Məhkəmə qərarları › İş №2-1(105)-402/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-402/2022

25.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-402/2022 25.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Cəfərov Vidadi Cəfər oğlundan və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Bəhruz Fizuli oğlunun katibliyi ilə, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh publik hüquqi şəxsinə qarşı “iddiaçının xx.xx.2021-ci il tarixli ərizəsinə qanunla müəyyən edilmiş müddətdə cavabdehin cavab verməməsinin qanun pozuntusu kimi tanınması, həmin ərizəyə cavab verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və poçt göndərişinə görə ödənilmiş 0,67 manat pulun cavabdehdən xeyrinə tutulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 2-1(118)-430/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh publik hüquqi şəxsinə qarşı iddia qaldıraraq “xx.xx.2021ci il tarixli ərizəsinə qanunla müəyyən edilmiş müddətdə cavabdehin cavab verməməsinin qanun pozuntusu kimi tanınması, həmin ərizəyə cavab verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və poçt göndərişinə görə ödənilmiş 0.67 manat pulun cavabdehdən xeyrinə tutulmasına” dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdehnə SS746904752AZ ştrix kodlu sifarişli məktubla xx.xx.2021-ci il tarixli ərizəsini göndərmiş, göndərişə görə 0.67 AZN ödəmişdir. Poçt göndərişlərin izlənilməsi xidmətindən göründüyü kimi 20.10.21-ci il tarixdə cavabdeh məktubunu almışdır.Həmin ərizədə yazmışdır: “Cavabdehnə İddiaçı tərəfindən (ünvant: ünvan 1 Yazıb bildirirəm ki, TQS №88 Formasında göndəriş "Tibbi Sosial Ekspert Komissiyasına göndərişlərin reyestrinə daxil edilmişdir (Bildiriş №05310.03AALG8). Bununla bağlı qəbul olunmuş qərar barədə məlumatı Sizdən kağız daşıyıcısında istəyirəm. Kağız daşıyıcısında yazılı məlumat almaq konstitusion hüququmdur (57-ci maddəsinin l-ci hissəsi və 50-ci maddə), bundan irəli gələn "İnformasiya əldə etmək haqqında " qanunun 24.1-ci maddəsinin tələblərinə əsasən informasiya sorğusuna 7 iş günündən gec olmayaraq cavab verilməlidir. Yuxarıda qeyd olunanlara, müvafiq qanunvericiliyə əsasən xahiş edirəm: Qərarınızı mənə məlumat üçün kağız daşıyıcısında göndərəsiniz. Qoşma:

1. Şəxsiyyət vəsiqəmin surəti.

2. Həkim Məsləhət Komissiyasının xx.xx.2021-ci il tarixli 0531003AALG8 №-li Bildirişinin surəti. İmza:/var/İddiaçı xx.xx.2021-ci il” Lakin,bu günə kimi cavab almamış və hüquqları pozulmuşdur. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, iddiaçının “əlilliyin təyin edilməsi ilə bağlı” 12 oktyabr 2021-ci il tarixli **********0/17 və **********4/18 nömrəli müraciətləri tərəflərindən 18 oktyabr 2021-ci il tarixli **********5 nömrəli məktubla cavablandırılmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 30 mart 2022-ci il, 2-1(118)-430/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim İsmayıl Quliyev). Qərardaddan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini, iddia tələbinin tam təmin olunması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir.

APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(118)-430/2022 nömrəli qərardadının 4-cü səhifəsində hakim iddiaçının “əlilliyin təyin edilməsi ilə bağlı” 12 oktyabr 2021-ci il tarixli **********0/17 və **********4/18 nömrəli məktubla cavablandırıldığını qeyd etmişdir.Lakin göstərilən qeyd yalandır.İdidaçı imzasıyla qəbz, poçt xəbərnaməsi olmalı olduğu halda heç bir sübut yoxdur. Çünki iddiaçı cavab almamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın Əlavəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh Tibbi-Sosial Ekspert Komissiyasının Qərarı forması təsdiq edilmişdir. İddiaçı bildirmişdir ki, həmin formada qərarı məlumat üçün kağız daşıyıcısında istəsə də, ona cavab göndərilməmişdir. Konstitusiyanın 57-ci maddəsinin 1-ci hissəsinə əsasən hər müraciətə qanunla müəyyən edilmiş müddətdə və qaydada cavab verilməlidir. “İnformasiya əldə etmək haqqında” qanunun 24.1-ci maddəsinin tələblərinə əsasən informasiya sorğusuna 7 iş günündən gec olmayaraq cavab verilməlidir.” Məlumatı verməmək və ya gecikdirmək Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikası qanununun 9.3.8-ci maddəsinə əsasən Vəzifəli şəxsin korrupsiyaya şərait yaradan hüquqpozması sayılır. Hakim tətbiq etməli olduğu maddi və prosessual hüquq normalarını tətbiq etməmiş, tətbiq etməməli olan normanı tətbiq etmişdir. Apellyasiya şikayətində qərardadın ləğv edilməsi, iddia tələbinin tam təmin olunması barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur.

TƏRƏFLƏRİN İZAHATİ

Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 şikayətin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

ƏSASLANDİRİCİ HİSSƏ

Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı xx.xx.2021-ci il tarixli ərizəyə qanunla müəyyən edilmiş müddətdə cavabdehin cavab verməməsinin qanun pozuntusu kimi tanınması, həmin ərizəyə cavab verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və poçt göndərişinə görə ödənilmiş 0.67 manat pulun cavabdehdən xeyrinə tutulmasını istəmişdir. Cavabdeh inzibati orqanın 18 oktyabr 2021-ci il tarixli, **********5 nömrəli cavab məktubunda qeyd edilmişdir: “ Sizin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehnə (bundan sonra-Agentlik) ünvanlanan xx.xx.2021-ci il tarixli, Agentliyə ünvanlanan xx.xx.2021-ci il tarixli və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə ünvanlanan xx.xx.2021-ci il tarixli müraciətlərinizə aidiyyəti üzrə Agentlikdə baxılmışdır. Bildiririk ki, “Elektron imza və elektron sənəd” haqqında Azərbaycan Respublikası Qanununun 3.2-ci bəndinə əsasən “Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir”. Həmin Qanunun 3.5-ci bəndinə əsasən “Azərbaycan Respublikasının qanunvericiliyi ilə sənəd notariat qaydasında təsdiqi və (və ya) dövlət qeydiyyatı tələb olunduğu hallar istisna olmaqla elektron sənəd kağız daşıyıcıda olan sənədə bərabər tutulur və onunla eyni hüquqi qüvvəyə malikdir.” Agentliyin xx.xx.2021-ci il tarixli **********4 nömrəli məktubu elektron sənəd kağız daşıyıcıda olan nüsxəsidir və eyni hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın (bundan sonra - Qayda) 2.6-cı bəndinə əsasən şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə tərtib edilmiş göndəriş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir. Göndəriş (Forma 88) əlilliyin qiymətləndirilməsi üçün altsistem vasitəsilə Tibbi-Sosial Ekspert Komissiyasına (bundan sonra - TSEK) göndərilməsi üçün bütün zəruri texniki tələblərə cavab verməlidir. Yenidən doğru və dolğun şəkildə yeni göndərişin tərtib olunması üçün göndərişi vermək hüququ olan tibb müəssisəsinə müraciət etməyiniz tövsiyə olunur”. Həmin Qaydanın 1.5.1-ci yarımbəndinə əsasən şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması tibb müəssisələri tərəfindən göndərişlərin verilməsi üçün əsasdır. Araşdırma zamanı məlum olmuşdur ki, Sumqayıt 1 nömrəli şəhər poliklinikası tərəfindən rəsmiləşdirilmiş 0529003AAHXJ nömrəli göndərişdə qeyd edilmiş diaqnoz və ağırlaşmaları təsdiq edən ixtisaslaşmış stasionar müalicə müddəti yetərli olmadığından və göndərişdə səthi qeyd olunan köməkçi diaqnostik və laborator müayinələrin nəticəsi xəstəliyin ağırlaşması olan İİ dərəcə tənəffüs çatışmazlığını sübut etmədiyindən əlillik təyinatının aparılması mümkün olmamışdır. “Məlumat üçün bildiririk ki, tibbi-sosial ekspert komissiyasının qərarından narazı olduğunuz halda, əyani müayinə olunaraq əlilliyin müəyyən edilməsi məsələsinə baxılması üçün Agentliyin Respublika Reabilitasiya Mərkəzində (ünvan: Bakı ş. M.Kazımovski küç. 134) yerləşən qəbul şöbəsinə yaxınlaşa bilərsiniz. +994 99 *** ** ** (Whatsapp) nömrəsinə ad, soyad, ata adınızı, şəxsiyyət vəsiqənizin FİN kodunu və müraciətinizin səbəbini (əyani müayinə) göndərməklə və ya www.dtsera.az saytında tələb olunan məlumatları qeyd etməklə qəbula əvvəlcədən növbə götürməyiniz tövsiyə edilir. Qəbula gələrkən xəstəliyinizlə bağlı bütün tibbi sənədləri (diaqnostik və laborator müayinə sənədlərini və s.) özünüzlə gətirməlisiniz”. Göründüyü kimi iddiaçının “əlilliyin təyin edilməsi ilə bağlı” 12 oktyabr 2021-ci il tarixli **********0/17 və **********4/18 nömrəli müraciətləri cavabdeh tərəfindən 18 oktyabr 2021ci il tarixli **********5 nömrəli məktubla cavablandırılmışdır. Birinci instansiya məhkəməsi hesab edir ki, iddiaçının hazırkı tələbi inzibati icraat çərçivəsində etdikləri müraciətlərə aid edildiyi üçün ayrıca iddia predmeti olmamalı və mümkün hesab edilməməlidir. “Vətəndaşların müraciətləri” haqqında Qanunun 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. Həmin Qanunun 5.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları vətəndaşların məhkəmə icraatı və ya inzibati icraat çərçivəsində etdikləri müraciətlərə şamil edilmir. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı əlilliyin müəyyən olunması ilə bağlı əsas tələbi olmuş və bu tələblə bağlı inzibati orqana çoxsaylı müraciətləri olmuş və bu müraciətlərlə bağlı çoxsaylı iddialar qaldırmışdır. Araşdırma zamanı həmçinin müəyyən olunmuşdur ki, məhkəmənin icraatında İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdehnə qarşı “əlillik təyinatından imtina barədə cavabdehin xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi və əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair iş olmuş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-463/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən apellyasiya şikayəti verilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(105)-348/2022 nömrəli qərarı ilə (hakimlər H.Babayeva (sədrlik edən və məruzəçi), Z.Məmmədov, F.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 07 fevral 2022-ci il tarixli, 2-1(118)-463/2022 nömrəli qərarı dəyişdirilməklə iddia təmin edilmişdir.Apellyasiya instansiya məhkəməsinin həmin qərarıına əsasən cavabdehin imtinası əsassız hesab edilmiş və İddiaçı xx.xx.2021-ci il tarixindən ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh üzərinə qoyulmuşdur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi iddiaçının əsas tələbi olan əlillik dərəcəsinin təyin olunması ilə bağlı iddia tələbi nəticə etibarilə apellyasiya instansiya məhkəməsi tərəfindən təmin olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Şərh olunanlardan göründüyü kimi birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan “Vətəndaşların müraciətləri” haqqında Qanunun 5.2-ci maddəsinə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə istinad etməklə hazırkı iş üzrə iddiaçının iddia tələbinin mümkün sayılmamasına dair qərardad çıxarmaqla düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddianı mümkün saymamış, buna görə apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilməməlidir.

NƏTİCƏVİ HİSSƏ

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 2-1(118)-430/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərardadından təqdim olunduğu gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar