Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-406/2024 15.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsinin dövlət qeydiyyata alınması və torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi) Sədrlik edən və məruzəçi hakim X7, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı iştirak ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Dövlət Əmlak Komitəsinin Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 05 mart 2002-ci il tarixli 001341 nömrəli şəhadətnamə ilə satın alınmış Qusar rayonun Samur qəsəbəsi ərazisində mövcud, X13 aid 02 hektar torpaq sahəsinin cavabdeh tərəfindən onun adına qeydiyyata alınması, həmin torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-3154/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları № 001341 saylı, 2 nömrəli reyestr kitabının 93-cü səhifəsində, 001341 qeydiyyat nömrəsi ilə xx.xx.2002-ci il tarixdə qeydiyyata alınmış “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamə”nin surətindən görünür ki, Qusar rayonu, Samur qəsəbəsində yerləşən “Samur” X15 İddiaçı, X2, X3, X1, X8 və digərlərinə satılmışdır. JN 0264, KOD 30102018 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın surətindən görünür ki, Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 05 mart 2002-ci il tarixli, 001341 nömrəli şəhadətnamə əsasında sahibkarlıq fəaliyyəti məqsədilə 2.00 ha torpaq sahəsinin İddiaçı ayrıldığı qeyd edilmişdir. Qusar rayon Dövlət Arxivindən daxil olmuş 12 iyul 2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, “Torpağa mülkiyyət hüququna dair” vətəndaşlara verilmiş şəhadətnamələr, dövlət aktları rayon arxivinə təhvil verilməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsindən daxil olmuş 25 iyul 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 05 mart 2002-ci il tarixli, 001341 nömrəli şəhadətnamə və JN 0264, KOD 30102018 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” elektron bazada aşkar edilməmişdir və Mərkəzin arxivində aşkar edilməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin iddiaçıya ünvanladığı 07 aprel 2023-cü il tarixli bildirişdən görünür ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarınızın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etdiyiniz 2.00 ha torpaq sahəsi üçün tərəfinizdən JN-0264 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” təqdim edilmişdir. Bildiririk ki, JN0264 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitablarında qeydiyyatdan keçməmişdir və dövlət aktı elektron məlumat bazasında olan xəritə üzərində (DWG) öz əksini tapmamışdır. Bu səbəbdən də, JN-0264 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın elektron kadastr (DWG) məlumatlarının, həmçinin aktın verilməsinə əsas olan ilkin torpaqayırma sənədlərinin arxiv surətlərinin verilməsinə köməklik göstərmək məqsədi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin tələblərinə əsasən Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzi MMC-ə sorğu göndərilərək ərizənizin icrası bir ay müddətinə dayandırılmışdır. Sorğuya verilmiş cavab məktubunda bildirilmişdir ki, arxivdə və elektron kadastr bazasında sözügedən JN-0264 nömrəli (KOD ********) seriyalı "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na dair məlumat aşkar edilməmişdir. Bundan əlavə, nəzərinizə çatdırırıq ki, JN-0264 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktf’nda göstərilən 2.00 ha torpaq sahəsi dövlət mülkiyyətinə aid torpaq sahəsidir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Dövlət Əmlak Komitəsinin Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 05 mart 2002-ci il tarixli 001341 nömrəli şəhadətnamə ilə satın alınmış Qusar rayonun Samur qəsəbəsi ərazisində mövcud, X13 aid 02 hektar torpaq sahəsinin cavabdeh tərəfindən iddiaçının adına qeydiyyata alınması, həmin torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qusar rayonu Samur qəsəbəsi ərazisində mövcud X15 və həmin məntəqənin yerləşdiyi 02 hektar torpaq sahə Dövlət Əmlak Komitəsinin Dövlət Əlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 05 mart 2002-ci il tarixli 001341 saylı iddiaçının mülkiyyət hüququnu təsdiqləyən şəhadətnaməsi ilə X12 əmək kollektivi tərəfindən satın alınmışdır. X13 aid 02 hektar torpaq sahəyə mülkiyyət hüququnu təsdiqləyən torpağa mülkiyyət hüququna dair 18 iyul 2003-cü il tarixli JN: 0264 KOD ********* saylı Dövlət Aktı tərtib edilərək, Dövlət aktarının qeydiyyat kitabında 264 nömrə ilə qeydiyyata alınmaqla həmin aktın bir nüsxəsi Qusar rayon torpaq şöbəsi rəhbərliyi tərəfindən ona təhvil verilmişdir. Tərəfindən özəlləşdirilmiş X13 aid 02 hektar torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması barədə çıxarışın verilməsi xahişi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi İdarəsinə 26 dekabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Xaçmaz 5 saylı Ərazi İdarəsi əsassız olaraq X16 aid 02 hektar sahəni qeydiyyata almayaraq, xx.xx.2023-cü il tarixli, 3-21-3-34/ 2-3965-2023 saylı bildirişlə həmin torpağın onun adına qeydiyyata alınmasına imtina edərək, ona mülkiyyət hüququmu təsdiqləyən çıxarış verilməmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, İddiaçı Qusar rayonu, Samur kəndi ərazisində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarınızın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etdiyiniz, 2.00 ha torpaq sahəsi üçün tərəfinizdən JN-0264 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” təqdim edilmişdir. Bildiririk ki, JN0264 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitablarında qeydiyyatdan keçməmişdir və dövlət aktı elektron məlumat bazasında olan xəritə üzərində (DWG) öz əksini tapmamışdır. Bu səbəbdən də, JN-0264 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın elektron kadastr (DWG) məlumatlarının, həmçinin aktın verilməsinə əsas olan ilkin torpaqayırma sənədlərinin arxiv surətlərinin verilməsinə köməklik göstərmək məqsədi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin tələblərinə əsasən Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzi MMC-ə sorğu göndərilərək ərizənizin icrası bir ay müddətinə dayandırılmışdır. Sorğuya verilmiş cavab məktubunda bildirilmişdir ki, arxivdə və elektron kadastr bazasında sözügedən JN-0264 nömrəli (KOD ********) seriyalı "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na dair məlumat aşkar edilməmişdir. Bundan əlavə, nəzərinizə çatdırırıq ki, JN-0264 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktf’nda göstərilən 2.00 ha torpaq sahəsi dövlət mülkiyyətinə aid torpaq sahəsidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-cİ maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlər göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. Yuxanda qeyd olunanları nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.6-cı maddəsinə əsasən ərizənin icrasından xx.xx.2023-cü il tarixli, 3-21-3-34-2-3965/2023 nömrəli məktubla imtina olunmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-3154/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının qeyd olunan torpaq sahəsinin ona № 001341 saylı, xx.xx.2002-ci il tarixdə qeydiyyata alınmış “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamə” əsasında satıldığını əsas göstərsə də, məhkəmə tədqiqatı zamanı aydın olmuşdur ki, həmin şəhadətnamə əsasında iddiaçıya və digər şəxslərə (İddiaçı, X2, X3, X1 və X8) yalnız Qusar rayonu, Samur qəsəbəsində yerləşən “Samur” X15 satılmışdır. Həmin şəhadətnamə ilə iddiaçıya torpaq sahəsinin satılması nəzərdə tutulmamışdır və Qusar rayonu, Samur qəsəbəsində yerləşən “Samur” üzüm emalının yerləşdiyi torpaq sahəsi iddiaçıya satılmamışdır. JN 0264, KOD 30102018 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” ilə Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 05 mart 2002-ci il tarixli, 001341 nömrəli şəhadətnamə əsasında sahibkarlıq fəaliyyəti məqsədilə 2.00 ha torpaq sahəsinin İddiaçı ayrıldığı qeyd edilsə də, həmin şəhadətnamə əsasında iddiaçıya və digər şəxslərə (İddiaçı, X2, X3, X1 və X8) yalnız Qusar rayonu, Samur qəsəbəsində yerləşən “Samur” X15 satılmışdır. Qusar rayon Dövlət Arxivindən daxil olmuş 12 iyul 2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, “Torpağa mülkiyyət hüququna dair” vətəndaşlara verilmiş şəhadətnamələr, dövlət aktları rayon arxivinə təhvil verilməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsindən daxil olmuş 25 iyul 2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 05 mart 2002-ci il tarixli, 001341 nömrəli şəhadətnamə və JN 0264, KOD 30102018 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” elektron bazada aşkar edilməmişdir və Mərkəzin arxivində aşkar edilməmişdir. Belə olan halda isə cavabdeh orqan iddiaçının tələbinin təmin edilməsindən haqlı olaraq imtina etmişdir. Mübahisəli torpaq sahəsinin üzərində yerləşən obyekt, yəni - Qusar rayonu, Samur qəsəbəsində yerləşən “Samur” X15 iddiaçıya məxsus olduğundan, iddiaçının həmin torpaq sahəsini almaqda üstünlük hüquqları vardır. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt İnzibati Məhkəməsi tərəfimdən məhkəməyə təqdim edilmiş sənədləri, sübutları tam, obyektib araşdırmadan, həmin sənədlərə, sübutlara hüquqi qiymət vermədən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinin tələblərinə əsaslanmaqla ekspertiza, həm də məhkəməyə təqdim edilmiş sənədlərin eksperizasının keçirilməsi barədə qərardadlar qəbul etmədən, iddia tələbini əsassız olaraq təmin etməmişdir. Belə, Qusar rayonu Samur qəsəbəsi ərazisində mövcud X15 Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin Dövlət əmlakının fiziki və hüquqi şəxslərə satılması haqqında Dövlət Əmlak Komitəsinin 05 mart 2002-ci il tarixli 001341 №-li şəhadətnaməsi ilə Üztim Emalı məntəqəsinin əmək kollektivi tərəfindən satın alınmışdır. (məhkəməyə şəhadətnamə təqdim edilmişdir). X12 02 hektar torpaq sahəsi 2003-cü il tarixdə tərəfindən satın alınmış və 18 iyul 2003-cü il tarixdə Qusar rayon Torpaq şöbəsinin rəhbərliyi tərəfindən 18 iyul 2003-cü il tarixidə həmin torpaq sahəyə mülkiyyət hüquqlarını təsdiqləyən Dövlət Aktını verilmişdir. X12 xx.xx.1998-ci il tarixli texniki pasportu Dövlət Əmlak Komitəsi tərəfindən işlənib ona təhvıl verilmişdir. 1999-cu il tarixdən halhazıra qədər 25 ilə yaxın bir müddət ərzində X15 və X13 məxsus 02 hektar torpaq sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla, həmin ərazidə mehmanxana, anbar və digər xidmətlər göstərilməklə, Dövlət vergiləri və digər ödənişləri vaxtlı-vaxtında ödəmişir. 1999-cu ildən etibarən hal-hazıra qədər 02 hektar torpaq sahəsinə görə torpaq vergisini Samur Bələdiyyəsinin hesabına ödəmişdir. X15 1999-cu il tarixdən hal-hazıra qədər istifadəmdə olmaqla, hər hansı bir təşkilat tərəfindən həmin X13 məxsus 02 hektar torpaq sahədən qanunsuz istifadə etməyimlə əlaqədar etiraz, narazılıq və yaxud şikayət daxil olmamışdır. Sumqayıt İnzibati Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli qərarında göstərilir ki, məhkəmə tərəfindən 5 saylı Xaçmaz Ərazi idarəsinə sorğusu əsasında daxil olmuş 25 iyul 2023-cü il tarixli cavabında qeyd edilmişdir ki, JN 0264, KOD ********* saylı Torpağa Mülkiyyət Haqqında Dövlət Aktı elektron bazada və mərkəzin arxivində aşkar edilməmişdir. Qusar Rayon Torpaq şöbəsi tərəfindən ona verilmiş JN 0264, KOD3010218 saylı 18 iyul tarixli Dövlət Aktının 5 saylı Xaçmaz Ərazi İdarəsinin arxivində aşkar edilməməsi texniki səhvlə əlaqədar ola bilər. «Qusar Rayon Torpaq şöbəsi tərəfindən ona verilmiş 02 hektar Torpağa Mülkiyyət Hüquna dair Dövlət Aktı aidiyyatı Dövlət organlarında qeydiyyatda olmaması ilə əlaqədar, həmin dövlət aktını imzalayaraq, Dövlət möhürləri ilə təsdiqləmiş sabiq Qusar Rayon Torpaq şöbəsinin müdiri, onun müavini və X6 direktorunun hərəkətlərindən Azərbaycan Respublikası Baş Prokuroruna, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə rəsmi müraciət edilmiş, həmin idarədə hər 3 vəzifəli şəxs dindirilərək izahatları alınmışdır. Qusar Rayon Torpaq şöbəsinin sabiq müdiri Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsininin prokuroruna verdiyi izahatında bildirmişdir ki, ona Qusar Rayon Torpaq şöbəsi tərəfindən verilmiş 18 iyul 2003-cü il tarixli torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı onun tərəfindən imzalanaraq verildiyi, dövlət aktında ərazinin əks olunduğu xəritənin ancaq keçmiş Torpaq və Xəritəçəkmə Komitəsinin Mərkəzi kompüter sistenıi vasitəsilə hazırlandığını qeyd edərək, həmin aktın Dövlət aktları qeydiyyatı kitabında qeydiyyata alınmasını texniki səhvlə əlaqələndirilmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;.... 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyriyaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; ..... Maddə 155.4. Dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunda nəzərdə tutulmuş qaydada dövlət öz mülkiyyətində olan əmlakı fiziki və hüquqi şəxslərin mülkiyyətinə verə bilər. Maddə 203.4. Dövlət mülkiyyətində olan əmlak özəlləşdirmə haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada fiziki və hüquqi şəxslərin mülkiyyətinə özgəninkiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;.... 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;.... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 49 2. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Maddə 60 1. Dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, özəlləşdirilən müəssisənin (obyektin) mülkiyyətçisi kimi çıxış edən Azərbaycan Respublikasının hüquqi və ya fiziki şəxsi həmin müəssisənin (obyektin) yerləşdiyi torpaq sahəsini müvafiq normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydada satın ala və ya satınalma hüququ ilə icarəyə götürə bilər. Maddə 60.3. Müəssisə (obyekt) özəlləşdirilərkən, onun yerləşdiyi torpaq sahəsinin qiyməti həmin müəssisənin (obyektin) qiymətindən asılı olmayaraq ayrıca müəyyənləşdirilir. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun Maddə 1.0.1 dövlət əmlakının özəlləşdirilməsi - dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir. Maddə 4.0. Bu Qanun aşağıdakılara şamil edilmir: 4.0.1. torpaq fondunun özəlləşdirilməsi (özəlləşdirilən müəssisə və obyektlərin altında yerləşən, habelə fiziki və ya qeyri-dövlət hüquqi şəxslərin vəsaiti hesabına inşa edilən obyektlərin yerləşdiyi dövlət torpaq sahələri istisna olmaqla)..... Maddə 8.1. Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlət əmlakının satıcısı kimi müvafiq icra hakimiyyəti orqanı çıxış edir. Maddə 29.1. Dövlət əmlakının özəlləşdirilməsi zamanı, ixtisaslaşdırılmış hərraclar istisna olmaqla, dövlət əmlakının satıcısı və alıcı arasında Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və Dövlət Proqramına müvafiq olaraq alqı-satqı müqaviləsi bağlanılır. ... “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi 2,0 ha torpaq sahəsinə dair iddiaçının adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından ibarətdir. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, torpaq sahəsinə dair müvafiq dövlət Aktı dövlət aktlarının qedyiyyatı kitablarında qeydiyyatdan keçməmiş, elektron məlumat bazasında olan xəritə üzərində öz əksini tapmamış, bu səbəbdən müvafiq quruma sorğu ünvanlanmış, arxivdə və elektron kadasrt bazasında sözügedən Dövlət Aktına aid məlumat aşkar edilməmiş, həmin torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsi olduğundan, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd edir. İşin müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2002-ci il tarixli “Dövlət əmlakının fiziki və hüquqi şəxslərə satılması barədə” Şəhadətnaməyə əsasən “Samur” X15 iddiaçı və digər şəxslər tərəfindən satın alınmışdır. JN-0264 KOD 30102018 ”Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı elektron kadastr məlumatlarında (elektron baza xəritə üzərində) aşkar edilməmiş, qeydiyyat kitablarında qeydiyyatdan keçməmişdir. Əmlak Məsələləri Dövlət Xidmətinin məktubundan görünür ki, “Samur” X12 yerləşdiyi 1,658 ha torpaq sahəsi özəlləşdirilməmiş, dövlət mülkiyyətindədir, habelə xx.xx.2002-ci il tarixli Dövlət əmlakının fiziki və hüquqi şəxslərə satılması barədə” Şəhadətnamə hazırda qüvvədədir. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı məhz JN-0264 KOD 30102018 ”Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına istinad edərək, Şəhadətnamə əsasında ona satılmış sözügedən torpaq sahəsi üzrə mülkiyyət hüququnun yarandığını, həmin hüququnun dövlət qeydiyyatına alınmasını xahiş edir. Cavabdeh inzibati orqan isə qeyd edilən Dövlət aktının elektron kadastr məlumatında, arxiv baza məlumatlarında aşkar edilməməsi, qeydiyyat kitabında qeydiyyatdan keçməməsi, habelə həmin torpaq sahəsini dövlət mülkiyyətində olmaqla, özəlləşdirilməməsi halın istinad edərək, etiraz etmişdir. Məhkəmə kollegiyası işin mübahisəli halları ilə bağlı qeyd edir ki, sözügedən torpaq sahəsi dövlət mülkiyyətində olmaqla, həmin torpaq sahəsinin iddiaçının adına özəlləşdirilməsi (satılması) halı müəyyən edilməmişdir. İddiaçının istinad etdiyi hallar məhkəmə araşdırması zamanı iş materialları və işin müəyyən edilmiş halları əsasında təkzib olunmuşdur. Belə ki, iddiaçının adına həmin torpaq sahəsinə dair Dövlət Aktının tərtib edilməsi, qeydiyyatdan keçməsi və ona dair hər hansı arxiv sənədləri aşkar edilməmişdir. Müvafiq Şəhadətnamə isə həmin torpaq sahəsinin satılması ilə bağlı deyil, məhz “Samur X12” satılması ilə bağlı olmuşdur. Nəticə etibarilə məhkəmə araşdırması zamanı sözügedən torpaq sahəsinin iddiaçının adına özəlləşdirilməsi və ya satılması halı müəyyən edilməmişdir. Yuxarıda istinad edilən qanunvericilik normalarının məzmununda əmlaka mülkiyyət hüququnun yaranması əsasları və bu hüququn dövlət qeydiyyatına alınması şərtləri öz əksini tapmışdır. İndiki halda iddiaçının iddia tələbi həmin normanın dispozitiv şərtləri ilə uzlaşmamaqdadır. Başqa sözlə desək, məhkəmə araşdırması zamanı həmin əmlaka dair mülkiyyət hüququnun yaranması halı müəyyən edilmədiyindən, həmin əmlak hazırda dövlət mülkiyyəti olduğundan, habelə iddiaçının adına həmin əmlakın özəlləşdirilməsi halı müəyyən edilmədiyindən, iddiaçının iddia tələbi və şikayətinin dəlilləri əsassız olmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuş, apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-3154/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-406/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-406/2024
15.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver