Məhkəmə qərarları › İş №2-1(105)-380/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-380/2024

06.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-380/2024 06.03.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: qərarının ləğv edilərək əvvəlki pensiya məbləğinin bərpa edilməsi, pensiya məbləğindən tutulmaların geri qaytarılması) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Fililalına qarşı “cavabdeh orqanın əmək pensiyasının yenidən hesablanması barədə 29 mart 2023-cü il tarixli 3- 17-1/3-3-7096/2023 saylı qərarının ləğv edilərək əvvəlki pensiya məbləğinin bərpa edilməsi, tutulmuş məbləğin ona geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-3415/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1952-ci il təvəllüdlüdür. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının iddiaçıya ünvanladığı 22 iyul 2023-cü il tarixli məktubdan görünür ki, iddiaçıya xx.xx.2023-cü il tarixdən indekləşdirmə ilə əlaqədar olaraq 780.80 manat pensiya ödənilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının xx.xx.2023-cü il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” 3-17-1/3-3- 7096/2023 saylı qərarından görünür ki, iddiaçıya təyin edilmiş pensiya məbləği yenidən hesablanaraq, ona 914 manat 69 qəpik pensiya təyin edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək “cavabdehin xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay artıq ödəmə hesablanma, pensiya məbləğində dəyişiklik edilərək azaldılması barədə cavabdehin qərarının ləğv edilməsi, cavabdehin xx.xx.2022-ci il tarixədək ödənilən aylıq pensiya məbləğinin ödənişinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbini dəqiqləşdirməsi barədə ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək “cavabdeh orqanın əmək pensiyasının yenidən hesablanması barədə 29 mart 2023-cü il tarixli 3-17-1/3-3-7096/2023 saylı qərarının ləğv edilərək əvvəlki pensiya məbləğinin bərpa edilməsi, tutulmuş məbləğin iddiaçıya geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tebeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 22 iyul 2022-ci il tarixli **********9 saylı imtina məktubuna əsasən, ona güzəştli şərtlərlə pensiya təyin olunmasından imtina edilmişdir. Cavabdeh orqanın imtina məktubu bu şəkildədir “Bildiririk ki, DSMF-nin Sumqayıt şəhər şöbəsi tərəfindən sizə xx.xx.2009-cu il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. "Əmək pensiyaları haqqında" Qanunun 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə xx.xx.2006-cı il tarixindən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan (hüququn yarandığı günədək) pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. Mərkəzi Filial tərəfinizdən müraciətinizə əsasən aparılmış araşdırmalar zamanı əmək pensiyanızın düzgün hesablanmadığı müəyyən edilmişdir. Belə ki, pensiya işinizə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən sizin 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajınız 36 il 5 ay 18 gün təşkil edir. Bununla əlaqədar xx.xx.2006-cı tarixədək mövcud olan iş stajınıza uyğun olaraq "Əmək pensiyaları haqqında" Qanunun 27-ci maddəsinin tələblərinə əsasən sizə pensiya təyin olunan pensiyanızın sığorta hissəsi 65.73 manat və xx.xx.2006-cı il tarixindən pensiya hüququnuzun yarandığı tarixinədək fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 154.08 manat sığorta kapitalına uyğun 1.0 manat pensiyanızın sığorta hissəsi müəyyənləşdirilərək xx.xx.2009-cu il tarixində 141.80 manat pensiya məbləği (65.73+1.07+75 (baza hissəsi) (xx.xx.2017-ci il larinədək indeksləşdirilməklə 2(14.89 manat)) sizə ödənilməli olduğu halda, 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajınız 36 il 6 ay götürülməklə sığorta hissəsi 65.78 manat müəyyən edilmiş. xx.xx.2006- xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində artıq müəyyən edilmiş 3322.08 manat sığorta kapitalına görə pensiyanızın sığorta hissəsi 23.07 manat müəyyən edilərək 163.85 manat (65.78*23.07 75) (baza hissəsi) (xx.xx.2017-ci il tarixinədək indeksləşdirilməklə 237.57 manat)) məbləğində pensiya təyin olunaraq sizə ödənilmişdir. Eyni zamanda bildirik ki, "Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2022-ci il tarixinədək qüvvədə olmuş 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla 6 ildən bir həyata keçirilir. Aparılmış araşdırmalar zamanı tərəfindən Fondun Sumqayıt şəhər şöbəsinə ünvanlanmış xx.xx.2017-ci il tarixli ərizənizin icra edilmədiyi müəyyən olunmuşdur. Tərəfimizdən həmin ərizənizə əsasən işləyən əmək pensiyaçısı olduğunuz dövrdə qazandığınız 19674.00 manat sığorta kapitalınıza uyğun əmək pensiyanız yenidən hesablanmışdır. Belə ki. 19674.00 manat sığorta kapitalınız "Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2022-ci il tarixinədək qüvvədə olmuş 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 72 aya bölünməklə (19674.00/72-273.25 manat) qanuni əmək pensiyanızın (204.89 manat) üzərinə əlavə edilərək (273.25+204.89=478.14 manat 1xx.xx.2018-ci il tarixinədək indeksləşdirilməklə 505.39 manat)) hesablanmışdır. Eyni zamanda xx.xx.2018-ci il tarixində işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyiniz üçün pensiyaçı kimi işlədiyiniz dövrdə (pensiyanız yenidən hesablanmasından sonra) topladığınız 2267.28 manat pensiya kapitalına əsasən Mərkəzi filialı tərəfindən "Əmək pensiyaları haqqında" Qanunun xx.xx.2022-ci il tarixinədək qüvvədə olmuş 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada əmək pensiyanız yenidən hesablanaraq 505.39 manatdan 536.88 manata (xx.xx.2020-ci il tarixinədək indeksləşdirilməklə 644.78 manat) artırılmalı olduğu halda, səhvən xx.xx.2009- xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində müəyyən edilmiş 26614.80 manat sığorta kapitalı 72 aya bölünərək (26614.808 72 369.65manat) səhv müəyyən edilmiş əmək pensiyanızın (251.12 manat ) üzərinə əlavə edilməklə (369.65+251.12 620.77 manat (xx.xx.2020-ci il tarixinədək indeksləşdirilməklə 745.53 manat)) sizə ödənilmişdir. Bundan başqa, tərəfimizdən vaxtilə işlədiyiniz "xxxx" ASC tərəfindən ötən dövrdə ödənilməmiş məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə əsasən qanuni əmək pensiyanız xx.xx.2020-ci il tarixindən yenidən hesablanaraq 644.78 manatdan 677.85 manata artırılmışdır. Qeyd olunanlara əsasən, sizə ümumillikdə 4618.34 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin artıq ödənilmiş pul vəsaiti cari ilin mart ayından etibarən hissə-hissə (hər ay 76.97 manat) əmək pensiyanızdan çıxılmaqla tutulur. Əlavə olaraq, bildirik ki, "Əmək pensiyaları haqqında" Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dələ ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (AR Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (AR Prezidenti) qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyanız xx.xx.2022-ci il tarixindən etibarən 780.80 manat müəyyən edilmişdir. Əmək pensiyanız qanunvericiliyin tələblərinə uyğun qaydada hesablanaraq hazırda 7880.80 manat təşkil edir. Hesab edir ki, tərəflərindən aparılmış bu bir tərəfli "yenidən araşdırılma” tam qanunsuzdur və onun heç bir hüquqi əsası yoxdur. Digər tərəfdən, mərkəz tərəfindən ona guya xx.xx.2009-cu il tarixdən başlayaraq xx.xx.2022-ci il tarixədək ümumilikdə 4618.34 manat artıq pul vəsaitinin ödənilməsi müəyyən edilməsi onlara əsas vermirdi ki, birtərəfli qaydada xx.xx.2022-ci ildən başlayaraq hər ay 76,97 manat pensiyamdan tutulmaya başlayasınız. Belə olan halda tutulma yalnız əmək pensiyaçısı onun razılığı ilə razılıq olmadıqda isə məhkəmə qaydasında tutula bilərdi. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə xx.xx.2006-cı il tarixindən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan (hüququnun yarandığı günədək) pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. Mərkəzi Filial tərəfindən iddiaçının müraciətinə əsasən aparılmış araşdırmalar zamanı onun əmək pensiyasının düzgün hesablanmadığı müəyyən edilmişdir. Belə ki, iddiaçının pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 36 il 5 ay 18 gün təşkil edir. Bununla əlaqədar xx.xx.2006-cı il tarixinədək mövcud olan iş stajına uyğun olaraq “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin tələblərinə əsasən ona pensiya təyin olunan tarixə pensiyasının sığorta hissəsi 65,73 manat və xx.xx.2006-cı il tarixindən pensiya hüququnun yarandığı tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 154,08 manat sığorta kapitalına uyğun 1,07 manat pensiyasının sığorta hissəsi müəyyənləşdirilərək xx.xx.2009-cu il tarixində 141,80 manat pensiya məbləği (65,73+1,07+75 (baza hissəsi) (xx.xx.2017-ci il tarixinədək indeksləşdirilməklə 204,89 manat)) ona ödənilməli olduğu halda, 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 36 il 6 ay götürülməklə sığorta hissəsi 65,78 manat müəyyən edilmiş, xx.xx.2006xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində artıq müəyyən edilmiş 3322,08 manat sığorta kapitalına görə pensiyasının sığorta hissəsi 23,07 manat müəyyən edilərək 163,85 manat (65,78+23,07+75 (baza hissəsi) (xx.xx.2017-ci il tarixinədək indeksləşdirilməklə 237,57 manat)) məbləğində pensiya təyin olunaraq iddiaçıya ödənilmişdir. Eyni zamanda bildiririk ki, “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2022-ci il tarixinədək qüvvədə olmuş 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Aparılmış araşdırmalar zamanı iddiaçı tərəfindən Fondun Sumqayıt şəhər şöbəsinə ünvanlanmış xx.xx.2017-ci il tarixli ərizəsinin icra edilmədiyi müəyyən olunmuşdur. Mərkəzi Filial tərəfindən həmin ərizəyə əsasən işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı 19674,00 manat sığorta kapitalına uyğun əmək pensiyası yenidən hesablanmışdır. Belə ki, 19674,00 manat sığorta kapitalı “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2022-ci il tarixinədək qüvvədə olmuş 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 72 aya bölünməklə (19674,00/72=273,25 manat) iddiaçının qanuni əmək pensiyasının (204,89 manat) üzərinə əlavə edilərək (273,25+204,89=478,14 manat (xx.xx.2018-ci il tarixinədək indeksləşdirilməklə 505,39 manat)) hesablanmışdır. Eyni zamanda xx.xx.2018-ci il tarixində iddiaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün pensiyaçı kimi işlədiyi dövrdə (pensiyasının yenidən hesablanmasından sonra) topladığı 2267,28 manat pensiya kapitalına əsasən Mərkəzi Filialı tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2022-ci il tarixinədək qüvvədə olmuş 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada əmək pensiyası yenidən hesablanaraq 505,39 manatdan 536,88 manata (xx.xx.2020-ci il tarixinədək indeksləşdirilməklə 644,78 manat) artırılmalı olduğu halda olduğu halda, səhvən xx.xx.2009-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində müəyyən edilmiş 26614,80 manat sığorta kapitalı 72 aya bölünərək (26614,80/72=369,65 manat) səhv müəyyən edilmiş əmək pensiyasının (251,12 manat) üzərinə əlavə edilməklə (369,65+251,12=620,77 manat (xx.xx.2020-ci il tarixinədək indeksləşdirilməklə 745,53 manat)) ona ödənilmişdir. Bundan başqa, Mərkəzi Filial tərəfindən iddiaçının vaxtilə işlədiyi "xxxx" ASC tərəfindən ötən dövrdə ödənilməmiş məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə əsasən qanuni əmək pensiyası xx.xx.2020-ci il tarixindən yenidən hesablanaraq 644,78 manatdan 677,85 manata artırılmışdır. Qeyd olunanlara əsasən iddiaçıya ümumilikdə 4618,34 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin artıq ödənilmiş pul vəsaiti cari ilin mart ayından etibarən hissə-hissə (hər ay 76,97 manat) əmək pensiyasından çıxılmaqla tutulur. Əlavə olaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar iddiaçının əmək pensiyası 01.01 2022-ci il tarixindən etibarən 780,80 manat müəyyən edilmişdir. İddiaçının əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun qaydada hesablanaraq hazırda 780,80 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-3415/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı barəsində cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş 29 mart 2023-cü il tarixli 3-17-1/3-3-7096/2023 saylı “Əmək pensiyanın yenidən hesablanması haqqında” qərarın ləğv edilməsi, İddiaçı əvvəlki pensiya məbləğinin bərpa edilməsi və tutulmuş məbləğin iddiaçıya geri qaytarılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh orqanın qəbul etdiyi xx.xx.2023-cü il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” 3-17-1/3-3- 7096/2023 saylı qərarı üzrə inzibati icraat aparılmadığından və qərar əsassız olduğundan ləğv edilməlidir. Güzəştli şərtlərlə pensiya təyini ilə bağlı mübahisələrdə ilk öncə güzəştli şərtlərlə əmək pensiyasının hansı dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq təyin edilməli olmasını müəyyən etmək zəruridir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd edilənlərdən asılı olaraq pensiya təminatının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (23 sentyabr 1992-ci il tarixli qanun 06 mart 2007-ci il tarixdə qüvvədən düşmüşdür) və ya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu ilə (01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmişdir) tənzimləndiyi müəyyən edilməlidir. Cavabdeh orqan tərəfindən iddiaçıya təyin edilmiş pensiya məbləğinin hesablanması zamanı inzibati icraat düzgün aparılmamışdır. Belə ki, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməli, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalı, araşdırmanın aparılması zamanı yalnız maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla kifayətlənməməli, maraqlı şəxsləri həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış etməlidir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdır ki, “İnzibati icraat haqqında” Qanunun 21.3.4-cü maddəsi icazə verir ki, şəxslərə münasibətdə qəbul edilmiş inzibati aktlar, yəni ümumi xarakterli sərəncamlar və ya avtomatik qurğuların vasitəsilə və ya çoxlu sayda identik məzmunlu inzibati aktların qəbul edilməsi zamanı inzibati orqan dinləmədən imtina etsin. Qanunda belə bir müddəanın nəzərdə tutulması zərurətdən irəli gəlir. Pensiya hüquq münasibətləri çərçivəsindən yanaşdıqda, bu kateqoriyadan olan şəxslərin dairəsi geniş olduğu üçün həmin şəxslərin hamısının dinləmək faktiki cəhətdən mümkün olmur. Eyni zamanda formal (prosessual) hüquqi tələblərin pozulmasına görə inzibati akt o zaman ləğv olunmalıdır ki, həmin pozuntu qərara təsir etsin, yəni həmin tələblərə riayət edilmiş olacağı təqdirdə oxşar deyil, fərqli qərar qəbul edilsin. Odur ki, maddi hüquq normaları cəhətdən şəxslərə pensiya təyinatı düzgün aparılmadığı və ya düzgün hesablanmadığı hallarda inzibati orqanın yenidən hesablama barədə mübahisələndirilən qərarları formal tələblərin (prosessual) gözlənilməməsi əsası ilə ləğv edilə bilməz. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 39. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. ..... “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Maddə 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Maddə 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi əmək pensiyasının yenidən hesablanması barədə qərarın ləğv edilməsi, əvvəlki pensiya məbləğinin bərpa edilməsi və tutulmuş məbləğin ona geri qyatarılmaısndan ibarət olmuşdur. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin mübahisəsiz hallarından görünür ki, xx.xx.2009-cu il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, iddiaçı qanunla tələb olunan ümumi və güzəştli iş stajına malikdir. İşin mübahisəli halları ondan ibarətdir ki, cavabdeh inzibati orqan iddiaçıya təyin edilmiş əmək pensiyasının məbləğinin artıq ödənildiyini, buna səbəb kimi pensiyanın sığorta hissəsinin məbləğinin səhv hesablanması halına istinad edərək, ümumilikdə 4618,34 manat artıq ödənildiyini əsas gətirərək, hər ay 76,97 manat tutulmalar həyata keçirmiş, iddiaçı tərəfindən isə cavabdehin hərəkətlərinin qanunazidd olması halına istinad edilərək, qeyd edilən iddia tələbi irəli sürülmüşdür. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh inzibati orqan iddiaçı barəsində güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi zamanı yalnışlığa yol verilməsi halına istinad edərək, əmək pensiyası məbləğini yenidən hesbalayaraq, iddiaçıya artıq pensiya ödənişlərinin ödənilməsini müəyyən edərək, iddiaçıya ödənilən pensiya məbləğindən tutulmaları həyata keçirir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh inzibati orqan tərəfindən bu qənatə iddiaçı barəsində güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı inzibati icraatı təzələməklə, inzibati icraat aparılmaqla gəlinməmişdir. Halbuki, yuxarıda istinad edilən inzibati icraat haqqında qanunvericiliyin tələbinə əsasən cavabdeh inzibati orqan iddiaçı barəsində qüvvədə olan əlverişli inzibati aktın dəyişdirilməsi üçün əsaslar müəyyən etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Göründüyü kimi iddiaçı barəsində güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə əlverişli inzibati akt məhz cavabdeh inzibati orqan tərəfindən qəbul edilmişdir. İndiki halda cavabdeh tərəfindən həmin aktın qəbul edilməsi ilə bağlı yalnışlığa (hesablamanın düzgün aparılmaması) yol verilməsi halına istinad edərək, iddiaçıya münasibətdə əmək pensiyası yenidən hesbalanmasına dair inzibati akt qəbul edilmişdir. Həmin inzibati akt iddiaçı barəsində əlverişsiz nəticələrin yaranmasına, maddi mərhumiyyətlərlə qarşılaşmasına səbəb olmuşdur. Buna baxmayaraq, həmin aktlar cavabdeh tərəfindən aparılmış inzibati icraatın təzələnməsi və maraqlı şəxs kimi iddiaçının iştirakı ilə inzibati icraatın aparılmasının nəticəsi kimi ortaya çıxmamışdır. Bu hal isə inzibati icraat haqqında qanunvericiliyin qanunçuluq, etimadın qorunması kimi prinsiplərinin mahiyyətinə zidd olmuşdur. Başqa sözlə desək, cavabdeh inzibati orqan tərəfindən inzibati icraat təzələnməli, aparılmış inzibati icraat barədə iddiaçıya məlumat verilməli, onun iştirakı və dinlənilmə hüququ təmin edilməli, öz xidməti vəzifəsinə görə işin bütün mühüm faktiki halları ətraflı araşdırmalı, zəruri olan sübutlar (sənədlər, məlumatlar və s.) əldə edilməli, maraqlı şəxs həmin icraat materialları ilə tanış ediməli olduğu halda, qeyd edilən tələblərə iddiaçıya münasibətdə riayət edilməmişdir. Bununla yanaşı, indiki halda cavabdeh tərəfindən həmin hal əsaslandırılmamışdır. Göründüyü kimi, indiki halda cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş inzibati akt əlverişsiz inzibati akt qismində çıxış etməklə, qanunvericiliyin normalarının və iddiaçının qanunla müəyyən edilmiş bir sıra hüquqlarının (dinlənilmə, inzibati icraat materialları ilə tanış olmaq və s.) pozulması ilə müşayiət olunmuşdur. Nəticə etibarilə cavabdehin qeyd edilən hərəkətləri hər şeydən əvvəl inzibati icraat haqqında qanunvericiliyin norma və tələblərinə, o cümlədən inzibati icraatın aparılmasına dair prinsiplərinin mahiyyətinə zidd olmuşdur. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsinin dispozitiv şərtlərinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. İndiki halda iş materiallarından görünür ki, artıq ödənilmiş pensiya məbləğinin iddiaçının əmək pensiyası məbləğindən tutulması onun razılığı əsasında həyata keçirilməmiş, bu barədə iddiaçının razılığı olması halı müəyyən edilməmişdir. Bundan əlavə, hazırki iş üzrə qeyd edilən halla bağlı cavabdeh inzibati orqan tərəfindən iddia tələbi ilə məhkəməyə müraciət etməsi və bu barədə məhkəmə qərarının olması halı da aşkar edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının razılığı olmadan və ya məhkəmə qərarı olmadan onun əmək pensiya məbləğindən artıq ödənilmiş məbləğin tutulması qanunvericiliyin qeyd edilən normasının dispozitiv şərtləri ilə uzalaşmamaqla, qanunvericiliyin tələbinə zidd omuşdur. Həmçinin, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, indiki halda cavabdehin istinad etdiyi hallar hər hansı dəlilə və iddiaçı barəsində onun iştirakı ilə aparılmış inzibati icraatın nəticələrinə əsaslanmadığından, əsassız olmuşdur. Eyni zamanda qeyd edilməlidir ki, cavabdehin norma və prinsiplərin tələbinə uyğun inzibati icraat aparmadan öz mülahizəsinə əsasən iddiaçı barəsində əlverişsiz nəticələrə səbəb olan inzibati akt qəbul etməsi isə onun əsaslandırılmasından asılı olmayaq, qanuni və əsaslı inzibati akt hesab edilə bilməz. Habelə, cavabdehin iddiaçı barəsində pensiya məbləğinin düzgün hesablanmaması halına istinad etməsi, onun mülahizəsinin nəticəsi kimi yox, məhz qanunvericiliyin norma və prinsiplərinin tələbinə uyğun şəkildə aparılmış inzibati icraatın nəticəsi kimi ortaya çıxmalıdır. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki inzibati iş üzrə cavabdehin imtina, etiraz və apellyasiya şikayətinin dəlilləri formal olmaqla, əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Bu baxımından məhkəmə qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-3415/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar