Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-383/2023 03.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanmasının qulluq stajına görə əlavələr azaldılmamaqla aparılması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2-1(118)-383/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ İddiaçı xx.xx.2001-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyaçısıdır. İddiaçı 27 may 2022-ci il tarixində ərizə ilə cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək ona əmək pensiyası təyin edildiyi tarixdən sonrakı dövr üzrə işləyərək qazandığı və fərdi hesabının sığorta hissəsində qeydə alınmış sığorta pensiya kapitalına əsasən əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********9 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, sonrakı artımlar nəzərə alınmaqla iddiaçının əmək pensiyası 681,69 manat məbləğində (əmək pensiyasının sığorta hissəsi 243,30 manat, qulluq stajına görə əmək pensiyasına əlavəsi 438,39 manat) ödənilmişdir. İddiaçıya əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində 15025,30 manat pensiya sığorta kapitalı qeydə alınmışdır. Qeyd olunanları nəzərə alaraq 15025,30 manat pensiya sığorta kapitalının “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 81 (15025.30:81 (65 il-64 il 3 ay=9 ay+(144 ay-72 ay)=185,50 manat) aya bölünərək əmək pensiyasının sığorta hissəsinin (243,30 manat) üzərinə əlavə olunmaqla iddiaçının pensiyasının sığorta hissəsi 428,80 (243,30+185,50) manat müəyyən edilib. Eyni zamanda sözügedən Qanunun 29.2-ci maddəsinin tələbləri nəzərə alınaraq qulluq stajına görə əlavəsinin məbləği (438,39 manat) həmin artım qədər (185,50 manat) azaldılıb. Nəticədə, hazırda iddiaçının əmək pensiyasının sığorta hissəsi 428,80 manat, qulluq stajına görə əmək pensiyasına əlavəsinin məbləği isə 252,89 (438,39- 185,50) manat təşkil edir. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək ona pensiya təyin edildikdən sonra 6 il və daha çox işləyərək xx.xx.2019-cu il tarixədək olan dövr üzrə toplanan sığorta kapitalı əsasında pensiyasının yenidən hesablanmasının qulluq stajına görə əlavələr azaldılmamaqla aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək ona yaşa görə əmək pensiyası təyin olunduqdan sonrakı dövr üzrə 6 il və daha çox işləyərək qazandığı və fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış sığorta pensiya kapitalına əsasən yaşa görə güzəştli şərtlərlə aldığı əmək pensiyasının fərdi şəxsi hesabında xx.xx.2019-cu il tarixədək toplanmış pensiya kapitalı əsasında pensiyanın sığorta hissəsi yenidən hesablanarkən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmadan yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, o, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilmiş sığortaolunan şəxsdir. Ona pensiya təyin edildikdən sonra işləməkdə davam edərək 6 ildən çox işləmişdir. Onun hal-hazırda fərdi hesabının sığorta hissəsində toplanan kapitalı mövcuddur. Yaşa görə əmək pensiyasına çıxdıqdan sonra fərdi hesabının sığorta hissəsində qeydə alınan və istifadə olunmamış, yəni əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış pensiya kapitalı mövcuddur. Buna görə də cavabdeh orqana müraciət edərək ona əmək pensiyası təyin edildikdən sonra işləyib topladığı sosial sığorta kapitalını nəzərə alaraq, aldığı əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanmasını xahiş etmişdir. Müraciətinə cavab məktubundan görünür ki, müraciəti təmin edilmişdir, lakin hesablanma səhv aparılmışdır. Bildirir ki, o, cavabdehə müraciət edəndə məqsədi sığorta kapitalı əsasında pensiyasının məbləğinin artırılmasına nail olmaq idi. Lakin, Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli Qərarı qəbul edildi, həmin Qərarla hazırda qüvvədə olan "Əmək pensiyaları haqqında" Qanunun müvafiq müddəaları şərh edildi, nəticədə hazırda qüvvədə olan qanunvericiliyə görə pensiyasının məbləği sığorta kapitalı əsasında artmayacaq, pensiyasının məbləği sabit qalacaq. Eyni zamanda həmin Qərarla təsdiq edildi ki, ona “Əmək pensiyaları haqqında” Qanunun 29.2, 37.3.1, 45-ci maddələri şamil olunur. “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2019-cu il tarixədək qüvvədə olan 29.2-ci maddəsinə əsasən, həmin maddə yalnız “xx.xx.2017-ci ildən etibarən pensiyaya çıxmış şəxslərə” tətbiq olunur. Qeyd edir ki, iddiaçı xx.xx.2017-ci ildən öncə pensiyaya çıxmışdır. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək qeyd etmişdir ki, iddiaçı eyni tələblə məhkəməyə müraciət etmiş Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)- 2605/2022 nömrəli qərarı ilə iddiası təmin edilmiş və sözügedən qərar Mərkəzi Filial tərəfindən icra edilərək iddiaçının əmək pensiyası yenidən hesablanmışdır. Belə ki, yenidən hesablanmanın nəticəsi ilə bağlı bildirir ki, sonrakı artımlar nəzərə alınmaqla iddiaçının əmək pensiyası 681,69 manat məbləğində (əmək pensiyasının sığorta hissəsi 243,30 manat, qulluq stajına görə əmək pensiyasına əlavəsi 438,39 manat) ödənilmişdir. İddiaçıya əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində 15025,30 manat pensiya sığorta kapitalı qeydə alınmışdır. Qeyd olunanları nəzərə alaraq 15025,30 manat pensiya sığorta kapitalının “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 81 (15025.30:81 (65 il-64 il 3 ay=9 ay+(144 ay-72 ay)=185,50 manat) aya bölünərək əmək pensiyasının sığorta hissəsinin (243,30 manat) üzərinə əlavə olunmaqla iddiaçının pensiyasının sığorta hissəsi 428,80 (243,30+185,50) manat müəyyən edilib. Eyni zamanda sözügedən Qanunun 29.2-ci maddəsinin tələbləri nəzərə alınaraq qulluq stajına görə əlavəsinin məbləği (438,39 manat) həmin artım qədər (185,50 manat) azaldılıb. Nəticədə, hazırda iddiaçının əmək pensiyasının sığorta hissəsi 428,80 manat, qulluq stajına görə əmək pensiyasına əlavəsinin məbləği isə 252,89 (438,39-185,50) manat təşkil edir. 01 yanvar 2022-ci il tarixindən hesablanmaqla iddiaçıya “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi-68,17 manat maddi yardım ödənilir. Sumqayıt İnzibati Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2-1(118)-383/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçıya yaşa görə əmək pensiyası təyin olunduqdan sonrakı dövr üzrə 6 il və daha çox işləyərək qazandığı və fərdi şəxsi hesabının sığortahissəsində qeydə alınmış sığorta pensiya kapitalına əsasən yaşa görə güzəştli şərtlərlə aldığı əmək pensiyasının, fərdi şəxsi hesabında xx.xx.2019-cu il tarixədək toplanmış pensiya kapitalı əsasında pensiyanın sığorta hissəsi yenidən hesablanarkən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmadan yenidən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim C.Məmmədov). Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyi üçün ləğv olunmalıdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə vəsatət təqdim edərək, artıq hazırkı iş üzrə qanuni qüvvəyə minmiş Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-2605/2022 nömrəli qərarınon olması nəzərə alınaraq, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı izahatında bildirdi k, həqiqitən də, cavabdehin qeyd etdiyi kimi, hazırda irəli sürdüyü tələb üzrə artıq qanuni qüvvəyə miniş məhkəmə qərarı vardır və həmin qərarın icrası qaydasında ərizə vermişdir. Bu səbəbdən iddianın mümkün sayılmamasını xahiş edir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Belə ki, inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ali Məhkəmənin Plenumunun sözügedən qərarının 2.1 və 2.2-ci bəndlərinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Birinci instansiya məhkəməsi isə iddianın mümkünlük şərtlərini yoxlamadan, işə mahiyyəti üzrə baxaraq iddia tələbini təmin etmişdir. Belə ki, iddiaçı tərəfindən məhkəmə kollegiyasına təqdim edilən Bakı İnzibati Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 2-1(112)-2605/2022 nömrəli qərarından görünür ki, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun fərdi şəxsi hesabında toplanmış sosial sığorta kapitalı əsasında yaşa görə güzəştli şərtlərlə aldığı əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, məhkəmə tərəfindən iddia tələbi təmin edilərək iddiaçıya “Əmək pensiyaları haqqında” AR Qanununun 37.3.1-ci maddəsinin müddəaları tətbiq edilməklə pensiyasının yenidən hesablanması öhdəliyi cavabdehə həvalə edilmişdir. Beləliklə, işin faktiki hallarından müəyyən edilir ki, iddiaçı əvvəllər də analoji iddia tələbi ilə məhkəmədə iddia qaldırmış, onun iddia tələbi təmin edilmiş və həmin tələblə bağlı qərar qanuni qüvvəyə minmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında iddiaçının əmək pensiyası yenidən hesablanaraq 681,69 manata (əmək pensiyasının sığorta hissəsi 243,30 manat, qulluq stajına görə əmək pensiyasına əlavəsi 438,39 manat) çatdırılmışdır. İddiaçı isə məhz yenidən hesablanmış pensiya məbləği ilə razılaşmayaraq hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hüquqi marağının təmin edilməsi məqsədilə qanuni qüvvəyə minmiş məhkəmə qərarının düzgün icra edilməsini icra icraatı qaydasında tələb edə bilər. Nəzərə almaq lazımdır ki, yeni iddianın qaldırıldığı xx.xx.2022-ci il tarixədək iddiaçının tələbinin faktiki və hüquqi əsasları ilə bağlı hər hansı dəyişikliyin baş verməsi iş üzrə materiallardan müəyyən edilməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən Bakı İnzibati Məhkəməsinin 19 aprel 2023-cü il tarixli, 2-1(112)-2605/2022 nömrəli qərardadından görünür ki, Bakı İnzibati Məhkəməsinin 09 mart 2022-ci il tarixli qərarına bu qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə uyğun izah verilmişdir. Qərardaddan göründüyü kimi Bakı İnzibati Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 2-1(112)-2605/2022 nömrəli qərarı qanuni qüvvəsini aldığından icra edilməsi üçün cavabdeh orqana göndərilmiş, lakin düzgün icra olunmadığından iddiaçının ərizəsinə əsasən qərara izah edilmişdir. İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Həmçinin, Ali Məhkəmənin yuxarıda qeyd olunan Plenum qərarının 15.5 və 15.6-cı bəndlərinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Birinci instansiya məhkəməsi isə işin yuxarıda qeyd edilən xüsusatlarını nəzərə almadan işə mahiyyəti üzrə baxaraq qərar qəbul edərkən haqlı olmamışdır. Cavabdeh vəsatətində iş üzrə icraata xitam verilməsini xahiş etsə də, kollegya qeyd edir ki, mülki prosessual qanunvericilikdən fəqrli olaraq inzibati prosessual qanunvericilikdə bu halda iş üzrə icraata xitam verilməsi deyil, qaldırılmış iddianın mümkünlüyü məsələsinə baxılır. Beləliklə, məhkəmə kollegiyası işin sadalanan xüsusatlarını nəzərə alaraq hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia mümkün sayılmamalı, apellyasiya şikayəti isə qismən təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2-1(118)-383/2023 nömrəli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3
Məhkəmə qərarları › İş №2-1(105)-383/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-383/2023
03.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver