Məhkəmə qərarları › İş №2-1(105)-398/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-398/2024

19.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-398/2024 19.03.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2 və X1 cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə (Açar sözlər: iddianın mümkün sayılmaması) Sədrlik edən və məruzəçi hakim X3, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı2 və X1 cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “piket keçirilməsi üçün qanuni şəraitin yaradılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)- 2433/2024 nömrəli qərardadından İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, onların piket keçirilməsi üçün qanuni şəraitin yaradılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, 13 sentyabr 2023-cü il tarixdə cavabdehə müraciət edərək, “Sumqayıt Tibb Mərkəzi” X9 fəaliyyətsizliyinə etiraz olaraq onun binası qarşısında piket keçirmək istədiklərini bildirmişlər. Müraciətdə qeyd olunmuşdur ki, “Son illər Azərbaycanda Respublikasında səhiyyə sahəsində müəyyən islahatlar aparılmasına baxmayaraq, bu sahədə insanların konstitusion hüquqları pozulur, onlar səhiyyə xidmətlərindən normal istifadə edə bilmir, nəticədə həyatları üçün ciddi təhlükələr yaranır. Belə təhlükələrdən biri ilə də Sumqayıt şəhərində yaşayan İddiaçı2 qarşı törədilmişdir. Koronavirus zamanı xəstələnən İddiaçı2 düzgün müalicə almamış, həkim səhlənkarlığı nəticəsində sağlamlığına ciddi zərər dəymişdir. Bununla bağlı o, Səhiyyə Nazirliyinə, TƏBİB-ə, “Sumqayıt Tibb Mərkəzi” X10 müraciət etsə də heç bir müsbət nəticə olmamışdır. Bu fəaliyyətsizliyə etiraz olaraq onlar “Sumqayıt Tibb Mərkəzi” X8rşısında piket keçirməyi planlaşdırdılar. Bu məqsədlə, bir qrup ziyalılar Azərbaycan Respublikası Konstitutsiyasının 47 və 49-cu maddələri ilə nəzərdə tutulan və “X5 haqqında” Azərbaycan Respublikasının qanunun 1-5-ci və digər müvafiq maddələrində verilmiş hüquqlardan istifadə etməklə, 22 sentyabr 2023-ci il tarixdə, saat 14:00-dan 15:00-dək Sumqayıt şəhəri, H.Əliyev, 7 ünvanda yerləşən “Sumqayıt Tibb Mərkəzi” X7rşısında, 50 metr məsafədə “Sağlamlığımızı qoruyun”, “Sağlam yaşamaq haqqımızdır”, “Azərbaycan Respublikası Səhiyyə Nazirinə və TƏBİB rəhbərliyinə istefa” şüarları ilə etiraz piketi keçirməyi planlaşdırırlar. Etiraz piketində 50 (əlli) nəfərin iştirak edəcəyi nəzərdə tutulur. Bu barədə sizə məlumat verməklə piketin keçirilməsi üçün lazımi şərait yaradılmasını və təhlükəsizliyin təmin edilməsini xahiş edirik. Etiraz piketinin keçirilməsini zəruri edən halların yaranmasına dair fikirlərini həm də onunla əsaslandırırlar ki, göstərilən dövlət orqanlarına dəfələrlə yazılı və şifahi müraciətlərə baxmayaraq, şikəst edilmiş İddiaçı2 səhhəti getdikcə pisləşir, həyatı ciddi təhlükədədir. Ümid edirik ki, “X5 haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin tələbinə müvafiq olaraq, aksiyanın keçirilməsinə ən azı 3 gün qalmış bu müraciətlərinə müsbət cavab veriləcəkdir. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiyası, “X5” və “X2 haqqında” Qanunlarının tələblərinə müvafiq olaraq, keçirilməsi planlaşdırılan piketlə bağlı “Sumqayıt Tibb Mərkəzi” X9 rəhbərliyinin vaxtında məlumatlandırılmasını, piketin məqsəd və məramlarının əhaliyə çatdırılması üçün Sumqayıt şəhərində təbliğat və təşviqat aparılmasına razılıq verilməsini xahiş edirik.” Cavabdeh sərbəst toplanmaq hüququnu pozmuş, piketin keçirilməsinə lazımı şərait yaratmamış, müraciəti cavabsız qoymuşdur. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-2433/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Könül Həbibova). İddiaçı2 qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddianı mümkünsüz saymışdır. Məhkəmə bu qərardadını Sumqayıt Şəhər İcra Hakimiyyətinin hərəkətsizliyinin inzibati akt olmaması və bununla əlaqədar onu mübahisələndirməyin mümkünsüzliyi ilə əsaslandırmışdır. Məhkəmənin bu qənaəti ilə razılaşmır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda deyilir: Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar: 1.1. Bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2. Qanunda istifadə olunmuş əsas anlayışlar :2.0. Bu qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.2. İnzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizamçı salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Eyni zamanda Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində göstərilir: Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia). Hazırkı iş materiallarından göründüyü kimi Sumqayıt Şəhər İcra Hakimiyyəti piket keçirmək təşəbbüsü barədə təqdim etdiyi xəbərdarlıq məktubuna münasibət bildirmədən onu bu məsələdə heç bir səlahiyyətə malik olmayan Tibb Mərkəzinə göndərmişdir. Halbuki icra hakimiyyəti qanunun tələb etdiyi kimi 3 iş günü ərzində onların xəbərdarlığa rəsmi cavab verməli idi. Cavabdehin bu faktiki hərəkəti iddiaçılar üçün hüquqi nəticə yaratmış və onlar toplantını keçirə bilməmişlər. Çünki təşkilatçılara məlum idi ki, cavabdehin razılıq vermədiyi toplantılar qanunsuz sayılır, polis tərəfindən dağıdılır, iştirakçılar isə zorakılığa və hüquqi təqiblərə məruz qalırlar. Təşəbbüs qrupu cavabdehin bu faktiki hərəkəti ilə toplantının qadağan olunmasını qanunsuz sayaraq məhkəməyə müraciət edərək sərbəst toplaşma azadlığına müdaxilənin aradan qaldırılması, bununla da gələcəkdə mitinqin keçirilməsinə imkan verilməsini xahiş etmişdilər.Yuxarıda sadalanan normalar həmin şikayətə mahiyyəti üzrə baxılmasını zəruri edirdi. Lakin məhkəmə həmin normaların tələblərinə əhəmiyyət vermədən bu iddianı mümkünsüz saymışdır. Ən əsası isə inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarında göstərilir: 4.2.Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı,belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2.Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 5.3. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Sərbəst toplaşma azadlığı milli qanunlarla və ölkənin qoşulduğu beynəlxalq konvensiyalar ilə təmin və müdafiə olunur. X5 haqqında AR Qanununda göstərilir: Hər kəsin başqaları ilə birlikdə X5 Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr təmin edilir. Maddə 49. X5 İ.Hər kəsin başqaları ilə birlikdə X5 vardır. İİ.Hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ vardır. Bu normalardan göründiyi kimi sərbəst toplaşma azadlığı birbaşa qanun normaları ilə müdafiə olunur. Bu səbəbdən məhkəmə həmin azadlığın pozuntusu barədə iddianı mümkünsüz saya bilməzdi. Beləliklə də onların sərbəst toplaşma azadlığına İcra Hakimiyyətinin müdaxiləsinin qanunsuz olması açıq-aşikar olmuşdur. Lakin buna baxmayaraq birinci instansiya məhkəməsi iddianı mümkünsüz sayaraq bu pozuntuları əsassız olaraq tanımamışdır. Qeyd olunduğu kimi birinci instansiya məhkəməsi iddianı mümkünsüz saymışdır. Məhkəmə bu qərardadını hüquqi əsaslarını dəqiq göstərməmiş, ümumi ifadələr ilə kifayətlənmişdir. Bu ifadələrdə iddia növləri sadalanır. Buradan belə nəticəyə gəlmək olar ki, onlar iddianın növünün seçimində səhvə yol vermişlər. Məhkəmənin bu qənaəti ilə razılaşmır. Çünki Sumqayıt Şəhər İcra Hakimiyyəti xəbərdarlığa cavab verməməklə, onu baxılması üçün Sumqayıt Tibb Mərkəzinə göndərməklə piketin keçirilməsini faktiki olaraq qadağan etmişdir. Onlar bu qadağanı qanunsuz sayaraq məhkəməyə müraciət edərək sərbəst toplaşma azadlığına müdaxilənin aradan qaldırılması, bununla da gələcəkdə mitinqin keçirilməsinə imkan verilməsini xahiş etmişdilər. Bu iddianın və tələblərin milli qanunvericiliyə və ölkəmizin qoşulduğu beynəlxalq konvensiyalara tam uyğun olmasına əhəmiyyət verməyən birinci instansiya məhkəməsi bu iddianı mümkünsüz saymışdır. Hətta ehtimal edilsə ki, onlar iddia növünün seçimində səhvə yol veriblər, bu hal iddianın mümkünsüz sayılması üçün əsas ola bilməzdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində deyilir ki, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.Göründüyü kimi iddia ərizəsinin tərtibində nöqsan olduğu halda məhkəmə bu nöqsanın aradan qaldırılmasında yardım göstərməyə borclu idi. Beləliklə də, onların iddia ərizəsi onun tərtibindəki nöqsana görə mümkünsüz sayıldığı halda bu qərardad qanunsuz hesab olunmalıdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı2 apellyasiya şikayətini müdafiə edərək, dəlillərinə uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə digər iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 49. X5 İ. Hər kəsin başqaları ilə birlikdə X5 vardır. İİ. Hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə, ictimai qaydanı və ya ictimai əxlaqı pozmamaq şərtilə, dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ vardır. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. ... “X5 haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 1. X5 İ. Hər kəsin başqaları ilə birlikdə X5 Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə təmin edilir. Həmin azadlığın həyata keçirilməsi və məhdudlaşdırılması bu Qanunla müəyyən edilir. İİ. Dövlət X5nın həyata keçirilməsini təmin edir və bu Qanuna uyğun təşkil edilən toplantıların dinc və silahsız keçməsi üçün müvafiq tədbirlər görür. Maddə 2. X5nın tətbiqi İ. X5 Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq bu Qanun əsasında tətbiq edilir. İİ. Dövlət X5nın həyata keçirilməsi zamanı şəxslərin bərabərlik hüququna təminat verir. Maddə 7. X5na qoyulan qanuni məhdudiyyətlər İ. X5 yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda, milli təhlükəsizlik və ya ictimai təhlükəsizlik mənafeləri üçün, iğtişaşların və ya cinayətin qarşısının alınması, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər. İİ. Bu maddənin İ hissəsində nəzərdə tutulmuş X5 müxtəlif formalarda, o cümlədən toplantı vaxtının və yerinin dəyişdirilməsi formasında məhdudlaşdırıla bilər. İİ. Bu maddənin İ hissəsində nəzərdə tutulmuş X5nın məhdudlaşdırılması qarşıya qoyulan məqsədə mütənasib olmalıdır. Həmin məhdudiyyət qarşıya qoyulmuş məqsədə nail olmaq üçün lazımi və kifayət hədləri aşmamalıdır. İİİ. Bu maddənin İ hissəsində nəzərdə tutulmuş X5nın məhdudlaşdırılması üçün görülən tədbirlər məhdudiyyətin qoyulmasına səbəb olmuş məqsədə nail olmaq üçün son dərəcə zəruri olmalıdır. İV. X5 yalnız bu maddənin İ hissəsində nəzərdə tutulmuş məqsədlərlə müxtəlif formalarda, o cümlədən toplantının vaxtının və yerinin, küçə yürüşünün marşrutunun dəyişdirilməsi formasında məhdudlaşdırıla bilər. [16] Maddə 8. Toplantının qadağan edilməsi və ya dayandırılması İ. Ayrı-seçkiliyə, ədavətə və ya zorakılığa çığırışlarla müşayiət olunan, milli, irqi və ya dini ədavəti təbliğ edən tonlantılar qadağan edilir. .... V. Toplantı demokratik cəmiyyətdə zəruri olan hallarda və bu Qanunun 7-ci maddəsinin tələblərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının sərəncamı ilə qadağan edilə bilər. Vİ. Zəruri hallarda toplantı bu Qanunun 7-ci maddəsinin tələblərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının sərəncamı ilə dayandırıla bilər. Vİİ. Bu maddənin İV, V və Vİ hissələrinə uyğun olaraq toplantının qadağan edilməsi və ya dayandırılması son zərurət tədbiri sayılır və yalnız bu Qanunun 7-ci maddəsində müəyyən edilmiş məhdudiyyətlər kifayət etmədikdə tətbiq edilir...... “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın: Maddə 11. Yığıncaqlar və birləşmək azadlığı

1. Hər kəsin dinc toplaşmaq azadlığı və öz maraqlarını müdafiə etmək üçün həmkarlar ittifaqları yaratmaq və onlara qoşulmaq hüququ da daxil olmaqla, başqaları ilə birləşmək azadlığı hüququ vardır.

2. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, iğtişaşın və cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa, heç bir məhdudiyyət qoyula bilməz. Bu maddə silahlı qüvvələr, polis və ya inzibati dövlət orqanları üzvlərinin belə hüquqlarının həyata keçirilməsinə qanuni məhdudiyyətlər qoyulmasına mane olmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 5.3. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığının tam olaraq yoxlanılması apellyasiya baxışının predmetini təşkil edir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəfin izahatını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, inzibati iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Hazırki iş üzrə iddiaçının iddia tələbi piket keçirilməsi üçün qanuni şəraitin yaradılması ibarət olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin mümkün sayılmaması qərara alınmış və məhkəmə gəldiyi qənaəti cavabdeh inzibati orqan tərəfindən iddiaçıların hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmaması, digər iddiaçı X1 hazırki iddia tələbinə münasibətdə hüquqi marağının müəyyən edilməməsi, hazırki iddianın inzibati məhkəmə icraatının mümkünlüyü şərtləri öz təsdiqini tapmadığı halları ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin qeyd olunan əsaslarla iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Yuxarıda istinad olunan qanunvericilik normalarının tələbinə əsasən sərbəst (dinc) toplaşmaq azadlığı fundamental insan hüquqlarından biri olmaqla yanaşı, hər kəs üçün tanınan konstitusion hüquq kimi çıxış edir. Bundan əlavə, həm milli qanunvericilik normalarında, həm də beynəlxalq qanunvericilik normalarında bu hüququn realizənin məhdudlaşıdırılmasına dair müdaxilənin yol verilməsinin mümkünlüyünün əsasları qeyd edilmişdir. Göründüyü kimi, indiki halda hər kəsin dinc toplaşmaq azadlığı hüququ mövcud olduğundan, iddiaçıların subyektiv hüququ mövcud olmuşdur. Hazırki iş üzrə araşdırılmalı olan hal məhz bu hüququn realizəsi zamanı iddiaçılara münasibətdə cavabdeh tərəfindən tətbiq edilmiş tədbirin (müdaxilənin) qanuni olub-olmaması halı və nəticə etibarilə belə bir müdaxilənin qanuniliyinin qanunvericilik normalarının (Konstitusiya, “Sərbəst toplaşmaq azadlıqı haqqında” Qanunun 7-ci və digər maddələri, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 11-ci maddəsinin) tələbləri baxımından qiymətləndirilməsi təşkil etmişdir. Həmin hal isə iddianın mümkümlük mərhələsində deyil, məhz iddianının əsaslılığının yoxlanılması mərhələsində aydınlaşdırılmalı olan hal kimi mövcud olmuşdur. Buna baxmayaraq, birinci instansiya məhkəməsi hazırki iş üzrə iddianının əsaslılığının yoxlanılması mərhələsində aydınlaşdırılmalı olan hallara istinad etməklə, habelə subyektiv hüququnun mövcudluğu üçün qanunla müəyyən edilmiş əsaslar olduğu halda, bu əsaslar nəzərə alınmadan, iddianın mümkün olmaması ilə bağlı nəticəyə gəlmişdir. Qeyd edilən hallar əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin istinad etdiyi əsaslar üzrə iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə yuxarıda istinad edilən qanunvericilik normalarının və prosessual normalarının tələblərinə zidd olmuşdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti məhkəmə qərardadının ləğv edilməsi hissəsində əsaslı olmaqla, təmin edilməli, inzibati iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin məzmununda məhkəmə qərardadının ləğv edilməsi ilə yanaşı, işə mahiyyəti üzrə baxılıb, qərar qəbul edilməsi xahiş edilmişdir. İndiki halda həmin hal məhz birinci instansiya məhkəməsi tərəfindən araşdırılmalı olan hal olduğundan, həmin hissədə şikayət təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan halları əsas götürərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, inzibati iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı:

Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-2433/2024 nömrəli qərardadı ləğv edilsin. İddiaçılar İddiaçı2 və X1 cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “piket keçirilməsi üçün qanuni şəraitin yaradılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar