş, Abşeron rayonu, Xırdalan şəhəri, Q.Aslanov küçəsi, ev 88 ünvanında olan və **********16-10301 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin faktiki sahəsinin 0,0617 ha olduğu, **********16-10301 reyestr nömrəli çıxarışın texniki pasportunda 0,0575 ha qeyd olunduğu, **********16-10301 reyestr nömrəli çıxarışın qeydiyyata alınması üçün əsas olmuş 14719 qeydiyyat nömrəli deydiyyat vəsiqəsinin texniki pasportunda isə 0,06102 ha olduğu müəyyən edilmiş; Abşeron rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli, 176 saylı qərarı əsasında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********99 reyestr nömrəli, xx.xx.2010-cu il tarixli çıxarışa əsasən X1 mülkiyyətində olmuş (hal-hazırda **********17-05301 reyestr nömrəli çıxarışa əsasən X6 mülkiyyətində olan çoxmərtəbəli yaşayış binasının yerləşdiyi 0,0941 ha torpaq sahəsinin 0,06 ha hissəsi) torpaq sahəsi ilə nə faktiki yerləşməsi ilə, nə də sənəd üzrə koordinatlara əsasən üst-üstə düşmədiyi müəyyən edilmiş; İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin Abşeron rayonu, Xırdalan şəhəri, Q.Aslanov küçəsi, ev 88 ünvanında yerləşdiyi, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********99 reyestr nömrəli, xx.xx.2010-cu il tarixli çıxarışa əsasən X1 mülkiyyətində olmuş və Sumqayıt inzibati Məhkəməsinin 2- 1(118)-775/2022 saylı, 28 fevral 2022-ci il tarixli qərarı ilə ləğv edilmiş torpaq sahəsinin ünvan 11 ünvanında yerləşməklə üzərində çoxmərtəbəli yaşayış binasının yerləşdiyi (halhazırda **********17-05301 reyestr nömrəli çıxarışa əsasən X6 mülkiyyətindədir) müəyyən edilmişdir. Məktuba müvafiq torpaq sahələrinin ortofoto görüntüsü əlavə edilmişdir.
26. Beləliklə, işin yuxarıda qeyd edilən hallarından aydın olur ki, iddiaçının ərizəsinin təmin edilməsindən cavabdehin imtinası qanuna zidd olmuş və onun hüququnun pozulmasına səbəb olmuşdur.
27. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının qeyd edilən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət hüququ bu qərarın 18-ci bəndində istinad olunan Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 saylı fərmanına əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdr. Belə ki, Abşeron rayonu, Xırdalan şəhəri, Q.Aslanov küçəsi, ev 88 ünvanında olan fərdi yaşayış evi iddiaşının mülkiyyətindədir, həmin fərdi yaşayış evinə dair 1999-cu ildə tərtib edilmiş və təsdiq edilmiş surəti cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunda həyətyanı torpaq sahəsinin ölçüsü göstərilmişdir. Yerində müayinə zamanı həmin torpaq sahəsinin üçüncü şəxsin adına qeydə alınmış torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir.
28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 28 fevarl 2022-ci il tarixli, 2-1(118)-775/2022 nömrəli qərarı ləğv edilsin və iş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Q.Aslanov küçəsi, ev 88 ünvanda yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0.061 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və texniki pasportun verilməsi öhdəliyi Cavabdehn üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.