Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-385/2023 05.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi) Sədrlik edən və məruzəçi hakim X3, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyinin səbəbli əlaqəsinin dəyişdirilərək ona hərbi xidmət vəzifələrini yerinə yetirərkən aldığı xəsarətlərə görə əlilliyin təyin edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 12 dekabr 2022ci il tarixli, 2-1(118)- 1197/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları DSX MHHK sədri t/x polkovnikinin 2863 saylı arayışından görünür ki, DSX MHKKnın xx.xx.2013-cü il tarixli qərarı ilə DSX sabiq hərbi qulluqçusu Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Xəstəliklər cədvəlinin” 30“b”, 35“b”, 24“c”, 54“a”, 17“ç” maddələrinin İİİ qrafasına əsasən sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı olması qərar alınmışdır. X6 adına Milli Oftalmologiya Mərkəzinin 21 fevral 2014-cü il tarixli tibbi rəyindən görünür ki, İddiaçı müayinəsi zamanı , gözlərinin müayinəsi zamanı hs OD = işıq duyğusu 0,02 k/e (yüzdə iki), hs OS = 1,0 (vahid), T, OD 20,4 m.os T,OŞ = 18,4mcs, OD – büllur qismən bulanıb, bazal kolotoma, saat 19:00, OS-ön təbəqələr dəyişilməməsi aşkar edilmiş və ona OD-yetişməmiş fəsadlı katarakta diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidməti 38 saylı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2016cı il tarixli arayışından görünür ki, İddiaçı 26 may 2016-cı ildən 26 may 2021-ci ilədək ikinci dərəcə əlillik təyin edilmiş və TSEK-in diaqnozu kimi OD- yetişmiş fəsadlı katarakta. VİS OD-0,02 K/E; VİSOS=1.0 (vahid) göstərilmişdir. X7 Milli oftalmologiya Mərkəzinin 03 may 2021-ci il tarixli və 29 noyabr 2021-ci il tarixli tibbi rəylərindən görünür ki, İddiaçı müayinəsi aparılmış və müayinə zamanı ona OD-yetişmiş fəsadlı katarakta diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasına 0244003AAMPJ saylı, 12 avqust 2021-ci il tarixli (TQS №88) göndərişdən görünür ki, iddiaçıya əsas diaqnoz olaraq H26.2 Ağırlaşmış katarakta OD yetişmiş fəsadlı katarakta buynuz qişada nubanula OS başlanğıc fəsadlı katarakta, ağırlaşma kimi H54.4 Monokulyar korluq, H17.0 yapışan leykoma diqanozu qoyulmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının **********3 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 2.5.14-cü bəndinə müvafiq olaraq ümumi xəstəliklə əlaqədar üçüncü dərəcə əlillik təyin edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddiaçıya ünvanladığı 26 aprel 2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı 08 iyul 2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Agentlikdə mütəxəssislərin iştirakı ilə komissiyada əyani müayinə olunmuşdur. Əyani müayinənin araşdırılması aparılarkən İddiaçı Hərbi Qərar\şəhadətnamə təqdim etməmişdir. İddiaçı barəsində xx.xx.2021-ci il tarixindən ümumi xəstəlik – gözdən əlil” səbəbi ilə müddətsiz üçüncü dərəcə əlilliyin təyini qərarı verilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək ona əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hazırki iddia ərizəsinə əlavə edilmiş Quba rayon Hərbi komissarlığının (hazırda Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Quba Rayon Şöbəsi) 1993-cü il tarixli arayışının, 2018 nömrəli Hərbi Hissənin komandirinin Quba rayon Hərbi komissarına ünvanladığı xx.xx.2011-ci il tarixli məktubuna əlavə edilmiş xx.xx.1993-cü il tarixli və xx.xx.1993-cü il tarixli Xəstəlik tarixçlərinin surətlərindən göründüyü kimi o, 1993-cü ilin aprel ayında Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçıları ilə gedən döyüşlər zamanı yaralanmışdır. Həmin sənədlərin əslləri və ya təsdiq olumuş surətləri, “məhkəmə sorğusu əsasında verilir" kimi əsaslarla ona verilmədiyindən, həmin sənədlərin tələbinə dair vəsatəti hazırki iddia ərizəsinə əlavə etmişdir. Azərbaycan Respublikasının səhiyyə müəssisələrində müalicələr alsa da əlilliyinin aradan qaldırılması mümkün olmamışdır. O, əlil olaraq qalmışdır. Hazırki iddia ərizəsinə əlavə edilmiş Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyası (DSX MHHK) sədrinin verdiyi № 2863 nömrəli arayışın surətindən göründüyü kimi Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Quba Rayon Şöbəsinin xx.xx.2012-ci İl tarixli, 680/51 saylı göndərişinə əsasən o DSX MHHK-da şəhadətləndirilmiş və nəticəyə əsasən - “Azərbaycan Respublikası Nazirlər kabinetinin xx.xx.2008-ci il tarixli, 59 №-li qərarı ilə təsdiq edilmiş «Xəstəliklər cədvəlinin» 30 «b», 35 «b», 24 «c», 54 «a», 17 «ç» maddələrinin İİİ qrafasına əsasən Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" hesab edilmişdir”. Hazırki iddia ərizəsinə əlavə edilmiş X5 adına Milli Oftalmologiya Mərkəzinin xx.xx.2014-cü il tarixli Tibbi Rəyi”-nin surətindən göründüyü kimi, gözlərinin müayinəsi zamanı hs OD = işıq duyğusu 0,02 k/e (yüzdə iki), hs OS = 1,0 (vahid), T, OD 20,4 m.os T,OŞ = 18,4mcs, OD – büllur qismən bulanıb və s. Hazırki iddia ərizəsinə əlavə edilmiş cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Dövlət Sosial Müdafiəsi Nazirliyi TibbiSosial Ekspertiza Komissiyasının xx.xx.2015-ci il tarixli müayinəyə dair SER TSE-01 № 086566 nömrəli arayışının surətindən göründüyü kimi hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olmuş və əlilliyi ikinci qrupa aid edilmişdir. Hazırki iddia ərizəsinə əlavə edilmiş cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Dövlət Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 38 saylı Tibbi-Sosial Ekspertiza Komissiyasının xx.xx.2016-cı il tarixli müayinəyə dair № xxxxxxx0002 nömrəli arayışının surətindən göründüyü kimi Hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olmuş və əlilliyi xx.xx.2021-ci il tarixə qədər ikinci qrupa aid edilib. Həmin dövrlərdə əlilliyimə görə o müavinətlə təmin olunmuşdur. Hazırki iddia ərizəsinə əlavə edilmiş X6 adına Milli Oftalmologiya Mərkəzinin 03 may 2021-ci il tarixli “Tibbi Rəyi”-nin əslindən göründüyü kimi müayinə zamanı aşağıdakılar müəyyən edilmişdir: “işıq duyğusu 0,5 k/e (onda beş), OD - buynuz qişada nöqtəvari bulanlıq, bəbək deformasiyası, işığa reaksiyasız, büllur bulanıb, arxa seqment patalogiyası.. Saat 8 00 güzehli qişanın koloboma OS ön seqment N, büllur başlanğıc bulanıb. OU gsm hüdudları aydın rəngli açıq çəhrayi, makulyar refleks var, və s. OD yetişmiş fəsadlı katarakta, buynuz qişada nubekula OS başlanğıc fəsadlı katarakta." Hazırki iddia ərizəsinə əlavə edilmiş X6 adına Milli Oftalmologiya Mərkəzinin 03 may 2021-ci il tarixli “Tibbi Rəyi”- nin əslindən göründüyü kimi müayinə zamanı aşağıdakılar müəyyən edilmişdir. lmologiya Mərkəzinin 29 noyabr 2021-ci il tarixli “Tibbi Rəyi”-nin əslindən göründüyü kimi müayinə zamanı aşağıdakılar müəyyən edilmişdir: VİS OD - “işıq duyğum 0,5 k/e (onda beş), OD buynuz qişada nöqtəvari bulanma, nubekula, bəbək, deformasiyah, işığa reaksiyası zəif, büllurda bulanma, saat 8 00 güzehli qişanın koloboması, OS ön seqment normal, büllurda bulanma, Göz dibi: OU Gsd açıq çəhrayi rəngdədir. Mərkəzi refleks bir qədər zəifdir. Periferiyada dəyişiklik izlənmir A/V- 2/3 Bskan: OD qişalar yerindədir. Şüşəvari cismdə azsaylı zəif reflektivli bulanmalar. VEPOU-P100 latent iyi normal, amplitudası orta dərəcədə azalıb. (OD daha çox) OU-P2 latentliyi normal, amplitudası orta dərəcə azalıb.. Diaqnoz: OD- yetişmiş fəsadlı katarakta. Buynuz qişada nubekula. Zədədən sonrakı vəziyyət. OS başlanğıc katarakta. Diaqnoz: H26.2-Ağırlaşmış katarakta: H54.4 Monokulyar korluq: Hİ7.0 Yapışan leykoma. Hazırki iddia ərizəsinə əlavə edilmiş 2020 - 2021 illər üzrə müayinəsinə dair “TSEK üçün” arayışın əslindən göründüyü kimi işıq duyğusu 0,5 k/e (onda beş), buynuz qişada nöqtəvari bulanlıq, bəbəy deformasiyalı, işığa reaksiya yox, büllur.. müayinə olunmur. Saat 8:00 güzehli qişanın koloboma OS ön seqment N, büllur başlanğıc bulanıb. OU gsm hüdudları aydın rəngli açıq çəhrayi, makulyar refleks var. Periferiya OS görmə sahəsi N, OS patalogiyasız, BSKAN OD qişalar yerindədir, Ş/cismdə az saylı bulanmalar var. VEP P100 latentliyi N, amrli orta azalıb (OD>OS)”, Son dövrlərdə əlilliyi ilə bağlı müayinələrdə süründürməçiliklərə yol verilmiş, bu barədə o hər hansı rəsmi məlumat əldə edə bilməmişdir. Hazırki iddia ərizəsinə əlavə edilmiş 01 fevral 2022-ci il tarixdə onlayın qaydada çıxarılaraq ona təqdim edilmiş göndərişdən göründüyü kimi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Quba Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs onu müayinə edərək nəticə barədə cavabdeh təşkilata xx.xx.2021 müayinə tarixli “Tibbi sosial ekspert komissiyasına № 0244003AAMPJ” nömrəli GÖNDƏRİŞ göndərmişdir. Həmin göndərişlə bağlı müayinə zamanı aşağıdakı xəstəlikləri müəyyən olunmuşdur: "OD buynuz qişada nöqtəvari bulanma bəbək deformasiya, işığa reaksiya yox, büllur bulanıb, arxa seqment müayinə olunmur. Saat 8:00 güzehli qişanın koloboma OS ön seqment N, büllur başlanğıc bulanıb. OU gsm hüdudları aydın rəngli açıq çəhrayi, makulyar refleks var. Periferiya OS görmə sahəsi N, OS patalogiyasız, BSKAN OD qişalar yerindədir, Ş/cismdə az saylı bulanmalar var. VEP P100 latentliyi N, amrli orta azalıb (OD >OS)” VİZUS müayinə - VİS OD = işıq duyğusu 0,5 k/e (onda beş), əsas diaqnoz — H26,2 (Ağırlaşmış katarakta OD yetişmiş fəsadlı katarakta buynuz qişada nubekula OS başlanğıc fəsadlı katarakta), ağırlaşma — H54,4 — monokulyar korluq. Hİ 7,0 yapışan leykoma. Yuxarıda istinad edilən rəsmi sənədlərdən göründüyü kimi o faktiki kordur, tibbi müalicələri görmə imkanlarımın bərpasını təmin edə bilməmişdir. Göründüyü kimi, onun müayinəsinin nəticəsi barədə “Quba Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2021 müayinə tarixli “Tibbi sosial ekspert komissiyasına GÖNDƏRİŞ № 0244003AAMPJ” göndərişi cavabdeh Tibbi-Sosial Ekspertiza Komissiyasına iyul 2021- ci il tarixdə göndərilsə də həmin vaxtdan ötən 06 ay müddət ərzində cavabdeh müayinəni qiymətləndirməmişdir. Məsələ ilə bağlı araşdırmalar zamanı ona yaxın insanların köməkliyi ilə 16 fevral 2022-ci il tarixdə əldə etdiyi onlayn çıxarışdan məlum olmuşdur ki, iyul 2021-ci il tarixdən davam edən süründürməçilik “Əlavə yoxlanış aparılır" bəhanəsi ilə həyata keçirilmişdir. Hesab edir ki, onun əlilliyi ilə bağlı cavabdehin “Əlavə yoxlanış aparılır" mövqeyi qanunsuzdur, bir neçə saat vaxt kifayət etdiyi halda əlavə yoxlanış adı altında qiymətləndirmənin 06 ay uzadılması əsassızdır, ona əlillik təyin edilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tİbbi-Sosial Ekspertiza Komissiyanın üzərinə vəzifə olaraq qoyulmalıdır. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onun avabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi”nə qarşı əlilliyinin səbəbli əlaqəsinin dəyişdirilərək ona hərbi xidmət vəzifələrini yerinə yetirərkən aldığı xəsarətlərə görə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə Quba Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik; X1: Vİİ Sinif - Gözün və gözün əlavə aparatının xəstəlikləri => H25-H28 - Büllurun xəstəlikləri => H26 - Digər kataraktalar => H26.2 - Ağırlaşmış katarakta; Diaqnozun mətni: OD-YETİŞMİŞ FƏSADLİ KATARAKTA.VİS OD -0,02 K/E; VİS OS =1.0(VAHİD ); Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: DİGƏR” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik: X1: Vİİ Sinif - Gözün və gözün əlavə aparatının xəstəlikləri => H25-H28 - Büllurun xəstəlikləri => H26 - Digər kataraktalar => H26.2 - Ağırlaşmış katarakta; Diaqnozun mətni: OD-YETİŞMİŞ FƏSADLİ KATARAKTA.VİS OD -0,02 K/E ; VİS OS = 1,0(VAHİD ); Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: DİGƏR" səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Quba Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Ümumi xəstəlik => Gözdən əlilliyi olan şəxs; X1: Vİİ Sinif - Gözün və gözün əlavə aparatının xəstəlikləri -> H25- H28 - Büllurun xəstəlikləri => H26 - Digər kataraktalar => H26.2 - Ağırlaşmış katarakta; Diaqnozun mətni: Ağırlaşmış katarakta. OD yetişmiş fəsadlı katarakta .OS başlanğıc fəsadlı katarakta.VİS OD= işıq duyğusu.VİS OD=0,5 k/e (onda beş ); Meyar: 2.3 Üçüncü dərəcə əlillik => 2.5.14. bir gözün olmaması və ya əməli korluğu (görmə itiliyinin korreksiya ilə 0,04 və ondanaz olması, yaxud görmə sahəsinin 10 dərəcəyədək konsentrik daralması) (H54.4);” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. Göründüyü kimi, İddiaçı əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılarkən, İddiaçı Hərbi Qərar Şəhadətnamə təqdim etməmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı X6 adına Milli Oftalmologiya Mərkəzi xx.xx.2021-ci il tarixli 11155 nömrəli Tibbi Rəydə diaqnoz “VİS OD-işıq duyğusu VİS QS-0,5k/e. Ağırlaşmış katarakta. Monokulyar korluq" kimi müəyyənləşdirilmişdir. Həmin diaqnoz müayinə zamanı təsdiqlənmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.14 bəndinə müvafiq olaraq Ümumi xəstəliklə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. (Gözdən əlil) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydasının 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat "Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestrinə daxil edildikdən sonra altsistemə Ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 2-1(118)- 1197/2022 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı təyin edilmiş əlilliyin səbəbli əlaqəsinin dəyişdirilərək ona “hərbi xidmət vəzifələrini yerinə yetirərkən aldığı xəsarətlərə görə” kimi qeyd edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi”nin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, cavabdeh tərəfindən iddiaçıya 26 may 2016-cı ildən 26 may 2021-ci ilədək təyin edilmiş əlilliyin səbəbi “hərbi xidmət vəzifələrini yerinə yetirərkən aldığı xəsarətlərə görə” qeyd olunsa da, həmin müddət bitdikdən sonra iddiaçının əlilliyinin təkrar müayinəsi zamanı əlilliyin səbəbli əlaqəsi ümumi xəstəlik” səbəbindən qeyd edilmişdir. İddiaçı cavabdeh orqana ona yeni diqanoz əsasında əlillik təyin edilməsi ilə bağlı müraciət etməmiş, onun müraciəti əlilliyinin müddəti bitdiyindən xəstəliyinin davam etməsi ilə əlaqədar olaraq əlilliyin təyini ilə bağlı olmuşdur. İddiaçıya eyni diaqnoz əsasında yenidən İİİ qrup əlillik təyin edilməsinə baxmayaraq növbəti dəfə əlilliyin səbəbli əlaqəsi dəyişdirilərək ümumi xəstəlik” kimi qeyd edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, imtinanın əsası iddiaçı tərəfindən əyani müayinə aparılarkən hərbi qərar/şəhadətnamənin təqdim etməməsidir. Hərbi qulluqçuların şəhadətləndirilməsi üzrə müvafiq qərarın qəbul olunması hərbi-həkim komissiyasının səlahiyyətindədir və hərbi həkim komissiyası tərəfindən iddiaçı “hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” kimi şəhadətləndirilmişdir. Hazırki iddia öhdəliyin icrası barədə iddia yox məcburetmə barədə iddiadır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33- cü maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İnzibati akt inzibati orqanın hərəkətsizliyi səbəbindən qəbul edilməmişdirsə, məhkəmə ona inzibati aktın qəbul olunması üçün müəyyən müddət təyin edir. İnzibati orqan inzibati aktın qəbul edilməsi barədə məhkəməyə məlumat verməlidir. Bu Məcəllənin 33.3-cü maddəsinə uyğun olaraq təyin edilmiş müddət bitənədək inzibati orqan tərəfindən inzibati akt qəbul edilmədikdə, məhkəmə həmin müddətin bitdiyi vaxtdan 3 ay ərzində iş üzrə qərar qəbul edir. Məhkəmənin həmin qərarı inzibati aktı əvəz edir. Bu Məcəllənin 73.3-cü maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə öz qərarında inzibati orqana inzibati aktla bağlı müvafiq göstərişlər verməyə haqlıdır. Qeyd edilənlərə əsasən məhkəmə maddi və prossesual hüquq normalarını pozmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin № 413 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin maddələrinin ümumi səbəblərdən İİİ dərəcə müddətsiz əlillik təyin olunmasına baxmayaraq məhkəmə inzibati orqan olaraq diskression səlahiyyətlərinə müdaxilə etmişdir. Diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, ondan o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə, doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Qeyd edilən səbəblərə görə iddiaçının tələbi əsassız və qanunsuzdur. İddiaçının apellyasiya şikayətinə dair etirazının dəlilləri Apellyasiya şikayətinin təmin edilməməsi və Sumqayıt İnzibati Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 2-l(118)-1197/2022 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edir. Belə ki, əvvəlki əlillik dərcəsinin müəyyən olunması barədə tibb müəsisəsinin göndərişlərinə heç bir əyani müayinə aparılmadan verilən imtinaların qanunsuz və əsassız olduğunu təsdiq etmişdir. Belə olan halda həmin imtinaları qanunsuz və əsassız hesab edərək məcburetmə haqqında iddia ərizəsi ilə əlilliyin müəyyən edilməsi vəzifəsinin cavabdeh orqanın vəzifəli şəxslərinin üzərinə qoyulması barədə inzibati məhkəməyə müraciət etmişdir. Cavabdeh apellyasiya şikayətində göstərir ki, əyani müayinə aparılarkən hərbi şəhadətnamənin təqdim edilməməsi səbəbindən imtina barədə qərarlar qəbul edilmişdir. Hətta şəhadətnamə təqdim edilməsə də Tibb müəssisələri tərəfindən verilən rəylərə əsasən ümumi əsaslarla əlillik dərəcəsi müəyyən edilməli idi. Əslində əyani müayinə zamanı komissiyaya DSX-nin Hərbi Həkim komissiyasının hərbi xidməti vəzifəsini yerinə yetirərkən düşmən gülləsilə gözündən aldığı hərbi travma olması barədə şəhadətnaməni təqdim etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3.1. Şəxsinorqanizminin funksiyalarının pozulması faizi, səbəbivə müddəti müvafiq icra hakimiyyətiorqanının müəyyən etdiyi orqan (qurum)tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir.Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyətiorqanının müəyyən etdiyi orqan (qurum)müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyətiorqanının müəyyən etdiyi orqan (qurum)tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. [8] Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyətiorqanının müəyyən etdiyi orqan (qurum)təsdiq edir. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”
3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.2 Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial MüdafiəsiNazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik)tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.6.Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbininvə müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin: 7.1-ci bəndinə əsasən hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. 7.2-ci bəndinə görə Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır»; b) «Hərbi travmadır, SSRİ-nin müdafiəsi zamanı alınmışdır»; c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır»; ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır»; d) «Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır»; e) «Ümumi xəstəlikdir» “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, hazırki inzibati iş üzrə mübahisə predmeti əlilliyin səbəbi əlaqəsinin dəyişdirilməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsi hazırki iş üzrə gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, cavabdehin imtinası qanunsuz olmuş, onun tərəfindən iddiaçıya 26 may 2016-cı ildən 26 may 2021-ci ilədək təyin edilmiş əlilliyin səbəbi “hərbi xidmət vəzifələrini yerinə yetirərkən aldığı xəsarətlərə görə” qeyd olunsa da, həmin müddət bitdikdən sonra iddiaçının əlilliyinin təkrar müayinəsi zamanı əlilliyin səbəbli əlaqəsi "ümumi xəstəlik” səbəbindən qeyd edilmişdir. İddiaçı cavabdeh orqana ona yeni diqanoz əsasında əlillik təyin edilməsi ilə bağlı müraciət etməmiş, onun müraciəti əlilliyinin müddəti bitdiyindən xəstəliyinin davam etməsi ilə əlaqədar olaraq əlilliyin təyini ilə bağlı olmuşdur. İddiaçıya eyni diaqnoz əsasında yenidən İİİ qrup əlillik təyin edilməsinə baxmayaraq növbəti dəfə əlilliyin səbəbli əlaqəsi dəyişdirilərək "ümumi xəstəlik” kimi qeyd edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, qeyd olunmalıdır ki, “”Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərininmüəyyən olunması barədə” Təlimata əsasən Tibbi sosial ekspert komissiyasının (TSEK) funksiyalarını həyata keçirənAzərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bundan sonra –Xidmət)tərəfindən hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçularaAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraqaşağıda göstərilən əlilliksəbəbləri müəyyən edilir:...2.1.3.Hərbi xidmətvəzifələrini (xidməti vəzifələri)yerinə yetirməklə əlaqədar əlillik... Həmçinin, qeyd olunmuşdur ki,"Hərbi xidmətvəzifələrini (xidməti vəzifələri)yerinə yetirməklə əlaqədar əlillik" səbəbi aşağıdakı hallarda müəyyən edilir: 2.2-ci bənddə göstərilənlər istisna olmaqla, xəsarət hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi ilə əlaqədar alınmışsa;....Təlimata əsasən hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə, yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir. Əlillik səbəbləri müəyyən edilərkən xəstəlik haqqında şəhadətnamə, ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarı əsas götürülür. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə iddiaçı barəsində 26 may 2016-cı ildən 26 may 2021-ci ilədək təyin edilmiş əlilliyin səbəbi “hərbi xidmət vəzifələrini yerinə yetirərkən aldığı xəsarətlərə görə” qeyd olunsa da, həmin müddət bitdikdən sonra iddiaçının əlilliyinin təkrar müayinəsi zamanı əlilliyin səbəbli əlaqəsi "ümumi xəstəlik” səbəbindən qeyd edilmişdir. Halbuki, iddiaçı barəsində əlilliyin təyin edilməsinin əsası olan xəstəliyin diaqnozu və səbəbində hər hansı dəyişiklik baş verməmişdir (əksinə həmin xəstəlikdən irəli gələn ağırlaşma halı baş vermişdir). Eyni zamanda məhkəmə kollegiyası cavabdeh inzibati orqan apellyasiya şikayətinin dəlili kimi istinad etdiyi halla bağlı onu qeyd edir ki, qərar/şəhadətnamənin təqdim edilməməsi əlilliyinin səbəbli əlaqəsinin dəyişdirilərək iddiaçının hərbi xidmət vəzifələrini yerinə yetirərkən aldığı xəsarətlərə görə əlilliyin təyin edilməməsi üçün əsas kimi qəbul edilə bilməz. Hazırki işin materiallarında müvafiq Hərbi Həkim Komissiyası tərəfindən verilmiş arayış və xəstəlik vərəqələri, tibbi rəy, iddiaçı barəsində “hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar əlillik təyin edilməsi”, həmin səbəblə bağlı yaranmış xəstəliyin eyni diaqnozunun hazırda da mövcudluğunun davam etməsi halları (əksinə ağırlaşma halı baş vermiş) cavabdehin dəlil kimi istinad etdiyi halları təkzib edir. Göründüyü kimi iddiaçı barəsində əvvəlki dövrdə əlilliyin təyin edilməsinin əsası qismində çıxış edən hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar yaranmış həmin diaqnoz üzrə xəstəlik hazırda da mövcud olmuş və hazırda da davam edir. Belə olan halda, eyni səbəb və onun əsasında yaranmış xəstəliyin diaqnozu eyni olduğu halda əlilliyin səbəbinin ümumi xəstəlik kimi dəyişdirilməsi (hansıki həmin dəyişdirilmənin heç bir əsası olmamışdır) barədə cavabdeh inzibati orqanın iddiaçı barəsində qəbul etdiyi qərarı qanuni və əsaslı olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki mübahisə üzrə düzgün nəticəyə gəlmiş, cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi üçün əsas hesab edilə bilməz. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 2-1(118)- 1197/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.