Məhkəmə qərarları › İş №2-1(105)-399/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-399/2025

28.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-399/2025 28.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə, işdə iştirak etməyə cəlb edilməyən, lakin ləğv edilmiş qərar əsasında aparılmış icranın onun hüquq və vəzifələrinə toxunduğunu hesab edən Maraqlı şəxs, onun nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-7/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Hayan-E MMC tərəfindən inşa edilmiş Abşeron rayonu Xırdalan şəhəri M.Ə.Rəsulzadə və H.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış binasının 3-cü girişində yerləşən ümumi sahəsi 324 kv.m olan qeyri-yaşayış sahələri üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(85)-2704/2018 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Həmin qərar qanuni qüvvəyə mindikdən sonra Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(85)-2704/2018 nömrəli məktubu ilə icra edilməsi üçün cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2018-ci il tarixli **********73 nömrəli məktubdan müəyyən edilir ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(85)-2704/2018 nömrəli qərarı icra edilmiş, Abşeron rayonu Xırdalan şəhəri M.Ə.Rəsulzadə və H.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış binasının 3-cü girişində yerləşən ümumi sahəsi 324 kv.m olan qeyri-yaşayış sahələri üzərində İddiaçı mülkiyyət hüququ qeydiyyata alınmaqla, bu barədə ona xx.xx.2018-ci il tarixli RX1412552 nömrəli çıxarış və texniki pasport verilmişdir. Daha sonra Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(85)- 2704/2018 nömrəli qərardadı ilə "xxxx" Mənzil tikinti Kooperativi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(85)- 2704/2018 nömrəli qərarı ləğv edilmişdir. Sonradan İddiaçı nümayəndəsi - vəkili Vəkil2 xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(118)-7/2023 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, iş üzrə icraata xitam verilmişdir. Lakin məhkəmə həmin vaxt Azərbaycan Respublikası MPM-in 236-1.2-ci maddəsinin tələbinə əməl etməmiş, öz təşəbbüsü ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(85)-2704/2018 nömrəli qərarının icrasına dönüş haqqında məsələyə baxmalı olduğu halda bunu etməmişdir. Hazırda Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(85)-2704/2018 nömrəli qərarının hüquqi maraqlarına toxunduğunu hesab edən şəxs Maraqlı şəxs nümayəndəsi vəkili Vəkil3 xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(85)-2704/2018 nömrəli qərarının icrasına dönüş edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı iddiasının təmin edilməsi barədə qəbul edilmiş Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(85)-2704/2018 nömrəli qərar Maraqlı şəxs maraqlarına toxunduğundan, eləcə də sözügedən qərar üzrə gəlinmiş nəticə qanunvericiliyə və işin hallarına adekvat olmadığından ləğv edilməsi və icraatın təzələnərək Maraqlı şəxs da üçüncü şəxs qismində işə cəlb edilərək işə yenidən baxılması üçün vəsatətlə müraciət edərək işlə tanış olan zaman, yəni xx.xx.2024-cü il tarixində müəyyən edildi ki, sözügedən iş üzrə iddiaçı iddia ərizəsinin və əlavə edilmiş sənədlərin geri götürülməsi, iş üzrə icraata xitam verilməsi barədə xx.xx.2023-cü il tarixində ərizə ilə müraciət etmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(118)-7/2023 nömrəli qərardadı ilə ərizə təmin edilərək iddia ərizəsi və ona əlavə edilən sənədlərin geri qaytarılması və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmə tərəfindən sözügedən qərardad qəbul edilsə də, icrada dönüş edilməmişdir, İddiaçı isə artıq icra edilmiş və icrada geri dönüş edilməmiş məhkəmə qərarı üzrə əldə etdiyi çıxarış əsasında həmin əmlak üzrə hissə-hissə sərəncamlar verərək əmlakların başqa şəxslərə satılmasını təmin etdirmişdir. Məhkəmə tərəfindən geri dönüş edilməməsi, cavabdeh orqan tərəfindən isə bu halların diqqətə alınmaması əsl həqiqətdə çıxarış verilməmiş hesab edilməli əmlak üzrə İddiaçı qanunsuz istəklərini həyata keçirməsinə şərait yaratmış, bununla da qanunvericiliyin tələbləri və eləcə də Maraqlı şəxs hüquqları kobud şəkildə pozulmuşdur. Odur ki, icrada geri dönüşün edilərək iş üzrə verilmiş çıxarışın ləğv edilməsi, hüquqi nəticələrin aradan qaldırılması zəruridir. Sumqayıt İnzibati Məhkəməsinin (hakim Leyla Mirzəyeva) xx.xx.2025-ci il tarixli 2-1(118)- 7/2023 nömrəli qərardadı ilə maraqlarına toxunan şəxs Maraqlı şəxs ərizəsi təmin edilmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(85)-2704/2018 nömrəli qərarının icrasına dönüş edilməsi qərara alınmışdır. Məhkəmə hesab etmişdir ki, İddiaçı adına tərtib edilmiş çıxarış və texniki pasportun verilməsinə əsas olan Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(85)- 2704/2018 nömrəli qərarı ləğv edildiyindən və iş üzrə icraata xitam verildiyindən məhkəmə qərarının icrası ilə bağlı icrada dönüş edilməlidir. Məhkəmə həmçinin iddiaçının nümayəndəsi və vəkili Vəkil2 tərəfindən təqdim edilmiş iş üzrə icrada dönüş edilməsi barədə ərizənin mümkün sayılmamasına dair ərizəyə münasibətdə bildirmişdir ki, iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(012)-1302/2024 nömrəli qərardadı ilə hazırki iş üzrə ərizəçi Maraqlı şəxs cavabdehlər "xxxx" MTK-ya və İddiaçı qarşı müqavilələri etibarsız hesab edilməsi, çıxarış ləğv edilməsinə dair iddia qaldırmışdır. Yəni ləğv edilmiş məhkəmə qərarının icrası zamanı yaranmış hüquqi nəticələr Maraqlı şəxs hüquqi maraqlarına toxunduğundan hazırkı mübahisə ilə bağlı subyektiv hüquqa malikdir. İddiaçı şikayət verərək, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)- 7/2023 nömrəli qərardadının ləğv edilməsini və Maraqlı şəxs ərizəsinin qeyri-mümkün hesab edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirdi ki, ləğv edilmiş qərarın icrasında dönüş haqqındakı məsələnin həlli barədə Mülki Prosessual Məcəlləsinin 236-1-ci maddəsi xx.xx.2021 Qanun ilə məcəlləyə əlavə edilmişdir və bu maddənin tətbiqi həmin dövrdən sonrakı münasibətlərə şamil edilir. Hazırki iş üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(85)-2704/2018 nömrəli qərarı həmin tarixdən əvvəl qəbul edildiyindən qərarın icrasında dönüş barədə ərizənin də tətbiq edilməsi qanuni olmamışdır. Bundan əlavə iddiaçı qeyri-yaşayış sahəsini üç müxtəlif şəxsə satmış, həmin qeyri-yaşayış sahəsini alan şəxslər vicdanlı alıcı olaraq öz əmlaklarından istifadə edirlər. Ləğv edilmiş qərar Maraqlı şəxs maraqlarına toxunmur. Ona görə də, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının icrasına dönüş edilməsi ilə bağlı qərardadının ləğv edilərək, Maraqlı şəxs ərizəsinin mümkün sayılmamasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən işdə iştirak etməyə cəlb edilməyən, lakin ləğv edilmiş qərar əsasında aparılmış icranın onun hüquq və vəzifələrinə toxunduğunu hesab edən Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil3 şikayəti əsassız hesab edərək izahatında bildirdi ki, İddiaçı ləğv edildiyini bildiyi qərardan sui-istifadə edərək əmlakları qanunsuz şəkildə başqalarının adına keçirmişdir. Şikayətdə subyektiv hüquqla bağlı qanunvericilik normaları qeyd edilsə də, sözügedən normalar iddia ərizəsi ilə bağlıdır, yəni həmin normaların icrada dönüşlə bağlı ərizəyə heç bir aidiyyəti yoxdur. Hazırda məhkəmənin etməli olduğu, amma etmədiyinə görə yaranmış qanunsuzluğun aradan qaldırılması üçün müvafiq ərizə vermişlər. Mümkünlük məsələsinə gəldikdə isə onu qeyd edir ki, qəbul edilmiş qərarın iddiaçının hüquqlarına toxunması barədə məlumatı Abşeron Rayon Məhkəməsində hüquqlarını müdafiə etdiyi Maraqlı şəxs və İddiaçı qarşılıqlı iddiaçı və cavabdeh olduğu iş üzrə vəsatətləri əsasında məhkəmənin soğrusu ilə reyestr xidmətindən əldə edilən material üzrə əldə etmişlər. Bundan sonra Maraqlı şəxs hüquqlarının müdafiəsi üçün xx.xx.2024-cü il tarixli vəsatətlə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmiş və həmin işlə tanış olarkən müəyyən edilmişdir ki, qərar artıq məhkəmə qaydasında ləğv edilmiş, eləcə də iş üzrə icraata xitam verilmişdir. Lakin qərarın icrasına dönüş edilməmiş, iddiaçının adına reyetrdə aparılmış qeydiyyat ləğv edilməmişdir. İddiaçı bundan istifadə edərək hüquqlarının müdafiə etdiyi şəxsə qarşı məhkəmədə iddia qaldırmışdır. İddiaçı ləğv edilmiş qərar əsasında əldə etdiyi çıxarışdan istifadə edərək, əmlakın hissə-hissə satılmasını həyata keçirir. Bu isə Maraqlı şəxs maraqlarına toxunur. Məhkəmənin qərardadı ilə ərizə təmin edilmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyasından şikayətin rədd edilməsini xahiş edir. Qeyri-yaşayış sahəsi hazırda Maraqlı şəxs və qarşı tərəfin nəzarətindədir. Əmlakdan heç biri istifadə etmir. İddiaçıla "xxxx" MTK arasında bağlanan müqavilə hazırda qüvvədədir, lakin onlar həmin müqaviləni məhkəmə qaydasında mübahisələndirirlər. Həmin müqavilə əvvəllər mübahisə predmeti olmayıb. "xxxx" MTK-nin rəhbərliyi həbsdədir. Dəfələlərlə sorğular göndərilsə də, cavab əldə edilməsi mümkün olmamışdır. Hüquqlarını müdafiə etdiyi Maraqlı şəxs subyektiv hüququ olmadığı müəyyən edilərsə, Mülki Prosessual Məcəllənin 236-1.2-ci maddəsində nəzərdə tutulduğu qaydada məhkəmənin öz təşəbbüsü ilə icrada dönüş haqqında məsələyə baxılmasını xahiş edirlər. Hesab edir ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(85)-2704/2018 nömrəli qərarı ləğv edildiyindən və iş üzrə icraata xitam verildiyindən, həmin məhkəmə aktının yaratmış olduğu hüquqi nəticələr də, ləğv edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən işdə iştirak etməyə cəlb edilməyən, lakin ləğv edilmiş qərar əsasında aparılmış icranın onun hüquq və vəzifələrinə toxunduğunu hesab edən Maraqlı şəxs iddiaçının şikayətini əsassız hesab edərək, nümayəndəsi və vəkili Vəkil3 izahatı ilə razı olduğunu bildirdi və əlavə olaraq qeyd etdi ki, o, Abşeron rayonu Xırdalan şəhəri M.Ə.Rəsulzadə və H.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 15 mərtəbəli yaşayış binasının 3-cü girişində 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 116 kv.m olan qeyri-yaşayış sahəsini xx.xx.2022ci ildə "xxxx" Mənzil Tikinti Kooperativindən aldıqdan sonra 6 ay müddətində təmir işləri görmüşdür. Həmin müddət ərzində heç kim oraya gəlməmiş, iddia edən kimsə olmamışdır. Sonradan məhkəmə qərarından məlumatı olmuşdur. Bundan sonra ərizə ilə məhkəməyə müraciət edərək, qərarın icrasına dönüş edilməsini xahiş etmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı və qanunidir. İddiaçı Abşeron Rayon Məhkəməsində ona qarşı iddia qaldırdığına görə hesab edir ki, hazırkı iş üzrə ləğv edilmiş məhkəmə qərarı onun marağına toxunur. Bu səbəbdən həmin qərarın icrasına dönüş edilməsi barədə qərardadın qüvvədə saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2- 1(85)-2704/2018 nömrəli qərarı ləğv edildiyinə görə, qərarın icrasında dönüş edilməli idi. Lakin iddiaçı qeyri-yaşayış sahəsini alqı-satqı müqaviləsinə əsasən başqa şəxslərə satdığına və mülkiyyətçinin dəyişməsinə görə reyestrdə iddiaçının adına aparılmış qeydiyyat ləğv edilmişdir. İcrada dönüş edilsə də, reyestr orqanı həmin əmlakın statusunu əvvəlki vəziyyətə gətirə bilmir. Ona görə də, şikayətin təmin edilməsini məhkəmə kollegiyasının mülahizəsinə buraxırlar. Məhkəmə iclasının yeri və vaxtı haqqında üçüncü şəxs "xxxx" MTK-ya lazımi qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə "xxxx" MTK-nın nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, şikayətin dəlillərini, iş materiallarında olan sənədlərlə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-7/2023 nömrəli qərardadı ləğv edilməli və Maraqlı şəxs iş üzrə ləğv edilmiş Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2- 1(85)-2704/2018 nömrəli qərarının icrasına dönüş edilməsi haqqında ərizəsi mümkün hesab edilməməlidir. İşdən görünür ki, "xxxx" Mənzil Tikinti Kooperativi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən "xxxx" Mənzil Tikinti Kooperativi Abşeron rayonu Xırdalan şəhəri M.Ə.Rəsulzadə və H.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 15 mərtəbəli yaşayış binasının 3-cü girişində 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 116 kv.m olan qeyri-yaşayış sahəsini Maraqlı şəxs 140.000 manata satmışdır. xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən Maraqlı şəxs əmlakın dəyərini tam ödəmişdir, MTK-ya borcu yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, Maraqlı şəxs mübahisəli qeyri-yaşayış sahəsinin 116 kv.m hissəsini xx.xx.2022-ci il tarixli müqavilə əsasında əldə etmişdir və Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı qəbul edilərkən və qərar icra edilərək Abşeron rayonu Xırdalan şəhəri M.Ə.Rəsulzadə və H.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış binasının 3-cü girişində yerləşən ümumi sahəsi 324 kv.m olan qeyri-yaşayış sahələri üzərində İddiaçı mülkiyyət hüququ qeydiyyata alınmaqla, bu barədə ona xx.xx.2018-ci il tarixli RX1412552 nömrəli çıxarış və texniki pasport verilərkən, Maraqlı şəxs həmin qeyri-yaşayış sahəsi üzərində hüququ olmamışdır. Bu səbəbdən ləğv edilmiş Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarının icrası Maraqlı şəxs maraqlarına toxunmur və onun Azərbaycan Respublikası MPM-in 236-1.3-cü maddəsinə əsasən ləğv edilmiş qərarın icrasında dönüş haqqındakı məsələyə dair ərizə verməyə subyektiv hüququ olmadığı müəyyən edilir. Çünki, Maraqlı şəxs Azərbaycan Respublikası MPM-in 236-1.3-cü maddəsinə əsasən ləğv edilmiş qərarın icrasında dönüş haqqındakı məsələyə dair ərizə vermək hüququ olan şəxslərə aid deyildir. Azərbaycan Respublikası İnzibati prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-in 236-1-ci maddəsinə əsasən: 236-1.1. İcra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qətnamə, yaxud iş üzrə icraata xitam verilməsi, yaxud da iddianın baxılmamış saxlanması haqqında qərardad çıxarıldıqda bu aktı qəbul etmiş məhkəmə icrada dönüş edilməsi barədə tədbirlər görməli, o cümlədən ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarmalı, əmlakı qaytarmaq mümkün olmadıqda isə, həmin əmlakın dəyərini tutmalıdır. 236-1.2. Məhkəmə öz təşəbbüsü ilə icrada dönüş haqqında məsələyə baxmalı və iş üzrə icraatın yekunlaşdığı yeni qətnamədə, yaxud qərardadda onu həll etməlidir. 236-1.3. Məhkəmə ləğv edilmiş qətnamənin icrasında dönüş haqqındakı məsələni həll etməzsə, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin ləğv edilmiş qətnamə və ya qərardad əsasında aparılmış icra onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin icrada dönüş haqqında ərizəsi üzrə məhkəmə qərardad qəbul edir. Bu ərizəyə işdə iştirak edən şəxslər xəbərdar edilməklə, məhkəmə iclasında baxılır. Lakin həmin şəxslərin gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələni həll etməyə mane olmur. 236-1.4. İcrada dönüş haqqında məsələ üzrə məhkəmə qərardadından şikayət verilə bilər. 236-1.5. İşə kassasiya, əlavə kassasiya, hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə və qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üzrə məhkəmə icraatı qaydasında baxan məhkəmə, yeni qərar qəbul edirsə və ya iş üzrə icraata xitam verirsə, yaxud iddianı baxılmamış saxlayırsa, qətnamənin icrasında dönüş barədə məsələni həll etməli, yaxud da onu apellyasiya instansiyası məhkəməsinin həllinə verməlidir. 236-1.6. Bu maddənin müddəaları ilə müəyyən edilmiş qaydalar icra edilmiş məhkəmə qərardadlarına münasibətdə müvafiq olaraq tətbiq edilir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, İddiaçı şikayəti təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-7/2023 nömrəli qərardadı ləğv edilməli, Maraqlı şəxs iş üzrə ləğv edilmiş Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(85)-2704/2018 nömrəli qərarının icrasına dönüş edilməsi haqqında ərizəsi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 38, 87, 89, 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-7/2023 nömrəli qərardadı ləğv edilsin. Maraqlı şəxs iş üzrə ləğv edilmiş Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(85)-2704/2018 nömrəli qərarının icrasına dönüş edilməsi haqqında ərizəsi mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar