Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-387/2021 16.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarların ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-183/2021 saylı, 05 may 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı "xxxx" MMC cavabdeh Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia qaldıraraq “**********853300 saylı 02.03.2020-ci il tarixli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə, 03.03.2020-ci il tarixli **********364900 saylı ƏDV sub-uçot hesabında olan pul vəsaitinin dondurulması barədə, **********942100 saylı 06.05.2020-ci il tarixli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə, 07.05.2020-ci il tarixli **********364900 saylı ƏDV subuçot hesabında olan pul vəsaitinin dondurulması barədə, **********328500 saylı 08.05.2020-ci il tarixli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə, **********326100 saylı 08.05.2020-ci il tarixli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə və 12.05.2020-ci il tarixli **********364900 saylı ƏDV sub-uçot hesabında olan pul vəsaitinin dondurulması barədə qərarlarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra, iddiaçı tərəf iddiasını dəqiqləşdirərək 2 saylı Ərazi Vergilər Baş İdarəsinin "xxxx" MMC barəsində tərtib etdiyi **********893300 nömrəli 11.06.2020-ci il tarixli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə, **********654600 nömrəli 13.07.2020-ci il tarixli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə və **********027000 nömrəli 22.10.2020-ci il tarixli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarların ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh vergi orqanı vergi ödəyicisinin verdiyi dəqiqləşmiş bəyannamələr əsasında yeni qərarlar qəbul edildiyini, iddia müddətlərinin ötürülməsi ilə yeni qərarların mübahisələndirildiyini bildirmiş və iddia müddətinin tətbiq edilərək, iddianın mümkün sayılmaması barədə vəsatət vermişdir. Vəsatət onunla əsalandırılmışdır ki, iddiaçı "xxxx" MMC məhkəməyə dəqiqləşdirilmiş iddia ərizəsi təqdim edərək “11.06.2020-ci il tarixli **********893300 nömrəli, 13.07.2020-ci il tarixli **********654600 nömrəli, 22.10.2020-ci il tarixli **********027000 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarların ləğv edilməsini” xahiş etmişdir. İddia ərizəsinə iddia müddəti tətbiq edilməlidir. Belə ki, iddiaçının mübahisələndirdiyi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında “11.06.2020-ci il tarixli **********893300 nömrəli nömrəli qərar 12.06.2020-ci il tarixdə iddiaçının elektron qutusuna göndərilmiş və iddiaçı tərəfindən 13.06.2020-ci il tarixdə, saat 09:16-da oxunmuşdur. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında “13.07.2020-ci il tarixli **********654600 nömrəli qərar 14.07.2020-ci il tarixdə iddiaçının elektron qutusuna göndərilmiş və iddiaçı tərəfindən 14.07.2020-ci il tarixdə, saat 18:05-də oxunmuşdur. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 22.10.2020-ci il tarixli **********027000 nömrəli qərar 23.10.2020-ci il tarixdə iddiaçının elektron qutusuna göndərilmiş və iddiaçı tərəfindən 23.10.2020-ci il tarixdə, saat 16:44-də oxunmuşdur. İddiaçının ərizəsinə əsasən “Elektron sənəd mübadiləsi haqqında” müqavilə bağlanılmış və yazışmalar elektron qaydada aparılmışdır. Həmin müqavilənin 2.1-ci bəndinin predmetini vergi orqanı tərəfindən vergi ödəyicisinə sənədlərin (qərarların) elektron şəkildə göndərilməsi təşkil edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsi ilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçtla təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Mübahisələndirilən inzibati qərar iddiaçıya təqdim edilmiş və qanunun tələbinə əsasən iddiaçı tərəfindən 30 gün müddətində şikayət instansiyasına və ya məhkəməyə müraciət edilməklə mübahisələndirilməmişdir. Həmçinin Azərbaycan Respublikasının Vergilər Məcəlləsinin 70.2-1.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra həmin qərar təqdim edilmiş sayılır. Həmçinin, Vergi Məcəlləsinin 70.2-1.3-cü maddəsinə əsasən elektron üsulla elektron kabinetinə göndərildikdə - elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra qərar təqdim edilmiş sayılır. Göründüyü kimi, yuxarıda qeyd edilən və iddiaçıya təqdim edilən sənədlərin təqdim edilməsi vaxtından uzun müddət keçdikdən sonra məhkəməyə ərizə verməklə mübahisələndirmişdir ki, bu da iddia verilməsi ilə əlaqədar qanunvericiliyin tələblərinə ziddir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-183/2021 saylı 05 may 2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim İsmayıl Quliyev) Qərardaddan iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları Şikayət onunla əsaslandırılmışdır ki, 30.03.2021-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə, həmçinin 04.05.2021-ci il tarixli vəsatətdə də qeyd edilən kimi, məhkəməyə müraciətin mahiyyətində məhz cəmiyyət barəsində hesablanmış vergilər dayanır. Məhkəmə çəkişməsinin davam etdiyi müddət ərzində vergi dövrü və vergi borcu üzrə heç bir dəyişiklik olmadan sadəcə nömrəsi və tarixi dəyişilməklə vergi orqanı tərəfindən qərarların qəbul edilməsi məhkəmə mübahisəsinin əsas mahiyyətinə xələl gətirməməli, məhkəmə çəkişməsi mübahisələndirilən vergi dövrü və vergi borcunu əks etdirən qərarlara münasibətdə davam etdirilməlidir. Məhkəmə tərəfindən yeni inzibati akt hesab olunan hər üç qərarda “Bu dövr üzrə təqdim olunmuş sonuncu bəyannaməyə kameral vergi yoxlaması nəticəsində əlavə vergi məbləği hesablanmışdır.” deyə qeyd yazısı vardır. Buradan aydın olur ki, qərarların tarixi və nömrəsi yeni olsa da, mahiyyət və məzmun etibarı ilə hər üç qərar özündən əvvəlki, yəni məhkəmə mübahisəsinin predmeti olan vergi borcunu əks etdirən qərarların eynisidir. Mübahisələndirmə haqqında iddia ərizəsindən də görünür ki, vergi dövrü üzrə hesablanmış vergi borcunu mübahisələndirmişdirlər. Cavabdeh özü də məhkəməyə təqdim etdiyi **********180000 nömrəli 11.03.2021-ci tarixli etiraz məktubunda və **********169900 nömrəli 11.03.2021-ci il tarixli vəsatətində də adı çəkilən qərarların eyni mübahisənin predmeti olduğunu vurğulayır. Məhkəmə çəkişməsinin davam etdiyi müddət ərzində məhkəmə araşdırmasına kifayət qədər əmək sərf olunmuş və xərclər formalaşmışdır. Məhz bu səbəbdən mahiyyət və məzmun etibarı ilə heç bir dəyişiklik olmayan yeni qərarların yeni məhkəmə mübahisəsinin predmeti olması məhkəmələrdə iş yükünün lüzumsuz yerə artırılması ilə nəticələnə bilər. Buna görə də, iddiaçı MMC-nin iddiasının mümkün sayılması barədə qərardad qəbul olunmalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X1 apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək, iddianın mümkün sayılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 apelyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırma hissəsi Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması barədə gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, işdən göründüyü kimi iddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia qaldıraraq 2 saylı Ərazi Vergilər Baş İdarəsinin "xxxx" MMC barəsində tərtib etdiyi № **********853300 saylı 02.03.2020-ci il tarixli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə, 03.03.2020-ci il tarixli № **********364900 saylı ƏDV sub-uçot hesabında olan pul vəsaitinin dondurulması barədə, № **********942100 saylı 06.05.2020ci il tarixli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə, 07.05.2020-ci il tarixli № **********364900 saylı ƏDV sub-uçot hesabında olan pul vəsaitinin dondurulması barədə, № **********328500 saylı 08.05.2020-ci il tarixli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə, № **********326100 saylı 08.05.2020-ci il tarixli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə və 12.05.2020-ci il tarixli № **********364900 saylı ƏDV sub-uçot hesabında olan pul vəsaitinin dondurulması barədə qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra, iddiaçı iddiasını dəqiqləşdirərək 2 saylı Ərazi Vergilər Baş İdarəsinin "xxxx" MMC barəsində tərtib etdiyi **********893300 nömrəli 11.06.2020-ci il tarixli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə, **********654600 nömrəli 13.07.2020-ci il tarixli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə və **********027000 nömrəli 22.10.2020-ci il tarixli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarların ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının mübahisələndirdiyi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 11.06.2020-ci il tarixli **********893300 nömrəli qərar 12.06.2020-ci il tarixdə iddiaçının elektron qutusuna göndərilmiş və iddiaçı tərəfindən 13.06.2020-ci il tarixdə, saat 09:16-da oxunmuşdur. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 13.07.2020-ci il tarixli **********654600 nömrəli qərar 14.07.2020-ci il tarixdə iddiaçının elektron qutusuna göndərilmiş və iddiaçı tərəfindən 14.07.2020-ci il tarixdə, saat 18:05-də oxunmuşdur. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 22.10.2020-ci il tarixli **********027000 nömrəli qərar 23.10.2020-ci il tarixdə iddiaçının elektron qutusuna göndərilmiş və iddiaçı tərəfindən 23.10.2020-ci il tarixdə, saat 16:44-də oxunmuşdur. “İnzibati icraat haqqında” Qanunun 62-ci maddəsinə əsasən: -62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. -62.2. Poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. -62.3. Bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. İddiaçı mübahisələndirilən qərarların elektron qaydada MMC-yə göndərilməsini və MMC tərəfindən qəbul edilməsini inkar etmir. İddiaçı mübahisələndirilən qərarlardan **********853300 nömrəli 02.03.2020-ci il tarixli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə, **********942100 nömrəli 06.05.2020-ci il tarixli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə və **********328500 nömrəli 08.05.2020-ci il tarixli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarların vergi orqanı tərəfindən ləğv edildiyini, qərarların mahiyyətində və məzmununda (hətta bir rəqəm belə dəyişdirilməmişdir) heç bir dəyişiklik olmadan, sadəcə olaraq nömrəsi və tarixi dəyişilməklə **********893300 nömrəli 11.06.2020-ci il tarixli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə, **********654600 nömrəli 13.07.2020-ci il tarixli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə və **********027000 nömrəli 22.10.2020-ci il tarixli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə yeni qərarlar tərtib olunduğunu göstərmişdir. Qərarların tarixi və nömrəsi yeni olsa da, mahiyyət və məzmun etibarı ilə hər üç qərar özündən əvvəlki, yəni məhkəmə mübahisəsinin predmeti olan vergi borcunu əks etdirən qərarların eynisidir. Məhkəmə kollegiyası qeyd edir ki, kameral qaydada hesablanmış vergi borcları ilə bağlı qəbul edilmiş qərarların hər biri ayrı inzibati akt kimi qəbul edilir və vergi ödəyicisi üçün hüquqi nəticələr yaradır. Kameral qaydada hesablanmış vergi borclarının əhatə etdiyi dövrlərlə bağlı vergi ödəyicisi tərəfindən dəqiqləşmiş bəyannamələrin verilməsi yeni hüquqi vəziyyət yaradır və vergi orqanı tərəfindən yeni fərqli qərarların qəbul edilməsi imkanı yaradır. Bu yeni qərarların vergi ödəyicisinin maraqlarına uyğun olmaması yeni qəbul edilmiş qərarların ayrı inzibati akt olmasını istisna etmir. Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Azərbaycan Respublikasının Vergilər Məcəlləsinin 70.2-1, 70.2-1.3-cü maddələrinə əsasən, sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır. Mübahisələndirilən 11.06.2020-ci il tarixli qərar 12.06.2020-ci ildə, 13.07.2020-ci il tarixli qərar 14.07.2020-ci ildə, 22.10.2020-ci il tarixli qərar 23.10.2020-ci ildə iddiaçıya elektron üsulla göndərilmişdir və iddiaçı da həmin qərarların göndərilmədiyini və ya qəbul edilmədiyini mübahisələndirməmişdir. Həmin inzibati aktlar yuxarıda istinad olunan normanın tələbinə əsasən qərarların göndərildiyi gündən 3 gün keçdikdən sonra iddiaçıya təqdim olunmuş sayılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ləğvini tələb etdiyi qərarların mövcudluğundan və məzmunundan vaxtında xəbərdar olsa da, onları qanunla müəyyən edilmiş müddət ərzində mübahisələndirməmiş, hazırda isə belə hüququnu itirmişdir. Birinci instansiya məhkəməsində iddiaçı tərəfə hüquqi yardım edilmiş, mübahisələndirilən qərarların ayrı inzibati aktlar olduğu, iddia müddətinin üzürlü səbəbdən ötürüldüyü halda ötürülmüş müddətin bərpası barədə ərizə verilməsi imkanının olduğu izah edilmişdir. İddiaçı tərəfin mövqeyi ondan ibarət olmuşdur ki, yeni qəbul edilmiş qərarlar ayrı inzibati akt hesab edilmədiyindən iddia müddətinin ötürülmüş hesab edilməsi mümkün deyil. Göründüyü kimi iddiaçı **********893300 nömrəli 11.06.2020-ci il tarixli, **********654600 nömrəli 13.07.2020-ci il tarixli və **********027000 nömrəli 22.10.2020-ci il tarixli qərarların ləğv edilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı qeyd olunan qərarları 30.03.2021-ci il tarixdə mübahisələndirərək, iddia müddətini ötürdüyündən iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür. Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinə əsasən, bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-nin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki işdə birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması üçün apelyasiya şikayətində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Odur ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-183/2021 saylı 05 may 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-387/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-387/2021
16.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver