Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-384/2024 28.03.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə Əliyeva Aysel Sərvan qızının katibliyi ilə, İddiaçı Cavabdehna qarşı “qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il olan atası Həsən Qurban oğlundan miras qalmış Sumqayıt şəhəri, Novxanı bağ massivi, 2140F ünvanında yerləşən ona məxsus 0.135 ha torpaq sahəsi üzərində vərəsəlik işinin açılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli 2-1(118)-5755/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ İddiaçı Cavabdehna qarşı “qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il olan atası Həsən Qurban oğlundan miras qalmış Sumqayıt şəhəri, Novxanı bağ massivi, 2140F ünvanında yerləşən ona məxsus 0.135 ha torpaq sahəsi üzərində vərəsəlik işinin açılması öhdəliyinin cavabdehin üzərinə qoyulması”nı məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, atası Həsən Qurban oğlundan miras qalmış Sumqayıt şəhəri, Novxanı bağ massivi, 2140F ünvanında yerləşən 17.11 2022-ci il tarixli qeydiyyat nömrəli çıxarışa əsasən ona məxsus olmuş 0,135 ha torpaq sahəsinin vərəsəlik qaydasında qəbul edilməsi ilə bağlı Sumqayıt şəhər 3 saylı notariat ofisinə ərizə ilə müraciət etmiş, Sumqayıt şəhər 3 saylı notariat ofisi tərəfindən həmin mirasla bağlı vərəsəlik işinin açılmasından imtina olunmuş və cavabdeh tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli, 1713 nömrəli imtina məktubunda qeyd olunmuşdur ki, “sizin xx.xx.2004-cü il tarixdə vəfat etmiş atanız-Həsən Qurban oğlunun Sumqayıt şəhəri, Corat qəsəbəsi, 79-cu məhəllə 254 ünvanında yerləşən miras əmlakına dair xx.xx.2014-cü ildə ünvan 3ində vərəsələri: X4, İddiaçı, X2, X3, Ceyran Həsən qızma və X5 bərabər hissələrdə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin vərəsəlik şəhadətnaməsi əsasında İddiaçı oglu, X6, X7, Ceyran Həsən qızı, X8 öz miras paylarını X4 bağışlamışlar. Qeyd edir ki, miras əmlakı bütün miras kütləsini əhatə edir. Sumqayıt şəhəri, Novxanı bağ massivi, 2140F ünvanında yerləşən miras əmlakına dair vərəsəlik şəhadətnaməsinin alınması və həmin miras əmlakın X4 bağışlanması ilə əlaqədar vərəsələr arasında mübahisə vardır. Miras əmlakının bir hissəsini qəbul edib bağışlamısınız, digər hissəsini isə bağışlamaq istəmirsiniz. Aranızda yaranmış mübahisə ilə əlaqədar məhkəməyə müraciət edə bilərsiniz. Hazırda cavabdehin imtinası ilə razı olmadığına görə hazırki iddia tələbi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmək məcburiyyətindədir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli 2-1(118)-5755/2023 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardad onunla əsaslandırılmışdır ki, iddiaçı hazırki iddianı qaldırmaqla düzgün hüquqi müdafiə vasitəsini seçməmişdir. Hazırki mübahisə iddiaçı ilə notariat orqanı arasında olan notariat orqanının hərəkətlərinə (hərəkətsizliyinə) dair mübahisədir, yəni mülki xarakterli mübahisədir. İddiaçının notariat orqanının hərəkətlərinə (hərəkətsizliyinə) dair şikayəti inzibati məhkəmə icraatının araşdırma predmetinə aid deyildir. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı şikayətində göstərir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı deyil. Belə ki, hazırkı iddia Qurbanov Həsən qurban oğlundan miras qalmış Sumqayıt şəhəri, Novxanı bağ massivi, 2140F ünvanında yerləşən atasına məxsus 135 ha torpaq sahəsi üzərində vərəsəlik işinin açılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarət olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 6№-li qərarı ilə inzibati orqanların təsnifatı haqqında qərarda notariat orqanları inzibati orqan kimi qeyd olunmuşdur. Hazırda inzibati orqan olan notariat ofisi vərəsəlik işinin açılmasından imtina etmişdir. Ona görə də hesab edir ki, hazırki iddia inzibati orqanın hərəkət və hərəkətsizliyi ilə bağlı olduğundan mübahisəyə mülki qaydada yox, inzibati icraat qaydasında baxılmalıdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c)Tərəflərin izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən, bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur ki, hazırki iddia predmet və mahiyyəti baxımından inzibati xarakterli olmadığından iddianın inzibati məhkəmə icraatı qaydasında əsaslılığının araşdırılması yolverilməzdir. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İddia ərizəsindən göründüyü kimi, hazırki mübahisənin mahiyyəti vərəsəlik işinin açılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədədir. İşdən görünür ki, iddiaçı cavabdeh qismində inzibati orqan olan Cavabdeh göstərsə də, onun irəli sürdüyü tələb xüsusi hüquqa- mülki hüquq münasibətlərinə aiddir. Belə ki, hazırkı mübahisə cavabdehin ona həvalə edilmiş inzibati funksiyanın yerinə yetirilməsi, iddiaçıya münasibətdə hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsinin nəticəsində yerinə yetirilməsi, iddiaçıya münasibətdə hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsinin nəticəsində yaranmamış, irəli sürülən tələb xüsusi hüququn nizamasalma predmetinə aid olmaqla publik hüquqla tənzimlənmir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 8-ci bəndində (“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2021-ci il tarixli 12 saylı qərarı ilə olan redaksiyada) qeyd edilir ki, “aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən şikayət verilməsi zamanı mübahisəyə mülki, yoxsa inzibati məhkəmə icraatı qaydasında baxılması ilə bağlı məsələ qanunvericilikdə dəqiq tənzimlənməmişdir. Əksinə, bu məsələ ilə bağlı qanunvericilikdə bir-biri ilə uyğunsuzluq halı yaradan bir sıra normalar vardır və onların məcmusunun qiymətləndirilməsi əsasında hazırkı vəziyyətdə qanunvericinin iradəsini dəqiq aydınlaşdırmaq mümkün olmur. Mülki Prosessual Məcəllənin 445.0.6-cı, İnzibati Prosessual Məcəllənin 8.1.3-1-ci, “Notariat haqqında” Qanunun 41-ci maddəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda mövcud olan müddəalar aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən verilmiş şikayətlərin məhkəmə aidiyyətinin dəqiq müəyyənləşdirilməsinə imkan vermir. Odur ki, müvafiq təkmilləşdirilmələr aparılmaqla mümkün olan qısa müddət ərzində aidiyyətlə bağlı məsələnin qanunvericilik səviyyəsində həll olunması üçün qanunvericilik təşəbbüsü hüququndan istifadə olunmalı, eyni zamanda, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təmin etmək üçün mövcud mübahisələrə müvəqqəti baxılması qaydası ilə bağlı məhkəmələrə izah verilməlidir. Bu baxımdan, qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması davam etdirilsin”. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqda və iddiaçının tələbinin hüquqi təbiəti baxımdan mülki-hüquqi mübahisə olması barədə düzgün nəticəyə gəlmişdir. Beləliklə, iş üzrə birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması üçün əsaslar mövcud olmadığından apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli 2-1(118)-5755/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70 vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 6 bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-384/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-384/2024
28.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver