Məhkəmə qərarları › İş №2-1(105)-406/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-406/2025

16.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-406/2025 16.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: icraatın təzələnməsi, məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi) Sədrlik edən və məruzəçi-hakim X7, hakimlər Quliyev İsmayıl Rza oğlu və Əzizova Vəfa Ehtiram qızı ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi X5, X1 nümayəndəsi və X4nun, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2- 1(118)-4781/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Sumqayıt şəhəri, 4-cü mikrorayon ünvanda yerləşən 6 saylı evin 29 nömrəli mənzil üzərində onun anası X9 çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, Sumqayıt şəhəri, 4-cü mikrorayon ünvanda yerləşən 6 saylı evin, 29 nömrəli mənzil üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, 2-1(118)-2853/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, Sumqayıt şəhəri, 4-cü mikrorayon ünvanda yerləşən 6 saylı evin, 29 nömrəli mənzil üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə həvalə edilməi qərara alınmışdır. (hakim Ceyhun Məmmədov) Həmin qərardan X4 qərarın maraqlarına toxunmasına istinad edərək apellyasiya şikayəti vermiş, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-253/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, 2-1(118)-2853/2024 nömrəli qərarından X4 tərəfindən verilmiş apellyasiya şikayətinin geri götürülməsi barədə ərizəsi təmin edilmiş, apellyasiya şikayəti geri götürülmüş hesab edilmişdir. X2 və X15 məhkəməyə müraciət edərək iş üzrə üçüncü şəxs qismində cəlb edilməklə məhkəmə qərarının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasının təzələnməsini xahiş etmişlər. Ərizələrin dəlilləri X4 ərizəni onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən onu həmin iş üzrə 3-cü şəxs kimi tanımamış və həmin mənzildə qeydiyyatda olan bacılarını belə məhkəmə bu işdə 3-cü şəxs kimi cəlb etməmişdir. Halbuki qeyd olunan mənzil dövlət fondundadır və bu mənzildə qeydiyyatda olan bütün şəxslərin həmin mənzilə eyni əsaslarla hüquqları vardır. O, xx.xx.2024-cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsində belə bir işə baxıldığını bilmiş, dərhal ərizə ilə məhkəməyə muraciət etməklə qərarın surətini götürmüş və ondan apellyasiya şikayəti vermişdir. Bundan başqa xx.xx.2025-ci il tarixdə vəsatət verməklə iş üzrə 3-cü şəxs qismində tanınmağını bildirmişdir. xx.xx.2025-ci ildə apellyasiya məhkəməsində hüquqi yardım göstərilməklə birinci instansiya məhkəməsinə 3-cü şəxs qismində tanınmağı barədə vəsatət verməklə yanaşı qəbul edilmiş qərarın ləğv edilməsi və işə iştirakı ilə baxılması barədə ərizə vermək hüququ izah olunmuşdur. Onun bu iş üzrə 3-cü şəxs kimi tanınmağı barədə əsaslar vardır. Belə ki, mənzildə 1988-ci ildən daimi olaraq qeydiyyatda olmağına və bu mənzildə yaşamağına baxmayaraq məhkəmə onu bu iş üzrə 3-cü şəxs qismində cəlb etməmiş və işə onun iştirakı olmadan baxmaqla bu qanunsuz qərarı qəbul etmişdir. Belə bir qərarın qəbul edilməsini qarşı tərəfin Sumqayıt Şəhər Məhkəməsində «kompensasiya verilməklə mənzildən çıxarma» barədə iddia ərizəsi ilə müraciət etdikdən sonra bilmiş və məhkəməyə müraciət etməklə 12.2024-cü il tarixdə qərarın surətini alaraq hazırki apellyasiya şikaətini təqdim etmişdir. Məhkəmə qərarından da göründüyü kimi iddiaçı olan bibisi İddiaçı məhkəməyə ilkin olaraq müraciət edib, Sumqayıt şəhəri, 4-cü mikrorayon ünvanda yerləşən 6 saylı evin, 29 nömrəli mənzilə dair mərhum anası 10 mart 1920- ci il təvəllüdlü X9 adına çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan isə məhkəməyə dəqiqləşdirmə barədə ərizə vermişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən ev mərhum anası 10 mart 1920-ci il təvəllüdlü X13 Sumqayıt şəhər XDİK Sumqayıt şəhər Yİ tərəfindən xx.xx.1988-ci il tarixli qərar ilə verilmişdir (order N-2153). Orderdə onun da adı vardır. Orderdə adı keçən şəxslərin bəziləri vəfat etmiş, bəziləri isə mirası qəbul etməmişdir. İddiaçı isə anasından mirası qəbul etmiş və bugünkü günədək həmin evdə yaşayır. Anası xx.xx.2015-ci ildə vəfat etmişdir. Hazırda, sözügedən evə mərhum anasının adına çıxarış verilməsinə zərurət vardır. Qeyd edir ki, bununla bağlı cavabdeh orqana aidiyyəti üzrə müraciət etsə də, bu günədək müsbət cavab ala bilməmişdir. Cavabdehin hərəkətləri qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsində göstərilən hallar araşdırılmışdır və müəyyən edilmişdir ki, iddiaçı ünvan 3 ünvanında yerləşən 29 nömrəli mənzil üzərində mərhum X9 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi ilə əlaqədar 20 noyabr 2023- cü il tarixli ərizə ilə 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir. Bununla əlaqədar olaraq İddiaçı bildirilmişdir ki, müraciətə iddiaçının mərhum X9 qanuni vərəsəsi olmağı barədə notariusun məktubu, yaşayış yeri üzrə qeydiyyat haqqında arayış və razılıq ərizələri əlavə olunmamışdır. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən isə vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 Ns-li forma); mənzil sahəsinin orderi, mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. İdarənin mütəxəssisi tərəfindən mənzildə texniki inventarlaşdırma işləri aparılan zaman mübahisəli halın olduğu müəyyən edilmiş və yaşayış sahəsində ölçmə işlərinin aparılması mümkün olmamışdır. Həmçinin, vətəndaş Maraqlı şəxs1 sözügedən mənzil üzərində mülkiyyət hüququnun qeydiyyata alınmaması ilə bağlı xx.xx.2023-cü il tarixli ərizəsi və ərizəyə əlavə edilmiş Maraqlı şəxs1 sözügedən mənzilə köçürülməsi barədə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-3229/2023 nömrəli qətnaməsi idarəyə daxil olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini,başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsin təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.Göründüyü kimi, hazırkı iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin imtina məktubunun surəti, cavabdeh inzibati orqanın etiraz ərizəsi, Sumqayıt şəhər X23 İcraiyyə Komitəsi mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş xx.xx.1988-ci il tarixli, 2153 nömrəli orderin təsdiqlənmiş surəti, Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən verilmiş 394 nömrəli, xx.xx.2022-ci il tarixli arayışın surəti, ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surəti, “Vətəndaşlıq vəziyyəti aktları” AQİS tərəfindən verilmiş çıxarışların surəti, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-3229/2023 nömrəli qətnaməsinin surəti və digər sənədlər daxildir. Məhkəmə iddianı mümkün hesab etmiş və bunun bir sıra normalara isstinad etməklə əsaslandırmışdır. Halbuki, bu iddia mümkün iddia hesab edilə bilməz, çünki iddiaçı inzibati orqana vərəsəlik əsasında həmin mənzilin mərhum anasının adına özəlləşdirilməsi ilə bağlı müraciət etmiş və ona imtina da bu əsasa görə verilmişdir, lakin iddiaçı mənzilə dair öz adına çıxarışın və texniki pasportun verilməsi ilə bağlı müraciət etməmiş və ona bununla bağlı inzibati orqan tərəfindən imtina verilməmişdir, lakin buna baxmayaraq məhkəmə iddia tələbinə dəqiqləşməni qəbul edərək iddianı mümkün saymış və qərar çıxarmışdır. Qaldırılmış iddia tələbi tam əsassızdır, belə ki, Mənzil Fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələblərinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Sözügedən normada “özəlləşdirilməsi üçün müraciət edilən anda” ifadəsinin işlənilməsi bütün ailə üzvlərinin həmin anda özəlləşdirməyə razılıqlarının olmasını tələb edir. Başqa sözlə, müraciət edilən anda mənzilə münasibətdə özəlləşmə prosesində iştirak etməyə hüquq sahibi olan hər kəs özəlləşmənin aparılmasına razı olmalıdır. Özəlləşmə üçün müraciət edilən anda özəlləşmədə iştirak etmək hüququna malik bütün şəxslərin razılıqlarının mövcud olmaması özəlləşmənin aparılmasını istisna edir. Ərizəçi, Ermənistanda 1986-cı ildə anadan olmuş, lakin məlum hadisələrlə bağlı orada olan evini mübahisəli mənzillə dəyişmiş və mənzilə dair orderdə onun hər iki valideyninin də adı olmuş, o, və bacıları azyaşlı olduğu üçün adları orderə daxil edilməmişdir, lakin mənzilə iddiaçı ilə birlikdə köçmüş, qeydiyyata alınmış,yaşamış və hazırda da ailə həyatı qurduğu həyat yoldaşı və övladı ilə birlikdə bu mənzildə 37 ildir ki, yaşayır və qeydiyyatdadır. İddiaçı mənzilin açarını dəyişdiyi və onu bu mənzilə buraxmadığı üçün məhkəməyə müraciət etmiş və Sumqayıt şəhər məhkəməsinin qətnaməsi əsasında mənzilə istifadə hüququ olduğu üçün mənzilə köçürülmüşdür. İddiaçı əvvəlcə məhkəmədə onunla barışıq sazişi bağlamış və həmin saziş məhkəmə qərardadı ilə təsdiq olunmuşdur. Həmin qərardada əsasən mənzil hər ikisinin adına özəlləşdirilməli və satılaraq aralarında bölünməli idi, lakin cavabdeh DƏDRX 2 saylı Sumqayıt ərazi idarəsi həmin qərardaddan apellyasiya şikayəti vermiş və bundan sonra qərardad ləğv edilmiş və onun mənzilə köçürülməyi barədə qətnamə qəbul olunmuşdur. Lakin bu ərəfədə iddiaçı onun xəbəri olmadan mənzili özəlləşdirmək qərarına gəlmiş və hazırki qanunsuz qərar əsasında bunu etdikdən sonra ona qarşı 9000 manat kompensasiya verilməklə onun ailə üzvləri ilə həmin mənzildən çıxarılmağı barədə Sumqayıt şəhər məhkəməsində iddia qaldırmışdır. O, həmin məhkəməyə hazırki qərardan şikayət veridiyi üçün iş üzrə icraatın dayandırılması barədə ərizə vermişdir. AR Ali Məhkəməsinin analoji işlər üzrə bir neçə qərarları vardır ki, həmin qərarlarda mənzil özəlləşdirilən anda mənzildə qeydiyyatda olan və yaşayan şəxslərin razılıq ərizələrinin alınması mütləq şərt kimi vurğulanmışdır. Qeyd olunan Qanuna görə mənzilin özəlləşməsi zamanı bu hüquqda olan şəxslərin kənarda qalması onların hüquqlarının pozulması kimi qiymətləndirilmişdir. (AR Ali Məhkəmə İK-nın 2-1(102)- 312\2023,2-1(102)-666\2023,2-1(102)- 1426/2022 saylı Qərarları) Məhkəmə qəbul etdiyi qərarında Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-3229/2023 nömrəli qətnaməsinin olmasını və həmin qətnamə əsasında onun qeyd edilən mənzilə köçürüldüyünü vurğulasa da həmin qətnamə ilə müəyyən edilmiş hallara göz yummuş və mübahisəli mənzilə onun hüququnu tanıyan qətnamənin olmasına baxmayaraq onu iş üzrə tərəf kimi cəlb etməmiş və məhkəmə prosesində iştirakını belə təmin etməmişdir. Ali Məhkəmənin qərarlarında mənzildə qeydiyyatda olan və yaşayan şəxslərin razılığı olmadan özəlləşdirilmiş mənzillərə dair verilmiş çıxarışların ləğv edilməsi öz hüquqi və qanuni həllini tapdığı halda məhkəmə həmin qərarlara və formalaşmış məhkəmə təcrübəsinə və son nəticədə “Mənzil Fondunun özəlləşdirilməsi haqqında” Qanunun tələblərinə zidd gedərək bu qanunsuz qərarı qəbul etmişdir. Həmin Qanunun 8-ci maddəsinə əsasən mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Lakin nə o, nə də bacıları mənzilin iddiaçının adına özəlləşdirilməsinə dair razılıq ərizələrini verməmiş və orderdə adları qeyd olunan X17 onun nənəsi, X16 anası və X19 isə atasıdır, hər iki valideyni 2020ci ildə vəfat etmişlər. İşdə olan sənədlərdən aydın olur ki, iddiaçı hazırki tələblə inzibati orqana müraciət etməmişdir, onun müraciəti vərəsəsi olduğu anasının adına mülkiyyət hüququna dair arayışın verilməsi ilə bağlı olmuşdur. Bu səbəbdən də inzibati orqan onun T.Şamilovanın qanuni vərəsəsi olmağı barədə notariusun məktubunu, yaşayış yeri üzrə qeydiyyat haqqında arayışı və razılıq ərizələrinin təqdim olunmasını istəmişdir. O, hətta iddiaçının həmin mənzili satması ilə bağlı maklerlərə müraciət etməsini eşitdikdən sonra mənzil üzərində mülkiyyət hüququnun qeydiyyata alınmaması ilə bağlı xx.xx.2023-cü il tarixdə ərizəni cavabdeh orqana təqdim etmişdir, buna səbəb mənzilin ünvanının iddiaçının şəxsiyyət vəsiqəsi məlumatlarında fərqli qeyd olunması olmuşdur və eyni zamanda mənzilə köçürülməyi barədə qətnamənin də surətini cavabdeh orqana təqdim etmişdir. Lakin buna baxmayaraq qanunsuz qəbul edilmiş məhkəmə qərarı ilə cavabdeh orqan razılaşaraq hətta ondan apellyasiya şikayəti verməmiş və iddiaçı mənzilə dair çıxarış, texniki pasport əldə edərək başqa bir məhkəmədə mülki qaydada iddia qaldırmışdır. X3 ərizəni onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən onu- mənzildə daimi qeydiyyatda olan şəxsi həmin iş üzrə 3-cü şəxs kimi cəlb etməmiş, həmin mənzildə qeydiyyatda olan digər şxsləri belə məhkəmə bu işdə 3- cü şəxs kimi cəlb etməmişdir. Halbuki qeyd olunan mənzil dövlət fondundadır və bu mənzildə qeydiyyatda olan bütün şəxslərin həmin mənzilə eyni əsaslarla hüquqları vardır. Qeyd olunan mənzildə 1988-ci ildən daimi olaraq qeydiyyatda olmağına və bu mənzildə yaşamağına baxmayaraq məhkəmə onu bu iş üzrə 3-cü şəxs qismində cəlb etməmiş və işə onun iştirakı olmadan baxmaqla bu qanunsuz qərarı qəbul etmişdir. Məhkəmə qərarından da göründüyü kimi iddiaçı olan bibisi İddiaçı məhkəməyə ilkin olaraq müraciət edib, Sumqayıt şəhəri, 4-cü mikrorayon ünvanda yerləşən 6 saylı evin, 29 nömrəli mənzilə dair mərhum anası 10 mart 1920- ci il təvəllüdlü X9 adına çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan isə məhkəməyə dəqiqləşdirmə barədə ərizə vermişdir.ahnmasmı məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən ev mərhum anası 10 mart 1920-ci il təvəllüdlü X20ma Sumqayıt şəhər XDİK Sumqayıt şəhər Yİ tərəfindən xx.xx.1988-ci il tarixli qərarı ilə verilmişdir (order N-2153). Orderdə onun da adı vardır. Orderdə adı keçən şəxslərin bəziləri vəfat etmiş, bəziləri isə mirası qəbul etməmişdir. İddiaçı isə anasından mirası qəbul etmiş və bugünkü günədək həmin evdə yaşayır. Anası xx.xx.2015-ci ildə vəfat etmişdir. Hazırda, sözügedən evə mərhum anasının adma çıxarış verilməsinə zərurət vardır.Qeyd edir ki, bununla bağlı cavabdeh orqana aidiyyəti üzrə müraciət etsə də, bu günədək müsbət cavab ala bilməmişdir. Cavabdehin hərəkətləri qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iddianı mümkün saymış və qərar çıxarmışdır. Qaldırılmış iddia tələbi tam əsassızdır, belə ki, Mənzil Fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələblərinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşma çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Sözügedən normada “özəlləşdirilməsi üçün müraciət edilən anda” ifadəsinin işlənilməsi bütün ailə üzvlərinin həmin anda özəlləşdirməyə razılıqlarının olmasını tələb edir. Başqa sözlə, müraciət edilən anda mənzilə münasibətdə özəlləşmə prosesində iştirak etməyə hüquq sahibi olan hər kəs özəlləşmənin aparılmasına razı olmalıdır. Özəlləşmə üçün müraciət edilən anda özəlləşmədə iştirak etmək hüququna malik bütün şəxslərin razılıqlarının mövcud olmaması özəlləşmənin aparılmasını istisna edir. Ərizəçi Ermənistanda 1986-cı ildə anadan olmuş, lakin məlum hadisələrlə bağlı orada olan evini mübahisəli mənzillə dəyişmiş və mənzilə dair orderdə hər iki valideyninin də adı olmuş, o və bacıları azyaşlı olduğu üçün adları orderə daxil edilməmişdir, lakin mənzilə iddiaçı ilə birlikdə köçmüş, qeydiyyata alınmış, yaşamış və hazırda da ailə həyatı qurduğu həyat yoldaşı və övladı ilə birlikdə bu mənzildə 37 ildir ki, yaşayır və qeydiyyatdadır. İddiaçı mənzilin açarını dəyişdiyi və onu bu mənzilə buraxmadığı üçün məhkəməyə müraciət etmiş və Sumqayıt şəhər məhkəməsinin qətnaməsi əsasında mənzilə istifadə hüququ olduğu üçün bu mənzilə köçürülmüşdür. Onu da qeyd edir ki, iddiaçı əvvəlcə məhkəmədə onunla barışıq sazişi bağlamış və həmin saziş məhkəmə qərardadı ilə təsdiq olunmuşdur. Həmin qərardada əsasən mənzil hər ikisinin adına özəlləşdirilməli və satılaraq aralarında bölünməli idi, lakin cavabdeh DƏDRX 2 saylı Sumqayıt ərazi idarəsi həmin qərardaddan apellyasiya şikayəti vermiş və bundan sonra qərardad ləğv edilmiş və onun mənzilə köçürülməyi barədə qətnamə qəbul olunmuşdur. Lakin bu ərəfədə iddiaçı onun xəbəri olmadan mənzili özəlləşdirmək qərarına gəlmiş və hazırki qanunsuz qərar əsasında bunu etdikdən sonra ona qarşı 9000 manat kompensasiya verilməklə ailə üzvləri ilə həmin mənzildən çıxarılmağı barədə Sumqayıt şəhər məhkəməsində iddia qaldırmışdır. Hazırki qərardan şikayət verdiyi üçün iş üzrə icraatın dayandırılması barədə ərizə vermişdir. AR Ali Məhkəməsinin analoji işlər üzrə bir neçə qərarları vardır ki,həmin qərarlarda mənzil özəlləşdirilən anda mənzildə qeydiyyatda olan və yaşayan şəxslərin razılıq ərizələrinin alınması mütləq şərt kimi vurğulanmışdır. Qeyd olunan Qanuna görə mənzilin özəlləşməsi zamanı bu hüquqda olan şəxslərin kənarda qalması onların hüquqlarının pozulması kimi qiymətləndirilmişdir.(AR Ali Məhkəmə İK-nın 2-1 (102)-312\2023,2- l(102)- 666\2023,2-l( 102)- 1426/2022 saylı Qərarları) Məhkəmə qəbul etdiyi qərarında Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-3229/2023 nömrəli qətnaməsinin olmasını və həmin qətnamə əsasında qeyd edilən mənzilə köçürüldüyünü vurğulasa da həmin qətnamə ilə müəyyən edilmiş hallara göz yummuş və mübahisəli mənzilə hüququnu tanıyan qətnamənin olmasına baxmayaraq iş üzrə tərəf kimi cəlb etməmiş və məhkəmə prosesində iştirakını belə təmin etməmişdir. Məhkəmə iddianı mümkün hesab etmiş və bunun bir sıra normalara isstinad etməklə əsaslandırmışdır.Halbuki, bu iddia mümkün iddia hesab edilə bilməz, çünki iddiaçı inzibati orqana vərəsəlik əsasında həmin mənzilin mərhum anasının adma özəlləşdirilməsi ilə bağlı müraciət etmiş və ona imtina da bu əsasa görə verilmişdir, lakin iddiaçı mənzilə dair öz adına çıxarışın və texniki pasportun verilməsi ilə bağlı müraciət etməmiş və ona bununla bağlı inzibati orqan tərəfindən imtina verilməmişdir, lakin buna baxmayaraq formalaşmış məhkəmə təcrübəsinə və son nəticədə Mənzil Fondunun özəlləşdirilməsi “naqqında AR Qanununun tələblərinə zidd gedərək bu qanunsuz qərarı qəbul etmişdir. Həmin Qanunun 8-ci maddəsinə əsasən mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir.Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər, və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Lakin nə o, nə də bacıları mənzilin iddiaçının adına özəlləşdirilməsinə dair razılıq ərizələrini verməmişdir və orderdə adları qeyd olunan X17 onun nənəsi, X16 anası və X19 isə atasıdır, hər iki valideyni 2020-ci ildə vəfat etmişlər. İşdə olan sənədlərdən aydın olur ki, iddiaçı hazırki tələblə inzibati orqana müraciət etməmişdir, onun müraciəti vərəsəsi olduğu anasının adına mülkiyyət hüququna dair arayışın verilməsi ilə bağlı olmuşdur. Bu səbəbdən də inzibati orqan onun T.Şamilovanın qanuni vərəsəsi olmağı barədə notariusun məktubunu, yaşayış yeri üzrə qeydiyyat haqqında arayışı və razılıq ərizələrinin təqdim olunmasını istəmişdir. Hətta iddiaçının həmin mənzili satması ilə bağlı maklerlərə müraciət etməsini eşitdikdən sonra mənzil üzərində mülkiyyət hüququnun qeydiyyata alınmaması ilə bağlı xx.xx.2023cü il tarixdə ərizəni cavabdeh orqana təqdim etmişdir,buna səbəb mənzilin ünvanının iddiaçının şəxsiyyət vəsiqəsi məlumatlarında fərqli qeyd olunması olmuşdur və eyni zamanda mənzilə köçürülməyi barədə qətnamənin də surətini cavabdeh orqana təqdim etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-4781/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə X12 və X8 ərizələri təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, 2- 1(118)-2853/2024 nömrəli qərarı ləğv edilmiş və iş üzrə icraat təzələnmiş, X12 və X15 zəruri cəlbetmə əsası ilə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər (hakim Aynur Axundova). İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisəli mənzil hələ onlara keçmiş Ermənistan SSRİ yaşadığı zaman sahibliyində və order əsasında ailə üzvləri kimi onun da sahibliyinə verilmiş evin 1988-ci ildə Deportassiya olunarkən Orderlərin dəyişdirilməsi ilə Sumqayıt şəhərində olan bu mübahisəli evi əldə etmişlər. Göründüyü kimi bu ev Ermənistandakı evin dəyişdirilməsi ilə onların sahibliyinə keçib və Orderdə onun da adı yazılıb. Bu isə o deməkdir ki, həmin mənzil onun qanuni istifadə və sahibliyinə verilmişdir. Özəlləşdirmə haqqında qanunun tələblərinə əsasən həmin Orderdə adları olan şəxslərin razılığı ilə həmin mənzilə dair hüquqlarını qeydə aldıraraq çıxarış almışdır. Bu zaman məhkəmə ətraflı araşdırma aparmış, mənzilə dair hüquqları olan şəxslərin dairəsini müəyyən edərək onların razılıq ərizəsini almışdır. Hazırki iş üzrə ərizəçi Şünasi Şamilov isə Orderdə adı yoxdur, o həmin mənzilə sadəcə köçürülərək yaşamaq hüququ almışdır. Belə olan halda onun mənzilə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə aldıraraq Çıxarış almaq hüququ yoxdur. Məhz buna görə də məhkəmə onu zəruri cəlbetmə kimi icraata 3-cü şəxs kimi cəlb etməmişdir. Qanuni və əsaslı olmuşdur. Lakin Sumqayıt İnzibati Məhkəməsini hakimi xx.xx.2025 il tarixli qərardadı ilə qanuni və əsaslı olan qərarı və artıq qanuni qüvvəyə minərək icra olunmuş qərarı ləğv edir və icraatı təzələnməsi barədə qərar qəbul edir və ərizəçiləri 3-cü şəxs qismində icraata cəlb edir. Bu qərardad ilə onun Konstitusiya ilə müəyyən edilmiş mülkiyyət hüququ pozulur. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə işə hərtərəfli, obyektiv, qərəzsiz baxmaq əvəzinə açıq aşkar göz qabağında olan faktları müəyyən edə biləcəyi təqdirdə bunu etməmiş, əksinə ərizəçinin maraqlarına xidmət edən mövqe tutmuşdur. Bununla da ədalətli məhkəmə araşdırması ilə bağlı onun konstitusiya ilə müəyyən olunmuş hüququnu kobud şəkildə pozmuşdur. Birinci instansiya məhkəməsi ərizəçilərin qeydiyyatda olmalarını əsas gətirərək mənzilə dair mülkiyyət hüququnu tələb etmələrini mühüm əsas və onların hüquqlarının ciddi pozulması kimi qiymətləndirmiş, bu zaman işə obyektiv və hərtərəfli yanaşmamış və formal bəhanəər gətirərək qanuni və əsaslı olan qərarı ləğv etmişdir. Məhkəmə heç araşdırma aparmağa və tərəflərin fikrini belə öyrənməyə əsas görməmiş, nə iddiaçı olaraq onun, nə də cavabdeh təşkilat kimi DƏDKRX-nin münasibətini belə öyrənməmişdir. Qeyd olunanlar ədalətli məhkəmə araşdırması ilə bağlı Konstitusyon hüququnu pozmuşdur. İş materiallarından görünür ki, qərar artıq qanuni qüvvəyə minmiş və hətta icra edilmişdir. Belə olan halda məhkəmə qanuni qüvvvəyə minmiş qərarı qəlv etməkdə və 3-cü şəxs qismndə cəb etmə barədə qərar qəbul etməkdə haqlı olmamışdır. Bu məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə ola bilərdir. Hal hazırda bu qərar qanunsuz olaraq qəbul edilmişdir ona görə də apellyasiya qaydasında ləğv edilməlidir. Hazırki iş üzrə məhkəmə zəruri cəlbetmə qismində 3-cü şəxsləri cəlb edərkən nəzərə almamışdır ki, həmin şəxslərin adları mənzilə dair sahiblik və sərəncam hüququ verən Orderdə də adları olmayıb, onların həmin mənzilə dair mülkiyyət hüququnu qeydə alınması üçün gözlənti hüququ da yoxdur. Buna görə həmin şəxslərin məhkəmə icraatına zəruri cəlb etmə qanunsuz və əsassız olmuşdur. Məhkəmənin xx.xx.2025 il tarixli qərardadından cəlbetmənin səbəbləri görünmür. Niyə gərə məhkəmə hesab edir ki, onlar bu prosesə cəlb olunmalıdır. İş üzrə üçüncü şəxs qismində cəlb edilmiş Şünasi Şamilov və Ellada Əsgərovanın iştirakına xitam verilməli, onların ərizəsi mümkün sayılmamalı və ərizənin qəbulundan imtina edilməlidir. Məhkəmə iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmadan bu ərizəni təmin edərək qanuni və əsaslı olan qərarı ləğv etmişdir. Birincisi, İnzibati Prosessual Məcəllənin 28.1-ci maddəsinə əsasən, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. İkincisi, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” 17 fevral 2022-ci il tarixli, 01/2022 nömrəli qərardadında ifadə olunmuş hüquqi mövqeyə görə: “... Məhkəmə cəlbetmə barədə qərardadı həm öz təşəbbüsü, həm də icraat iştirakçılarının vəsatəti ilə dəyişdirə və ya ləğv edə bilər, habelə üçüncü şəxsin icraatda iştirakına xitam verə bilər. Sözügedən prosessual hərəkətlər işə baxılması gedişində müvafiq əsasların yaranmasından asılı olaraq hər üç instansiya məhkəməsində edilə bilər. Bu zaman, məhkəmə cəlbetmə üçün əvvəllər mövcud olmuş əsasın dəyişdiyinə və ya aradan qalxdığına, yaxud cəlbetmənin əvvəldən səhv olduğuna istinad etməlidir. ... Cəlbetmə üçün əvvəllər mövcud olmuş əsaslarınaradan qalxdığı hallarda, məhkəmə icraata cəlb edilmiş üçüncü şəxsin məhkəmə icraatında iştirakına xitam verilməsi barədə qərardad qəbul edir. Bu halda, üçüncü şəxsin məhkəmə icraatında iştirakına bu barədə qərardadın qüvvəyə mindiyi vaxtdan xitam verilmiş sayılır. Cəlbetmənin əvvəldən səhv olduğu hallarda isə məhkəmə cəlbetmə barədə qərardadı ləğv edir. Bu halda, üçüncü şəxs məhkəmə icraatına cəlb edilməmiş sayılır. ...” Apellyasiya qaydasında ərizəçilərin cəlbetmə barədə ərizələri ləğv edilməli və 3-cü şəxs kimi icraata cəlb edilməmiş sayılmalıdır.Məhkəmə tərəfindən toplanmış iş üzrə materiallardan görünür ki, hazırkı mübahisə üzrə qəbul edilmiş qərar və həmin qərara uyğun olaraq hüquqmüəyyənedici sənəd Order əsasında mənzil üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması İnzibati Prosessual Məcəllənin 28-ci maddəsi anlamında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş Şünasi Şamilov və Ellada Əsgərovanın qanunla qorunan hər hansımarağına toxunmur və ümumiyyətlə belə bir potensiala malik deyildir. Belə ki, hazırkı mübahisə üzrə sözügedən torpaq sahəsinə münasibətdə Şünasi Şamilov və Ellada Əsgərova hər hansı hüquqmüəyyənedici sənədə malik olmadığından, onun üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi üçün də müvafiq əsaslar mövcud olmamışdır. Ərizəçilər sözü gedən torpaq sahəsində qeydiyyatda olmalarına istinad edir. Lakin bu hal mənzilə mülkiyyət hüququnun qeydiyyata alınmasına əsas və ya gözlənti hüququ belə yaratmır və hər hansı hüquq müəyyən edici sənəd hesab edilə bilməz. Bu baxımdan ərizəçi Şünasi Şamilov və X11 Prosessual Məcəllənin 28.1-ci maddəsinin müddəaları baxımından ümumiyyətlə iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb oluna bilməzdi. İş üzrə üçüncü şəxs qismində cəlbetmə ilə bağlıməsələ həll olunarkən Ali Məhkəmənin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” 17 fevral 2022-ci il tarixli, 01/2022 nömrəli qərardadında ifadə olunmuş hüquqi mövqe nəzərə alınmalıdır. Beləliklə, ərizəçilərin iş üzrə üçüncü şəxs qismində iştirakına xitam verilməlidir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X10 apellyasiya şikayətinin həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş X1 nümayəndəsi və X4, onun nümayəndəsi Vəkil2 apellyasiya şikayətinə etiraz edərək, öz izahatlarında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Təbiq edilən hüquq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Maddə 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Maddə 28.3. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını, işdə iştirak edən şəxsin izahatını dinləyib və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, mübahisə predmeti olan mənzil müvafiq order əsasında X9 adına 4 nəfər ailə üzvi qeyd edilməklə ayrılmışdır. X17 19 iyul 2015-ci il tarixdə vəfat etmiş, orderdə adı göstərilən şəxslərdən Şamilova Zemfira xx.xx.2020-ci ildə və Şamilov Vidadi xx.xx.2020-ci ildə vəfat etmişlər. Orderdə adı göstərilən Şamilova Rəna mənzilin iddiaçının adına özəlləşdirilməsinə dair notarial qaydada təsdiq edilmiş yazılı ərizə vermişdir. Sumqayıt İnzibati Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, 2-1(118)-2853/2024 nömrəli qərarı iddiaçının iddia tələbi təmin edilmiş, həmin məhkəmə qətnaməsi qanuni qüvvəyə minmiş və icra olunmuş, iddiaçının adına sözügedən mənzil üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış, müvafiq çıxarış verilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında ərizəçi Maraqlı şəxs1 həmin mənzilə köçürülməsi qət edilmiş, habelə məhkəmə qətnaməsi ilə iddia tələbinin əsaslılığı onun atasının adının müvafiq orderdə əks olunması, atasının və dolayısı ilə Telli Şamilovanın ailə üzvi olmaqla, mənzilə dair istifadə hüququ əldə etməsi, uzun illər həmin mənzildə yaşaması, lakin sonradan İddiaçı ilə aralarında olan münaqişə zəminində mənzili tərk etmək məcburiyyətində qalması, başqa yaşayış yerinin olmaması və mübahisəli mənzilə yaşayış sahəsi kimi ehtiyacının olması kimi hallarla əsaslandırılmışdır. İndiki halda ərizəçilər qeyd edilən ərizənin əsası kimi həmin yaşayış sahəsinin ayrılmasına dair müavfiq orderdə onların hər iki valideynin adlarının olması, özlərinin yaşı az olduğundan, adlarının orderdə yazılmadığını, həmin evdə uzun müddətdir yaşamaları, pasport qeydiyyatında olmaları kimi hallara istinad etmişlər. İşin mübahisəli halı ondan ibarətdir ki, ərizəçilər hazırki inzibati iş üzrə iddia predmetinin onların hüquqlarına təsir etdiyindən, üçüncü şəxs qimsində cəlb edilməklə, iş üzrə icraatın təzələnməsi və onların iştirakı ilə məhkəmə araşdırmasının aparılasını istəyir. İddiaçı isə iddia predmetinin ərizəçilərin heç bir hüquqlarına təsir etmədiyini, iş üzrə üçüncü şəxs qismində cəlb edilmələrinin heç bir əsası olmadığını, bu səbəbdən də icraatın təzələnməsinə əsas yaranmadığını bildirərək, ərizənin təmin edilməməsini xahiş edir. Məhkəmə kollegiyası ərizənin əsaslılığı və şikayətin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd edilməlidir ki, ərizəçilərdən Maraqlı şəxs1 sözügedən mənzilə münasibətdə istifadə hüququnu əldə etməsi, həmin yaşayış sahəsinə ehtiyacının olması, uzun müddət orada yaşaması halı və bu əsasla həmin mənzilə köçürülməsi məhz müvafiq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Digər ərizəçi isə həmin evdə yaşamış, hazırda da daimi pasport qeydiyyatında olmuş, hər iki valideynin müvafiq orderdə adı qeyd edilmişdir. Kollegiya hesab edir ki, işin müəyyən edilmiş həmin halları özlüyündə sözügedən mənzilin özəlləşdirilməsinə dair məsələnin ərizəçilərin hüquqlarına (istifadə hüquqlarına) birbaşa təsir etməsinə əsas olan hallar kimi qiymətləndirilməsinə əsas verir. Nəticə etibarilə həmin hallar ərizəçilərin iş üzrə zəruri cəlb etmə qaydasında inzibati məhkəmə icraatına cəlb edilməsinin əsası kimi çıxış edir. Həmçinin, qeyd edilməlidir ki, işin müəyyən edilmiş həmin halları iddiaçı şikayətin dəlili kimi istinad etdiyi ərizəçilərin hər hansı hüquqlarına toxunma halının olmaması, həmin evə dair hüquqmüəyyənedici sənədlərinin olmaması, orderdə adlarının olmaması, zəruri cəlbetmə ilə bağlı əsasların olmaması kimi halları da təkzib edir. Eyni zamanda kollegiya onu qeyd edir ki, iddiaçı şikayətin dəlili kimi istinad etdiyi hallara, habelə işin müəyyən edilmiş hallarını təkzib edən heç bir dəlilə istinad etməmiş, həmin halları ümumi söz şəklində ifadə etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bu baxımından kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən ərizənin əsaslılığına təsir edən hallara düzgün hüquqi qiymət verilmiş, ərizə ilə bağlı gəldiyi qənaəti əsaslı olmuş, iddiaçının şikayətinin dəlilləri əsassız olmuşdur. Bundan əlavə, kollegiya onu qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən inzibati məhkəmə icraatına zəruri cəlb etmə qaydasında üçüncü şəxsin cəlb edilməsinin əsasları, habelə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra üçüncü şəxsin cəlb edilməklə, iş üzrə icraatın təzələnməsi halının mümkünlüyü və onu zəruri edən faktiki və hüquqi əsasları ətraflı qeyd edildiyindən həmin halların təkrarən qeyd edilməsi məqsədəmüvafiq deyildir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-4781/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar