Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-399/2022 26.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X5 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “1980-ci ildən 1993-cü ilin noyabrına qədər olan Zəngilan rayonunun Qaragöz orta məktəbində riyaziyyat müəllimi kimi çalışdığı dövrün nəzərə alınması və eləcə də ali təhsil aldığı illər nəzərə alınmaqla iddiaçının pensiya məbləğinin yenidən hesablanması və yığılmış pensiya məbləğinin birdəfəyə iddiaçıya ödənilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 04 mart 2022-ci il tarixli, 2-1(118)- 356/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçıya xx.xx.1958-ci il tarixdə Zəngilan rayonu Ördəkli kəndində anadan olmuşdur.
2. İddiaçıya 2019-cu ilin may ayından ikinci qrup əlil kimi yaşa görə əmək pensiyası təyin edilmişdir.
3. EB№272323 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 1976-1980-ci illərdə əyani təhsil alaraq Azərbaycan Pedaqoji Universiteninin riyaziyyat fakültəsini bitirmişdir.
4. İddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1980-cı ildən Zəngilan rayonu işğal olunana - xx.xx.1993-cü il tarixədək "Qaragöz kənd orta məktəbi”ndə riyaziyyat müəllimi işləmiş, xx.xx.1993-cü ildən məlum hadisələrlə əlaqədar adı iş yerlərini itirmiş vətəndaşlar kimi orta aylıq əmək haqqı alanlar adlı siyahıya daxil edilmiş və 08 iyun 2017-ci il tarixdə işdən azad edilərək əmək haqqı dayandırılmışdır.
5. İddiaçı xx.xx.2020-ci il tarixli ərizə ilə cavabdehə müraciət edərək xx.xx.1980-ci il tarixdən xx.xx.1993-cü il tarixinə qədər Zəngilan rayonunun Qaragöz orta məktəbində riyaziyyat müəllimi kimi çalışdığı dövrün nəzərə alınmaqla onun pensiya məbləğinin yenidən hesablanmasını və yığılmış pensiya məbləğinin birdəfəyə ödənilməsinin təmin edilməsini xahiş etmişdir.
6. Cavabdeh iddiaçının müraciətinə cavab olaraq bildirmişdir ki, X2 və araşdırma şöbəsinin xx.xx.2021-ci il tarixli aktına əsasən xx.xx.1980-cı il tarixindən xx.xx.1993-cü il tarixinədək əmək kitabçasında qeyd olunmuş Zəngilan rayonunun Qaragöz orta məktəbinin arxiv sənədləri işğal zonasında qalmışdır. Qeyd olunanlara əsasən sözügedən dövrün araşdırılıb sığorta stajına əlavə edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia qaldıraraq 1980-ci ildən 1993-cü ilin oktyabrına qədər olan 13 illik və ali məktəbdə təhsil aldığı 4 il(1976-1980) əmək stajının bərpa olunmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
8. Daha sonra iddiasını dəqiqləşdirərək 1980-ci ildən 1993-cü ilin noyabrına qədər olan Zəngilan rayonunun Qaragöz orta məktəbində riyaziyyat müəllimi kimi çalışdığı dövrün (13 il) nəzərə alınması və eləcə də ali təhsil aldığı illər (4 il) nəzərə alınmaqla iddiaçının pensiya məbləğinin yenidən hesablanması və yığılmış pensiya məbləğinin birdəfəyə ödənilməsini xahiş etmişdir.
9. İddia onunla əsaslandırılmışdır ki, o, 1980-ci ildə Azərbaycan Pedaqoji Universiteninin riyaziyyat fakültəsini bitirmişdir. Həmin il Zəngilan rayonunun Qaragöz məktəbində müəllimlik fəaliyyətinə başlamışdır. Rayon işğal gününədək həmin məktəbdə işləmişdir. 2019-cu ilin may ayından 2-ci qrup əlil kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya əmək pensiyası hesablanarkən əmək kitabçasında qeyd edilən sentyabr 1980-ci ildən noyabr 1993-cü ilədək Zəngilan rayonunun Qaragöz orta məktəbində riyaziyyat müəllimi kimi çalışdığı dövr və ali məktəbdə təhsil aldığı dövr (1976- 1980) nəzərə alınmamışdır. Nəticədə iddiaçının pensiya məbləği az hesablanmış və iddiaçının pensiya hüququ pozulmuşdur.
Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri
10. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı əlilliyə görə əmək pensiyasının yenidən hesablanması üçün Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət etmiş, lakin "Əmək pensiyaları haqında" qanununun 12-ci maddəsinə əsasən müraciətin müsbət həlli mümkün olmamışdır. Belə ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının (bundan sonra Qaydalar) 3-cü hissəsində sosial sığorta stajının hesablanması proseduru öz əksini tapmışdır. Qaydaların 3.1.1-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı hesab olunur. İş materiallarına əsasən, iddiaçının təqdim etdiyi əmək kitabçasında xx.xx.1958-ci il təvəllüdlü İddiaçının xx.xx.1980-cı ildən xx.xx.1993-cü il tarixədək "Qaragöz kənd orta məktəbi”ndə işlədiyi qeyd olunmuşdur. Əmək kitabçası həmin məktəbin iki nəfər işçisinin şahidliyi əsasında yazılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” 26 dekabr 1996-cı il tarixli qərarının 3.2-ci bəndinə əsasən, işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama uyğun aparılır. İddiaçının əmək kitabçasının xx.xx.2010-ci ildə doldurulduğunu nəzərə alaraq, əsas olmuş əmrlərin və əmək haqqı cədvəlinin təsdiq olunmuş surətlərinin bizə təqdim edilməsinə dair göstəriş verilməsi üzrə Zəngilan rayon Təhsil Şöbəsinə sorğu göndərilmişdir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin, bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrıseçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər.
Birinci instansiya məhkəməsinin gəldiyi nəticə
11. Sumqayıt İnzibati Məhkəməsinin 04 mart 2022-ci il tarixli, 2-1(118)-356/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir.
12. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının mübahisələndirilən dövrlərdə müəllim kimi işləməsi əmək kitabçası ilə öz təsdiqini tapdığından və əmək kitabçası mötəbər sübut kimi qəbul olunduğundan qeyd edilən dövrlər iddiaçının sosial sığorta stajına hesablanmaqla əmək pensiyası yenidən hesablanmalıdır. Bundan əlavə, ddiaçının 1976-1980-ci illərdə təhsil aldığı müddət 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin ğ bəndinə və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən onun iş stajına daxil edilməlidir.
13. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
14. İddia ərizəsinə dair etirazda göstərilən eyni dəlillərlə əsaslandırılan apellyasiya şikayətində göstərilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Qeyd edilən normanın məzmunundan göründüyü kimi İİ və İİİ qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün iki şərtin mövcud olması mütləqdir: 1. Ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olması,
2. Əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olması. Bu şərtlərdən hər hansı birinin olmaması əlilliyə görə pensiya təyin edilməsini istisna edir. Ona görə də əlilliyə görə pensiya təyin edilməsi üçün bu şərtlərin hər ikisinin mövcudluğu araşdırılmalıdır. İş materiallarına əsasən iddiaçının təqdim etdiyi əmək kitabçasında xx.xx.1958-ci il təvəllüdlü İddiaçı xx.xx.1980-ci ildən xx.xx.1993-cü il tarixədək “Qaragöz kənd orta məktəbi”ndə işlədiyi qeyd olunmuşdur. Əmək kitabçası həmin məktəbin iki nəfər işçisinin şahidliyi əsasında yazılmışdır. Məhkəmə öz qərarında iddiaçının əmək kitabçasında qeyd edilən 1980-ci il tarixdən 1993-cü il tarixədək olan dövrlərin Zəngilan Rayon Təhsil şöbəsi tərəfindən xx.xx.2010-cu il tarixli 625 nömrəli akt əsasında əmək kitabçasında qeyd edilməsini nəzərə alaraq iddiasını təmin etmişdir. Belə ki, həmin akt iki nəfər şahidin ifadəsi əsasında tərtib olunmuşdur. Halbuki, iki nəfər şahidin ifadəsi Zəngilan Rayon Təhsil şöbəsi tərəfindən sonradan əmək kitabçasına qeyd edilməsi əmək kitabçasının mötəbərliyini şübhə altına qoyur. Həmçinin Zəngilan Rayon Təhsil şöbəsi tərəfindən xx.xx.2010-cu il tarixli 2 nəfər şahidin iştirakı ilə tərtib olunmuş 625 nömrəli akt əsasında əmək kitabçasının doldurulması qanunvericiliyin tələblərinə ziddir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında cavabdehinin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.
16. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır.
18. Həmin maddənin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər bir vətəndaşın sosial təminat konstitusiya hüququ onun qanunla müəyyən edilmiş hallarda və məbləğdə pensiya almaq hüququnu da nəzərdə tutur. Bu mənada, pensiya təminatı sosial təminat hüququnun mühüm tərkib hissəsi kimi çıxış edir və Azərbaycan Respublikasının qoşulduğu bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır.
19. “Əmək pensiyaları haqqında” qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.
20. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.2 və 3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir.
21. Azərbaycan Respublikasının Əmək məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
22. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri
1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
23. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.
24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
25. “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin qaydaların 3.1.1-ci bəndinə əsasən qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.
26. Eyni zamanda, 1992-ci il tarixli «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 67-ci maddəsinin ğ) bəndində qeyd olunur ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir.
27. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68. Məhkəmə qərarının əsası 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
28. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
30. İddiaçıya xx.xx.2019-cu il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi işin mübahisəsiz halıdır. Hazırki mübahisənin predmeti iddiaçıya 1980-ci ildən 1993-cü ilin noyabrına qədər olan Zəngilan rayonunun Qaragöz orta məktəbində riyaziyyat müəllimi kimi çalışdığı dövrün (13 il) nəzərə alınması və eləcə də ali təhsil aldığı illər (4 il) nəzərə alınmaqla iddiaçının pensiya məbləğinin yenidən hesablanması və yığılmış pensiya məbləğinin birdəfəyə iddiaçıya ödənilməsi barədədir. Lakin, cavabdeh tərəfindən xx.xx.1980-ci ildən xx.xx.1993-cü il tarixədək illərin sığorta stajının araşdırılması mümkün olmadığından iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.
31. Apellyasiya şikayətinin müvafiq dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya məxsus əmək kitabçasında onun xx.xx.1980-ci ildən rayon işğal olunan günədək xx.xx.1993-cü ilə qədər Qaragöz kənd orta məktəbdə ixtisası üzrə müəllim işləməsi qeyd olunmuşdur. İddiaçı məlum səbəbdən 1993-cü ildən məcburi köçkün kimi Bakı şəhərində yaşayır. İddiaçının əmək kitabçası həmin məktəbin iki nəfər işçisinin şahidliyi əsasında Zəngilan RTŞ tərəfindən 16 aprel 2010-cu il tarixində tərtib olunmuş 625 nömrəli akt əsasında yazılmışdır.
32. Bununla bağlı birinci instansiya məhkəməsi tərəfindən müvafiq araşdırma aparılmış və Zəngilan rayon Təhsil şöbəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə müəyyən edilmişdir ki, Zəngilan rayonunun 29 oktyabr 1993-cü il tarixində keçmiş işğalı ilə əlaqədar rayondan məktəblərin aylıq əməkhaqqı cədvəllərinin gətirilməsi mümkün olmamışdır. İddiaçı əmək kitabçası həmin məktəbdə çalışmış iki nəfər işçinin iştirakı ilə Zəngilan RTŞ tərəfindən 16 aprel 2010-cu il tarixində tərtib olunmuş 625 nömrəli akt əsasında yazılmışdır. Aktın və ona əlavə edilmiş sənədlərin surəti məktuba əlavə olunmuşdur. Həmçinin Zəngilan RTŞ-nin 1 sentyabr 1993-cü il tarixli tarifləşmə cədvəli əsasında həmin tarixədək İddiaçı 13 il pedaqoji stajının olmasını müəyyən etmək olar (tarifləşmə cədvəlinin surəti təqdim edilmişdir). Qeyd edilən hallar əmək kitabçasının mötəbərliyini sübut edən hal kimi qiymətləndirilməlidir.
33. Cavabdehin xx.xx.1980-ci ildən xx.xx.1993-cü il tarixədək illərin sığorta stajının araşdırılmasının mümkün olmaması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xx.xx.1980-ci ildən xx.xx.1993-cü il illərdə illərdə işləməsi barədə əmək kitabçasında olan qeydin həqiqətə uyğun olmaması barədə cavabdeh tərəfindən məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. İş illərinə dair əmək kitabçasında aparılmış qeydlər barədə məlumatların cavabdeh tərəfindən qarşılıqlı yoxlanılmasının və həmin illər üzrə iş stajının düzgünlüyünün araşdırılmasının mümkün olmaması, həmin qeydlərlə bağlı müvafiq sənədlərin arxivə təhvil verilməməsi iddiaçının məsuliyyət sferasına aid edilə və onun sosial təminat hüququnun məhdudlaşdırılmasına səbəb olan əsas kimi qiymətləndirilə bilməz. Hazırkı mübahisəyə münasibətdə nəzərə almaq lazımdır ki, iddiaçının xx.xx.1980ci ildən xx.xx.1993-cü il tarixədək Zəngilan rayonunun Qaragöz orta məktəbində riyaziyyat müəllimi işləməsi barədə məlumatların qarşılıqlı yoxlanılmasının və həmin illər üzrə iş stajının düzgünlüyünün araşdırılmasının mümkün olmaması obyektiv səbəblərə bağlıdır və iddiaçının məsuliyyət sferasına və təqsirkar davranışına aid edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının məsuliyyət sferasına aid olmadığı və təqsirkar davranışına bağlı olmadığı hallarda, onun əmək kitabçasında qeyd edilən iş stajının cavabdeh tərəfindən yoxlanılmasının bu və ya digər səbəbdən mümkün olmaması iddiaçının hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilməz. Ali Məhkəmənin oxşar işlər üzrə qərarlarında formalaşmış hüquqi mövqeyinə əsasən iddiaçının müvafiq müəssisələrdə iş fəaliyyəti və müvafiq stajı onun əmək kitabçası ilə təsdiq olunduğundan digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur (Ali Məhkəmənin İnzibati Kollegiyasının 14 iyul 2020-ci il tarixli, 2- 1(102)-1431/2020 nömrəli, 28 yanvar 2021-ci il tarixli, 2-1(102)-45/2021 nömrəli qərarları).
34. Belə olan halda cavabdeh inzibati orqanın arxiv sənədlərinin işğal zonasında qalması səbəbindən sözügedən dövrün araşdırılıb sığorta stajına əlavə edilməsinin mümkün hesab edilməməsi əsası ilə iddiaçının həmin tarixlərdə Zəngilan rayon Qaragöz kənd orta məktəbində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsindən imtina etməsi əsassız olmuşdur.
35. Eləcə də iddiaçının təhsil təhsil müddətinin sığorta stajına daxil edilməsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş EB№272323 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 1976-1980-ci illərdə əyani təhsil alaraq Azərbaycan Pedaqoji Universiteninin riyaziyyat fakültəsini bitirmişdir.
36. İddiaçının təhsil aldığı vaxt qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin ğ) bəndində qeyd olunur ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir.
37. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının təhsil aldığı 1976-1980ci illərin ümumi əmək stajına daxil edilməsi onun təhsil aldığı dövrün qanunvericiliyində nəzərdə tutulduğundan, həmin illəri sosial sığorta stajına daxil edən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
38. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır
39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 04 mart 2022-ci il tarixli, 2-1(118)-356/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.