Məhkəmə qərarları › İş №2-1(105)-398/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-398/2023

28.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-398/2023 28.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X3 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2-1(118)-608/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçıya məxsus AA № ******* seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1995-ci il təvəllüdlüdür.

2. TSEK tərəfindən verilmiş xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli bildirişlərdən görünür ki, ona əlilliyinin təyin edilməsindən imtina edilmişdir.

3. Sumqayıt 3 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş 0531003AALBS nömrəli göndərişdən görünür ki, İddiaçı əlillik vəziyyəti ilə bağlı Tibbi Sosial Ekspert Komissiyasına göndəriş verilmişdir.

4. T.Quliyev adına Sumqayıt şəhər Təcili Tibbi yardım xəstəxanası publik hüquqi şəxsi tərəfindən tərtib edilmiş xəstənin ambulator kitabından (xəstəlik tarixindən) çıxarışlardan görünür ki, o, xx.xx.2020-xx.xx.2020-ci il və xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə “Sol aşağı ətrafın angiodisplaziyası“ diaqnozu ilə müalicə edilmişdir.

5. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Ekspertizası və X4 t/429 saylı xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsində tərtib edilmiş Forma 88 saylı göndərişdə qeyd edilən “anadangəlmə ailəvi-irsi vazoangibpatiya, diffuz şəkildə yayılmış venodisplaziya, xroniki venoz çatmamazlıq, dərəcə, hər iki aşağı ətrafda ikinci limfostaz, sağtərəfli konduktiv tip ağır eşitmə, hər iki aşağı ətrafda ikincili limfostaz, xroniki venoz çatmamazlıq İİİ dərəcə, yerişin pozulması, sağ tərəfi xroniki otit, “sağ tərəfli radikal mastoidektomiya” cərrahi əməliyyatdan sonrakı vəziyyət, xroniki anemiya, zəif dərəcəli miopiya, burun çəpərinin əyriliyi, asteno-nevrotik sindrom diaqnozu nəzərə alınmaqla şəxsin əyani müayinəsində aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyinə görə ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 sayh qərarı ilə təsdiq edilmiş “Əlilliyinin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin maddələrini aid etmək mümkün deyildir. İş üzrə qəbul edilmiş məhkəmə aktları

6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1995-ci il təvəllüdlüdür. xx.xx.2008-ci il tarixdən “Sol aşağı ətrafın angiodisplaziyası, anadangəlmə ailəvi irsi vazoangiopatiya, xroniki anemiya” xəstəliyinin daşıyıcısıdır. Qeyd edilən xəstəliyə görə ona xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ümumi xəstəliklə əlaqədar 3-cü dərəcəli əlillik verilmişdir. Növbəti əlilliyin təyin edilməsi müddəti zamanı xx.xx.2013-cü ildə qeydiyyatda olduğu Sumqayıt şəhər 3 saylı poliklinikası tərəfindən xəstəlik durumu ilə əlaqədar TQS 088 formalı Tibbi Sosial Ekspert Komissiyasına göndəriş ünvanlanmışdır. Onun xx.xx.2018-xx.xx.2018-ci ilədək, xx.xx.2018-ci ildən xx.xx.2018-ci il tarixədək və xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tartixədək xəstə olmasını təsdiq edən vərəqləri vardır. xx.xx.2020-ci ildə göndəriş rəsmişləşdirilmiş, lakin cavabdeh göndərişdən imtina etmişdir. İmtinaya səbəb kimi “Dopler və bel test müayinələrinin olmaması” qeyd edilmişdir”, xx.xx.2021-ci il tarixdə göndəriş yenidən rəsmiləşdirilmiş, bu dəfə isə göndərişin natamam doldurulması əsas kimi göstərilərək imtina cavabı verilmişdir. Bundan başqa səbəb kimi “əlavəyə müalicəyə ehtiyacın olması və müalicə müddətinin yetərli olmaması qeyd edilmişdir”. Təkrarən 88 № forma arayışı qiymətləndirərkən imtinaya səbəb kimi “Diaqnoz və müayinələr əlillik təyininə əsas vermir” göstərilmişdir. Beləliklə, cavabdeh eyni gündə müxtəlif əsaslarla ona imtina cavabları vermişdir.

8. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, İddiaçı əlillik vəziyyətinə Sumqayıt 2 saylı Uşaq poliklinikasının xx.xx.2008-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Sağlamlıq imkanları məhdud uşaqlar; X2 : İİİ Sinif-Qan, qanyaradıcı orqanların xəstəlikləri və immun mexanizmin prosesə cəlb olunması ilə gedən ayrı-ayrı pozğunluqlar => D55-D59 - Hemolitik anemiyalar => D58-Digər irsi hemolitik anemiya.; Diaqnozun mətni: Anadangəlmə ailəvi irsi vazoangiopatiya diffuz şəkildə yayılmış venodisplaziya; Meyar: 2. İki il müddətinə: => DİGƏR” səbəbi ilə iki il müddətinə əlillik dərəcəsi verilmişdir. Sumqayıt 3 saylı şəhər poliklinikasının xx.xx.2014cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X2:İİİ Sinif- Qan, qanyaradıcı orqanların xəstəlikləri və immun mexanizmin prosesə cəlb olunması ilə gedən ayrı-ayrı pozğunluqlar =>D55-D59 - Hemolitik anemiyalar =>D58-Digər irsi hemolitik anemiya.; Diaqnozun mətni: Sol a/ə angiodisplaziyası. Anadangəlmə ailəvi irsi vazoangiopatiya. Xroniki anemiya. Virus hepatiti. "B" daşıyıcısı. OU-zəif miopiya. XVÇ-İİ dər; Meyar: 2.3. Üçüncü dərəcə əlillik =>DİGƏR: 2.3” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X2 : İİİ Sinif-Qan, qanyaradıcı orqanların xəstəlikləri və immun mexanizmin prosesə cəlb olunması ilə gedən ayrı-ayrı pozğunluqlar=>D55-D59- Hemolitik anemiyalar=> D58- Digər irsi hemolitik anemiya..;Diaqnozun mətni: Sol a/ə angiodisplaziyası. Anadangəlmə ailəvi irsi vazoangiopatiya. Xroniki anemiya. Virus hepatiti. "B" daşıyıcısı. OU-zəif miopiya. XVÇ-İİ dər; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: 2.3” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Sumqayıt 1 nömrəli xəstəxananın poliklinika şöbəsinin xx.xx.2020-ci il tarixli 0531003AAJQ5 saylı göndərişi əsasında baxılmış və “X2: XVİİ Sinif-Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları =>Q20-Q28-Qan dövranı sisteminin anadangəlmə anomaliyaları [inkişaf qüsurları] =>Q27-Periferi...; Diaqnozun mətni: Q27 Periferik damar sisteminin digər anadangəlmə anomaliyaları, Anadangəlmə ailəvi-irsi Vazoangiopatiya. Diffuz şəkildə yayılmış Venodisplaziya. Ağırlaşma H90.0 Eşitmənin konduktiv tipli ikitərəfli itirilməsi, Konduktiv tip ağır eşitmə. Ağırlaşma İ87.2 (Xroniki) (periferik) venoz çatmamazlıq, Xroniki venoz çatmamazlıq İİİ dər. Ağırlaşma R26 Hərəkətin və yerişin pozulmaları, Ağırlaşma İ89.0 Digər rubrikalarda təsnif olunmayan limfa ödemi, Hər iki aşağı ətrafda ikincili limfostaz. Yanaşı xəstəliklər H52.1 Miopiya, OU- Zəif miopiya. Yanaşı xəstəliklər H65.0 Kəskin seroz orta otit, Sağ tərəfli xroniki otit. Yanaşı xəstəliklər S02.2 Burun sümüklərinin sınığı, Burun çəpərinin əyriliyi. Yanaşı xəstəliklər G90.8 Vegetativ [avtonom] sinir sisteminin digər pozğunluqları, Astenonevrotik sindrom Yanaşı xəstəliklər D50 Dəmir defisitli anemiya, Xroniki anemiya. Yanaşı xəstəliklər İ50 Ürək çatmamazlığı, Xroniki Ürək catmamazlığı.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması-Səbəb: İxtisaslaşdırılmış müalicəni davam etdirmək məsləhət görülür” səbəbi ilə imtina verilmişdir. Sumqayıt 1 nömrəli xəstəxanasının poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli 0531003AAJWR saylı göndərişi əsasında baxılmış və “X2: XVİİ Sinif-Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları=>Q20-Q28- Qan dövranı sisteminin anadangəlmə anomaliyaları [inkişaf qüsurları] =>Q27-Periferi...; Diaqnozun mətni: Q27 Periferik damar sisteminin digər anadangəlmə anomaliyaları, Anadangəlmə ailəvi-irsi Vazoangiopatiya. Diffuz şəkildə yayılmış Venodisplaziya. Ağırlaşma R26 Hərəkətin və yerişin pozulmaları,. Ağırlaşma H90.7 Birtərəfli qarışıq konduktiv və neyrosensor tipli agır eşitmə, sağ tərəfli konduktiv tip ağır eşitmə. Ağırlaşma İ87.2 (Xroniki) (periferik) venoz çatmamazlıq, Xroniki venoz çatmamazlıq İİİ dər. Ağırlaşma İ89.0 Digər rubrikalarda təsnif olunmayan limfa ödemi, Hər iki aşağı ətrafda ikincili limfostaz. Yanaşı xəstəliklər G90.8 Vegetativ [avtonom] sinir sisteminin digər pozğunluqları, Asteno-nevrotik sindrom Yanaşı xəstəliklər H65.0 Kəskin seroz orta otit, Sağ tərəfli xroniki otit. Yanaşı xəstəliklər İ50 Ürək çatmamazlığı, Xroniki Ürək catmamazlığı. Yanaşı xəstəliklər D50 Dəmir defisitli anemiya. Xroniki anemiya.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması-Səbəb: Xəstənin ağırlıq dərəcəsi, funksional pozğunluğu və ekspertiza üçün əhəmiyyətli olan digər xüsusiyyətləri qeyd edilməmişdir” səbəbi ilə imtina verilmişdir. Sumqayıt 1 nömrəli xəstəxananın poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli 05310Q3AAJ1Z saylı göndərişi əsasında baxılmış və “X2: XVİİ SinifAnadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları=> Q20-Q28-Qan dövranı sisteminin anadangəlmə anomaliyaları [inkişaf qüsurları] =>Q27-Periferi...; Diaqnozun mətni: Əsas diaqnoz Q27 Periferik damar sisteminin digər anadangəlmə anomaliyaları, Anadangəlmə ailəvi-irsi Vazoangiopatiya.Diffuz şəkildə yayılmış Venodisplaziya. Ağırlaşma R26 Hərəkətin və yerişin pozulmaları,. Ağırlaşma H90.7 Birtərəfli qarışıq konduktiv və neyrosensor tipli agır eşitmə,, sağ tərəfli konduktiv tip ağır eşitmə. Ağırlaşma 187.2 (Xroniki) (periferik) venoz çatmamazlıq, Xroniki venoz çatmamazlıq.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması-Səbəb: Xəstənin adına əmək müqaviləsi olduğu halda. Xəstəlik vərəqələrinin günləri reyestrdə göstərilməyib. Dəqiqləsdirilsin” səbəbi ilə imtina verilmişdir. Sumqayıt 1 nömrəli xəstəxananın poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli 0531003AAKR4 saylı göndərişi əsasında baxılmış və “X2: XVİİ Sinif-Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q20-Q28-Qan dövranı sisteminin anadangəlmə anomaliyaları [inkişaf qüsurları]=>Q27-Periferi...; Diaqnozun mətni: Əsas diaqnoz Q27 Periferik damar sisteminin digər anadangəlmə anomaliyaları, Anadangəlmə ailəvi-irsi Vazoangiopatiya. Diffuz şəkildə yayılmış Venodisplaziya. Ağırlaşma İ89.0 Digər rubrikalarda təsnif olunmayan limfa ödemi, Hər iki aşağı ətrafda ikincili limfostaz. Ağırlaşma H90.7 Birtərəfli qarışıq konduktiv və neyrosensor tipli agır eşitmə, sağ tərəfli konduktiv tip ağır eşitmə. Ağırlaşma R26 Hərəkətin və yerişin pozulmaları,. Ağırlaşma 187.2 (Xroniki) (periferik) venoz çatmamazlıq, Xroniki venoz çatmamazlıq İİİ dər. Yanaşı xəstəliklər D50 Dəmir defisitli anemiya, Xroniki anemiya. Yanaşı xəstəliklər S02.2 Burun sümüklərinin sınığı, Burun çəpərinin əyriliyi. Yanaşı xəstəliklər H52.1 Miopiya, OU-Zəif miopiya. Yanaşı xəstəliklər H65.0 Kəskin seroz orta otit, Sağ tərəfli xroniki otit. Yanaşı xəstəliklər G90.8 Vegetativ [avtonom] sinir sisteminin digər pozğunluqları, Astenonevrotik sindrom; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması-Səbəb:-Xəstənin adina əmək müqaviləsi olduğu halda (Operator, kompüterQÜVVƏDƏDİRxx.xx.2017). Xəstəlik vərəqələrinin günləri reystrdə göstərilməyib dəqiqləsdirilsin.” səbəbi ilə imtina verilmişdir. Sumqayıt 1 nömrəli xəstəxananın poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli 0529003AAHK6 saylı göndərişi əsasında baxılmış və “Səbəbi : Ümumi xəstəlik; X2:XVİİ Sinif-Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları=> Q20-Q28-Qan dövranı sisteminin anadangəlmə anomaliyaları [inkişaf qüsurları]=>Q27-Periferi...;Diaqnozun mətni: Anadangəlmə ailəvi-irsi Vazoangiopatiya.Diffuz şəkildə yayılmış Venodisplaziya.Xroniki venoz çatmamazlıq llldərəcə. Hər iki aşağı ətrafda ikincili limfostaz. sağ tərəfli konduktiv tip ağır eşitmə. Hər iki aşağı ətrafda ikincili limfostaz. Xroniki venoz çatmamazlıq İİİ dərəcə. Yerişin pozulması. Sağ tərəfli xroniki otit."Sağ tərəfli radikal mastoidektomiya" cərrahi əməliyyatından sonrakı vəziyyət. Xroniki anemiya. OU-Zəif dərəcəli miopiya. VİZUS OU0.4 k/ilə-1.OD =1.0. Burun çəpərinin əyriliyi. Asteno- nevrotik sindromu” diaqnozu və aparılmış müayinələr əlillik təyininə əsas verməməsi səbəbi ilə imtina verilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

9. Sumqayıt İnzibati Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2-1(118)-608/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı əlilliyin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur (hakim V.Əzizova).

10. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçı uşaqlıqdan qandamar xəstəliklərindən əziyyət çəkir və onun məruz qaldığı diaqnozlar forma N 88-də X1 uyğunlaşdırılaraq qeyd olunmuşdur.

11. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh apellyasiya şikayətini iddiaya etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, iş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Ekspertizası və X4 t/429 saylı xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsində tərtib edilmiş Forma 88 saylı göndərişdə qeyd edilən “anadangəlmə ailəvi-irsi vazoangipatiya, diffuz şəkildə yayılmış venodisplaziya, xroniki venoz çatmamazlıq, dərəcə, hər iki aşağı ətrafda ikinci)i iimfostaz sağtərəfli konduktiv tip ağır eşitmə, hər iki aşağı ətrafda ikincili limfbstaz, xroniki venoz çatmamazlıq İİİ dərəcə, verişin pozulması, sağ tərəfi xroniki otit, “sağ tərəfli radikal mastoidektomiya”. Cərrahi əməliyyatdan sonrakı vəziyyət, xroniki anemiya, zəif dərəcəli miopiya, burun çəpərinin əyriliyi, asteno-nevrotik sindrom diaqnozu nəzərə alınmaqla şəxsin əyani müayinəsində aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyinə görə ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 saylı qərarı ilə təsdiq edilmiş Əlilliyinin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin maddələrini aid etmək mümlün deyildir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etdi.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş etdilər.

TƏTBİQ EDİLƏN HÜQUQ

15. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” 31 may 2018-ci il tarixli Qanun qüvvəyə minənə qədər qüvvədə olmuş “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” 1992-ci il 25 avqust tarixli 284 nömrəli Qanun: Maddə 3. Tibbi-sosial ekspertiza orqanizmin funksiyalarının davamlı pozulmaları nəticəsində həyat fəaliyyətinin məhdudlaşdırılmasının qiymətləndirilməsi əsasında vətəndaşın sosial müdafiə tədbirlərinə olan ehtiyaclarının müəyyən edilməsidir.

16. Tibbi-sosial ekspertiza müayinə olunan şəxsin klinik, funksional, sosial, məişət, peşə, əmək, psixoloji imkanlarının kompleks qiymətləndirilməsi yolu ilə əlillik, uşaqların sağlamlıq imkanlarının məhdudluğu meyarlarına uyğun olaraq həyata keçirilir.

17. Tibbi-sosial ekspertiza tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Tibbi-sosial ekspert komissiyaları haqqında və əlilliyin, uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair əsasnamələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

16. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. (-) 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

17. Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2015-ci il tarixli 595 nömrəli Fərmanı: ...6. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 6.1. birinci dərəcə əlilliyin və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlilliyin müddətsiz təyin edilməsini, ikinci və üçüncü dərəcə əlilliyin təyinat müddətinin 5 ildən az olmayaraq artırılmasını və təkrar müayinə sayının azaldılmasını nəzərdə tutmaqla, əlilliyin müəyyən olunması meyarlarında iki ay müddətində dəyişikliklər etsin; ...

18. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı: Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 sentyabr tarixli 595 nömrəli Fərmanının 6.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” təsdiq edilsin (əlavə olunur). ...4. Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması müddətləri 4.1. Birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. 4.2. İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. ...6. Keçid müddəalar 6.1. Bu Əsasnamənin təsdiq edildiyi günədək əlilliyi müəyyən edilmiş və həmin günədək əlillik müddəti başa çatmamış ikinci və üçüncü dərəcə əlilliyi olan şəxslərin əlillik müddəti TSERAS tərəfindən 5 (beş) il müddətinə uzadılır. ...Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə 2.2-ci bənd. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: (-) 2.2.10. hər iki gözdə görmə itiliyinin korreksiya ilə 0,08 və ondan az olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması (H40-H40.9, H47-H47.5, H52- H53.9); (-). 2.3-cü bənd. Üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Üçüncü dərəcə əlillik aşağıdakı hallarda təyin edilir:

19. (-) 2.3.9. uzun müddət dekompensasiya (altı aydan çox) vəziyyətində olan şəxsiyyət pozuntuları və psixopatiyalar (F60.0-F62.9, F45-F45.9, F48-F48.9). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 saylı qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnaməsi: 4.1. Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra–Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra–göndəriş) əsasında aparılır.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası 1.3-cü bənd. Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; ...1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; ...2.1-ci bənd. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi-həkim-məsləhət komissiyasına müraciət edir. 2.2-ci bənd. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.6-cı bənd. Tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri” nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri

23. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

25. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçı uşaqlıqdan qandamar xəstəliklərindən əziyyət çəkir və onun məruz qaldığı diaqnozlar forma N 88-də X1 uyğunlaşdırılaraq qeyd olunmuşdur.

26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakılar qeyd etməyi zəruri hesab edir.

27. İşdə olan imtina cavablarından görünür ki, xx.xx.2021-ci il xx.xx.2021-ci il tarixlərdə iddiaçıya əlilliyinin təyin edilməsindən imtina edilmişdir.

28. İş materiallarında olan Sumqayıt 1 nömrəli xəstəxananın poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli 0529003AAHK6 saylı göndərişi əsasında verilmiş Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, İddiaçı “Anadangəlmə ailəvi-irsi Vazoangiopatiya. Diffuz şəkildə yayılmış Venodisplaziya. Xroniki venoz çatmamazlıq lll dərəcə. Hər iki aşağı ətrafda ikincili limfostaz. sağ tərəfli konduktiv tip ağır eşitmə. Hər iki aşağı ətrafda ikincili limfostaz. Xroniki venoz çatmamazlıq İİİ dərəcə. Yerişin pozulması. Sağ tərəfli xroniki otit. Sağ tərəfli radikal mastoidektomiya cərrahi əməliyyatından sonrakı vəziyyət. Xroniki anemiya. OU-Zəif dərəcəli miopiya. VİZUS OU0.4 k/ilə-1.OD =1.0. Burun çəpərinin əyriliyi. Astenonevrotik sindromu” diaqnozu qoyulmuş, diaqnoz və müayinələr əlillik təyininə əsas verməməsi səbəbi ilə imtina verilmişdir.

29. Həmin göndəriş əsasında verilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2021-ci il tarixli digər qərarından görünür ki, Periferik damar sisteminin digər anadangəlmə anomaliyaları, Anadangəlmə ailəvi-irsi Vazoangiopatiya. Diffuz şəkildə yayılmış Venodisplaziya Xroniki venoz çatmamazlıq İİİ dər. Hər iki aşağı ətrafda ikincili limfostaz. Birtərəfli qarışıq konduktiv və neyrosensor tipli ağır eşitmə, sağ tərəfli konduktiv tip ağır eşitmə, müalicə müddəti yetərli deyil, əlavə müalicə səbəbi ilə imtina verilmişdir.

30. Bundan sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

31. Cavabdehin etiraz və apellyasiya şikayətinin yeganə dəlili iddiaçı barəsində tərtib olunmuş 0529003AAHK6 göndərişdə qeyd olunan diaqnozun əlillik əlaməti təyin etməməsidir.

32. 1 nömrəli Şəhər Poliklinikası tərəfindən iddiaçı barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli 0529003AAHK6 nömrəli göndərişdə (Forma 88) aşağıdakı diaqnoz qoyulmuşdur: əsas diaqnoz: Q27-periferik damar sisteminin digər anadangəlmə anomaliyaları. Anadangəlmə ailəvi-irsi vazoangiopatiya. Diffuz şəkildə yayılmış venodisplaziya. Xroniki venoz çatmamazlıq İİİ dərəcə. Hər iki aşağı ətrafda ikincili limfostaz. Ağırlaşma H90.7- birtərəfli qarışıq konduktiv və neyrosensor tipli ağır eşitmə, sağ tərəfəli konduktiv tip ağır eşitmə, yanaşı xəstəliklər-H65.0- kəskin seroz orta otit. Sağ tərəfli xroniki otit, “Sağ tərəfli radikal mastoidektomiya” cərrahi əməliyyatdan sonrakı vəziyyət; ağırlaşma-İ89.0- digər rubrikalarda təsnif olunmayan limfa ödemi. Hər iki aşağı ətrafda ikincili limfostaz., ağırlaşma-187.2- (xroniki)periferik venoz çatmamazlıq. Xroniki venoz çatmamazlıq İİİ dərəcə, ağırlaşma-R26-hərəkətin və yerişin pozulmaları, Yerişin pozulması, yanaşı xəstəliklər-D64-digər anemiyalar, Xroniki anemiya, yanaşı xəstəliklər-H52.1- Miopiya, OU-zəif dərəcəli miopiya, VİZUS OU-0.4 k/ilə-1.0D=1.0; yanaşı xəstəliklər J34- burun və burun ciblərinin digər xəstəlikləri. Burun çəpərinin əyriliyi; yanaşı xəstəliklər-F48.9-dəqiqləşdirilməmiş nevrotik pozğunluqlar. Astenonevrotik sindrom.

33. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmənin 01 iyun 2022-ci il tarixli qərardadı ilə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 həvalə edilmişdir.

34. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Ekspertizası və X4 t/429 saylı xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, İddiaçı əlillik vəziyyətinin Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsində tərtib edilmiş Forma 88 saylı göndərişdə qeyd edilən “anadangəlmə ailəviirsi vazoangibpatiya, diffuz şəkildə yayılmış venodisplaziya, xroniki venoz çatmamazlıq, dərəcə, hər iki aşağı ətrafda ikinci limfostaz, sağtərəfli konduktiv tip ağır eşitmə, hər iki aşağı ətrafda ikincili limfostaz, xroniki venoz çatmamazlıq İİİ dərəcə, yerişin pozulması, sağ tərəfi xroniki otit, “sağ tərəfli radikal mastoidektomiya” cərrahi əməliyyatdan sonrakı vəziyyət, xroniki anemiya, zəif dərəcəli miopiya, burun çəpərinin əyriliyi, asteno-nevrotik sindrom diaqnozu nəzərə alınmaqla şəxsin əyani müayinəsində aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyinə görə ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 sayh qərarı ilə təsdiq edilmiş “Əlilliyinin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin maddələrini aid etmək mümkün deyildir.

35. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Ekspertizası və X4 t/429 saylı xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsində tərtib edilmiş Forma 88 saylı göndərişdə qeyd edilən “anadangəlmə ailəviirsi vazoangiopatiya, diffuz şəkildə yayılmış venodisplaziya, xroniki venoz çatmamazlıq, dərəcə, hər iki aşağı ətrafda ikinci) limfostaz, sağtərəfii konduktiv tip ağır eşitmə, hər iki aşağı ətrafda ikincili limfobstaz, xroniki venoz çatmamazlıq İİİ dərəcə, verişin pozulması, sağ tərəfi xroniki otit, “sağ tərəfli radikal mastoidektomiya”cərrahi əməliyyatdan sonrakı vəziyyət, xroniki anemiya,zəif dərəcəli miopıya, burun çəpərinin əyriliyi, asteno-nevrotik sindromdiaqnozu nəzərə alınmaqla şəxsin əyani müayinəsində aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyinə görə ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 saylı qərarı ilə təsdiq edilmiş Əlilliyinin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin maddələrini aid etmək mümkün olmamışdır. Qeyd edilən rəydən görünür ki, rəyin verilməsində cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial eksperti X6 da iştirak etmişdir.

36. Cavabdehin apellyasiya şikayətinin dəlilləri üzrə mübahisənin həllində xüsusi bilik tələb olunan sualların izah edilməsinə zərurət yarandığından, əvvəlki ekspertizanın eyni zamanda hazırkı iş üzrə cavabdehin tibbi sosial ekspertinin iştirakı ilə keçirildiyi müəyyən edildiyindən, həmçinin ekspert rəyində qərardadda qoyulan suallar tam cavablandırılmadığından məhkəmə kollegiyası tərəfindən iddiaçıda 0529003AAHK6 nömrəli göndərişdə göstərilən anadangəlmə ailəvi-irsi Vazoangiopatiya. Diffuz şəkildə yayılmış Venodisplaziya. Xroniki venoz çatmamazlıq lll dərəcə. Hər iki aşağı ətrafda ikincili limfostaz. sağ tərəfli konduktiv tip ağır eşitmə. Hər iki aşağı ətrafda ikincili limfostaz. Xroniki venoz çatmamazlıq İİİ dərəcə. Yerişin pozulması. Sağ tərəfli xroniki otit. Sağ tərəfli radikal mastoidektomiya cərrahi əməliyyatından sonrakı vəziyyət. Xroniki anemiya. OU-Zəif dərəcəli miopiya. VİZUS OU0.4 k/ilə-1.OD =1.0. Burun çəpərinin əyriliyi. Asteno- nevrotik sindromu” diaqnozu, habelə həmin xəstəliyin ağırlaşmaları və yanaşı xəstəliklər aşkar edilib-edilməməsi ilə bağlı təkrar məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi cavabdeh inzibati orqanın ekspertləri cəlb edilmədən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7 publik hüquqi şəxsinin başqa ekspertlərinə tapşırılmışdır.

37. Məhkəmə-Tibbi Ekspertiza və X7 publik hüquqi şəxsi tərəfindən verilmiş T359/2023 nömrəli ekspert rəyində qeyd edilir ki, İddiaçı 08 iyun 2023-cü il tarixdə təkrari ekspertizalar şöbəsində müayinədən keçirilərkən xx.xx.2022-ci il tarixdə dediklərini təsdiq etdi. 1995-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: Vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün Sumqayıt 1 nömrəli xəstəxananın poliklinika şöbəsinin tərtib etdiyi xx.xx.2021-ci il tarixli, 0529003AAHK6 saylı göndərişində qeyd edilən “Anadangəlmə ailəvi-irsi vazoangiopatiya, diffuz şəkildə yayılmış venodisplaziya, xroniki venoz çatmamazlıq İİİ dərəcə, hər iki aşağı ətrafda ikincili limfostaz, sağtərəfli konduktiv tip ağır eşitmə, hər iki aşağı ətrafda ikincili limfostaz, xroniki venoz çatmamazlıq İİİ dərəcə, yerişin pozulması, sağ tərəfli xroniki otit, “sağ tərəfli radikal mastoidektomiya” cərrahi əməliyyatından sonrakı vəziyyət, xroniki anemiya, OU-zəif dərəcəli miopiya, VİZUS OU-0,4 k7ilə- 1.0D=1.0, burun çəpərinin əyriliyi, asteno-nevrotik sindrom” diaqnozunda “Q27- periferik damar sisteminin digər anadangəlmə anomaliyaları, anadangəlmə ailəvi-irsi vazoangiopatiya, diffuz şəkildə yayılmış venodisplaziya” əsas xəstəlikdir, “R26-hərəkətin və yerişin pozulmaları, İ87.2-(xroniki) (periferik) venoz çatmamazlıq, xroniki venoz çatmamazlıq İİİ dərəcə, İ89.0-digər rubrikalarda təsnif olunmayan limfa ödemi, hər iki aşağı ətrafda ikincili limfostaz, R90.7-birtərəfli qarışıq konduktiv və neyrosensor tipli ağıreşitmə, sağ tərəfli konduktiv tip ağıreşitmə” əsas xəstəliyin ağırlaşmalarıdır. Əsas xəstəlik və onun ağırlaşmalarından başqa “Xroniki anemiya, OU-zəif dərəcəli miopiya, VİZUS OUO, 4 k/ilə-1. OD=1.0, burun çəpərinin əyriliyi, asteno-nevrotik sindrom” yanaşı xəstəliklərdən əziyyət çəkdiyi də Forma 088-də öz əksini tapmışdır. Əsas xəstəlik və ağırlaşmaları irsi olduğundan onlar sağalmırlar, yalnız müalicə ilə kəskinləşməsinin qarşısı alınır.

38. Beləliklə, ekspert rəyindən müəyyən edilir ki, hazırda iddiaçıda 0529003AAHK6 nömrəli göndərişdə qeyd edilmiş yanaşı xəstəliklər-H52.1, yanaşı xəstəliklər- F48.9 kodlu diaqnozlu xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2, 10 və 2.3.9-cu bəndlərinə əsasən, əlilliyin təyin edilməsinə əsas verir.

39. Belə ki, qeyd edilən Əsasnamənin:

40. 2.2-ci bəndinə əsasən ikinci dərəcə əlillik-xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.10. hər iki gözdə görmə itiliyinin korreksiya ilə 0,08 və ondan az olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması (H40-H40.9, H47-H47.5, H52- H53.9); - 2.3-cü bəndinə əsasən üçüncü dərəcə əlillik-xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Üçüncü dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.3.9. uzun müddət dekompensasiya (altı aydan çox) vəziyyətində olan şəxsiyyət pozuntuları və psixopatiyalar (F60.0-F62.9, F45-F45.9, F48-F48.9).

41. Beləliklə, müəyyən edilir ki, xx.xx.2021-ci il tarixli 0529003AAHK6 nömrəli Forma 88 göndərişdəki yanaşı xəstəliklər kimi qeyd edilmiş H52.1 ikinci dərəcə əlilliyin, F48.9 diaqnozlu xəstəlik üçüncü dərəcə əlilliyin təyin edilməsinə əsas verən xəstəliklər siyahısına daxil edilmiş və sözügedən xəstəliklər X1 da daxil edilmişdir.

42. “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.

43. Belə olan halda, 2015-ci ildə qoyulan diaqnoz əsasında əlillik təyinindən sonra təkrar müayinə zamanı diaqnozda müəyyən edilən xəstəliklərin davam etməsi halında iddiaçının cavabdehin inzibati praktikasına, yəni onun davranışına etimad hüququ və bununla bağlı onun inzibati orqandan qanuni gözləntisi yaranmışdır.

44. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlili əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmir.

45. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2-1(118)-608/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar