Məhkəmə qərarları › İş №2-1(105)-396/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-396/2024

20.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-396/2024 20.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə (Açar sözlər:qərarın qismən ləğv edilməsi) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Babayeva Hökümə Çingiz qızı və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “xx.xx.2022-ci il tarixli, **********161900 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar”ın qismən, ƏDV üzrə 204705,14 manat artıq hesablanması hissəsi istisna olmaqla, qalan hissədə ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(118)-801/2023 nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********161900 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar”dan görünür ki, "xxxx" MMC barəsində artıq vergi məbləği hesablanmışdır. Məhkəmə Ekspertiza Mərkəzinin 9/626 saylı, 25 iyul 2023-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, 2018-2020-ci illər üzrə cəmiyyət tərəfindən ödənilməli mənfəət vergisinin 12.898,28 manat az hesablandığı müəyyən edildi və vergi orqanı tərəfindən xx.xx.2022-ci il tarixli **********161990 nömrəli qərara əsasən həmin illər üzrə hesablanmış 1.182.236,65 manat mənfəət vergisi, 12.898,28 manat hissə istisna olmaqla, qalan hissədə öz təsdiqini tapmamışdır; rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, oktyabr 2018 - sentyabr 2021-ci il hesabat dövləri üzrə cəmiyyət tərəfindən əlavə dəyər vergisinin 23.042,46 manat artıq hesablandığı müəyyən edilmişdir və xx.xx.2022-ci il tarixli **********161990 nömrəli Qərara əsasən həmin hesabat dövrləri üzrə hesablanmış 89.898,62 manat ƏDV məbləğinin düzgünlüyü öz təsdiqini tapmamışdır; ekspertiza tədqiqatı nəticəsində cəmiyyətin 2020-ci il üzrə dövlət büdcəsinə ödənilməli olan əmlak vergisinin 925.90 manat məbləğində olduğu müəyyən edilmişdir və vergi orqanı tərəfindən xx.xx.2022-ci il tarixli, **********161990 nömrəli qərara əsasən həmin il üzrə hesablanmış 925,90 manat əmlak vergisi məbləğinin düzgünlüyü təsdiq olunmuşdur; cəmiyyətin dövlət büdcəsinə ödəməli olduğu 2020-cı ilin 2-ci-3-cü rüblərinə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə vergi orqanı tərəfindən xx.xx.2022-cİ il tarixli **********161990 nömrəli qərara əsasən hesablanmış ümumilikdə 1.580,78 manat əlavə məbləğin düzgünlüyü təsdiq olunmuşdur; ƏDV məbləğinin gec ödənilməsinə görə vergi orqanı tərəfindən xx.xx.2022-ci il tarixli **********161990 nömrəli qərara əsasən Vergi Məcəlləsinin 58.6-cı maddəsinə müvafiq olaraq tətbiq edilmiş 257.145.55 manat məbləğində maliyyə sanksiyasının düzgünlüyü müəyyən edilir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xx.xx.2022-ci il tarixli **********161900 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi” barədə qərar qəbul edilməsi” məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “xx.xx.2022-ci il tarixli, **********161900 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar”ın qismən, ƏDV üzrə 204705,14 manat artıq hesablanması hissəsi istisna olmaqla, qalan hissədə ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin (bundan sonra - cavabdeh vergi orqanı) xx.xx.2021-ci il tarixli **********151764 nömrəli qərarına əsasən İddiaçı MMC-də oktyabr 2018 sentyabr 2021 hesabat dövrünü əhatə edən növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama xx.xx.2021-ci il tarixdə başlamış, xx.xx.2022-ci il tarixdə bitmiş, nəticəsi isə xx.xx.2022-ci il tarixli **********151775 nömrəli aktla rəsmiləşdirilmişdir. Həmin aktda qeyd edilənlərə əsasən səyyar vergi yoxlaması 6 halda ümumilikdə 168 gün müddətinə müvəqqəti dayandırılmış, 1 halda isə 30 gün müddətinə uzadılmışdır. “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan səndlərin təqdim olunması haqqında” xx.xx.2021-ci il tarixli **********151790 nömrəli Tələbnamə elektron formada iddiaçının elektron kabinetinə göndərilmiş, “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2022-ci il tarixli **********155341 nömrəli Qərar qəbul edilmiş və xx.xx.2022-ci il tarixli sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina haqqında akt tərtib edilmişdir. xx.xx.2022-ci il tarixli **********155039 nömrəli “Ekspertizanın təyin edilməsi haqqında” Qərara əsasən “Azərekspertiza” Birliyinin eksperti Əliyev Bakir ekspert qismində yoxlamaya dəvət edilmiş və sonuncu xx.xx.2022-ci il tarixli məktubla ekspert rəyinin verilməsinin imkan xaricində olduğunu bildirmişdir. Yoxlama zamanı iddiaçının 2018-2020-ci illər üzrə gəlirdən çıxılan xərcləri müəyyən edilmədiyindən, həmin illər üzrə mənfəət vergisi AR Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən şərti rentabellik norması əsasında hesablanmışdır. Bundan başqa, iddiaçı mənfəət vergisi bəyannaməsini 2018-ci il üzrə kassa metodu, 2019-cu il üzrə isə hesablama metodu ilə vermiş və bu zaman VM-nin 130-cu maddəsinin tələblərinə riyaət etmədiyindən, 2019cu ilin əvvəlinə olan 1 373 229.92 manat debitor borc məbləği metod dəyişməsi səbəbindən mənfəət vergisinə cəlb edilmişdir. İddiaçı tərəfindən 2018-ci ilin oktyabr-dekabr, 2019-2020-ci illərin yanvar-dekabr, 2021- ci ilin isə yanvar-iyul ayları üzrə təqdim edilmiş ƏDV byannamələri üzrə aparılmış araşdırma zamanı ƏDV-yə cəlb edilən dövriyyənin VM-nin 166-cı və 175.1-ci maddələrinin tələblərinə uyğun olaraq düzgün müəyyən edilmədiyi, nəticə etibarilə bəzi hesabat ayları üzrə dövriyyənin az, bəzi hesabat dövləri üzrə isə artıq bəyan edildiyi müəyyən edilmişdir. İddiaçı tərəfindən 2020-ci il üzrə hər hansı əmlak vergisi bəyannaməsi təqdim edilmədiyindən, 2019-cu ilin Əmlak vergisi bəyannaməsində bəyan edilmiş hesabat ilinin sonuna olan 185179.90 manat əmlakın qalıq dəyəri nəzərə alınmaqla, iddiaçıya 2020-ci il üzrə 925.90 manat ((185179.9 + )/2 * 1%) əmlak vergisi hesablanmışdır. 2020-ci ilin 2 və 3-cü rübləri üzrə ümumilikdə 1580.78 manat məcburi dövlət sosial sığorta haqlarının azaldıldığı müəyyən edilmişdir.Yoxlama nəticəsində 2019-cu ilin 4-cü rübü üzrə kameral vergi yoxlamasını nəticəsində hesablanmış 2171.58 manat ödəmə mənbəyində tutulan verginin artıq hesablandığı müəyyən edilmişdir. Səyyar vergi yoxlamasının nəticəsində xx.xx.2022-ci il tarixli **********161990 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuiliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmiş və həmin qərara əsasən mənfəət vergisi ilə bağlı 2018-ci üzrə 375 811.61 manat, 2019-cu il üzrə 483 440.83 manat, 2020-ci il üzrə 322 984.21 manat, ümumilikdə 1 182 236.65 əlavə vergi məbləği hesablanmış və 591 118.34 manat maliyyə sanksiyası tətbiq edilmiş, ƏDV ilə bağlı 2018-ci il üzrə 58397.61 manat, 2020-ci il üzrə 51110.63 manat, 2021-ci il üzrə 19757.42 manat, ümumilikdə 129 265.66 manat əlavə vergi məbləği hesablanmış, 146 216.11 manat maliyyə sanksiyası tətbiq edilmiş və 39 367.04 manat ƏDV-nin artıq hesablandığı müəyyən edilmiş, əmlak vergisi ilə bağlı 2020-ci il üzrə 925.90 manat əlavə vergi məbləği hesablanmış və 462.95 manat maliyyə sanksiyası tətbiq edilmiş, məcburi dövlət sosial sığorta haqları ilə bağlı 2020-ci il üzrə 1 580.78 manat əlavə məbləğ hesablanmış və 790.39 manat maliyyə sanksiyası tətbiq edilmiş; ödəmə mənbəyində tutulan vergi ilə bağlı 2019-cu il üzrə 2 171.58 manat vergi məbləğinin artıq hesablandığı müəyyən edilmiş, ƏDV məbləğinin ödənilməməsinə görə 2018-ci il üzrə 110 981.70 manat, 2019-cu il üzrə 146 165.85 manat maliyyə sanksiyası tətbiq edilmiş, vergi hesabatının vaxtında təqdim edilməməsinə görə 120 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Beləliklə, xx.xx.2022-ci il tarixli **********161990 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuiliyyətə cəlb edilməsi haqqında” Qərara əsasən iddiaçıya 1314008.99 manat əlavə vergi məbləği hesablanmış, 995855.34 manat maliyyə sanksiyası tətbiq edilmiş və 41538,62 manat vergilərin artıq hesablandığı müəyyən edilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd olunmuşdur ki, cavabdeh vergi orqanının xx.xx.2021-ci il tarixli **********151764 nömrəli qərarına əsasən iddiaçıda xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrlərini əhatə etməklə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və həmin qərar və yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış iddiaçının nümayəndəsi imzalanaraq tanış olması barədə müvafiq qeydlər aparılmışdır. Vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********151790 saylı “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında Tələbnamə" təqdim edilmişdir. Tələbnamədə göstərilən sənədlər yoxlamaya təqdim edilməmişdir. Yoxlama üçün naməlum olan xərclərin Vergi Məcəlləsinin 67.1-ci maddəsində sadalanan əlaqəli məlumatların müəyyən edilməsi mümkün olmamışdır. Odur ki, vergi məcəlləsinin 67.14-cü maddəsinə əsasən məcəllənin 67.1-ci maddəsində göstərilən məlumatların müəyyən edilməməsi səbəbindən vergi ödəyicisinin xərclərinin müəyyən etmək mümkün olmadığı üçün vergi ödəyicisinin vergiyə cəlb edilən gəliri Vergi Məcəlləsinin 83.9-cü maddəsinə və Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən (04 aprel 2003-cü il tarixli 42 saylı qərarı ilə edilmiş əlavə və dəyişikliklər nəzərə alınmaqla) gəlirə görə şərti rentabellik norması əsasında aşağıdakı üsuldan istifadə edilməklə müəyyən edilmişdir. M = G x R : (100+R) M - Vergiyə cəlb olunmalı mənfəət məbləği G - Vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir R - Şərti rentabellik normasıdır və bu norma 20 % səviyyəsində götürülür. M 2018 = 11 623 788.43 x 20 / 120 = 1 937 298,07 manat İddiaçının vergiyə cəlb olunan mənfəəti 1 937 298,07 manat olduğundan həmin mənfəətdən hesablanacaq mənfəət vergisinin məbləği 387 459.61 manat (1 937 298,07 * 20% = 387 459.61) olacaqdır. İddiaçı tərəfindən 2018-ci il üzrə 11 648.00 manat Mənfəət vergisi hesablanmışdır 2018-ci il mənfəət vergisi üzrə 375 811.61 (387 459.61 - 11 648.00) manat əlavə vəsait hesablanmışdır. Həmçinin, 2019-cu il üzrə iddiaçının fəaliyyəti araşdırılan zaman müəyyən edilmişdir ki, "xxxx" MMC hesablama metodundan istifadə edərək mənfəət vergisi bəyannaməsini təqdim etmişdir. 2019-cu il üzrə "xxxx" MMC-nin təqdim etdiyi mal (iş xidmətlərin) dəyərinin 15 033 170.11 manat olduğu müəyyən olunmuş və iddiaçı tərəfindən 2019-cu il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ümümi gəlirini 13 856 205.70 manat qeyd etmişdir. Lakin iddiaçı 2018- ci ildən seçdiyi kassa metodunu 2019-cu ilə hesablama metoduna dəyişərkən Vergi Məcəlləsinin 130-cu maddəsinin tələblərinə riayət etməmişdir. Vergi məcəlləsinin 130.1-ci maddəsinə əsasən Vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər Vergi Məcəlləsinə əsasən müəyyən edilir. Eyni zamanda Vergi Məcəlləsinin 130.2-ci maddəsinə əsasən Vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. Həmçinin Vergi Məcəlləsinin 130.3-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan gəlir Vergi Məcəlləsinin tələblərinə əməl etmək üçün zəruri düzəlişləri aparmaq şərti ilə vergi ödəyicisinin öz mühasibat uçotunda istifadə etdiyi metodla hesablanmalıdır və Vergi Məcəlləsinin 130.5-ci maddəsinə əsasən vergi ödəyicisinin istifadə etdiyi uçot metodu dəyişdirilərkən, verginin məbləğinə təsir göstərən mühasibat əməliyyatlarına düzəlişlər uçot metodunun dəyişdirildiyi ildə aparılmalıdır ki, bu əməliyyatlardan heç biri nəzərdən qaçırılmasın və ya iki dəfə hesaba alınmasın. Vergi ödəyicisi tərəfindən yoxlama dövrünün əvvəlinə, yoxlama dövrü üzrə və yoxlama dövrünün sonuna debitor və kreditorlar barədə məlumat təqdim edilmədiyindən bank hesabları və təqdim edilmiş elektron qaimə-fakturalar əsasında vergi ödəyicisinin debitor və kreditorları barədə məlumat hazırlanmışdır. Belə ki, 2019-cu ilin əvvəlinə olan 1373229,92 manat faktiki debitor borc məbləğləri metod dəyişərkən mənfəətə cəlb edilmişdir. Həmçinin, vergi ödəyicisi tərəfindən xx.xx.2020-ci il tarixli **********100000 nömrəli məktubunda “2020-ci il 1 yanvar tarixinədək ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyicilərinin 2020-ci il 1 yanvar tarixinədək yaranan debitor borcları və alınmış avansları üzrə kreditor borcları barədə” məlumat formasına əsasən debitor və kreditor borclarının olmamasını göstərmişdir. 2018-ci ildə “İnşaatçı-Neftçi" MMC-yə 20000,0 manat dəyərində elektron qaimə-faktura təqdim edilmiş lakin alıcı tərəfindən bank hesabına 35000,00 manat ödəniş edilmişdir. 2018-ci ildə "xxxx" MMC tərəfindən elektron qaimə-faktura məbləğindən artıq ödənilmiş 15000,00 manat (avans) 2019-cu ildə İddiaçı MMC tərəfindən təqdim edilmiş 15000,00 manat dəyərində elektron qaimə-fakturaya əsasən avans bağlandığı üçün gəlirə cəlb edilmişdir. Beləliklə, 2019-cu ildə malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir məbləği 13644940,19 manat, uçot metodunun dəyişməsinə görə 1373229,92 manat debitor borc və 15000,00 manat bağlanmış avans nəzərə alınmaqla cəmi gəlir 15033170,11 manat müəyyən edilmişdir. Yoxlama üçün naməlum olan xərclərin Vergi Məcəlləsinin 67.1-ci maddəsində sadalanan əlaqəli məlumatların müəyyən edilməsi mümkün olmamışdır. Odur ki, vergi məcəlləsinin 67.14-cü maddəsinə əsasən məcəllənin 67.1-ci maddəsində göstərilən məlumatların müəyyən edilməməsi səbəbindən vergi ödəyicisinin xərclərinin müəyyən etmək mümkün olmadığı üçün vergi ödəyicisinin vergiyə cəlb edilən gəliri Vergi Məcəlləsinin 83.9 maddəsinə və Nazirlər Kabinetinin 01,03.2001-ci il tarixli 55 saylı qərarına əsasən (04 aprel 2003cü il tarixli 42 saylı qərarı ilə edilmiş əlavə və dəyişikliklər nəzərə alınmaqla) gəlirə görə şərti rentabellik norması əsasında aşağıdakı üsuldan istifadə edilməklə müəyyən edilmişdir. M = GxR : (100+R) M - Vergiyə cəlb olunmalı mənfəət məbləği G - Vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir R - Şərti rentabellik normasıdır və bu norma 20 % səviyyəsində götürülür. M 2019 = (13 644 940.19+1 373 229.92+15000) x 20 / 120 = 2 505 528,35 manat Vergi ödəyicisinin vergiyə cəlb olunan mənfəəti 2 505 528.35 manat olduğundan həmin mənfəətdən hesablanacaq mənfəət vergisinin məbləği 501 105.67 manat (2 505 528,35 * 20% = 501 105.67) olacaqdır. Ödəyici tərəfindən 2019-cu il üzrə 17 664.84 manat Mənfəət vergisi hesablanmışdır. 2019-cu il mənfəət vergisi üzrə 483 440.83 (501 105.67 - 17 664.84) manat əlavə vəsait hesablanmışdır. Yoxlama üçün naməlum olan xərclərin Vergi Məcəlləsinin 67.1-ci maddəsində sadalanan əlaqəli məlumatların müəyyən edilməsi mümkün olmamışdır. Odur ki, vergi məcəlləsinin 67.14-cü maddəsinə əsasən məcəllənin 67.1-ci maddəsində göstərilən məlumatların müəyyən edilməməsi səbəbindən vergi ödəyicisinin xərclərinin müəyyən etmək mümkün olmadığı üçün vergi ödəyicisinin vergiyə cəlb edilən gəliri Vergi Məcəlləsinin 83.9 maddəsinə və Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən (04 aprel 2003-cü il tarixli 42 saylı qərarı ilə edilmiş əlavə və dəyişikliklər nəzərə alınmaqla) gəlirə görə şərti rentabellik norması əsasında aşağıdakı üsuldan istifadə edilməklə müəyyən edilmişdir. M = G x R : (100+R) M - Vergiyə cəlb olunmalı mənfəət məbləği G - Vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir R - Şərti rentabellik normasıdır və bu norma 20 % səviyyəsində götürülür. 2020-ci il ərzində təqdim edilmiş elektron qaimə-faktura məlumatlarına əsasən cəmi gəlirlər 9983772,49 manat olduğunu nəzərə alsaq vergi ödəyicisinin vergiyə cəlb olunmalı mənfəəti aşağıdakı kimi müəyyən edildi: M 2020 = 9 983 772.49 x 20 / 120 = 1 663 962.08 manat İddiaçının vergiyə cəlb olunan mənfəəti 1 663 962.08 manat olduğundan həmin mənfəətdən hesablanacaq mənfəət vergisinin məbləği 332 792.42 manat (1 663 962.08 20% = 332 792.42) olacaqdır. Ödəyici tərəfindən 2020-ci il üzrə 9 808.21 manat Mənfəət vergisi hesablanmışdır. 2020-ci il mənfəət vergisi üzrə 322 984.21 (332 792.42 - 9 808.21) manat əlavə vəsait hesablanmışdır. Beləliklə mənfəət vergisi üzrə 1 182 236.65 manat əlavə vəsait və 591 118.34 manat maliyyə sanksiyası hesablandı. Keçirilən səyyar vergi yoxlaması üzrə müəssisəyə ƏDV üzrə kənarlaşmadan cəm olaraq 89 898.63 manat ƏDV hesablanmışdır. Müəssisə ƏDV üzrə yoxlama dövründə 292 432.19 manat azalmaya və 202 533.56 manat artıq hesablamaya yol vermişdir. Səyyar vergi yoxlaması zamanı Vergi Məcəlləsinin 166-cı və 175.1-ci maddələrinin tələbləri nəzərə alınmaqla, ƏDV üzrə vergi tutulan əməliyyatın aparıldığı vaxt yoxlamanın hər ili üzrə qüvvədə olan Vergi Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq müəyyən olunmuşdur. Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı) üzrə 2020-ci ilin 2-ci və 3-cü rübləri üzrə kənarlaşma aşkar edildi. 2-ci rüb "Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələri (hesabatı)"nda 902-ci “Gəlirlər"sətirinin 3-cü ayı üzrə göstərilmiş 5215.00 manat gəlirin məbləği, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş 7980.00 manat gəlir məbləğindən 2765.00 manat az, 3-cü rüb "Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələri (hesabatı)"nda 902-ci “Gəlirlər"sətirinin 1-ci ayı üzrə göstərilmiş 6330.00 manat gəlirin məbləği, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş 7980.00 manat gəlir məbləğindən 1650.00 manat az, 902-ci “Gəlirlər"sətirinin 2-ci ayı üzrə göstərilmiş 6605.00 manat gəlirin məbləği, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş 7980.00 manat gəlir məbləğindən 1375.00 manat az və 902-ci “Gəlirlər"sətirinin 3-cü ayı üzrə göstərilmiş 7420.00 manat gəlirin məbləği, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş 7710.00 manat gəlir məbləğindən 290.00 manat az əks etdirildiyi üçün kənarlaşma yaranmışdır. Vergi ödəyicisi tərəfindən 2019-cu il mənfəət vergisi bəyannaməsinin 1 N-li əlavəsinin “Hesabat dövrünün xalis mənfəəti” sətrinin təqdim edilmişdir xanasında 21 715.76 manat məbləğ göstərilmiş və “Ödəmə mənbəyində tutulan vergi” hesabatında isə bu məlumatlar əks edirilməmişdir. Bu məlumatlara əsasən ödəyicidə keçirilən kameral vergi yoxlaması ilə 2019- cu il 4-cü rüb “Ödəmə mənbəyində tutulan vergi” hesabatında 2 171.58 manat verginin yayındırılması aşkar edilmişdir. Səyyar vergi yoxlaması zamanı ödəyici tərəfindən bu barədə heç bir sənəd təqdim edilmədiyindən 2019-cu il 4-cü rüb “Ödəmə mənbəyində tutulan vergi” hesabatında kameral vergi yoxlaması ilə hesablanmış 2 171.58 manat məbləğ azaldılmışdır. Ödəyici tərəfindən 2020-ci il üzrə əmlak vergisi bəyannaməsi təqdim edilməmişdir. Səyyar vergi yoxlaması zamanı yoxlama dövrünə daxil olduğu üçün 2020-ci il üzrə əmlak vergisi yoxlama ilə əhatə edilmişdir. 2019-cu il üzrə ödəyici tərəfindən təqdim edilmiş Əmlak vergisi bəyannaməsində Hesabat ilinin sonuna olan Əmlakın ümumi qalıq dəyəri sətrində göstərilmiş 185 179.90 manat məbləğ növbəti ildə hesabat ilinin əvvəlinə olan əmlakın qalıq dəyərinə bərabər olmalıdır. Buna görə də 185 179.90 manat məbləğ hesabat ilinin əvvəlinə olan əmlakın ümumi qalıq dəyəri sətrinə yazılmışdır. Vergi Məcəlləsinin 202.1.1-ci maddəsinə əsasən 925.90 manat ( [185 179.90 + 0.00] /2*1% = 925.90 ) vergi və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 462.95 manat maliyyə sanksiyası hesablanmışdır. Səyyar vergi yoxlamasının nəticələri xx.xx.2022-ci il tarixli **********151775 nömrəli aktla rəsmiləşdirilmiş və həmin akta əsasən xx.xx.2022-ci il tarixli, **********161990 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərar qəbul edilmişdir. Səyyar vergi yoxlaması zamanı tərtib edilmiş bütün qərarlar vergi ödəyicisinin elektron və poçt ünvanına göndərilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(118)-801/2023 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, cavabdeh Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********161990 nömrəli qərarı “89,898.62 manat ƏDV və 1,169,338.37 manat mənfəət vergisinin hesablanması, həmin vergi məbləğləri üzrə maliyyə sanksiyalarının tətbiq edilməsi” hissəsində ləğv edilməsi, iddianın digər hissədə təmin edilməməsi qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki iş üzrə İddiaçı MMC barəsində cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********161990 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuiliyyətə cəlb edilməsi haqqında” Qərarın mübahisələndirilməsindən ibarətdir və vergi orqanı vergilərin hesablanması zamanı vergi qanunvericiliyinin tələblərini pozmuşdur. İstər növbəti, istərsə də növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qəbul edilmiş qərarlar vergi ödəyicisi üçün hüquqi nəticə yaratmadıqlarından inzibati akt hesab edilməsələr də, məhkəmənin həmin qərarın və onun əsasında keçirilən yoxlamanın qanuniliyini qiymətləndirmək imkanı istisna edilmir. Belə ki, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin nəticələrinə dair qəbul edilmiş vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi barədə qərar inzibati məhkəmə icraatında mübahisələndirildiyi halda, inzibati məhkəmə icraatında həm də növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin qanuniliyi və əsaslılığı yoxlanılır. Növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi, bir tərəfdən sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatın nələrdən ibarət olduğunu dəqiq göstərməyə, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Hazırki mübahisəyə münasibətdə cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə xx.xx.2021-ci il tarixli, **********151764 nömrəli qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları (mənbəyi bəlli olan əlaqəli məlumatları) açıqlamamış, diskresion səlahiyyətlərindən niyə məhz bu formada istifadə etməsinin səbəblərini əsaslandırmamışdır. Bu mənada növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi və keçirilməsi üzrə yuxarıda istinad olunan normaların tələbləri ilə bağlı məhkəmənin hüquqi mövqeyi baxımından inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etdiyi, diskresion səlahiyyət əsasında qəbul etdiyi qərarını əsaslandırdığı, yoxlamanın keçirilməsi üçün yuxarıda qeyd olunan əsasların mövcudluğu, həmin əsasların mötəbərliyi və qanunauyğunluğu iş üzrə materiallarla təsdiq olunmur. Odur ki, cavabdeh tərəfindən aparılmış yoxlama iddiaçının sahibkarlıq fəaliyyətinə və konstitusiyanın qoruma sferasına aid olan azad sahibkarlıq hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir. Cavabdeh vergi orqanı həyata keçirdiyi hesablamaları vergi ödəyicisi tərəfindən müvafiq hesabat dövrləri ərzində ƏDV üzrə vergitutulan əməliyyatların və əvəzləşdirilən ƏDV məbləğlərinin vaxtının və məbləğinin düzgün müəyyən edilməməsi ilə əsaslandırmışdır. Bununla bağlı cavabdeh vergi orqanı yoxlanılan dövr üzrə ƏDV üzrə hesablama apararkən vergi qanunvericiliyinin tələblərini pozmuşdur. Belə ki, səyyar vergi yoxlaması aktının 15-ci səhifəsində qeyd edilənlərə əsasən vergi orqanı xx.xx.2018-ci il tarixli HU seriyalı 754885 nömrəli elektron vergi hesab faktura üzrə aparılmış 375,226.88 manat məbləğində əməliyyatı 2018-ci ilin oktyabr ayının vergi tutulan dövriyyəsinə daxil etmiş və nəticədə iddiaçıya 67,540.83 manat ƏDV məbləği hesablamışdır. Halbuki, qeyd olunan xx.xx.2018-ci il tarixli HU seriyalı 754885 nömrəli elektron vergi hesab faktura üzrə aparılmış 375,226.88 manat məbləğində əməliyyat vergi ödəyicisi tərəfindən 2018-ci ilin sentyabr ayı üzrə təqdim edilmiş vergi bəyannaməsində vergitutulan dövriyyəyə daxil edilərək vergi hesablanmış və həmin hesabat dövrü cavabdeh vergi orqanının xx.xx.2018-ci il tarixli **********168122 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarına əsasən təyin edilmiş əvvəlki səyyar vergi yoxlaması ilə əhatə olunaraq, müvafiq hesabat dövrü üzrə təqdim edilmiş vergi bəyannaməsinin düzgünlüyü həmin yoxlama ilə təsdiq edilmişdir. Bu isə o deməkdir ki, cavabdeh vergi orqanı 375,226.88 manat məbləğində vergiyə cəlb edilən əməliyyatı həm 2018-ci ilin sentyabr, həm də oktyabr aylarına aid etməklə, iddiaçıya 67,540.83 manat ƏDV məbləğini iki dəfə hesabamışdır. Digər tərəfdən 2018-ci ilin sentyabr ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsi üzrə vergilərin yenidən hesablanması üçün Vergi Məcəlləsinin 85.4-cü maddəsində nəzərdə tutulmuş 3 illik müddət bitmişdir. Nəticə etibarilə, hətta 375,226.88 manat vergiyə cəlb edilən dövriyyə 2018-ci ilin oktyabr ayının dövriyyəsi olsa belə, həmin dövriyyə 2018-ci ilin sentyabr ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində bəyan edilmiş, həmin bəyannamənin doğruluğu vergi orqanı tərəfindən təsdiq edilmiş və hesabat dövrü üzrə vergilərin yenidən hesablanması ilə bağlı müddət də bitmişdir. Vergi Məcəlləsinin 3.5-ci maddəsinə əsasən heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Göstərilənlərə əsasən səyyar vergi yoxlaması nəticəsində 2018-ci ilin oktyabr ayı üzrə müəyyən edilmiş 375,226.88 manat məbləğində vergiyə cəlb edilən əməliyyat və ona müvafiq olaraq hesablanmış 67,540.83 manat ƏDV məbləği vergi qanunvericiliyinin tələblərinə zidd olmuşdur. Bundan başqa səyyar vergi yoxlaması nəticəsində iddiaçı tərəfindən yoxlanılan hesabat dövrləri üzrə təqdim edilmiş ƏDV bəyannamələrində 252,223.58 manat dövriyyə üzrə əvəzləşdirilmiş 45,400.25 manat ƏDV məbləği vergi orqanı tərəfindən etibarsız hesab edilərək bərpa edilmişdir. Lakin məhkəmə araşdırması zamanı ekspertiza tədqiqatına müvafiq olaraq iddiaçı tərəfindən alınmış və ya idxal edilmiş malların dəyərinin və ƏDV məbləğinin qanunla müəyyən edilmiş qaydada ödənildiyi müəyyən edilmişdir ki, bu da əvəzləşdirilmiş 45,400.25 manat ƏDV məbləğinin vergi orqanı tərəfindən etibarsız hesab edilərək bərpa edilməsinin vergi qanunvericiliyinin tələblərinə uyğun olmadığını göstərir. Belə ki, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə verilmiş xx.xx.2023-cü il tarixli 9/626 nömrəli ekspert rəyinə əsasən ekspertiza tədqiqatı nəticəsində cəmiyyət tərəfindən elektron qaimə faktura (elektron vergi hesab faktura) əsasında alınmış ümumilikdə 31,909,043.40 manat məbləğində malların (işlərin, xidmətlərin) dəyərinin nağdsız qaydada bank hesabı vasitəsilə, 5,743,627.80 manat məbləğində ƏDV məbləğinin isə ƏDV sub-uçot hesabı vasitəsilə, həmçinin idxal edilmiş 325,516.03 manat məbləğində malların dəyərinin tam ödənildiyi müəyyən edilmişdir. Həmçinin qeyd olunan ekspert rəyinin ikinci sual üzrə gəldiyi nəticəyə əsasən mübahisələndirilən xx.xx.2022ci il tarixli qərar ilə yoxlama ilə əhatə olunan hesabat dövrləri üzrə vergi orqanı tərəfindən hesablanmış 89,898.63 manat ƏDV məbləğinin düzgünlüyü müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən xx.xx.2022-ci il tarixli **********161990 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuiliyyətə cəlb edilməsi haqqında” Qərar hesablanmış 89,898.62 manat əlavə dəyər vergisinə münasibətdə əsassız olmuşdur. İş materiallarına əlavə edilmiş səyyar vergi yoxlaması aktında qeyd edilənlərə əsasən iddiaçının 2018-2021-ci illər üzrə ödəməli olduğu mənfəət vergisi cəmiyyətin gəlirləri əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarı ilə təsdiq edilmiş şərti rentabellik norması nəzərə alınmaqla müəyyən edilmiş və nəticədə iddiaçıya 2018-ci il üzrə 375,811.61 manat, 2019-cu il üzrə 483,440.83 manat, 2020-ci il üzrə 322,984.21 manat əlavə vergi məbləği hesablanmışdır. Cavabdeh apardığı hesablamanı belə əsaslandırmışdır ki, yoxlama üçün naməlum olan xərclərin Vergi Məcəlləsinin 67.1-ci maddəsində sadalanan əlaqəli məlumatlar əsasında müəyyən edilməsi mümkün olmamışdır. Bundan başqa, vergi ödəyicisi vergi uçotunu 2018-ci il üzrə kassa metodu ilə apardığı halda, 2019-cu il üzrə hesablama metoduna dəyişdirmiş və cavabdeh vergi orqanı Vergi Məcəlləsinin 130-cu maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlmişdir ki, iddiaçı 2018-ci ilin sonuna olan 1,373,229.92 manat debitor borc məbləğini 2019-cu il üzrə təqdim edilmiş vergi bəyannaməsində ümumi gəlirə daxil edərək vergiyə cəlb etməli olduğu halda bunu etməmişdir. Bu səbəbdən də cavabdeh yoxlama zamanı göstərilən debitor borc məbləğini 2019-cu il üzrə vergiyə cəlb edilən ümumi gəlirə daxil edərək əlavə vergi məbləği hesablamışdır. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməyə, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmağa borcludur. Başqa sözlə cavabdehin hazırkı vergi yoxlamasında Vergi Məcəlləsinin 67-ci maddəsində müəyyən edilmiş digər üsulları tətbiq etmək hüququndan imtina edərək birbaşa 67.14-cü maddəsini və nəticə etibarı ilə 83.9-cu maddəsini tətbiq etməsi vergi qanunvericiliyin yuxarıda sadalanan tələblərinə ziddir və bu cür metodla aparılmış hesablama qanuni sayıla bilməz. Cavabdeh vergi orqanı səyyar vergi yoxlaması zamanı iddiaçının 2018-2021-ci illər üzrə əldə etdiyi gəlirləri müəyyən etsə də, həmin hesabat dövrləri üzrə xərclərini müəyyən etmək məqsədilə Vergi Məcəlləsinin 67.1-ci madəsində nəzərdə tutulmuş əlaqəli məlumatlardan istifadə etmədən, birbaşa Vergi Məcəlləsinin 83.9-cu maddəsini tətbiq edərək şərti rentabellik normasını tətbiq etməklə iddiaçıya münasibətdə qanunsuz əlverişsiz inzibati akt qəbul etmişdir. Halbuki, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası zamanı vergi ödəyicisinin gəlirlərə və xərclərə dair müvafiq təsdiqedici sənədlərinin mövcud olduğu müəyyən edilmiş və həmin sənədlər əsasında iddiaçının 2018-2020-ci illər üzrə ödəməli olduğu mənfəət vergisi hesablanmışdır. Belə ki, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/626 nömrəli ekspert rəyində (səhifə 3-5) qeyd edilənlərə əsasən ekspertizaya təqdim edilmiş ilkin uçot sənədlərinə əsasən iddiaçının ödəməli olduğu mənfəət vergisinin 2018- ci il üzrə 12,314.49 manat, 2019-cu il üzrə 27,464.84 manat, 2020-ci il üzrə 12,240.0 manat olduğu, nəticədə cəmiyyət tərəfindən 2018-2020-ci illər üzrə ümumilikdə 12,898.28 manat mənfəət vergisinin az hesablandığı müəyyən edilmişdir. Göstərilən ekspert rəyində mənfəət vergisinin hesablanmasının düzgünlüyünün müəyyən edilməsinə dair birinci sual üzrə gəlinmiş nəticəyə əsasən, mübahisələndirilən xx.xx.2022-ci il tarixli qərara əsasən mənfəət vergisi üzrə hesablanmış 1,182,236.65 manat əlavə vergi məbləği 12,898.28 manat hissə istisna olmaqla qalan hissədə öz təsdiqini tapmamışdır. Bundan başqa, vergi uçotu metodunun kassa metodundan hesablama metoduna dəyişdirilməsi ilə bağlı 2018-ci ilin sonuna olan 1,373,229.92 manat debitor borc məbləğinin 2019-cu il üzrə təqdim edilmiş vergi bəyannaməsində ümumi gəlirə daxil edərək vergiyə cəlb edilməsinə münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçının xx.xx.2019-cu il tarixə 1,373,229.92 manat debitor borcunun olduğu müəyyən edilmədi və vergi orqanı buna dair hər hansı mötəbər təsdiqedici sənədi məhkəməyə təqdim edə bilməmişdir. Digər yandan, cavabdeh vergi orqanı uçot metodu dəyişdirildiyi üçün iddiaçının debitor borclarını müəyyən edərək gəlirlərə aid etdiyi halda, iddiaçının xərclərə salınmalı olan kreditor borclarını araşdırmamışdır. Halbuki, uçot metodu kassa metodundan hesablama metoduna dəyişdirilərkən vergi ödəyicisinin əvvəlki metod üzrə kredit borcları yeni metod üzrə gəlirləri, kreditor borcları isə yeni metod üzrə xərcləri kimi qiymətləndirilir. Vergi orqanı iddiaçının vergi uçotu metodunun dəyişdirilməsi əsası ilə debitor borclarını müəyyən etsə də, kreditor borclarını müəyyən etmədiyindən və eyni zamanda, debitor borclarını necə müəyyən etdiyini də məhkəmə araşdırması zamanı sübuta yetirə bilmədiyindən, bu əsasla iddiaçıya hesablanması əlavə vergi məbləği əsassız olmuşdur. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, xx.xx.2022-ci il tarixli **********161990 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuiliyyətə cəlb edilməsi haqqında” Qərar hesablanmış 1,182,26.65 manat mənfəət vergisinə münasibətdə 12,898.28 manat hissə istisna olmaqla, qalan hissədə əsassız olmuşdur. Səyyar vergi yoxlaması aktında qeyd edilənlərə əsasən vergi ödəyicisinin 2019-cu ilin sonu, 2020-ci ilin əvvəlinə 185,179.90 manat məbləğində əmlakı (əsas vəsaitləri) olduğu halda, 2020-ci il üzrə əmlak vergisi bəyannaməsi təqdim etmədiyindən, cəmiyyətə Vergi Məcəlləsinin 202.1.1-ci maddəsinə müvafiq olaraq 925.90 manat əlavə vergi məbləği hesablanmışdır. Göstərilən hesablama ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən 2020-ci il üzrə əmlak vergisi bəyannaməsinin qanunla müəyyən edilmiş qaydada təqdim edilmədiyi və nəticədə 925.90 manat əmlak vergisinin azaldıldığı müəyyən edildi. İddiaçı isə öz növbəsində qeyd olunan hesablamanın əsassızlığına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, mübahisələndirilən xx.xx.2022-ci il tarixli **********161990 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuiliyyətə cəlb edilməsi haqqında” Qərar 925.90 manat əmlak vergisinin hesablanması hissəsində əsaslı olmuşdur. Səyyar vergi yoxlaması aktında qeyd edilənlərə əsasən cəmiyyət tərəfindən 2020-ci ilin 2-ci və 3-cü rübləri üzrə təqdim edilmiş muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə bəyannamələrdə kənarlaşma müəyyən edilmişdir. Belə ki, göstərilən hesabatlarda hesabat dövrlərinin müvafiq ayları üzrə bəyan edilmiş muzdlu işçilərin gəlirlərinin məbləği ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında olan göstəricilər arasında fərq yaranmış və həmin kənarlaşmaya müvafiq olaraq iddiaçıya məcburi dövlət sosial sığorta haqları və işsizlik sığortası haqları üzrə ümumilikdə 1,580.78 manat əlavə sığorta haqqı hesablanmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı təqdim edilmiş hesablatlar ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında əmək haqqı məbləğləri ilə bağlı olan göstəricilər arasında yaranmış kənarlaşmanın və həyata keçirilmiş 1,580.78 manat hesablamanın əsassızlığına dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, mübahisələndirilən xx.xx.2022-ci il tarixli **********161990 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuiliyyətə cəlb edilməsi haqqında” Qərar 1,580.78 manat məcburi dövlət sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması hissəsində əsaslı olmuşdur. Səyyar vergi yoxlaması aktında qeyd edilənlərə əsasən iddiaçı 2018-ci il üzrə 221,963.40 manat, 2019-cu il üzrə 292,331.70 manat ƏDV məbləğini gec ödədiyinə görə Vergi Məcəlləsinin 58.6-cı maddəsinə müvafiq olaraq, ümumilikdə 257,147.55 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Bununla bağlı olaraq cavabdeh vergi orqanı səyyar vergi yoxlaması aktında öz əksini tapmış 2018-ci il üzrə 221,963.40 manat, 2019-cu il üzrə 292,331.70 manat ƏDV məbləğlərinin malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ödənilməsinə dair təsdiqedici cədvəli məhkəməyə təqdim etmiş və iddiaçı həmin cədvəldə olan məlumatların düzgünlüyünü təkzib edə biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa, iddiaçıya vergi bəyannamələrinin vaxtında təqdim edilməməsinə görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə istinadən 120 manat maliyyə sanksiyasının tətbiq edilmiş və məhkəmə araşdırması zamanı qeyd olunan bəyannamələrin faktiki olaraq iddiaçı tərəfindən təqdim edilmədiyi müəyyən edilmişdir. Göstərilənlərə əsasən mübahisələndirilən xx.xx.2022-ci il tarixli **********161990 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuiliyyətə cəlb edilməsi haqqında” Qərar ƏDV-nin gec ödənilməsinə görə tətbiq edilmiş 257,147.55 manat, hesabatların gec təqdim edilməsinə tətbiq edilmiş 120 manat maliyyə sanksiyası hissəsində əsaslı olmuşdur. Cavabdeh xx.xx.2022-ci il tarixli **********161990 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuiliyyətə cəlb edilməsi haqqında” Qərarında mənfəət, əmlak vergisi, ƏDV və məcburi dövlət sosial sığorta və işsizlik sığortası haqları hesablasa da, hazırkı məhkəmə icraatında aidiyyəti qurumdan alınmış və tədqiq edilmiş ekspertiza rəyi və məhkəmə araşdırması üzrə gəlinən nəticə inzibati orqanın bu qənaətini qismən təkzib edir və 2018-2020-ci illər üzrə 1,169,338.37 manat mənfəət vergisinin və 2018-2021ci illərin müvafiq ayları üzrə 89,898.62 manat ƏDV-nin əsassız hesablanmasını müəyyən edir. İlk növbədə məhkəmə qeyd edir ki, hazırkı iş üzrə alınmış 25 iyul 2023-cü il tarixli 9/626 nömrəli ekspert rəyi ilə məhkəmənin razılaşmaması üçün hər hansı əsas mövcud deyil. Həmçinin məhkəmə tərəflərin dəlillərinə mövcud qanunvericiliyn müvafiq müddəaları baxımından qiymət verərək, yoxlama zamanı iddiaçıya hesablanmış 12,898.28 manat mənfəət vergisinin, 925.90 manat əmlak vergisinin, 1,580.78 manat məcburi dövlət sosial sığorta və işsizlik sığortası haqlarının qanuna uyğun olması qənaətinə gəlir. Eyni zamanda məhkəmə mübahisələndirilən qərar ilə ƏDV məbləğlərinin gec ödənilməsinə görə tətbiq edilmiş 257,147.55 manat və hesabatların vaxtında təqdim edilməməsinə görə tətbiq edilmiş 120 manat maliyyə sanksiyalarını da qanuna uyğun olması nəticəsinə gəlir. Qeyd olunanlara əsasən cavabdehin xx.xx.2022-ci il tarixli **********161990 nömrəli qərarı qismən, yəni 89,898.62 manat ƏDV və 1,169,338.37 manat mənfəət vergisinin hesablanması və həmin vergi məbləğləri üzrə maliyyə sanksiyalarının tətbiq edilməsi hissəsində qanuna ziddir. Mübahisələndirilən inzibati akt (xx.xx.2022-ci il tarixli **********161990 nömrəli qərar) qismən qanuna zidd sayılmaqla yanaşı, qərarın qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Çünki, qəbul edilmiş həmin akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunu (əsas vergi borcu və maliyyə sanksiyasını) ödəmək öhdəliyi yaradır. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın iddianın rədd edilmiş hissəsində ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın qismən, iddianın təmin edilmiş hissəsinə ləğv edilməsi, iddia tələbinin tam təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, vergi orqanı növbədənkənar səyyar vergi yoxlamasını qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud olmadığı halda təyin etmişdir. Vergi Məcəlləsinin 38-ci maddəsi səyyar vergi yoxlamasının iki növünü müəyyən edir: növbəti və növbədənkənar. Vergi Məcəlləsinin 38.3-cü maddəsində növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir və onlardan biri də vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansıməlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsidir (Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi). Növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi, bir tərəfdən sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Başa sözlə desək, əgər inzibati orqan növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərara gəlirsə, onda VM-nin 38.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu baxımdan, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatın nələrdən ibarət olduğunu dəqiq göstərməyə, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Hazırki mübahisəyə münasibətdə cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə xx.xx.2021-ci il tarixli, **********151764 nömrəli qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları(mənbəyi bəlli olan əlaqəli məlumatları) açıqlamamış, diskresion səlahiyyətlərindən niyə məhz bu formada istifadə etməsinin səbəblərini əsaslandırmamışdır. Bu mənada növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi və keçirilməsi üzrə yuxarıda istinad olunan normaların tələbləri baxımından inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etdiyi, diskresion səlahiyyət əsasında qəbul etdiyi qərarını əsaslandırdığı, yoxlamanın keçirilməsi üçün yuxarıda qeyd olunan əsasların mövcudluğu, həmin əsasların mötəbərliyi və qanunauyğunluğu iş üzrə materiallarla təsdiq olunmur. Odur ki, cavabdeh tərəfindən aparılmış yoxlama iddiaçının sahibkarlıq fəaliyyətinə və konstitusiyanın qoruma sferasına aid olan azad sahibkarlıq hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən mübahisələndirilən qərar tam şəkildə ləğv edilməli və iddia tam təmin edilməli idi. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qərarında qeyd edir ki, göründüyü kimi, qanunverici vergilərin hesablanmasında vergi orqanına əvvəlcə əlaqəli məlumatlardan istifadə edilməsi, belə araşdırma kifayət etmədikdə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatlarına istinad edilməsinə, qeyd olunan hər iki növ araşdırma mexanizmləri tükəndikdə isə 83.9- cu maddəsinə əsasən şərti rentabellik norması əsasında mənfəət vergisinin hesablanmasına icazə vermişdir. Lakin mübahisəyə münasibətdə vergilər cavabdeh tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsinin müəyyən etdiyi qaydada deyil, həmin Məcəllənin birbaşa 83.9-cu maddəsinin tələbləri çərçivəsində hesablanmışdır. Halbuki, həmin Məcəllənin 67-ci maddəsinin tətbiqinin mümkünlüyünü, o cümlədən əlaqəli məlumatlardan, həmçinin analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin məlumatlarından istifadə etməklə ödənilməli verginin məbləğinin hesablanılması qaydasının tətbiqini istisna edən əsasların mövcud olduğu cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərlə və iş üzrə materiallarla təsdiq olunmur. Qeyd edilən maddədə verginin hesablanması üçün istifadə edilən məlumatlardan istifadə olunması ilə bağlı hər hansı ardıcıllıq müəyyən edilməmiş, həmin məlumatlardan istifadə olunması ardıcıllığı vergi orqanın mülahizəsinə buraxılmışdır. Odur ki, məhkəmənin verginin qeyd edilən məlumatlardan istifadə edilmədən hesablanmasına istinad edərək hesablamanı əsassız hesab etməsi qanuni deyildir. Məhkəmə işin faktiki hallarını bu şəkildə təhrif etməsi və qanunun müddəalarını bu şəkildə yanlış təfsir etməsi gəldiyi yanlış və əsassız nəticənin əsalandırılmasına xidmət etmişdir. Əlavə olaraq 67-ci maddənin düzgün tətbiqi ilə əlaqədar Ali Məhkəmənin bir neçə qərarı (2- 1(102)-167/14 saylı xx.xx.2014-cü il tarixli, 2-1(102)- 31/2019 saylı xx.xx.2019-cu il tarixli qərarlar) mövcuddur ki, bu da mövcud məsələ barəsində formalaşmış məhkəmə mövqeyinin olduğunu deməyə əsas verir. Əlavə olaraq müəssisə yoxlamaya yoxlama üçün zəruri olan sənədləri təqdim etmədiyi üçün vergi ödəyicisinin xərclərini müəyyən etmək mümkün olmamışdır. Analoji vergi ödəyicisinin müəyyən edilməsi üçün aidiyyəti şöbəyə xx.xx.2022-ci tarixli **********887600 nömrəli məktubla müraciət olunmuşdur. Analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin olmadığı barədə xx.xx.2022 tarixli **********254900 nömrəli məktubla aidiyyəti şöbədən cavab alınmışdır. Növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Məhkəmə kollegiyası iş üzrə tətbiq edilməli olmayan maddi hüquq normasını iş üzrə tətbiq etmişdir. Səyyar vergi yoxlamalarının təhlili və təşkili şöbəsi xx.xx.2021-ci il tarixli **********192900 nömrəli xidməti məktub yazaraq İddiaçı MMC-də vergi və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünü yoxlanılması məqsədi ilə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən oktyabr 2018 tarixdən sentyabr 2021-ci il tarixədək olan vergi dövrünün yoxlanılmalı olduğunu bildirmişdir. Belə ki, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatlara əsasən 2028 - 2021-ci il üzrə 31174137,81 manat dövriyyəsi olmasına baxmayaraq vergi ödəyicisi tərəfindən hesabatlar vergi orqanına təqdim edilməmiş, və ya boş hesabat təqdim edilmiş, ümumi xərcləri və gəlirləri barədə düzgün məlumat təqdim etməmişdir. Məhkəmə kollegiyası prosessual fəallıq prinsipinə uyğun olaraq obyektiv həqiqətin müəyyən edilməsi üçün yoxlayıcını şahid qismində dəvət edib dindirməli olduğu halda dindirməmişdir. Qeyd olunan sübutlar məhkəmə kollegiyasına təqdim edilsə da məhkəmə qərarında bunları nəzərə almamışdır. Həmçinin məhkəmə qərarında xx.xx.2023-cü il tarixli 9/626 nömrəli ekspert rəyinə də istinad etmişdir. Bununla bağlı ekspert tərəfindən heç bir tədqiqat aparılmadığı azmış kimi səlahiyyətlərindən kənara çıxılaraq hüquqi məsələlər barədə rəy verilmiş, İddiaçı MMC üzrə faktik xərc sənədlərinin mövcud olduğunu qeyd etsə də, həmin xərc sənədlərinin nədən ibarət olduğunu, hansı dövrü əhatə etdiyini, iddiaçı tərəfindən hansı sənədlərin ekspertizaya təqdim edildiyini qeyd etməmişdir. Həmçinin, ekspert rəyində ümumi xərcin olduğunu qeyd edərək mənfəət vergisi üzrə səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış verginin düzgün olmadığını qeyd etməklə kifayətlənmişdir. Rəylərin məzmununda ekspertin hansı hesablamalar nəticəsində iddiaçının vergidən yayınmaması ilə bağlı nəticəyə gəldiyi görünmür. Başqa sözlə desək ekspert rəylərinin məzmunu qanunvericiliyə aid normalar və səyyar vergi yoxlaması aktının mətninin üzdən köçürülməsindən ibarətdir. Göründüyü kimi, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/626 nömrəli rəyində ziddiyətlər mövcuddur. Məhkəmə üzərinə düşən vəzifələri icra etməmiş, iş materiallarında olan sübutları qiymətləndirməmiş, mötəbər hesab etdiyi sübutları qiymətləndirməyərək, sadəcə qərarda sadalamaqla kifayətləndmişdir. Məhkəmə tərəfindən qeyd olunan prosessual hüquq normalarının tətbiq edilməməsi nəticə etibarı ilə milli qanunvericiliyin yuxarıda qeyd olunan nomralarının və beynəlxalq hüquqi sənədlərin tələblərinin kobud şəkildə pozulması ilə müşayət olunmuşdur. Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Vəkil iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, iddiaçının apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, cavabdehin apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Vergilər Məcəlləsi Maddə 3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; ... Maddə 24.1. Vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə; ... 24.1.12. bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə vergi orqanlarının təyinatına uyğun olaraq müəyyən edilmiş digər vəzifələri həyata keçirməyə borcludur. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. 38.2. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.3.1. verginin hesablanması və ödənilməsi üçün zəruri olan vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə və bu barədə vergi orqanının xəbərdarlığından sonra da təqdim edilmədikdə; 38.3.2. vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatlar aşkar edildikdə. 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli qərardadları ilə apellyasiya şikayətləri mümkün sayılmışdır. Apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qərarı mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını, apellyasiya şikayətlərinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçı cavabdeh inzibati orqan tərəfindən aparılmış növbədən kənar səyyar vergi yoxlamasının nəticəsində onun barəsində qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında ”xx.xx.2022-ci tarixli Qərarı mübahisələndirir. Cavabdeh inzibati orqan iddiaçı barəsində qeyd edilən Qərarın qəbul edilməsini onunla əsaslandırmışdır ki, iddiaçı barəsində növbədənkənar səyyar vergi yoxlaması həyata keçirilmiş, bu zaman 2018-2020-ci illərə aid mənfəət vergisi üzrə 1182236,65 manat, 2018 və 2020-2021-ci illərə aid ƏDV üzrə 129265,66 manat, 2020-ci ilə aid əmlak vergisi üzrə 925,90 manat, 2020-ci ilə aid ödəmə mənbəyindən tutulan vergi üzrə 1580,78 manat əlavə vergi məbləği hesablanmış və bunlara müvafiq olaraq maliyyə sanksiyası tətbiq edilmiş, bundan başqa müvafiq dövrlər üzrə əlavə dəyər vergisinin və ödəmə mənbəyində tutulan vergi məbləğinin artıq hesablandığını müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia qismən təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh tərəfindən iddiaçı barəsində mübahisə premdeti olan qərar məhz növbədənkənar səyyar vergi yoxlamasının nəticəsində qəbul edilmişdir. Vergi qanunvericiliyində növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsaslar dəqiq müəyyən edilmişdir. Hazırki iş üzrə cavabdeh inzibati orqan iddiaçı barəsində qeyd edilən yoxlamanın keçirilməsinin əsası kimi “vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsi (VM-in 38.3.5-ci maddəsi)” əsasına istinad etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh vergi orqanı müvafiq yoxlamanın həyata keçirilməsi əsası ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmiş, yoxlamanın keçirilməsi barədə qərarda formal olaraq vergi qanunvericiliyin norması ifadə edilmiş, nəticə etibarilə həmin əsasın mövcudluğu müəyyən edilməmişdir. Halbuki, müvafiq yoxlamanın keçirilməsini zəruri edən əsaslara dair sübut təqdim etmək məhz cavabdehin vəzifəsi olmuşdur. Başqa sözlə desək, cavabdeh vergi orqanı həmin yoxlamanın zəruriliyini şərtləndirən hallarımənbəyi bəlli olan əlaqəli məlumatların nədən ibarət olmasını açıqlamamışdır. Bu hal isə qanunvericiliyin tələbinə zidd olmuşdur. Bundan əlavə, məhkəmə kollegiyası onu qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçıya münasibətdə ƏDV üzrə əlavə vergi məbləğinin hesablanması halını müvafiq hesabat dövrləri üzrə ƏDV üzrə vergitutulan əməliyyatların və əvəzləşdirilən ƏDV məbləğlərinin vaxtının və məbləğinin düzgün müəyyən edilməməsi ilə əsaslandırmışdır. Bununla bağlı məhkmə kollegiyası qeyd edir ki, həmin hissədə birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq cavabdeh inzibati orqan tərəfindən vergi qanunvericiliyin normasının tələbinin pozulmasını, iddiaçı barəsində eyni vergi növü üzrə bir dəfədən artıq vergi ödənilməsinin qanunazidd olması qənaətinə gəlmişdir. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh vergi orqanı iddiaçı barəsində müvafiq məbləğdə vergiyə cəlb olunan əməliyyatı həm 2018-ci ilin sentyabr, həm də oktyabr ayına aid etməklə, ƏDV məbləğini iki dəfə hesablamış, bu hal isə qanunvericiliyin tələbinə uyğun olmamışdır. Həmçinin nəzərə almaq lazımdır ki, iddiaçı tərəfindən 2018-ci ilin sentyabr ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsi üzrə vergilərin yenidən hesablanması üçün vergi qanunvericiliyində müəyyən edilmiş 3 illik müddət bitmişdir. Bu baxmından məhkəmə kollegiyası hesab edir ki, həmin hissədə cavabdeh vergi orqanının hərəkətləri qanunauyğun olmamışdır. Bundan əlavə, qeyd edilməlidir ki, cavabdeh vergi orqanı tərəfindən iddiaçı tərəfindən əvəzləşdirilmiş 45400,25 manat vergi məbləği etibarsız hesab edilərək, bərpa edilmişdir. Məhkəmə araşdırması zamanıı isə iddiaçı tərəfindən həmin məbləğdə ƏDV məbləğinin qanunla müəyyən edilmiş qaydada ödənildiyi iş materiallarında olan ekspert rəyi və digər sənədlər əsasında müəyyən edilmişdir. Həmçinin, iş materiallarında olan və məhkəmə araşdırması zamnaı tədqiq edilmiş ekspert rəyi əsasında müvafiq qərar əsasında 89898,62 manat məbləğində əlavə dəyər vergisinin düzgün hesablanmadığı öz təsdiqini tapmışdır. Bu baxımından qeyd edilən qərar həmin hissədə əsassız olmuşdur. Həmçinin, məhkəmə kollegiyası müvafiq qərar əsasında mənfəət vergisi üzrə hesablanmış əlavə vergi məbləği ilə bağlı hissədə də hesab edir ki, birinci instansiya məhkəməsi həmin hissədə də işin hallarına düzgün hüquqi qiymət vermişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh vergi orqanının müvafiq Qərar əsasında iddiaçı barəsində 2018-ci il üzrə 375811,61 manat, 2019-cu il üzrə 483440,83 manat, 2020-ci il üzrə 322984,21 manat əlavə vergi məbləği hesablamış, həmin hesablama naməlum xərclərin əlaqəli məlumatlar əsasında müəyyən edilməsinin mümkün olmaması ilə əsaslandırmış, habelə metod dəyişməsi baş verdiyi halda, debitor borc məbləğini ümumi gəlirə daxil edərək, əlavə vergi məbləği hesablamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh vergi orqanı qeyd edilən vergi məbləğini hesablanmasını əlaqəli məlumatlardan (iddiaçının xərclərinə dair vergi orqanında olan məlumatlarından) istifadə etmək əvəzinə, birbaşa müvafiq Qərarla müəyyən edilmiş şərti rentabellik normasını tətbiq etmiş və həmin halı əsaslanıdırmamışdır. Halbuki, bu hal vergi qanunvericiliyinin tələblərinə zidd olmuşdur. Belə ki, vergi orqanı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarı ilə təsdiq edilmiş şərti rentabellik normasını o halda tətbiq edə bilər ki, vergi ödəyicisinin gəlir və ya xərclərindən hər hansı birini müəyyən etmək mümkün olmasın. Lakin iş materiallarından və ekspert rəyindən göründüyü kimi, iddiaçının gəlir və xərclərinə dair müvafiq təsdiqedici sənədlər mövcud olmuşdur. Bu baxımından, məhkəmə kollegiyası hesab edir ki, həmin hissədə də birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmişdir. Həmçinin, iş materiallarda olan ekspert rəyi əsasında müəyyən edilmişdir ki, iddiaçı tərəfindən 2018-2020-ci illər üzrə ümumilikdə 12898,28 manat məbləğində az mənfəət vergisi hesablanmışdır. Bu baxmından məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən həmin hissədə işin halına düzgün hüquqi qiymət verilmiş, iddiaçının şikayətinin dəlili həmin hissədə əsassız olmuşdur. Bundan əlavə, məhkəmə kollegiyası onu qeyd edir ki, indiki halda cavabdeh vergi orqanı iddiaçıya münasibətdə uçot dəyişməsi baş veridyi halda, onun debitor borclarını gəlirə aid etsə də, kreditor borclarını araşdırmamışdır. Halbuki, vergi qanunvericiliyinin tələbinə əsasən kassa metodundan hesablama metoduna dəyişilərkən vergi orqanı əvvəlki metod üzrə debitor borcları yeni metod üzrə gəlirləri, kreditor borcları isə xərcləri kimi qiymətləndirir. İndiki halda isə vergi orqanı tərəfindən həmin tələbə riayət edilməmiş, nəticə etibarilə iddiaçıya əsassız olaraq əlavə vergi məbləğini hesablamışdır. Bundan başqa, iddiaçının debitor borclarının müəyyən edilmsinə dair hər hansı mötəbər sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmiş və ekspert rəyinə əsasən iddiaçının səyyar vergi yoxlaması zamanı müəyyən edilmiş debitor borcunun düzgünlüyü öz təsdiqini tapmamışdır. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən 2019-cu ilin sonu, 2020-ci ilin əvvəlinə əmlakı olduğu halda, 2020-ci üzrə əmlak vergisi bəyyannaməsi təqdim edilməmiş, bunun nəticəsində 925,90 manat əmlak vergisi hesablanmışdır. Başqa sözlə deəsk, iddiaçı tərəfindən əmlak vergisinin azaldıldığı müəyyən edilmiş, habelə həmin hesbalamanın əsassızlığına dair heç bir sübut təqdim edilməmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən həmin hissədə işin halına düzgün hüquqi qiymət verilmiş, iddiaçının şikayətinin dəlili həmin hissədə əsassız olmuşdur. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə hesablanmış əlavə məbləğinə aid hissədə də işin hallarına düzgün hüquqi qiymət verilmişdir. Belə ki, məhkəmə kolegiyası hesab edir ki, həmin hissədə 1580,78 manat məbləğində kənarlaşmanın yaranması halı müəyyən edilsə də, iddiaçı tərəfindən həmin hesbalamanın əsassızlığına dair heç bir sübut təqdim edilməmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən həmin hissədə işin halına düzgün hüquqi qiymət verilmiş, iddiaçının şikayətinin dəlili həmin hissədə əsassız olmuşdur. Bundan əlavə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən müvafiq qərarla tətbiq edilmiş maliyyə sanksiyalarına aid hissədə də işin hallarına düzgün hüquqi qiymət verilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh vergi orqanı iddiaçı tərəfindən 2018- 2019-cu illər üzrə ƏDV məbləği gec ödəndiyinə görə ümumilikdə 257147,55 manat, vergi bəyannamələrinin vaxtında təqdim edilməməsinə görə 120 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən həmin məbləğdə ƏDV-nin gec ödənilməsinə dair təsdiqedici sənəd təqdim edilsə də, iddiaçı tərəfindən həmin halı təkzib edən heç bir sübut təqdim edilməmişdir. Eyni zamanda, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən bəyannamələrin faktiki olaraq təqdim edilməməsi halı müəyyən edilmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən həmin hissədə işin halına düzgün hüquqi qiymət verilmiş, iddiaçının şikayətinin dəlili həmin hissədə əsassız olmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş müvafiq Qərar iddiaçıya hesbalanmış 12898,28 manat mənfəət vergisi, 925,90 amnat əmlak vergisi, 1580,78 manat məcburi dövlət sosial sığorta və işsizlik sığortası haqlarının, habelə ƏDV məbləği gec ödəndiyinə görə ümumilikdə 257147,55 manat, vergi bəyannamələrinin vaxtında təqdim edilməməsinə görə 120 manat maliyyə sanksiyasının müəyyən edilməsi hissəsində əsaslı olmuş, qala hissədə isə yuxarıda istinad edilən vergi qanunvericiliyinin tələbinə zidd olmuşdur. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, iddiaçı və cavabdehin apellyasiya şikayətləri əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, qanuni və əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətlərinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayətləri təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(118)-801/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar