Məhkəmə qərarları › İş №2-1(105)-385/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-385/2025

10.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-385/2025 10.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X3 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçının güzəştli şərtlərlə işlədiyi müddəti nəzərə alaraq ona 29 iyun 2022-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli, 2-1(118)-811/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək onun güzəştli şərtlərlə işlədiyi müddəti nəzərə alaraq 29 iyun 2022-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Abşeron DOST mərkəzi vasitəsilə cavabdeh orqana güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün müraciət etmişdir. Cavabdeh 26 dekabr 2023-cü il tarixdə imtina məktubu göndərərək onunla əsaslandırmışdır ki, polimer maddələrin fiziki quruluşunu araşdırmasına baxmayaraq istehsal prosesində iştirak etmir. Lakin iddiaçı Nazirlər Kabinetinin “Əmək şəraiti ağır və zərərli işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” 22 avqust 2002-ci il tarixli 137 nömrəli qərarına əsasən əmək haqqına əlavələr də alır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçı öz tələbini onunla əsaslandırımışdır ki, X1 təqdim etdiyi 28 sentyabr 2023-cü il tarixli 61-9/121 nömrəli arayışdan da göründüyü kimi onun güzəştli şərtlərlə iş stajı 14 (on dörd) il, 1 (bir) ay, 22 (iyirmi iki) gündür. Lakin iddiaçının adıçəkilən müəssisədə işləməsinə dair mühafizə olunan sənədlərdə xx.xx.1989-cu il tarixdən bugünədək laboratoriya şəraitində istehsalatda tətbiq olunmaq üçün polimer maddələrinin fiziki quruluşunu araşdırdığı, istehsal prosesində iştirak etmədiyi müəyyən edilmişdir. Həmçinin, xx.xx.2009-cu il tarixdən əmək şəraitinə görə əlavələr verilsə də, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verilmədiyi qeyd olunmuşdur. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunması məhkəmədən xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: İddiaçıya məxsus AA******* seriyalı şəxsiyyət vəsiqəsinin surətinə əsasən o, 6 sentyabr 1963-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan İT-İ ******* nömrəli əmək kitabçasının surətinə əsasən iddiaçı əmək fəaliyyətinə 1984-cü il tarixdə başlamış, xx.xx.1984-xx.xx.1987, xx.xx.1987xx.xx.1988, xx.xx.1989-xx.xx.2024-cü il tarixlərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Polimer Materilları İnstititunun 28 sentyabr 2023-cü il tarixli güzəştli arayışına əsasən iddiaçının işlədiyi vəzifə zərərli iş hesab edilməklə güzəştli pensiya üçün stajı 14 il 1 ay 22 gün təşkil edir. X2 məhkəmə sorğusu nəticəsində ünvanladığı məktubda qeyd edilmişdir ki, iddiaçı işlədiyi müddətdə laboratoriyada zərərli maddələrdən istifadə etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli, 2-1(118)-811/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı 29 iyun 2022 ci il tarixdən güzəştli əsaslarla yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır (hakim İmran Burcayev). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, X2 güzəştli arayışlarında qeyd edilmişdir ki, iddiaçı işlədiyi müddətdə laboratoriyada işin mahiyyətindən asılı olaraq xlor, alüminium, xlorit, titan və s. kimi zərəli maddələrdən istifadə etmiş, onun işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarının 22ci fəslinə əsasən bilavasitə zərərli iş hesab edilir. İddiaçının güzəştli pensiya üçün stajı 14 il 1 ay 22 gün təşkil edir. Məhkəmə qeyd edir ki, güzəştli arayışda da qeyd olunduğu kimi iddiaçı sözügedən institutun 2.14 saylı “Aqrokimya təyinatlı polimer materiallar” laboratoriyasında elmiş işçi vəzifəsində çalışsa da işlədiyi müddətdə zərərli maddələrdən istifadə etmiş, həmin vəzifəsinə uyğun olaraq aylıq əmək haqqının 12 faizi məbləğində əlavə almışdır. Həmin müddətdə laboratoriyada işin mahiyyətindən asılı olaraq istifadə etdiyi zərərli maddələrə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin yuxarıda qeyd olunan qərarının 22-ci fəslinin 7-ci maddəsinə, yəni müəssisələrdə, elmi tədqiqat institutlarında, laboratoriyalarda, konstruktor və təcrübə-konstruktor təşkilatlarında iş yerində radioaktiv maddələrin aktivliyi 226 radiasiya 0,1 milliküridən az olmamaqla və radioaktiv maddələrin miqdarı radiozəhərliliyi üzrə ona ekvivalent olan işlərə (fəhlə və s) əsasən bilavasitə zərərli iş hesab edilir. Beləliklə, iddiaçının zərərli işdə, zəhərli maddələrlə işləməsi işin faktiki halları və təqdim olunan arayışlarla öz təsdiqini tapır. Həmin arayış və əmək kitabçası ilə iddiaçının həmin vəzifələrdə 10 ildən, yəni tələb olunan ildən artıq işləməsi öz əksini tapır ki, bunun əksini müəyyən edəcək sübut isə cavabdeh orqan tərəfindən təqdim edilməmişdir. İddiaçının güzəştli şərtlərlə pensiya hüququnun yaranmasına münasibətdə isə qeyd olunmalıdır ki, 2017-ci ildən sonra qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ilinin əmək şəraiti zərərli və ağır olan işlər olması və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu olmaqla üç əsas meyar olaraq qəbul edilirdi. İddiaçının pensiya yaşının və əmək stajının olduğu müddətdə pensiya kapitalı mübahisələndirilə biləcəyi üçün məhkəmə hesab edir ki, iddiaçı haqlı olaraq 29 iyun 2022-ci il tarixdən, yəni pensiya kapitalının tələb olmadığı vaxtdan güzəştli pensiya təyinatını tələb etməkdə haqlı olmuşdur. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, məhkəmə icraatı zamanı iş üzrə icraat materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli Polimer Materialları institutu ilə Mərkəzi Filialın birgə tərtib etdiyi aktda xx.xx.1989-cu il tarixdən bugünədək iddiaçının labarotoriya şəraitində istehsalatda tətbiq olunmaq üçün polimer maddələrinin fiziki quruluşunu araşdırdığı, istehsal prosesində iştirak etmədiyi və xx.xx.2009-cu il tarixdən ona əmək şəraitinə görə əlavələr verilsə də, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vermədiyi qeyd olunmuşdur. Lakin birinci instansiya məhkəməsi zamanı iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü i tarixli 61-10\54 nömrəli arayışda iddiaçı işlədiyi müddətdə laboratoriyada işin mahiyyətindən asılı olaraq xlor, alüminium, xlorit, titan və s. kimi zərərli maddələrdən istifadə etmiş, onun işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarının 22-ci fəslinə əsasən bilavasitə zərərli iş hesab edilir. İş materiallarında eyni müəssisədən iddiaçıya dair ziddiyyətli arayışlar mövcud olmasına baxmayaraq məhkəmə uyğunsuzluqları aydınlaşdırmaq əvəzinə qeyd edilən illəri güzəştli iş stajına daxil etmişdir. Halbuki bu uyğunsuzluqlar həmin məlumatların qeyri-mötəbər olmasını ehtiva edirdi. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən təqdim edilən arayışlar arasındakı ziddiyyətləri araşdırmaq məqsədi ilə müəssisəyə müvafiq sorğu göndərmədən, araşdırma aparmadan qanunsuz və əsassız qərar qəbul etmişdir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmamışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1.işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; ... 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Maddə 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Maddə 25. Sığorta stajı müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu Qanunun 5.3cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilir. Maddə 31.2-1. Sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Maddə 32.1-1 Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri .... İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ..... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti .... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydaları Bənd 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. 2.1. Əmək kitabçalarının hazırlanması və işəgötürənlərə verilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. 3.1. Əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 yerli qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. 3.5. İşə qəbul, daimi başqa işə keçirmək barəsində səhv və qeyri-dəqiq yazılır aşkar edildikdə düzəliş işəgötürən tərəfindən aparılır. İş yerini dəyişdikdə belə hallar aşkar olunarsa, yeni iş yerindəki işəgötürən bu barədə işçiyə lazımi köməklik göstərməlidir. 3.2a bəndində müvafiq aparılmış yazılarda səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 yerli qurumları tərəfindən aparılır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” əsasında müəyyən edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmişdir):

22. Radioaktiv maddələr, ionlaşdırıcı şüa mənbələri, berillium və nadir torpaq elementləri ilə işlər 22.1. Müəssisələrdə, elmi tədqiqat institutlarında, laboratoriyalarda, konstruktor və təcrübə-konstruktor təşkilatlarında və tibb müəssisələrində işlər radiasiya və ya berilliumun zərərliliyi şəraitində təcrübə, təcrübə-istehsalat və böyüdülmüş laboratoriya qurğularında, radioaktiv xammalın təcrübə sexlərində, sənaye üsulu ilə texnoloji prosesin emalı ilə təkmilləşdirilməsində, atom enerjisi sənayesinin istifadəsində radioaktiv maddələrin, berillium və ondan hazırlanan məmulatların, radioaktiv maddələrin sənaye və təcrübə yolu ilə əldə edilməsi ilə daim məşğul olan fəhlələr, rəhbərlər və mütəxəssislər

22.7. Müəssisələrdə, elmi tədqiqat institutlarında, laboratoriyalarda, konstruktor və təcrübə-konstruktor təşkilatlarında işlər: iş yerində radioaktiv maddələrin aktivliyi 226 radiy 0,1 milliküridən az olmamaqla və radioaktiv maddələrin miqdarı radiozəhərliliyi üzrə ona ekvivalent olan işlərdə, bu şəraitdə texnoloji avadanlığın təmiri ilə daim məşğul olan fəhlələr, rəhbərlər və mütəxəssislər

“İnzibati icraat haqqında” Qanun: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının hüquqi marağı güzəştli şərtlərlə işlədiyi müddəti nəzərə alaraq ona 29 iyun 2022-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür. Cavabdeh iddiaçıya münasibətdə 25 ildən artıq ümumi iş stajına malik olmasını qəbul edir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalı tərəfindən ünvanlanmış xidməti məktubda iddiaçının ümumi iş stajı mübahisələndirilməmişdir. İş materiallarına əlavə olunmuş İT-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı əmək fəaliyyətinə 13 sentyabr 1984-cü il tarixində başlamaqla ümumi iş stajı 25 ildən artıq təşkil edir. İşin mübahisəli halı cavabdeh inzibati orqan tərəfindən iddiaçının güzəştli iş stajının mövcud olmamasına istinad olunmasıdır. Belə ki, cavabdeh inzibati orqanın imtina məktubu, iddia tələbinə etiraz və apellyasiya şikayətinin dəlili ondan ibarət olmuşdur ki, iddiaçının müvafiq müəssisədə işləməsinə dair mühafizə olunan sənədlərdə xx.xx.1989-cu il tarixdən bugünədək laboratoriya şəraitində istehsalatda tətbiq olunmaq üçün polimer maddələrinin fiziki quruluşunu araşdırdığı, istehsal prosesində iştirak etmədiyi müəyyən edilmişdir. Həmçinin, xx.xx.2009-cu il tarixdən əmək şəraitinə görə əlavələr verilsə də, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verilmədiyi qeyd olunmuşdur. Kollegiya cavabdeh inzibati orqanın dəlillərini əsassız hesab etməklə aşağıdakıları qeyd edir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Polimer Materialları İnstitutu tərəfindən verilmiş 28 sentyabr 2023-cü il tarixli, 61- 9/121 nömrəli arayışdan görünür ki, iddiaçı xx.xx.1989-cu il tarixindən bu günədək (xx.xx.2023-cü il) indiki Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Polimer Materialları İnstitutunda 2.14 saylı “Aqrokimya təyinatlı polimer materiallar” laboratoriyasında elmi işçi vəzifəsində işləyir. İşlədiyi müddətdə laboratoriyada işin mahiyyətindən asılı olaraq aşağıdakı zərərli maddələrdən istifadə etmişdir: Maye xlor, alüminium xlorid, titan xlorid, 2,3-dixlorpropen-1, dixloretan, allilxlorid, metallilxlorid, anilin, toludin, pentan, heksan, heksametilendiamin, benzilamin, etilendiamin, polietilenpoliamin, monoetanolamin, asetil xlorid, asetil bromid, xlorid turşusu, allil benzol, allil spirti, allil asetat, aminofenollar, hidroksi fenollar, nitrat turşusu, sulfat turşusu, mis sulfat, brom, benzoil xlorid, xlorbenzol, kalium hidroksid, natrium hidoksid, metil yodid, piridin, dietil efiri, fosfor 3-xlorid, fosfor 5-xlorid, fenilendiaminlər, tetraxlorsiklopentadien və s. Göstərilən vəzifə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarının 22-ci fəslinə əsasən bilavasitə zərərli iş hesab edilir. Güzəştli pensiya üçün staj: 14 (on dörd) il, 1 (bir) ay, 22 (iyirmi iki) gün təşkil edir. İş materiallarına əlavə olunmuş İddiaçı xx.xx.1989-cu il tarixindən bu günədək Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Polimer Materialları İnstitutunda işləməsinə dair 22 noyabr 2023-cü il tarixli aktda qeyd olunur ki, İddiaçı yuxarıda adıçəkilən müəssisədə işləməsinə dair mühafizə olunan sənədlərdə aşağıdakılar müəyyən edildi: xx.xx.1989-cu il tarixindən bu günədək laboratoriya şəraitində istehsalatda tətbiq olunmaq üçün Polimer maddələrin fiziki quruluşunu araşdırır. İstehsal prosesində iştirak etmir. xx.xx.2009-cu ildən əmək şəraitinə görə əlavələr verilsə də, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verilmir. Göründüyü kimi iddiaçının işlədiyi müəssisənin verdiyi güzəştli arayış ilə cavabdehin nümayəndələrinin tərtib etdiyi akt arasında uyğunsuzluq vardır. Birinci instansiya məhkəməsi tərəfindən müvafiq araşdırılma aparılaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Polimer Materialları İnstitutu sorğu verilmiş və aşağıdakı məlumat əldə olunmuşdur. Belə ki iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Polimer Materialları İnstitutu tərəfindən verilmiş 06 may 2024-cü il tarixli, 61-10/54 nömrəli arayışdan görünür ki, iddiaçı xx.xx.1989-cu il tarixindən bu günədək (xx.xx.2024cü il) indiki Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Polimer Materialları İnstitutunda 2.14 saylı “Aqrokimya təyinatlı polimer materiallar” laboratoriyasında elmi işçi vəzifəsində işləyir. İşlədiyi müddətdə laboratoriyada işin mahiyyətindən asılı olaraq zərərli maddələrdən istifadə etmişdir. İşlədiyi işin zərərinin mahiyyətinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli, 137 nömrəli qərarının 1-ci maddəsinə əsasən əmək şəraiti xüsusilə ağır və xüsusilə zərərli işlərdə çalışan işçilərə əmək şəraitinin ağır və zərərliliyinin orta səviyyəsinə uyğun olaraq aylıq əmək haqqının 12 (on iki) faizi məbləğində əmək haqqına əlavə ödənilir. İşlədiyi müddətdə laboratoriyada işin mahiyyətindən asılı olaraq istifadə etdiyi zərərli maddələrə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin yuxarıda qeyd olunan qərarının 22-ci fəslinin 7-ci maddəsinə (22.7. Müəssisələrdə, elmi tədqiqat institutlarında, laboratoriyalarda, konstruktor və təcrübəkonstruktor təşkilatlarında iş yerində radioaktiv maddələrin aktivliyi 226 radiasiya 0,1 milliküridən az olmamaqla və radioaktiv maddələrin miqdarı radiozəhərliliyi üzrə ona ekvivalent olan işlər (bu şəraitdə texnoloji avadanlığın təmiri ilə daim məşğul olan fəhlələr, rəhbərlər və mütəxəssislər) əsasən bilavasitə zərərli iş hesab edilir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Polimer Materialları İnstitutunun eyni məzmunlu, 61- 09/118 nömrəli, 11 sentyabr 2024-cü il tarixli güzəştli arayışı təqdim edilmişdir. Həmin güzəştli arayışda iddiaçının güzəştli iş stajının 15 il, 1 ay olduğu qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının xx.xx.1989-cu il tarixindən hal-hazıradək indiki Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Polimer Materialları İnstitutunda 2.14 saylı “Aqrokimya təyinatlı polimer materiallar” laboratoriyasında elmi işçi vəzifəsində işləməsi əmək kitabçasındakı qeydlər və müvafiq müəssisə tərəfindən verilmiş güzəştli arayışlarla öz təsdiqini tapmışdır. Hansı ki, cavabdeh inzibati orqan tərəfindən həmin sənədlərin mötəbərliyini şübhə altına alacaq əsaslı sübut təqdim edilməmişdir. Kollegiya qeyd edir ki, iddiaçının xx.xx.1989-cu il tarixindən hal-hazıradək Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Polimer Materialları İnstitutunda 2.14 saylı “Aqrokimya təyinatlı polimer materiallar” laboratoriyasında çalışdığı elmi işçi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuş - 22. Radioaktiv maddələr, ionlaşdırıcı şüa mənbələri, berillium və nadir torpaq elementləri ilə işlər. 22.7. Müəssisələrdə, elmi tədqiqat institutlarında, laboratoriyalarda, konstruktor və təcrübəkonstruktor təşkilatlarında işlər: iş yerində radioaktiv maddələrin aktivliyi 226 radiy 0,1 milliküridən az olmamaqla və radioaktiv maddələrin miqdarı radiozəhərliliyi üzrə ona ekvivalent olan işlərdə, bu şəraitdə texnoloji avadanlığın təmiri ilə daim məşğul olan fəhlələr, rəhbərlər və mütəxəssislər vəzifələrinə uyğundur. Əlavə olaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Polimer Materialları İnstitutu tərəfindən verilmiş 06 may 2024-cü il tarixli, 61-10/54 nömrəli arayışdan da göründüyü kimi iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli, 137 nömrəli qərarının 1-ci maddəsinə əsasən əmək şəraiti xüsusilə ağır və xüsusilə zərərli işlərdə çalışan işçilərə əmək şəraitinin ağır və zərərliliyinin orta səviyyəsinə uyğun olaraq aylıq əmək haqqının 12 (on iki) faizi məbləğində əmək haqqına əlavə ödənilir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan arayışlarla təsdiq edilən iddiaçının işlədiyi dövrlər ona güzəştli şərtlərlə əmək pensiyanın təyin edilməsi üçün əsas hesab edilməlidir. Həmin dövrlər üçün isə tələb olunan güzəştli iş stajı 10 il olduğu üçün, iddiaçıya güzəştli şərtlərlə pensiya təyini üçün tələb olunan həm ümumi, həm də xüsusi iş stajı toplanmış olur. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün tələb olunan dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün pensiya haqqında qanunvericiliklə müəyyən edilmiş hər iki şərt ödənildiyindən cavabdeh inzibati orqanın imtinası əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin birinci instansiya məhkəməsi iddiaçıya 29 iyun 2022-ci il tarixdən güzəştli əsaslarla yaşa görə əmək pensiyasının təyin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Belə ki, iddiaçıya 29 iyun 2022-ci il tarixdən yaşa görə əmək pensiya təyin edilməsi “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələblərinə də uyğundur. Sözügedən maddənin tələbinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. İddiaçının pensiya hüququnun yarandığı tarix, ödənişlə bağlı tələb olunan qanunun “qüvvəyə minmə tarixi” və “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il” şərtlərini ödədiyi üçün təyin ediləcək pensiya təyinat tarixindən hesablanaraq ona ödənilməlidir. Eyni zamanda, kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi xx.xx.1963-cü il təvəllüdlü İddiaçı 29 iyun 2022 ci il tarixdən güzəştli əsaslarla yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması deyil, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı 29 iyun 2022 ci il tarixdən güzəştli əsaslarla yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması nəticəsinə gəlmiş, bununla da aşkar yanlışlığa yol vermişdir. Lakin, məhkəmə kollegiyası hesab edir ki, həmin yanlışlıq birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin düzgünlüyünə təsir etmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli, 2-1(118)-811/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar