Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-40/2025 13.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Hacıyev Vahid Məcid oğlu və X1 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi ilə, İddiaçı cavabdehlər Sumqayıt şəhər İcra Hakimiyyətinin Corat qəsəbəsi üzrə nümayəndəliyinə və Corat bələdiyyəsinə qarşı “cavabdehlərə ona məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, 2376 ünvanında yerləşən məqsədli təyinatına görə yaşayış məntəqələrinin torpaqlarına aid edilən torpaq sahəsindən sərbəst istifadəsinə, yəni torpaq sahəsinə hasar çəkməyinə və fərdi yaşayış evi tikməyinə maneçilik törədən hərəkətlərin qanunsuz hesab edilməsi“ tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 2-1(118)-15/2024 nömrəli qərarından cavabdeh Sumqayıt şəhəri Corat bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Sumqayıt Şəhər İcra Hakimiyyətinin Corat qəsəbəsi üzrə Nümayəndəliyinə və Corat bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehlərə ona məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, 2376 ünvanında yerləşən məqsədli təyinatına görə yaşayış məntəqələrinin torpaqlarına aid edilən torpaq sahəsindən sərbəst isdifadəsinə, yəni torpaq sahəsinə hasar çəkməyinə və fərdi yaşayış evi tikməyinə maneçilik törədən hərəkətlərin qanunsuz hesab edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 2376 ünvanında yerləşən torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş №1452980, RX seriyalı Çıxarışa əsasən sözügedən torpaq sahəsi 05 aprel 2019-cu il tarixində ********** qeydiyyat nömrəsi ilə tam payda iddiaçının mülkiyyətindədir. Bundan başqa Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən iddiaçıya torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Lakin buna baxmayaraq iddiaçı öz mülkiyyətindən sərbəst istifadə edə bilmir. Buna səbəb isə iddiaçının mülkiyyətinə Sumqayıt şəhər İcra hakimiyyətinin Corat qəsəbəsi üzrə nümayəndəliyinin və Corat bələdiyyəsinin qanunsuz müdaxiləsi olmuşdur. Belə ki, iddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsini hasara almaq istəsə də, Sumqayıt şəhər İcra Hakimiyyətinin Corat qəsəbəsi üzrə nümayəndəliyi və Corat bələdiyyəsi buna icazə verməmiş, qanunsuz olaraq müdaxilə edərək hasara almağını dayandırmağı tələb etmişlər. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh Sumqayıt şəhər Corat bələdiyyəsi iddia tələbinə etiraz ünvanlayaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi Corat qəsəbə bələdiyyə mülkiyyətinə məxsus, Qəsəbə qəbristanlıq ərazisinin genişləndirilməsi üçün ayrılmış 5,0 ha torpaq sahəsindən İddiaçı adına sahəsi 0.12 ha olan torpaq sahəsinə dair xx.xx.2019-cu il tarixli RX-1452980 nömrəli qeydiyyat nömrəsi ********** olan çıxarış, xx.xx.2019-cu il tarixdə tərtib olunmuş, reyestr nömrəsi **********23, A-348166 nömrəli Torpaq sahəsinin plan və ölçüsü tərtib edərək cavabdehin mülkiyyəti kimi qeydə almışdır. Sözügedən torpaq sahəsi qəsəbə qəbristanlığı üçün ayrılmış torpaq sahəsidir. Cavabdehin həmin torpaq sahəsinə dair heç bir hüquq müəyyənedici sənədi olmamışdır. Lakin həmin torpaq sahəsinə dair çıxarış və torpaq sahəsinin plan və ölçüsü bələdiyyə mülkiyyəti pozulmaqla tərtib olunmuşdur. Belə ki, həmin torpaq sahəsi qəbristanlıq ərazisi olmaqla yanaşı fərdi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid deyildir. Sözügedən torpaq sahəsinə çıxarışın verilməsi və ilkin olaraq tərtib və müayinə edilərkən torpaq sahəsinin mülkiyyət növü və torpağın qanunvericilik əsasında kimə məxsus olması da müəyyən olunmamışdır. Bələdiyyə mülkiyyəti kobud surətdə pozulmuş, qeyri-qanuni olaraq bələdiyyə mülkiyyəti özgəninkiləşdirilmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: xx.xx.2019-cu il tarixli, **********23 reyestr nömrəli çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 2376 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən tərtib edilmiş 348166 nömrəli plan və ölçü sənədindən görünür ki, həmin sənəd İddiaçı ayrılmış 0,12 ha torpaq sahəsinə dair tərtib edilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Corat qəsəbə İƏD üzrə nümayəndliyinin 13 aprel 2021-ci il tarixli, 27 nömrəli məktubundan görünür ki, Novxanı bağ massivi nümayəndəliyin ərazisinə aid deyildir. Sumqayıt şəhər Corat bələdiyyəsi tərəfindən verilmiş 13 aprel 2021-ci il tarixli, 60 nömrəli məktubdan görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, 2376 №-li torpaq sahəsi Corat bələdiyyəsinə aid deyildir. İddiaçı müvəqqəti xarakterli müdafiə tədbiri kimi ona məxsus torpaq sahəsinə dair hər hansı sərəncam verilməsi və həmin torpaq sahəsindən qəbir yerlərinin ayrılmasını cavabdehlərə qadağan edilməsi barədə ərizəsi Sumqayıt İnzibati Məhkəməsinin MXMT(118)-49/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının MXMT(105)-1/2022 nömrəli, 02 fevral 2022-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilərək Sumqayıt İnzibati Məhkəməsinin MXMT(118)-49/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ləğv edilmiş, İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında yerləşən 2376 nömrəli torpaq sahəsinə dair sərəncam verilməsi, həmin torpaq sahəsindən qəbir yerlərinin ayrılmasının cavabdehlər Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Corat qəsəbəsi üzrə nümayəndəliyinə və Corat Bələdiyyəsinə qadağan edilməsi qərara alınmışdır. Məhkəmə sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş 25 avqust 2021-ci il tarixli cavab məktubundan görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında yerləşən 2376 nömrəli torpaq sahəsi ləğv olunmuş DTXK Sumqayıt şəhər şöbəsi tərəfindən verilmiş JN-3133B nömrəli, xx.xx.2006-cı il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında İddiaçı adına qeydiyyata alınaraq xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli dövət reyestrindən çıxarış verilmişdir. Məhkəmə sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş 01 iyul 2021-ci il tarixli cavab məktubundan görünür ki, İddiaçı adına verilmiş 05 aprel 2019-cu il tarixli ********** qeydiyyat və RX seriyalı ******* nömrəli çıxarışın verilməsinə əsas olmuş alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə sazişin surəti məhkəməyə təqdim edilmişdir. Məhkəmə sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş 22 oktyabr 2021-ci il tarixli cavab məktubundan görünür ki, İddiaçı adına verilmiş 11 iyun 2016-cı il tarixli ********** qeydiyyat nömrəli çıxarışın verilməsinə əsas olmuş sənədlərin surətləri məhkəməyə təqdim edilmişdir. Məhkəmə sorğusuna əsasən Dövlət Arxivinin Sumqayıt filialı 25 noyabr 2021-ci il tarixli cavab məktubundan görünür ki, Sumqayıt şəhər Bələdiyyə iclasının xx.xx.2005-ci il tarixli, 21 saylı protokolu və əlavə edilmiş sənədlərin surətləri məhkəməyə təqdim edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 2-1(118)-15/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehlər Sumqayıt şəhər İcra Hakimiyyətinin Corat qəsəbəsi üzrə Nümayəndəliyinə və Corat bələdiyyəsinin İddiaçı məxsus Sumqayıt şəhəri, Novxanı bağlar massivi, 2376 ünvanında yerləşən torpaq sahəsindən sərbəst istifadəsinə, yəni torpaq sahəsinə hasar çəkməsi və fərdi yaşayış evi tikməsinə maneəçilik törədən hərəkətlərin qanunsuz hesab edilməsi qərara alınmışdır (hakim Vəfa Əzizova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, sözügedən torpaq sahəsinin iddiaçıya bələdiyyə tərəfindən ayrılması və hazırda onun xüsusi mülkiyyətində olması iş materialları ilə təsdiq edilir. Müvafiq bələdiyyə qərarı, onun əsasında verilmiş Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış hazıradək qüvvədədir, qanunla müəyyən edilmiş qaydada ləğv və ya etibarsız hesab edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, cavabdehlər Sumqayıt şəhər İcra Hakimiyyətinin Corat qəsəbəsi üzrə Nümayəndəliyinə və Corat bələdiyyəsinin iddiaçıya məxsus Sumqayıt şəhəri, Novxanı bağlar massivi, 2376 ünvanında yerləşən 0.12 ha torpaq sahəsindən sərbəst isdifadəsinə, yəni torpaq sahəsinə hasar çəkməsi və fərdi yaşayış evi tikməsinə maneəçilik törədən hərəkətləri qanunsuz hesab edilməlidir. Cavabdeh Sumqayıt şəhəri Corat bələdiyyəsi birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Sumqayıt şəhəri Corat bələdiyyəsi apellyasiya şikayətini iəsaslandıraraq qeyd etmişdir ki, aşağıdakı səbəblərə görə iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmalıdır. Belə ki, iddiaçı iddiasında bildirmişdir ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 2376 ünvanında yerləşən torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş 1452980, RX seriyalı Çıxarışa əsasən sözügedən torpaq sahəsi xx.xx.2019-cu il tarixində ********** qeydiyyat nömrəsi ilə tam payda iddiaçının mülkiyyətindədir. Bundan başqa Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən iddiaçıya torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Lakin iddiaçı öz mülkiyyətindən sərbəst istifadə edə bilmir. Buna səbəb isə iddiaçının mülkiyyətində Sumqayıt Şəhər İcra Hakimiyyətinin Corat qəsəbəsi üzrə nümayəndəliyinin və Corat bələdiyyəsinin qanunsuz müdaxiləsi olmuşdur. Belə ki, iddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsini hasara almaq istəsə də, Sumqayıt Şəhər İcra Hakimiyyətinin Corat qəsəbəsi üzrə nümayəndəliyi və Corat bələdiyyəsi buna icazə verməmiş, qanunsuz olaraq müdaxilə edərək hasara almağına dayandırmağı tələb etmişlər. Bildirilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi Corat qəsəbə bələdiyyə mülkiyyətinə məxsus, Qəsəbə qəbirstanlıq ərazisinin genişləndirilməsi üçün ayrılmış 5,0 ha torpaq sahəsindən İddiaçı adına sahəsi 0.12 ha olan torpaq sahəsinə dair xx.xx.2019-cu il tarixli RX ******* nömrəli qeydiyyat nömrəsi ********** olan çıxarış, xx.xx.2019-cu il tarixdə tərtib olunmuş, reyestr nömrəsi **********23, A-348166 nömrəli Torpaq sahəsinin plan və ölçüsü tərtib edərək cavabdehin mülkiyyəti kimi qeydə almışdır. Sözügedən torpaq sahəsi qəsəbə qəbirstanlığı üçün ayrılmış torpaq sahəsidir. Cavabdehin həmin torpağa dair hüquqmüəyyənedici sənədi olmamışdır. Lakin həmin torpaq sahəsinə dair çıxarış və torpaq sahəsinin plan və ölçüsü bələdiyyə mülkiyyətini pozmaqla tərtib olunmuşdur. Belə ki, həmin torpaq sahəsi qəbirstanlıq ərazisi olmaqla yanaşı fərdi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid deyildir. Sözügedən torpaq sahəsinə çıxarışın verilməsi və ilkin olaraq tərtib və müayinə edilərkən torpaq sahəsinin mülkiyyət növü və torpağın qanunvericilik əsasında kimə məxsus olması da müəyyən olunmamışdır. Bələdiyyə mülkiyyəti kobud surətdə pozulmuş, qeyri-qanuni olaraq bələdiyyə mülkiyyəti özgəninkiləşdirilmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Corat qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 05 dekabr 2024-cü il tarixli, 5-6-6/2- 152/2024 nömrəli məktub ünvanlanaraq qeyd olunmuşdur ki, bələdiyyə torpaqlarına dair sərəncam vermək birmənalı şəkildə bələdiyyələrin müstəsna hüququdur. Belə ki, sözügedən torpaq sahəsi qəsəbə qəbrstanlıq ərazisinin genişləndirilməsi üçün ayrılmış torpaq sahəsinin daxilindədir. Torpaq sahəsinin ilkin ayrılmış hüquqi sənədində ərazinin təyinatı müəyyən olunmuş və buna dair aidiyyəti dövlət orqanı ərazinin cizgi sxemini tərtib edərək təsdiq etmişdir. Göründüyü kimi qeyd olunan 0,12 ha və qəbrstanlıq ərazisi Sumqayıt şəhər İcra Hakimiyyətinin Corat qəsəbə üzrə nümayəndəliyinin mülkiyyətində deyildir. Qeyd edilir ki, sözügedən ərazi barədə hər hansı bir sərəncam vermək cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Corat qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin səlahiyyəti daxilində deyildir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Sonuncu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı və cavabdehlərin nümayəndələri məhkəmə iclasına gəlməmişdirlər. Cavabdeh Sumqayıt şəhəri Corat bələdiyyəsinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Digərləri isə gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçı və cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar.
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir.
İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğu tam yoxlanılmadan iddia tələbinin əsaslığına hüquqi qiymət verildiyindən, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalı, apellyasiya şikayəti isə qismən təmin edilməlidir. Hazırda iddiaçı cavabdehlərə ona məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, 2376 ünvanında yerləşən məqsədli təyinatına görə yaşayış məntəqələrinin torpaqlarına aid edilən torpaq sahəsindən sərbəst istifadəsinə, yeni torpaq sahəsinə hasar çəkməyinə və fərdi yaşayış evi tikməyinə maneçilik törədən hərəkətlərin qanunsuz hesab edilməsini tələb edir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmiş, məhkəmə qərarını əsaslandıraraq qeyd etmişdir ki, sözügedən torpaq sahəsinin iddiaçıya bələdiyyə tərəfindən ayrılması və hazırda onun xüsusi mülkiyyətində olması iş materialları ilə təsdiq edilir. Müvafiq bələdiyyə qərarı, onun əsasında verilmiş Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış hazıradək qüvvədədir, qanunla müəyyən edilmiş qaydada ləğv və ya etibarsız heab edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, cavabdehlər Sumqayıt şəhər İcra Hakimiyyətinin Corat qəsəbəsi üzrə Nümayəndəliyinə və Corat bələdiyyəsinin iddiaçıya məxsus Sumqayıt şəhəri, Novxanı bağlar massivi, 2376 ünvanında yerləşən 0.12 ha torpaq sahəsindən sərbəst isdifadəsinə, yəni torpaq sahəsinə hasar çəkməsi və fərdi yaşayış evi tikməsinə maneəçilik törədən hərəkətləri qanunsuz hesab edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğu tam yoxlanılmadığından birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Eyni zamanda “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 6-cı maddəsinin tələblərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Həmçinin sözügedən qərarın 8-ci bəndinin tələblərinə əsasən iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Hazırki iş üzrə iddiaçının tələbi cavabdehlərə ona məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, 2376 ünvanında yerləşən məqsədli təyinatına görə yaşayış məntəqələrinin torpaqlarına aid edilən torpaq sahəsindən sərbəst istifadəsinə, yeni torpaq sahəsinə hasar çəkməyinə və fərdi yaşayış evi tikməyinə maneçilik törədən hərəkətlərin qanunsuz hesab edilməsi ilə bağlıdır. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli, **********23 reyestr nömrəli çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 2376 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Həmçinin həmin torpaq sahəsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən plan-ölçü sənədi tərtib olunmuşdur. İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etsə də, onun hüquqi marağı mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınmış torpaq sahəsinə istədiyi kimi sahiblik etməkdir. Lakin cavabdeh Corat bələdiyyəsi isə qeyd edir ki, “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi Corat qəsəbə bələdiyyə mülkiyyətinə məxsus, Qəsəbə qəbirstanlıq ərazisinin genişləndirilməsi üçün ayrılmış 5,0 ha torpaq sahəsindən İddiaçı adına sahəsi 0.12 ha olan torpaq sahəsinə dair xx.xx.2019-cu il tarixli RX ******* nömrəli qeydiyyat nömrəsi ********** olan çıxarış, xx.xx.2019-cu il tarixdə tərtib olunmuş, reyestr nömrəsi **********23, A-348166 nömrəli Torpaq sahəsinin plan və ölçüsü tərtib edərək cavabdehin mülkiyyəti kimi qeydə almışdır. Sözügedən torpaq sahəsi qəsəbə qəbirstanlığı üçün ayrılmış torpaq sahəsidir. Cavabdehin həmin torpağa dair hüquqmüəyyənedici sənədi olmamışdır. Lakin həmin torpaq sahəsinə dair çıxarış və torpaq sahəsinin plan və ölçüsü bələdiyyə mülkiyyətini pozmaqla tərtib olunmuşdur.” Məhkəmə kollegiyası qeyd edir ki, ilk növbədə nəzərə alınmalıdır ki iddiaçının mülkiyyətində olan torpaq sahəsini Novxanı bələdiyyəsi ayırmışdır. Məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin mühəndisinin iştirakı ilə mübahisəli torpaq sahəsinə baxış keçirilmiş, mübahisəli torpaq sahəsində yol istiqamətində sağ tərəfdə hasar daxilində kiçik tikilinin olduğu, geri qalan sahədə isə qəbirlərin mövcud olduğu, boş sahənin olmadığı müəyyən edilmişdir. Həmçinin bununla bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən təqdim edilmiş 04 fevral 2025-ci il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”nda qeyd edilir ki, torpaq sahəsində inventarlaşdırma işləri aparılmışdır. Faktiki torpaq sahəsi ilə sənəd üzrə torpaq sahəsi üst-üstə düşür. Faktiki torpaq sahəsindən qəbrstanlıq kimi və başqa şəxs tərəfindən zəbt olunaraq istifadə olunur. Göründüyü kimi iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etsə də, mübahisəli ərazinin faktiki olaraq qəbrstanlıq olduğu müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alındığı üçün o, hüquqi maraqlarına uyğun olaraq tələblər irəli sürməkdə haqlıdır. Lakin kollegiya hesab edir ki, iddiaçının hüquqi marağına uyğun əldə etmək istədiyi nəticəyə fərqli tələblər formasında çatmaq mümkün ola bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisənin yaranma əsasını qeydiyyat orqanının Novxanı bələdiyyəsinin mülkiyyəti kimi qeydə aldığı mübahisəli torpaq sahəsinə, Corat bələdiyyəsinin həmin ərazinin onun mülkiyyətinə məxsus, qəbirstanlıq ərazisinin genişləndirilməsi üçün ayrılmış 5,0 ha torpaq sahəsinə aid olmasını iddia etməsidir. Hansı ki, həmin ərazi hazırda iddiaçının mülkiyyətindədir və Corat bələdiyyəsi tərəfindən başqa bir iddia ilə mübahisələndirilir. Belə ki, cavabdeh Corat bələdiyyəsi sonuncu məhkəmə iclasına gəlməmiş, nümayəndəsi məhkəməyə vəsatət ünvanlayaraq hazırki iş üzrə məhkəmə icraatının iddiaçı Corat Bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “İddiaçı verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin icraatında olan inzibati iş üzrə məhkəmə icraatı yekunlaşanadək dayandırılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası bu vəsatətlə bağlı bildirir ki, Corat bələdiyyəsinin bu iddiasının nəticəsi iddiaçının hüquq müdafiə vasitələrinin seçilməsində əhəmiyyətli rol oynayacaqdır. Lakin iddiaçının hüquqi marağı baxımından daha əlverişli hüquq müdafə vasitələrinin seçilməsi imkanı olduğuna görə cavabdehin vəsatəti kollegiya tərəfindən əsaslı hesab edilmir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mümkün ola biləcək uğurlu hüquq müdafiə vasitələri Corat bələdiyyəsi ilə qeydiyyat orqanı arasında yaranmış mübahisədən, eyni zamanda mahiyyət etibarı ilə Novxanı bələdiyyəsi ilə Corat bələdiyyəsi sərhədlərinin müəyyən edilməsindən asılıdır. İddiaçı bu mübahisənin nəticəsinə uyğun olaraq daha əlverişli hüquq müdafiə vasitəsi seçə bilər. Belə ki, iddiaçı xüsusi mülkiyyətində olan mübahisəli torpaq sahəsi ilə bağlı vurulmuş ziyana görə kompensasiya tələbi və ya mübahisəli ərazilərin boşaldılması ilə bağlı tələblər qaldıra bilər. Lakin bu tələblərin kimə qarşı qaldırılmasının Corat bələdiyyəsinin iddiasının nəticəsindən sonra müəyyən edilməsi daha məsədəmüvafiq hesab olunur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçı 17 may 2021-ci il tarixdə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Corat bələdiyyəsinin iddiaçıya aid sənədləri həmin vaxt mübahisələndirmə imkanı olmuş, lakin qeyd edilən bələdiyyə yaxın tarixdə məhkəməyə müraciət etmişdir. Eyni zamanda işdən görünür ki, hazırkı işlə bağlı müvəqqəti xarakterli müdafiə tədbiri olsa da ərazinin qəbrstanlıq kimi istifadəsi proses gedişində tamamlanmışdır. Bu isə məhkəmə mübahisələri nəticəsində Corat bələdiyyəsinin arqumentlərinin əsaslı olmadığının müəyyən edilməsi halında ondan daha çox kompensasiya tələb edilə biləcəyi mənasına gəlir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, Corat Bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “İddiaçı verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin icraatında olan inzibati iş üzrə tələb ilkin bələdiyyə sənədlərinin etibarsızlığının müəyyən edilərək reyestrdə qeydiyyatının ləğv edilməsinə yönələ bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Corat bələdiyyəsinin iddiasının uğurlu olmadığı təqdirdə, iddiaçı tərəfindən ona qarşı müxtəlif tələblər irəli sürülə bilər. Həmin iddia uğurlu olduğu təqdirdə isə iddiaçı tərəfindən Novxanı bələdiyyəsinə və ya işin halına görə qeydiyyat orqanına qarşı yaranmış ziyana görə kompensasiya tələbləri irəli sürülə bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın mümkünlük şərtlərini tam yoxlamadan işə mahiyyəti üzrə baxaraq, qərar qəbul etmiş, iddianın mümkün sayılmaması üçün əsaslar olduğu halda, həmin halları diqqətdən qaçırmış, bununla da iş üzrə gəldiyi nəticə yalnış olmuşdur. Həmçinin, qeyd edilməlidir ki, cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsi ilə bağlı olduğundan, apellyasiya şikayəti qismən-məhkəmə qərarının ləğv edilməsi hissəsində təmin edilməli, iddia mümkün sayılmadığından, şikayət qalan hissədə təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin ki, hüquqi maragına uyğun olaraq, yuxarıda qeyd edilən hüquq müdafiə vasitələrindən istifadə etməsi istisna edilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 2-1(118)-15/2024 nömrəli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 8