Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-385/2024 17.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Rzayev Məhəmmədəli Əsəd oğlu və X1 ibarət tərkibdə, X4 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli, 2-1(118)- 2054/2023 nömrəli qərarından cavabdeh inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür. (AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsi). H3 seriyalı, ******* nömrəli hərbi biletə əsasən iddiaçı 1981-1983-cü illərdə SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan SSRİ X6 Təhsili Komitəsi tərəfindən verilmiş B seriyalı, 127523 nömrəli diploma əsasən iddiaçı 01 sentyabr 1977-ci il tarixdə Sumqayıt Şəhər 45 nömrəli orta texniki peşə məktəbinə daxil olmuş, 19 iyul 1980-ci il tarixdə “dairəvi maşınlar üzrə usta köməkçisi" peşəsi üzrə məktəbi bitirmişdir. İddiaçının təqdim etdiyi ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının qeydlərinə əsasən o, xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək, xx.xx.1983-cü il tarixindən xx.xx.1984-cü il tarixinədək Sumqayıt Üst Trikotaj fabrikində, xx.xx.1984-cü il tarixindən xx.xx.1985-ci il tarixinədək, xx.xx.1985-ci il tarixindən xx.xx.1985-ci il tarixinədək Rusiya Federasiyasında "Altaykoksximstroy" trestinin 39 saylı Tikinti idarəsində, xx.xx.1985-ci il tarixindən xx.xx.1985-ci il tarixinədək Rusiyada "Barnaulselstroy” trestində, xx.xx.1986-cı il tarixdən xx.xx.2017-ci il tarixədək Azərbaycan Boruyayma zavodunda (hazırkı "xxxx" ASC) işləmiş, xx.xx.2017-ci il tarixdən hal-hazıradək “X7" QSC-də işləyir. İddiaçı 10 dekabr 2022-ci il tarixdə ərizə ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsini xahiş etmişdir. Cavabdehin 18 yanvar 2023-cü il tarixli, 3-17-1/2-A-9677/2023 nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Q.A.X2 təqdim etdiyi "xxxx" ASC-nin 6 dekabr 2022-ci il tarixli, 58 nömrəli arayışında xx.xx.1987xx.xx.1991-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisənin dəmir yolu sexində qatar tərtibçisi, xx.xx.1991-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində lokomotiv maşinistinin köməkçisi və xx.xx.2011-xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində nəqliyyat sexində lokomotiv maşinist peşələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, İddiaçı işlədiyi "xxxx" ASC-nin fəaliyyət sahəsi qeyd olunan siyahı üzrə müəyyən edilmiş dəmiryol nəqliyyatı sahəsinə aid deyil. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri, qatar tərtibçiləri vəzifələri nəzərdə tutulmuşdur. Bu səbəbdən də, güzəştli iş stajı 12 il 6 aydan az (7 ay 23 gün (xx.xx.1986-xx.xx.1986-cı il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müaciət edərək, ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh müraciətinin icrasından imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, o, xx.xx.1980-ci il tarixdən əmək fəaliyyətinə başlamaqla, halhazıradək işləyir. Azərbaycan Boruyayma zavodunda (hal-hazırkı "xxxx" ASC) işlədiyi peşələr "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 58 saylı arayışına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq olunmuş Siyahının 35-ci “Ümumi peşələr” bölməsinin "qazla kəsicilər" peşəsinə və 21-ci “Nəqliyyat” bölməsinin 21.4-cü “Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlə və ayrı-ayrı kateqoriyalı işçilər” bəndinin “qatar tərtibçiləri", “teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri" peşələrinə uyğun olmaqla, ona güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ verir. İddiaçının işlədiyi sahə, yəni metallurgiya istehsalı (qara metallar) sahəsi, ümumilikdə, əmək şəraiti ağır və zərərli sahədir. Eyni zamanda, həmin sahənin dəmiryol sexindəki fəaliyyəti dəmiryol nəqliyyatı sahəsinə aid olmaqla, ağır və zərərli sahə sayılır. Belə ki, zavodun dəmiryolu sexi vahid texnoloji qaydalara uyğun olaraq əsas dəmiryolu xətti ilə birləşən və müəssisəyə məxsus dalan yolunun, həmçinin, müəssisədaxili dəmiryol xətlərinin istismarını həyata keçirir. Qeyd olunan peşələrdə çalışan işçilər də sənaye müəssisələrində dəmiryol nəqliyyatının texniki istismar qaydalarına, dəmiryol nəqliyyatında manevr işləri və qatarların hərəkəti, siqnalizasiya üzrə təlimata uyğun olaraq öz əmək funksiyalarını həyata keçirir. Artıq neçə illərdir ki, müəssisənin dəmiryolu sexində onunla eyni peşədə çalışmış işçilərinə Dövlət Sosial Müdafiə Fondu tərəfindən güzəştli şərtlərlə əmək pensiyası təyin edilir. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək, ona 57 yaşdan, yəni xx.xx.2019-cu il tarixindən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli, 2-1(118)-2054/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçıya 57 yaşdan, yəni xx.xx.2019-cu il tarixindən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiya məbləğinin “Əmək Pensiyaları” haqqında qanun 32.1-1-ci maddəsinə tələblərinə uyğun olaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim İsmayıl Quliyev). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçının işlədiyi "xxxx" ASC-nin fəaliyyət sahəsinin siyahı üzrə müəyyən edilmiş dəmiryol nəqliyyatı sahəsinə aid olmadığını hesab edir. Məhkəmə hesab edir ki, formalaşmış məhkəmə təcrübəsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-880/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən cavabdehin mövqeyi əsaslı olmamışdır. İddiaçının işlədiyi qazla kəsici, habelə cavabdeh tərəfindən nəzərə alınmayan xx.xx.1987-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.2004-cü il və xx.xx.2011-xx.xx.2017-ci il tarixlərində işlədiyi müvafiq olaraq qatar tərtibçisi, lokomotiv maşinistinin köməkçisi və lokomotiv maşinist peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə 2 nömrəli Siyahının XXXİİİ. Ümumi peşələr bölməsinin 23200000—11618 (qazla kəsicilər), XXVİİİ. Nəqliyyat bölməsinin 1. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndinin 23001000-18726 (qatar tərtibçiləri) və 23001000—14241 (teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri) kodlarına uyğundur. Qeyd edilmiş mübahisəli dövrlər nəzərə alındıqda, onun qanunla tələb olunan 12 il 6 aydan çox güzəştli iş stajı yaranmış olur. Bu halda, məhkəmə hesab edir ki, iddiaçı 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, işdəki sübutlar isə düzgün qiymətləndirilməmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək izahatında əlavə olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahının “Nəqliyyat” bölməsində göstərilən “teplovoz, elektrovoz maşinistləri” ilə “lokomotiv maşinisti” eyni peşədir. İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 32.1-1 Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Yuxarıda istinad olunan qanunvericilik normalarına görə, iddiaçının 57 yaşının tamam olduğu 22 dekabr 2017-ci il tarixdə ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) 1 yanvar 2006-cı il tarixədək azı 25 il ümumi iş stajının mövcud olması 2) 1 yanvar 2006-cı il tarixədək azı 12,5 il güzəştli iş stajının mövcud olması. Ümumi iş stajı ilə bağlı kollegiya qeyd edir ki, işdən görünür ki, iddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1980-ci il tarixədək Sumqayıt Şəhər 45 nömrəli orta texniki peşə məktəbində təhsil almış (02 il 10 ay 18 gün), xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü illərdə SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş (02 il), xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək, xx.xx.1983-cü il tarixindən xx.xx.1984-cü il tarixinədək Sumqayıt Üst Trikotaj fabrikində, xx.xx.1984-cü il tarixindən xx.xx.1985-ci il tarixinədək, xx.xx.1985-ci il tarixindən xx.xx.1985-ci il tarixinədək Rusiya Federasiyasında "Altaykoksximstroy" trestinin 39 saylı Tikinti idarəsində, xx.xx.1985-ci il tarixindən xx.xx.1985-ci il tarixinədək Rusiyada "Barnaulselstroy” trestində, xx.xx.1986-cı il tarixdən xx.xx.2017-ci il tarixədək Azərbaycan Boruyayma zavodunda (hazırkı "xxxx" ASC) işləmiş, xx.xx.2017-ci il tarixdən hal-hazıradək “X7" QSC-də işləyir (xx.xx.2006-cı il tarixədək 24 il 11 ay 30 gün). Beləliklə, iddiaçının hərbi xidmət və əmək fəaliyyəti dövrü ilə birlikdə xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajına malik olduğu müəyyən edilir. Bu işin mübahisə edilməyən halıdır. Belə ki, cavabdeh iddia ərizəsinə etiraz, apellyasiya şikayəti və iddiaçıya verilən imtinada yalnız güzəştli iş stajını mübahisələndirmişdir. Güzəştli iş stajı ilə bağlı isə kollegiya ilk növbədə qeyd edir ki, iddiaçının xx.xx.1986xx.xx.1986-cı il tarixləri arasındakı işlədiyi dövrlər, ümumilikdə, 07 ay 23 günlük müddət cavabdeh tərəfindən mübahisələndirilməyərək güzəştli iş stajı kimi qəbul edilmişdir. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, o, xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixədək Azərbaycan Boruyayma zavodunda qazla kəsici vəzifəsində işləmişdir (07 ay 23 gün). Həmçinin, "xxxx" ASC tərəfindən verilmiş 06 dekabr 2022-ci il tarixli, 58 nömrəli güzəştli arayışdan da onun xx.xx.1986-xx.xx.1986-cı il tarixləri arasındakı dövrdə Azərbaycan Boruyayma zavodunun boru yayma sexində qazla kəsici vəzifəsində işlədiyi görünür. İddiaçının işlədiyi qazla kəsici peşəsinin güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aid olması ilə bağlı kollegiya qeyd edir ki, həqiqətən də, həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahının XXXİİİ. Ümumi peşələr bölməsinin 23200000—11618 kodu ilə (qazla kəsicilər) güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aid edilmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərində "xxxx" ASC-nin fəaliyyət sahəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahı üzrə müəyyən edilmiş dəmiryol nəqliyyatı sahəsinə aid olmadığını, bu baxımdan, iddiaçının Azərbaycan Boruyayma zavodunda qatar tərtibçisi, lokomotiv maşinistinin köməkçisi vəzifələrində işlədiyi müvafiq olaraq xx.xx.1987xx.xx.1991-ci il və xx.xx.1991-xx.xx.2004-cü il tarixləri arasındakı, ümumilikdə, 16 il 07 ay 03 günlük dövrü mübahisələndirərək həmin dövrü güzəştli iş stajına daxil etməmişdir. Kollegiya cavabdehin həmin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. İddiaçıya məxsus əmək kitabçasından, habelə "xxxx" ASC tərəfindən iddiaçı barəsində verilmiş 06 dekabr 2022-ci il tarixli, 58 nömrəli güzəştli arayışdan görünür ki, o, xx.xx.1987-ci il tarixdən xx.xx.1991-ci il tarixədək Azərbaycan Boruyayma zavodunun Boru yayma sexində qatar tərtibçisi, xx.xx.1991-ci il tarixdən xx.xx.2004-ci il tarixədək həmin sexdə lokomotiv maşinistinin köməkçisi işləmiş, xx.xx.2004-ci il tarixdən növbə rəisi vəzifəsinə keçirilmiş, xx.xx.2008-ci il tarixədək həmin vəzifədə işləmişdir. Onun işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahının 28-ci “Nəqliyyat” bölməsinin “Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər” bəndinin 23001000-18726 koduna (qatar tərtibçiləri) və 23001000-14241 koduna (teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri) əsasən güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələrə aiddir. Məhkəmə kollegiyası tərəfindən iddiaçının işlədiyi sözügedən vəzifələrin 2 nömrəli Siyahının 28-ci “Nəqliyyat” bölməsinin 1-ci “Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər” yarımbölməsində göstərilən müvafiq vəzifələrə uyğun olub-olmaması barədə məlumat verilməsi barədə sorğu ilə "xxxx" ASC-yə müraciət edilmişdir. Kollegiyanın sorğusuna cavab olaraq "xxxx" ASC-nin 26 aprel 2024-cü il tarixli məktubundan görünür ki, ASC-nin (keçmiş Azərbaycan Boruyayma zavodunun) dəmir yolu sexi vahid texnoloji qaydalara uyğun olaraq əsas dəmiryolu xətti ilə birləşən və müəssisəyə məxsus dalan yolunun, həmçinin, müəssisədaxili dəmiryol xətlərinin istismarını həyata keçirir. Lokomotiv dəmiryol xətlərində, yəni rels üzərində işləyən, özü yük götürməyən, vaqonları, qatarları hərəkətə gətirən dartıcı qurğu-maşındır. Lokomotivin iddiaçının işlədiyi lokomotiv maşinisti və lokomotiv maşinistinin köməkçisi vəzifələrinin teplovoz, elektrovoz və s. kimi növləri vardır, bunları fərqləndirən cəhət yalnız mühərrikin müxtəlif enerji mənbələri ilə işləməsidir. Bu baxımdan, iddiaçının işlədiyi lokomativ maşinisti və lokomotiv maşinistinin köməkçisi vəzifələri 2 nömrəli Siyahının 28-ci “Nəqliyyat” bölməsinin 1-ci “Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər” yarımbölməsinin 23001000-14241 kodlu “teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri” vəzifələri ilə eynilik təşkil edir. Habelə, sorğuya cavaba əlavə edilən vəzifə təlimatlarından görünür ki, lokomotiv maşinistinin əsas əmək funksiyası qatarların aparılmasını, lokomotivin saxlanmasını təmin etmək, lokomotiv maşinistinin köməkçisinin əmək funksiyalarına isə lokomotivin maşın və mexanizlərinin iş rejimlərinə nəzarət etmək, maşinist olmadıqda lokomotivi hərəkətə gətirmək və s. aid edilmişdir. Bununla yanaşı, Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının icraatında olmuş 2-1(102)-880/2023 nömrəli analoji iş üzrə məhkəmə qərarında qeyd edilmişdir ki, dəmiryollarının və dəmiryolu nəqliyyat vasitələrinin yalnız "xxxx" QSC-nin istifadəsində olan magistral dəmiryol xətləri ilə məhdudlaşdırılması ölkənin vahid dəmiryolları sisteminin vahidliyi baxımından yolverilməzdir. Bu yanaşma ona əsaslanır ki, Azərbaycan Respublikasının dəmiryolları sistemi yalnız QSC-nin idarəçiliyində olan magistral dəmiryolları şəbəkəsini deyil, həm də təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ayrı-ayrı müəssisələrin həmin magistral yollara çıxışı olan və daşımaların həyata keçirildiyi dəmiryolları şəbəkələrini də ehtiva edir. Bu zaman, nəzərə alınmalıdır ki, QSC-nin istifadəsində olan magistral dəmiryolları da Azərbaycan Respublikasının vahid dəmiryolları sisteminə tərkibinə daxildir və ümumi istifadədə olmaqla sərnişinlərin və yüklərin daşınması funksiyasını yerinə yetirir. Bu baxımdan, güzəştli şərtlərlə pensiya təyin olunarkən nəzərə almaq lazımdır ki, Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahının müvafiq bəndi yalnız Cəmiyyətin idarəçiliyində olan magistral dəmiryollarında çalışan teplovoz maşinistlərinə və maşinist köməkçilərinə deyil, həm də təşkilati-hüquqi və mülkiyət formasından asılı olmayaraq istənilən müəssisəyə aid dəmiryollarında və dəmiryolu nəqliyyat vasitələrində, o cümlədən, teplovozlarda çalışan və bilavasitə daşımalarla məşğul olan maşinistlərə və maşinist köməkçilərinə də şamil olunmalıdır. Burada həlledici məqam onların icra etdikləri funksiyaların güzəştli pensiya hüququ verən və siyahıda nəzərdə tutulan peşəyə bağlı olmasıdır. Formalaşmış məhkəmə təcrübəsindən göründüyü kimi 2 nömrəli siyahının “Nəqliyyat” bölməsinin “Dəmiryol nəqliyyatı” yarımbölməsi yalnız "xxxx" QSC-nin istifadəsində olan magistral dəmiryol xətlərinin sahəsi deyil, həm də digər müəssisələrə aid dəmiryolları və dəmiryolu nəqliyyat vasitələrinə aiddir. Məhkəmə araşdırması zamanı da "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilən 26 aprel 2024-cü il tarixli məktubdan iddiaçının Azərbaycan Boruyayma zavodunda lokomotiv maşinisti və lokomotiv maşinistinin köməkçisi vəzifələrində icra etdiyi əmək funksiyalarının 2 nömrəli Siyahının 28-ci “Nəqliyyat” bölməsinin 1-ci “Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər” yarımbölməsində göstərilən teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri vəzifələrinin əmək funksiyaları ilə eyniliyi müəyyən edilmişdir. Belə olan halda, kollegiya hesab edir ki, iddiaçının Azərbaycan Boruyayma zavodunda xx.xx.1987-xx.xx.1991-ci il tarixlərində işlədiyi qatar tərtibçisi peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahının 28-ci “Nəqliyyat” bölməsinin “Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər” yarımbölməsinin 23001000-18726 koduna (qatar tərtibçiləri), xx.xx.1991xx.xx.2004-cü il tarixlərində işlədiyi lokomotiv maşinistinin köməkçisi peşəsi isə həmin yarımbölmənin 23001000-14241 koduna (teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri) uyğun gəlir. Odur ki, iddiaçının sadalanan vəzifələrdə işlədiyi 16 il 07 ay 03 günlük dövr nəzərə alınarsa, onun 12,5 ildən artıq güzəştli iş stajına malik olduğu müəyyən edilir. Qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, şikayətin dəlilləri əsassızdır. Beləliklə, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli, 2-1(118)-2054/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-385/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-385/2024
17.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver