Məhkəmə qərarları › İş №2-1(105)-382/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-382/2024

14.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-382/2024 14.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, öhdəliyin icrası haqqında iddia növü) Sədrlik edən və məruzəçi hakim X3, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 60 yaşı tamam olduğu gündən, yəni xx.xx.2021 -ci il tarixindən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1836/2023 nömrəli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Fililalı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Metallurgiya istehsalatı bölməsinin (3) Polad və ferroərintilər istehsalı. Qarışıqların hazırlanması və kopyor işləri. Metallurgiya sobalarının təmiri. Dolomitin və əhəngin yandırılması bəndində (3.6) metallurgiya avadanlığının təmiri ilə daim məşğul olan metallurgiya zavodlarının avadanlıq quraşdırıcıları peşəsi nəzərdə tutulmuşdur. Cavabdeh orqana təqdim edilən "xxxx" ASC-nin 11 noyabr 2022-ci il tarixli 48 nömrəli iddiaçıya dair arayışında xx.xx.2006-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində iddiaçının sözügedən müəssisədə quraşdırıcı-çilingər peşəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi sahə və vəzifələr qeyd olunan siyahı üzrə nəzərdə tutulan sahə və vəzifələrə uyğun deyil. Beləliklə, qeyd edilən quraşdırıcı- çilingər peşəsi metallurgiya avadanlığının təmiri ilə daim məşğul olan metallurgiya zavodlarının avadanlıq quraşdırıcıları peşəsinə uyğun deyil. Bu səbəbdən iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (3 il 29 gün (xx.xx.1987-xx.xx.1987-ci il, xx.xx.2020- xx.xx.2022-ci il tarixləri ararsındakı dövrlər)) təşkil edir. “Azərboru" ASC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı "xxxx" ASC-də işlədiyi Metallurgiya Sobalarının Təmiri və İstismarı İdarəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısf’nm 3-cü Metallurgiya istehsalatı bölməsinin 3.6-cı Polad və ferroərintilər istehsalı. Qarışıqların hazırlanması və кору or işləri. Metallurgiya sobalarının təmiri. Dolomitin və əhəngin yandırılması bəndində nəzərdə tutulmuş sahə ilə eynilik təşkil edir. Həmçinin, İddiaçı işlədiyi quraşdırıcı-çilingər peşəsi həmin bəndin (a) fəhlələr yarımbəndinin “metallurgiya avadanlığının təmiri ilə daim məşğul olan metallurgiya zavodlarının avadanlıq quraşdırıcıları” peşəsinə uyğundur. Belə ki, məlum olduğu kimi “çilingər” peşəsində çalışan işçilər metaldan hazırlanmış avadanlıq və əşyaların təmiri və eyni zamanda quraşdırılması işlərini həyata keçirirlər. Göründüyü kimi istinad olunan peşədə də məhz metallurgiya avadanlığının təmiri ilə daim məşğul olan metallurgiya zavodlarının avadanlıq quraşdırıcıları, yəni konkret olaraq təmir ilə məşğul olan quraşdırıcı nəzərdə tutulmuşdur. Müvafiq olaraq da vəzifə təlimatından da göründüyü kimi quraşdırıcı-çilingər tərəfindən həm təmir işləri aparılmış və eyni zamanda quraşdırılma işləri ilə həyata keçirilmişdir. Eyni zamanda bildiririk ki, "xxxx" ASC Azərbaycan Respublikasında metallurgiya üzrə aparıcı müəssisələrdəndir və müəssisənin istehsalat sahələrində iş şəraiti ağır və zərərlidir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirməsi barədə ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona 60 yaşı tamam olduğu gündən, yəni xx.xx.2021 -ci il tarixindən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1961-cı il tarixdə Ermənistanın Yexenadzor rayonunda anadan olmuşdur. Hal-hazırda “X10" QSC-də çalışır. xx.xx.2022-ci il tarixində ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün Sumqayıt şəhər ASAN xidmət vasitəsilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin, cavabdehin **********5 saylı xx.xx.2022-ci il tarixli məktubu ilə ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir və imtina səbəbi kimi işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq olunmuş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısf'nda nəzərdə tutulmuş peşəyə aid olmaması göstərilmişdir. İmtina məktubunu xx.xx.2022-ci il tarixdə almışdır. Aşağıda qeyd olunanlara əsasən hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, o: - xx.xx.1978-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək Ermənistanın Yexenadzor rayonunun Kovuşuq heyvandarlıq sovxozunda fəhlə işləmiş; xx.xx.1980-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək hərbi xidmətdə olmuş; xx.xx.1982-ci il tarixindən xx.xx.1986-cı il tarixinədək Ermənistanın Yexenadzor rayonunun Kovuşuq heyvandarlıq sovxozunda fəhlə işləmiş; xx.xx.1986-cı il tarixindən 13.04,1994-cü il tarixinədək "Mərkəzi Domna Təmir” Sumqayıt Təmir Quraşdırma İdarəsində metallurgiya zavodlarının avadanlıqlarının quraşdırıcısı peşəsində işləmiş; xx.xx.1994-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək "AzMSTT" birliyinin 'l'ikinti Mexanizmləri İdarəsində Dəmiryollarının təmiri sahəsində təmirçi çilingər peşəsində işləmiş; xx.xx.1994-cü il tarixindən xx.xx.1998-ci il tarixinədək “Nıırtam" Müştərək Müəssisəsində ştamplayıcı peşəsində işləmiş; xx.xx.2003-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək "Domnatəmir” Təmir Tikinti Quraşdırma İdarəsinin Mexaniki-quraşdırma sahəsində quraşdırıcı-çilingər peşəsində işləmiş; 04,07.2006-cı il tarixindən xx.xx.2016-cı i! tarixinədək “Azərboru" ASC-nin Metallurgiya Sobalarının Təmiri və İstismarı İdarəsində quraşdırıcı-çilingər peşəsində işləmiş; xx.xx.2016-cı il tarixindən xx.xx.2020-ci il tarixinədək “SEMOCO" ММС-də Mexaniki xidmətin mexaniki avadanlıqların təmiri üzrə təmirçi-çilingər peşəsində işləmişdir; xx.xx.2020-ci il tarixindən hal-hazıradək "X10" QSC-də (3-cü İstehsalat Sahəsi -Azərboru) Təmir- Tikinti və Rekonstruksiya İşləri şöbəsində mexaniki avadanlıqların təmiri üzrə təmirçi-çilingər peşəsində işləyir. Onun "xxxx" ASC-nin Metallurgiya Sobalarının Təmiri və İstismarı İdarəsində işlədiyim quraşdırıcı-çilingər peşəsi "xxxx" ASC-nin xx.xx.2022-cı il tarixli 48 saylı arayışına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq olunmuş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 3-cü Metallurgiya istehsalatı bölməsinin 3.6-cı Polad və ferroərintilər istehsalı. Qarışıqların hazırlanması və kopyor işləri. Metallurgiya sobalarının təmiri. Dolomitin və əhəngin yandırılması bəndinin (a) fəhlələr yarımbəndinin "metallurgiya avadanlığının təmiri ilə daim məşğul olan metallurgiya zavodlarının avadanlıq quraşdırıcıları" peşəsinə uyğun olmaqla güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ verir. Həmin Siyahının 3.6- cı bəndində avadanlığın təmiri ilə məşğul olan çilingərlər peşəsi də güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ verir. X1 Təmiri və İstismarı İdarəsinin adından da göründüyü kimi quraşdırıcı-çilingər daim metallurgiya sobalarının (avadanlıqların) quraşdırılması və təmiri ilə məşğul olur. Onun işlədiyi sahə, yəni Metallurgiya İstehsalatı (Qara metallar) sahəsi ümumilikdə əmək şəraiti ağır və zərərli sahədir. Eyni zamanda mənim "xxxx" ASC-də işlədiyi Metallurgiya Sobalarının Təmiri və İstismarı İdarəsi də əmək şəraitinə görə zərərli və ağır sahə sayılır. Artıq neçə illərdir ki, "xxxx" ASC-nin onunla eyni peşədə çalışmış işçilərinə Dövlət Sosial Müdafiə Fondu tərəfindən güzəştli şərtlərlə əmək pensiyası təyin edilir. Bundan başqa, onun xx.xx.1986-cı il tarixindən xx.xx.1994-cü il tarixinədək işlədiyi "Mərkəzi Domna Təmir” Sumqayıt Təmir Quraşdırma İdarəsi (metallurgiya zavodlarının avadanlıqlarının quraşdırıcısı) və xx.xx.2003-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək işlədiyi “Domnatəmir” Təmir Tikinti Quraşdırma İdarəsi (quraşdırıcı-çilingər) "xxxx" ASC-nin ərazisində fəaliyyət göstərmişdir. Qeyd olunan bu idarələr eyni idarə olmuşdur. Belə ki, "Mərkəzi Domna Təmir" Sumqayıt Təmir Quraşdırma İdarəsinin adı dəyişdirilərək sonradan "Domnatəmir" Təmir Tikinti Quraşdırma İdarəsi adlandırılmışdır. Həmin idarə "xxxx" ASC-nin marten sobalarının, boruyayma dəzgahlarının və digər əsas avadanlıqların təmiri sahəsi üzrə həmin müəssisəyə xidmət göstərmişdir, yəni onun faktiki iş yeri "xxxx" ASC (keçmiş Azərbaycan Boruyayma zavodu) olmuşdur. Lakin, həmin idarə ləğv olunduğu üçün oradan arayış ala bilmir. Eyni zamanda, xx.xx.2016-cı il tarixindən xx.xx.2020-ci il tarixinədək "xxxx" MMC-də (təmirçi-çilingər) işlədiyi zaman faktiki iş yeri "Azərboru” ASC ("X10" QSC- nin 3-cü İstehsalat Sahəsi) olmuşdur. Lakin, həmin cəmiyyət də ləğv olunduğu oradan arayış ala bilmir. Cavabdehin iddia tələbinə dair ərizəsinin dəlilləri Cavabdeh iddia tələbinə qarşı ərizəsində qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixdə iddiaçı cavabdeh orqandan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Bunun müqabilində, cavabdeh iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. Belə ki, iddiaçının cavabdeh orqana təqdim etdiyi "xxxx" ASC-nin iddiaçıya dair 11 noyabr 2022-ci il tarixli 48 nömrəli arayışında göstərilən vəzifələr müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarındakı vəzifələri ilə uyğunluq təşkil etmir. Bundan narazı qalan iddiaçı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 il çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmçinin “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Metallurgiya istehsalatı bölməsinin (3) Polad və ferroərintilər istehsalı. Qarışıqların hazırlanması və kopyor işləri. Metallurgiya sobalarının təmiri. Dolomitin və əhəngin yandırılması bəndində (3.6) metallurgiya avadanlığının təmiri ilə daim məşğul olan metallurgiya zavodlarının avadanlıq quraşdırıcıları peşəsi nəzərdə tutulmuşdur. Cavabdeh orqana təqdim edilən "xxxx" ASC-nin 11 noyabr 2022-ci il tarixli 48 nömrəli iddiaçıya dair arayışında xx.xx.2006-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində iddiaçının sözügedən müəssisədə quraşdırıcı-çilingər peşəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi sahə və vəzifələr yuxarıda qeyd olunan siyahı üzrə nəzərdə tutulan sahə və vəzifələrə uyğun deyil. Beləliklə, qeyd edilən quraşdırıcı- çilingər peşəsi metallurgiya avadanlığının təmiri ilə daim məşğul olan metallurgiya zavodlarının avadanlıq quraşdırıcıları peşəsinə uyğun deyil. Bu səbəbdən iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (3 il 29 gün( xx.xx.1987-xx.xx.1987-ci il, xx.xx.2020- xx.xx.2022-ci il tarixləri ararsındakı dövrlər)) təşkil edir. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1836/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 60 yaşı tamam olduğu xx.xx.2021-ci il tarixindən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləğinin “Əmək Pensiyaları” haqqında qanun 32.1-1-ci maddəsinə tələblərinə uyğun olaraq ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır (hakim İsmayıl Quliyev). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı iddiaçının işlədiyi quraşdırıcı çilingər peşəsinin vəzifə təlimatı X7 18 may 2023-cü il tarixli məktubu ilə məhkəməyə təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş arayışlar və vəzifə təlimatı ilə iddiaçının işlədiyi iş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında 3-cü Metallurgiya istehsalatı bölməsinin 3.6-cı Polad və ferroərintilər istehsalı. Qarışıqların hazırlanması və kopyor işləri. Metallurgiya sobalarının təmiri. Dolomitifi və əhəngin yandırılması bəndinin (a) fəhlələr yarımbəndinin “metallurgiya avadanlığının təmiri ilə daim məşğul olan metallurgiya zavodlarının avadanlıq quraşdırıcıları" peşəsinə uyğundur. Cavabdeh inzibati orqan bununla bağlı hər hansı araşdırma aparmadan, iddiaçının hansı işləri gördüyünü müəyyən etmədən əsasslandırılmamış imtina etmişdir. İddiaçının cavabdeh tərəfindən nəzərə alınan 3 il 29 gün (xx.xx.1987- xx.xx.1987ci il, xx.xx.2020- xx.xx.2022-ci il tarixləri ararsındakı dövrlər) və cavabdeh tərəfindən nəzərə alınmamış 10 il 5 ay 17 günlə (xx.xx.2006-xx.xx.2016-cı il tarixləri arasındakı dövrlər) birlikdə iddiaçının 12 il 6 aydan çox güzəştli iş stajı yaranmış olur. Bu halda iddiaçının 60 yaşının tamam olduğu gündən, yəni xx.xx.2021 -ci il tarixindən güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmış olur. İddiaçının cavabdeh orqana müraciəti xx.xx.2022-ci il tarixində olmuşdur. İddiaçının xx.xx.2021-ci il tarixində pensiya hüququ yarandığına görə xx.xx.2021-ci il tarixindən keçmiş müddət üçün ödənilməmiş əmək pensiyası “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə uyğun olaraq ona ödənilməlidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Fililalı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətini iddia ərizəsinə etiraza uyğun əsaslandırmış və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2016cı il tarixədək işlədiyi quraşdırıcı-çilingər vəzifəsini metallurgiya avadanlığının təmiri ilə daim məşğul olan metallurgiya zavodlarının avadanlıq quraşdırıcıları uyğunlaşdırmışdır. Birinci instansiya məhkəməsi İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdə qüvvədə olmuş Qanunda göstərilmiş fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtini araşdırmadan iddia tələbini təmin etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı iddia tələbinin dəqiqləşdirməsi barədə ərizəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edərək, ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (əvvəlki -“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununu qüvvəyə minənədək olan redaksiyada) Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1.işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; ... 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Maddə 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Maddə 25. Sığorta stajı müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilir. Maddə 31.2-1. Sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “ İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının Bənd 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. 2.1. Əmək kitabçalarının hazırlanması və işəgötürənlərə verilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. 3.1. Əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 yerli qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. 3.5. İşə qəbul, daimi başqa işə keçirmək barəsində səhv və qeyri-dəqiq yazılır aşkar edildikdə düzəliş işəgötürən tərəfindən aparılır. İş yerini dəyişdikdə belə hallar aşkar olunarsa, yeni iş yerindəki işəgötürən bu barədə işçiyə lazımi köməklik göstərməlidir. 3.2a bəndində müvafiq aparılmış yazılarda səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 yerli qurumları tərəfindən aparılır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” əsasında müəyyən edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Hazırki iş üzrə iddia tələbi xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. Cavabdeh inzibati orqan tərəfindən imtinası onunla əsaslandırılmışdır ki, iddiaçının işlədiyi sahə və vəzifələr qeyd olunan siyahı üzrə nəzərdə tutulan sahə və vəzifələrə uyğun deyil. Beləliklə, qeyd edilən quraşdırıcı- çilingər peşəsi metallurgiya avadanlığının təmiri ilə daim məşğul olan metallurgiya zavodlarının avadanlıq quraşdırıcıları peşəsinə uyğun deyil. Bu səbəbdən iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (3 il 29 gün (xx.xx.1987-xx.xx.1987-ci il, xx.xx.2020- xx.xx.2022-ci il tarixləri ararsındakı dövrlər)) təşkil edir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Yuxarıda istinad edilən əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən iddiaçıya münasibətdə 60 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün qeyd edilən şərtlər ödənilməlidir: a) 60 yaşının tamam olması b) azı 25 ümumi iş satjına malik olması c) azı 12 il 6 ay güzəştli iş stajına malik olması d) əmək pensiyasının minimum məbləğindən az olmayan məbləğdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğinin olması Həmçinin, xx.xx.2022-ci il tarixdən qüvvədə olan əmək pensiyaları haqqında qanunvericilik normalarının tələbinə əsasən iddiaçıya münasibətdə həmin traixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan şərtlər: a) 60 yaşının tamam olması b) azı 25 ümumi iş satjına malik olması c) azı 12 il 6 ay güzəştli iş stajına malik olması kimi qeyd edilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.1961-ci il təvəllüdlü olmaqla, xx.xx.2021-ci il tarixdə 60 yaşı tamam olmuş, nəticə etibarilə iddiaçıya münasibətdə qanunla tələb olunan pensiya yaş həddinə dair şərt ödənilmişdir. Həmçinin, qeyd edilməlidir ki, cavabdeh tərəfindən iddiaçının qanunla tələb olunan azı 25 il ümumi iş stajına malik olması mübahisələndirilməmişdir. Bundan əlavə, iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasında əks olunmuş işlədiyi dövrlərə aid qeydlər, hərbi xidmətdə olduğu dövr nəzərə alındıqda, iddiaçının qanunla tələb olunan azı 25 il ümumi iş stajına malik olması halı öz təsdiqini tapmışdır. Nəticə etibarilə indiki halda iddiaçıya münaisbətdə qanunla tələb olunan ümumi iş stajına aid olan şərtində də ödənilməsi halı müəyyən edilmişdir. İşin mübahisəli halı ondan ibarədtir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının xx.xx.2006-xx.xx.2016-cı il tarixlər arasındakı dövr ərzində "xxxx" ASC-də quraşdırıcı-çilingər peşəsində işlədiyi vəzifənin müvafiq qərarla təsdiq olunmuş Siyahıda nəzərdə tutulan metallurgiya avadanlığının təmiri ilə daim məşğul olan metallurgiya zavodlarının avadanlıq quraşdırıcıları peşəsinə uyğun olmadığından, həmin dövr nəzərə alınmamış, bu səbəbdən də iddiaçının 3 il 29 gün güzəştli iş stajına malik olduğunu qeyd edir. Məhkəmə kollegiyası işin mübahisəli halları ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarında olan iddiaçıya məxsus olan əmək kitabçasının məzmunundan görünür ki, iddiaçı xx.xx.2006-cı il tarixdə "xxxx" ASC-də metallurgiya sobalarının təmiri və istismarı idarəsinə quraşdırıcı-çilingər peşəsinə işə qəbul olunmuş, xx.xx.2016-cı il tarxdə öz təşəbbüsü ilə həmin işdən azad olunmuşdur. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışın məzmunundan görünür ki, iddiaçı xx.xx.2006-cı il tarixdə "xxxx" ASC-də metallurgiya sobalarının təmiri və istismarı idarəsinə quraşdırıcı-çilingər peşəsinə işə qəbul olunmuş, xx.xx.2016-cı il tarxdə öz təşəbbüsü ilə həmin işdən azad olunmuş, iddiaçının qəbul edildiyi quraşdırıcı-çilingər peşəsi müvafiq Qərarla təsdiq eidlmiş Siyahının 3-cü Metallurgiya istehsalatı bölməsinin 3.6-cı Polad ferroərintilər istehsalı. Qarışıqların hazırlanması və kopyor işləri. Metallurgiya sobalarının təmiri. Dolomitin və əhəngin yandırılması bəndinin a) fəhlələr yarımbəndinin “metallurgiya avadanlığının təmiri ilə daim məşğul olan metallurgiya zavodlarının avadanlıq quraşdırıcıları” peşəsinə uyğundur. İş materilalarından görünür ki, "xxxx" ASC tərəfindən iddiaçının işlədiyi peşəyə dair vəzifə təlimatı təqdim edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 09 aprel 2024-cü il tarixli məktubun məzmununda peşə uyğunluğu ilə bağlı qeyd edilmişdir ki, İddiaçı "xxxx" ASC-də işlədiyi Metallurgiya Sobalarının Təmiri və İstismarı İdarəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı’nın 3-cü Metallurgiya istehsalatı bölməsinin 3.6-cı Polad və ferroərintilər istehsalı. Qarışıqların hazırlanması və кору or işləri. Metallurgiya sobalarının təmiri. Dolomitin və əhəngin yandırılması bəndində nəzərdə tutulmuş sahə ilə eynilik təşkil edir. Həmçinin, İddiaçı işlədiyi quraşdırıcıçilingər peşəsi həmin bəndin (a) fəhlələr yarımbəndinin “metallurgiya avadanlığının təmiri ilə daim məşğul olan metallurgiya zavodlarının avadanlıq quraşdırıcıları” peşəsinə uyğundur. Belə ki, məlum olduğu kimi “çilingər” peşəsində çalışan işçilər metaldan hazırlanmış avadanlıq və əşyaların təmiri və eyni zamanda quraşdırılması işlərini həyata keçirirlər. Göründüyü kimi istinad olunan peşədə də məhz metallurgiya avadanlığının təmiri ilə daim məşğul olan metallurgiya zavodlarının avadanlıq quraşdırıcıları, yəni konkret olaraq təmir ilə məşğul olan quraşdırıcı nəzərdə tutulmuşdur. Müvafiq olaraq da vəzifə təlimatından da göründüyü kimi quraşdırıcı-çilingər tərəfindən həm təmir işləri aparılmış və eyni zamanda quraşdırılma işləri ilə həyata keçirilmişdir. Eyni zamanda bildiririk ki, "xxxx" ASC Azərbaycan Respublikasında metallurgiya üzrə aparıcı müəssisələrdəndir və müəssisənin istehsalat sahələrində iş şəraiti ağır və zərərlidir. Göründüyü kimi, iddiaçının əmək kitabçasında qeyd edilmiş işlədiyi metallurgiya sobalarının təmiri və istismarı idarəsinə quraşdırıcı-çilingər peşəsinə peşəsi müvafiq Qərarla təsdiq edilmiş Siyahı üzrə güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə və vəzifələrə aid olması halı məhz işəgötürən tərəfindən təqdim edilmiş arayış və işin xarakterik xüsusiyyətlərinə dair məlumat, vəzifə təlimatları əsasında öz təsdiqini tapmışdır. Cavabdeh tərəfindən isə həmin halı təkzib edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Nəticə etibarilə cavabdehin istinad etdiyi arqumenti iş materialları əsasında təkzib olunmaqla, formal xarakter daşımış və əsassız olmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əmək kitabçasında qeyd edilmiş həmin peşə və vəzifə üzrə işlədiyi dövrlər nəzərə alındıqda, qanunla tələb olunan azı 12 il 6 ay güzəştli iş satjına malik olması şərti də ödənilmiş olur. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən hissədə birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, cavabdehin şikayətinin dəlilləri əsassız olmuşdur. Bununla yanaşı, qeyd edilməlidir ki, iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdə qüvvədə olan əmək pensiyaları haqqında qanunveriicliyin tələbinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin eidlməsi üçün ümumi və güzəştli iş stajına aid şərtlə yanaşı, əmək pensiyasının minimum məbləğindən az olmayan məbləğdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğinin olması şərti də mövcud olmuşdur. İndiki halda iddiaçının 60 yaşının tamam olduğu vaxtda qüvvədə olan əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin eidlməsi üçün üç şərt (yaş həddi,ümumi və güzəştli iş stajına aid) ödənilsə də, pensiya kapitalına aid olan şərt ödənilmədiyindən, həmin yaşda iddiaçının pensiya hüququ yaranmamışdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən hissədə işin hallarına düzgün hüquqi qiymət verilməmiş, iddiaçının pensiya hüququnun yaranması əsasları düzgün müəyyən edilməmiş, bu istiqamətdə iddiaçıya hüquqi yardım göstərilməsi təmin edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, pensiya kapitalına aid şərti ehtiva edən qanunvericilik norması 29 iyun 2022-ci il tarixdən qüvvədən düşdüyündən, həmin tarixdən qüvvədə olan pensiya haqqında qanunvericilik normasının tələbinə əsasən iddiaçıya münasibətdə pensiya təyin edilməsi üçün tələb olunan şərtlər ödənildiyindən, iddiaçıya hüquqi yardım göstərilərək, iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə təqdim edilməsi təklif edilmişdir. Nəticə etibarilə iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə təqdim edilərək, xx.xx.2022-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İndiki halda iddiaçıya münasibətdə xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan bütün şərtlər ödənildiyindən, iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizəsi nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı həmin hissədə dəyişdirilməli, iddia tələbi təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan hallar əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1836/2023 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar