Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-383/2020 17.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası, Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Fuad Əli oğlu Məmmədov və X2 ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “ona məxsus olan Sumqayıt şəhəri, X6 B/Y, 419 bağ sahəsinə giriş- çıxışın təmin edilməsi məqsədi ilə cavabdeh tərəfindən qaz kəmərinə düzəliş edilərək onun həyətinə darvaza (qapı) yerinin açılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə” dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 473/2020 saylı xx xxx 2020-ci il tarixli qərardadından cavabdeh «Cavabdeh” İstehsalat Birliyi tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə xx xxxxxx 2020-ci il tarixdə Sumqayıt Apelyasiya Məhkəməsinin (ünvan: ünvan 2 binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdehnə qarşı Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “ona məxsus olan Sumqayıt şəhəri, X6 B/Y, 419 bağ sahəsinə giriş-çıxışın təmin edilməsi məqsədi ilə cavabdeh tərəfindən qaz kəmərinə düzəliş edilərək onun həyətinə darvaza (qapı) yerinin açılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh nümayəndəsi X1 İnzibati Məhkəməsinə yazılı vəsatət verərək, sözügedən əraziyə qaz xəttinin çəkilməsi “xxxxxxxxxx” MMC xüsusi lisenziyası olan tikinti təşkilatı tərəfindən çəkildiyinə görə iş üzrə cavabdeh kimi həmin şirkətin qoyulmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-473/2020 saylı xx xxx 2020-ci il tarixli qərardadı ilə Cavabdeh vəsatəti rədd edilmişdir.(hakim C.Məmmədov) Qərardaddan narazı qalan cavabdeh «Cavabdeh” İstehsalat Birliyi tərəfindən apelyasiya şikayəti verilərək, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-473/2020 saylı xx xxx 2020-ci il tarixli qərardadının ləğv edilməsi barədə yeni qərardad qəbul edilməsi xahiş edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Sumqayıt şəhəri, Yaşma bağları adlanan əraziyə küçə qaz xətti Cavabdeh İB-nin X5 Sahəsi tərəfindən çəkilmədiyi üçün cavabdeh qismində iştirak edə bilməz. Belə ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 14-1000/01/SM-16-002759 nömrəli xx.xx.2014-cü il tarixli tapşırıq məktubuna əsasən, Cavabdeh İB-nin əmri ilə xx.xx.2014-cü il tarixdən fərdi yaşayış məntəqələrinin qazlaşdırılması xüsusi icazəsi (lisenziyası) olan tikinti təşkilatı tərəfindən həyata keçirilir. Sözügedən əraziyə yəni Sumqayıt şəhəri, Yaşma bağları adlanan əraziyə küçə qaz xəttinin çəkilməsi Podratçı “xxxxxxxx” MMC (ünvan ünvan 3 mən 32) və ya “xxxxxxxxxx” MMC (ünvan ünvan 4 xüsusi icazəsi (lisenziyası) olan tikinti təşkilatı tərəfindən həyata keçirilib. Bu iş üzrə Cavabdeh İB-nin cavabdeh qismində iştirak etməsi mümkünsüzdür. Ona görə də əsil olmayan tərətin məhkəmədə əvəz edilməlidir. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətini qəbul etməyərək, bildirdi ki, cavabdeh tərəfindən mübahisələndirilən qərardaddan qanunla şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Sonda İddiaçı apelyasiya şikayətinin mümkün sayılmamasını məhkəmə kollegiyasından xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi apelyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. İnzibati prosessual qanunvericiliyin tələblərinə görə apelyasiya şikayətinin vaxtında verilməsi, apelyasiya şikayəti verən şəxs və ya onun nümayəndəsinin belə şikayəti verməkdə səlahiyyətli olma məsələsi apelyasiyanın mümkün sayılması üçün əsas şərtlərdən biridir. İş materiallarından görünür ki, İddiaçı cavabdeh «Cavabdeh” İstehsalat Birliyinəqarşı Sumqayıtİnzibati Məhkəməsində iddia qaldıraraq, “ona məxsus olan Sumqayıt şəhəri, X6 B/Y, 419 bağ sahəsinə giriş- çıxışın təmin edilməsi məqsədi ilə cavabdeh tərəfindən qaz kəmərinə düzəliş edilərək onun həyətinə darvaza (qapı) yerinin açılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi X4 yazılı vəsatət verərək, sözügedən əraziyə qaz xəttinin çəkilməsi “xxxxxxxxxx” MMC xüsusi lisenziyası olan tikinti təşkilatı tərəfindən çəkildiyinə görə iş üzrə cavabdeh kimi həmin şirkətin qoyulmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-473/2020 saylı xx xxx 2020-ci il tarixli qərardadı ilə Cavabdeh vəsatəti rədd edilmişdir. (hakim C.Məmmədov). Bundan sonra cavabdeh «Cavabdeh” İstehsalat Birliyi tərəfindən apelyasiya şikayəti verilərək, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-473/2020 saylı xx xxx 2020-ci il tarixli qərardadının ləğv edilməsi barədə yeni qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, iddiaçını dinləyərək, аpеlyаsiyа şikаyətinin dəlilləriniaraşdıraraq, hesab edir ki, cavabdeh tərəfindən Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-473/2020 saylı xx xxx 2020-ci il tarixli qərardadından verilmiş apelyasiya şikayəti mümkün sayılmamalı və apelyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Belə ki, iş materiallarından (iş. v. 37) görünür ki, Sumqayıt İnzibati Məhkəməsinin 2- 1(118)-473/2020 saylı xx xxx 2020-ci il tarixli qərardadı cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə alınmışdır. Sözügedən qərardaddan cavabdeh tərəfindən apelyasiya şikayəti yalnız xx.xx.2020-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Eyni zamanda həmin Məcəllənin 23.1-ci maddəsinə görə məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır.Belə olan halda cavabdehin 2-1(118)-473/2020 saylı xx xxx 2020ci il tarixli məhkəmə qərardadından apelyasiya şikayəti verməsi üçün son müddət qanunvericiliyin tələbinə görə xx.xx.2020-ci il tarix hesab olunur. Lakin sözügedən qərardaddan cavabdeh «Cavabdeh” İstehsalat Birliyi tərəfindən xx.xx.2020-ci il tarixdəapelyasiya şikayəti verilməklə qanunla müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 129.1-ci və 129.2-ci maddələrinə əsasənillərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası xidməti vəzifəsindən istifadə etməklə apelyasiya şikayətinin mümkünlüyünün yoxlanılması üçün məhkəmə iclasının təyin edilməsi barədə cavabdeh «Cavabdeh” İstehsalat Birliyinə göndərilmiş məhkəmə bildirişində hüquqi yardım göstərərək, apelyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin ötürüldüyünü bildirmiş və bununla bağlı ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizənin məhkəməyə təqdim edilməsini təklif etmişdir. Lakin cavabdeh 2-1(118)-473/2020 saylı xx xxx 2020-ci il tarixli məhkəmə qərardadından apelyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizəni məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən2-1(118)- 473/2020 saylı xx xxx 2020-ci il tarixli qərardaddan apelyasiya şikayəti onun verilməsi üçün qanunla müəyyən edilmiş 10 günlük prosessual müddət ötürülməklə verildiyindən, bu müddətinbərpası ilə bağlı hər hansı ərizəməhkəməyə təqdim olunmadığından, verilmiş apelyasiya şikayətinin mümkün sayılması üçün hər hansı əsas mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.3-cü maddəsinə əsasən apelyasiya mümkün sayılmadıqda apelyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsinin 2-1(118)-473/2020 saylı xx xxx 2020-ci il tarixli qərardadından apelyasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsində nəzərdə tutulmuş prosessual müddət cavabdeh tərəfindən ötürüldüyündən, bu müddətin bərpası ilə bağlı hər hansı ərizəməhkəməyə təqdim edilmədiyindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti mümkün sayılmamalı və bununla da apelyasiya şikayətinin qəbulundan imtina edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-473/2020 saylı xx xxx 2020-ci il tarixli qərardadınan cavabdeh «Cavabdeh” İstehsalat Birliyi tərəfindən verilmiş apelyasiya şikayəti mümkün sayılmasın. Apelyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: ünvan 6 vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: AZ 1025, ünvan 7 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Məmmədov Hakimlər Fuad Məmmədov Məhəmmədəli Rzayev
Məhkəmə qərarları › İş №2-1(105)-383/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-383/2020
17.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver