Məhkəmə qərarları › İş №2-1(105)-388/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-388/2024

28.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-388/2024 28.03.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X4 və X1 ibarət tərkibdə Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Yarməmməd qızının cavabdeh Quba rayon Mərkəzi Xəstəxanasına qarşı “cavabdeh orqan tərəfindən iddiaçının ailəsinə dəymiş maddi və mənəvi ziyanın (əlilliyin düzgün qiymətləndirilməməsi və təqdim edilmiş sənədlərin 13 (on üç) ay gecikdirilməsi) ödənilməsinin təmin edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 2-1(118)-4537/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İddiaçının mərhum həyat yoldaşı X7 15 oktyabr 2022-ci il tarixdə iki il müdətinə ümumi xəstəlik səbəbindən əlillik təyin olunmuş və minimum məbləğdə 180 manat təqaüd təyin edilmişdir. X9 17 fevral 2023-cü il tarixdə ölmüş və İddiaçı Yarməmməd qızı onun vərəsəsidir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddiaçı X2 cavabdeh Quba rayon Mərkəzi Xəstəxanasına qarşı “cavabdeh orqan tərəfindən iddiaçının ailəsinə dəymiş maddi və mənəvi ziyanın (əlilliyin düzgün qiymətləndirilməməsi və təqdim edilmiş sənədlərin 13 (on üç) ay gecikdirilməsi) ödənilməsinin təmin edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı mərhum həyat yoldaşıX9 ilə 04 oktyabr 1989-cu il tarixində ailə həyatı qurmuşdur və birgə nikahlarından üç övladları dünyaya gəlmişdir. İddiaçı evdar qadın olmuşdur və ailələrinin maddi ehtiyaclarını mərhum həyat yoldaşı ödəmişdir. Lakin həyat yoldaşının mədə və digər orqanlarında şiş xətsəliyi (onkoloji xəstəlik) yarandığından o ,əziyyət çəkməyə başlamışdır. Onkoloji xəstə kimi 2021-ci ilin sentyabr ayında Quba rayon Mərkəzi xəstəxanasında qeydiyyata alınsa da, 2022-ci ilin oktyabr ayında orqanizin funksiyasının 80%-nin pozulmasına görə iki il müdətinə ümumi xəstəlik səbəbindən əlillik təyinatı aparılmışdır və minimum məbləğdə 180 manat təqaüd təyin edilmişdir. Mərhum Quba rayon Mərkəzi xəstəxanasında bilavasitə ağır onkoloji xəstə olaraq 2021-ci ilin sentyabr ayı tarixində qeydiyyata alınsa da, 2022-ci ilin oktyabr ayında 80 % orqanizmin funksiyasının pozulmasına görə əlillik meyarı cavabdeh orqan tərəfindən ağır meyarla qiymətləndirilmiş, bu səbəbdən mərhum ərinə minimum həddə yoldaşına dünyasını dəyişən tarixə qədər təqaüd ödənilmişdir. Hesab edir ki, həyat yoldaşı 2021-ci ilin sentyabr ayından sonra xəstəliyi ilə bağlı müraciət etsə də ona 2022-ci ilin oktyabr ayından əlillik təyin edilməsi və əlilliyin düzgün qiymətləndirilməməsinə görə almalı olduğu maddi təminatdan cavabdeh orqan üzündən məhrum olmuşdurlar. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 2-1(118)-4537/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Şikayətdə göstərilir ki, həyat yoldaşı 2021-ci ilin sentyabr ayından sonra xəstəliyi ilə bağlı müraciət etsə də, ona 2022-ci ilin oktyabr ayından əlillik təyin edilməsi və əlilliyin düzgün qiymətləndirilməməsinə görə almalı olduğu maddi təminatdan cavabdeh orqan üzündən məhrum olmuşlar. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən maddəyə əsasən iddiaçının iddia qaldırmağa subyektiv hüququ o vaxt yaranır ki, o, inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırsın. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ali Məhkəmənin Plenumunun sözügedən qərarının 2.1 və 2.2-ci bəndlərinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə, yəni subyektiv hüquqa malik olmasıdır. İnzibati mübahisənin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə real aktlar, yəni inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Bu mənada yalnız inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində şəxsin subyektiv hüququnun pozulması ehtimalının mövcud olduğu hallarda məhkəmə qaydasında hüquqi müdafiə marağı mövcud olur. Şəxsin inzibati məhkəməyə müraciəti “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqanın bilavasitə onun hüquq və azadlıqları ilə bağlı hərəkət və ya hərəkətsizliyindən müdafiə məqsədi daşımalıdır. Bu mənada şəxsin məhkəmə qaydasında hüquqi müdafiəyə ehtiyacını şərtləndirən konkret inzibati fəaliyyət mövcud olmalı və ən azından onun hüquqlarını pozma potensialına malik olmalıdır. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd edilənlərdən göründüyü kimi, iddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati orqanın hərəkəti nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir. Bundan əlavə “tələbin əsaslandırılması” həm predmet baxımından, həm də subyekt baxımından təmin olunmalıdır, başqa sözlə, iddianın inzibati məhkəmə icraatında baxılması üçün iddiaçı qaldırmış olduğu iddianın inzibati məhkəmə icraatında baxılmalı olması ilə yanaşı, həmin iddianın cavab verməli olan şəxslərə qarşı irəli sürüldüyünü də əsaslandırmalıdır. İşdən görünür ki, iddiaçının tələbi “cavabdeh orqan tərəfindən iddiaçının ailəsinə dəymiş maddi və mənəvi ziyanın (əlilliyin düzgün qiymətləndirilməməsi və təqdim edilmiş sənədlərin 13 (on üç) ay gecikdirilməsi) ödənilməsinin təmin edilməsi” barədə olmuşdur. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının nümayəndəsinə İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq yardım olunmuş və inzibati məhkəmə icraatında iddianı qaldıran şəxsin həmin iddia ilə bağlı subyektiv hüquqa malik olmamasının iddianın mükünsüzlüyünə səbəb olacağı izah olunmuşdur. Birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsi X3nun ölümündən əvvəl “əlilliyin düzgün qiymətləndirilməməsi və təqdim edilmiş sənədlərin 13 (on üç) ay gecikdirilməsi səbəbindən ona dəymiş zərərin ödənilməsi” ilə bağlı müraciətinin olmadığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi bildirmişdir ki, iddiaçının əri onkoloji xəstə kimi 2021-ci ilin sentyabr ayında pensiya almaq məqsədilə Quba rayon Mərkəzi xəstəxanasına müraciət etmiş, ona bildirilmişdir ki, 2 ay sonra müraciət etsin. 2 ay sonra yenidən müraciət edən zaman texniki səhvlik olduğundan bildirilmişdir ki, 1-2 ay sonra təkrar müraciət etsin. İddiaçının ərinin səhhəti ağırlaşıb yataq xəstəsi olduğuna görə müvafiq sənədlərlə bağlı onun oğlu müraciətlər etmişdir. İddiaçının mərhum ərinə 2022-ci ilin oktyabr ayında orqanizmin funksiyasının 80%-nin pozulmasına görə iki il müdətinə ümumi xəstəlik səbəbindən əlillik təyinatı aparılmış və minimum məbləğdə-180 manat təqaüd təyin edilmişdir. İddiaçının əri 1 ay yarım sonra ölmüşdür. Hazırkı iddia tələbi 2021ci ilin sentyabr-2022-ci ilin noyabr ayları üçün gecikdirmələrə görə iddiaçının ailəsinə dəymiş maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlıdır. İş materialları ilə müəyyən olunur ki, X3nun vəfat etdiyi tarixədək müvafiq tələblə bağlı müraciəti olmamışdır. X3 vəfat etdiyi tarixədək həmin tələblə bağlı müraciət etmədiyindən, onun ölümündən sonra vərəsələrinin həmin tələblə bağlı məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Yəni, iddiaçı hazırki iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmamışdır. İşin sadalanan xüsusatlarını nəzərə alaraq, kollegiya hesab edir ki, iddianı mümkün saymayan birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 82, 87.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 2-1(118)-4537/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 3 bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar