Məhkəmə qərarları › İş №2-1(105)-391/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-391/2024

10.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-391/2024 10.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Quliyev İsmayıl Rza oğlu və X2 ibarət tərkibdə, X9 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X1rşı “qərarın ona aid hissədə ləğv edilməsi və müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, 2- 1(118)-5088/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: TSEK-in elektron informasiya sistemindən çıxarışlara əsasən, İddiaçı ilk dəfə xx.xx.2007-ci il tarixində TSEK-də müayinədən keçmiş və ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar bir il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Daha sonra ona xx.xx.2014-cü il tarixdə ikinci dərəcəli əlillik təyin edilmiş, əlillik hər dəfə 1 il müddətinə olmaqla 2016-cı il tarixədək, 2016-cı il tarixdə isə 5 il müddətinə uzadılmışdır. Əlillik müddəti bitdikdən sonra İddiaçı barəsində tibb müəssisəsi tərəfindən müvafiq göndərişlər rəsmiləşdirilərək, həmin göndərişlər əsasında cavabdeh tərəfindən onun əlilliyi TSEK-də 10 fevral və 02 oktyabr 2022-ci il tarixlərdə qiymətləndirilmiərək “diaqnozun əlillik əlaməti təyin etməməsi” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Daha sonra İddiaçı müraciəti əsasında onun barəsində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyası tərəfindən 05 yanvar 2023-cü il tarixli, **********80 nömrəli qərar qəbul edilmişdir. Həmin qərarın 22-ci bəndinə əsasən, İddiaçı əlavə əyani müayinənin araşdırılması aparılaraq, sonuncunun anamnestik məlumatlarında və müayinələrin nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntuların müəyyən edilməmiş, bu baxımdan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” na müvafiq olaraq “Diaqnozun əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X1rşı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin 05 yanvar 2023-cü il tarixli, **********80 nömrəli qərarının ona aid hissədə ləğv edilməsini və ona xx.xx.2022-ci il tarixli göndəriş əsasında müddətsiz ikinci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyün uğrunda gedən döyüşlərdə iştirak etməklə, 1993-cü ildə sağ diz oyanğından güllə yarası almış və AR Müdafiə Nazirliyinin Hərbi Həkim Ekspert Komissiyasının qərarına əsasən sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilməklə, tərxis edilmişdir. Aldığı xəsarətlə bağlı cavabdeh tərəfindən ona ilk dəfə 2007-ci ildə ikinci dərəcə əlillik təyin edilmiş, əlilliyi 2021-ci ilədək davam etmişdir. 2021-ci ildə artıq əlilliyi 14 il olduğu halda, cavabdeh tərəfindən ona əlilliyin təyin edilməsindən imtina cavabı verilmişdir. Halbuki, qanunvericiliyin tələbinə əsasən 10 ildən artıq müddətdə əlil olduğu nəzərə alınaraq ona müddətsiz əlillik təyin edilməli idi. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək qeyd etmişdir ki, iddiaçıya cavabdeh orqan tərəfindən əlilliyin təyin edilməsindən imtina cavabı xx.xx.2023-cü il tarixdə verilmiş, iddiaçı ilə bundan 10 ay sonra hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia qanunvericiliklə müəyyən edilmiş müddət ötürülməklə qaldırdığından hesab edir ki, mümkün sayılmamalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, 2-1(118)-5088/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim Vəfa Əzizova). Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən sonuncu imtina cavabının iddiaçıya xx.xx.2023-cü ildə verildiyini, iddianın isə 9 aya yaxın müddət keçdikdən sonra verildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia müddəti ötürülmüşdür. Bu baxımdan, iddia mümkün sayılmamalıdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək, iddia tələbinin mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, o, iddia ərizəsi ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə yəni, cavabdeh orqana ünvanladığı ərizəyə rəsmi cavab aldıqdan sonra müraciət etmişdir. Həmin müraciətinə cavab olaraq cavabdeh onun barəsində müvafiq qərarın qəbul edildiyini bildirsə də, qərarın tarixi və nömrəsi barədə məlumat verməmiş, eləcə də, həmin qərarın surətini ona göndərməmişdir. İddiaçı həmin qərarı xx.xx.2023-cü il tarixdə cavabdeh orqan tərəfindən elektron məhkəmə informasiya sisteminə daxil edildikdən sonra əldə etdiyindən, ərizə ilə məhkəməyə müraciət edərək müddətin bərpa edilməsini xahiş etmişdir. Lakin, birinci instansiya məhkəməsi həmin hallara əhəmiyyət verməyərək iddia tələbini mümkün saymamışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsinə etirazla eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. İddiaçının hazırkı tələbi cavabdeh inzibati orqan tərəfindən ona əlilliyin təyin edilməsi barədə qərarın (iddiaçıya münasibətdə əlverişli inzibati aktın) qəbul edilməsi ilə bağlı olmaqla, növünə görə məcburetmə haqqında iddiadır. İnzibati Prosessual Məcəllənin 2.2 və 2.2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) iddialara baxılır. “İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 8.6-cı bəndinə əsasən iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Həmin qərarın 9-cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı, ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İPM-in 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göründüyü kimi inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi vaxtdan 30 gün ərzində iddianın verilməsi ilə bağlı müddətə əməl olunması məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərtidir. Birinci instansiya məhkəməsi əlilliyin təyinindən imtina cavabının iddiaçıya xx.xx.2023-cü il tarixdə verildiyini, iddia tələbinin isə 9 aya yaxın müddət keçdikdən sonra qaldırıldığını, bununla da, məcburetmə haqqında iddia üzrə İPM-nin 38.2-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddətinin ötürülməsi əsası ilə iddianı mümkün saymamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: İşdən görünür ki, iddiaçının əlillik müddəti bitdikdən sonra onun əlilliyi xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə TSEK-də qiymətləndirilmiş və “diaqnozun əlillik əlaməti təyin etməməsi” səbəbi ilə ona əlilliyin təyin edilməsindən imtina edilmişdir. Daha sonra iddiaçının müraciəti əsasında onun əyani müayinəsi aparılaraq cavabdeh tərəfindən onun barəsində “diaqnozun əlillik əlaməti təyin etmir” barədə 05 yanvar 2023-cü il tarixli, **********80 nömrəli qərar qəbul edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən Tibbi-Sosial Ekspertiza və Reabilitasiya alt sistemindən çıxarışlardan müəyyən edilir ki, xx.xx.2022-ci il tarixli imtina cavabı barədə xx.xx.2022-ci il tarixdə, eyniməzmunlu xx.xx.2023-cü il tarixli imtina qərarı barədə isə xx.xx.2023-cü il tarixdə iddiaçının mobil telefon nömrələrinə (müvafiq olaraq **********, **********) SMS bildiriş göndərilmişdir. Həmçinin, iddiaçı məhkəmə iclasında izahatında **********, ********** mobil telefon nömrələrinin ona məxsus olduğunu bildirmişdir. İşin sadalanan faktiki hallarından göründüyü kimi iddiaçı ona əlilliyin təyin edilməsindən imtina haqqında sonuncu 05 yanvar 2023-cü il tarixli qərardan 2023-cü ilin yanvar ayından məlumatlı olmuşdur. İddiaçı imtina barədə inzibati aktdan 2023-cü ilin yanvar ayından məlumatlı olsa da məhkəməyə iddia ərizəsi ilə 08 ay sonra, xx.xx.2023-cü il tarixdə müraciət etmiş, bununla da İPM-in 38.2-ci maddəsində göstərilmiş iddia müddətini ötürmüşdür. İddiaçı apellyasiya şikayətinin dəlillərində cavabdehin ona əlilliyin təyin edilməsindən imtina barədə 05 yanvar 2023-cü il tarixli, **********80 nömrəli qərarından yalnız birinci instansiya məhkəməsində icraat zamanı məlumatlı olduğunu, bundan sonra məhkəməyə müddətin bərpasına dair ərizə ilə müraciət etsə də, işə baxan məhkəmənin həmin hallara hüquqi qiymət vermədiyini bildirmişdir. Kollegiya şikayətin dəlilinə münasibətdə bildirir ki, işdən görünür ki, iddiaçı 20 dekabr 2023-cü il tarixdə birinci instansiya məhkəməsinə müddətin bərpasına dair ərizə təqdim edərək cavabdehin 05 yanvar 2023-cü il tarixli qərarının ona təqdim edilmədiyini, yalnız 03 dekabr 2023-cü il tarixdə cavabdeh orqan tərəfindən elektron məhkəmə informasiya sisteminə daxil edildikdən sonra əldə etdiyini, bu baxımdan, tərəfindən hazırkı iddia müddətinin ötürülmədiyini qeyd etmişdir. Lakin, birinci instansiya məhkəməsi İnzibati Prosessual Məcəllənin 24-cü maddəsinin tələblərinə müvafiq olaraq prosessual müddətin bərpasına dair ərizənin özünə hüquqi qiymət verməmiş, bununla da, prosessual pozuntuya yol vermişdir. Kollegiya hesab edir ki, qeyd olunan prosessual hüquq normasının pozuntusu isə qərardadın ləğv edilməsinə əsas vermir. Belə ki, iddiaçı müddətin bərpasına dair ərizəsində əslində müddətin ötürülmədiyini bəyan etsə də, işin yuxarıda sadalanan hallarından göründüyü kimi iddiaçı istinad etdiyi 05 yanvar 2023-cü il tarixli qərardan daha əvvəl məlumatlı olmuş, qərarın qəbul edildiyi 2023cü ilin yanvar ayında ona əlilliyin təyin edilməsindən imtina barədə sonuncu SMS bildiriş göndərilmişdir. Belə olan halda, kollegiya hesab edir ki, şikayətin dəlili əsassızdır. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. İnzibаti Prosessuаl Məcəllənin 35.1-ci mаddəsinə görə bu Məcəllədə bаşqа qаydа nəzərdə tutulmаmışdırsа, iddiаçının iddiа ərizəsində inzibаti аktın qəbul edilməsi və yа qəbul edilməsindən imtinа olunmаsı, yаxud inzibаti orqаnın hərəkəti və yа hərəkətsizliyi nəticəsində onun hüquqlаrının və qаnunlа qorunаn mаrаqlаrının pozulduğunu əsаslаndırdığı hаllаrdа mübаhisələndirmə hаqqındа, məcburetmə hаqqındа, öhdəliklərin icrаsı hаqqındа və müəyyən hərəkətləri etməkdən çəkinməyə dаir iddiа mümkün sаyılır. Qeyd olunanlara əsasən işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, 2-1(118)-5088/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar