Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-404/2024 16.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim X1, hakimlər Babayeva Hökümə Çingiz qızı qızı və Rəhimov Elman Gülbaba oğlundan ibarət tərkibdə Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Abşeron rayon Xırdalan Bələdiyyəsinə qarşı “Abşeron rayon Bələdiyyəsinin 30 mart 2021-ci il tarixli 02/06-8 saylı qərarının ləğv edilməsi, Abşeron rayon İcra və probasiya şöbəsinin ona qarşı tətbiq etdikləri 7% cərimənin Xırdalan Bələdiyyəsinin üzərinə qoyulması, cavabdehin ona vurduğu maddi, fiziki və mənəvi zərərə görə 50000 manat təzminat ödənilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(118)-370/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Abşeron rayon Bələdiyyəsinin 30 mart 2021-ci il tarixli 02/06- 8 saylı qərarının ləğv edilməsi, Abşeron rayon İcra və probasiya şöbəsinin ona qarşı tətbiq etdikləri 7% cərimənin Xırdalan Bələdiyyəsinin üzərinə qoyulması, cavabdeh Xırdalan Bələdiyyəsinin ona vurduğu maddi, fiziki və mənəvi zərərə görə 50000 manat təzminat ödənilməsinə” dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(118)-370/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir (hakim İsmayıl Quliyev). İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları 27 mart 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi İşə apellyasiya qaydasında baxılarkən iddiaçı elektron qaydada ərizə ilə məhkəmə kollegiyasına müraciət etmiş, ərizəsində cavabdehlə razılığa gəldiyini, bələdiyyəyə olan borcunun tam ödənildiyini, hazırda iddiadan imtina etdiyini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası ərizəni və iş materiallarını nəzərdən keçirərək, belə qənaətə gəlir ki, iddiadan imtina qəbul edilməli və bu əsasla da iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 55. İddiadan imtina edilməsi 55.1. Məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.2. Şifahi məhkəmə baxışında tərəflərin çıxışlarından sonra iddiadan imtina edilməsinə yalnız cavabdehin razılığı ilə yol verilir. 55.4. İddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. 55.5. İddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan qanunvericilik normalarının tələbini əsas götürərək, hesab edir ki, hazırki iş üzrə iddiaçının iddia iddiadan imtina etdiyindən, nəticə etibarilə mübahisə mövcud olmadığından, inzibati prosessual qanunvericiliyinin tələbinə əsasən iş üzrə icraata xitam verilməlidir. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85 və 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının iddiadan imtinası qəbul edilsin. İddiaçı cavabdeh Abşeron rayon Xırdalan Bələdiyyəsinə qarşı “Abşeron rayon Bələdiyyəsinin 30 mart 2021-ci il tarixli 02/06-8 saylı qərarının ləğv edilməsi, Abşeron rayon İcra və probasiya şöbəsinin ona qarşı tətbiq etdikləri 7% cərimənin Xırdalan Bələdiyyəsinin üzərinə qoyulması, cavabdehin ona vurduğu maddi, fiziki və mənəvi zərərə görə 50000 manat təzminat ödənilməsi” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. İddiaçıya izah edilir ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(105)-404/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-404/2024
16.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver