Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-394/2021 23.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Ağayev Rəşadət Əhməd oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Tahirova Lətafət Almazxan qızının katibliyi, İddiaçı Anatoliyeviçin nümayəndəsi X1 və iddiaçının vəkili Vəkil iştirakları ilə, İddiaçı Anatoliyeviçin cavabdeh Qusar Rayon İcra Hakimiyyətinə qarşı layihənin razılaşdırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-231/2021 saylı, 07 aprel 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddia tələbi onunla əsaslandırılmışdır ki, Məmmədbəyov X8 şəhəri, Xammədov küçəsi 97 ünvanında 800 kvadrat metr torpaq sahəsini Qusar Bələdiyyəsinin 18 mart 2003-cü il tarixli N 4/4-12 saylı qərarı ilə fərdi yaşayış evi tikintisi üçün satın alıb. Qonşuluqda 2019-cu il yanvar ayında X10 400 kvadrat metr torpaq sahəsini (30 x 13,5 metr) satın alıb. T.Qasımov aldığı 400 kvadrat metr torpaq sahəsində bütövlükdə bir katlavan qazmış və katlavan qazarkən 1 metr onun torpaq sahəsinə müdaxilə etmişdir. Təqdim etdiyi fotoşəkillər də bunu aydın göstərir. T.Qasımovun bu hərəkəti barədə o, Qusar Rayon Polis Şöbəsinə məlumat vermiş, ancaq bundan sonra o, öz sərhədində binanın təməlini atmışdır. X10 binanın təməlini torpağının sərhəddindən atır, bununla da Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin tələblərini pozmuşdur. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı edilən yaşayış evlərinin münasibətində divar hündürlüyünün 0,3 hissəsini buraxılmalıdır. Bu qanunu bir daha 3-cü şəxsin nəzərinə çatdırmış, eyni zamanda həmin şəxsin yaşadığı evə poçt vasitəsilə sifarişli məktub da göndərmişdir. Məktubda xahiş edilmişdir ki, tikdiyi binanı Məcəllənin müvafiq maddələrinə uyğun olaraq tiksin. Həmin şəxs nəinki ara məsafəsi buraxmaq fikrində deyildi, hətta onların torpaq sahəsinə də göz tikmişdi. Təqdim etdiyi fotoşəkildə bütün bunlar aydın görünür. Katlavanı qazarkən onun torpaq sahəsinə bir metr müdaxilə etmişdir. Onun təklifinə X10 məhəl qoymamış və demişdir ki, onun əlində Qusar RİHB Aparatının Memarlıq və Tikinti Şöbəsinin müdiri ilə razılaşdırılmış cizgi, eskiz layihə var və binanı həmin layihə üzrə tikir. O, Qusar RİHB Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri Samxanov Şahbaza müraciət etmiş və ona bildirmişdir ki, Qasımov Tahir ara məsafəsi saxlamadan bina inşa edir. Binanın eni uzunu aldığı torpaq sahəsinin eni uzunu eynidir, ona görə də ara məsafəsi saxlamır. Cavab olaraq Saruxanov Şahbaz ona təklif etmişdir ki, o X10 ilə notariat qaydada razılaşma müqaviləsi bağlasın və Tahir Qasımov binanı həmin layihə üzrə tiksin. Razılaşdırılmış layihə, cizgi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Tikinti Məcəlləsinin 69, 80-ci maddələrinin tələblərinə zidd olaraq tərtib edilmişdir. O, T.Qasımova yenidən təklif etmişdir ki, hələ gec deyil, qanun üzrə layihəni dəyişsin və onlar iki qonşu notariat qaydada müqavilə bağlasın, ancaq T.Qasımov yenə də onun təklifini rədd etmişdir. Yuxarıda göstərilən faktlar üzrə o, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev cənablarına müraciət etmiş və onun 01 may 2019-cu il tarixli ərizəsi yoxlanılması üçün Qusar RİHB Aparatına və surətini onun ünvanına göndərmişlər. Qusar RİHB Aparatının Memarlıq və Tikinti Şöbəsinin müdiri Saruxanov Şahbaz onu T.Qasımovun tikintisinə dəvət etmiş və nəticədə T.Qasımovun tikintisində heç bir qüsur, çatışmazlıq olmamasını bildirmişdir. Sonradan onu Qusar RİHB Aparatına dəvət etmiş və tələb etmişdir ki, o, izahat yazıb təsdiq etsin ki, Tahir Qasımovun tikintisində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Tikinti Məcəlləsinin heç bir tələbi pozulmayıb və ara məsafəsi saxlayıb. O, Saruxanovun təklifinə imza atmamışdır. Saruxanovun yoxlamasından sonra Qusar RİHB Aparatının sosial-iqtisadi inkişafın təşkili şöbəsinin müdiri Zoya Eldarovanın imzası ilə 18 iyul 2019-cu il tarixli № 3-636 məktubla cavab vermişdir ki, T.S.Qasımov özünə məxsus torpaq sahəsində zirzəmi və bir mərtəbədən ibarət fərdi yaşayış evi tikir və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinə əsasən fərdi yaşayış evi məsafə saxlamaqla inşa edir və T.Qasımov heç bir qanun pozuntusu etməmişdir. Halbuki, Qasımov Tahirin tikdiyi bina Zoya Eldarovanın imza etdiyi məktubda göstərildiyi kimi zirzəmi ilə bir mərtəbəli deyil, faktiki zirzəmi ilə iki mərtəbəli binadır. İkinci bina qəti olaraq fərdi yaşayış evi deyil, tamam ayrı məqsədə qulluq edəcək. Uzunluğu 29 metr, eni 13,5 metr olan binanın sağında və solunda cəmi 8 balaca pəncərə inşa edilib. İçəridə otaqlara oxşar heç nə yoxdur. Faktiki tikilmiş bina zirzəmi ilə iki mərtəbədən ibarətdir. Cizgi eskiz layihə də iki mərtəbədən ibarətdir və 8 pəncərənin olması cizgi və layihədə də öz əksini tapmır. Məhkəməyə təqdim etdiyi fotoşəkillərdən də aydın görünür ki, bina zirzəmi ilə iki mərtəbəlidir və heç də fərdi yaşayış evinə oxşamır. Qusar RİHB Aparatında belə bir cavab aldıqdan sonra o, yenidən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etmiş və vəziyyəti izah etmişdir. Komitənin hüquq şöbəsində ona məsləhət bilmişlər ki, Sumqayıt İnzibati Məhkəməsinə müraciət etsin. Tahir Qasımovun torpaq sahəsi hələ ona satılmamış, notariatda qeydə alınmamış, ona izah olunmuşdur ki, küçə tərəfdə olan hasar iddiaçıya məxsusdur. Hasar profnastildən və 50 mm turbalardan, Rusiya istehsalı olan profildən ibarət olmuş, darvazanın materiallarını Qasımovun prorabı Murad adında şəxs söküb naməlum tərəfə aparıb. 6 aydan sonra materialların bir hissəsini avqust ayında 2019-cu il gecə ikən küçə tərəfdən onların qapısına atmışlar. 1. Profil rus istehsalı 20 mmx40 mm-33 m qiyməti, 1,95 man=64 manat; 2. Dayaq turbalar rus istehsalı diametri 50 mm hündürlüyü 3 m x 6 ədəd–18 m qiyməti 1m x 6 manat (18 metr x 6 man)=172 manat;
3. Profnastil 6 ədəd x 2m x 1,30m=12,78 kvadrat metr qiyməti 8 man=108 manat, cəmi hasarın materialı 344 manat ümumiyyətlə ona qaytarılmamışdır. Ərizə ilə Qusar RİHB müraciət etmişdir ki, bir tək evinin damını dəyişsinlər. Ona görə ki, Qusar şəhərində mansardlı bina məqsədə müvafiq deyil. Adi dam qoyulması daha əlverişlidir. Onu da qərəzli şəkildə icra etməkdən imtina etdilər. Onlar tərəfindən verilən 31 oktyabr 2019-cu il tarixli 3-921 nömrəli imtina məktubundan da görünür ki, onlar dediklərinə görə Qusar şəhəri, A.Xammədov küçəsində ona məxsus torpaq sahəsində tikiləcək fərdi yaşayış evinin eskiz layihəsinə münasibət bildirilməsi üçün 2015-ci ildə müraciət etmişdir və onun tərəfindən təqdim olunmuş eskiz layihə İcra Hakimiyyəti tərəfindən razılaşdırılmışdır. 2015ci ildə Qusar Rayon İcra Hakimiyyəti tərəfindən razılaşdırılmış layihədən çıxmaqla fərdi yaşayış evi qonşusu Sevil Güləliyevanın evindən hündürlüyə qaldıraraq onunla qonşuluq münasibətlərinə xələl gətirirmişdir. Qonşusu həm İcra Hakimiyyətinə, həm də FHN-ə şikayət ilə müraciət etmişdir. Qonşunun evi ümumi hasardan 7 metr içəri tərəfdədir. Onun tikdiyi yer ev deyil. Sonradan tikdiyi maşın, xalça yuma sexidir. O da öz binasını tikəndə 2008-ci il tarixdə razılaşdırıb tikməyə başlamışdır. O, həmin binanı onların bu sexi tikməyindən 5 il qabaq tikmişdir. O, necə bilə bilərdi ki, onlar tərəfindən 5 il sonra belə bir, bəlkə də qanuni əsası olmayan sex tikiləcək. 2014-cü il tarixdə bir layihə, 2015–ci il tarixdə başqa bir layihə razılaşdırıb. 2015-ci il tarixdə də Qusar Rayon İcra Hakimiyyəti Memarlıq şöbəsi ilə razılaşdırıb hazırki binanı tikir. Hər dəfəsində binanın eni və uzunun tikildiyi yeri dəyişdirmədən, icra hakimiyyəti ilə razılaşdırılmış qaydada tikinti işləri aparmışdır. 2019-cu il tarixdə yeni layihə vermişdir ki, damı dəyişsin. Evin heç bir otağını və hissəsini dəyişməmiş və bir tək damı dəyişmişdir. Bu o demək deyil ki, o kiminsə hansısa tikintisinə və sairə xələl gətirmişdir. Onun tərəfindən yerində araşdırma aparılmış və ona dəfələrlə bildirilmişdir ki, fərdi yaşayış evi icra hakimiyyəti ilə razılaşdırılmamış layihəyə uyğun tikilməməlidir. Ona görə də, icra hakimiyyəti fərdi yaşayış evi tikiləndən sonra təqdim etdiyi layihəni razılaşdırmadan geri qaytarmışdır. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinə dəqiqləşdirmə verərək, cavabdeh qismində Qusar Rayon İcra Hakimiyyətinin qoyulmasını, digər şəxslərin isə üçüncü şəxs qismində cəlb edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı Anatoli oğlu 2008-ci ilin aprel ayında Qusar Rayon İcra Hakimiyyətinə müraciət edərək özünə məxsus Qusar şəhəri A.Xammətov küçəsındəki 0.08 ha torpaq sahəsində təqdim olunmuş layihəyə uyğun fərdi yaşayış evinin tikintisinə icazə verməsini xahiş etmişdir.10 aprel 2008-ci il tarixdə Qusar Rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsi tərəfindən İddiaçı Anatoli oğluna həmin torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilmiş və fərdi yaşayış evinin eskiz layihəsi rayon icra hakimiyyəti başçısı aparatının memarlıq və tikinti şöbəsi tərəfindən razılaşdırılmışdır. İddiaçı Anatoli oğlu 2015-ci ildə həmin torpaq sahəsində tikilən fərdi yaşayış evinin layihəsində dəyişiklik edilməsi barədə rayon icra hakimiyyətinə müraciət etmişdir. Rayon icra hakimiyyəti başçısı aparatının memarlıq və tikinti şöbəsi tərəfindən onun yeni layihəsini də razılaşdırmaqla qaytarmışdır. Lakin o, Qusar şəhəri A.Xammətov küçəsində tikdiyi fərdi yaşayış evini özünün təqdim etdiyi və 2015-ci ildə rayon icra hakimiyyəti başçısı aparatının memarlıq və tikinti şöbəsi tərəfindən razılaşdırılmış layihədən kənara çıxmaqla tikmişdir.Tikinti işləri aparılarkən İddiaçı Anatoli oğlunun yaxın qonşusu Sevil Güləliyeva rayon icra hakimiyyətinə və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X9 X11 Müfəttişliyinə şikayət etmişdir. Şikayətlə əlaqədar həm rayon icra hakimiyyətinin, həm də Azərbaycan Respublikası FHN-nin Tikintidə X9 X11 Tikinti Müfəttişliyinin mütəxəssisləri tərəfindən yerində araşdırma aparılmış və İddiaçı Anatoli oğlu tərəfindən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəllərinin tələbləri pozulmaqla, yəni rayon icra hakimiyyəti ilə razılaşdırılmış layihədən kənara çıxmaqla fərdi yaşayış evinin tikildiyi müəyyən edilmişdir. Həm rayon icra hakimiyyəti tərəfindən, həm də Azərbaycan Respublikası FHN-nin Tikintidə X9 X11 Tikinti Müfəttişliyi tərəfindən S.Məmmədovdan fərdi yaşayış evinin özü tərəfindən təqdim edilən və rayon icra hakimiyyəti tərəfindən razılaşdırılmış layihəyə uyğun tikilməsini tələb edilmişdir. Lakin İddiaçı fərdi yaşayış evini özünün istədiyi kimi tikmiş və tikinti işləri başa çatdıqdan sonra fərdi yaşayış evinin layihəsinin razılaşdırılması üçün 14 oktyabr 2019-cu il tarixli ərizə ilə rayon icra hakimiyyətinə müraciət etmişdir. Rayon icra hakimiyyəti tərəfindən İddiaçı göndərilmiş 31 oktyabr 2019-cu il tarixli cavab məktubunda 2015-ci ildə razılaşdırılmış layihədən kənara çıxmaqla qonşu ilə ara məsafəsi saxlanılmadan fərdi yaşayış evinin inşa edildiyi, qonşu Sevil Güləliyevanın evindən hündür qaldıraraq onunla qonşuluq münasibətlərinə, həmçinin şəhərin memarlıq üslubuna xələl gətirdiyini bildirmişdir. Həmçinin, X4 şəhəri A.Xammətov küçəsində özünə məxsus torpaq sahəsində rayon icra hakimiyyəti ilə razılaşdırılmaqla zirzəmi və iki mərtəbədən ibarət fərdi yaşayış evi inşa etmişdir. T.Qasımov tərəfindən fərdi yaşayış evi inşa edilərkən İddiaçı Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Azərbaycan Respublikası FHN-nin Tikintidə X9 Agentliyinə, rayon icra hakimiyyətinə, rayon polis şöbəsinə şikayət məktubları yazmaqla T.Qasımov tərəfindən ona məxsus torpaq sahəsinin bir hissəsinin zəbt edilməsi, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinə əsasən fərdi yaşayış evinin ara məsafəsi saxlanılmadan tikilməsi barədə dəfələrlə müraciətlər etmişdir. İddiaçı şikayəti özünün iştirakı ilə rayon icra hakimiyyətinin, Azərbaycan Respublikası FHN-nin Tikintidə X9 X11 Tikinti Müfəttişliyinin, rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırılmış və ona həmin qurumlar tərəfindən yazılı cavablar verilmişdir. Bir daha bildirir ki, T.Qasımov fərdi yaşayış evini Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinə əsasən ara məsafəsi saxlanılmaqla inşa etmişdir. T.Qasımov tərəfindən İddiaçı məxsus torpaq sahəsinin bir hissəsinin zəbt olunması faktı da öz təsdiqini tapmamışdır. T.Qasımov həmin torpaq sahəsini və sahəsində tikilmiş yarımçıq tikilini 29 fevral 2020-ci il tarixdə Quba Rayonu Xucbala kənd sakini X2. Ona görə də, İddiaçı Anatoli oğlunun Qusar Rayon İcra Hakimiyyətinə qarşı iddia tələbi təmin olunmamalıdır. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-231/2021 saylı, 07 aprel 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. (hakim Ceyhun Məmmədov) Qərardan İddiaçı Anatoliyeviç apelyasiya şikayəti vermişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 avqust 2021-ci il tarixli qərardadı ilə apelyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-231/2021 saylı, 07 aprel 2021-ci il tarixli qərarı-İddiaçı Anatoliy oğlunun cavabdeh Qusar Rayon İcra Hakimiyyətinə qarşı X10 tərəfindən “yaşayış evi” adı altında tikilmiş binanın tikinti normalarını pozmaqla tikilməsinin ekspertiza keçirməklə və sairə yollarla müəyyənləşdirilməsi, bu müəyyən olunduğu təqdirdə həmin binanın sökülməsi tələbinə dair iddiasının təmin edilməməsi hissəsində ləğv edilmiş, bu hissədə iddia tələbinin mümkün sayılmaması qərara alınmışdır.
APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ
Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının istifadəsində olan ev birbaşa olaraq mübahisənin predmeti deyildir. Ancaq həmin evin dam örtüyün formasının dəyişdirilməsi ilə bağlı olan mübahisə ilə məhkəməyə iddia verilsə də, heç bir əsas olmadan hakimin qoyduğu suallar əsasında ekspert evin bu məsələ ilə bağlı texniki göstəricilərini araşdırmışdır. Lakin məhkəmə nəzərə almamışdır ki, iddiaçının istifadəsində olan tikili həm sağ, həm sol sahədə olan tikililərdən əvvəl inşa edilmişdir və həmin tikili tikilərkən Tikinti və Şəhərsalma Məcəlləsinin tələbləri nəzərə alınmamışdır. Cavabdeh isə həmin tikililərlə iddiaçının inşa etdiyi tikilinin ara məsafəsini olmamasını bəhanə edir, halbuki lahiyədə iddiaçı evi razılaşdırılmış yerdə tikmiş və bu barədə ekspertin də qeydi var. İddiaçının tələbi evin layihəsində əsaslı dəyişiklik etməsi ilə bağlı deyildir. İddiaçının istəyi dam örtüyünü başqa formada inşa etməklə buna uyğun layihədə dəyişiklik etməkdir ki, cavabdeh buna əsassız imtina ilə cavab vermişdir. Yəni, iddiaçı evin parametrini dəyişmədən, ancaq dam hissəsinə dəyişiklik etmək istəyir. Fərdi yaşayış evi ilə əlaqəsi olmayan tikilinin sözügedən ekspertiza rəyində fərdi yaşayış evinə aid etmişlər, cavabdehin və 3-cü şəxsin mövqeyindən çıxış etmişlər. Ekspert rəyində qeyd olunur ki, zirzəminin eni 12.2 metrdir. Əlavə olaraq hər divarın qalınlığının 0.40 metr olduğunu qeyd etmişlər. Mübahisələndirilən məsələ birbaşa sözügedən tikilinin qonşu sahə olan iddiaçının sahibliyində olan torpaq sahəsi ilə ara məsafəsinin və tikilinin hündürlüyünün ölçüləri baxımından qiymatləndirilməlidir. Ekspert rəyində kobudcasına qeyd olunur ki, tikilinin eni 10.2 metrdir. Açıq aşkar yalandır. Tikilinin eni mübahisənin araşdırılması baxılması baxımından əslində onun çöldən-çölə eni maraq kəsb edir ki, bu halda tikilinin eni 13 metr təşkil edir. Burada həmçinin tikilinin hündürlüyü ilə bağlı rəqəmlərdə ekspert düzgün qeyd etməmişdir və görünür ki, iddiaçının tələbi baxımından məhkəməyə səhv rəy təqdim etmişdir. Belə ki, ekspert qeyd edir ki, tikili, zirzəmi birinci və ikinci mərtəbələrdən ibarətdir, birinci mərtəbənin eni 10.2 metrdir. Halbuki, layihədən və fotoşəkilllərdən müəyyən etmək olur ki, birinci mərtəbənin eni zirzəmi ilə eynilik təşkil edərək 13 metr təşkil edir. İddiaçının istifadəsində olan torpaq sahəsinə bitişik divar da həmin mərtəbənin divarıdır. Məhkəmə tərəfindən təyin edilmiş tikinti texniki ekspertizasının rəyindən müəyyən edilmişdir ki, X10 tərəfindən inşa işləri aparılarkən Tikinti və Şəhərsalma Məcəlləsinin 69-cu maddəsində nəzərdə tutulmuş ara məsafəsinə riayət olunmuşdur. Qeyd olunan Məcəllənin 69-cu maddəsində, o cümlədən Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “ara məsafəsi haqqında müfəssəl qaydalarda”- ara məsafəsi tikilinin üzdə görünən hissəsinə şamil olunur, yəni həmin normalarda tikili altında olan zirzəminin inşa edilməsi üçün məsafənin saxlanması nəzərdə tutulmamışdır. Ona görə də, X10 tərəfindən inşa edilmiş fərdi yaşayış evinin altında olan zirzəmi, zirzəminin üstündə damı dəmir konstruksiya ilə bərkidilmiş dam, eskiz lahiyəsində göstərilmiş binanın tərkib hissəsi kimi qəbul edilməlidir. Yəni, həmin Məcəllənin 69-cu maddəsində qeyd olunan ara məsafəsinin hesablanması zamanı örtük yerləşdiyi yerdən qonşu torpaq sahəsinin sərhədinə kimi olan məsafə deyil, X5 inşa etdirdiyi “fərdi yaşayış evi” kimi qəbul olunan tikili divarından qonşu torpaq sahəsinin sərhədinə qədər olan məsafə hesablanmalıdır. Ekspertiza qanuna zidd və əsassız rəy verərək məhkəmədə iddianın təmin edilməməsi ilə bağlı qərarın qəbul edilməsinə səbəb olmuşdur. Ekspert rəydə qeyd edir ki, tikiliyə baxış keçirilib və müəyyən edilib ki, tikilinin zirzəmi mərtəbəsinin eni 12,2 metrdir. Həmin divarların üzərinə divarların eni 40 sm bir, 40 sm bir gələndə bu isə 13 metr təşkil edir. Hansı ki, həmin obyekt özü eni 13,5 metr olan torpaq sahəsinin üzərində yerləşir. Torpağın elə eni 13,5 metrdir. Tikilinin daxilində birinci və 2-ci mərtəbənin eni 10,2 metrdir. Birinci mərtəbədə giriş qapısından sağ tərəfdə 2 metr enində sahənin birinci mərtəbə ilə iddiaçının torpaq sahəsinə tərəf olan divar arasında qalan yer üstü bağlanaraq anbar kimi istifadə olunur, ikinci mərtəbə 1,25x2 metr ölçüdə hamam, 1,25x1,2 metr ölçüdə ayaqyolu və 4,5x3,5 metr ölçüdə mətbəx yerləşir. Ekspert qəsdən özü evin bu hissələrini ayrı-ayrılıqda qeyd etməklə fikir yaratmağa çalışmışdır ki, bu tikili həqiqətən də yaşayış evidir və elə istifadə olunur. Hansı ki, çəkilən şəkillərdən də görünür ki, bu qeyri-yaşayış sahəsidir. Məhkəmənin buraxdığı kobud səhvlərdən biri isə budur ki, məhkəmə mübahisəsi gedə-gedə iş üzrə 3-cü şəxs mübahisələndirilən obyekti başqa bir şəxsə, 29 fevral 2020-ci ildə X2. Qeyd olunan xüsusatla bağlı məhkəmənin iddiaçının tələbi və ya müraciəti olmadan da mübahisələndirilən obyektin satılması ehtimalını və hətta məhkəməyə müraciəti daxil olduğu andan mübahisələndirilən obyektdə aparılan tikinti işlərini nəzərə alaraq obyektin özgəninkiləşdirilməsi və həmçinin orada tikinti işlərinin aparılmasının dayandırılması barədə qərar qəbul etməli idi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 və iddiaçının vəkili Vəkil apelyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. İş üzrə cavabdeh Qusar Rayon İcra Hakimiyyətinə, üçüncü şəxslər X7 və X12 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə qeyd olunan tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 17.1-ci maddəsinə əsasən, bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar. Azərbaycan Respublikası Tikinti və Şəhərsalma Məcəlləsinin 80.1-ci maddəsinə əsasən, mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “ 0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Həmin Məcəllənin 80.2-ci maddəsinə əsasən, barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. Həmin Məcəllənin 80.3-cü maddəsinə əsasən, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır. Həmin Məcəllənin 80.4-cü maddəsinə əsasən, sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. Həmin Məcəllənin 82.2-ci maddəsinə əsasən, məlumatlandırma icraatı ilə bağlı tikinti niyyəti barədə müraciətin daxil olduğu vaxtdan 1 ay ərzində tikinti layihəsinə irad olmadıqda, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum həmin müddətin bitdiyi vaxtdan 3 iş günü ərzində barəsində məlumatlandırma icraatının tətbiq olunduğu obyektin tikintisi haqqında müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir. Birinci instansiya məhkəməsi qərarında göstərmişdir ki, İddiaçı Anatoli oğlu 2008-ci ilin aprel ayında Qusar Rayon İcra Hakimiyyətinə müraciət edərək, özünə məxsus Qusar şəhəri A.Xammətov küçəsındəki 0.08 ha torpaq sahəsində təqdim olunmuş layihəyə uyğun fərdi yaşayış evinin tikintisinə icazə verməsini xahiş etmişdir. 10 aprel 2008-ci il tarixdə Qusar rayon icra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsi tərəfindən İddiaçı Anatoli oğluna həmin torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilmiş və fərdi yaşayış evinin eskiz layihəsi Qusar rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsi tərəfindən razılaşdırılmışdır. İddiaçı Anatoli oğlu 2015-ci ildə həmin torpaq sahəsində tikilən fərdi yaşayış evinin layihəsində dəyişiklik edilməsi barədə rayon icra hakimiyyətinə müraciət etmişdir. Rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsi tərəfindən onun yeni layihəsidə razılaşdırılmışdır. Lakin İddiaçı Qusar şəhəri A.Xammətov küçəsində tikdiyi fərdi yaşayış evini 2015-ci ildə rayon Qusar Rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və tikinti şöbəsi tərəfindən razılaşdırılmış layihədən kənara çıxmaqla tikmişdir. İddiaçı Anatoli oğlunun apardığı tikilinin Qusar Rayon İcra hakimiyyəti ilə razılaşdırılmış lahiyə üzrə deyil, özünün çəkdirdiyi lahiyə üzrə inşa edilməsi məhkəmə tərəfindən təyin edilmiş və 05 mart 2020-ci il tarixli 10/3784 saylı ekpert rəyi ilə öz təsdiqini tapmışdır. Tikinti işləri başa çatdıqdan sonra fərdi yaşayış evinin layihəsinin razılaşdırılması üçün İddiaçı 11 oktyabr 2019-cu il tarixli ərizə ilə Qusar Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Qusar Rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı göndərilmiş 31 oktyabr 2019-cu il tarixli cavab məktubunda 2015-ci ildə razılaşdırılmış layihədən kənara çıxmaqla qonşu ilə ara məsafəsi saxlanılmadan fərdi yaşayış evini inşa edildiyi, qonşu Sevil Güləliyevanın evindən hündür qaldıraraq onunla qonşuluq münasibətlərinə, həmçinin şəhərin memarlıq üslubuna xələl gətirdiyi bildirilərək, fərdi yaşayış evi tikildikdən sonra təqdim edilən lahiyə razılaşdırılmadan geri qaytarılmışdır. Hazırki iş üzrə məhkəmə tərəfindən 3-cü şəxs qismində cəlb edilmiş X4 şəhəri A.Xammətov küçəsində özünə məxsus torpaq sahəsində Qusar Rayon İcra Hakimiyyəti ilə razılaşdırılmaqla zirzəmi və iki mərtəbədən ibarət fərdi yaşayış evi inşa etdirmişdir. İddiaçı iddia edir ki, Tahir Qasımov tərəfindən inşa edilən tikili fərdi yaşayış evi deyil, qeyri-yaşayış sahəsidir və həmin tikili tikilərkən Tikinti və Şəhərsalma Məcəlləsinin tələbləri nəzərə alınmamışdır. Belə ki, Tahir Qasımov tərəfindən tikili həyata keçirilərkən ona məxsus olan torpaq sahəsindən ən azı 3 metr aralıda həyata keçirilməli idi, lakin fərdi yaşayış evinin divarı onun torpaq sahəsinin sərhədində inşa edilmişdir. Bundan sonra Tahir Qasımov özünün inşa etdirdiyi tikilini və torpaq sahəsini X2. Yaranmış məsələyə aydınlıq gətirilməsi məqsədi ilə, məhkəmə tərəfindən tikinti-texniki ekspertiza təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/3784 nömrəli, 05 mart 2021-ci il tarixli rəyində göstərilmişdir ki, X10 tərəfindən ünvan 5 ünvanında tikilmiş tikilinin planlı yerləşməsi, ölçüləri (eni, uzunu və hündürlüyü), mərtəbələr üzrə quruluşu və forması 2019-cu ildə Qusar RİHB Aparatının Memarlıq və Tikinti şöbəsi ilə razılaşdırılmış eskiz layihəyə uyğundur. Lakin "xxxx" MMC tərəfindən verilmiş eskiz layihəyə tikilinin daxilində birinci və ikinci mərtəbədə layihədə göstərilən arakəsmə divarların inşa olunmadığı, ikinci mərtəbəyə qalxmaq üçün olan pilləkənin və zirzəmi mərtəbəsinə düşmək üçün olan pilləkənin eskiz layihədə göstərilən yerdə inşa olunmadığı müəyyən olundu. X7 məxsus tikilinin zirzəmi mərtəbəsinin 1 metr hündürlüyündə hissəsinin sərhəd xəttinə bitişik yerləşdiyini, birinci və ikinci mərtəbələrin xarici divarının hündürlüyünün 6,2 metr olmasını nəzərə alaraq ara məsafəsi 1,86 metr (6,2x0,3) təşkil edir. X7 məxsus tikilinin birinci və ikinci mərtəbələrin xarici divarının sərhəd xəttindən 2 metr aralıda yerləşməsini nəzərə alaraq, həmin tikilinin Tikinti Məcəlləsinin 69cu maddəsinin 69.5.2-1-ci bəndinin və 69.6-ci bəndinin tələblərinə uyğun olaraq inşa edildiyi müəyyən olunur. X7 ünvan 5 ünvanında fərdi yaşayış evinin tikintisi üçün Qusar Rayon İcra Hakimiyyətinin sərəncamı iş materiallarına əlavə edilmədiyindən həmin sərəncamın Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. İddiaçı tərəfindən Qusar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti şöbəsi tərəfindən razılaşdırılmış ünvan 7 ünvanında tikilmiş tikilinin planlı yerləşməsi, eni, uzunluğu, birinci və ikinci mərtəbələrin hündürlüyü 2015-ci ildə Qusar RİHB Aparatının Memarlıq və Tikinti şöbəsi ilə razılaşdırılmış "xxxx" MMC-nin verdiyi 2015-ci il tarixli eskiz layihəsinə uyğundur və tikili eskiz layihədə göstərilən sahədə inşa olunmuşdur. Lakin tikilinin ikinci mərtəbələrdə inşa edilmiş arakəsmə divarlar 2015-ci ildə Qusar RİHB Aparatının Memarlıq və Tikinti şöbəsi ilə razılaşdırılmış eskiz layihədə göstərilən formada olmadığı müəyyən olundu. Eyni zamanda 2015-ci ildə Qusar RİHB Aparatının Memarlıq və Tikinti şöbəsi ilə razılaşdırılmış eskiz layihədə nəzərdə tutulan mansard mərtəbəsinin hündürlüyü 2,4 metr göstərilsə də faktiki olaraq mansard mərtəbəsinin olmadığı, üçüncü mərtəbənin hündürlüyünün isə 2,8 metr təşkil etdiyi müəyyən olundu. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, bina ilə bağlı layihənin razılaşdırılması hissəsində birinci instansiya məhkəməsi işin faktiki hallarını obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir. İşdə olan Qusar Rayon İcra Hakimiyyəti başçısının aparatının 3-921 nömrəli, 31 oktyabr 2019-cu il tarixli məktubunda göstərilmişdir ki, iddiaçı 2015-ci ildə razılaşdırılmış layihədən kənara çıxmaqla fərdi yaşayış evi inşa etmişdir. Bununla əlaqədar qonşu ilə ara məsafəsini saxlamadan inşa etdiyi fərdi yaşayış evi qonşusu Sevil Güləliyevanın evindən hündürlüyə qaldıraraq onunla qonşuluq münasibətlərinə xələl gətirir. Qonşusu həm rayon icra hakimiyyətinə, həm də FHN-ə şikayət etmişdir. Araşdırma aparılmış və iddiaçıya dəfələrlə bildirilmişdir ki, fərdi yaşayış evi rayon icra hakimiyyəti ilə razılaşdırılmamış layihəyə uyğun tikilməməlidir. Ona görə də, rayon icra hakimiyyətinə fərdi yaşayış evi tikiləndən sonra təqdim etdiyi layihə razılaşdırmadan geri qaytarılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı özünə məxsus olan torpaq sahəsində inşa edəcəyi fərdi yaşayış evinin layihəsini razılaşdırdıqdan sonra onun həmin razılaşdırılmış layihədən kənara çıxaraq digər layihə üzrə tikilini inşa etməsi, o cümlədən tikinti yekunlaşdıqdan sonra yeni lahiyənin razılaşdırılmasının cavabdeh inzibati orqanının üzərinə vəzifə olaraq qoyulması barədə tələb irəli sürməsi əsassızdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, bu hissədə birinci instansiya məhkəməsinin qərarının apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar mövcud deyil. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı - İddiaçı Anatoliyeviçin cavabdeh Qusar Rayon İcra Hakimiyyətinə qarşı onun binası ilə bağlı layihənin razılaşdırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-231/2021 saylı, 07 aprel 2021-ci il tarixli qərarı-İddiaçı Anatoliyeviçin cavabdeh Qusar Rayon İcra Hakimiyyətinə qarşı onun binası ilə bağlı layihənin razılaşdırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.