Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-4/2020 15.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər:Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Hakimlər X11 və X3 ibarət tərkibdə,Həşimova Leyla Yusub qızının katibliyi, cavabdeh X16 Hakimiyyətinin nümayəndəsi Mövsümov Emin Nazim oğlunun iştirakı ilə, İddiaçı cavabdeh X16 Hakimiyyətinə qarşı “Bakı-Rostov şossesinin şimalında yerləşən, daimi istifadə növündə əmlak hüququ ilə ona məxsus 0,26 ha torpaq sahəsindən məhrum edilməsi ilə bağlı cavabdeh tərəfindən vurulmuş ziyana görə 260000 manat məbləğində kompensasiyanın, pozulmuş hüququnu bərpa etmək üçün 1500 manat məbləğində çəkdiyi xərcdən ibarət maddi zərərin, cəmi 261500 manat pul məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi barədə inzibati mübahisəyə dair iş üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-239/2017 saylı, xx xxxx 2017-ci il tarixli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh X16 Hakimiyyətinə qarşı Bakı-Rostov şossesinin şimalında yerləşən, daimi istifadə növündə əmlak hüququ ilə ona məxsus 0,26 ha torpaq sahəsindən məhrum edilməsi ilə bağlı cavabdeh tərəfindən vurulmuş ziyana görə 260000 manat məbləğində kompensasiyanın, pozulmuş hüququnu bərpa etmək üçün 1500 manat məbləğində çəkdiyi xərcdən ibarət maddi zərərin, cəmi 261500 manat pul məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-239/2017 saylı xx xxxx 2017-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir (hakim İ.Quliyev). Qərardan narazı qalan İddiaçı tərəfindən apelyasiya şikayəti verilərək, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qəbul etdiyi 2-1(85)-239/2017 saylı xx xxxx 2017-ci il qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının xx xxx 2018-ci il tarixli, 2-1(105)-05/2018 saylı qərarı ilə apelyasiya şikayəti təmin edilməməsi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qəbul etdiyi 2-1(85)-239/2017 saylı xx xxxx 2017-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Həmin qərardad İddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi inzibati-iqtisadi kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli, 2-1(102)-1733/2018 saylı qərarı ilə kassasiya şikayətinin təmin edilməsi, Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının xx xxx 2018-ci il tarixli, 2-1(105)-05/2018 saylı qərarının ləğv edilməsi,işin təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiysının iclasında cavabdeh X16 Hakimiyyətinin nümayəndəsi Mövsümov Emin Nazim oğlu apelyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirakı edərkən İddiaçı vəkili Vəkil apelyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı 2008-ci ildən 2016cı ilin aprel ayındək faktiki istifadə və sahibliyində olan torpaq sahəsi üzərində onun daimi istifadə hüququ dövlət tərəfindən tanınmış və daşınmaz dövlət reyestrində qeydiyyata alınmışdır. 2016-cı ilin aprel ayında həmin torpaq sahəsi X16 Hakimiyyətinin əməkdaşları tərəfindən abadlaşdırma adı ilə əlindən alınmış və sonrakı aylar ərzində burada abadlaşdırma işləri aparılmışdır. Qeyd edilən mülki hüquq pozuntusu ilə bağlı olaraq cavabdehə yazılı müraciətlər edib həmin pozuntunun aradan qaldırılması xahiş edilsə də, cavabdeh bunun ərazidə yol çəkilməsi və abadlaşdırma işləri ilə bağlı olduğunu bildirmişdir. İddiaçının araşdırması nəticəsində məlum olmuşdur ki, cavabdehin nə abadlaşdırma ilə bağlı qərarı, nə də torpağın dövlət ehtiyacı üçün alınmasına dair müvafiq icra hakimiyyəti orqanının qərarı vardır. Nümayəndəsi olduğum şəxs əmlakının əlindən çıxması nəticəsində ona vurulmuş zərərin dəyərini müstəqil qiymətləndiricinin köməyi ilə qiymətləndirmiş və zərərin 260000 manat məbləğində olması təyin edilmişdir. Həmin məbləğin ödənilməsi ilə bağlı məhkəmədənkənar qaydada cavabdehə müraciət olunsa da cavabdeh zərəri ödəməkdən imtina etmişdir. 1-ci faktiki hal odur ki, nümayəndəsi olduğum şəxsin istifadə hüququ dövlət tərəfindən tanınıb və qeydiyyata alınıb. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən, “Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi edilir. 2-ci faktiki hal odur ki, nümayəndəsi olduğu şəxsin qanuni istifadəsində olan torpaq sahəsinin koordinatları məlumdur və şəxs texniki plan sənədinə malikdir. Bu sənəd şəxsə məxsus torpaq sahəsinin hüquqi sənəddə göstərilən ünvanda yerləşməsini təsdiq edir. Bu hal da nəzərə alınmayıb. 3-cü faktiki hal odur ki, nümayəndəsi olduğu şəxsin qanuni istifadəsində olan torpaq sahəsində abadlıq işləri aparılmış və torpaq sahəsinin texniki planın göstəriciləri ilə təsdiq olunan iş materiallarında olan fotoşəkillərdə əks olunmuş sərhədləri itirilərək yox edilmiş, sahə ümumi abadlıq ərazisinə daxil edilərək yaşıllaşdırılmış, üzərində ağaclar əkilmiş, üzərində hasar tikintisi aparılmışdır. Bu hal araşdırılmayıb və qiymətləndirilməyib. 4-cü faktiki hal odur ki, nümayəndəsi olduğu şəxsin qanuni istifadəsində olan torpaq sahəsinin təyinatı dəyişdirilmişdir, kommersiya təyinatlı torpaq sahəsi abadlıq ərazisinə çevrilmişdir. 5-ci faktiki hal odur ki, nümayəndəsi olduğu şəxsin qanuni istifadəsində olan torpaq sahəsindən istifadə imkanları aradan qaldırılmış, şəxsin istifadə və sahiblik hüquqlarına son verilmişdir. 6-cı faktiki hal odur ki, nümayəndəsi olduğu şəxsin qanuni istifadəsində olan torpaq sahəsinin yerləşdiyi ərazi cavabdeh Sumqayıt İcra Hakimiyyəti tərəfindən abadlaşdırılmışdır. Bu həmin icra orqanı ilə nümayəndəsi olduğu şəxs arasında olan yazışma sənədləri ilə təsdiq olunur. Həmin sənədlər iddia ərizəsinə əlavə edilmiş,lakin məhkəmə tərəfindən araşdırılmamış və qiymətləndirilməmişdir. 7-ci faktiki hal odur ki, nümayəndəsi olduğum şəxsin qanuni istifadəsində olan torpaq sahəsi sosial ehtiyaclar üçün alınmışdır. Lakin alınmaya əsas verən hüquqi akt mövcud deyildir. Odur ki, apelyasiya şikayətinin təmin edilməsini, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-239/2017 saylı, xx xxxx 2017-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. 3-cü şəxs Sumqayıt Bələdiyyəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq gəlməmişdir, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq, hazırki işə iddiaçının və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İnzibati işdə olan xx xxxxxx 2008-ci il tarixli, seriya MH, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, Bakı-Rostov şossesinin şimalında yerləşən sahibkarlıq məqsədilə verilmiş 0,26 ha torpaq sahəsi üzərində İddiaçı daimi istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində 14 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində qeydiyyata alınmışdır. 2 saylı X4 xx xxxxxx 2016-cı il tarixli məktubundan görünür ki, İddiaçı fərdi sahibkar kimi vergi uçotuna alınmamışdır. X16 Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinin 469 saylı, xx xxxxxx 2016-cı il tarixli arayışında qeyd olunmuşdur ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2008-ci il tarixdə tərtib olunmuş bölgü planına və Sumqayıt şəhər Memarlıq və Şəhərsalma idarəsi tərəfindən X6 adına Sumqayıt şəhər bələdiyyəsinin xx xxxxxx 2004-cü il tarixli qərarı ilə rəsmiləşdirilmiş 1,0 ha torpaq sahəsinə dair Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən verilmiş 16 nömrəli, xx.xx.2005-ci il tarixli inşaat pasportuna əsasən araşdırılaraq əraziyə yerində baxış keçirilərkən müəyyən olunmuşdur ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilmiş bölgü planına əsasən “xxxxxxxxxxx” MMC tərəfindən İddiaçı satılmış 0,26 ha torpaq sahəsi Sumqayıt şəhər bələdiyyəsinin qərarı ilə X6 adına rəsmiləşdirilmiş və sahəsi 1 ha olan torpaq sahəsinə heç bir aidiyyəti yoxdur, həmin torpaq sahəsinə bitişik Sumqayıt şəhərinin giriş yoluna tərəf olan əraziyə aiddir, həmin ərazi də hazırda Sumqayıt şəhərinin girişinin abadlaşdırılması və yaşıllaşdırılması işləri aparılmış əraziyə düşür. Abadlaşma işləri aparılana qədər həmin ərazidə heç bir iş görülməmiş və baxımsızlıqdan antisanitariya vəziyyəti yaranmışdır. İşdə olan 0xx xxxx 2017-ci il tarixli 14257 saylı ekspert rəyindən görünür ki, seriya MH ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışla İddiaçı Huseynbala qızına Bakı-Rostov şossesinin şimalında yerləşən daimi istifadə hüququ ilə ona məxsus 0,26 ha torpaq sahsəsinin texniki planında göstərilən koordinatları naturada təyin edilərək, həmin koordinatlar daxilində yerləşən torpaq sahəsinin X16 Hakimiyyətinin 2016-cı ildə həmin sahədə apardığı abadlaşdırma işlərinin təsiri altına düşdüyü; torpaq sahəsində faktiki olaraq yaşıllıq salındığı və İddiaçı Huseynbala qızına verilmiş seriya MH ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarış və AA-001995 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Sumqayıt şəhəri Bakı-Rostov şossesinin şimalında yerləşən və sahəsi 0,26 ha torpaq sahəsinin Sumqayıt bələdiyyəsinin xx.xx.2004-cü il tarixli qərarı ilə (protokol N-151) X7 adına rəsmiləşdirilməsi və X16 Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən verilmiş 16 nömrəli xx.xx.2005ci il tarixli inşaat pasportuna əsasən Bakı-Rostov şossesinin şimalında yerləşən 0,95 ha və 0,689 ha torpaq sahələrinə aidiyyəti olmadığı müəyyən edilmişdir. X13 İcra Hakimiyyəti tərəfindən abadlaşdırma işləri aparılan zaman görülmüş işlərin onun istifadəsində olan torpaq sahəsinə düşdüyünü iddia edərək, həmin torpaq sahəsinin dəyərinə uyğun kompensasiyanın ödənilməsi ilə bağlı X16 Hakimiyyətinə müraciət etmişdir. Cavabdeh tərəfindən kompensasiyanın ödənilməsi təmin edilmədiyindən iddiaçı məhkəməyə müraciət edərək, dəymiş zərərin cavabdehdən tutulmasını xahiş etmişdir. İş materaillarından görünür ki, Azərbaycan Respublikası Sumqayıt X10 Məhkəməsinə cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə, Sumqayıt Şəhəri 6 saylı Dövlət Notariat Kontoru, 3-cü şəxslər İddiaçı və X16 Hakimiyyətinə qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, daimi istifadə hüququnan xitam verilməsi, daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının ləğv olunması barədə iddia ərizəsi ilə müraciət edərək “TAC-Holdinq” X2 təsisçiləri X8 və X9 ilə İddiaçı arasında “TAC-Holdinq” X2 daimi istifadəsində olan Sumqayıt şəhəri, Bakı-Rostov şossesinin şimalında yerləşən sahəsi 0,26 ha olan torpaq sahəsinə dair Sumqayıt şəhəri 6 saylı Dövlət Notariat Kontorunda bağlanılmış xx xxxx 2008-ci il tarixli, AN-İ N-0169534 saylı “daşınmaz əmlakın alqı- satqı müqaviləsi”nın və onun əsasında daşınmaz əmlakın dövlət reyestrində torpaq sahəsinə dair İddiaçı adına aparılmış dövlət qeydiyyatının etibarsız sayılması, Sumqayıt şəhəri, Bakı-Rostov şossesinin şimalında yerləşən, sahəsi 0,26 ha olan torpaq sahəsi üzərində İddiaçı istifadə hüququna dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********60 olan, Seriya MH N-0018921 saylı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışın ləğv olunması və İddiaçı torpaq sahəsi üzərində daimi istifadə hüququna xitam verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1607/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, “TAC-Holdinq” X2 təsisçiləri X8 və X9 ilə İddiaçı arasında “TAC-Holdinq” X2 daimi istifadəsində olan Sumqayıt şəhəri, Bakı-Rostov şossesinin şimalında yerləşən sahəsi 0,26 ha olan torpaq sahəsinə dair Sumqayıt şəhəri 6 saylı Dövlət Notariat Kontorunda bağlanılmış xx xxxx 2008-ci il tarixli, AN-İ N-0169534 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və onun əsasında daşınmaz əmlakın dövlət reyestrində torpaq sahəsinə dair İddiaçı adına aparılmış dövlət qeydiyyatının etibarsız hesab edilməsi, Sumqayıt şəhəri, Bakı-Rostov şossesinin şimalında yerləşən, sahəsi 0,26 ha olan torpaq sahəsi üzərində İddiaçı istifadə hüququna dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********60 olan Seriya MH N-0018921 saylı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlətreyestrindən” Çıxarışın ləğv olunması, İddiaçı Bakı-Rostov şossesinin şimalında yerləşən sahəsi 0,26 ha olan torpaq sahəsi üzərində daimi istifadə hüququna xitam verilməsi qət edilmişdir. (hakim R.N.Qoşqarlı) Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Ş.Abasov (sədrlik edən, məruzəçi), A.Abbasov və Z.Məmmədov, 2(103)-2962/2019 saylı mülki iş) hazırki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)1607/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən üçüncü şəxs İddiaçı kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsi mülki kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)815/2020 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, qanuni qüvvəsini almış məhkəmə qərarları ilə müəyyən edilir ki, xx xxxx 2008-ci il tarixli, AN-İ N-0169534 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və onun əsasında daşınmaz əmlakın dövlət reyestrində torpaq sahəsinə dair İddiaçı adına aparılmış dövlət qeydiyyatının etibarsız hesab edilmiş, Sumqayıt şəhəri, Bakı-Rostov şossesinin şimalında yerləşən, sahəsi 0,26 ha olan torpaq sahəsi üzərində İddiaçı istifadə hüququna dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********60 olan Seriya MH N-0018921 saylı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarış ləğv olunmuş, İddiaçı Bakı-Rostov şossesinin şimalında yerləşən sahəsi 0,26 ha olan torpaq sahəsi üzərində daimi istifadə hüququna xitam verilmişdir. Bununla da müəyyən edilir ki, daimi istifadə hüququna xitam verilmiş və adına olan çıxarış ləğv edilmiş Sumqayıt şəhəri, Bakı-Rostov şossesinin şimalında yerləşən, sahəsi 0,26 ha olan torpaq sahəsinə dair hazırki iş üzrə iddiaçı X1 iddia qaldırmaq hüququ subyektiv hüququ müəyyən olunmur. Bununla da iddiaçının hazırki iddianı qaldırmaq üçün əsası, mübahisəli torpaq sahəsi üzərindəki daimi istifadə hüququ və mülkiyyət hüququna qanuni qüvvəsini almış məhkəmə qərarları ilə xitam verildiyindən onun hazırki iddianı vermək üçün subyektiv hüquqa malik olması müəyyən olunmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının irəli sürdüyü iddia tələbi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tətbiqi baxımından yoxlanılarkən, iddiaçının hazırki iddia tələbi ilə çıxış etməsi üçün qanuni əsasların mövcud olmadığı, yəni iddiaçının qanunla qorunan hər hansı bir hüquqlarının pozulması halının baş vermədiyi müəyyən olunmuşdur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iddia mümkün sayılmamalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-239/2017 saylı, xx xxxx 2017-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh X16 Hakimiyyətinə qarşı “Bakı-Rostov şossesinin şimalında yerləşən, daimi istifadə növündə əmlak hüququ ilə ona məxsus 0,26 ha torpaq sahəsindən məhrum edilməsi ilə bağlı cavabdeh tərəfindən vurulmuş ziyana görə 260000 manat məbləğində kompensasiyanın, pozulmuş hüququnu bərpa etmək üçün 1500 manat məbləğində çəkdiyi xərcdən ibarət maddi zərərin, cəmi 261500 manat pul məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Telman Quliyev Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2-1(105)-4/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-4/2020
15.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver