Məhkəmə qərarları › İş №2-1(105)-393/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-393/2023

29.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-393/2023 29.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X5 ibarət tərkibdə, X12 qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin dəyişdirilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, 2-1(118)-2018/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən verilmiş 03 mart 2010-cu il tarixli, 780 nömrəli ”Xəstəlik haqqında Şəhadətnamə” yə əsasən müddətdən artıq hərbi xidmət baş çavuşu X1 avtomobil qəzası nəticəsində aldığı “Üz skeleti sümüklərinin Le-Fort-2 sınıqlarına, çənənin oynaq və tac çıxıntılarının qəlpəli yerdəyişən sınıqlarına görə aparılmış (xx.xx.2007) açıq üsulla mini Titan plastinkalarla internal fiksasiya əməliyyatları nəticəsində üzün deformasiyası, çeynəmə əzələlərinin kontrakturası, çeynəmə funksiyasının mühüm dərəcədə pozulması ilə, Sol oturaq sümüyünun, sirkə kasası dibinin, qasıq sümüyünün hər 2 şaxəsinin qapalı yerdəyişən sınığına görə çanaq sümüklərinin Q.A.İlizarov üsulu ilə osteosintezindən sonrakı çanaq həlqəsinin tamlığının pozulması və deformasiyası ilə müşayiət olunan sol bud çanaq oynağının birinci mərhələ koksartrozu ilə fəsadlaşmış sirkə kasası dibinin kafi, oturaq və qasıq sümüklərinin cüzi yerdəyişməsi ilə bitişmiş sınığı, funksiyanın mülayim dərəcədə pozulması ilə. Keçirilmiş sağ üz sinirinin postravmatik nevritinin, mimiki əzələlərin davam edici konktrakturası ilə nəticələnmiş qalıq əlamətləri, funksiyanın mülayim dərəcədə pozulması ilə. OD-miopiya. Oxlar N-1,0D" diaqnozlu xəstəliyinin səbəb əlaqəsi “Hərbi travmadır, Hərbi xidməti vəzifələrini yerinə yetirərkən alınmışdır” qeyd edilmişdir. TSEK-in elektron informasiya sistemindən çıxarışlara əsasən, iddiaçı ilk dəfə xx.xx.2010-cu il tarixində TSEK-də müayinədən keçmiş və ona “Çanaq sümüklərinin sınığından sonra hər 2 bud çanaq, sol diz oynağının postravmatik kontr-sı. Sol bud çanaq oynağının artrozu. Sifətin deformasiyası, çeynəmə aktının pozulması. Xr. DDA. A/ə funksiya pozğunluğu” diaqnozu ilə hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar bir il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Daha sonra əlillik hər dəfə 1 il müddətinə olmaqla 2016-cı il tarixədək, 2016-cı il tarixində 5 il müddətinə uzadılmışdır. Əlillik müddəti bitdikdən sonra iddiaçıya Tibbi Sosial Ekspert Komissiyasına göndərilməsi üçün Sumqayıt 4 nömrəli xəstəxananın poliklinika şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixli, 0530003AAG5R nömrəli göndəriş verilmişdir. Həmin göndərişə əsasən iddiaçı son 1 il ərzində - xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərində T94.0 kodlu xəstəliklə ambulator müayinədə, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Sumqayıt şəhər X13 Xəstəxanasında, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Bakı ET Travmatologiya və Ortopediya İnstitutunda T93.2 və T.94.0 kodlu xəstəliklərlə stasionar müalicədə olmuşdur. TSEK-ə göndəriş zamanı əsas diaqnoz – XBT 10 T94 “Bədənin bir neçə və dəqiqləşdirilməmiş nahiyəsini əhatə edən travmaların nəticələri. Çanağın, sol oturaq sümüyünün, sol sirkə kasası dibinin, sol qasıq sümüyünün hər 2 şaxəsinin qapalı y/d sınığına görə İlizarov üsulu ilə osteosintezindən sonrakı çanaq həlqəsinin tamlığının pozulması ilə deformasiyası ilə müşayiət olunan q/düzgün bitişən sınıqları. Sol bud çanaq oynağının koskartrozu. Keçirilmiş üz skeletinin travması, çənənin və tac çıxıntının osteosintezindən sonrakı bitişmiş sınıqları və defortmasiyası. Burun çəpərinin hər 2 göz divarının, üzün yana postravmatik deformasiyası”, Ağırlaşmaları: G51 “Üz sinirinin zədələnməsi, üz sinirinin postravmatik sağ tərəfli nevriti“, K07.4 “Dəqiqləşdirilməmiş dişləm anomaliyaları, çeynəmə funksiyasının pozulması”, M24.5 “Oynaqların kontrakturası, hər 2 bud çanaq oynağının postravmatik deformasiyaedici artrozo artriti, hər 2 bud çanaq oynağının bükücü yaxınlaşdırıcı, sol diz oynağının bükücü kontrakturası”, Q72.8 “Aşağı ətrafı qısaldan digər defektlər. Sol aşağı ətrafın 5 sm qısalığı”, R26 “Hərəkətin və yerişin pozulmaları, Yerişin pozulması. Dayaq hərəkət funksiyasının pozulması. Daimi əl ağacından istifadə”, M24.5 “Oynaqların kontrakturası, Mimiki əzələlərinin kontrakturası”, Yanaşı xəstəliklər İ11 “Ürəyin hipertenziv xəstəliyi, Arterial hipertenziya İİ f.s”, H52.1 “Miopiya, OU orta dərəcəli miopiya”, M51.4 “Şmorle düyünləri (yırtıqları), L4/5, C1/2, C2/3, C4/5 fəqərəarasında protuziya. İ1/2, L2/3, L4/5, L5/6 degenerativ vakuum fenomeni. Lyumboişalgiya” qeyd edilmişdir. Həmin göndəriş əsasında iddiaçıya xx.xx.2021-ci il tarixdən hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirməklə əlaqədar müddətsiz üçüncü dərəcəli əlillik təyin edilmişdir. İddiaçı ona təyin edilmiş əlillik dərəcəsi ilə razılaşmayaraq hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyinatının dəyişdirilməsini və ona həmin səbəblə müddətsiz ikinci dərəcə əlillik təyin edilməsi ilə əlaqədar ərizə ilə cavabdeh orqana müraciət etmişdir. Cavabdeh 30 iyun 2022-ci il tarixli, **********0 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. İddiaçıya xx.xx.2021ci il tarixdən “Hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar” səbəbindən müddətsiz üçüncü dərəcəli əlillik təyinatı aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.5.7-ci bəndinə uyğun olaraq, göndərişdə qeyd edilən “Bədənin bir neçə və dəqiqləşdirilməmiş nahiyəsini əhatə edən travmaların nəticələri. Çanağın, sol oturaq sümüyünün, sol sirkə kasası dibinin, sol qasıq sümüyünün hər 2 şaxəsinin qapalı y/d sınığına görə İlizarov üsulu ilə osteosintezindən sonrakı çanaq həlqəsinin tamlığının pozulması ilə deformasiyası ilə müşayiət olunan q/düzgün bitişən sınıqları. Sol bud çanaq oynağının koskartrozu. Keçirilmiş üz skeletinin travması, çənənin və tac çıxıntının osteosintezindən sonrakı bitişmiş sınıqları və defortmasiyası. Burun çəpərinin hər 2 göz divarının, üzün yana postravmatik deformasiyası. Dəqiqləşdirilməmiş dişləm anomaliyaları, çeynəmə funksiyasının pozulması. Oynaqların kontrakturası, hər 2 bud çanaq oynağının postravmatik deformasiyaedici artrozo artriti, hər 2 bud çanaq oynağının bükücü yaxınlaşdırıcı, sol diz oynağının bükücü kontrakturası. Aşağı ətrafı qısaldan digər defektlər. Sol aşağı ətrafın 5 sm qısalığı” diaqnozu - müddətsiz üçüncü dərəcəli əlilliyin təyininə əsas verir. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2021-ci il tarixdə ona hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyinatının dəyişdirilməsini və xx.xx.2021-ci il tarixdən ona hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatı aparılması öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1999-cu ildən xx.xx.2010-cu ilədək Müdafiə Nazirliyinin tərkibində N nömrəli hərbi hissədə tibb bacısı vəzifəsində xidmət etmişdir. xx.xx.2007-ci il tarixdə işə gedərkən avtomobil qəzası nəticəsində travma almış, xx.xx.2010-cu il tarixdən hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı qəza nəticəsində MN Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmiş, ona “Hərbi travmadır, Hərbi xidməti vəzifələrini yerinə yetirərkən almışdır” qeyd edilən xəstəlik şəhadətnaməsi verilmişdir. İddiaçı xx.xx.2010-cu ildən xx.xx.2021-ci ilədək hərbi xidməti vəzifələrini yerinə yetirməklə əlaqədar əlil olmuşdur. xx.xx.2021-ci ildə tibb müəssisəsinin göndərişi əsasında qanuna müvafiq olaraq 10 il fasiləsiz olaraq hərbi xidməti vəzifələrini yerinə yetirməklə əlaqədar əlil olduğu üçün ikinci dərəcə müddətsiz əlillik təyin edilməsi məqsədi ilə cavabdeh orqana göndərilmişdir. Lakin cavabdeh ona üçüncü dərəcə müddətsiz əlillik təyinatı aparmışdır. Qeyd edir ki, bu təyinatla razı deyil. Belə ki, 10 il fasiləsiz əlil olduğuna və səhhətində olan xəstəliklərə əsasən ona ikinci dərəcə müddətsiz əlillik təyin edilməlidir. Cavabdeh iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə Sumqayıt 3 saylı şəhər poliklinikasının xx.xx.2010-cu il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik; X4: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S70-S79 - Bud-çanaq oynağı və bud nahiyəsinin travmaları => S79 - Bud-çanaq oynağı və bud nahiyəsinin dig...; Diaqnozun mətni: Çanaq sümüklərinin sınığından sonra hər 2 bud çanaq, sol diz oynağının postravmatik kontr-sı. Sol bud çanaq oynağının artrozu. Sifətin deformasiyası, çeynəmə aktının pozulması. Xr. DDA. A/ə funksiya pozğunluğu; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2.” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Sumqayıt 2 saylı şəhər poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik; X4: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M95-M99 - Sümükəzələ sisteminin və birləşdirici toxumanın digər pozğunluqları => M95 - Birləşdirici toxumanın və sümük-ə..; Diaqnozun mətni: Sol oturaq sümüyün sirkə kasası sol qasıq sümüyün yerdəişmiş sınığı. Çanaq deformasiyası. Orta dər. miopiya. Sağ üz sinirin postravmatik siniri. Sol bud çanaq oynağı və hər 2 diz oynağının funksiya pozğunluğu; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2.” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Sumqayıt 4 nömrəli xəstəxananın poliklinika şöbəsinin xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik; X4: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T94 - Bədəni...; Diaqnozun mətni: Bədənin bir neçə nahiyəsini əhatə edən travmaların nəticələri. Sol oturaq sümüyü, sirkə kasası, qasıq sümüyü hər 2 şaxəsinin qap.y/d. sınığına görə çanaq sümüklərinin İlizarov üsulu ilə osteosintezindən sonra çanaq həlqəsinin pozulması və deformasiyası. Sağ çənənin oynaq və tac çıxıntısının qəlpəli y/d. Kəllənin və üz sümüklərinin sınığının nəticələri. Sifətin postravmatik deformasiyası, çeynəmə aktının pozulması. Oynaqların kontrakturası. Sol bud-çanaq, hər 2 diz oynağının postravmatik kontrakturası.; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Sol oturaq sümüyü, sirkə kasası, qasıq sümüyü hər 2 şaxəsinin qap.y/d. sınığına görə çanaq sümüklərinin İlizarov üsulu ilə osteosintezindən sonra çanaq həlqəsini...” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik; X4: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T94 - Bədəni...; Diaqnozun mətni: Bədənin bir neçə nahiyəsini əhatə edən travmaların nəticələri.Sol oturaq sümüyü, sirkə kasası, qasıq sümüyü hər 2 şaxəsinin qap.y/d. sınığına görə çanaq sümüklərinin İlizarov üsulu ilə osteosintezindən sonra çanaq həlqəsinin pozulması və deformasiyası. Sağ çənənin oynaq və tac çıxıntısının qəlpəli y/d. Kəllənin və üz sümüklərinin sınığının nəticələri. Sifətin postravmatik deformasiyası, çeynəmə aktının pozulması. Oynaqların kontrakturası. Sol bud-çanaq, hər 2 diz oynağının postravmatik kontrakturası; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Sol oturaq sümüyü, sirkə kasası,qasıq sümüyü hər 2 şaxəsinin qap.y/d. sınığına görə çanaq sümüklərinin İlizarov üsulu ilə osteosintezindən sonra çanaq həlqəsini...” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Sumqayıt 4 nömrəli xəstəxananın poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik; X4: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T94 - Bədəni...; Diaqnozun mətni: Bədənin bir neçə və dəqiqləşdirilməmiş nahiyəsini əhatə edən travmaların nəticələri, çanağın, sol oturaq sümüyünün, sol sirkə kasası dibinin, sol qasıq sümüyünün hər 2 şaxəsinin qapalı y/d sınığına görə İlizarov üsulu ilə osteosintezdən sonrakı çanaq həlqəsinin tamlığının pozulması ilə deformasiyası ilə müşayət olunan qeyri düzgün bitişən sınıqları. Sol bud çanaq oynağının kosksartrozu, keçirilmiş üz skeletinn travması, çənənin və tac çıxıntının osteosintezindən sonrakı btişmiş sınıqları və deformasiyası. Burun çəpərinin hər 2 göz divarının, üzün yana postravmatik deformasiyası, üz sinirinin zədələnməsi, üz sinirinin postravmatik sağ tərəfli nevriti, dəqiqləşdirilməmiş dişləm anomaliyaları, çeynəmə funksiyasının pozulması, oynaqların kontrakturası, hər 2 bud çanaq oynağının posttravmatik deformasiyaedici artrozo artriti, hər 2 bud çanaq oynağının bükücü yaxınlaşdırıcı,sol diz oynağının bükücü kontrakturası, Aşağı ətrafı qısaldan digər defektlər, sağ aşağı ətrafın 5 sm qısalığı; Meyar: 2.3 Üçüncü dərəcə əlillik => 2.5.7. budçanaq oynağının funksional yararsız vəziyyətdə ankilozu və ya kəskin kontrakturası (M16.1, M24.6);” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. İddiaçının xəstəliyi “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2-ci bəndində qeyd edilmiş xəstəliklərə uyğunlaşmadığından ona ikinci dərəcə yox, üçüncü dərəcə əlillik təyin edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, 2-1(118)-2018/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, xx.xx.2021-ci ildən iddiaçıya hərbi xidməti vəzifələrini yerinə yetirməklə əlaqədar təyin edilmiş müddətsiz üçüncü dərəcə əlillik təyinatının dəyişdirilməsi və xx.xx.2021-ci ildən ona hərbi xidməti vəzifələrini yerinə yetirməklə əlaqədar müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim V.Əzizova). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçıya ilk dəfə əlillik 2010-cu ildə təyin edilmiş və hər il bir il müddətinə uzadılmış, sonuncu dəfə 2016-cı ildə əlillik 5 il müddətinə təyin edilmişdir. İddiaçı barəsində sonuncu dəfə tərtib edilmiş Forma 88 arayışa əsasən göstərilən diaqnoz (xəstəliklər) təsdiq olunmasına baxmayaraq, ona bu dəfə üçüncü dərəcəli əlillik təyin edilmişdir. Halbuki, qanunvericiliyin tələbinə görə iddiaçının fasiləsiz olaraq 10 ildən artıq ikinci dərəcəli əlil olması nəzərə alınaraq ona müddətsiz ikinci dərəcəli əlillik təyin edilməlidir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş iddiaçı əyani müayinə olunmadan və ya heç bir göndəriş olmadan avtomatik olaraq 5 il müddətinə uzadılmışdır. Sağlamlıq daimi dəyişən proses olduğu üçün həm yaxşılaşmasına, həm də pisləşməsinə doğru dəyişə bilər. Agentlik tərəfindən hər hansı qanunazidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən, “İnzibati icraat haqqında” AR Qanununun tələblərinin pozulmamasına baxmayaraq birinci instansiya məhkəməsi iddia tələbinin təmin etməklə maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Hesab edir ki, məhkəmə qərarı ləğv edilməlidir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə etiraz təqdim edərək etirazı iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunda izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu (iddiaçının əlil olduğu dövrdə qüvvədə olan redaksiyası): Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. (-) 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2015-ci il tarixli 595 nömrəli Fərmanı: (-).

6. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 6.1. birinci dərəcə əlilliyin və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlilliyin müddətsiz təyin edilməsini, ikinci və üçüncü dərəcə əlilliyin təyinat müddətinin 5 ildən az olmayaraq artırılmasını və təkrar müayinə sayının azaldılmasını nəzərdə tutmaqla, əlilliyin müəyyən olunması meyarlarında iki ay müddətində dəyişikliklər etsin; (-).

“Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı: Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 sentyabr tarixli 595 nömrəli Fərmanının 6.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1.“Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” təsdiq edilsin (əlavə olunur). (-).

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: (-) 2.2.10. hər iki gözdə görmə itiliyinin korreksiya ilə 0,08 və ondan az olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması (H40-H40.9, H47-H47.5, H52- H53.9); (-) 4.2. İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda, əlillik müddətsiz müəyyən edilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 saylı qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnaməsi: 4.1. Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. (-).

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası 1.3-cü bənd. Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; (-). 2.1-ci bənd. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi-həkim-məsləhət komissiyasına müraciət edir. 2.2-ci bənd. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.6-cı bənd. Tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri” nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: İşdə olan TSEK-nin müayinə aktlarının surətlərindən və elektron informasiya sistemindən çıxarışlara əsasən, iddiaçı ilk dəfə xx.xx.2010-cu il tarixində TSEK-də müayinədən keçmiş və ona “Çanaq sümüklərinin sınığından sonra hər 2 bud çanaq, sol diz oynağının postravmatik kontr-sı. Sol bud çanaq oynağının artrozu. Sifətin deformasiyası, çeynəmə aktının pozulması. Xr. DDA. A/ə funksiya pozğunluğu” diaqnozu ilə hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar bir il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Daha sonra əlillik hər dəfə 1 il müddətinə olmaqla, 2016-cı il tarixədək, 2016-cı il tarixində 5 il müddətinə uzadılmışdır. Əlillik müddəti bitdikdən sonra iddiaçı barəsində TSEK-ə göndərilməsi üçün Sumqayıt 4 nömrəli xəstəxananın poliklinika şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixli, 0530003AAG5R nömrəli tərtib edilmişdir. Həmin göndərişə əsasən, TSEK-ə göndəriş zamanı əsas diaqnoz – XBT 10 T94 “Bədənin bir neçə və dəqiqləşdirilməmiş nahiyəsini əhatə edən travmaların nəticələri. Çanağın, sol oturaq sümüyünün, sol sirkə kasası dibinin, sol qasıq sümüyünün hər 2 şaxəsinin qapalı y/d sınığına görə İlizarov üsulu ilə osteosintezindən sonrakı çanaq həlqəsinin tamlığının pozulması ilə deformasiyası ilə müşayiət olunan q/düzgün bitişən sınıqları. Sol bud çanaq oynağının koskartrozu. Keçirilmiş üz skeletinin travması, çənənin və tac çıxıntının osteosintezindən sonrakı bitişmiş sınıqları və defortmasiyası. Burun çəpərinin hər 2 göz divarının, üzün yana postravmatik deformasiyası”, Ağırlaşmaları: G51 “Üz sinirinin zədələnməsi, üz sinirinin postravmatik sağ tərəfli nevriti“, K07.4 “Dəqiqləşdirilməmiş dişləm anomaliyaları, çeynəmə funksiyasının pozulması”, M24.5 “Oynaqların kontrakturası, hər 2 bud çanaq oynağının postravmatik deformasiyaedici artrozo artriti, hər 2 bud çanaq oynağının bükücü yaxınlaşdırıcı, sol diz oynağının bükücü kontrakturası”, Q72.8 “Aşağı ətrafı qısaldan digər defektlər. Sol aşağı ətrafın 5 sm qısalığı”, R26 “Hərəkətin və yerişin pozulmaları, Yerişin pozulması. Dayaq hərəkət funksiyasının pozulması. Daimi əl ağacından istifadə”, M24.5 “Oynaqların kontrakturası, Mimiki əzələlərinin kontrakturası”, Yanaşı xəstəliklər İ11 “Ürəyin hipertenziv xəstəliyi, Arterial hipertenziya İİ f.s”, H52.1 “Miopiya, OU orta dərəcəli miopiya”, M51.4 “Şmorle düyünləri (yırtıqları), L4/5, C1/2, C2/3, C4/5 fəqərəarasında protuziya. İ1/2, L2/3, L4/5, L5/6 degenerativ vakuum fenomeni. Lyumboişalgiya” qeyd edilmişdir. Həmin göndəriş əsasında iddiaçıya xx.xx.2021-ci il tarixdən hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirməklə əlaqədar müddətsiz üçüncü dərəcəli əlillik təyin edilmişdir. İddiaçı isə hazırda bu təyinatla razılaşmayaraq, əlillik dərəcəsinin dəyişdirilməklə ona xx.xx.2021-ci il tarixdən hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar ikinci dərəcə müddətsiz əlillik təyin edilməsini tələb edir. Cavabdeh imtina məktubu, iddia ərizəsinə etiraz və apellyasiya şikayətinin dəlillərində iddiaçı barəsində 0530003AAG5R nömrəli göndərişdə qeyd edilən xəstəliklər “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2-ci bəndində qeyd edilmiş xəstəliklərə uyğun olmadığından ona ikinci dərəcə deyil, üçüncü dərəcə əlillik təyin edildiyini bildirmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iddiaçıya təyin edilmiş diaqnoz və ümumilikdə, səhhətinin ona ikinci və ya üçüncü dərəcə əlilliyin təyin edilməsinə əsas olub-olmaması ilə bağlı məhkəmə-tibbi ekspertizası təyin etsə də, həmin ekspertiza üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8 publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 4/85 nömrəli ekspert rəyindən ekspertiza tədqiqatının prosessual qanunvericiliyin tələbinə zidd olaraq təkcə publik hüquqi şəxsin məhkəmə-tibb eksperti tərəfindən deyil, həmçinin, cavabdeh Agentliyin tibbi-sosial ekspertinin iştirakı ilə həyata keçirildiyi müəyyən edilmişdir. Bu baxımdan, apellyasiya məhkəməsi həmin ekspert rəyini mötəbər sübut kimi qiymətləndirməmişdir. Ekspertiza tədqiqatı qanunvericiliyin tələbləri pozulmaqla aparıldığından məhkəmə kollegiyası tərəfindən iddiaçıda 0530003AAG5R nömrəli göndərişdə yanaşı xəstəlik kimi qeyd edilmiş “Miopiya, OU orta dərəcəli miopiya” xəstəliyinin aşkar edilib-edilməməsi ilə bağlı təkrar məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi cavabdeh inzibati orqanın ekspertləri cəlb edilmədən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8 publik hüquqi şəxsinin başqa ekspertlərinə tapşırılmışdır. Məhkəmə-Tibbi Ekspertiza və X8 publik hüquqi şəxsi tərəfindən verilmiş 449 nömrəli ekspert rəyində qeyd edilir ki, İddiaçı 14 iyul 2023-cü il tarixdə təkrari ekspertizalar şöbəsində müayinədən keçirilmişdir. İddiaçı hal-hazırda onun barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 0530003AAG5R nömrəli göndərişdə qeyd edilmiş T94 “Bədənin bir neçə və dəqiqləşdirilməmiş nahiyəsini əhatə edən travmaların nəticələri. Çanağın, sol oturaq sümüyünün, sol sirkə kasası dibinin, sol qasıq sümüyünün hər 2 şaxəsinin qapalı y/d sınığına görə İlizarov üsulu ilə osteosintezindən sonrakı çanaq həlqəsinin tamlığının pozulması ilə deformasiyası ilə müşayiət olunan q/düzgün bitişən sınıqları. Sol bud çanaq oynağının koskartrozu. Keçirilmiş üz skeletinin travması, çənənin və tac çıxıntının osteosintezindən sonrakı bitişmiş sınıqları və defortmasiyası. Burun çəpərinin hər 2 göz divarının, üzün yana postravmatik deformasiyası”, G51 “Üz sinirinin zədələnməsi, üz sinirinin postravmatik sağ tərəfli nevriti“, K07.4 “Dəqiqləşdirilməmiş dişləm anomaliyaları, çeynəmə funksiyasının pozulması”, M24.5 “Oynaqların kontrakturası, hər 2 bud çanaq oynağının postravmatik deformasiyaedici artrozo artriti, hər 2 bud çanaq oynağının bükücü yaxınlaşdırıcı, sol diz oynağının bükücü kontrakturası”, Q72.8 “Aşağı ətrafı qısaldan digər defektlər. Sol aşağı ətrafın 5 sm qısalığı”, R26 “Hərəkətin və yerişin pozulmaları, Yerişin pozulması. Dayaq hərəkət funksiyasının pozulması. Daimi əl ağacından istifadə”, M24.5 “Oynaqların kontrakturası, Mimiki əzələlərinin kontrakturası” Q72.8 “Aşağı ətrafı qısaldan digər defektlər. Sol aşağı ətrafın 5 sm qısalığı”, R26 “Hərəkətin və yerişin pozulmaları, Yerişin pozulması. Dayaq hərəkət funksiyasının pozulması. Daimi əl ağacından istifadə”, M24.5 “Oynaqların kontrakturası, Mimiki əzələlərinin kontrakturası”, Yanaşı xəstəliklər: İ11 “Ürəyin hipertenziv xəstəliyi, Arterial hipertenziya İİ f.s”, H52.1 “Miopiya, OU orta dərəcəli miopiya”, M51.4 “Şmorle düyünləri (yırtıqları), L4/5, C1/2, C2/3, C4/5 fəqərəarasında protuziya. İ1/2, L2/3, L4/5, L5/6 degenerativ vakuum fenomeni. Lyumboişalgiya” diaqnozlu əsas xəstəliklərin ağırlaşmalarından əziyyət çəkir. Beləliklə, ekspert rəyindən müəyyən edilir ki, hazırda onda 0530003AAG5R nömrəli göndərişdə qeyd edilmiş əsas xəstəlik XBT 10 T94, ağırlaşmaları G51, K07.4, M24.5, Q72.8, R26, o cümlədən, yanaşı xəstəliklər kimi İ11, H52.1 və M51.4 kodlu diaqnozlu xəstəliklər aşkar edilmişdir. Göründüyü kimi hazırda iddiaçıda aşkar edilən xəstəliklər sırasına H52.1 kodlu “Miopiya, OU orta dərəcəli miopiya” diaqnozlu xəstəlik də aiddir. İşin müəyyən edilmiş faktiki hallarından göründüyü kimi iddiaçı barəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən verilmiş 03 mart 2010-cu il tarixli, 780 nömrəli ”Xəstəlik haqqında Şəhadətnamə” də “OD-miopiya. Oxlar N-1,0D" diaqnozlu xəstəliyin də səbəb əlaqəsi “Hərbi travmadır, Hərbi xidməti vəzifələrini yerinə yetirərkən alınmışdır” kimi göstərilmişdir. Yəni hazırda iddiaçıda aşkar edilən miopiya xəstəliyi hərbi travma olmaqla, iddiaçının hərbi xidməti vəzifələrini yerinə yetirərkən alınmışdır. Həmçinin, yuxarıda qeyd olunan sənədlərdəki məlumatlardan müəyyən olunur ki, iddiaçıya ilkin ikinci dərəcə əlilliyin təyini və 2021-ci ildə təkrar üçüncü dərəcə əlilliyin təyini zamanı qoyulan diaqnozlar eyni olmuşdur. Başqa sözlə, cavabdeh eyni diaqnoz əsasında iddiaçıya 2010-cu il tarixdən etibarən hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar ikinci dərəcəli əlillik təyin etsə də, xx.xx.2021-ci ildən eyni səbəbdə üçüncü dərəcəli əlillik təyin etmiş və hazırda həmin diaqnozun ikinci dərəcə əlillik təyini üçün əsas olmadığını bildirir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Belə olan halda, 2010-cu ildə qoyulan diaqnoz əsasında əlillik təyinindən sonra təkrar müayinə zamanı diaqnozda müəyyən edilən edilən xəstəliklərin davam etməsi halında iddiaçının cavabdehin inzibati praktikasına, yəni onun davranışına etimad hüququ və bununla bağlı onun inzibati orqandan qanuni gözləntisi yaranmışdır. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, Sumqayıt 4 nömrəli xəstəxananın poliklinika şöbəsi tərəfindən iddiaçı barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 0530003AAG5R nömrəli göndərişdə (Forma 88) qeyd edilən H52.1 kodlu “Miopiya, OU orta dərəcəli miopiya” diaqnozlu yanaşı xəstəlik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2 və 2.2.10-cu bəndlərinə əsasən, əlilliyin təyin edilməsinə əsas verir. Belə ki, qeyd edilən Əsasnamənin: - 2.2-ci bəndinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.10. hər iki gözdə görmə itiliyinin korreksiya ilə 0,08 və ondan az olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması (H40-H40.9, H47-H47.5, H52- H53.9); X2 görünür ki, H52.1 kodlu “Miopiya, OU orta dərəcəli miopiya” diaqnozlu xəstəlik Təsnifatın “Göz alması əzələlərinin xəstəlikləri, gözlərin müştərək hərəkətinin, akkomodasiya və refraksiyanın pozğunluqları (H49-H52)” bölməsinə aid olmaqla, bölmənin H52.1 yarımbölməsində “Miopiya” diaqnozlu xəstəliyə aid edilmişdir. Beləliklə, müəyyən edilir ki, xx.xx.2021-ci il tarixli, 0530003AAG5R nömrəli Forma 88 göndərişdəki yanaşı xəstəlik kimi qeyd edilmiş H52.1 kodlu xəstəliyi Əsasnaməyə əsasən, iddiaçıya ikinci dərəcə əlilliyin təyin edilməsinə əsas verən xəstəliklər siyahısına daxil edilmiş və sözügedən xəstəlik X3 da daxil edilmişdir. Bundan əlavə, işdən görünür ki, iddiaçıya ilk dəfə 2010-cu ildən ikinci dərəcəli əlillik təyin edilmiş və 2021-ci il tarixədək fasiləsiz olaraq 10 ildən artıq müddətdə əlillik müddəti uzadılmışdır. Əsasnamənin 4.2-ci bəndinə əsasən, ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Beləliklə, işin sadalanan xüsusatlarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən haqlı olmuşdur. Bu səbəbdən, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, 2-1(118)-2018/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar