Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-397/2025 21.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim: X1, Hakimlər X2 və X3 ibarət tərkibdə, X8 katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi Nümayəndə2, Üçüncü şəxs X17 nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “çıxarışın və torpaq sahəsinə dair plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, 2-1(118)- 3866/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:
1. JN-1312, KOD 30800027 saylı Dövlət aktına əsasən Abşeron rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 10 noyabr tarixli 21 nömrəli qərarı ilə X32, X16, İddiaçı, X20 0,52 ha torpaq sahəsi ayrılmışdır.
2. İddiaçı və dövlət aktında adı göstərilənlər JN-1312, KOD 30800027 saylı Dövlət aktı əsasında 0.52 ha torpaq sahəsini 23 may 2007-ci il tarixli AN-l ******* nömrəli alğısatqı müqaviləsi əsasında X24 satmışlar. 14 mart 2008-ci il tarixli **********91 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0.5138 ha torpaq sahəsi X18 mülkiyyətində olmuşdur.
3. 03 may 2008-ci il tarixli AN-l ******* nömrəli alğı-satqı müqaviləsinə əsasən X37 (adından X41) 0.5138 ha torpaq sahəsini X14 satmışdır. 30 iyun 2008-ci il tarixli **********91 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0.5138 ha torpaq sahəsi X12 mülkiyyətində olmuşdur.
4. 16 yanvar 2010-cu il tarixli bağışlama müqaviləsi əsasında X19 (əvəzinə X41 imzalayıb) 30 iyun 2008-ci il tarixli **********91 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışla mülkiyyətində olan 0.5138 ha torpaq sahəsini X15 bağışlamışdır. 03 iyul 2010-cu il tarixli **********91 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, MA ******* seriyalı çıxarışa əsasən 0.5138 ha torpaq sahəsi X13 mülkiyyətində olmuşdur.
5. 05 iyul 2013-cü ildə Hüseynzadə (Zaytseva) Valeriya Dmitriyevna adından X25 0.5138 ha torpaq sahəsindən 0.4538 ha torpaq sahəsini İddiaçı satmışdır. 07 noyabr 2013-cü il tarixli **********11 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, RX ******* seriyalı çıxarışa əsasən 0.4538 ha torpaq sahəsi İddiaçı mülkiyyətində olmuşdur.
6. İddiaçı 17 noyabr 2013-cü il tarixli AN-l ******* nömrəli alğı-satqı müqaviləsi əsasında 07 noyabr 2013-cü il tarixli **********11 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışla mülkiyyətində olan 0.4538 ha torpaq sahəsindən 0.026 ha torpaq sahəsini X1. 23 yanvar 2014-cü il tarixli **********22 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, RX ******* seriyalı çıxarışa əsasən 0.4278 ha torpaq sahəsi İddiaçı mülkiyyətində olmuşdur.
7. 06 sentyabr 2014-cü il tarixli AN-l ******* nömrəli alğı-satqı müqaviləsi əsasında iddiaçı 23 yanvar 2014-cü il tarixli **********22 nömrəli, ********** qeydiyyat nömrəli çıxarışla mülkiyyətində olan 0.4278 ha torpaq sahəsindən 0.0241 ha torpaq sahəsini X2. 06 sentyabr 2014-cü il tarixli AN-l ******* nömrəli alğı-satqı müqaviləsi əsasında iddiaçı xx.xx.2014-cü il tarixli **********22 nömrəli, ********** qeydiyyat nömrəli çıxarışla mülkiyyətində olan 0.4278 ha torpaq sahəsindən 0.0330 ha torpaq sahəsini X8. 25 noyabr 2014-cü il tarixli **********71 nömrəli, ********** qeydiyyat nömrəli ******* RX seriyalı çıxarışa əsasən 0.3707 ha torpaq sahəsi iddiaçının mülkiyyətində olmuşdur.
8. 09 avqust 2017-ci il tarixli AN-l ******* nömrəli alğı-satqı müqaviləsi əsasında iddiaçı 25 noyabr 2014-cü il tarixli çıxarışa əsasən **********71 nömrəli, ********** qeydiyyat nömrəli çıxarışla mülkiyyətində olan 0.3707 ha torpaq sahəsindən 0.0425 ha torpaq sahəsini X9. 10 iyul 2018-ci il tarixli AN-l ******* nömrəli alğı-satqı müqaviləsi əsasında iddiaçı 25 noyabr 2014-cü il tarixli çıxarışa əsasən **********71 nömrəli, ********** qeydiyyat nömrəli çıxarışla mülkiyyətində olan 0.3707 ha torpaq sahəsindən 0.03 ha torpaq sahəsini X1.
9. 12 fevral 2024-cü il tarixli müayinə aktına əsasən torpaq sahəsi sənəd üzrə 0.2982 ha, faktiki isə 0.4165 ha-dır.
10. 17 sentyabr 2018-ci il tarixdə **********67 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən Seriya RX, ******* nömrəli çıxarışa əsasən 0.2982 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir. 27 dekabr 2021-ci il tarixli AN-l ******* nömrəli alğı-satqı müqaviləsi əsasında İddiaçı 0.2982 ha torpaq sahəsinin 0.075 ha hissəsini X9.
11. Cavabdeh orqan tərəfindən 30 aprel 2025-ci il tarixli məktubla **********39, **********40, **********77 reyestr nömrəli çıxarışların və həmin çıxarışların verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir.
12. Təqdim olunmuş sənədlərlə müəyyən olunur ki, **********77 reyestr nömrəli, 31 avqust 2022-ci il tarixli çıxarışla 0.03 ha torpaq sahəsinə X29 mülkiyyət hüququ, **********39 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 29 iyul 2021-ci il tarixli çıxarışla 0.10 ha torpaq sahəsinə X17 mülkiyyət hüququ, **********40 reyestr nömrəli, ********** qeydiyyat nöməli 29 iyul 2021-ci il tarixli çıxarışla 0.10 ha torpaq sahəsinə X17 mülkiyyət hüququ qeydiyyata alınmışdır. Məhkəməyə həmin torpaq sahələri ilə bağlı çıxarışların verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surəti təqdim edilmişdir.
13. 27 avqust 2022-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən X38 0.03 ha torpaq sahəsini X4. Həmin torpaq sahəsi 29 sentyabr 2018-ci il tarixli **********77 reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarış əsasında Abbasova Samirəyə məxsus olmuşdur. 31 avqust 2022-ci il tarixli **********77 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışla müəyyən olunur ki, 0.03 ha torpaq sahəsi X29 mülkiyyətindədir.
14. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin 20 fevral 2024-cü il tarixli məktubu ilə iddiaçının müraciətindən imtina edilmişdir. İmtina səbəbi kimi sözügedən torpaq sahəsi üzərində mübahisənin olması göstərilmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: Birinci instansiya məhkəməsindəki icraat
15. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən 17 sentyabr 2018-ci il tarixdə **********67 reyestr nömrəli,********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış əsasında mülkiyyətində olmuş və çıxarış əsasında 27 dekabr 2021-ci il tarixdə Abşeron rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu X21 təsdiq etdiyi alğı-satqı müqaviləsi və bölgü sxeminə əsasən qalan torpağına torpaq sahəsinə dair hüquqların qeydiyyatına alınması sənədinin (çıxarışın) hazırlanması və torpaq sahəsinə dair plan-ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
16. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbini dəqiqləşdirərək, “iddia ərizəsinin tələb hissəsində torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması ifadəsini mülkiyyət hüquqları kimi qəbul edilməsini” məhkəmədən xahiş etmişdir.
17. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya atası X30 birgə ailə təsərrüfatında Abşeron rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 10 noyabr tarixli 21 nömrəli qərarı ilə 0.52 ha torpaq sahəsi verilmişdir. Həmin qərar əsasında onlara JN-1312, KOD 30800027 saylı Dövlət aktı verilmişdir. X62 əsasən ona ƏMDK-nin yanında DƏDRXnin Abşeron Ərazi İdarəsi tərəfindən 17 sentyabr 2018-ci il tarixdə **********67 reyestr nömrəli,********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Həmin çıxarış əsasında iddiaçı həmin torpaqdan 27 dekabr 2021-ci il tarixdə Abşeron rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu X21 təsdiq etdiyi alqı-satqı müqaviləsi əsasında 0.075 ha hissəsini bölərək satmışdır. Həmin alğı-satqı müqaviləsi və bölgü sxeminə əsasən satdığı şəxs iddiaçıdan aldığı torpaq sahəsinə çıxarış və plan- ölçü sənədlərini əldə etmişdir. Lakin iddiaçı eyni məzmunda, yəni satışdan sonra qalan torpağına çıxarışın və plan-ölçü sənədlərinin verilməsinə dair müraciətini bir qədər geçikdirmiş və sonda 23 yanvar 2024cü il tarixdə cavabdeh orqana müraciət etmişdir. Lakin 20 fevral 2023-cü il tarixdə cavabdeh orqandan həmin tarixli, 320332/2-2063/24 nömrəli cavab məktubu (bildiriş) ilə ona Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Cavabdeh imtinasının əsasını torpaq sahəsinin mübahisə predmeti olduğunu qeyd etmiş, lakin bu mübahisənin nədən ibarət olduğu barədə heç bir izah verməmişdir. İddiaçı torpağın müstəsna mülkiyyətçisidir. Həmin daşınmaz əmlakı satmazdan əvvəl mübahisəsiz mülkiyyət sənədi mövcud olmuşdur. Həmin mülkiyyət sənədi tam qüvvədə olmuş, ləğv edilməmişdir. Hazırk müraciəti isə sadəcə alğı-satqıdan sonra bölgü sxeminə uyğun mülkiyyətində qalan torpaq sahəsinə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından ibarət olmuşdur . İddiaçı yeni torpaq almamışdır. Bir daha qeyd edir, mülkiyyət sənədi ilə iddiaçıya məxsus olan torpağın sənədini istəyir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri
18. Cavabdehin iddia ərizəsinə etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eynilik təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
19. Sumqayıt İnzibati Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, 2-1(118)-3866/2024 nömrəli qərarı ilə iddia təmin edilərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən 17 sentyabr 2018-ci il tarixdə **********67 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış əsasında mülkiyyətində olmuş və çıxarış əsasında 27 dekabr 2021-ci il tarixdə Abşeron rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu X21 təsdiq etdiyi alğı-satqı müqaviləsi və bölgü sxeminə əsasən qalan torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının qeydiyyatına alınaraq çıxarışın və torpaq sahəsinə dair plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva).
20. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, Abşeron rayon Mehdiabad qəsəbəsində yerləşən torpaq sahəsi ********** qeydiyyat nömrəli, 17 sentyabr 2018-ci il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən İddiaçı məxsus olmuşdur. Daha sonra AN-İ № ******* saylı, 27 dekabr 2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən 0.2982 ha torpaq sahəsinin 0.075 ha hissəsi iddiaçı tərəfindən X5. Alğı-satqı zamanı tərəflər arasında 27 dekabr 2021-ci il tarixli torpaq sahəsinin bölgüsü haqqında saziş imzalanmış, torpaq sahəsinin bölgü eskizi tərtib edilmişdir. X11 0.075 ha torpaq sahəsinə dair sonuncunun mülkiyyət hüququ ********** qeydiyyat nömrəli, 13 mart 2023-ci il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”la rəsmiləşdirilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən torpaq sahəsinin bir hissəsinin satıldığı şəxsə münasibətdə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına çıxarış tərtib edilsə də, cavabdeh tərəfindən iddiaçıda qalan torpaq hissəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtina edilməsi onun hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə cavabdeh orqanın etirazının əsası olaraq göstərdiyi dəlilinə münasibətdə bildirirmişdir ki, qeyd olunan mübahisəyə dair sonuncu tərəfindən məhkəməyə ətraflı məlumat verilməmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş müayinə aktında vətəndaş tərəfindən torpaq sahəsinin 0.01 ha hissəsinin başqaları tərəfindən zəbt edildiyi qeyd edilsə də, həmin məsələyə dair məhkəməyə hər hansı məlumat və ya sənədlər təqdim edilməmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətlərinin dəlilləri
21. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, sözügedən torpaq sahəsinin mübahisə predmeti olduğu müəyyən olunmuşdur. Təkrar araşdırma zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi faktiki olaraq daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********39, **********40 və **********77 reyestr nömrəli çıxarışlara əsasən başqa şəxslərin sənəd üzrə mülkiyyətlərində olan torpaq sahələri ilə üst-üstə düşür. Əlavə olaraq bildirirlər ki, mübahisə predmeti olan torpaq sahəsinin daxilindən ümumi istifadədə olan yol keçir. Sumqayıt İnzibati Məhkəməsində inzibati işin araşdırması zamanı qeyd olunan hal araşdırılmamış, **********39, **********40 və **********77 reyestr nömrəli çıxarışlara əsasən mülkiyyətçilər iş üzrə icraata cəlb edilməmişlər. Faktiki olaraq iddia olunan torpaq sahəsi sənəd üzrə **********39, **********40 və **********77 reyestr nömrəli çıxarışlara əsasən mülkiyyətçilərin mülkiyyətindədir. Belə ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarının hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında uyğunsuzluqlar mövcud olmuş, AR Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun aradan qaldırılması barədə AR Prezidenti tərəfindən 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının icrası ilə əlaqədar mübahisə predmeti olan torpaq sahəsinin yerləşdiyi ərazidə torpaqların istifadəsində mövcud olan uyğunsuzluqlar və çatışmamazlıqlar aradan qaldırılmışdır. Qeyd olunan uyğunsuzluqlar və çatışmamazlıqlar aradan qaldırıldıqdan sonra **********39, **********40 və **********77 reyestr nömrəli çıxarışlara əsasən mülkiyyətçilərin mülkiyyətində olan torpaq sahələrinin faktiki yerləşməsi mübahisə predmeti olan əraziyə aid edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi ərazidə olan uyğunsuzluqların aradan qaldırılması üçün aparılmış uçot işlərinin nəticəsində üç fərqli torpaq sahəsi ilə üst-üstə düşmüşdür. İddiaçının faktiki torpaq sahəsi ilə digər vətəndaşların plan-ölçüsünün koordinatları üst-üstə düşür. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının suallarını cavablandıraraq bildirmişdir ki, iddiaçının faktiki torpaq sahəsi ilə koordinatları eyni deyildir. İddiaçının torpaq sahəsinin TEKUİS-də harada yerləşməsini bilmir. Əvvəllər torpaq sahəsinin koordinatı olmuşdur, lakin “DWJ” sürüşməsi ilə koordinatları olmuşdur. Yəni torpaq sahəsinin faktiki yerləşməsi ilə sənəd üzrə yerləşməsi arasında fərq olmuşdur. Faktiki torpaq sahəsi iddiaçıdadır. Üst-üstə düşən torpaq sahələri digər vətəndaşların faktiki istifadəsində deyil. Hazırkı iş üzrə iddiaçı ilə digər torpaq sahələrinin sahibləri arasında rayon məhkəməsində mübahisə vardır. İddia tələbi torpaq sahəsindən çıxarılma və evin sökülməsidir. Bununla həmin şəxslər torpaq sahəsinə faktiki olaraq sahiblik etmək istəyirlər.
24. Məhkəmə kollegiyasının iclasında iddiaçın nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmiş və bildirmişdir ki, sözügedən torpaq sahəsi ilə bağlı başqa mübahisə də vardır. Mübahisənin mahiyyəti ondan ibarətdir ki, iddiaçı 1998-ci ildən etibarən Dövlət Aktı əsasında ailəsinə məxsus 52 sot torpaq sahəsinə dair ən son 2018-ci ildə çıxarış və plan-ölçü sənədi almışdır. Müvafiq qanunvericiliyə əsasən, vətəndaşın mülkiyyət hüquları dövlət reyestri tərəfindən qeydiyyata alındığı andan etibarən dövlət tərəfindən qorunur. 2018-ci ildən sonra aparılmış alğı-satqıya əsasən torpaq sahəsi satılmış şəxsə plan-ölçü sənədi verilmiş, iddiaçıya isə verilməmişdir. Müvafiq alğı-satqılardan sonra iddiaçının 21 sot torpaq sahəsi qalmışdır. İddiaçıya alğı-satqılardan əvvəl plan-ölçü sənədi verilmişdi. Hazırda, sadəcə satılmış hissələr nəzərə alınmaqla torpaq sahəsinin ölçüsü azaldılmalıdır. Rayon məhkəməsində iş araşdırılarkən vətəndaşın Dövlət Aktına istinad edilmiş, ekspertiza da Dövlət Aktı əsasında aparılmışdır. Halbuki, vətəndaş həmin Dövlət Aktını 2008-ci ildə başqa şəxsin adına özgəninkiləşdirmiş, həmin şəxs torpaq sahəsinə plan-ölçü sənədi almış, torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Daha sonra 2013-cü ildə iddiaçı torpaq sahəsinin 41 sotunu yenidən öz mülkiyyətinə qaytarmışdır. Torpaq sahəsi alınan andan plan-ölçü sənədi vardır. Dövlət Aktı ilə plan-ölçü sənədi eyni deyildir. Bu səbəbdən faktiki plan-ölçü sənədi üzərindən ekspertiza keçirilməli idi. Hazırda cavabdeh orqan isə bildirir ki, iddiaçının plan-ölçü sənədi ilə digər şəxslərin plan-ölçü sənədi üst-üstə düşür. Həmin mülki iş üzrə verilmiş rəydə bildirilir ki, Dövlət Aktı ilə həmin iş üzrə iddiaçı olan şəxslərin torpaq sahələri üst-üstə düşmür. Yəni sənəd üzrə mübahisə yoxdur. Hazırkı işdə isə cavabdeh bildirir ki, sənədlər üst-üstə düşür. Dürüstləşmə işləri İddiaçı münasibətdə aparılmamışdır. İddiaçı sənəd üzrə torpaq sahəsinin ona məxsus olduğunu düşünərək istifadə etmişdir. İddiaçı dəfələrlə alğısatqılar edən zaman mütəxəssis gələrək ölçmə işləri aparılmışdır. Bu zaman mütəxəssislər iddiaçıya sənəd üzrə öz torpaq sahəsində olmamasını bildirməmişdirlər. İlk dəfə mülki işdə İddiaçı qarşı iddia qaldırılan zaman ona sənəd üzrə öz torpaq sahəsində olmadığı bildirilmişdir. Üçüncü şəxsə məxsus torpaq sahəsinin koordinatı həmin ərazidə yerləşmir. Koordinatlar dürüstləşmə adı ilə dəyişdirilmişdir. Bundan sonra iddiaçının faktiki istifadəsində və mülkiyyətində olan torpaq sahəsində tikdiyi tikililər üçüncü şəxsin torpaq sahəsinə keçmişdir. Üçüncü şəxsin torpaq sahəsinin böyük bir qismi koordinat üzrə ümumi istifadədə olan yolun üzərinə düşürdü. Dürüstləşmə aparıldıqdan sonra üçüncü şəxsin koordinatları dəyişdirilmişdir. Həmçinin, üçüncü şəxsin plan-ölçü sənədinə əsasən torpaq sahəsi iddiaçıdan əlavə, ondan sağ tərəfdə yerləşən torpaq sahələri ilə də üst-üstə düşür. İddiaçının nümayəndəsi və vəkili məhkəmə kollegiyasının suallarını cavablandıraraq bildirmişdir ki, hazırda iddia tələbi yerdə qalan 21 sot torpaq sahəsinə dair çıxarış və planölçü sənədinin verilməsidir. Mübahisəli torpaq sahəsi illərdir ki, iddiaçının mülkiyyətindəsahiblik və istifadəsindədir. Sözügedən torpaq sahəsi ilə bağlı digər mübahisə ondan ibarətdir ki, 2012-ci ildə müvafiq bələdiyyə yolun bir hissəsində yerləşən torpaq sahəsini hansısa vətəndaşa satmışdır. Həmin vətəndaş öz hüquqlarını bərpa etmək adı ilə məhkəməyə müraciət etmişdir. İddiaçı torpaq sahəsini 15 ildir ki, hasara almışdır. İddiaçının torpaq sahəsinin hasarlanmasına baxmayaraq, yoldan torpaq sahəsi satılmış vətəndaşın torpaq sahəsinin iddiaçının torpaq sahəsində yerləşdiyini bildirirlər. Əslində iddiaçının mülkiyyətində olan torpaq sahəsinə başqa şəxslərin mülkiyyət hüququ qeydə alınmamışdır. Sadəcə hazırda bildirirlər ki, həmin şəxsin torpaq sahəsi iddiaçının hasarlanmış torpaq sahəsinin daxilindədir. Həmin şəxsin hüquqları tanınan zaman ona verilmiş plan-ölçü sənədində olan koordinatlar iddiaçının torpaq sahəsinə düşmürdü. Sadəcə hazırda dürüstləşmə adı ilə həmin şəxsin torpaq sahəsinin koordinatlarını iddiaçının torpaq sahəsinin olduğu yerə yerləşdirmişlər. Həmin vətəndaş iddiaçıya qarşı rayon məhkəməsində torpaq sahəsindən çıxarılma tələbi ilə iddia qaldırmışdır. Həmin məhkəmə prosesində rəy alınmışdır. Rəy alınması üçün birinci dəfə müraciət edən zaman imtina edilmiş və bildirilmişdir ki, dürüstləşmə prosesi davam edir, daha sonra müraciət edən zaman isə dürüstləşmənin bitdiyi bildirilmişdir. Hazırda torpaq sahəsi ilə bağlı faktiki mübahisə vardır, lakin daha əvvəllər mübahisə olmamışdır. İddiaçının mülkiyyət hüquqları öncədən tanınmışdır. Mübahisəli torpaq sahəsi hazırda iddiaçının sahiblik və istifadəsindədir. İddiaçı faktiki torpaq sahəsinə çıxarışın və torpaq sahəsinə dair plan-ölçü sənədinin verilməsini istəyir. Sənəd üzrə iddiaçının torpaq sahəsində beş fərqli vətəndaşın tikilisi vardır. Üçüncü şəxsin faktiki olaraq istifadəsində torpaq sahəsi yoxdur. Dürüstləşmə işləri aparıldıqdan sonra üçüncü şəxsə yeni koordinatlar və plan-ölçü sənədi verilməmişdir. Sadəcə dürüstləşmənin aparılması barədə rəy vardır.
25. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 may 2025-ci il tarixli 2-1(105)-397/2025 nömrəli qərardadı ilə X42 və X34 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər.
26. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs X17 nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməsini xahiş edərək bildirmişdir ki, tərəflər arasında mülki mübahisəyə baxılan zaman İddiaçı məhkəməyə torpaq sahəsi ilə bağlı Dövlət Aktını təqdim etmişdir. Halbuki, onlara indi məlum olur ki, iddiaçı torpaq sahəsini bir neçə dəfə satmış, daha sonra yenidən almışdır. O, həmin mübahisə zamanı bunların heç birini məhkəməyə bildirməmişdir. Mülki işə baxılan zaman eyni zamanda inzibati məhkəmədə işə baxılması barədə məlumatları olmamışdır. Mülki işə baxılan zaman verilmiş rəydə bildirildi ki, iddiaçıya məxsus Dövlət Aktı ilə X17 mülkiyyətində olan torpaq sahələri üstüstə düşmür. İddiaçı ilə torpaq sahəsində görüşən zaman o, bildirdi ki, onların torpaq sahəsi digər tərəfdə yerləşir. Onların torpaq sahəsi zəbt edildiyinə görə onlar da həmin torpaq sahəsində yerləşmişdirlər. İddiaçı o zaman torpaq sahələrini satdığını bildirməmişdi. Bununla da, iddiaçı dolayısı ilə, torpaq sahəsini zəbt etdiyini etiraf etmişdi. Bu səbəbdən, mülki işdə İddiaçı torpaq sahəsindən çıxarılması və tikilinin sökülməsi barədə qətnamə qəbul edilmişdir. Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərarı ilə də İddiaçı sözügedən torpaq sahəsini zəbt etməsi sübut olunmuşdur.
27. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə digər üçüncü şəxs X33 məlumat verilsə də, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə üçüncü şəxs X29 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ:
28. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
29. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
30. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-)
31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
32. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.
33. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
34. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətlərinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia rədd edilməlidir.
35. Belə ki, hazırkı mübahisənin predmetini iddiaçının Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0.2232 ha torpaq sahəsinə dair çıxarışın və plan-ölçü sənədinin verilməsinə müraciətindən cavabdehin imtinası təşkil edir.
36. İddiaçının hüquqi marağı, ********** qeydiyyat nömrəli ******* reyestr nömrəli çıxarış ilə mülkiyyətində olan 0.2982 ha torpaq sahəsindən 0.075 ha hissəsini 27 dekabr 2021-ci il tarixli AN-l ******* nömrəli alğı-satqı müqaviləsi əsasında X10 sonra mülkiyyətində qalan 0.2232 ha (0.2982-0.075=0.2232) torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir.
37. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və cavabdehin imtinasının dəlilləri ilə bağlı araşdırma apararaq hesab etmişdir ki, həmin dəlillər əsassızdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan kollegiya aşağıdakıları qeyd edir.
38. Cavabdeh orqanının apellyasiya şikayətinin dəlilləri mübahisə predmeti olan torpaq sahəsinin faktiki olaraq daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********39, **********40 və **********77 reyestr nömrəli çıxarışlara əsasən başqa şəxslərin sənəd üzrə mülkiyyətlərində olan torpaq sahələri ilə üst-üstə düşməsidir.
39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinin araşdırılması üçün cavabdeh inzibati orqana sorğu ünvanlayaraq **********39, **********40, **********77 reyestr nömrəli çıxarışların və həmin çıxarışların verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsini xahiş etmişdir.
40. Cavabdeh orqan tərəfindən 30 aprel 2025-ci il tarixli məktubla sözügedən çıxarışların verilməsinə əsas olmuş sənədlər məhkəməyə təqdim edilmişdir.
41. Təqdim olunmuş sənədlərlə müəyyən olunur ki, **********77 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 31 avqust 2022-ci il tarixli çıxarışla 0.03 ha torpaq sahəsinə X29 mülkiyyət hüququ, **********39 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 29 iyul 2021-ci il tarixli çıxarışla 0.10 ha torpaq sahəsinə X17 mülkiyyət hüququ, **********40 reyestr nömrəli, ********** qeydiyyat nöməli 29 iyul 2021-ci il tarixli çıxarışla 0.10 ha torpaq sahəsinə X17 mülkiyyət hüququ qeydiyyata alınmışdır. Məhkəməyə həmin torpaq sahələri ilə bağlı çıxarışların verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surəti təqdim edilmişdir.
42. Məhkəmə kollegiyasının iclasında iştirak edən tərəflər İddiaçı ilə üçüncü şəxs X34 arasında tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinə dair mülki mübahisə olduğunu bildirmişlər. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında iddiaçı X17 cavabdehlər İddiaçı və X31 qarşı tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinə dair mülki iş olmuşdur.
43. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 may 2025-ci il tarixli 2(105)-606/2025 nömrəli qətnaməsi ilə müəyyən olunur ki, Abşeron Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 2(012)-2562/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, X39 və İddiaçı 29 iyul 2021-ci il tarixli **********39 və **********40 reyestr nömrəli çıxarışlara əsasən X22 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən ümumilikdə 0.20 ha torpaq sahəsindən çıxarılması, 29 iyul 2021-ci il tarixli **********39 və **********40 reyestr nömrəli çıxarışlara əsasən X22 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən ümumilikdə 0.20 ha torpaq sahəsində inşa edilmiş tikililərin cavabdehlər X23 və İddiaçı öz vəsaiti hesabına sökülməsi, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən ümumilikdə 0.20 ha torpaq sahəsinin boşaldılaraq X22 əvvəlki vəziyyətdə təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin və mütəxəssis rəyinə görə ödənilmiş 95 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq X22 qaytarılması, ekspertiza tədqiqatı üçün tələb olunan 50 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
44. Cavabdehlər İddiaçı və X39 ayrı-ayrılıqda apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 2(012)-2562/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsini xahiş etmişlər.
45. Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 07 may 2025-ci il tarixli 2(105)-606/2025 nömrəli qətnaməsi ilə cavabdehlər İddiaçı və X39 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 2(012)-2562/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
46. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 may 2025-ci il tarixli 2(105)-606/2025 nömrəli qətnaməsində qeyd edilir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin 26 aprel 2024-cü il tarixli, 32/332/2-5225/24 nömrəli mütəxəssis rəyindən görünür ki, torpaq sahəsinə yerli baxış zamanı iddiaçı X17 faktiki istifadəsində olan torpaq sahəsi qeydə alınmamışdır. Yerölçmə işlərinin aparılması cavabdeh X23 və İddiaçı faktiki istifadələrində olan torpaq sahələrində aparılmışdır. **********40 reyestr nömrəli çıxarışla X6 üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə cavabdeh İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi (ümumi daş hasar daxilində) ilə üst-üstə düşən hissəsi 0.025 ha təşkil edir və **********40 reyestr nömrəli çıxarışla X6 üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə cavabdeh İddiaçı faktiki istifadəsində olan ev tikilisi ilə üst-üstə düşmə halı mövcud deyildir, lakin köməkçi tikilinin tam hissəsi üst-üstə düşür. Azərbaycan Respublikasının Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq aparılmış dürüstləşmə işləri əsasında **********40 reyestr nömrəli torpaq sahəsinin sənəd üzrə yerləşməsi cavabdeh İddiaçı faktiki isitfadəsində olan torpaq sahəsinin daxilində yerləşir. Azərbaycan Respublikasının Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq aparılmış dürüstləşmə işləri əsasında **********40 reyestr nömrəli torpaq sahəsinin sənəd üzrə yerləşməsi cavabdeh İddiaçı faktiki isitfadəsində olan ev tikilisinin bir hissəsi ilə, köməkçi tikili ilə tam üst-üstə düşür. Elektron məlumat bazasına əsasən JN- 1312 saylı dövlət aktının sənəd üzrə yerləşməsi sxemdə göstərilmişdir. Elektron məlumat bazasına əsasən JN-1312 saylı dövlət aktının sənəd üzrə yerləşməsi ilə 29 iyul 2021-ci il tarixli **********39 və **********40 reyestr nömrəli çıxarışlara əsasən X6 üzrə mülkiyyətinə verilmiş torpaq sahələri ilə üst-üstə düşmə halı mövcud deyildir və sxemdə göstərilmişdir.
47. Elektron məlumat bazasına əsasən cavabdeh İddiaçı faktiki istifadəsində olan (ümumi daş hasar daxilində yerləşən torpaq sahəsi) **********60 (X48), **********29 (X46), **********84 (X46), **********76 (X40), **********19 (X35), **********44 (X35), Azərbaycan Respublikasının Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq aparılmış **********75 (X36), **********77 (X42), **********40 (X34) reyestr nömrəli torpaq sahələrinin sənəd üzrə yerləşmələri ilə üst-üstə düşür.
48. Beləliklə, iş materiallarına əlavə edilmiş 29 iyul 2021-ci il tarixli **********39 və **********40 reyestr nömrəli çıxarışlarla və sözügedən mütəxəssis rəyi ilə müəyyən olunur ki, X7 rayonu, Mehdiabad qəsəbəsində yerləşən ümumilikdə 0.20 ha torpaq sahəsinin qanuni mülkiyyətçisidir. Həmin torpaq sahələri Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1 və 152.2-ci maddələrinə əsasən təhlükəsiz mülkiyyət hüququ ilə qorunur.
49. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin 26 aprel 2024-cü il tarixli mütəxəssis rəyindən göründüyü kimi, İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin 0.025 ha hissəsi **********40 saylı çıxarışa daxil olan sahə ilə üst-üstə düşür. İddiaçı istifadə etdiyi torpaq sahəsində olan köməkçi tikili tam şəkildə X3 torpaq sahəsi üzərində yerləşir. AR Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında aparılmış dürüstləşmə işləri nəticəsində X22 məxsus sənədli sahənin yerləşməsi, İddiaçı faktiki istifadə etdiyi əraziyə düşür.
50. Mütəxəssis rəyi ilə o da müəyyən olunmuşdur ki, İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi yalnız **********40 saylı çıxarışla deyil, həm də **********60, **********29, **********84, **********76, **********19, **********44 reyestr nömrəli, AR Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının icrası ilə əlaqədar aparılmış dürüstləşmə işləri əsasında **********75, **********77, **********40 reyestr nömrəli sənədlərlə qeydə alınmış torpaq sahələri ilə üst-üstə düşür. Bu fakt göstərir ki, İddiaçı faktiki istifadə etdiyi ərazi yalnız bir mülkiyyətçiyə deyil, bir neçə şəxsə məxsus torpaq sahələrinin hüquqi sərhədlərinə müdaxilə edir.
51. Bununla da, kollegiya hesab edir ki, iddiaçının torpaq sahəsinə dair çıxarış və plan-ölçü sənədi əldə etmək barədə tələbi bir neçə şəxsin qeydiyyatda olan mülkiyyət hüququna ziddir və hüquq yaratmaq üçün tələb olunan hüquqi və texniki əsaslara malik deyildir.
52. Həmçinin, iddiaçıya məxsus mübahisə predmeti olan torpaq sahəsi ilə üçüncü şəxs X17 qanuni mülkiyyətində olan ümumilikdə 0.20 ha torpaq sahələri və əlavə olaraq digər vətəndaşların mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alındığı torpaq sahələrinin ilə üst-üstə düşmə faktı yuxarıda qeyd edilən mütəxəssis rəyi ilə təsdiq edildiyindən, kollegiya **********77 reyestr nömrəli, 31 avqust 2022-ci il tarixli çıxarışla X29 mülkiyyətində olan 0.03 ha torpaq sahəsi ilə iddiaçıya məxsus torpaq sahəsinin üst-üstə düşmə faktının araşdırılmasına zərurət görməmişdir.
53. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri).
54. Məhkəmə kollegiyası qeyd olunanları, nəzərə alaraq, hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslı olmuş, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılarkən işin halları tam araşdırılmamış, iş üzrə müəyyən edilmiş hallara maddi hüquq normaları düzgün tətbiq olunmamış, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilmişdir. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsasdır.
55. Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir.
56. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
57. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, 2-1(118)-3866/2024 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia rədd edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.