Məhkəmə qərarları › İş №2-1(105)-380/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-380/2023

01.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-380/2023 01.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, X8 qızının katibliyi, İddiaçının nümayəndəsi X3, üçüncü şəxsin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 2-1(118)-393/2023 nömrəli qərarından üçüncü şəxs "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı iddia qaldıraraq “Cavabdeh 08 oktyabr 2021-ci il tarixli “İcraata başlamaq haqqında” Qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ‘‘Bank of Baku” MMC xx.xx.2021-ci il tarixdə Sumqayıt ş. 4 saylı notariat ofisindən icra qeydi alaraq, həmin icra qeydini icra etmək üçün Cavabdehnə göndərmişdir ki, bunun da əsasında 08 oktyabr 2021-ci ildə İcra İdarəsinin icra məmuru Gündüz Aslanov “İcraata başlamaq haqqında Qərar” qəbul etmişdir. İddiaçı "xxxx" cavabdeh İddiaçı adına 23 may 2015-ci il tarixli saxta kredit müqaviləsi tərtib etmişdir. "xxxx" həmin saxta kredit müqaviləsində göstərdiyi məbləği və həmin məbləğə hesabladığı faizləri cavabdehdən almaq üçün “əmr icraatı qaydasında” xx.xx.2017-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinə ərizə ilə müraciət etmiş və iddiaçının tələbi ilə Sumqayıt şəhər Məhkəməsinin hakimi Vladimir Ruvinov 02 fevral 2017-ci il tarixdə, təbii ki, cavabdehin xəbəri və ən əsası iştirakı olmadan məhkəmə iclası keçirmiş və iddaçı "xxxx"nun xeyrinə məhkəmə Əmri qəbul etmişdir və Əmri icra etmək üçün Cavabdehnə göndərmişdir. Məhkəmə Əmrindən Cavabdehndə xəbər tutan cavabdeh məhkəmə Əmrini Sumqayıt şəhər Məhkəməsindən Ərizə ilə tələb etmiş, məhkəmə Əmrini rəsmən aldıqdan sonra Əmrdən Sumqayıt şəhər Məhkəməsinə şikayət etmiş və cavabdehin şikayətindən sonra məhkəmə Əmri ləğv edilmişdir. Lakin Sumqayıt şəhər Məhkəməsinin hakimi Vladimir Ruvinov bu dəfə də banka vəkillik etmək şakərindən əl çəkməmiş və yenə də cavabdehdən gizlin, bu dəfə 04 may 2018-ci il tarixdə məhkəmə iclası keçirmiş və iddiaçı "xxxx"un xeyrinə Qətnamə qəbul etmiş, üstəlik həmin tarixdə də Cavabdehnə “icraata başlamaq haqqında” məktub ünvanlamışdır. Maraqlısı odur ki, cavabdeh həmin Qətnamənin varlığından da Cavabdehndə xəbər tutmuş, Sumqayıt şəhər Məhkəməsindən həmin Qətnaməni ərizə ilə rəsmən tələb etmiş və Qətnaməni aldıqdan sonra Qətnamədən Apellyasiya şikayəti vermişdir. Qətnamədən verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsində araşdırılmış və Sumqayıt şəhər Məhkəməsinin 04 may 2018- ci il tarixli Qətnaməsi Sumqayıt Apellyasiya Məhkəməsinin 04 iyul 2019-cu il tarixli Qərardadı ilə ləğv edilmişdir. Ümumiyyətlə isə iddiaçı ilə cavabdeh arasındakı məhkəmə çəkişmələri 2 il 5 ay 2 gün çəkmiş və bu müddət ərzində "xxxx" cavabdehin ona borclu olmasını heç cürə sübuta yetirə bilməmişdir. İddiaçı "xxxx" məhkəmələrdə uduzacağını çox gözəl anladığı üçün daima saxta yollara əl atmaqdan çəkinmir, belə ki, "xxxx" Cavabdehnə ünvanladığı xx.xx.2020-ci il tarixli məktubunda Sumqayıt Apellyasiya Məhkəməsinin ləğv etdiyi 04 may 2018-ci il tarixli məhkəmə Qətnaməsi əsasında cavabdehdən pul tutulmalarını tələb etmiş, İcra İdarəsinin böyük icra məmuru Siyavuş Beydullayev isə heç bir araşdırma aparmadan və ən əsası bütün bu qanunsuz hərəkətləri hər vəchlə cavabdehdən gizlətməklə 10 iyun 2020-ci ildə “icra ödənişinin alınması haqqında” Qərar qəbul etmiş və həmin Qərarı rəhbər tutan Sumqayıt şəhəri üzrə İcra müşaviri Fuad Nəbiyev 09 iyun 2020-ci ildə (verilmiş Qərardan bir yerinə məktubla müraciət edərək, onun əməkhaqqından iddiaçının xeyrinə tutmalar tutulmasını tələb etmiş, təsadüfən bu məktubdan xəbər tutan cavabdeh icra məmuru Siyavuş Beydullayev ilə görüşmüş, ona Sumqayıt Apellyasiya Məhkəməsinin məlum Qərardadını təqdim etmiş və nəticədə Cavabdehin iş yerinə ünvanladığı xx.xx.2020-ci il tarixli məktubu ilə özünün 09 iyun 2020-ci il tarixli məktubunu geri çağırmışdır. "xxxx" Qanundakı müvafiq boşluqlardan məharətlə yararlanaraq, xx.xx.2021-ci il tarixdə Sumqayıt ş. 4 saylı notariat ofisindən, təbii ki, cavabdehdən xəbərsiz və ən əsası gizlin, müvafiq icra qeydi alaraq, həmin icra qeydini Cavabdehnə təqdim etmişdir. "xxxx" cavabdehin yaşayış yerini dəqiq bildiyi halda, bunu icra məmurundan bilərəkdən gizlətmiş, icra məmuru da öz növbəsində, çox guman ki, işinə məsuliyyətsiz yanaşdığı üçün cavabdehi tapmaq istiqamətində heç bir addım atmamışdır ki, nəticədə cavabdeh İddiaçı Qanunla qorunan hüquqlarından istifadədən məhrum edilmişdir. Cavbdehlə bilərəkdən kontakt yaratmayan Cavabdehin əmək haqqından tutmalar tutulması tələbi ilə xx.xx.2022-ci il tarixli məktubla cavabdehin iş yerinə müraciət etmişdir. Bütün bu özbaşınalıqlardan və Qanım pozuntularından təsadüfən xəbər tutan cavabdeh 16 iyun 2022-ci ildə Cavabdehnə rəsmi məktubla müraciət edərək, icra məmurunun Qərarını və digər sənədləri tələb etmiş və həmin sənədlər cavabdehin nümayəndəsinə 28 iyun 2022-ci ildə rəsmi qaydada təqdim edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Sumqayıt şəhər 4 saylı Notariat ofisi və "xxxx" ASC məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş, 19 yanvar 2023-cü il tarixli, 2-1(118)-393/2023 nömrəli qərarla iddia təmin edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə üçüncü şəxs arasında olan mülki mübahisə mülki məhkəmə icraatı qaydasında həll edilə bilər. Bu halda “Cavabdeh 08 oktyabr 2021-ci il tarixli “İcraata başlamaq haqqında” Qərarı da ləğv edilməlidir. Həmin qərardan narazı qalan üçüncü şəxs "xxxx" ASC apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Üçüncü şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, icra sənədinin icraata daxil olduğundan sonra icra məmuru tərəfindən görülməli olan tədbir qısaca olaraq icra sənədinin rekvizitlərini yoxlamaqdır. Əgər icra sənədinin tərtibatı üzrə tələblər icra haqqında qanun tələblərini uyğundursa artıq imperativ öhdəlik olaraq icra məmuru icraata başlamaq haqqında qərar qəbul etməlidir. Bununla bağlı icra haqqında Qanunun 8.2-ci maddəsinin tələbinə uyğun olaraq icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Yəni icra sənədinin mübahisəli olub-olmamasını araşdırmaq icra məmurunun səlahiyyəti xaricindədir. Sumqayıt İnzibati Məhkəməsi belə bir əsaslandırma verməklə həm maddi, həm də prosessual hüquq normalarını pozmuş və səlahiyyət xaricində araşdırma aparmışdır. İcra haqqında qanuna əsasən əgər icra sənədi barəsində mübahisə olarsa icra sənədi üzrə icraat məcburi olaraq dayandırılmalıdır. Sumqayıt şəhəri 4 saylı notariat ofisi tərəfindən aparılmış ******* saylı, xx.xx.2021-ci il tarixli icra qeydi qanunvericiliyin tələbinə uyğun olaraq mübahisəsiz olmuşdur. Şikayətdə daha sonra qeyd olunur ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin cavabdeh İddiaçı qarşı kreditin, ona hesablanmış faizlərin qaytarılması tələbinə dair mülki iş üzrə iddia tələbi qismən təmin edilmiş, İddiaçı "xxxx" ASC-nin xeyrinə 2815.54 ABŞ dolları əsas borcun, 925.68 ABŞ dolları faiz borcunun, cəmi 3741.22 ABŞ dollarının və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması, dövlət rüsumunun kəsr məbləği 10 manatın İddiaçı tutulub dövlət büdcəsinə ödənilməsi, ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir. Cavabdehin mübahisələndirdiyi hissə ondan ibarət idi ki, cavabdeh İddiaçı Bank of Baku ASC-dən heç bir kredit müqaviləsi əsasında pul götürməmiş, müqavilə və ona aid olunan sənədlərdə olan imza ona məxsus deyildir. Bu əsasla cavabdeh Sumqayıt şəhər məhkəməsinin qətnaməsinin ləğv olunmasını və işin yenidən araşdırılması üçün Sumqayıt şəhər məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi cavabdehin apellyasiya şikayətinə müvafiq olaraq məhkəmə-xətşünaslıq ekspertizası təyin olunması məqsədilə xx.xx.2019-cu il tarixində qərardad qəbul etmişdir və iş üzrə icraat dayandırılaraq iş materialları ekspertizaya göndərilmişdir. İş üzrə keçirilmiş məhkəməxətşünaslıq ekspertizasının xx.xx.2019-cu il tarixli 7143 saylı rəyindən görünür ki, Bank of Baku ASC-nin Sumqayıt filialı ilə İddiaçı adlarından olan 23 may 2015-ci il tarixli MM/47707/51/11 saylı kredit sazişinin aşağı hissəsində “müştəri” qrafasındakı imza, 23 may 2015-ci il tarixli 1 saylı ödəniş cədvəlinin aşağı sağ küncündə “borc alan”qrafasındakı imza, 23 may 2015-ci il tarixli 4019 saylı kassa məxaric orderinin aşağı hissəsində orderdə yazılmış “məbləği aldım”qrafasındakı imza İddiaçı tərəfindən icra olunmuşdur. xx.xx.2019cu il tarixində Sumqayıt Apellyasiya Məhkəməsi 2(105)-642/2019 nömrəli qərardad qəbul edərək cavabdeh İddiaçı apellyasiya şikayətini təmin etməmişdir. Bununla yanaşı Azərbaycan Respublikası Prezdientinin xx.xx.2019-cu il tarixli 551 saylı fərmanının icra olunmasını əsas gətirərək (kredit borclarının güzəştli yenidən rəsmiləşdirilməsi hissəsində) həmin qərardadla Sumqayıt şəhər məhkəməsinin 04 may 2018-ci il tarixli, 2(060)- 1102/2018 saylı qətnaməsini ləğv etmiş və iş üzrə Bank of Baku ASC tərəfindən verilmiş apellyasiya şikayətini baxılmamış saxlamışdır. Məhkəmə kollegiyası müvafiq qərardadın əsaslandırıcı hissəsində xüsusi olaraq qeyd etmişdir ki, “eyni zamanda iddiaçıya izah olunur ki, Fərmanın müəyyən etdiyi qaydalara riayət etdikdən sonra borcun ödənilməsi ilə bağlı həll edilməmiş mübahisə qalarsa, hazırki qərardad yenidən iddia tələbi ilə məhkəməyə müraciət etməyə mane olmur, analoji müqavilələr üzrə mübahisənin hazırkı məhkəmədən kənar həlli qaydası qeyd olunan fərmanla müəyyən edildiyindən həmin islər üzrə zəruri prosedurlara sərf edilmiş ağlabatan müddət iddia müddətinə daxil olmamalıdır. Bu halda iddianın baxılmamış hesab edilməsi notarius tərəfindən icra qeydinin aparılmasına heç bir maneə yaratmır və onun qanuniliyini təsdiq edir. Hər bir halda məlum məsələdir ki, notarius tərəfindən aparılmış notariat hərəkətlərinin mübahisələndirilməsi inzibati deyil, mülki icraat qaydasında baxılan məsələdir və buna İnzibati məhkəmələr deyil, notariusun yerləşdiyi yerli rayon və şəhər məhkəmələri tərəfindən baxıla bilər. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh və digər 3-cü şəxs Sumqayıt şəhəri 4 saylı Notariat Ofisi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Belə ki, İPM-nin 35-ci maddəsinə əsasən, bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrin məhkəmə icraatı onun mümkünlüyünə dair şərtlər, o cümlədən, iddianın öz səlahiyyətləri daxilində cavab verməli inzibati orqana qarşı verilməsi, məqsədinin aydın olması, qaldırılmamışdan əvvəl inzibati orqana yazılı müraciətin olması, iddia müddətlərinə riayət edilməsi və inzibati icraatın iddia növlərinə uyğun gəlməsi, iddiaçının inzibati orqan tərəfindən qanunla qorunan hüquqlarının pozulmasının əsaslandırmasının mövcudluğu halında mümkündür. Mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İşdən görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 04 may 2018-ci il tarixli, 2(060)- 1102/2018 saylı, qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin cavabdeh İddiaçı qarşı kreditin, ona hesablanmış faizlərin qaytarılması tələbinə dair mülki iş üzrə iddia tələbi qismən təmin edilmiş, İddiaçı "xxxx" ASC-nin xeyrinə 2815.54 ABŞ dolları əsas borcun, 925.68 ABŞ dolları faiz borcunun, cəmi 3741.22 ABŞ dollarının və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması, dövlət rüsumunun kəsr məbləği 10 manatın İddiaçı Mircəzbala qızından tutulub dövlət büdcəsinə ödənilməsi, ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-642/2019 saylı, 04 iyl 2019-cu il tarixli qərardadı ilə Sumqayıt şəhər Məhkəməsinin 04 may 2018-ci il tarixli, 2(060)-1102/2018 nömrəli qətnaməsi ləğv edilmişdir. Bundan sonra Sumqayıt şəhəri 4 saylı Notariat Ofisi tərəfindən xx.xx.2021-ci il tarixdə MM/47707/51/11 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 2048 ABŞ dolları 28 sent (iki min qırx səkkiz ABŞ dolları iyirmi səkkiz sent) tutulması barədə icra qeydi aparılmış, Cavabdeh icra məmuru Gündüz Aslanovun 08 oktyabr 2021ci il tarixli icraata başlamaq haqqında qərarı ilə Sumqayıt şəhər 4 saylı Notariat Ofisinin 8i- 13978 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. İddiaçı hazırkı iddia vasitəsi ilə qeyd edilən qərarın ləğv edilməsini xahiş edir. Kollegiya oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə istinad etməklə qeyd edir ki, icra icraatının gedişində icra qurumu tərəfindən həyata keçirilən fəaliyyət şərti olaraq iki hissəyə ayrıla bilər: 1) icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - bu zaman icra məmuru tərəfindən qəbul edilən qərarların və edilən hərəkətlərin qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi həmin fəaliyyətin icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə aparılır. 2) icra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə ziyan vurulmasına gətirib çıxarmış hüquqazidd fəaliyyət - bu zaman isə icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan hərəkətlərin qanuniliyi yoxlanılır. “İcra haqqında” Qanunun 87.1-ci maddəsi birinci hal üzrə icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən verilən şikayətlərə dair məsələni tənzimləyir. Həmin Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər. “İcra haqqında” Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Eyni zamanda, nəzərə almaq lazımdır ki, “İcra haqqında” Qanun məcəllələşdirilmiş prosessual normativ hüquqi aktlardan fərqli olaraq məhkəmə aidiyyəti qaydalarını müəyyən edə bilməz. Ümumi prinsipə görə işlər üzrə məhkəmə aidiyyəti qaydaları müvafiq sahələrə (mülki prosessual, cinayət-prosessual, inzibati prosessual, habelə inzibati xətalar haqqında qanunvericiliyə) aid prosessual qanunvericiliklə tənzimlənir. Ona görə də, hazırkı halda icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə dair işlərin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı nəzərə alınmalı olan normativ-hüquqi akt kimi “İcra haqqında” Qanun deyil, Mülki Prosessual və İnzibati Prosessual Məcəllələr çıxış edir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da İPM-in 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”na müvafiq olaraq inzibati orqanlara aid edilsə də, bu Xidmətin icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul etdikləri qərarlar da inzibati akt hesab olunmamalı, eləcə də edilmiş hərəkətlər inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməməlidir. Sözügedən fəaliyyət zahirən inzibati hüquq sahəsinə aid fəaliyyət kimi görünsə də, belə deyildir. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara (edilən hərəkət və ya hərəkətsizliyə) məhkəməyə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Beləliklə, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Kollegiya qeyd edir ki, “Notariat haqqında” Qanunun icra qeydləri üzrə pul məbləğlərinin tutulması məsələlərini tənzimləyən 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Həmin maddəyə əsasən icra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Kollegiya tərəfindən yuxarıda qeyd edilən məsələ iddiaçının nümayəndəsinin diqqətinə çatdırılaraq İPM-nin 64-cü maddəsinin tələblərinə uyğun olaraq mübahisənin faktiki və hüquqi tərəfləri, iddianın mümkünlüyü ilə bağlı məsələlər işdə iştirak edən şəxslərlə müzakirə edilmiş, iddiaçının nümayəndəsinə yardım edilərək iddiaçının hüquqi marağına uyğun düzgün hüquqi müdafiə vasitələrindən istifadə etmək, o cümlədən hazırkı iddia üzrə mübahisələndirilən qərarın qəbul olunmasına əsas olmuş notariusun icra qeydinin mülki məhkəmə icraatı qaydasında mübahisələndirmək imkanları barədə izah verilmiş, lakin nümayəndə mülki qaydada iddia verilməsi üçün rüsum ödənilməsi tələbi olduğundan hazırkı iddia ilə müraciət etdiyini, iddiasının əsaslı olduğunu və inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğunu bildirmişdir. Qeyd edilən səbəblərdən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiyası məhkəməsinin qərarı ləğv edilərək iddia mümkün sayılmamalı, iddiaçıya hüquqi marağına uyğun müvafiq iddia ilə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 2-1(118)-393/2023 nömrəli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 6 bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar