Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-403/2021 30.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim: Babayeva Hökümə Çingiz qızı, Hakimlər Məmmədov Zaur İkram oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Sehran Sabir qızının katibliyi, İddiaçı X3, İddiaçı Poladova (Qurbanova) Səriyyə Nemətulla qızının nümayəndəsi X1 iştirakı ilə İddiaçılar Poladova (Qurbanova) Səriyyə Nemətulla qızının, X3, X4 və X2 cavabdeh Quba rayon Zərdabi Bələdiyyəsinə qarşı “Quba rayon Zərdabi Bələdiyyəsində bağlanmış 04 mart 2019-cu il tarixli Aktın etibarsız hesab edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2-1(118)- 755/2021 saylı qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2 qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar Poladova (Qurbanova) Səriyyə Nemətulla qızı, X6, X7 və X5 cavabdeh Quba rayon Zərdabi Bələdiyyəsinə qarşı “Quba rayon Zərdabi Bələdiyyəsində bağlanmış 04 mart 2019-cu il tarixli Aktın etibarsız hesab edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 19 aprel 2021-ci il tarixli 2-1(118)-755/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim İ.Quliyev) Həmin qərardaddan narazı qalan iddiaçılar apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini, iddiaya mahiyyəti üzrə baxılması üçün işin birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən apellyasiya şikayəti icraata qəbul edilmiş və işə baxılması üçün təyin olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və digər iddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək, iddiaçıların apellyasiya şikayətindən imtina etdiyini bildirərək, apelyasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq apellyasiya şikayətindən imtina məsələsinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətindən imtina barədə ərizə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 88.1-ci maddəsinə əsasən şikayət apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. Həmin Məcəllənin 88.3-cü maddəsinə əsasən şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətindən imtina barədə iddiaçılar tərəfindən verilmiş ərizə təmin edilməli və bununla bağlı apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 88, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt İnzibati Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2-1(118)-755/2021 saylı qərardadından iddiaçılar tərəfindən verilmiş apelyasiya şikayətindən imtina barədə ərizə təmin edilsin. Apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. İddiaçılara izah olunsun ki, şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: ünvan 4zibati Kollegiyasına (ünvan: ünvan 5
Məhkəmə qərarları › İş №2-1(105)-403/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-403/2021
30.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver