Məhkəmə qərarları › İş №2-1(105)-382/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-382/2021

26.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-382/2021 26.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Səyyad Ağaəli oğlu Qafari və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X8, iddiaçının nümayəndələri X6, X4, Cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı Samuray Firmasının cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Samuray Firmasına dair tərtib edilmiş 14.04.2020-ci il tarixli, **********182139 saylı X16 aktının və X2vericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 12 iyun 2020-ci il tarixli, **********137232 saylı qərarın ləğv edilməsi” tələbi barədə iddiası üzrə Sumqayıt İnzibati Məhkəməsinin 31 mart 2021-ci il tarixli 2-1(118)-204/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Samuray Firması cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Samuray Firmasına dair tərtib edilmiş 14.04.2020-ci il tarixli, **********182139 saylı X16 aktının və X2vericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 12 iyun 2020-ci il tarixli, **********137232 saylı qərarın ləğv edilməsi” tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, cavabdeh tərəfindən tərtib edilmiş X2vericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 12 iyun 2020-ci il tarixli, **********137232 saylı qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsi 12.04.2019-cu il tarixli **********180625 saylı qərara əsasən "xxxx" Firması (VÖEN **********) üzrə 2017-2018ci il tarixli dövrləri əhatə edən X16 aparmışdır. Vergi yoxlaması nəticəsində 14.04.2020-ci il tarixli **********182139 saylı X16 aktı tərtib olunmuş və 2 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi tərəfindən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 12 iyun 2020-ci il tarixli **********37232 saylı qərar qəbul edilmişdir. Həmin qərara əsasən 2 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi belə hesab etmişdir ki, 2017-2018-ci illərdə mənfəət vergisinin, 2017-2018-2019-cu illərdə əlavə dəyər vergisinin, 2017-2018-ci ildə məcburi dövlət sosial sığorta haqqı məbləğinin, 2018-2019-cu illərdə isə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan gəlir vergisinin hesabatda göstərilən məbləğinin, hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına yol verilmişdir. Eyni zamanda 2017-2018ci illər üzrə Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən “Nağd hesablamalar haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinin pozulduğu müəyyən edilmiş və "xxxx" Firması 3.776.503,5 manat miqdarında vergi məsuliyyətinə cəlb edilmişdir. Qərarın surəti 17 iyun 2010-ci il tarixdə "xxxx" Firmasına təqdim edilmişdir. Aşağıda göstərilənlərə əsasən 14.04.2020-ci il tarixli **********182139 saylı X16 aktı və 2 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi tərəfindən "xxxx" Firmasının vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 12 iyun 2020-ci il tarixli **********37232 saylı qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Qərarda, X16 aktında göstərilənlərlə ziddiyyət təşkil edən dəlillər göstərilmişdir. Belə ki, qərarda guya "xxxx" firması tərəfindən X16 aktına qarşı göndərilən etirazda müəssisədən götürülmüş qara mühasibatlıq sənədlərinin firmaya aid olmaması bildirilmişdir. Halbuki, "xxxx" firması tərəfindən X16 aktına qarşı göndərilən etirazda belə bir cümlə işlədilməmişdir, digər tərəfdən "xxxx" firmasında ümumiyyətlə qara mühasibatlıq sənədləri olmamışdır və Firmadan belə sənədlər götürülməmişdir. İstər vergi yoxlaması zamanı, istərsə də X16 aktının müzakirəsi zamanı Firmaya belə sənədlər təqdim edilməmişdir. Bu barədə şifahi və yazılı formada vergi orqanına dəfələrlə müraciət olunsa da, vergi orqanı belə bir sənədi təqdim edə bilməmişdir. Belə olduğu halda 2 saylı Ərazi Vergilər Baş idarəsinin rəisinin hansı əsasla və hansı qənaətlə qeyd edilən sənədlərin “Samuray" firmasına aid olmasına dair qərara gəlməsi bəlli deyildir və heç bir əsası yoxdur. Digər tərəfdən, yoxlama aktında vergilərin "xxxx" firmasından götürülmüş mühasibatlıq sənədləri əsasında hesablandığı qeyd edilmiş, lakin həmin sənədlərin nədən ibarət olması və dövriyyə kənarlaşmasının hansı formada müəyyən edilməsi açıqlanmamışdır. Həmin yoxlama aktında "xxxx" firmasından hər hansı qara mühasibatlıq sənədlərinin götürülməsinə dair heç bir müddəa yoxdur. Bu fakt bir daha onu göstərir ki, qeyd olunan yoxlama aktı ilə həmin akt əsasında qəbul edilmiş məsuliyyətə cəlb etmə haqqında qərar biri digəri ilə ziddiyyət təşkil edir. X16 aktının məzmunundan göründüyü kimi, vergilər mənbəyi bəlli olmayan və müəssisəyə məxsusluğu sübuta yetirilməyən sənədlər əsasında hesablanmışdır. Hesablamanın əsası olan əməliyyatlar barədə yoxlama aktında qeydlər edilməmiş, habelə həmin məlumatların doğruluğu sübuta yetirilmədən (qarşılıqlı əməliyyatlar aparılması ehtimal olunan şəxslərə sorğular verilmədən və s) vergilərin hesablanması həyata keçirilmişdir. Vergi Məcəlləsinin 3.2-ci maddəsinə əsasən vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin və digər qanunların konkret maddələri, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilməlidir. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Yoxlama aktından göründüyü kimi isə yoxlama ilə hesablanmış vergilər əsaslandırılmamış, aşkar olunmuş pozuntu hallarının nədən ibarət olması qeyd edilməmiş və təqsirləri sübuta yetirilməmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 7 sentyabr 2016-cı il tarixli **********011400 nömrəli Qərarı ilə təsdiq edilmiş “X16nın keçirilməsi Qaydaları’nın 11-ci bəndinin müddəalarına əsasən X16 zamanı aparılmış bütün hesablamalar düzgün və dəqiq olmalıdır. Vergi qanunvericiliyinin və ya sosial sığorta və işsizlikdən sığorta haqqında qanunvericiliyin (məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması, ödənilməsi və hesabatın təqdim edilməsinə münasibətdə) pozulması hallarını özündə əks etdirən sübutlar haqqında ətraflı məlumatlar toplanılmalı və aydın formada X16 aktında qeyd edilməlidir. X16 zamanı əlavə hesablanmış vergilər düzgün müəyyən edilməli, əsaslandırılmalı, habelə sığortaedənə əlavə olaraq məcburi dövlət sosial sığorta hesablandıqda bu hesablama əsaslandırılmalıdır. Eyni zamanda, həmin Qaydaların 48-ci və 49-cu bəndlərinə əsasən X16 aktı tərtib edilərkən yoxlama prosesində aşkar olunmuş vergi qanunvericiliyinin və ya sosial sığorta və işsizlikdən sığorta haqqında qanunvericiliyin (məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması, ödənilməsi və hesabatın təqdim edilməsinə münasibətdə) pozulması halları göstərilməlidir. Vergi qanunvericiliyinin və ya sosial sığorta və işsizlikdən sığorta haqqında qanunvericiliyin (məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması, ödənilməsi və hesabatın təqdim edilməsinə münasibətdə) pozulması faktları yoxlama aktında dəqiq, aydın, ardıcıllıqla, sübutlara istinad edilməklə əks etdirilməlidir. Yoxlama zamanı aşkar edilmiş pozuntuların sənədli təsdiqi X16 aktının əsas hissəsində qeyd edilməlidir. Həmçinin qaydalarda yoxlama zamanı qanunvericiliyin tələblərinin pozulması faktlarının təsdiq edilməsi üçün sübutların dairəsi müəyyən edilmişdir ki, hesablanmış vergilər nə ilkin uçot sənədləri, nə hesabatlar, nə izahatlar, nə mütəxəssis və ya ekspert rəyləri, qarşılıqlı hesablaşmalar ilə bağlı ödəniş sənədləri, müqavilələr, habelə vergi qanunvericiliyinin pozulmasının bilavasitə obyekti olan sənədlər və mallar ilə təsdiqlənmir. Eyni zamanda, aktda əks olunmuş hüquq pozuntusu faktlarla əsaslandırılmamış, vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamələrlə yoxlama zamanı faktiki müəyyən edilmiş göstəricilər arasındakı fərqin yaranma səbəbləri açıqlanmamışdır. İstinad olunan maddələrin və yoxlama aktının məzmunundan göründüyü kimi, yoxlama aktında hesablanmış vergilər vergi orqanın fərziyyələrinə əsasən hesablanmış, nə Vergi Məcəlləsinin ümumi prinsipləri gözlənilmiş, nə də X16nın keçirilməsi qaydalarının tələblərinə əməl edilmişdir. Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinin dördüncü bəndində qeyd edilir ki, vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Qeyd olunan qərarın qəbul edilməsi nəticəsində yeni Biznes planına əsasən tikintinin aparılması, yeni dəzgahların gətirilib quraşdırılması və Firmanın normal fəaliyyətinin davam etdirilməsi, hal-hazırda Firmada çalışan 125 nəfərin iş yerlərinin itirilməməsi və əlavə 40 nəfərlik iş yerinin açılması istiqamətində başlanılmış işlərin davam etdirilməsi mümkün deyildir. Həmin qərar icraya yönəldiyi zaman iddiaçı Firmanın bankda olan hesablaşma hesablarına sərəncam qoyularsa və onun əmlakları siyahıya alınarsa, bu Firmanın fəaliyyətinin dayandırılmasına və gələcəkdə Firmaya külli miqdarda zərər vurulmasına səbəb ola bilər. Fəaliyyət göstərdiyi 20 il müddət ərzində ümumi əmlakının dəyərinin 1.5 milyon manat olmayan və hal-hazırda 2 milyon manata yaxın kredit borcu olan Firmadan vergi orqanı tərəfindən 4 milyon manata yaxın vəsaitin tələb edilməsi heç bir məntiqə sığmır və tam qanunsuzluqdur. Eyni Firmanın müraciəti əsasında Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin inkişafı Agentliyinin dəstəyi və köməkliyi ilə 2019-cu ildə X5 xətti ilə istehsalın inkişafı və genişləndirilməsi üçün Firmaya 1,5 milyon manat güzəştli kreditin ayrılmasına nail olmuşlar. Həmin kredit, tərtib edilmiş biznes planına uyğun olaraq yeni istehsal sahəsinin inşasına, daha müasir dəzgahların alınmasına və buna müvafiq olaraq 50 nəfər üçün yeni iş yerlərinin açılmasına sərf olunacaqdır. Firma öz fəaliyyətində mövcud vergi qanunvericiliyin tələblərini yerinə yetirmiş, vaxtlı-vaxtında vergi ödəmələrini həyata keçirmiş, dövlət orqanları ilə, o cümlədən vergi orqanları ilə heç bir problemi olmamışdır. 12 aprel 2019-cu il tarixli qərara əsasən Firmada X16na başlanıldıqdan sonra istehsal sexlərində və bütün ambarlarda inventarizasiya aparılmış, mal qalıqları müəyyən edilmiş, hər hansı kənarlaşmalar aşkar edilməmişdir. Bundan əlavə, X16nın gedişi zamanı 12 fevral 2020-ci il tarixdə Vergilər Nazirliyinin 16 nəfərdən ibarət əməkdaşları "xxxx" firmasında operativ vergi nəzarəti keçirmişlər. 11 mart 2020-ci il tarixdə Sumqayıt şəhərində yerləşən 2 saylı Ərazi Vergi idarəsi tərəfindən həmin idarəyə dəvət olunaraq, idarənin vergi auditi şöbəsində iddiaçının nümayəndəsinə kompüterdə, elektron variantda olan məlumatlar təqdim olunaraq, həmin məlumatların Vergilər Nazirliyinin vegi auditi şöbəsindən daxil olduğu və "xxxx" firmasına aid olduğu bildirilmişdir. Göstərilən məlumatlarla tanış olarkən məlum oldu ki, təqdim olunan məlumatların "xxxx" firmasına heç bir aidiyyəti yoxdur, həmin məlumatların haradan əldə edildiyi məlum deyildir və məlumatların mənbəyi təqdim olunmadı. Bu barədə iradlar 2 saylı Ərazi Vergi idarəsinin vergi auditi şöbəsinin əməkdaşlarına şifahi olaraq bildirilmişdir. Operativ vergi yoxlaması zamanı, qərarda qeyd edildiyi kimi, hər hansı qara mühasibatlıq sənədləri aşkar edilmiş olsaydı, Firmanın nümayəndəsinin və kompüterin istifadəçisi olan vəzifəli şəxsin iştirakı ilə həmin sənəd çapa verilməli, bu barədə protokol tərtib edilərək yoxlama aktına əlavə edilməli idi. Bundan əlavə, operativ vergi yoxlamasının növbəti günü Vergilər Nazirliyində Firmanın direktorunun və direktor müavininin iştirakı ilə Firmanın istifadəsində olan kompüterlərdən yaddaş diskinə köçürülmüş məlumatlara baxış keçirilərkən də, belə məlumatlar aşkar edilməmiş, nə də Firmanın nümayəndələrinə təqdim olunmamışdır. Yoxlamanın 10 dəfə (cəmi 269 gün) dayandırılmasına səbəb kimi ekspertizanın keçirilməsi göstərilmişdir. Lakin sonradan onlara məlum olmuşdur ki, 1-ci ekspertiza aktı 11 iyul 2019-cu ildə, 2-ci ekspertiza aktı isə 17 fevral 2020-ci il tarixdə yazılmışdır. Aktın vergi orqanına təqdim olunması üçün maksimum 1 ay müddət nəzərə alınsa, 06.09.2019-da 29 gün, 04.10.2019-da 29 gün, 01.11.2019-da 29 gün, 29.11.2019-da 29 gün, 20.12.2019-da 29 gün və nəhayət 08.04.2020-ci ildə 8 gün müvafiq qərarlarla yoxlamanın dayandırılması tam əsassızdır. Ekspertizaların keçirilməsi zamanı ümumilikdə 7 gün müddəti ərzində Firmanın istehsal prosesi dayandırılaraq, istehsal həcminin və satış dövriyyəsinin müəyyən edilməsi məqsədi ilə testlər aparılmışdır. Dəfələrlə şifahi və yazılı formada müraciət olunmasına baxmayaraq vergi orqanı aparılmış ekspertiza rəylərinin surətlərini Firmaya təqdim etməmiş, nə də həmin rəylərlə onları tanış etməmişdir. Bu isə vergi orqanının Firmaya qarşı qərəzli mövqe tutmasını bir daha təsdiq edir. Bununla vergi orqanı Vergi Məcəlləsinin 44.7.5 və 44.9-cu maddələrinin tələblərini kobud şəkildə pozmuşdur. Vergi orqanına açıq-aşkar surətdə bəllidir ki, ekspertizaların keçirilməsi nəticəsində müəyyən edilmiş istehsal gücü və satış dövriyəsi ilə vergi orqanının, heç bir əsası olmayan xəyali hesablamalar nətcəsində müəyyən etdiyi rəqəmlər arasında kəskin fərq vardır, ekspertizaların müəyyən etdiyi istehsal gücü ilə yoxlama aktında göstərilən dövriyyənin həyata keçirilməsi mümkün deyildir. Elə bu səbəbdən də vergi orqanı heç bir əsaslı səbəb göstərmədən ekspertiza rəylərini Firmaya verməkdən imtina etmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 12.04.2019-cu il tarixli **********180625 nömrəli qərarına əsasən iddiaçıda iyun 2017 - fevral 2019 vergi dövrü əhatə etməklə növbəti X16 təyin edilmiş və yoxlamanın nəticəsi 17.04.2020-ci il tarixli X16 aktı tərtib edilməklə rəsmiləşdirilmişdir. X16 zamanı operativ vergi nəzarəti tədbirləri ilə iddiaçı tərəfindən vergi orqanına təqdim edilməyən sənədlər (qara mühasibatlıq sənədləri) aşkar edilmiş və həmin sənədlər iddiaçının rəhbərinin iştirakı ilə “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” 12.02.2020-ci il tarixli Protokol tərtib edilməklə götürülmüşdür. Xüsusi şifrə parolla şifrələnmiş həmin sənədlər (elektron formatda) iddiaçının rəhbərinin iştirakı ilə 13.02.2020-ci il tarixdə açılmış və bu barədə iddiaçının rəhbərinin iştirakı ilə akt tərtib edilmişdir. Götürülmüş sənədlər əsasında iddiaçının 2017-ci ilə görə 5447032.23 manat, 2018-ci ilə görə 8880334,15 manat məbləğində dövriyyə (gəlir) fərqləri müəyyən edilmiş, həmin dövriyyələrin (gəlirlərin) əldə ediməsi ilə bağlı çəkilmiş xərcləri təsdiq edən sənədlər olmadığına görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03 2001 -ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının 6.1.1 -ci və 6.1.3-cü bəndlərinə əsasən şərti rentabellik norması tətbiq edilməklə, həmin illərə görə iddiaçı tərəfindən bəyannamə ilə hesablanmış mənfəət vergisi məbləğləri nəzərə alınmaqla ümumilikdə 445847,39 manat məbləğində əlavə mənfəət vergisi hesablanmışdır. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50 faizi məbləğində, yəni 222923,70 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı tərəfindən vergi orqanına təqdim edilməyən sənədlər (qara mühasibatlıq sənədləri) əsasında 2017-ci ilin iyun-dekabr aylarına görə 624919,21 manat, 2018-ci ilin yanvar-dekabr aylarına görə 1124988,87 manat, 2019-cu ilin yanvar - fevral aylarına görə isə 136151,59 manat, cəmisi 1886059,67 manat məbləğində əlavə olaraq ƏDV hesablanmışdır. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50 faizi məbləğində, yəni 943029,85 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Əmək haqqı sənədlərinə əsasən 2017-ci ildə 72423,14 manat, 2018-ci ildə 19701,53 cəmisi 92124,67 manat əmək haqqı fərqinin olmasına və bununla da sosial sığorta haqqının azaldılmasına görə 46062,34 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin 2017-ci ildə 37929,40 manat, 2018-ci ildə 9691,34 manat məbləğində azaldılmasına görə cəmisi 23810,37 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Firmada qara mühasibatlıq sənədlərinin olmaması və firmadan belə sənədlərin götürülməməsi dəlili ilə əlaqədar olaraq bildirilir ki, X16 zamanı operativ vergi nəzarəti tədbirləri ilə iddiaçı tərəfindən vergi orqanına təqdim edilməyən sənədlər (qara mühasibatlıq sənədləri) aşkar edilmiş və həmin sənədlər iddiaçının rəhbərinin iştirakı ilə “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” 12.02.2020-ci il tarixli Protokol tərtib edilməklə götürülmüşdür. Xüsusi şifrə parolla şifrələnmiş həmin sənədlər (elektron formatda) iddiaçının rəhbərinin iştirakı ilə 13.02.2020-ci il tarixdə açılmış və bu barədə iddiaçının rəhbərinin iştirakı ilə akt tərtib edilmişdir. Vergilərin qara mühasibatlıq sənədləri əsasında hesablanması və həmin sənədlərin nədən ibarət olmasının dövriyyə kənarlaşmasının hansı formada müəyyən edilməsinin açıqlanmaması, yoxlama ilə hesablanmış vergilərin əsaslandırılmaması, aşkar edilmiş pozuntu hallarının nədən ibarət olmasının qeyd edilməməsi dəlillərinə münasibətdə bildirilir ki, operativ nəzarət tədbiri zamanı götürülmüş sənədlərdə qeyd edilən gəlirlərlə firmanın vergi orqanına təqdim etdiyi bəyannamə məlumatları arasında yaranmış fərq dövriyyə kənarlaşmasını təşkil etmiş və həmin kənarlaşma ilə müəyyən edilmiş fərqlərə görə vergilərin hesablanması həyata keçirilmişdir. X16 aktında qeyd edilən hallar tam şəkildə açıqlanmış və hesablanmalı olan vergilər əsaslandırılmış, aşkar edilmiş pozuntu halları isə mənfəət vergisinin, ƏDV-nin, sosial sığorta haqqının, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin azaldılması olmuşdur. Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Vergi Məcəlləsinin 67.6-cı maddəsinə əsasən verginin hesablanması üçün vergi ödəyicisi barədə vergi orqanında bir neçə əlaqəli məlumat olduqda, ən yuxarı məbləğdə verginin hesablanmasına əsas verən əlaqəli məlumata əsasən vergi hesablanır. İddia ərizəsində X16 zamanı ekspertizanın keçirilməsi haqqında iki dəfə qərar qəbul edilərək müxtəlif ekspertlər cəlb edilməsinə, müxtəlif ekspert rəyləri tərtib edilməsinə baxmayaraq, sonda X16 aktı tərtib edilən zaman həmin rəylərə ehtiyacın olmaması qeyd edilmişdir. Bununla əlaqədar olaraq bildirilir ki, Vergi Məcəlləsinin 44-cü maddəsinə əsasən X16na ekspert cəlb edilə bilər. Ekspertiza X16nı bilavasitə həyata keçirən vergi orqanının qərarı ilə təyin edilir. Qanunvericiliyə əsasən ekspertin rəyi təklif xarakteri daşıyır, yoxlamanı həyata keçirən orqan ekspert rəyindən asılı deyildir. Yoxlama zamanı operativ vergi nəzarəti tədbiri ilə iddiaçının təqdim etmədiyi və iddiaçının mənfəətini (gəlirini) birbaşa təsdiq edən digər sənədlər aşkar edilərək götürüldüyündən və həmin sənədlər əsasında vergilərin hesablanması həyata keçirildiyindən ekspertin rəyinə ehtiyac olmamışdır. Vergi Məcəlləsinin 38.2-ci maddəsinin tələbləri pozularaq yoxlamanın təqvim günü ilə deyil, iş günü hesabı ilə aparılması ilə bağlı iddiaçının dəlilinə münasibətdə bildirilir ki, Vergi Məcəlləsinin 38.7.3-cü maddəsinə əsasən yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar X16 vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır). Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən X16 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar- vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Həmin Məcəllənin 38.4-cü maddəsinə əsasən X16 iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Azərbaycan Respublikası İPM-nin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 31 mart 2021-ci il tarixli 2-1(118)-204/2021 saylı qərarı ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin yanında 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən iddiaçı Samuray Firması barəsində qəbul edilmiş 12 iyun 2020-ci il tarixli **********37232 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv olunması qərara alınmışdır. (hakim C.Məmmədov) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri: Son dövrlər vergi inzibatçılığı sahəsində həyata keçirilən islahatlara baxmayaraq, vergi tutulan əməliyyatların şəffaflaşdırılması prosesinin qarşısında duran ən böyük maneələrdən biri bəzi vergi ödəyicilərinin israrla ikili mühasibatlıq aparmaqda davam etməsidir. Bir qayda olaraq ikili mühasibatlıq aparan vergi ödəyicilərində həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı real dövriyyələri özündə əks etdirən müəyyən sənədlər aşkar edilir. "xxxx" sənədləri adlandırılan bu sənədlərin mənbəyi bəlli olduğu, yəni aid olduğü vergi ödəyicisi, götürülmə şəraiti məlum olduğu üçün vergilərin hesablanmasında əlaqəli məlumat kimi həmin sənədlərdə olan məlumatlardan geniş istifadə edilir. Gözlənildiyi kimi, vergidən yayınmağı əsas hədəf kimi müəyyən etmiş belə vergi ödəyiciləri "xxxx" sənədləri əsasında hesablanmış vergiləri məhkəmədə mübahisləndirməklə məsuliyyətdən yayınmağa cəhd edir. Lakin bu tip vergi ödəyiciləri üzrə keçirilmiş səyyar vergi yoxlamaları zamanı aşkar edilərək götürülmüş "xxxx" sənədlərində əks olunmuş məlumatlar əsasında büdcədən yayındırılan külli miqdarda vergilər hesablanaraq büdcəyə bərpa olunur. 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 12.04.2019-cu il tarixli **********180625 nömrəli qərarına əsasən iddiaçıda-iyun 2017 - fevral 2019 vergi dövrü əhatə edilməklə növbəti X16 təyin edilmiş və yoxlamanın nəticəsi 17.04.2020-ci il tarixli X16 aktı tərtib edilməklə rəsmiləşdirilmişdir. X16 zamanı 12.02.2020-ci il tarixli qərar əsasında Samuray Firmasına məxsus obyektdə operativ vergi nəzarəti tədbirləri keçirilmişdir. “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi" haqqında qərara əsasən müəssisədən 11 müxtəlif ölçülü elektron daşıyıcı və 4 qovluqda 1019 səhifədən ibarət son 4 ilin kalkulyasiyası məlumatları barədə sənədlər götürülmüşdür. Həmin sənədlər iddiaçının rəhbərinin iştirakı ilə “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” 12.02.2020-ci il tarixli Protokol tərtib edilməklə götürülmüşdür (protokolun surəti əlavə olunur). Xüsusi şifrə parolla şifrələnmiş sənədlər (elektron formatda) iddiaçının rəhbərinin iştirakı ilə 13.02.2020-ci il tarixdə açılmış və bu barədə iddiaçının rəhbərinin iştirakı ilə akt tərtib edilmişdir. Cəmiyyətin direktoru Əhmədov İlqar götürülmüş sənədlərin "xxxx" Firmasına məxsus olduğunu tərtib olunmuş 13.02.2020-ci il tarixli Akta imza edərək təsdiqləmişdir. Araşdırma nəticəsində həmin sənədlər arasında qara mühasibatlıq sənədlərinin olduğu aşkarlanmışdır. Yoxlama ilə elektron daşıyıcılarda müxtəlif əməliyyatların uçotunun aparılması və həmin əməliyyatların mühasibat uçotu sənədlərində əks etdirilmədiyi müəyyən edilmişdir. Yoxlanılan dövr üzrə Firma tərəfindən təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən 21 aylıq dövrdə (iyun 2017 - fevral 2019) göstəriciləri aşağıdakı kimi olmuşdur: 18% dərəcə ilə vergitutulan dövriyyə -4.157.533,19 manat; dövriyyənin ƏDV-si— 748.205,09 manat; əvəzləşdirilən dövriyyə - 4.183.834,84 manat; əvəzləşdirilən ƏDV- 753.090,2 manat; büdcədən istənilən vergi - 4.885,2 manat. Əldə olunmuş qara mühasibatlıq sənədləri əsasında (sənədlərinin surəti əlavə olunur) Firmanın yoxlanılan dövr üzrə ümumi dövriyyəsinin 14.634.804,06 manat olduğu müəyyən edilmişdir. Beləliklə büdcəyə ödənilməli olan ƏDV-nin 1.886.059,63 manat ((14.634.804,06 - 4.156.695,0)*18%) məbləğində azaldıldığı müəyyən olunmuşdur. Firma tərəfindən 2017-ci və 2018-ci illər üzrə təqdim edilən mənfəət vergisi göstəriciləri bəyannamə üzrə isə aşağıdakı kimi olmuşdur. 2017-ci il üzrə gəlirlər 1 462 705.74, xərclər 1 429 859.75, vergiyə cəlb olunan gəlir- 32 845.99, mənfəət vergisi- 6 569, 20 2018-ci il üzrə gəlirlər 2 623 221.22, xərclər 2 582 835.27, vergiyə cəlb olunan gəlir- 40 385.95, mənfəət vergisi- 8077.19 Cəmi gəlirlər 4 085 926.96, xərclər 4 012 695.02, vergiyə cəlb olunan gəlir-73 231.94, mənfəət vergisi- 14646.39 ƏDV-dən yaranmış dövriyyə kənarlaşmasına şərti rentabellik norması tətbiq edilərək Firmaya 2017-ci il üzrə 157.913,44 manat (4 934 479.17/6*20%-6.569,20), 2018-ci il üzrə isə 287.933.95 manat (8.880.334,15/6-8.077,19) məbləğində mənfəət vergisi hesablanmışdır. Bundan əlavə müəssisə tərəfindən İİ rüb 2017 - İ rüb 2018-ci illər üzrə təqdim olunan hesabatlara əsasən 43.879,45 manat məbləğində MDSS hesablanmışdır. Yoxlanılan dövr üzrə müəssisədən əldə edilmiş sənədlərə əsasən 136.004,12 manat MDSS hesablanmış və nəticədə azaldılmış MDSS məbləği 92.124,67 manat təşkil etmişdir. Yoxlanılan dövr üzrə müəssisədən əldə edilmiş sənədlər əsasında işçilərin real əmək haqları üzrə ödənilməli olan gəlir vergisinin 47.620,74 manat azaldıldığı müəyyən edilmişdir. Nəhayət müəssisə tərəfindən təqvim ayı ərzində ümumi məbləği 30.000,0 manatdan(15,000,0) manatdan artıq olan, yəni 690.247,68 manat məbləğində hesablaşmalar üzrə nağd qaydada ödəniş qəbul edildiyindən VM-nin 58.7-1-ci maddəsi əsasında 69.024,77 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Bütün bunlara baxmayaraq, məhkəmə işə baxarkən iddia tələbini tam və hərtərəfli araşdırmamış, işin faktiki hallarına və qanunvericiliyin müddəalarına zidd qərar qəbul etmişdir. İddianın təmin edilmə əsası kimi məhkəmə qərarında qeyd edilmişdir ki, iş materiallarından, eləcə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22.10.2020-ci il tarixli və 05.03.2021-ci il tarixli ekspert rəylərindən görünür ki, Samuray Firması vergitutma məqsədləri üçün gəlir və xərclərinin uçotunu qanunla müəyyən edilmiş qaydada (elektron qaimə faktura, elektron vergi hesab faktura, bank çıxarışları və digər şənədlər ilə) rəsmiləşdirmiş və onun tərəfindən təqdim edilmiş vergi bəyannamələri ilə ilkin mühasibatlıq sənədləri arasında hər hansı kənarlaşma aşkar edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı Samuray Firması apardığı əməliyyatları, eləcə də vergitutma məqsədləri üçün gəlir və xərclərinin uçotunu qanunla müəyyən edilmiş qaydada apardığı halda, cavabdeh vergi orqanı "qara mühasibatlıq” sənədlərini əsas götürərək iddiaçıya əlavə vergi məbləği hesablayarkən qanunvericiliyin tələblərini pozmuşdur, Məhkəmə həmçinin qeyd etmişdir ki, vergi orqanı vergilərin hesablanması zamanı əlaqəli məlumat qismində yalnız rəsmi sənədlərdən istifadə etməli olduğu halda, qanunvericiliyin tələblərini pozaraq mənbəyi bəlli olmayan və mötəbərliyi şübhə doğuran "xxxx" sənədlərindən istifadə etmişdir ki, bu da nəticədə Samuray Firmasına əsassız və qanunsuz əlavə vergi məbləğinin hesablanmasına əsas olmuşdur. Məhkəmənin qeyd olunan dəlili ilə razılaşmayaraq bildirirlər ki, İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icra atında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq olu ıa bilər. MPM-in 101.2-ci maddəsinə əsasən, ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə, tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. MPM-in 206.1 -ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və diyər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yc xdur. MPM-in 103.1 -ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilır. İşə baxan birinci instansiya məhkəməsi işə baxarkən həmin normaların tələblərini pozmuşdur. Belə ki, məhkəmə tərəfindən 22.10.2020-ci il tarixli və 05.03.2021-ci il tarixli ekspert rəyləri tədqiq edilmədən mötəbər sübut qismində qəbul edilmişdir. Halbuki qeyd olunan ekspert rəylərinin məzmunu və nəticə hissəsinə nəzər saldıqda aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavabların verilmədiyi aşkar görünür. 22.10.2020-ci il tarixli və 05.03.2021-ci il tarixli ekspert rəylərinin məzmununa nəzər saldıqda həmçinin görünür ki, ekspert tərəfindən heç bir tədqiqat aparılmadığı azmış kimi, səlahiyyətlərindən kənara çıxılaraq hüquqi məsələlər barədə rəy verilmişdir. Rəylərin məzmununda ekspertin hansı hesablamalar nəticəsində iddiaçının vergidən yayınmaması ilə bağlı nəticəyə gəldiyi görünmür. Başqa sözlə, ekspert rəylərinin məzmunu qanunvericiliyə aid normalar və X16 aktının mətninin üzdən köçürülməsindən ibarətdir. Məlum olduğu kimi, "Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” 18.11.1999-cu il 758-İQ nömrəli qanunun 3-cü maddəsinə əsasən məhkəmə ekspertizası fəaliyyətinin vəzifəsi elm, texnika, incəsənət, sənətkarlıq və başqa sahələr üzrə xüsusi bilik əsasında sübut əhəmiyyətinə malik olan faktiki halların müəyyəniəşdirilməsindən ibarətdir, iş üzrə verilmiş rəylərdə ekspert xüsusi biliyi əsasında iş materiallarında olan sübut əhəmiyyətinə malik faktiki halları müəyyənləşdirilməli olduğu halda, öz səlahiyyətlərindən kənara çıxaraq qanunvericiliyin şərhini vermiş və yoxlama zamanı hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinə münasibət bildirmişdir. Başqa sözlə, ekspert səlahiyyətlərini və fəaliyyət dairəsini aşaraq hüquqi məsələlər barədə rəy bildirmişdir. Halbuki qanunvericilik normalarına əsaslanmaqla işin hallarına hüquqi qiymət ekspert tərəfindən deyil, yalnız məhkəmə tərəfindən verilə bilər. Eyni zamanda bildirilir ki, ekspert hüquqi məsələlərə toxunsa da, qanunvericiliyin düzgün şərhinə də nail ola bilməmişdir. Goründüyü kimi, iddiaçıya yoxlama ilə hesablanmış külli miqdarda vergi borcunun olmadığına dair rəy verən ekspert iş materiallarında olan sübut xarakterli sənədlərdə əks olunmuş rəqəmlərə əsasən hesablamalardan ibarət tədqiqat aparmalı olduğu halda hüquqi dəlillərə əsaslanmışdır. Ekspertin qanunvericiliyi təhlil edərək gəldiyi bu nəticə kökündən yanlışdır. Belə ki, Vergi Məcəlləsinin 83.2.4-cü maddəsinə qeyd edilmişdir ki, vergi orqanı vergi ödəyicisinin vergi öhdəliklərini vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara əsasan hesablamaq hüququ vardır. Məcəllənin 67.1.9-cu maddəsinə əsasən vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumat əlaqəli məlumat hesab olunur və onlardan vergilərin hesablanmasında bilavasitə istifadə oluna bilər. Göründüyü kimi, hazırki iş üzrə "xxxx" sənədləri vergi ödəyicisinin təsərrüfat subyektindən götürüldüydən mənbəyi bəlli olan sənədlərdir və bu sənədlər əsasında iddiaçıya vergilərin hesablana bilməsi Vergi Məcəlləsinin yuxarıda qeyd olunan maddələrində birbaşa nəzərdə tutulmuşdur. Eyni zamanda qeyd olunmalıdır ki, iddiaçının vergi tutulan əməliyyatlarını ilkin mühasibatlıq sənədləri ilə məqsədli olaraq rəsmiləşdirməməsi, onu həmin əməliyyatlara görə verği ödəmək vəzifəsindən azad edə bilməz. İddiaçının vergi tutulan əməliyyatlarını ilkin mühasibatlıq sənədlərində rəsmiləşdirməyərək, həmin əməliyyatları qara mühasibatlıq sənədlərində əks etdirməsi öz-özlüyündə iddiaçının vergi öhdəliklərini yerinə yetirməkdən məqsədli yayındığını sübut edən faktdır. Beləliklə, mübahisələndirilən qərar üzrə hesablanmış vergilər “qara mühasibatlıq sənədləri əsasında hesablandığından həmin sənədlərin tədqiqi həyata keçirilmədən aparılmış məhkəmə-mühasibatlıq ekspertizasının nəticəsi ümumiyyətlə iş üzrə heç bir mötəbər subut əhəmiyyəti daşıya bilməz. Beləliklə “qara mühasibatlıq’’ sənədlərinə əsasən iddiaçıya hesablanmış vergilərin düzgünlüyünə ekspert tərəfindən deyil, məhkəmə tərəfindən qeyd olunanlar nəzərə alınmaqla hüquqi qiymət verilməlidir. Verdiyi rəyi sığortalamaq məqsədi daşıyan ekspert qeyd etmişdir ki, qara mühasibatlıq sənədlərinin nədən ibarət olması nə 14.04.2020-ci il tarixli aktda, nə də ki 12.06.2020-ci il tarixli məsuliyyət qərarında göstərilməyib. Ekspertin qeyd olunan dəlili yanlış olmaqla həqiqəti əks etdirmir. Belə ki, 14.04.2020-ci il tarixli aktın 1.8-ci bəndində qeyd edilmişdir ki, X16 Vergilər Nazirliyinin 12.02.2020-ci il tarixli **********2223 və **********2224 nömrəli operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarlarla götürülmüş mühasibat sənədləri əsasında həyata keçirilmişdir. Qeyd olunan sənədlərin nədən ibarət olması isə iddiaya qarşı hazırlanmış etirazda daha ətraflı əks olunmuşdur ki, ekspert iş materiallarına nəzər salsaydı bu sənədlərin nədən ibarət olduğunu asanlıqla anlaya bilərdi. Həmin sənədlərdə qeyd olunmuşdur ki, Dövlət Vergi Xidmətinin 12.02.2020-ci il tarixli qərarı əsasında Samuray Firmasına məxsus obyektdə operativ vergi nəzarəti tədbiri keçirilmişdir, “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi” haqqında qərara əsasən müəssisədən 11 müxtəlif ölçülü elektron daşıyıcı və 4 qovluq 1019 səhifədən ibarət son 4 ilin kalkulyasiyası məlumatları barədə sənədlər götürülmüşdür. Həmin sənədlər iddiaçının rəhbərinin iştirakı ilə “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” 12.02.2020-ci il tarixli Protokol tərtib edilməklə götürülmüşdür. Xüsusi şifrə parolla şifrəlinmiş həmin sənədlər (elektron formatda) iddiaçının rəhbərinin iştirakı ilə 13.02.2020 ci il tarixdə açılmış və bu barədə iddiaçının rəhbərinin iştirakı ilə akt tərtib edilmişdir. Cəmiyyətin direktoru Əhmədov İlqar götürülmüş sənədlərin “Samuray" Firmasına məxsus olduğunu tərtib olunmuş 13.02.2020-ci il tarixli Akta imza edərək təsdiqləmişdir. X16 zamanı operativ vergi nəzarəti tədbirləri ilə iddiaçı tərəfindən vergi orqanına təqdim edilməyən sənədlər (qara mühasibatlıq sənədləri) aşkar edilmiş və həmin sənədlər iddiaçının rəhbərinin iştirakı ilə “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” 12.02..2020-ci il tarixli Protokol tərtib edilməklə götürülmüşdür. Xüsusi şifrə parolla şifrələnmiş həmin sənədlər (elektron formatda) iddiaçının rəhbərinin iştirakı ilə 13.02.2020-ci il tarixdə açılmış və bu barədə iddiaçının rəhbərinin iştirakı ilə akt tərtib edilmişdir. Cəmiyyətin direktoru Əhmədov İlqar götürülmüş sənədlərin "xxxx" Firmasına məxsus olduğunu tərtib olunmuş 12.02.2020-ci il tarixli Akta imza edərək təsdiqləmişdir. Bundan əlavə, məhkəmə tərəfindən təyin olunan 2-ci ekspertiza zamanı rəy verən ekspert işin əsas mahiyyətini təşkil edən 3-cü suala cavab verməkdən yayınmışdır. Halbuki, iş üzrə ədalətli qərar vermək üçün məhz həmin sualın cavabı nəzərə alınmalı idi. Belə ki, həmin sualda ekspertdən konkret məbləğ soruşulmasına baxmayaraq, ekspert hesablama aparmaqdan yayınmış və yanlış məlumatlara və qanunun səhv şərhinə yol verməklə qara mühasibatlıq sənədləri əsasında vergilərin hesablanmasının qanunvericilikdə nəzərdə tutulmadığını qeyd etmişdir. Məhkəmə iş materiallarına əlavə edilmiş "xxxx" sənədləri ilə bağlı əlavə olaraq qeyd etmişdir ki, həmin sənədlərin kimə məxsus olması, hansı tarixdə tərtib edilməsi və hansı hesabat dövrünü əhatə etməsi qeyri-müəyyəndir ki, bu da həmin sənədlərin vergilərin hesablanması zamanı mənbəyi bəlli olan (əlaqəli) məlumat qismində istifadə edilməsini mümkünsüz edir. Məhkəmənin əsaslandığı bu dəlil də işin faktiki halları ilə ziddiyyət təşkil edir. Bir halda ki, məlumatlar Firmanın mühasibatlıq otağından istifadə olunan kompüterin yaddaşından əldə olunub, artıq bu sənədlərin kimə məxsus olduğunu mübahisələndirmək düzgün deyil. Eyni zamanda, həmin sənədlərin hansı tarixdə tərtib edilməsi və hansı hesabat dövrünü əhatə etməsinin müəyyən edilməsi də çox asandır. Belə ki, kompüterin yaddaşından əldə olunan faylların hansı tarixdə tərtib edildiyini müəyyən etmək kompüterdən anlayışı olan istənilən şəxs üçün çox asan bir işdir. Ona görə məhkpmə tərəfindən bu faktın heç bir araşdırılma aparılmadan cavabdeh vergi orqanının əleyhnə olan dəlil kimi işlənilməsi prosessual normaların pozulması deməkdir. Beləliklə, yuxarıda qeyd olunanlardan göründüyü kimi məhkəmə işin faktiki hallarını düzgün araşdırmamış, prosessual hüquq normalarının tələblərini pozmaqla qanunsuz və əsassız qərar qəbul etmişdir. Tərəflərin izahatları: Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X11 apelyasiya şikayətində qeyd edilənlərə uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı məhkəmə kollegiyasınnın əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apelyasiya şikayətində qeyd edilənlərə uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi və əlavə olaraq bildirdi ki, iddiaçı çox ideal qara mühasibatlıq aparmışdır. Hər bir əməliyyat həmin eksel sənədlərində əks olunmuşdur. İddiaçı firma polietilen paket istehsal edir, çox rentabelli işdir. Real dövriyyə 14 milyon manat olmuşdur. 21 ay üçün 4 milyon manat dövriyyə bəyan edilimişdir. 4 milyon gəlir üçün 14 min vergi ödənmişdir. Xərcləri belə 99% təşkil edir. Qanunvericilikdə minimum rentabellik göstəricisi 6 %-dir. Burda isə 99 % dən artıq xərclərdir. Müəssisədə qara mühasibatlıq aşkarlanmış və vergi hesablanmışdır. Bu məlumatlar mühasibatlıqda yoxdur. Ekspert hüquqi məsələlərlə bağlı rəy vermişdir, həmin rəydən narazıdırlar. Vergi orqanının qərarı ilə ekspertiza təyin olunmuş, lakin həmin rəylərə artıq ehtiyac olmadığı üçün rəyləri nəzərə almamışlar. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili X14 apelyasiya şikayətinə etiraz təqdim etmiş və bildirmişdir ki, X16 aktının məzmunundan göründüyü kimi, vergilər mənbəyi bəlli olmayan və müəssisəyə məxsusluğu sübuta yetirilməyən sənədlər əsasında hesablanmışdır. Hesablamanın əsası olan əməliyyatlar barədə yoxlama aktında qeydlər edilməmiş, habelə həmin məlumatların doğruluğu sübuta yetirilmədən vergilərin hesablanması həyata keçirilmişdir. Sumqayıt İnzibati Məhkəməsində aparılan araşdırma zamanı da məhkəmə iclasına dəvət edilmiş yoxlayıcı və operativ vergi yoxlamasında iştirak edən şəxslərin izahatları da hesablamanın doğru aparılmadığını, ümumiyyətlə operativ vergi yoxlamasının qanunvericiliyə zidd olaraq iştirak etmək hüququ olmayan şəxslər tərəfindən aparıldığını, qanunsuz hərəkətlərə yol verdiklərini aşkar etmişdir. Operativ vergi yoxlamasına rəhbərlik edən X15 məhkəmə iclasında izahat verərək bildirdi ki, onunla "xxxx" firmasına gələn və adları qərarda göstərilməyən şəxslərdən dörd nəfəri kompüterdən məlumatların götürülməsi üçün cəlb edilmişdir. Onlar Firmada istifadə edilən kompüterlərdən məlumatları yaddaş diskinə köçürmüşlər. Həmin şəxslər vergi xidmətinin rəsmi işçiləri deyillər və kənardan mütəxəssis kimi cəlb edilmişlər. Onların mütəxəssis kimi cəlb edilməsinə dair qərar olmamışdır. Bundan əlavə, OVN-nin əməkdaşları kompüterlərdən məlumatları götüdükləri zaman kompüter istifadəçilərini otaqdan çölə çıxararaq, onların iştirakı olmadan kompüterlərdən məlumat götürmüşlər. Apelyasiya şikayətində ümumi sözlərə üstünlük verilib, işin mahiyyətindən kənar hallar qeyd edilib, müəssisəyə aid olmayan cümlələr yazılıb. "xxxx" MMC ilə müəssisənin iddiasının eyniləşdirilməsinin heç bir hüquqi əsası yoxdur. Vergi orqanı əməkdaşlarının X16 aktında istinad etdikləri sənədlər Sumqayıt İnzibati Məhkəməsinə təqdim edilmiş və Məhkəmə tərəfindən müxtəlif ekspertizalar təyin edilmiş və rəylər alınmışdır. Ekspert rəylərində X16 ilə hesablamaların doğru olub-olmamasına, vergi ödəyicisinin məsuliyyətə cəlb etmə qərarı ilə hesablanmış vergi və maliyyə sanksiyalarının doğruluğuna aid rəylər verilmişdir. Göstərilənlər və məhkəmə iclaslarında müəyyən edilən sübutlar mübahisələndirilən vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilmə haqqında 12 iyun 2020-ci il tarixli **********37232 saylı qərarın ləğv edilməsi barədə qərar çıxarılmasına əsas vermişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin 22.10.2020-ci il tarixli və 05.03.2021-ci il tarixli ekspertiza rəyləri ilə qara mühasibatlıq anlayışlarına və bütün sənədlərə münasibət bildirilmişdir. Apelyasiya şikayətində yazılır ki, guya müəssisənin direktoru göstərilənləri təsdiq etmişdir. Halbuki, heç vaxt, yəni istər operativ nəzarət yoxlaması zamanı, istərsə də növbəti gün DVX-nin binasında belə bir hal olmamışdır. Qeyd olunanlar həqiqətə uyğun deyildir. Belə ki, Firmanın kompüterlərində hər hansı qeyri-qanuni sənədlər aşkar edilməmişdir. Əgər aşkar edilmiş olsaydı, çap edilməklə surəti təqdim olunardı və müvafiq protokol tərtib edilərdi. Firmanın direktorunun imzaladığı protokolda yalnız götürülmüş faylların həcmi, yəni neçə meqabayt olması göstərilmişdir. Buna baxmayaraq, DVX-nin əməkdaşları əsassız olaraq bunu, Firmada qeyri-qanuni sənədlərin aşkar edilməsi kimi qələmə vermək istəyirlər. Əlavə olaraq qeyd olunur ki, növbəti gün Samuray firmasının vəkili ilə birgə İqtisadiyyat Nazirliyi yanında DVX-nin binasında 3 Vergi əməkdaşı tərəfindən Samuray Firmasından götürülmüş fayllara baxış keçirilərkən həmin fayllar arasında Samuray Firmasına aid olmayan, yəni “El- Plastik” firmasına, Gədəbəy rayonunda fəaliyyət göstərən hansısa kənd təssərrüfatı fermasına və hansısa xarici şirkətə aid olan sənədlər, habelə Firmanın əməkdaşlarına aid olan şəxsi xarakterli məlumatlar, o cümlədən ailə fotoşəkilləri müəyyən edilmişdir ki, bütün bu qanun pozuntularına qarşı Firmanın direktoru İlqar Əhmədov tərəfindən ciddi narazılıqlar bildirilmişdir. Həmin vaxt DVX-nin əməkdaşları bu faktlarla bağlı səhv etdiklərini etiraf etmiş, Samuray Firmasına aid qanunsuz sənədlər aşkar olmadığından narahatçılıq keçirməyə heç bir əsas olmadığını bildirmişlər və yekun sənəd tərtib olunarkən yalnız "xxxx" Firmasına aid olan sənədlərin nəzərə alınacağını təkidlə söz vermişlər. Bundan sonra faylların həcmi barədə protokol imzalanmışdır. Belə ki, açıq-aydın görünür ki, həmin gün məlumatlarda hər hansı bir qanunsuz sənəd aşkar olunsaydı tərtib olunan protokola əlavə olunardı. OVN tədbiri və aktı ilə əlaqədar isə bildirilir ki, operativ vergi yoxlaması tədbiri özü qanunsuz keçirilmiş, qanunsuz olaraq qərarda adı olmayan şəxslər də həmin yoxlamada iştirak etmiş, qanunsuz akt tərtib edilmişdir. Sənədlərin və nümunə kimi əşyaların götürülməsi və Vergilər Nazirliyinin binasında 13.02.2020-ci il tarixində müəssisəyə məxsus olmayan elektron məlumat daşıyıcısı qurğusundan açılan faylları göstərmək bu məlumatların müəssisəyə məxsus olması və bu məlumatlarla müəssisə rəhbərinin razılaşması demək deyil. Həmin bu aktı tərtib edən şəxslər Dövlət Vergi Xidməti orqanlarından kənarlaşdırılmışlar. Onların bu kimi qanunsuz hərəkətləri və əsassız hesablamalara səbəb olan qeyri-peşəkar, qanunsuz hərəkətləri Dövlər Vergi Xidmətinin rəhbərliyi tərəfindən araşdırılmış və vəzifələrindən kənarlaşdırılmışlar. X16 nəticəsində çıxarılmış VÖMCQ (vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə qərar) göstərilənlərə əsasən birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq ləğv edilmişdir. Apelyasiya şikayətində qeyd edilən sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında qərar, protokol barədə əlavə olaraq qeyd edilir ki, Vergi Məcəlləsinin 43, 48-ci maddələrində sənədlərin və nümunə kimi əşyaların götürülməsi nəzərdə tutulmuşdur. Lakin vergi orqanı bu qaydalara da əməl etməmişdir. Vergi orqanı Vergi Məcəlləsinin 39-cu maddəsində müəyyən olunmuş X16nın nəticələrinin rəsmiləşdirilməsi qaydalarını da pozmuşdur. Qərarda, X16 aktında göstərilənlərlə ziddiyyət təşkil edən dəlillər göstərilmişdir. Belə ki, qərarda guya "xxxx" firması tərəfindən X16 aktına qarşı göndərilən etirazda müəssisədən götürülmüş qara mühasibatlıq sənədlərinin firmaya aid olmaması bildirilmişdir. Halbuki, "xxxx" firması tərəfindən X16 aktına qarşı göndərilən etirazda belə bir cümlə işlədilməmişdir, digər tərəfdən "xxxx" firmasında ümumiyyətlə qara mühasibatlıq sənədləri olmamışdır və Firmadan belə sənədlər götürülməmişdir. İstər vergi yoxlaması zamanı, istərsə də X16 aktının müzakirəsi zamanı Firmaya belə sənədlər təqdim edilməmişdir. Bu barədə şifahi və yazılı formada vergi orqanına dəfələrlə müraciət olunsa da, vergi orqanı X16nı hansı sənədlərə əsasən aparmasını, hesablamanın nəyə əsaslandığını təqdim edə bilməmişdir. Yalnız yoxlama bitdikdən sonra, çoxsaylı müraciətlərdən sonra, VÖMCQ çıxarıldıqdan sonra elektron olaraq təqdim edilmişdir. X16 keçirilməsi haqqında qaydalarda da göstərilir ki, yoxlayıcı əlavə hesablamaya əsas verən bütün halları yoxlama zamanı sübut etməli yoxlama aktında ətraflı əks etdirməlidir. Lakin göründüyü kimi yoxlama aktı necə, hansı sənədlə yazıldığı, yoxlama zamanı məlumat verilməmiş, araşdırılmamış, bunu yoxlayıcı da məhkəmə zalında dindirilərkən bildirmişdir. Digər tərəfdən, yoxlama aktında vergilərin "xxxx" firmasından götürülmüş mühasibatlıq sənədləri əsasında hesablandığı qeyd edilmiş, lakin həmin sənədlərin nədən ibarət olması və dövriyyə kənarlaşmasının hansı formada müəyyən edilməsi açıqlanmamışdır. Həmin yoxlama aktında "xxxx" firmasından hər hansı qara mühasibatlıq sənədlərinin götürülməsinə dair heç bir müddəa yoxdur. Bu fakt bir daha onu göstərir ki, qeyd olunan yoxlama aktı ilə həmin akt əsasında qəbul edilmiş məsuliyyətə cəlb etmə haqqında qərar biri digəri ilə ziddiyyət təşkil edir. X16 aktının məzmunundan göründüyü kimi, vergilər mənbəyi bəlli olmayan və müəssisəyə məxsusluğu sübuta yetirilməyən sənədlər əsasında hesablanmışdır. Hesablamanın əsası olan əməliyyatlar barədə yoxlama aktında qeydlər edilməmiş, habelə həmin məlumatların doğruluğu sübuta yetirilmədən vergilərin hesablanması həyata keçirilmişdir. Operativ vergi yoxlaması zamanı, qərarda qeyd edildiyi kimi, hər hansı qara mühasibatlıq sənədləri aşkar edilmiş olsaydı, Firmanın nümayəndəsinin və kompüterin istifadəçisi olan vəzifəli şəxsin iştirakı ilə həmin sənəd çapa verilməli, bu barədə protokol tərtib edilərək yoxlama aktına əlavə edilməli idi. Bundan əlavə, operativ vergi yoxlamasının səhəri günü Vergilər Nazirliyində Firmanın direktorunun və direktor müavininin iştirakı ilə Firmanın istifadəsində olan kompüterlərdən yaddaş diskinə köçürülmüş məlumatlara baxış keçirilərkən də, nə belə məlumatlar aşkar edilməmiş, nə də Firmanın nümayəndələrinə təqdim olunmamışdır. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndələri X12, X9 apelyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq, iddiaçının və cavabdehin nümayəndələrini dinləyərək, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarından görünür ki, "xxxx" firmasında iyun 2017-fevral 2019-cu illəri əhatə edən dövrü üçün vergi orqanı tərəfindən növbəti X16 təyin edilmişdir. X16 zamanı 12.02.2020-ci ildə operativ vergi nəzarəti tədbirləri nəticəsində vergi ödəyicisindən vergi orqanının “qara mühasibatlıq sənədləri” adlandırdığı məlumatlar aşkar edilərək götürülmüşdür. Həmin məlumatlar elektron daşıyıcıya köçürüldükdən sonra xüsusi zərfə yerləşdirilərək vergi ödəyicisinin iştrakı ilə möhürlənmiş və növbəti gün vergi ödəyicisinin iştrakı ilə açılaraq rəsmiləşdirilmişdir. Vergi yoxlaması nəticəsində 14.04.2020-ci il tarixli **********182139 saylı X16 aktı tərtib olunmuş və 2 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi tərəfindən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 12 iyun 2020-ci il tarixli **********37232 saylı qərar qəbul edilmişdir. Həmin qərar əsasında "xxxx" firmasına əsas borc üzrə 2471652,47 manat, maliyyə sanksiyası üzrə 1304851,03 manat, ümumilikdə 3.776.503,5 manat vergi borcu hesablanmışdır. İddiaçı müvafiq qərarla razılaşmamış və həmin qərarı mübahisələndirmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və ona əsaslanmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22.10.2020-ci il tarixli və 05.03.2021-ci il tarixli ekspert rəyindən görünür ki, Samuray Firması vergitutma məqsədləri üçün gəlir və xərclərinin uçotunu qanunla müəyyən edilmiş qaydada (elektron qaimə faktura, elektron vergi hesab faktura, bank çıxarışları və digər sənədlər ilə) rəsmiləşdirmiş və onun tərəfindən təqdim edilmiş vergi bəyannamələri ilə ilkin mühasibatlıq sənədləri arasında hər hansı kənarlaşma aşkar edilməmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı Samuray Firması apardığı əməliyyatları, eləcə də vergitutma məqsədləri üçün gəlir və xərclərinin uçotunu qanunla müəyyən edilmiş qaydada apardığı halda, cavabdeh vergi orqanı "xxxx" sənədlərini əsas götürərək iddiaçıya əlavə vergi məbləği hesablayarkən qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə X16nın aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. - vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; (67.1.1) - vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; (67.1.2.) - vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; (67.1.3) - vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; (67.1.4) - vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; (67.1.5) - vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; (67.1.6) - vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; (67.1.7) - vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; (67.1.8) - vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. (67.1.9) Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: - eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; (67.2.1) - eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; (67.2.2) - fəaliyyət göstərilən ərazi. (67.2.3) Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır. Göründüyü kimi, vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən (X16nın aparılması zamanı sənədlər təqdim edilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda və s.) mümkün olmadıqda, vergi orqanı ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri, xərcləri, idxal-ixrac əməliyyatları, bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti, vergi ödəyicisi tərəfindən istehsal olunmuş və ya təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlardan və s.) istifadə etməklə, eləcə də analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablamaq hüququ vardır. Maddənin məzmunundan həm də o müəyyən olunur ki, vergilərin hesablanması zamanı istifadə edilən əlaqəli məlumatlar yalnız rəsmi məlumatlar olmalıdır. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.6-cı maddəsinə əsasən mühasibat uçotu – mühasibat uçotu subyektlərinin aktivləri, öhdəlikləri, kapitalı, gəlir və xərcləri barədə məlumatların yığılması, qeydiyyatı və ümumiləşdirilməsi, habelə maliyyə, vergi və digər hesabatların tərtib edilməsi məqsədi ilə baş vermiş maliyyə-təsərrüfat əməliyyatları üzrə ilkin uçot sənədləri əsasında məlumatların analitik və sintetik uçotunun aparılmasıdır. Həmin Qanunun 2.1.10-cu maddəsinə əsasən mühasibat uçotu sənədi - ilkin uçot sənədləri, mühasibat uçotu registrləri, maliyyə hesabatları, habelə uçotun formalaşdırılması üçün tərtib edilən sənədlərdir. Həmin Qanunun 2.1.11-ci maddəsinə əsasən ilkin uçot sənədləri – maliyyə-təsərrüfat əməliyyatlarının aparılması üçün mühasibat uçotu subyektinin rəhbərinin göstərişini təsdiq edən və ya bu əməliyyatların baş verməsinə hüquq verən, habelə mühasibat uçotunun aparılmasına əsas verən yazılı və ya elektron daşıyıcılarda olan təsdiqedici sənədlərdir. Azərbaycan Respublikası Prezidentinin 16.06.2017-ci il tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 1.1-ci bəndinə əsasən bu Qayda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 130.1-1-ci maddəsinə əsasən hazırlanmışdır və istehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması ilə bağlı münasibətləri tənzimləyir. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən istehsal sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri mühasibat uçotunun, gəlirlərin (xərclərin) və vergitutma obyektlərinin, o cümlədən əmtəə-material ehtiyatlarının uçotunun aparılması, habelə uçot sənədlərinin tərtib edilməsi və saxlanması ilə bağlı Azərbaycan Respublikasının Vergi Məcəlləsi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş vəzifələri, habelə onlara uyğun qəbul edilmiş digər qanunvericilik aktlarının tələblərini yerinə yetirməyə borcludurlar. Həmin Qaydaların 9-cu bəndinə əsasən bu Qaydada nəzərdə tutulan “Elektron qaiməfaktura”, “İstehsal ehtiyatlarının elektron alış aktı”, “Malların alınması üçün vəkalətnamə” və “Yük avtonəqliyyatı üçün yol vərəqi” istisna olmaqla, “İstehsal ehtiyatlarının təhvil-qəbul aktı”, “İstehsal ehtiyatlarının alış aktı”, “İstehsal ehtiyatlarının təsərrüfatdaxili yerdəyişməsi qaiməfakturası”, “Malların (hazır məhsulların) təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası”, “Alış sifarişi”, “Hazır məhsulların təhvil-qəbul aktı”, “İstehsal ehtiyatlarının buraxılışı tələbnaməsi”, “İstehsal ehtiyatlarının istehsala buraxılışı qaimə-fakturası”, “Köməkçi istehsal məhsullarının əsas istehsala buraxılışı qaimə-fakturası”, “Zay məhsullara dair akt”, “Zay məhsulların təhvilqəbul aktı”, “İtmiş, əskik gəlmiş, xarab və ya zay olmuş və oğurlanmış mallar barədə akt”, “Hazır məhsulların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” və “Fövqəladə hallarda malların itməsi, əskik gəlməsi və xarab və ya zay olması barədə akt” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təsdiq etdiyi formada vergi ödəyicisi tərəfindən kağız və ya elektron daşıyıcıda hazırlanaraq tətbiq edilir. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 27.08.2004-cü il tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”nın 1.4-cü bəndinə əsasən ciddi hesabat blankları təşkilati-hüquqi formasından asılı olmayaraq, təşkilatların və fərdi sahibkarların maliyyə-təsərrüfat fəaliyyətində əmtəə-pul dövriyyəsini əks etdirən, forma və rekvizitləri müəyyən olunmuş qaydada təsdiq edilən, xüsusi seriya və nömrəsi olan ilkin uçot sənədidir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən ciddi hesabat blanklarını onlara oxşar rekvizitlərə malik olan, ciddi hesabat blankları sayılmayan ilkin uçot sənədləri ilə əvəz etmək yol verilmir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 30.01.2017-ci il tarixli Q-01 saylı Qərarı ilə təsdiq edilmiş “X1 Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”nın 7.1-ci bəndinə əsasən mühasibat uçotu subyektləri Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş ilkin uçot sənədlərinin və uçot registrlərinin formalarından istifadə edir. Təsərrüfat əməliyyatlarının baş verməsi faktını əks etdirən ilkin uçot sənədləri mühasibat uçotu registrlərində yazılışlar üçün əsas hesab olunur. Həmin Qaydaların 7.2-ci bəndinə əsasən ilkin uçot sənədləri özündə sənədin (formanın) adı, nömrəsi, kodu, tərtib edilmə yeri, tarixi, sənədi tərtib edən mühasibat uçotu subyektinin adı, təsərrüfat əməliyyatlarının məzmunu, məsul şəxslərin vəzifələri, soyadı, adı, atasının adı, şəxsi imzaları kimi zəruri rekvizitlər əks etdirir. Əməliyyatların xarakterindən və mühasibat uçotu subyektinin fəaliyyətinin xüsusiyyətindən asılı olaraq ilkin uçot sənədlərinə digər əlavə rekvizitlərin daxil edilməsinə yol verilir. Həmin Qaydaların 7.3-cü bəndinə əsasən ilkin uçot sənədləri əməliyyatların baş verdiyi anda, bu mümkün olmadıqda isə əməliyyatlar başa çatdıqdan sonra tərtib edilməlidir. Yuxarıda qeyd olunan normaların məzmunu ilə müəyyən olunur ki, müəssisə və təşkilatlar, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslər mühasibat uçotunu, o cümlədən vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunu Azərbaycan Respublikasının Vergi Məcəlləsi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirməli və aparılan maliyyə-təsərrüfat əməliyyatlarını baş verdiyi anda (bu mümkün olmadıqda başa çatdıqdan sonra) qanunla müəyyən edilmiş qaydada təsdiq edilmiş, zəruri rekvizitləri özündə ehtiva edən və ciddi hesabat blankı sayılan ilin uçot sənədləri əsasında rəsmiləşdirməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti əsassızdır. Belə ki, məhkəmə tərəfindən iş üzrə 2 dəfə mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertin qarşısında 01 yanvar 2017-ci ildən 01 mart 2019-cu ilədək olan dövr üzrə "xxxx" firmasının ƏDV, mənfəət vergisi, məcburi dövlət sığorta hesablamaları, əmlak vergisi və digər maliyyə sanksiyaları üzrə hər hansı kənarlaşmaların mövcud olması ilə bağlı sullar qoyulmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilən ekspertiza nəticəsində verilmiş 9/3786 №li 22.10.2020- ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, 14.04.2020-ci il tarixli, **********182139 nömrəli X16nın əhatə etdiyi dövr ərzində vergilər (ƏDV, mənfəət və MÖMVnin), “Nağd hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinin pozulmasına görə maliyyə sanksiyası və MDSS haqqları üzrə yoxlama ilə aparılmış əlavə hesablamaların düzgünlüyü müəyyən olunmur. Həmçinin qeyd edilir ki, 14.04.2020-ci il tarixli **********182139 nömrəli X16 (SVY) aktının əsasında vergi orqanı tərəfindən çıxarılmış 12.06.2020-ci il tarixli **********1372 saylı “Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarda istinad edilmiş "xxxx" sənədləri əsas götürülməklə əlavə hesablamaların aparılması qüvvədə olan mühasibat uçotu haqqında və vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Yəni, "xxxx" sənədlərinin mötəbərliyi öz təsdiqini tapmır. Eyni zamanda həmin “Qara mühasibatlıq" sənədlərinin nədən ibarət olması nə 14.04.2020-ci il tarixli '**********82139 nömrəli X16 Aktında, nə də ki 12.06.2020-ci il tarixli **********1372 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarda göstərilməyib. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilən ekspertiza nəticəsində verilmiş digər 9/786 №li 05.03.2021-ci il tarixli ekspert rəyində isə qeyd edilmişdir ki, Samuray Firması vergitutma məqsədləri üçün gəlir və xərclərinin uçotunu qanunla müəyyən edilmiş qaydada (elektron qaimə faktura, elektron vergi hesab faktura, bank çıxarışları və digər sənədlər ilə) rəsmiləşdirmiş və onun tərəfindən təqdim edilmiş vergi bəyannamələri ilə ilkin mühasibatlıq sənədləri arasında hər hansı kənarlaşma aşkar edilməmişdir. Bundan başqa məhkəmə tərəfindən 12.02.2020-ci ildə operativ vergi nəzarət tədbirlərinin həyata keçərilməsində iştrak edən vergi məmurları dindirilmiş və “qara mühasibat sənədləri” adlandırılan məlumatların "xxxx" firmasının mühasibatlıq otağında yerləşən bütün kömpüterlərdən götürüldüyü və həmin sənədlərin rəsmi və ya qeyri-rəsmi olmasının araşdırılmadığı müəyyən edilmişdir. Vergi ödəyicisinin dəlili ondan ibarətdir ki, "xxxx" firmasının əməkdaşının istifadəsində olan kömpüterdə olan qeyri-rəsmi məlumatlara görə firma məsuliyyət daşımır. Bundan başqa "xxxx" firması “qara mühasibatlıq sənədləri” əsasında vergi orqanı tərəfindən vergi borcunun hesablanmasının Vergi Məcəlləsində nəzərdə tutulmadığını bildirir. Cavabdehin dəlilinə görə ekspert rəyində ekspert səlahiyyətlərindən kənara çıxaraq hüquqi məsələlər barədə rəy vermişdir. Mülki Prosessual Məcəllənin 101.6-cı maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır Yuxarıda qeyd edilən qanunvericiliyin tələbinə görə aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Kollegiya qeyd edir ki, ekspert rəyində ekspert apardığı tədqiqatın müfəssəl təsvirini verməklə gəldiyi nəticəni Vergi Məcəlləsinin tələblərinə uyğun əsaslandırmış, Vergi Məcəlləsinin müddəaları ilə bağlı rəy verilməmişdir. Məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün hər hansı əsas mövcud olmamışdır. Kollegiya qeyd edir ki, cavabdehin iddiaçı barəsində aparılmış X16 nəticəsində hesablanan vergilərin əsasını sahibkardan götürülmüş iyun 2017-fevral 2019-cu illərdə aparılmış əməliyyatları əks etdirən "xxxx" sənədləri təşkil edir. Apelyasiya şikayətinin də əsas dəlili odur ki, cavabdehin əməkdaşları tərəfindən sahibkardan götürülmüş, 2017- 2019-cu illərdə aparılmış əməliyyatları əks etdirən "xxxx" sənədlərində sahibkarın yoxlanılan dövrdə real istehsal və satış həcminin ilkin mühasibat sənədlərində əks etdirilmiş analoji göstəricilərindən dəfələrlə artıq olduğu müəyyən edilmiş, iş üzrə ekspert rəyi iş materiallarında olan sübut xarakterli sənədlərdə əks olunmuş rəqəmlərə əsasən hesablamalardan ibarət tədqiqata əsaslanmalı olduğu halda hüquqi dəlillərə əsaslanmışdır, işə baxan birinci instansiya məhkəməsi də "xxxx" sənədləri əsasında iddiaçının real dövriyyəsinin müəyyən edilməsi istiqamətində hər hansı araşdırma aparmamışdır. Bu dəlillərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, İPM-nin 14.1-ci maddəsi baxımından, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Cavabdeh iddiaçının "xxxx" sənədləri əsasında dövriyyəsinin bəyan ediləndən daha artıq olması qənaətinə gəlmiş, başqa sözlə, bu əsasla mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməyə çalışmışdır. Lakin cavabdehin istinad etdiyi sənədlərin mötəbər sübut kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, inzibati qanunvericiliyin tələbi baxımından vergi orqanının inzibati icraat zamanı (X16nın aparılması və müvafiq qərar qəbul edilməsi zamanı) işin hallarını obyektiv araşdırmaq hüququ vardır (“İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsi). Nəzərə alınmalıdır ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar isə yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir (“İnzibati icraat haqqında” Qanunun 47.1-ci maddəsi). Cavabdeh tərəfindən götürülmüş və iş materiallarına əlavə edilmiş, cavabdehin "xxxx" sənədləri adlandırdığı materiallara nəzər yetirdikdə müəyyən olunur ki, həmin sənədlərdə iddiaçı müəssisənin rəhbərinə və ya digər səlahiyyətli şəxsinə aid imza, müəssisənin möhürü yoxdur. Həmçinin, həmin sənədlərdə malın təqdim edildiyi şəxslərə dair də hər hansı rekvizitlər mövcud deyildir. Bundan əlavə, həmin sənədlərdə müəyyən rəqəmlər sadalanmış, həmin rəqəmlərlə riyazi əməliyyatlar aparılmışdır, lakin qeyd olunan məlumatlar konkret dövr üzrə real istehsal həcmini müəyyən etməyə imkan vermir. Belə ki, həmin məlumatlardan iddiaçının həqiqətən hər hansı əməliyyat aparmasını (məs.:alqı-satqı, təhvil-təslim, xidmət göstərilməsi və s.) müəyyən etmək qeyri-mümkündür. Həmçinin, cavabdeh tərəfindən X16 zamanı ekspert və mütəxəssis dəvət edilsə də, sonradan onların yardımından istifadə edilməmişdir (halbuki, bu əsasla yoxlama 10 dəfə dayandırılmış və bir dəfə uzadılmışdır). Belə olan halda, iddiaçının dövriyyəsinin necə hesablanması (böyük məbləğdən söhbət gedir - əsas borc üzrə 2471652,47 manat, maliyyə sanksiyası üzrə 1304851,03 manat, ümumilikdə 3.776.503,5 manat vergi borcu) ilə bağlı sual ortaya çıxır. İş materiallarında isə iddiaçının real dövriyyəsinin hesablanması qaydasına (konkret sübutlara istinad etməklə) dair hər hansı məlumat yoxdur. X16ndakı qeyd olunan məlumatları da təhlil etdikdə görünür ki, yoxlama aktında cavabdeh hesablamanın riyazi əsasını konkret mötəbər sübutlara istinadla göstərməmişdir. Cavabdeh inzibati orqan kimi yoxlama zamanı "xxxx" sənədləri ilə əldə etdiyi məlumatlarla kifayətlənməməli, həmin məlumatların həqiqiliyi istiqamətində əlavə araşdırma aparmalı (məs.: alıcıları müəyyən etməli, izahat almalı, operativ vergi nəzarəti imkanlarından istifadə etməli və s.), başqa sözlə, iddiaçının real istehsal dövriyyəsinin artıq olması ilə bağlı mötəbər, şübhədən kənar sübutlar təqdim etməli idi. Lakin, cavabdeh inzibati orqan bunu etməyərək, sadə riyazi hesablamaları özündə əks etdirən “kağızlara” istinad etməklə, əlavə araşdırma aparmadan, ekspert və mütəxəssisdən istifadə etmədən, apardığı hesablamanı əsaslandırmadan, beləliklə də, mübahisələndirilən inzibati aktın qəbul edilməsinin zəruri edən faktiki şərtləri sübuta yetirmədən qərar qəbul etmişdir. Bundan başqa, məhkəmə kollegiyasına cavabdeh inzibati orqan tərəfindən təyin olunmuş ekspertizaya əsasən Prime Legal ekspertiza və hüququ şirkətinin 17.02.2020-ci il tarixli, 9/10 nömrəli ekspert rəyi iddiaçı tərəfindən təqdim olunmuşdur. Cavabdeh inzibati orqan həmin ekspertizanı təyin etsə də, ekspert rəyinə artıq lüzum olmamasına əsaslanaraq, qara mühasibatlıq adlanan sənədlərə əsaslanmışdır. Həmin ekspert rəyi ilə müəyyən olunur ki, ekspertlər qarşısında aşağıdakı suallar qoyulmuşdur: 01.06.2017-ci il tarixdən 01.03.2019-cu il tarixədək olan dövr üçün aylar üzrə istehsal həcminin və satış dövriyyəsinin müəyyənləşdirilməsi; Vergi ödəyicisi tərəfindən 01.06.2017-ci il tarixdən 01.03.2019-cu il tarixədək olan dövrdə ünvan 1 ünvanında yerləşən istehsal olunmuş məhsulların istehsal həcminin müəyyənləşdirilməsi. Tədqiqatın nəticəsi olaraq müəyyən olunmuşdur ki, 24 yanvar 2020-ci il tarixli xronometraj aktı və təqdim edilmiş ilkin sənədlərdə olan məlumatlara əsasən müqayisəli tədqiqat metodu ilə “Samuray Firması”nın 01.06.2017-ci il tarixdən 01.03.2019-cu il tarixədək olan dövr ərzində istehsal edilmiş 5 çeşiddə polietilen torbaların istehsal həcmi cəmi 1 514 235.58 kq müəyyən edilmiş, həmin torbaların 1 kq satış qiymətinin 2.79 manat olması nəzərə alınmaqla istehsal olunması ehtimal edilən 1 514 235.58 kq polietilen torbanın dəyəri 4 224 717.27 manat müəyyən edilmişdir. Beləliklə, həmin ekspert rəyi ilə 4 224 717.27 manat müəyyən edilməsinə və iddiaçı tərəfindən də müvafiq miqdarda bəyan olunmasına baxmayaraq, cavabdeh apelyasiya şikayətində qara mühasibatlığa əsaslanaraq dövriyyənin 14 milyon manat aşkar edildiyini bildirmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, cavabdeh qara mühasibat sənədlərinə istinad edərək iddiaçını vergi məsuliyyətinə cəlb etmiş, həmin sənədlər (kağızlar) isə vergi qanunvericiliyinin normalarına uyğun əldə olunmadığından mötəbər sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 23.1.1-ci maddəsinə əsasən Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüquqlarına aid edilmişdir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən, vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 58.7- ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin qanunun 24.5-ci maddəsinə əsasən inzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz Həmin qanunun 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Beləliklə qeyd edilənləri və işin sadalanan xüsusatlarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəlmişdir. Cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillər isə əsassız olduğu üçün qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, cavabdehin apelyasiya şikayəti təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 31 mart 2021-ci il tarixli 2-1(118)-204/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar