Məhkəmə qərarları › İş №2-1(105)-387/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-387/2020

31.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-387/2020 31.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası, Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər X6 və X3 ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, İddiaçı və nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Qusar şəhər Bələdiyyəsinə qarşı “Qusar şəhər Bələdiyyəsinin üzərinə Qusar şəhər X8 İcraiyyə Komitəsinin xx xxx 1991-ci il tarixli, 60 nömrəli qərarına əsasən Qusar şəhəri Qusarçaykənarı ərazidən ayrılmış torpaq sahəsinə mülkiyyətə verilmiş torpaq sahəsinin planının (yerləşdiyi ərazinin cizgisi) verilməsi öhdəliyinin qoyulması tələbinədair iddiası üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-346/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə xx xxxxxx 2020-ci il tarixdə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Qusar şəhər Bələdiyyəsinə qarşı “Qusar şəhər Bələdiyyəsinin üzərinə Qusar şəhər X8 İcraiyyə Komitəsinin xx xxx 1991-ci il tarixli, 60 nömrəli qərarına əsasən Qusar şəhəri Qusarçaykənarı ərazidən ayrılmış torpaq sahəsinə mülkiyyətə verilmiş torpaq sahəsinin planının (yerləşdiyi ərazinin cizgisi) verilməsi öhdəliyinin qoyulması tələbinə” dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən Qusar şəhər X8 İcraiyyə Komitəsinin xx xxx 1991-ci il tarixli, 9 nömrəli protokol, 60 saylı qərarına əsasən iddiaçının mərhum anası Hörmətova Nəhayət Ağamirzə qızına fərdi yaşayış evinin tikintisi üçün Qusar şəhəri Qusarçaykənarı ərazidən 400 kv.metr torpaq sahəsi ayrılmış və 309 nömrəli yer kimi qeydiyyata alınmışdır. xx.xx.2012-ci il tarixdə iddiaçının anası Hörmətova Nəhayət Ağamirzə qızı vəfat etmişdir. Anası sağlığında qeyd edilən torpaq sahəsini notarial qaydada vaxtında öz adına rəsmiləşdirə bilməmişdir. İddiaçı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmək istəyir. Lakin mərhum anasının mülkiyyətinə verilmiş torpaq sahəsinin planı (yerləşdiyi ərazinin cizgisi) olmadığından məhkəmədə iddia qaldıra bilmir. Həmin torpaq sahəsinin planının cizgisinin verilməsi ilə bağlı Qusar şəhər Bələdiyyəsinə rəsmi və şifahi qaydada dəfələrlə müraciət etsə də, sənədi ala bilməmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-346/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim C.Məmmədov). Qərardaddan narazı qalan İddiaçı tərəfindən apelyasiya şikayəti verilərək, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-346/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsi barədə yeni qərardad qəbul edilməsi xahiş edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən Qusar şəhər X8 İcraiyyə Komitəsinin xx xxx 1991-ci il tarixli, 9 nömrəli protokol, 60 saylı qərarına əsasən iddiaçının mərhum anası Hörmətova Nəhayət Ağamirzə qızına fərdi yaşayış evinin tikintisi üçün Qusar şəhəri Qusarçaykənarı ərazidən 400 kv.metr torpaq sahəsi ayrılmış və 309 nömrəli yer kimi qeydiyyata alınmışdır. xx.xx.2012-ci il tarixdə iddiaçının anası Hörmətova Nəhayət Ağamirzə qızı vəfat etmişdir. Anası sağlığında qeyd edilən torpaq sahəsini notarial qaydada vaxtında öz adına rəsmiləşdirə bilməmişdir. İddiaçı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmək istəyir. Lakin mərhum anasının mülkiyyətinə verilmiş torpaq sahəsinin planı (yerləşdiyi ərazinin cizgisi) olmadığından məhkəmədə iddia qaldıra bilmir. Həmin torpaq sahəsinin planının cizgisinin verilməsi ilə bağlı Qusar şəhər Bələdiyyəsinə rəsmi və şifahi qaydada dəfələrlə müraciət etsə də, sənədi ala bilməmişdir. 1991-ci ilin dekabr ayında X8 İcraiyyə Komitələri ləğv edilərək Prezidentin sərəncamına əsasən onların səlahiyyətləri yeni yaradılmış müvvəqəti İcra Hakimiyyətinə həvalə olunmuş, sonralar isə onların səlahiyyətləri Yerli özünü idarəetmə orqanlarıbələdiyyələrə təhvil verilmişdir. Sonradan isə torpaq sahəsinin ayrılması, icarəyə verilməsi, götürülməsi və s. bütün məsələlər Bələdiyyələr tərəfindən həyata keçirilmişdir. Həmçinin mərhum Hörmətova Nəhayət Ağamirzə qızının adına rəsmləşdirilmiş Qərarın surəti və həmin qərara əlavə edilmiş torpaq sahəsinin planı (yerləşdiyi ərazinin cizgisi) Qusar şəhər Bələdiyyəsinə təhvil verilmişdir. Məhkəmə cavabdeh Qusar şəhər Bələdiyyəsinə dəfələrlə çağırış vərəqəsi, məhkəmə sərəncamı göndərsə də, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verilməmişdir. MPM-nin 238-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbədar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. TƏRƏFLƏRİN İZAHATLARİ Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək apelyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi X2 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək apelyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİMA HİSSƏ Məhkəmə kollegiyası məruzəçi-ha-ki-min məruzəsini, iddiaçını və onun nümayəndəsini dinləyərək, iş materiallarını araşdıraraq, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, apelyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-346/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanması nəticəsinə gəlir. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamış və ona əsaslanmışdır ki, iddiaçının məhz mövcud tələb ilə inziabati orqana müraciət etməsi təsdiqlənmir, bundan başqa, bələdiyyələrin fəaliyyətini tənzimləyən normativ hüquqi aktlarda bələdiyyələrin səlahiyyətləri göstərilmiş və həmin səlahiyyətlər içərisində bələdiyyənin başqa bir orqanın qərarı əsasında ayrılmış torpaq sahəsinə iddiaçının tələb etdiyi plan-çizgi sənədinin verilməsi səlahiyyəti nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşır. Belə ki, iddia ərizəsindən göründüyü kimi, hazırki mübahisənin mahiyyəti torpaq sahəsinin planının (yerləşdiyi ərazinin cizgisi) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədədir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin İPM-in 33-cü maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər (33.1). Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur (33.2). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli 5 saylı qərarının 1.1, 1.3, 2.1, 2.3-cü bəndlərinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının xx.xx.2017-ci il tarixli 2040 nömrəli arxiv çıxarışından görünür ki, Qusar şəhər vətəndaşlarına fərdi mənzil tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında Qusar şəhər X8 İcraiyyə Komitəsinin xx xxx 1991-ci il tarixli, 9 nömrəli protokol, 60 saylı qərarına əsasən Hörmətova Nəhayət Ağamirzə qızına fərdi yaşayış evinin tikintisi üçün Qusar şəhəri Qusarçaykənarı ərazidə 400 kv.metr torpaq sahəsi ayrılmış və 309 nömrəli yer kimi qeydiyyata alınmışdır. Qusar rayonu X5 İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli M-141 saylı məktubundan isə görünür ki, iddia edilən torpaq sahəsində X7 ikimərtəbəli ev tikmiş və 15 ildən yuxarıdır ki, orda yaşayır. Kollegiya qeyd edir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi başqa bir şəxsin istifadəsindədir və əgər onun anasına ayrılmış torpaq sahəsi həqiqətən də digər şəxs tərəfindən istifadə edilən torpaq sahəsidirsə, iddiaçı başqa iddia ilə məhkəməyə müraciət etməlidir. Kollegiya cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasına münasibətdə isə bildirir ki, bələdiyyələrin fəaliyyətini tənzimləyən normativ-hüquqi aktlarda bələdiyyələrin sələhiyyətləri göstərilmiş və həmin səlahiyyətlər içərisində bələdiyyənin başqa bir orqanın qərarı əsasında ayrılmış torpaq sahəsinə iddiaçının tələb etdiyi plan-çizgi sənədinin verilməsi səlahiyyəti nəzərdə tutulmamışdır. Məhkəmə inzibati orqanın üzərinə qanunda onun səlahiyyətində olmayan hər hansı vəzifənin qoyulmasında səlahiyyətli deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi(publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-346/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. NƏTİCƏVİ HİSSƏ Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-346/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: ünvan 3 vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: AZ 1025, ünvan 4 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Məmmədov Hakimlər Telman Məmmədov Məhəmmədəli Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar