Məhkəmə qərarları › İş №2-1(105)-403/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-403/2024

24.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-403/2024 24.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X27 və X1 ibarət tərkibdə Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçı və digər iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və Salahova(Həsənova) İzafə Qəribağa qızının nümayəndəsi İddiaçı7 iştirakı ilə, İddiaçılar İddiaçı7, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və Salahova (Həsənova) İzafə Qəribağa qızının Cavabdehnə qarşı "Siyəzən rayon Aqrar İslahat Komissiyasının 09 fevral 1998-ci il tarixli 34-11 saylı qərarının X17, X11, X18 və X5 aid hissədə ləğv edilməsi və həmin qərar əsasında verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 053 nömrəli 30505018 kodlu şəhadətnamənin ləğv edilməsi" tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, 2- 1(118)-1453/2024 nömrəli qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: "Siyəzən rayon Aqrar İslahat Komissiyasının 09 fevral 1998-ci il tarixli 34-11 saylı qərarı əsasında X19, X11, X18 və X2 adına torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 053 nömrəli 30505018 kodlu şəhadətnamə verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddiaçılar İddiaçı7, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və Salahova(Həsənova) İzafə Qəribağa qızı Cavabdehnə qarşı "Siyəzən rayon Aqrar İslahat Komissiyasının 09 fevral 1998-ci il tarixli 34-11 saylı qərarının X17, X11, X18 və X5 aid hissədə ləğv edilməsi və həmin qərar əsasında verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 053 nömrəli 30505018 kodlu şəhadətnamənin ləğv edilməsi" barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 və qeyrilərinin vərəsəliklə bağlı iddiaları üzrə Siyəzən rayon məhkəməsində baxılan mülki işin materiallarına əlavə edilmiş JN seriyalı, 053 nömrəli, 30505018 kodlu şəhadətnamədən göründüyü kimi Siyəzən rayon Aqrar İslahat Komissiyasının 09 fevral 1998-ci il tarixli 3411 saylı qərarı ilə Siyəzən rayonu Yenikənd kəndi ərazisindən 0,25 ha həyətyanı torpaq sahəsi birinci nikahdan olan vərəsələrin hüquqları nəzərə alınmadan X12, X6, X13 və X2 mülkiyyətinə verilmişdir. 07 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə X12 birinci nikahdan olan vərəsələrinin Siyəzən rayonu Yenikənd kəndində yerləşən 0,25 ha torpaq sahəsinə və onun üzərində inşa edilmiş tikililərə münasibətdə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin reyestrində paylı mülkiyyətçi kimi qeydə alınması barədə rəsmi müraciət olunmuşdur. Vərəsələrin reyestrdə qeydə alınmasından imtina edilərək məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Bununla da X12 birinci nikahdan olan ailə üzvləri mülkiyyət hüququndan kənarda qalmışlar. İddiaçıların pozulmuş hüquqlarının bərpa edilməsi məqsədilə Siyəzən rayon Aqrar islahat Komissiyasının 09 fevral 1998-ci il tarixli 34-11 saylı qərarının X17, X11, X18 və X5 aid olan hissədə ləğv edilməsi üçün Cavabdehnə müraciət edilmişdir. Həmin qurum əsaslı səbəb göstərmədən qərarı ləğv etməkdən imtina etmiş və məsələ ilə bağlı məhkəməyə müraciət edilməsini bildirmişdir. Araşdırma zamanı torpağın verilməsinə dair ilkin sənədlərin və X12 birinci nikahı dövründə təsərrüfatına dair məlumatın əldə edilməsi məqsədilə müvafiq olaraq Azərbaycan Respublikası X48 rayon filialına və Siyəzən rayon filialına müraciət olunmuşdur. Sorğulara verilmiş cavablarla aşağıdakılar müəyyən edilmişdir. AR X36 filialından göndərilmiş Dəvəçi (indiki Şabran) rayonu Yenikənd kənd X26 İcraiyyə Komitəsinin 1974-1976-cı illəri əhatə edən Yenikənd kəndi üzrə 02 saylı “təsərrüfatbaşına kitabının 110 saylı hesab nömrəsində X12 təsərrüfatı barədə aşağıdakı məlumat verilmişdir. Təsərrüfatın şəxsi istifadəsində 0,25 ha, o cümlədən tikililərin, kolluqların, meşəliyin, qobu-dərələrin və ictimai yolların altında 0,02 ha torpaq sahəsi qeyd edilmişdir. X12 təsərrüfatı aşağıdakı kimi olmuşdur: X28-1925-ci il X29- həyat yoldaşı- 1930-cu il X30-xx.xx.1950-ci il X20-xx.xx.1952-ci il İddiaçı1-xx.xx.1955-ci il X21-xx.xx.1957-ci il İddiaçı7 Qəribağa oğlu-xx.xx.1959-cu il İddiaçı2-xx.xx.1963-cü il İddiaçı3-xx.xx.1965-ci il X25-xx.xx.1968-ci il AR X48 filialından verilmiş sorğu əsasında Dəvəçi (indiki Şabran) rayon XDS İcraiyyə Komitəsinin 10 iyun 1967-ci il tarixli iclası ilə bağlı tərtib olunmuş 14 №-li protokolu göndərilmişdir. Həmin protokolda aşağıdakılar qeyd olunmuşdur. “Dəvəçi rayon ZDS İcraiyyə Komitəsinin iclası qərara alır: 30.Lenin südçülük sovxoz direktorunun 1967-ci il tarixli 120 № li əmri nəzərə alınmaqla Yenikənd kənd əhli X19 fərdi mənzil tikintisi üçün Yenikənd kəndindən genplana uyğun 1250 kvm torpaq sahəsi verilsin”. X28 qanuni əsaslarla ona verilmiş 0,25 ha torpaq sahəsində 1967-1974-cü illər ərzində 62.5 kv.m ölçüdə olan iki mərtəbəli yaşayış evi, 52,3 kv.m ölçüdə olan yay mətbəxi, tövlə və s. ümumi ölçüsü 114,8 kv m olan tikililər inşa etdirmiş və torpağın qalan hissəsini isə yardımçı təsərrüfat kimi istifadə etmişdir. X29 1980-cı ildə vəfat etmiş və o, ölən günə qədər Siyəzən rayonu Yenikənd kəndində həmin iki mərtəbəli evdə yaşamışdır. Göründüyü kimi mərhumə X22 vəfatından sonra miras qalmış 0,25 ha torpaq sahəsi və onun üzərində tikilmiş iki mərtəbəli yaşayış evi, yay mətbəxi, tövlə və s. tikililər və 0,02 ha torpaq sahəsi Azərbaycan SSR-in Nikah və Ailə Məcəlləsinin 28-ci maddəsində qeyd olunan “ər-arvadın ümumi birgə mülkiyyəti olan əmlak bölündükdə onların payları bərabər hesab edilir” müddəası nəzərə alınmaqla onun qanuni vərəsələri ilə digər vərəsə X28 arasında mirasın bölgüsü aşağıdakı qaydada olmalıdır. Ümumi birgə mülkiyyətdə olan 0,25 ha torpaq sahəsinin və üzərində tikilmiş 62.5 kv.m ölçüdə olan iki mərtəbəli yaşayış evinin, 52,3 kv.m ölçüdə olan yay mətbəxinin, tövlə və s. tikililərin; eləcə də 0,02 ha torpaq sahəsinin 1/2 hissəsi X12 payına ayrıldıqdan sonra yerdə qalan torpaq sahəsinin 12,5 ha və iki mərtəbəli evin 31,25 kv.m hissəsi; yay mətbəxinin, tövlənin və s. tikililərin 26,15 kv.m ölçüdə olan hissələri; həmçinin 0,01 ha torpaq sahəsi X12, X14, X3, İddiaçı1, X4, İddiaçı7 Qəribağa oğlunun, İddiaçı2, İddiaçı3 və X7 hər birinə 1/9 hissədə faktiki olaraq mirası qəbul etmiş qanun üzrə vərəsələrin miras payı kimi onların mülkiyyəti hesab edilməlidir. Yerdə qalan, yəni X8 miras qalmış Siyəzən rayonu Yenikənd kəndi ərazisində yerləşən 12,5 ha torpaq sahəsi və üzərində tikilmiş iki mərtəbəli evin 31,25 kv. m hissəsi, 26,15 kv.m ölçüdə olan yay mətbəxi, tövlə və s. tikililər; 0,01 ha torpaq sahəsi, 2,54 ha torpaq sahəsinin mərhumun payına düşən hissəsi; VAZ 2103 minik markalı avtomobil qanun üzrə vərəsələr X14, X3, İddiaçı1, X4, İddiaçı7 Qəribağa oğlunun, İddiaçı2, İddiaçı3, X7, X6 və X13 hər birinə 1/10 hissədə qanun üzrə vərəsələrin miras payı kimi bölünməli idi. Göründüyü kimi vərəsələrin pozulmuş hüquqlarının bərpa edilməsi üçün edilmiş müraciəti Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi idarəsi təmin etməyərək vərəsələri reyestr qeydiyyatına almaqdan imtina etmiş və həmçinin Cavabdehnə də Aqrar İslahat Komissiyasının 09 fevral 1998-ci il tarixli 34-11 saylı qərarının və onun əsasında verilmiş JN seriyalı, 053 nömrəli, 30505018 kodlu şəhadətnamənin ləğv olunması ilə bağlı edilmiş müraciət təmin olunmamışdır. Bununla da X12 birinci nikahdan olan vərəsələrinin mülkiyyət və vərəsəlik hüquqları pozulmuşdur. Ona görə də Siyəzən Rayon Məhkəməsində baxılan mülki iş üzrə məhkəmə tərəfindən ədalətli və obyektiv məhkəmə qərar qəbul olunmasına maneə yaradan Siyəzən rayon Aqrar İslahat Komissiyasının 09 fevral 1998-ci il tarixli 34-11 saylı əsassız qərarının və həmin qərarın əsasında verilmiş JN seriyalı, 053 nömrəli, 30505018 kodlu şəhadətnamənin ləğv edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında iddiaçı və digər iddiaçıların nümayəndəsi və vəkili İddiaçı7 iştiak etmiş, iddia ərizəsini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermiş, iddianın təmin edilməsini məhkəmədən xahiş etmiş, buraxılmış müddətin bərpasına dair ərizə təqdim etmişdir. Üçüncü şəxslər X15 və X31 etirazlarında bildirmişlər ki, mübahisləndirilmə tələbinə dair iddia ərizəsi istər mülki mühakimə, istərsə də inzibati prosessual qanunverciliyinə uyğun olmayan formada tərtib edilmişdir. Ona görə ki, ümumbirgə mülkiyyətçilərə münasibətdə torpaq paylarına dair torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğvinin tələb edilməsinə və bu mübahisə yalnız birbaşa paylı mülkiyyətçiırəin hüquq və vəzifələrinə toxunmasına baxmayaraq, iddiaçı tərəfindən heç bir mülkiyyətçi (ikinci nikahdan olan vərəsələr) işə cəlb edilməmişdir. Odur ki, məhkəmə müdafiə hüququndan istifadə edərək, hazırki iddia tələbinə, aşağıdakılara əsasən tam etiraz edir. X16 birinci nikahdan olan ailə üzvülərinin ehtimal edilən mülkiyyət hüquqlarından kənarda qalmaları və iddia tələbinin əsassız olması aşağıdakı 16 iyul 1996-cı il tarixli "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun müvafiq normasının tələbinə və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 saylı Fərmanı ilə təsdiq edilmiş əsasnamənin müddəlarının mənasına görə tam qanunidir. 16 iyul 1996-cı il tarixli "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, “vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir". Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasında göstərilmişdir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Sadalanan normaların tələblərindən görünür ki. vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evləri, həyətyanı sahələri . . . əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmçinin qanunverici həmin torpaq sahələrinin vətəndaşların mülkiyyətinə hansı ölçüdə verilməsini müəyyən edərək göstərmişdir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 saylı Fərmanı ilə təsdiq edilmiş “ Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” əsasnaməyə görə, bu Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir: "Siyəzən rayon Aqrar İslahat Komissiyasının 09 fevral 1998-ci il tarixli 34-11 saylı qərarı ilə Siyəzən rayon Yenikənd kənd ərazisində 0.25 ha həyətyanı torpaq sahəsi birinci nikahdan olan vərəsələrin hüquqları nəzərə alınmadan verilməsi" məzmununda irəli sürülmüş iddia tələbinin faktiki halı", birinci nikahdan olan vərəsələr, "Torpaq islahatı aparılan zaman mübahisəli evdə və həyatyanı torpaq sahəsi üzrə qeydiyyatda olmamaqla yaşamadığlarına, habelə həmin torpaq sahəsi onların qanuni istifadəsində olmadığına və torpaq sahəsini əvəzsiz alması barəsində müvafiq ərizə vermədiyinə" görə əsassızdır. Lakin birinci nikahdan olan vərəsələr, ataları öldükdən sonra, yəni xx.xx.2009-cu il tarixdən sonra xx.xx.2017-ci, xx.xx.2018-ci il, xx.xx.2018-ci, xx.xx.2019-cu il və xx.xx.2021-ci il tarixlərində (mülki işə bax) açılmış vərəsəlik işləri əsasında qəbul edilmiş miras əmlaklar barəsində, başaq sözlə bölünməsi iddia edilən miras əmlaklar, mirasın qəbulunun açılmasından 8,9,10,12 il müddətində susmuş və bu müddət ərzində susmaları ilə Siyəzən rayon Aqrar İslahat Komissiyasının 09 fevral 1998-ci il tarixli 34-11 saylı qərarı ilə Siyəzən rayon Yenikənd kənd ərazisində miras qalmış 0.25 ha həyatyanı torpaq sahəsinin, 1/4 hissəsinə münasibətdə miras əmlakı qəbul etməkdən könüllü imtina etmişlər. Bununla da AR MM-nin 1273-1-ci ( Vərəsənin susması) maddəsinə görə “Vərəsə bu Məcəllə ilə müəyyən edilmiş üç və ya altı ay müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir”.Ona görə ki, AR MM-nin 1246-cı “Mirasın qəbul edildiyi müddət” maddəsinin mənasına görə “Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir”. Beləliklə iddiaçıların əsassız iddia etdikləri miras kütləsinə daxil olan 0.25 ha ölçüdə həyətyanı torpaq sahəsi əslində torpaq islahatı aparılaraq 1. X23, 2. Arvadı, X6 və onalrın iki övladları 3.X24, 4.X9 ümumi birgə mülkiyyət hüququ ilə mülkiyyətlərinə verilmişdir (yəni, X23 öldüyü günə qədər 0.25 ha torpaq sahəsi üzrə ¼ hissəsdə torpaq payı olmuşdur, yerdə qalan ¾ hissəsi ikinci nikahdan olan arvadı və iki övladına məxsus olmuşdur). Torpaq islahatı aparılan zaman o şəxslərə (vətəndaşlara) əvəzsiz torpaq sahələri verilirdi ki, həmin torpaq sahəsi üzərində yaşayan şəxslərin (mülkiyyətçilərin ) qanuni istifadəsində olmalı, habelə həmin torpaq sahəsi üzrə onlar qeydiyyatda olub faktiki yaşamalı və müvafiq ərzə ilə adiyyəti üzrə müraciət etməli idilər. Bu baxımdan, həmin dövrdə, yəni torpaq islahatı aparılarkən iddiaçılar iddia etdikləri miras həyətyanı torpaq sahəsi üzrə qeydiyyata olmuş, yaşamadıqlarına görə onlara münasibətdə həmin torpaq sahəsinin mülkiyyətə verilməsi haqqında Siyəzən rayon Aqrar İslahat Komissiyasının 09 fevral 1998-ci il tarixli 34-11 nömrəli qərarı əsasında xx.xx.2004cü il tarixdə “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə onların heç birinin adı ümumibirgə mülkiyyətçi kimi göstərilməmişdir, elə bu fakt sübut edir ki, iddiaçılar ən azı xx.xx.2004-cü ildən, bu günə qədər 0.25 ha ölçüdə həyatyanı torpaq sahəsində, habelə üzərində tikilmiş Dövlət tərəfindən daşınmaz əmlak kimi tanınmayan evdə yaşamamışlar. X33 ölümündən sonra 0.25 ha torpaq sahəsinin onun payına düşən ¼ hissədə, yəni 0.0625 ha torpaq payı olmuşdur. “Notariat kantorunda Qəribağa Həsənovun ölümündən sonra 0.25 ha torpaq sahəsinin onun payna düşən ¼ hissəsinə, yəni 0.0625 ha torpaq payına vərəsəlik işi açılarkən ’"Qızqayıt Həsənovanın və Vahid Həsənovun vərəsələrinin olub-olmaması barədə məlumat verməmələri “fikirinə münasibətdə onu bildirir ki, qeyd edildiyi kimi vərəsəlik işi xx.xx.2019-cu il tarixdə yəni miras qoyanın ölümündən 10 il keçdikdən sonra açıldığına görə miras qalmış onun payna düşən ¼ % hissədə, ehtimal edilən miras şərikləri susduqlarına görə mövcud olmadıqları nəzərə alınmışdır. Çünki iddiaçıların arasında vəkil statusunda olan iddiaçı olduğundan ehtimal edilmir ki, iddiaçılar vərəsəlik hüquqlarının olmasından bu 10 il müddətində bixəbər olsunlar. Başqa sözlə ikinci nikahdan olan ümumbirgə mülkiyyətin digər üzvləri ataları öldükdən sonra tez-tələsik miras qəbulunu həyata keçirməmişlər və bununla da sübut olunur ki, iddiaçıların miras bölünməsi haqqında ən azı 10 il müddətləri olmuşdur, habelə buradan görünür ki, ikinci nikahdan olan vərəsələr ¼ hissədə mirası, miras əmlakı faktiki qəbul etdikləri hala görə qəbul etmişlər. Yuxarıda tələbin faktiki əsasları kimi göstərilən hallardan və onların əsassız olduğunu sübut edən etirazın dəlliləri, habelə onları təsdiq edən hüquq normaları və mülahizələrlə müəyyən olunur ki, iddiaçıların miras əmlakın bölünməsi ilə əlaqədar irəli sürdüyü tələbin hüquq əsasları (iddiaçıların sübyektiv vərəsəlik hüququ) yoxdur. Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə, həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Beləliklə yuxarıda qeyd edilən etirazı əsaslandırılan hallardan, müvafiq maddi hüquq normalarının mənaları və hazırki tələbin faktiki halları ilə müəyyən olunur ki, iddiaçılar, habelə vəkil iddiaçı, üzrsüz səbəb olmadan mirasın qəbul edildiyi müddəti ötürmüşdür. Başqa sözlə iddiaçılar vaxtında nə mirasın açıldığı yer üzrə notariat kontoruna miras qəbul etməsi barədə ərizə vermiş, nə də bu istiqamətdə hər hansı hərəkət etməmişlər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, 2-1(118)-1453/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim İ.Quliyev) Qərardaddan narazı qalan iddiaçılar apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişlər. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Şikayətdə göstərilir ki, məhkəmə X10 qərarlarından şikayət vermənin prosedur qaydalarını təhlil edərkən bir müddəanı diqqətdən qaçırmışdır. Belə ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 22-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Həmin qərarı birinci nikahdan olan vərəsələr almamışlar və ümumiyyətlə belə bir qərarın çıxarılmasından onlar xəbərsiz olmuşlar. Çünki, ikinci nikahdan olan vərəsələr tərəfindən aqrar islahat komissiyası zamanı Siyəzən rayonu Yenikənd kəndi üzrə qəsəbə nümayəndəliyində olan təsərrüfat kitabı müəmmalı şəkildə dəyişdirilmişdir. Belə ki, təsərrüfat kitabından aqrar islahat komissiyasının qərarı qəbul edilənədək birinci nikahdan olan vərəsələrin adları qeyd olunmuşdur, sonra isə həmin vərəsələrin hüquqları pozularaq kitab arxivə göndərilmiş və onun əvəzinə ikinci nikahdan olan vərəsələr göstərilməklə saxta təsərrüfat kitabı tərtib olunmuşdur. Buna sübut kimi məhkəmənin sorğusu əsasında “Daşınmaz Əmlakın Dövlət Kadastr və Reystri” publik hüquqi şəxsin göndərdiyi arayışı göstərmək olar. Həmin arayışda “gün” və “ay” qrafaları boş olsa da, onun 1999-cu ildə tərtib edilməsi qeyd olunmuşdur. Bundan əlavə cavab məktubunda qeyd olunmuşdur ki, Siyəzən Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 34-11 nömrəli qərarı aşkar edilməmişdir. Bir halda ki, belə bir qərar mövcud deyildir. Hesab etmək olar ki, xx.xx.2004-cü il tarixli JN-053F (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” də hüquqi əsası olmayan sənəddir. Məhkəmə qərardadında qeyd olunur ki, iddiaçıların təqdim etdikləri sənədlərdə torpaq sahəsinin 1974-1976-cı illərdə onların qanuni istifadəsində olduğu müəyyən edilir. Lakin iddiaçıların aqrar islahat aparılan zaman torpaq sahəsinin onların qanuni istifadəsində olması ilə bağlı hər hansı bir rəsmi sənəd məhkəməyə təqdim edilməmişdir. Məhkəmənin qərardadında 1974-1976-cı illərdə birinci nikahdan olan vərəsələrin həmin torpaq sahəsinin onların qanuni istifadəsində olması kimi göstərir. Həmin tarix düzgün deyildir. Birinci nikahdan olan vərəsələr 1967-ci ildən 1999-cu ilə kimi, ilkin təsərrüfat kitabına əsasən dəyişdirilib. Qeyd olunanlardan əlavə 26 oktyabr 2023-cü il tarixdə inzibati işə baxılarkən hakim iddia ərizəsini mümkün sayaraq 23 yanvar 2024-cü il tarixə hazırlıq iclası təyin etmişdir. Həmin tarixə qədər elektron kabineti mütəmadi olaraq izləmişdir və hazırlıq iclası başlayana qədər kabinetə üçüncü şəxslərin cəlb edilməsinə dair və sair prosessual hərəkətlərin nəticəsi barədə qərardad yerləşdirilməmişdir. Hakim xx.xx.2024-cü il tarixdə iddianın baxılmasının mümkünsüz olduğunu elan etdikdə ona müraciət edərək bildirmişdir ki, “xx.xx.2023-cü il tarixdə iddianı mümkün hesab edərək hazırlıq iclası təyin etdiniz. Hazırda isə mümkünsüz hesab edirsiniz. Bunu necə başa düşək?” Hakim cavab verdi ki, nə fərqi var ki, iddianın mümkünsüz olmasını ilk iclasda və yaxud hazırlıq iclasında da elan etmək mümkündür. xx.xx.2024-cü il tarixdən sonra isə elektron kabinetə ikinci nikahdan olan vərəsələrin üçüncü şəxs qismində cəlb edilməsi (Zəruri cəlbetmə) haqqında 2-1(118)- 5135/2023 saylı xx.xx.2023-cü il tarixli qərardad yerləşdirilmişdir. Həmçinin məhkəmənin üçüncü şəxs qismində cəlb etdiyi Həsənov Vahid və Yeganə Məmmədovanın iddiaya etiraz ərizələri də elektron kabinetə xx.xx.2023-cü il tarixdə deyil, 23.01. 2024-cü il tarixdən sonra yerləşdirilmişdir. b) Üçüncü şəxs apellyasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etiraz iddia ərizəsinə etirazla eyni məzmunlu əsaslandırılmış, əlavə olaraq bildirilmişdir ki, qanuni qüvvəsini almış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)- 3592/2021, xx.xx.2021-ci il tarixli qərarında göstərilir ki, “istər qanun üzrə, istərsə də vəsiyyətnamə üzrə vərəsə tərəfindən miras əmlak yalnız o halda əldə edilə və bölünə bilər ki, o, mirası qəbul elmiş olsun. Ona görə ki, AR Konstitusiya Məhkəməsi “G. Qəhrəmanovanın şikayəti iizrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair" 18 iyul 2014-cü il tarixli qərarında göstərilmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququnu) həyata keçirməmişdirsə, həmin hüququ itirir. Lakin ikinci nikahdan olan vərəsələr 0.25 ha həyətyanı torpaq sahəsinin miras qalmış ¼ hisəssinə münasibətdə vərəsəlik hüququnu rəsmiləşdirmək, mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməklə, miras əmlakı vərəsə kimi qəbul etmiş, iddiaçılar, o cümlədən vəkil iddaçı isə 14 il müddətində miras əmlaka, o, cümlədən 0.25 ha həyatyanı torpaq sahəsinin miras qalmış ¼ hisəssi üzərində vərəsəlik payına sahib olmaq niyyətində olmadığına və bu məqsədlə hər hansı hərəkətlər etmədiyinə görə hal-hazırda subyektiv vərəsəlik hüquqlarını itirmişlər. Buraxılan müddət dövründə, habelə mirasın açıldığı vaxtdan keçən 14 il ərzində mirasın qəbulu ilə bağlı iddiaçı tərəfə hər hansı maneələr olmamışdır. Lakin cavabdeh tərəf ilkin mirası faktiki olaraq qəbul etmiş, daha sonra rəsmiləşdirmişdir. Ümumiyyətlə mirasın faktiki olaraq qəbul edilməsi araşdırılarkən nəzərə alnımalıdır ki, mirasın qəbulu birtərəfli, könüllü əqddir və özünün miras əmlak əldə etmək və almaq niyyətini açıq şəkildə göstərən hərəkətlərdə ifadə olunur. Bu hərəkətlər əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı hesab oluna bilər. Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul elmək hüququna malik olan şəxslərin dairəsi: mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Müddətin uzadılması iiçiin mütləq şəxsin hərəkətsizliyi üzrlü olmalıdır. Bu isə bir qədər mübahisə yaradan mövzudur (məsələn, üzürlü sayılması üçün əsaslar, xəstəlik, xarici ölkədə ezamiyyətdə olma, miras qoyanın ölümündən xəbərsiz olma və s.). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi İddiaçı7 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilmiş digər iddiaçılar, cavabdehin nümayəndəsi, üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişlər. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə digər iddiaçılar, cavabdehin nümayəndəsi, üçüncü şəxsin iştirakı olmadan baxılmasını və iş üzrə qərardad qəbul edilməsini mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı qərarı. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən maddəyə əsasən iddiaçının iddia qaldırmağa subyektiv hüququ o vaxt yaranır ki, o, inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırsın. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Ali Məhkəmənin Plenumunun sözügedən qərarının 2.1 və 2.2-ci bəndlərinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə, yəni subyektiv hüquqa malik olmasıdır. İnzibati mübahisənin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə real aktlar, yəni inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Bu mənada yalnız inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində şəxsin subyektiv hüququnun pozulması ehtimalının mövcud olduğu hallarda məhkəmə qaydasında hüquqi müdafiə marağı mövcud olur. Şəxsin inzibati məhkəməyə müraciəti “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqanın bilavasitə onun hüquq və azadlıqları ilə bağlı hərəkət və ya hərəkətsizliyindən müdafiə məqsədi daşımalıdır. Bu mənada şəxsin məhkəmə qaydasında hüquqi müdafiəyə ehtiyacını şərtləndirən konkret inzibati fəaliyyət mövcud olmalı və ən azından onun hüquqlarını pozma potensialına malik olmalıdır. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd edilənlərdən göründüyü kimi, iddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati orqanın hərəkəti nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir. Bundan əlavə “tələbin əsaslandırılması” həm predmet baxımından, həm də subyekt baxımından təmin olunmalıdır, başqa sözlə, iddianın inzibati məhkəmə icraatında baxılması üçün iddiaçı qaldırmış olduğu iddianın inzibati məhkəmə icraatında baxılmalı olması ilə yanaşı, həmin iddianın cavab verməli olan şəxslərə qarşı irəli sürüldüyünü də əsaslandırmalıdır. İşdən görünür ki, iddiaçıların tələbi “Siyəzən rayon Aqrar İslahat Komissiyasının 09 fevral 1998-ci il tarixli 34-11 saylı qərarının X17, X11, X18 və X5 aid hissədə ləğv edilməsi və həmin qərar əsasında verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 053 nömrəli 30505018 kodlu şəhadətnamənin ləğv edilməsi” barədə olmuşdur. İddiaçılar Azərbaycan SSR-in Mülki Məcəlləsinə və vərəsəliklə bağlı normalara istinad edərək tələb irəli sürür və Siyəzən rayon Aqrar İslahat Komissiyasının 09 fevral 1998-ci il tarixli 34-11 saylı qərarını hissəvi olaraq və JN seriyalı 053 nömrəli 30505018 kodlu şəhadətnaməni mübahisələndirirlər. Qeyd olunmalıdır ki, aqrar islahat zamanı mülkiyyət hüququ tanınan torpaq sahəsi ilə bağlı müvafiq aqrar islahat komisiyasının qərarı, vərəsəlikdən irəli gələn subyektiv hüquq əsasında mübahisələndirilə bilməz. Belə ki, 16 iyul 1996-cı il tarixli "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, “vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir". Göründüyü kimi, aqrar islahat aparılan zaman torpaq sahəsinə mülkiyyət hüququnun yaranma əsası vərəsəliklə bağlı hüquqlar yox, həmin vaxt torpaq sahəsinin qanuni istifadədə olması əsasıdır. İddiaçıların təqdim etdiyi sənədlərdə torpaq sahəsinin 1974-1976-cı illərdə onların qanuni istifadəsində olduğu müəyyən edilir. Lakin iddiaçıların aqrar islahat aparalın zaman topaq sahəsinin onların qanuni istifadəsində olması ilə bağlı hər hansı bir rəsmi sənəd məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların hazırkı iddianı qaldırmaqda subyektiv hüquqları yoxdur. Bundan başqa, iddiaçılar məhkəmədən “Siyəzən rayon Aqrar İslahat Komissiyasının 09 fevral 1998-ci il tarixli 34-11 saylı qərarının hissəvi ləğvini və həmin qərar əsasında verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 053 nömrəli 30505018 kodlu şəhadətnamənin ləğvini xahiş edirlər. Göründüyü kimi iddia inzibati aktın ləğvi ilə bağlı olmaqla Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. İPM-də iddia növlərindən asılı olaraq müxtəlif iddia müddətləri müəyyən olunmuşdur. Hazırkı iddia mübahisələndirmə haqqında iddiadır və bu növ iddianın mümkün sayılması üçün:

1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı;

2. əlverişsiz inzibati akt olmalı;

3. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli;

4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalı;

5. qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır (İPM 32.1, 35.1, 38.1). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi iddiaçının üzərindədir. Bu növ iddialar İPM-nin 38.1-ci maddəsində iddia müddətlərinə tabe tutulur və iddia müddəti, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müəyyən olunmuşdur. Kollegiya qeyd edir ki, iddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Bununla belə iddia müddətinin tətbiqi üçün ilk növbədə məhkəmə iddiaçının hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu anı müəyyən etməlidir. “Torpaq İslahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. “Sovxoz və Kolxozların İslahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər yerli X10 çıxardığı qərarla razılaşmadıqda 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyası 20 gün müddətində həmin müraciətə baxıb qərar çıxarır. Şikayətçi həmin qərarla razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına müraciət edə bilər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası bir ay müddətində müraciətə baxıb qəti qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qəti qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 14 aprel tarixli, 313 №-li Fərman ilə təsdiq edilmiş Əsasnamə əsasında fəaliyyət göstərmiş, həmin əsasnamə Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il tarixli № 226 fərmanı ilə qüvvədən düşmüşdür. Hazırda qüvvədə olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Göründüyü kimi aqrar islahatla bağlı qərarların mübahisələndirilməsi həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən müəyyən müddətə şamil edilmişdir və eyni zamanda hazırda qüvvədə olan qanunvericiliyə əsasən müddətin bərpa edilməsinə yol verilmir. Eyni zamanda hazırkı iddiaya baxılması hüquqi müəyyənlik prinsipi ilə də ziddiyət təşkil edir. İddiaçıların müddətin ötürülməsi ilə bağlı dəlilləri onunla bağlı olmuşdur ki, həmin qərardan və şəhadətnamədən məlumatsız olmuşlar. Beləliklə iddiaçılar özləri müddətin ötürülməsini təqdim edilmiş ərizədə etiraf etmiş və müddətin buraxılmasının üzrlü səbəblərlə bağlı olduğunu qeyd etmişlər. İddiaçıların müddətin bərpasına dair ərizədə (vəsatətdə) göstərdiyi dəlillərə gəldikdə, qeyd olunmalıdır ki, formalaşmış məhkəmə təcrübəsinə görə, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyətlər yaratsın. Kollegiya qeyd edir ki, iddiaçılar qanunla müəyyən edilmiş müddət ərzində müraciət etmələrinin mümkünsüzlüyü ilə bağlı ağlabatan dəlillər irəli sürməmişlər. Müddətin bərpasına dair dəlillər öz-özlüyündə əsaslı hesab oluna bilməz. Bu səbəbdən məhkəmə iddiaçının buraxılmış müddətin bərpası barədə ərizəsini təmin etməməkdə haqlı olmuşdur. İşin sadalanan xüsusatlarını nəzərə alaraq, kollegiya hesab edir ki, iddianı mümkün saymayan birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 82, 87.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, 2-1(118)-1453/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 3 bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar