Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-393/2024 30.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X2 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə, X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı cavabdehin üzərinə 2020-ci ilin noyabr ayından Azərbaycan Respublikasının müdafiəsi uğrunda alınmış əlilliyin təyin olunmasının həvalə edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli, 2-1(118)-2677/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2020-cı il tarixli arayışından görünür ki, İddiaçı diaqnozunun səbəbli əlaqəsi kimi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” göstərilmişdir.
2. 769 saylı hərbi hissə tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli travma arayışından görünür ki, İddiaçı diaqnozu “keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı asteno-nevrotik təzahürlər” göstərilmişdir.
3. İddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 5778 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Mülayim dərəcədə ifadə olunmuş üzvi mənşəli təşviş pozuntusu; Mülayim dərəcədə ifadə olunmuş üzvi emosional labil pozuntu; Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir
4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sumqayıt şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2022-ci il tarixli 45/204 nömrəli Tibbi rəyində diaqnoz-Üzvi mənşəli (keçirilmiş qapalı kəllə-beyin travması) emosionəl-labil (astenik) pozuntu F06.6 kimi müəyyənləşdirilmişdir.
5. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.9022-xx.xx.2022-ci il tarixli 2693/22 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz "Üzvi (travma mənşəli) emosional-labil pozuntu” kimi müəyyənləşdirilmişdir.
6. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzi PHŞ-nin xx.xx.2022-ci il tarixli 3636 nömrəli tibbi rəyində diaqnoz “Üzvi mənşəli (qapalı kəllə-beyin travması) təşviş pozuntusu F06.4. Posttravmatik stress pozuntusu” F43.1 kimi müəyyənləşdirilmişdir.
7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sumqayıt şəhər Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2022-ci il tarixli 219/1401 nömrəli Tibbi rəyində diaqnoz “Fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyət dəyişkənliyi. Üzvi mənşəli (qapalı kəlləbeyin travması) təşviş pozuntusu” kimi müəyyənləşdirilmişdir.
8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2022-xx.xx.2022-ci il tarixli 10036/22 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyət dəyişikliyi. Üzvi mənşəli (qapalı kəllə-beyin travması) təşviş pozuntusu" kimi müəyyənləşdirilmişdir.
9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin PHŞ xx.xx.2022-ci il tarixli 10115 nömrəli Tibbi rəyində diaqnoz “Fəlakətdən sonrakı (müharibədə yaralanma) şəxsiyyət dəyişikliyi. Postkommosion sindrom’’ kimi müəyyənləşdirilmişdir.
10. TSEK-in xx.xx.2022-ci il tarixli cavabından görünür ki, İddiaçı əlillik təyin edilməsindən imtina edilmişdir. Səbəb kimi “diaqnoz əlillik əlaməti təyin etmir” göstərilmişdir.
11. İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Ekspertizası və X6 tərəfindən verilmiş T/612 saylı xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, İddiaçı ilkin tibbi sənədlərində qeyd edilmiş “Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonra astenonevrotik təzahürlər” diaqnozu, sonrakı dövrlərdə Respublika Psixiatriya Xəstəxanasında 07.09-xx.xx.2022-ci il tarixlərdə müalicəsi və həkim psixiatr komissiyasının xx.xx.2022-ci il tarixli “ Fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyət dəyişikliyi. Üzvi mənşəli (qapalı kəllə-beyin travması) stress pozuntusu” rəyi ilə öz təsdiqini tapır. Əlilliklə əlaqədar sualın həlli məhkəmə tibb ekspertlərinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin tibbi-sosial ekspertlərinin səlahiyyətlərinə aiddir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ
12. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Komissiyasına qarşı cavabdehin üzərinə 2020-ci ilin noyabr ayından Azərbaycan Respublikasının müdafiəsi uğrunda alınmış əlilliyin təyin olunmasının həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
13. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və X4 Hüquqi şəxsi ilə əvəz edilməsini xahiş etmişdir.
14. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2020-ci il tarixdə hərbi xidmətə çağırılmışdır. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda hərbi xidmət vəzifgələrini yerinə yetirərkən mərmi atışı zamanı xəsarət almışdır. Aldığı xəsarətlər nəticəsində qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonra asteno-nevrotik təzahürlər diaqnozu qoyulmuşdur. Nəticədə hərbi xidmətə müvəqqəti yararsız hesab edilmişdir və 15 gün müddətinə məzuniyyətə buraxılmışdır. xx.xx.2022-ci il tarixdə MN Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmişdir. Cavabdeh orqana göndərişdə “Kəllədaxili travmaların nəticələri, baş beyin silkələnməsi, dəqiqləşdirilməmiş enselafopatiya, postkontuzion sindrom, fəlakət keçirdikdən sonra şəxsiyətin davamlı dəyişikliyi” diaqnozu qoyulmuşdur, lakin ona imtina cavabı verilmişdir.
15. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, iddiaçının müraciəti və müvafiq səhiyyə müəssisəsinin göndərişi əsasında İddiaçı orqanizminin funksiyalarının pozulması faizi qimətlənidirilmiş və ona “Diaqnoz əlillik əlamətləri təyin etmir” səbəbi ilə imtina cavabı verilmişdir. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 5778 nömrəli Şəhadətnamə verilmişdir. Hənin şəhadətnamədə “Mülayim dərəcədə ifadə olunmuş üzvi mənşəli təşviş pozuntusu Mülayim dərəcədə ifadə olunmuş üzvi emosional labil pozuntu. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sumqayıt şəhər Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2022-ci il tarixli 45/204 nömrəli Tibbi rəyində diaqnoz Üzvi mənşəli (keçirilmiş qapalı kəllə-beyin travması) emosionəl-labil (astenik) pozuntu kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.9022-xx.xx.2022-ci il tarixli 2693/22 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz "Üzvi (travma mənşəli) emosional-labil pozuntu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin PHŞ xx.xx.2022-ci il tarixli 3636 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi mənşəli (qapaiı kəllə-beyin travması) təşviş pozuntusu. Posttravmatik stress pozuntusu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sumqayıt şəhər Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2022-ci il tarixli 219/1401 nömrəli Tibbi rəyində diaqnoz “Fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyət dəyişkənliyi. Üzvi mənşəli (qapalı kəllə-beyin travması) təşviş pozuntusu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2022-xx.xx.2022-ci il tarixli 10036/22 nömrəli xəstəlik tarixindən çıxarışında diaqnoz “Fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyət dəyişikliyi. Üzvi mənşəli (qapalı kəllə-beyin travması) təşviş pozuntusu" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin PHŞ xx.xx.2022-ci il tarixli 10115 nömrəli Tibbi rəyində diaqnoz “Fəlakətdən sonrakı (müharibədə yaralanma) şəxsiyyət dəyişikliyi. Postkommosion sindrom’’ kimi müəyyənləşdirilmişdir, Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısından, başgicəllənmədən, əsəbilikdən, yuxunun və yaddaşın pozulmasından şikayətlənmişdir. Ünsiyyət zamanı həyəcanlılıq izlənilmiş, suallara sakit, adekvat cavab vermiş, hadisələri təfsilatı ilə danışmış, emosional labillik və astenik-qıcıqlı əlamətlər qeyd olunmuşdur. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Həyəcan-təşviş pozuntusu kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.
Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
16. Sumqayıt İnzibati Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli, 2-1(118)-2677/2023 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması, iddianın qalan hissədə rədd edilməsi qərara alınmışdır. (hakim V.Əzizov).
17. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddiaya etirazla eyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, birinci instansiya məhkəməsində ekspertiza keçirilmiş, əlavə olaraq G93 diaqnozu ilə bağlı da sual qoyuldmuşdur. G93, G93.4 və T90.5 diaqnozları əlillik təyin edilməsi üçün əsas deyildir. Xəstəlik əlamətləri öz təsdiqini tapmadığına görə iddiaçıya imtina cavabı verilmişdir. İddiaçı Azərbaycan Respublikasının müdafiəsi uğrunda alınmış əlilliyin təyin olunmasını istəyir. Kəllədaxili trvmaların nəticələri, baş beyin silkələnməsi, dəqiqləşdirilməmiş enselafopatiya, postkontuzion sindrom, fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi diaqnozları iddiaçıda yoxdur. F07.2, F62, S06 diaqnozları meyarlara əsasən əlillik təyin edilməsi üçün əsas verir, lakin müvafiq diaqnozların iddiaçıda olması öz təsdiqni tapmamışdır. Qeyd olunan xəstəliklərin iddiaçıda olması öz təsdiqini tapsa da, funksional əlamətlər iddiaçıda yoxdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən mütəxəssis bildirdi ki, qeyd olunan diaqnozlar iddiaçıda ola bilər, lakin TSEK tərəfindən sözügedən xəstəliklər iddiaçıda aşkar olunmamışdır. Əsas diaqnoz F07, F62 və S06-dır. F07 və F62 diaqnozlar psixiatrik xəstəliklərdir. S06 (baş beynin silkələnməsi) diaqnozu nevrotik xəstəlikdir. F07 (postkontuzion sindrom), F62 (fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi), S06 (baş beynin silkələnməsi) diaqnozları travma ilə bağlı olaraq müharibə əlilliyinə əsas verə bilər. Qeyd olunan xəstəliklərin iddiaçıda olması öz təsdiqini tapsa, əlillik təyinatı üçün əsas ola bilər, lakin öz təsdiqini tapmamışdır.
TƏTBİQ EDİLƏN HÜQUQ
19. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı
7. Psixi və davranış pozuntuları 7.7. Spesifik şəxsiyyət pozuntuları 7.7.1. fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 saylı qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnaməsi: 4.1. Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra–Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası 1.3-cü bənd. Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; ...1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; ...2.1-ci bənd. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi-həkim-məsləhət komissiyasına müraciət edir. 2.2-ci bənd. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.6-cı bənd. Tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri” nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir.
21. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il “26” dekabr tarixli “19-1” nömrəli qərarı ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara həbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə” Təlimat: 1.1-ci bənd. Bu Təlimat Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 163-cü maddəsinin birinci hissəsinə əsasən hazırlanmışdır və Azərbaycan Ordusunda və başqa silahlı birləşmələrdə (bundan sonra Silahlı Qüvvələr), hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda), habelə keçmiş SSRİ-nin Silahlı Qüvvələrində hərbi xidmət (hərbi toplanış) keçmiş şəxslərə hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması qaydalarını tənzimləyir. 2.1-ci bənd. Tibbi sosial ekspert komissiyasının (TSEK) funksiyalarını həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bundan sonra – Xidmət) tərəfindən hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq aşağıda göstərilən əlillik səbəbləri müəyyən edilir: 2.1.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik; (xx.xx.2020-ci il tarixədək qüvvədə olan redaksiyası–“Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar”) (çıxarılmışdır) 2.1.3. Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlillik; 2.1.4. Hərbi xidmət dövrü ilə əlaqədar əlillik; 2.1.5. Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlillik; 2.1.6. Ümumi xəstəliklə əlaqədar əlillik.
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri
23. Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
24. Cavabdeh tərəfindən birinci instansiyası məhkəməsinin qərarının tam ləğvi xahiş olunsa da, iddia qismən təmin olunduğundan, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı iddianın təmin olunan hissəsində yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
26. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, ekspert rəyindən müəyyən edilir ki, iddiaçı canlı müayinə olunmaqla onda “Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonra astenonevrotik təzahürlər” diaqnozu, sonrakı dövrlərdə Respublika Psixiatriya Xəstəxanasında 07.09-xx.xx.2022-ci il tarixlərdə müalicəsi və həkim psixiatr komissiyasının xx.xx.2022-ci il tarixli “Fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyət dəyişikliyi. Üzvi mənşəli (qapalı kəllə-beyin travması) stres pozuntusu” diaqnozu öz təsdiqini tapmışdır. Cavabdeh iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsindən imtina cavabı verərkən haqlı olmamışdır. İddiaçının orqanizminin funksiyalarında baş vermiş pozuntular 2020-ci ilin noyabr ayında aldığı travmanın nəticələri olaraq yaransa da, fəsadların həmin vaxtdan və ya sonra yaranması dəqiq müəyyən edilmədiyindən əlilliyin 2020-ci ilin noyabr ayından təyin olunması üçün kifayət qədər əsas yoxdur.
27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir.
28. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçıya ilk öncə 2008, 2014, 2016, 2021-ci illərdə qulaq xəstəlikləri ilə bağlı əlillik təyin edilmişdir. İddiaçı xx.xx.2020xx.xx.2021-ci il tarixlərdə hərbi xidmətdə olmuş, N nömrəli hərbi hissənin xx.xx.2021-ci il tarixli travma arayışına əsasən, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı Xocavənd rayonu istiqamətində düşmən tərəfindən atılan mərmi atışı nəticəsində “Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı asteno-nevrotik təzahürlər” xəsarətini almışdır. Aldığı xəsarətlər nəticəsində qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonra asteno-nevrotik təzahürlər diaqnozu qoyulmuşdur. TSEK-in xx.xx.2022-ci il tarixli cavabından görünür ki, iddiaçıya əlillik təyin edilməsindən imtina edilmişdir. Səbəb kimi “diaqnoz əlillik əlaməti təyin etmir” göstərilmişdir.
29. İş materiallarından o da görünür ki, iddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 5778 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Mülayim dərəcədə ifadə olunmuş üzvi mənşəli təşviş pozuntusu; Mülayim dərəcədə ifadə olunmuş üzvi emosional labil pozuntu; Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir
30. İş materiallarına əlavə olunmuş tibbi sənədlərdən görünür ki, iddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sumqayıt şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2022-ci il tarixli 45/204 nömrəli Tibbi rəyində diaqnoz-Üzvi mənşəli (keçirilmiş qapalı kəllə-beyin travması) emosionəl-labil (astenik) pozuntu F06.6 kimi müəyyənləşdirilmiş, həmin Xəstəxananın PHŞ xx.xx.9022-xx.xx.2022-ci il tarixli 2693/22 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz "Üzvi (travma mənşəli) emosional-labil pozuntu” kimi müəyyənləşdirilmişdir. Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzi PHŞ-nin xx.xx.2022-ci il tarixli 3636 nömrəli tibbi rəyində diaqnoz “Üzvi mənşəli (qapalı kəllə-beyin travması) təşviş pozuntusu F06.4. Posttravmatik stress pozuntusu” F43.1 kimi müəyyənləşdirilmişdir. Sumqayıt şəhər Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2022-ci il tarixli 219/1401 nömrəli Tibbi rəyində diaqnoz “Fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyət dəyişkənliyi. Üzvi mənşəli (qapalı kəllə-beyin travması) təşviş pozuntusu” kimi müəyyənləşdirilmişdir. Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2022-xx.xx.2022-ci il tarixli 10036/22 nömrəli xəstəlik tarixindən çıxarışında diaqnoz “Fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyət dəyişikliyi. Üzvi mənşəli (qapalı kəllə-beyin travması) təşviş pozuntusu" kimi müəyyənləşdirilmişdir. Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin PHŞ xx.xx.2022-ci il tarixli 10115 nömrəli Tibbi rəyində diaqnoz “Fəlakətdən sonrakı (müharibədə yaralanma) şəxsiyyət dəyişikliyi. Postkommosion sindrom’’ kimi müəyyənləşdirilmişdir.
31. İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Ekspertizası və X6 tərəfindən verilmiş T/612 saylı xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, İddiaçı ilkin tibbi sənədlərində qeyd edilmiş “Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonra astenonevrotik təzahürlər” diaqnozu, sonrakı dövrlərdə Respublika Psixiatriya Xəstəxanasında 07.09-xx.xx.2022-ci il tarixlərdə müalicəsi və həkim psixiatr komissiyasının xx.xx.2022-ci il tarixli “Fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyət dəyişikliyi. Üzvi mənşəli (qapalı kəllə-beyin travması) stres pozuntusu” rəyi ilə öz təsdiqini tapmışdır.
32. Beləliklə, ekspert rəyindən və təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, hazırda iddiaçıda göndərişdə qeyd edilmiş fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi F62.0 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarının 7.7.1-ci bəndinə əsasən əlilliyin təyin edilməsinə əsas verir.
33. “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.
34. Belə olan halda, diaqnozda müəyyən edilən xəstəliklərin mövcud olması halında iddiaçının cavabdehin inzibati praktikasına, yəni onun davranışına etimad hüququ və bununla bağlı onun inzibati orqandan qanuni gözləntisi yaranmışdır.
35. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmir.
36. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli, 2-1(118)-2677/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.