Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-386/2021 12.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X13, iddiaçı X11, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 iştirakı ilə Sumqayıt İnzibati Məhkəməsinin 19 mart 2021-ci il tarixli, 2-1(118)-575/2021 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt İnzibati Məhkəməsinin 19 mart 2021-ci il tarixli, 2-1(118)-575/2021 saylı qərarı ilə (hakim L.E.Mirzəyeva) iddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı regional ərazi filialına qarşı 28 dekabr 2009-cu il tarixdə təyin edilmiş əmək pensiyasının dayandırılmasının qanunsuz hesab edilməsi və əmək pensiyasının həmin tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilib, X4 28 dekabr 2009-cu il tarixdə təyin edilmiş əmək pensiyasının dayandırılması qanunsuz hesab edilmiş və X4 28 dekabr 2009-cu il tarixdə təyin edilmiş əmək pensiyasının həmin tarixdən bərpa edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 2 saylı regional ərazi filialının üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi apelyasiya şikayəti verərək, Sumqayıt İnzibati Məhkəməsinin 19 mart 2021-ci il tarixli, 2-1(118)-575/2021 saylı qərarın ləğv edilib, iddianın rədd edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı X11 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı regional ərazi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh inzibati orqanın 07 avqust 2018-ci il tarixli, 37/402 saylı məktubun (qərarın) etibarsız sayılması, Hil kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 03 may 2018-ci il tarixli 584 saylı əmək haqqı arayışına əsasən Hil orta məktəbində 3 il 3 ay, Qusar rayon Dövlət Arxivinin 25 iyul 2018-ci il tarixli, 246 saylı arxiv arayışına görə sabiq “Lenin” sovxozunda əmrlərə əsasən 2 il 5 ay və Qusar rayon Dövlət Arxivinin 25 iyul 2018-ci il tarixli 247 saylı Arxiv arayışına görə sabiq "xxxx" İstehsalat Müəssisəsində əmrlərə əsasən 1 il 11 ay olmaqla, cəmi 7 il 7 ay iş dövrünün sosial sığorta stajına daxil edilməsi və 28 dekabr 2009-cu il tarixdə təyin edilmiş əmək pensiyasının həmin tarixdən bərpa edilməsi vəzifəsinin Dövlət Sosial X22 Rayon Şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona 28 dekabr 2009-cu il tarixdə təyin edilmiş əmək pensiyasının dayandırılmasının qanunsuz hesab edilməsi və əmək pensiyasının həmin tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 28 dekabr 2009-cu il tarixdə cavabdeh tərəfindən ona 6 uşaq doğub böyütdüyünə görə sosial sığorta stajı nəzərə alınaraq yaşa görə əmək pensiyası təyin edilmişdir. 12 mart 2010-cu il tarixdə adına 071736 saylı plastik pensiya kartı hazırlanmış, 2010-cu ilin mart, aprel və may aylarında hər ay 146,31 ( bir yüz qırx altı manat otuz bir qəpik) manat olmaqla cəmi 438,93 (dörd yüz otuz səkkiz manat doxsan üç qəpik) manat pensiya vəsaiti yüklənmişdir. Lakin, 25 may 2010-cu il tarixli qərara əsasən tələb olunan 5 il sığorta stajına qarşı, sığorta stajının 2 il 11 ay 22 gün olduğu əsas tutularaq 13 noyabr 2010-cu il tarixdə adına verilmiş 071736 saylı plastik kart hesabında olan 438,93 manat pensiya vəsaiti şöbənin hesabına qaytarılmışdır. DSMF Qusar rayon şöbəsinin qərarından Azərbaycan Respublikası Prokurorluğuna, daha sonra isə Qusar Rayon Prokurorluğuna tərəfindən rəsmi şikayət verilmişdir. Qusar Rayon Prokurorluğu müvafiq sorğu ilə DSMF Qusar rayon şöbəsinə müraciət etmiş, DSMF Qusar rayon şöbəsi 19 aprel 2011-ci il tarixli məktubu ilə rayon prokurorluğunun sorğusunu cavablandırmışdır. Yalnız 2018-ci ilin aprel ayında ona məlum olmuşdur ki, DSMF Qusar rayon şöbəsi 19 aprel 2011-ci il tarixli məktubu ilə Qusar Rayon Prokurorluğuna onun sosial sığorta stajı barədə düzgün olmayan məlumat vermişdir. Belə ki, DSMF Qusar rayon şöbəsi məktubunda iddiaçının sosial sığorta stajını 2 il 1 ay 22 gün göstərmiş, lakin onun sosial sığorta stajı 5 ildən artıqdır. Qusar rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil R.Ə.Səlimov tərəfindən Qusar rayonunun Hil kənd orta məktəbinə 25 aprel 2018-ci il tarixli 09 saylı, Qusar rayon Dövlət Arxivinə 11 iyul 2018-ci il tarixli 15 saylı və 12 iyul 2018-ci il tarixli 16 saylı məktublarla sorğular verilmiş, həmin məktublara alınmış cavablarla təsdiqlənir ki, həqiqətən sosial sığorta stajı 5 ildən artıqdır. Hil kənd orta məktəbində xadimə işləmiş, əmək haqqı isə Hil kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən ödənildiyi üçün vəkilin sorğusunu Hil kənd İƏ dairəsi üzrə nümayəndəsi cavablandırmışdır. Qusar rayonun Hil kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin 03 may 2018-ci il tarixli 584 saylı əmək haqqının aylar üzrə məbləği barədə arayışla müəyyən olur ki, Hil kənd orta məktəbində 39 ay ( 3 il 3 ay ) sığorta stajına malikdir. Qusar rayon Dövlət Arxivinin 25 iyul 2018-ci il tarixli 246 saylı arayışı ilə müəyyən olur ki, 10 dekabr 1977-ci il tarixli ,168 saylı əmrə əsasən 15 gün müddətinə “Lenin” adına sovxoza müvəqqəti fəhlə qəbul olunmuşdur. 15 dekabr 1977-ci il tarixdə yəni birinci əmrdən 5 gün sonra barəsində 172 saylı əmr verilmiş, həmin əmrə əsasən bir nömrəli mal-qara briqadasına gözətçi təyin olunmuş, əmək haqqı 35 ( otuz beş ) manat məbləğində müəyyən edilmişdir. 14 may 1979-cu il tarixli, 65 saylı əmrə əsasən həmin sovxozda 7 nömrəli briqadaya fəhlə qəbul olunmuş, 20 may 1980-cı il tarixli, 75 saylı əmrə əsasən işdən azad olunmuşdur. Arayışa əlavə olunmuş əmək haqqı cədvəlindən məlum olur ki, 1978-ci ildə aldığı əmək haqqı barədə arxivdə sənəd mövcud deyil. Qusar rayon Dövlət Arxivinin 25 iyul 2018-ci il tarixli, 247 saylı arayışı ilə müəyyən olunur ki, 08 aprel 1981-ci il tarixli, 22 saylı əmrə əsasən "xxxx" X10 toxucu işinə qəbul olunmuş və 02 mart 1983-cü il tarixli, 34 saylı əmrə əsasən həmin müəssisədən işdən azad olunmuşdur. Həmin müəssisədə əmək haqqı toxunulmuş xalça təhvil verildikdən sonra hesablandığı üçün əmək haqqı Arxiv arayışında göstərildiyi qaydada ödənilmişdir. Qusar rayonunun sabiq “Lenin” sovxozunda, sabiq “ Sumaq ” İstehsalat müəssisəsində və Hil kənd orta məktəbində işlədiyi dövrlərdə hesablanmış əmək haqqı əsas götürüldükdə sosial sığorta stajı 5 il 3 ay təşkil edir. Bununla belə sabiq “Lenin” sovxozunda və "xxxx" İstehsal Müəssisəsində iş stajı Sovet dövrünə düşdüyü üçün sosial siğorta ödənişləri nəzərə alınmamalı, iş stajı barəsində verilmiş əmrlərə görə hesablanmalıdır. Belə halda əmək stajı “Lenin” adına sovxozda 10.12.1977-ci ildən 20.05.1980-cı ilə kimi 2 il 5 ay, "xxxx" X7 isə 08.04.1981-ci ildən 02.03.1983-cü ilə kimi 1 il 11 ay hesablanmalıdır. Yuxarıda şərh olunan rəsmi sənədlərlə təsdiqlənir ki, DSMF Qusar rayon şöbəsi tərəfindən Qusar Rayon Prokurorluğuna iş stajının 2 il 11 ay 22 gün olması barədə verilmiş məlumat saxtadır, həqiqi iş stajı isə Hil orta məktəbində əmək haqqı arayışına əsasən 3 il 3 ay, sabiq “Lenin” sovxozunda əmrlərə əsasən 2 il 5 ay və Sumaq müəssisəsində əmrlərə əsasən 1 il 11 ay təşkil edir. 2018-ci ilin avqust ayında tərəfindən yuxarıda adları qeyd olunan sənədlər təqdim edilməklə DSMF Qusar rayon şöbəsinə müraciət edilmiş və həmin sənədlər əsasında iş stajının yenidən hesablanaraq yaşa görə əmək pensiyasının 2009-cu ilin dekabr ayından bərpa edilməsini xahiş etmişdir. DSMF Qusar rayon şöbəsi 07 avqust 2018-ci il tarixli, 37/402 saylı məktubu ( qərarı ) ilə 01 iyul 2017-ci ildə qəbul edilmiş “X17” Azərbaycan Respublikası Qanununun normalarına əsaslanaraq ərizəsini təmin etməmişdir. DSMF Qusar rayon şöbəsinin 07 avqust 2018-ci il tarixli 37/402 saylı məktubu ona 29 avqust 2018-ci il tarixdə Poçt vasitəsi ilə göndərilmiş, tərəfindən 30 avqust 2018-ci il tarixdə alınmışdır. Bu xüsusat poçt zərfinin üzərindəki poçt ştempeli ilə təsdiqlənir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt İnzibati Məhkəməsi 19 mart 2021-ci il tarixli qərarı qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçı X3 məhkəməyə təqdim etdiyi Hil kənd İnzibai Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 03 may 2018-ci il tarixli, 584 saylı əmək haqqı arayışına əsasən Hil orta məktəbində 3 il 3 ay işlədiyini və bu müddətin sosial sığorta stajına daxil edilməli olduğunu bildirmişdir. İş materiallarında olan Qusar Rayon Təhsil Şöbəsi professor K.Kərimov adına Hil kənd orta məktəbin direktoru tərəfindən verilmiş əmrlərdən çıxarışlara əsasən İddiaçı ilə 01.11.1999-cu ildə 6 aylıq müvəqqəti əmək müqaviləsi bağlanması, 01.02.2020-ci il tarixdən analıq məzuniyyətinə buraxılması, 06.06.2000-ci il tarixdən 20.09.2001-ci il tarixə qədər qismən ödənişli məzuniyyətə buraxılması və 01.11.2001-ci il tarixdən isə məktəbin otaqlarında sobalarda od qalamaq üçün əmək müqaviləsi bağlanılması qeyd olunmuşdur. 06.06.2000-ci il tarixdən 20.09.2001-ci il tarixə qədər olan qismən ödənişli məzuniyyətə buraxıldığı müddət İddiaçı sosial sığorta stajına daxil edilməsi qanunsuzdur. Bundan başqa, İddiaçı təqdim etdiyi arayışın həqiqiliyinin yoxlanılması üçün DSMF Qusar rayon şöbəsinin pensiya təyinatı sektorunun baş məsləhətçisi Elşad Aslanxanov, DSMF gəlirlər sektorunun baş məsləhətçisi Kamran Balakişiyev və Hil kənd orta məktəbinin nümayəndəsi Naibə Sultanovanın iştirakı ilə akt tərtib olunmuşdur. Həmin aktdan İddiaçı 01.01.1999-cu il tarixli, 15 saylı əmri ilə 06 (altı) ay müddətinə müvəqqəti əmək müqaviləsi bağlanması, 01.02.2000-ci il tarixli, 43 saylı əmri ilə analıq məzuniyyətinə buraxılması, 06.06.2000-ci il tarixli,68 saylı əmri ilə 01.11.2001-ci il tarixə qədər qismən ödənilən analıq məzuniyyətinə buraxılması göstərilmişdir. Bununla yanaşı həmin aktda 01.11.2001-ci il tarixli, 97 saylı əmrlə qış mövsümü ilə əlaqədar 1.5 ştat vahidi ilə əmək müqaviləsi bağlanması qeyd olunsada işdən azad olunması ilə bağlı hər hansı bir bir əmr tapılmaması qeyd olunmuşdur. Bundan başqa həmin aktda 01.10.2003-cü il tarixli, 231 saylı əmrlə xidmətçi qəbul edilməsi, 01.12.2003-cü il tarixli, 251 saylı əmri ilə işdən azad edilməsi, həmçinin, 01.11.2005-ci il tarixli, 122 saylı əmri ilə ocaqçı kimi işə götürülsə də işdən azad olunması barədə əmr tapılmamışdır. Tərtib olunmuş aktdan iddiaçı İddiaçı Hil kənd tam orta məktəbində 08 (səkkiz) ay işlədiyi (01.11.1999-cu ildə bağlanmış 06 aylıq müqavilə və 01.09.2003-cü il tarixdən 01.12.2003-cü il taixə qədər) öz əksini tapmışıdır. İddiaçının tələb etdiyi əmək fəaliyyəti dövrlərindən ikinci “Lenin” adına sovxozda olan əmək fəaliyyəti dövrüdür. İddiaçı ümumilikdə 2 il 5 ay sovxozda əmək fəaliyyəti ilə məşğul olduğunu və həmin dövrlərin sosial sığorta stajına daxil edilməsini tələb edir. Qusar Rayon Dövlət Arxivinin 25 iyul 2018-ci tarixli, 246 saylı arxiv çıxarışı ilə müəyyən olunur ki, 10 dekabr 1977-ci il tarixli, 168 saylı əmrə əsasən 15 gün müddətinə sovxoza müvəqqəti fəhlə qəbul edilmişdir. 14 may 1979-cu il tarixdə həmin sovxoza 7 nömrəli briqadaya fəhlə qəbul olunmuş, 20 may 1980-ci ildə işini başlı-başına buraxaraq başqa müəssisələrə getdiyinə görə işdən azad edilmişdir. Arxiv arayışına əsasən yalnız 4 ay üçün əmək haqqı hesablanmış və ödənilmişdir. “X17” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddələrin məzmunundan da göründüyü kimi şəxsin, işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt - işlədiyi həmin dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. Tələb olunan digər dövr "xxxx" X2 əmək fəaliyyətidir. İddiaçının ərizəsində 1 il 11 ay əmək stajının olduğu qeyd olunur. Lakin əmrlərə əsasən iddiaçı 27 may 1981-ci ildə işə qəbul edilmiş, 06 iyul 1982-ci ildən işdən azad edilmişdir. Əmək fəaliyyəti dövrü 1 il 1 ay 9 gün təşkil edir. Beləliklə, iddiaçının qanuni və əsaslı sosial sığorta stajı Hil orta məktəbində 8 ay, “Lenin” adına sovxozda 4 ay, "xxxx" müəssisəsində 1 il 1 ay 9 gün olmaqla, cəmi 2 il 1 ay 9 gündür. Ona görə də, birinci instansiya məhkəməsinin qərarının ləğv edilib, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi G.A.Hüseynova apelyasiya şikayətini müdafiə edib təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı S.X.Rzaxanova apelyasiya şikayətinə etiraz edib qərarın dəyişdirilmədən saxlanmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Beiə ki, iş materiallarında olan Vİİİ-JQ seriyalı 442472 saylı, İX-JQ seriyalı 386878 saylı, Xİİ-JQ seriyalı 267023 saylı, Xİİİ-JQ seriyalı 349004 saylı, XVİİİ-JQ seriyalı 465324 saylı və AZ seriyalı 170323 saylı doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, müvafiq olaraq 05.06.1982-ci il təvəllüdlü X15, 04.10.1983-cü il təvəllüdlü X8, 19.07.1986-cı il təvəllüdlü X9, 02.03.1988-ci il təvəllüdlü X16, 12.12.1994-cü il təvəllüdlü X5 və 19.03.2000-ci il təvəllüdlü X12 anası iddiaçı X6r. Cavabdeh Dövlət Sosial X22 rayon şöbəsinin 07.08.2018-ci il tarixli, 37/402 nömrəli məktubu ilə müəyyən olunur ki, cavabdeh tərəfinfən iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. Qusar Rayon İcra Hakimiyyəti başçısının Hil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 963 saylı, 29 avqust 2018-ci il tarixli arayışında X3 Hil kənd tam orta məktəbində işləyərkən aldığı əmək haqqının və əlavələrin məbləği qeyd edilmişdir. Həmin arayışda iddiaçının 01 noyabr 1999-cu ildən 01 fevral 2000-ci ilə kimi, 01 sentyabr 2003-cü ildən 01 dekabr 2003-cü ilə kimi və 01 noyabr 2005-ci ildən 30 dekabr 2005-ci ilə kimi aldığı əmək haqqlarının miqdarı, 2000-ci ilin fevral, mart, aprel, may və iyun ayları hamiləliyə görə aldığı haqların və 2000-ci ilin avqust, sentyabr, oktyabr, noyabr, dekabr, 2001, 2002-ci il və 2003-cü ilin yanvar, fevral, mart aylarında analıq məzuniyyətinə görə aldığı müavinətlərin məbləği göstərilmişdir. Həmin arayışdan iddiaçının 19 mart 2000-ci ildə doğulmuş uşağına görə analıq məzuniyyətinə buraxıldığı və uşağın 3 yaşına çatdığı 19 mart 2003-cü ilədək analıq məzuniyyətində olduğu müəyyən edilir. İş materiallarına əlavə edilmiş Qusar Rayon Dövlət Arxivinin 25 iyul 2018-ci il tarixli, 246 saylı arxiv çıxarışı ilə müəyyən olunur ki, 10 dekabr 1977-ci il tarixli, 168 saylı əmrə əsasən 15 gün müddətinə “Lenin” adına sovxoza müvəqqəti fəhlə qəbul olunmuşdur. 15 dekabr 1977-ci il tarixdə yəni birinci əmrdən 5 gün sonra barəsində 172 saylı əmr verilmiş, həmin əmrə əsasən bir nömrəli mal-qara briqadasına gecə mala baxan gözətçi təyin olunmuş, əmək haqqı 35 ( oyuz beş ) manat məbləğində müəyyən edilmişdir. 14 may 1979cu il tarixli, 65 saylı əmrə əsasən həmin sovxozda 7 nömrəli briqadaya fəhlə qəbul olunmuş, 20 may 1980-cı il tarixli, 75 saylı əmrə əsasən işdən azad olunmuşdur. Eyni zamanda Qusar Rayon Dövlət Arxivinin 25 iyul 2018-ci il tarixli, 247 saylı arayışı ilə müəyyən olunur ki, iddiaçı 08 aprel 1981-ci il tarixli, 22 saylı əmrə əsasən "xxxx" X10 toxucu işinə qəbul olunmuş və 02 mart 1983-cü il tarixli ,34 saylı əmrə əsasən həmin müəssisədən işdən azad olunmuşdur. İddiaçı X3 məhkəməyə təqdim etdiyi Hil kənd İnzibai Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 03 may 2018-ci il tarixli, 584 saylı əmək haqqı arayışına əsasən Hil kənd orta məktəbində 3 il 3 ay işlədiyi və bu müddətin sosial sığorta stajına daxil edilməli olduğu göstərilmişdir. İş materiallarında olan Qusar Rayon Təhsil Şöbəsi professor K.Kərimov adına Hil kənd orta məktəbin direktoru tərəfindən verilmiş əmrlərdən çıxarışlara əsasən İddiaçı ilə 01.11.1999-cu ildə 6 aylıq müvəqqəti əmək müqaviləsi bağlanması, 01.02.2020-ci il tarixdən analıq məzuniyyətinə buraxılması, 06.06.2000-ci il tarixdən 20.09.2001-ci il tarixə qədər qismən ödənişli məzuniyyətə buraxılması və 01.11.2001-ci il tarixdən isə məktəbin otaqlarında sobalarda od qalamaq üçün əmək müqaviləsi bağlanılması qeyd olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, 06.06.2000-ci il tarixdən 20.09.2001-ci il tarixə qədər olan qismən ödənişli məzuniyyətə buraxıldığı müddət İddiaçı sosial sığorta stajına daxil edilməsi qanunsuzdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 132-ci maddəsində “məzuniyyət hüququ verən əmək stajı hesablanarkən nəzərə alınan və alınmayan dövrlər” qeyd olunmuşdur. Həmin maddənin 2-ci bəndində qeyd olunur ki, Əmək Məcəlləsinin 127-ci maddəsində nəzərdə tutulan qismən ödənişli sosial məzuniyyət müddəti, habelə azadlıqdan məhrum etmədən islah işlərinə məhkum edilən şəxslərin cəza çəkdiyi müddət məzuniyyət hüququ verən əmək stajına daxil edilmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 127-ci maddəsinə əsasən uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət verilən qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdirlər. Bundan başqa İddiaçı təqdim etdiyi arayışın həqiqiliyinin yoxlanılması üçün DSMF Qusar rayon şöbəsinin pensiya təyinatı sektorunun baş məsləhətçisi Elşad Aslanxanov, DSMF gəlirlər sektorunun baş məsləhətçisi Kamran Balakişiyev və Hil kənd orta məktəbinin nümayəndəsi Naibə Sultanovanın iştirakı ilə akt tərtib olunmuşdur. Həmin aktdan İddiaçı 01.01.1999-cu il tarixli, 15 saylı əmri ilə 06 (altı) ay müddətinə müvəqqəti əmək müqaviləsi bağlanması, 01.02.2000-ci il tarixli, 43 saylı əmri ilə analıq məzuniyyətinə buraxılması, 06.06.2000-ci il tarixli,68 saylı əmri ilə 01.11.2001-ci il tarixə qədər qismən ödənilən analıq məzuniyyətinə buraxılması göstərilmişdir. Bununla yanaşı həmin aktda 01.11.2001-ci il tarixli, 97 saylı əmrlə qış mövsümü ilə əlaqədar 1.5 ştat vahidi ilə əmək müqaviləsi bağlanması qeyd olunsada işdən azad olunması ilə bağlı hər hansı bir əmr tapılmaması qeyd olunmuşdur. Eyni zamanda həmin aktda 01.10.2003-cü il tarixli, 231 saylı əmrlə xidmətçi qəbul edilməsi, 01.12.2003-cü il tarixli, 251 saylı əmr ilə işdən azad edilməsi, həmçinin 01.11.2005-ci il tarixli, 122 saylı əmri ilə ocaqçı kimi işə götürülsə də işdən azad olunması barədə əmr tapılmamışdır. Tərtib olunmuş aktdan iddiaçı İddiaçı Hil kənd tam orta məktəbində 08 (səkkiz) ay işlədiyi (01.11.1999-cu ildə bağlanmış 06 aylıq müqavilə və 01.09.2003-cü il tarixdən 01.12.2003-cü il taixə qədər) öz əksini tapmışıdır. İddiaçının tələb etdiyi əmək fəaliyyəti dövrlərindən ikincisi “Lenin” adına sovxozda olan əmək fəaliyyəti dövrüdür. İddiaçı ümumilikdə 2 il 5 ay sovxozda əmək fəaliyyəti ilə məşğul olduğunu və həmin dövrlərin sosial sığorta stajına daxil edilməsini tələb edir. Qusar Rayon Dövlət Arxivinin 25 iyul 2018-ci tarixli, 246 saylı arxiv çıxarışı ilə müəyyən olur ki, 10 dekabr 1977-ci il tarixli, 168 saylı əmrə əsasən 15 gün müddətinə sovxoza müvəqqəti fəhlə qəbul edilmişdir. 14 may 1979-cu il tarixdə həmin sovxoza 7 nömrəli briqadaya fəhlə qəbul olunmuş və 20 may 1980-ci ildə işini başlı-başına buraxaraq başqa müəssisələrə getdiyinə görə işdən azad edilmişdir. Arxiv arayışına əsasən yalnız 4 ay üçün əmək haqqı hesablanmış və ödənilmişdir. Bu faktdır ki, əmək haqqı alınmamasının səbəbi əmək fəaliyyətinin olmamasıdır. “X17” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qanunvericiliyin tələbindən də göründüyü kimi şəxsin işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt - işlədiyi həmin dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. Tələb olunan digər dövr "xxxx" X2 əmək fəaliyyətidir. İddiaçının ərizəsində 1 il 11 ay əmək stajının olduğu qeyd olunur. Lakin əmrlərə əsasən iddiaçı 27 may 1981-ci ildə işə qəbul edilmiş, 06 iyul 1982-ci ildən işdən azad edilmişdir. Əmək fəaliyyəti dövrü 1 il 1 ay 9 gün təşkil edir. Beləliklə, iddiaçının qanuni və əsaslı sosial sığorta stajı Hil orta məktəbində 8 ay, “Lenin” adına sovxozda 4 ay, "xxxx" müəssisəsində 1 il 1 ay 9 gün olmaqla, cəmi 2 il 1 ay 9 gün təşkil edir. Azərbaycan Respublikası İPM nin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İddiaçı tələbinin əsaslarını təsdiq edən başqa bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin qeyd edilən tələblərinə əməl ediməmiş, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən işin bütün faktiki halları araşdırılmamış və toplanmış sübutlara tam və hərtərəfli qiymət verilməmişdir. Azərbaycan Respublikası İPM nin 87.6-cı maddəsinə əsasən apeiyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərar maddi və prosessul hüquq normalarının pozulması ilə qəbul edildiyindən apelyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı regional ərazi filialına qarşı 28 dekabr 2009-cu il tarixdə təyin edilmiş əmək pensiyasının dayandırılmasının qanunsuz hesab edilməsi və əmək pensiyasının həmin tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87.7.2, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 19 mart 2021-ci il tarixli, 2-1(118)-575/2021 saylı qərarı ləğv edilsin və iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı regional ərazi filialına qarşı 28 dekabr 2009-cu il tarixdə təyin edilmiş əmək pensiyasının dayandırılmasının qanunsuz hesab edilməsi və əmək pensiyasının həmin tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-386/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-386/2021
12.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver