Məhkəmə qərarları › İş №2-1(105)-391/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-391/2022

08.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-391/2022 08.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, hakimlər Məmmədov Zaur İkram oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt Tibb Mərkəzi publik hüquqi şəxsə qarşı “vəfat etmiş bacısı X2 “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 11 mart 2*22-ci il tarixli, 2-1(118)-1*31/2*22 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Sumqayıt Tibb Mərkəzi Publik Hüquqi şəxsə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, *9.*4.2*21-ci ildə vəfat etmiş bacısı X2 ölüm haqqında tibb şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının bacısı X4 onkoloji xətstəlikdən *9 aprel 2*21-ci il tarixdə vəfat etmiş və Sumqayıt şəhər qəbristanlığında dəfn edilmişdir. Bacısı ev şəraitində vəfat etdiyindən “Ölüm haqqında şəhadətnamə” ala bilməmişdir. Məsələ ilə əlaqədar mərhum bacısının qeydiyyatda olduğu “Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxsi 1 nömrəli şəhər xəstəxanasının Poliklinika Şöbəsinə müraciət etmiş, şöbə *1.*2.2*22-ci il tarixli, 53 saylı məktubu ilə poliklinikada qeydiyyatda olan X1 ölümünü təsdiq edən heç bir sənəd olmadığı üçün “Ölüm haqqında şəhadətnamə” nin verilməsindən imtina etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 11 mart 2*22-ci il tarixli, 2-1(118)-1*31/2*22 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim V.Əzizova) Qərardaddan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə hallar qeyd etməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını və iş üzrə qərardad qəbul edilməsini mümkün hesab etmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə iştirak edən şəxsin izahatını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşin hallarından görünür ki, iddiaçı *1.*2.2*22-ci il tarixdə ərizə ilə cavabdeh orqana müraciət edərək bacısı X4 barəsində “Ölüm haqqında şəhadətnamə” nin verilməsini xahiş etmiş, müraciətə baxılmış və iddiaçının müraciətinə cavab olaraq cavabdeh orqan *1 fevral 2*22-ci il tarixli, 53 nömrəli məktubu ilə cavab olaraq bildirmişdir ki, 2*16-cı ildən “Öd kisəsinin xərçəngi. Qaraciyərə və ağciyərə metastazlarla İV mərhələ” diaqnozu ilə Sumqayıt 1 nömrəli şəhər xəstəxanasının poliklinika şöbəsində qeydiyyatda olan X1 ölümünü təsdiq edən heç bir sənədi olmadığı üçün “Ölüm haqqında şəhadətnamə” nin poliklinika şöbəsi tərəfindən verilməsi mümkün deyildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31.*1.2*18-ci il tarixli *5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası” nın 4-cü bəndi “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydalarını tənzimləyir. Həmin Qaydanın 4.1-ci bəndinə görə “Ölüm haqqında tibbi şəhadətnamə’' (bundan sonra “şəhadətnamə”) mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Qaydanın 4.2-ci bəndinə əsasən ölüm hadisəsi yaşayış yerində (kənd və qəsəbə istisna olmaqla) baş veribsə Təcili və X3 Stansiyasının (TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında “Xəbərdarlıq vərəqəsi”ni bu qaydanın 4.1-ci bəndində qeyd olunan tibb müəssisələrinə təqdim etmək üçün doldurur (2 nömrəli əlavə) və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq orqanına (bundan sonra “hüquq-mühafizə orqanı”) məlumat verir. Həmin Qaydanın 4.3-cü maddəsində göstərilir ki, ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. Beləliklə, qanunvericiliyin tələbindən göründüyü kimi ölüm haqqında tibbi şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər əsasında müvafiq tibb müəssisəsi tərəfindən verilir. İşin məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçının bacısı ev şəraitində vəfat etmiş, lakin bu qaydada ölüm faktı baş verərkən Səhiyyə Nazirliyinin qərarı ilə təsdiq edilmiş yuxarıda qeyd olunan Qaydanın 4.2-ci bəndində göstərilən Təcili və X3 Stansiyasının həkimi tərəfindən ölüm hadisəsini təsdiq edən “Xəbərdarlıq vərəqəsi” iş materiallarında aşkar edilməmiş və iddiaçı tərəfindən də təqdim edilməmişdir. Bu baxımdan, iddiaçı ölüm haqqında tibbi şəhadətnamənin verilməsinə əsas olan sənədlər olmadan “Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxsinə qarşı şəhadətnamənin verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. Bu halda iddiaçı xüsusi icraat qaydasında ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizə ilə yaşadığı yer üzrə ümumi məhkəməyə müraciət etməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 3*5.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. MPM-in 3*7.2-ci maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 3*8-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilən Məcəllənin 3*9.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, kollegiya hesab edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tətbiqi baxımından yoxlanılarkən, iddiaçının hazırki iddia tələbi ilə çıxış etməsi üçün qanuni əsasların mövcud olmadığı, yəni iddiaçının qanunla qorunan hər hansı bir hüquqlarının pozulması halının baş vermədiyi müəyyən olunur. Qeyd olunanlara əsasən işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymayarkən düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.2, 35.1, 8*, 85, 87, 9* və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 11 mart 2*22-ci il tarixli, 2-1(118)-1*31/2*22 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 1* (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 7* vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1*25, ünvan 3 bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar