Məhkəmə qərarları › İş №2-1(105)-385/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-385/2022

12.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-385/2022 12.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə X8 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Şamaxı rayonu Peşə liseyinin direktoru Cavabdeh1 və Şamaxı rayonu Peşə liseyində direktor olmuş Cavabdeh2 qarşı Şamaxı şəhəri, M.Hadi küçəsində yeni inşa olunmuş 110 saylı binanın 36 saylı mənzilində yaşama hüququnun yalnız Təranə Mustafayevaya aid olması ilə bağlı aktın qeyri-qanuni olması və onun ləğv edilməsinin cavabdehlərin üzərinə qoyulması tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 11 fevral 2022-ci il tarixli 2-1(118)-774/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Şamaxı rayonu Peşə liseyinin direktoru Cavabdeh1 və Şamaxı rayonu Peşə liseyində direktor olmuş Cavabdeh2 qarşı iddia qaldıraraq “Şamaxı şəhəri, M.Hadi küçəsində yeni inşa olunmuş 110 saylı binanın 36 saylı mənzilində yaşama hüququnun yalnız Təranə Mustafayevaya aid olması ilə bağlı aktın qeyri-qanuni olması və onun ləğv edilməsinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçıya həmin normaya uyğun olaraq hüquqi yardım olunmuş və ona izah edilmişdir ki, inzibati məhkəmə icraatı qaydasında işə mahiyyəti üzrə baxılması üçün tərəflərdən heç olmasa biri inzibati orqan və ya inzibati akt qəbul etmək səlahiyyəti verilmiş orqan olmalı və mübahisə həmin orqanın inzibati fəaliyyəti ilə bağlı olmalıdır. Hazırki işdə cavabdeh inzibati orqan olmamaqla yanaşı, mübahisələndirilən sənəddə inzibati akt deyil, məktubdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 11 fevral 2022-ci il tarixli 2-1(118)-774/2022 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardad onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə cavabdehlər fiziki şəxslər olduğundan hazırki mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmamalıdır. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, iddia fiziki şəxslərə qarşı deyil, Şamaxı rayonu Peşə liseyinə qarşı qaldırılmış olsa belə, həmin lisey də inzibati orqan olmadığınan və iddia onun inzibati xarakterli fəaliyyəti ilə bağlı olmadığından iddiaya inzibati məhkəmə icraatında baxılması mümkün sayıla bilməz. Beləliklə iddiaçı hazırki iddianı qaldırmaqla düzgün olmayan hüquqi müdafiə vasitəsini seçmişdir. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilərək iddia ərizəsinin inzibati məhkəmədə icraata qəbul edilməklə mahiyyəti üzrə baxılıb təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri İddiaçı şikayətində göstırir ki, o, 1999-cu ildən etibarən Şamaxı rayon X5 müdiri vəzifəsində işləyir. Bu Liseyin əvvəlki direktorunun razılığı və orada Həmkarlar Təşkilatının iştirakı ilə birgə özü, həyat yoldaşı və 3 nəfər uşaqlarına yaşamaq üçün həmin Liseyin yataqxanasında ev verilmişdir. Həmin evdə kommunal xidmət haqlarını özü ödəmişdir. Əvvəlki həyat yoldaşı uzun sürən xəstəlikdən vəfat etmiş və sonradan ikinci dəfə 2008-ci ildə X2 ilə rəsmi nikah bağlamaqla evlənmişdir. Bir neçə il birgə yaşadıqdan sonra Təranə Mustafayeva birinci həyat yoldaşından dünyaya gəlmiş uşaqları ilə yola getmədiyinə görə onunla ailə münasibətləri pisləşmiş və nəhayət nikahları pozulmuşdur. Bir övladı hərbi xidmətdən yenicə qayıdıb. Cənab Prezidentin sərəncamı ilə oğlu X1 və Zəngilan uğrunda gedən döyüşlərdə böyük fədakarlıq göstərdiyinə görə Cəbrayıl və Zəngilanın azad edilməsi uğrunda medallarla təltif edilmişdir. Cənab Prezidentin 2 dəfə medalla təltif etdiyi oğlu Şəmsi Dadaşov hərbi xidmətini başa vurduqdan sonra onun yaşamağa yeri yoxdur. Şamaxı rayon İcra Hakimiyyətinin Ş-03-2327 saylı, 04.08.2020-ci il tarixli məktubunun surətindən görünür ki, 05 fevral 2019-cu ildə baş vermiş zəlzələ nəticəsində X7 yataqxanaları qəzalı vəziyyətə düşdüyündən orada məskunlaşdığı mənzil əvəzinə onlara Şamaxı şəhəri, M.Hadi küçəsində yeni inşa olunmuş 110 saylı binanın 36 saylı mənzili püşkatma ilə verilmişdir. Lakin göründüyü kimi həmin ev onun adına deyil, X7 əvvəlki direktoru olmuş Cavabdeh1 və direktor müavini olan Cavabdeh2 saxtakarlıq əməlləri nəticəsində Şamaxı İcra Hakimiyyətinə düzgün sənəd göndərilməmiş və nəticədə yalnız keçmiş yoldaşı olmuş Təranə Mustafayevanın orada yaşama hüququnun olması yazılmışdır. Bu da ondan irəli gəlir ki, ikinci həyat yoldaşı olmuş T.Mustafayeva Şamaxı İcra Hakimiyyətinə verilən məktuba onun xəbəri olmadan yalnız öz adını yazdırmışdır. O, bundan xəbər tutub Şamaxı İcra Hakimiyyətinə o siyahıya ümumilikdə hamının adının yazılmasını tələb etsə də, gec olduğunu bildirmişlər və məhkəməyə müraciət etməyini tövsiyyə etmişlər. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə kollegiyası iddiaçının izahatını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İddia ərizəsindən müəyyən olunur ki, iddiaçı Şamaxı şəhəri, M.Hadi küçəsində yeni inşa olunmuş 110 saylı binanın 36 saylı mənzilində yaşama hüququnun yalnız Təranə Mustafayevaya aid olması ilə bağlı aktın qeyri-qanuni olması və onun ləğv edilməsinin cavabdehlərin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı idda ərizəsində cavabdeh qismində Şamaxı rayonu Peşə liseyinin direktoru Cavabdeh1 və Şamaxı rayonu Peşə liseyində direktor olmuş Cavabdeh2 qeyd etmişdir. Lakin, inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Birinci instansiya məhkəməsi düzgün olaraq bu nəticəyə gəlmişdir ki, inzibati məhkəmə icraatı qaydasında fiziki şəxslər arasında olan mübahisələrlə bağlı onların birbirinə qarşı iddialarına baxılması nəzərdə tutulmamışır. Həmçinin, hazrıkı işdə iddia ərizəsində cavabdeh qismində fiziki şəxslər deyil Şamaxı rayonu Peşə liseyinə qarşı qaldırılmış olsa belə, həmin lisey inzibati orqan olmadığınan və iddia onun inzibati xarakterli fəaliyyəti ilə bağlı olmadığından iddiaya inzibati məhkəmə icraatında baxılması mümkün sayıla bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinə əsasən həmin qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 3-cü bəndində qeyd olunmuşdur ki, xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Göründüyü kimi, hazırkı iddia tələbi xüsusi hüququn nizamasalma predmetinə aid olmaqla publik hüquqla tənzimlənmir. İş materiallarında olan birinci instansiya məhkəməsinin 11.02.2022-ci il tarixli iclas protokolundan da görünür ki, hakim iddianın mümkünlük şərtlərini iddiaçı ilə müzakirə edərək cavabdehin inzibati orqan olmamaqla yanaşı, mübahisələndirilən sənədın də inzibati akt deyil, məktub olduğunu bildirmiş, lakin iddiaçı idda tələbinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Eyni zamanda, məhkəmə kollegiyası da iddiaçıya yardım edərək iddianın mümkünlük şərtləri ilə bağlı qanunvericiliyin tələblərini izah etməklə, ona hüquqi marağına uyğun düzgün iddia növünü seçmək hüququ izah edilmiş, iddiaçı hazırkı məzmunda iddia tələbinə baxılmalı olduğunu bildirmişdir. İnzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsipləri və qaydaları Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi ilə müəyyən edilir. Həmin Məcəllənin 2.2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların dəqiq siyahısı müəyyən edilmişdir. "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10.04.2015-ci il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, İPMin 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati-iqtisadi məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır (15.1-15.3-cü maddələr). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən birinci instansiyası məhkəməsinin iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə qanuni və əsaslıdır. İPM-nin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 11 fevral 2022-ci il tarixli 2-1(118)-774/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 3 bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar