Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-407/2021 05.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Fuad Əli oğlu Məmmədov və Səyyad Ağaəli oğlu Qafaridən ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt Şəhər Bələdiyyə Şurasının 09 aprel 2004-cü il tarixli 111 saylı qərarı ilə və 12 may 2004-cü il tarixli 104 nömrəli Torpaq sahəsinin icarəyə verilməsi haqqına müqaviləyə əsasən Sumqayıt-Novxanı dəniz kənarı yolun ərazisində istifadəsində olan 0.35 ha torpaq sahəsinin digər vətəndaşın adına qeydiyyata alınmasının və onun adına verilən çıxarışdan ona məxsus həmin sahənin çıxarılması üçün sənədlərə qismən dəyişiklik edilməsi tələbinə dair iddiası üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 27/2021 saylı 25 yanvar 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək “Sumqayıt Şəhər Bələdiyyə Şurasının 09 aprel 2004-cü il tarixli 111 saylı qərarı ilə və 12 may 2004-cü il tarixli 104 nömrəli Torpaq sahəsinin icarəyə verilməsi haqqına müqaviləyə əsasən Sumqayıt-Novxanı dəniz kənarı yolun ərazisində istifadəsində olan 0.35 ha torpaq sahəsinin digər vətəndaşın adına qeydiyyata alınmasının və onun adına verilən çıxarışdan ona məxsus həmin sahənin çıxarılması üçün sənədlərə qismən dəyişiklik edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti vəsatətlə məhkəməyə müraciət edərək iş üzrə cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əsl cavabdeh Xidmətin 2 saylı Sumqayıt Ərazi İdarəsi ilə əvəz edilməli olduğunu bildirmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-92/2020 saylı, 10.02.2020-ci il tarixli qərardadı ilə cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti əsl cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi ilə əvəz edilmişdir. İddia tələbi onunla əsalandırılmışdır ki, Sumqayıt Şəhər Bələdiyyə Şurasının 09 aprel 2004-cü il tarixli 111 saylı qərarı ilə Bələdiyyə ilə 99 il müddətinə 12 may 2004-cü il tarixli 104 nömrəli Torpaq sahəsinin icarəyə verilməsi haqqına müqavilə bağlanmışdır. Müqavilə Sumqayıt-Novxanı dəniz kənarı yolun ərazisində əhaliyə müxtəlif növ xidmət göstərilməsi məqsədilə bağlanmışdır. Müqavilənin 2.3-cü bəndində göstərilmişdir ki, İcarəçi 2.100 00 X 99 =207.900 000 manat icarə haqqını ödəməyi öhdəsinə götürür. Həmin məbləğin bir hissəsi onun tərəfindən ödənilmiş və müqavilənin şərtlərinə heç bir dəyişiklik edilməmişdir. Bir müddət əvvəl Bələdiyyə həmin sahənin qalan icarə haqqının ödənilməsini təklif etmiş və o, vəsaitin Bələdiyyənin hansı hesabına ödənilməsinə dair bildiriş verilməsinə dair göstəriş verilməsini bildirmişdir. Bələdiyyə 04 aprel 2018-ci il tarixli məktubla bildirmişdir ki, icarə haqqı ödənilməsə müqaviləyə xitam verilməsi barədə məhkəməyə müraciət olunacaqdır. Hal-hazırda ona məlum olmuşdur ki, Sumqayıt- Novxanı dəniz kənarı yolun ona verilən ərazisi başqa şəxslərə verilmiş və onların hüquqları cavabdeh Reyestr Xidmətində qeydiyyata alınmışdır. Ona görə də cavabdeh Xidmətə müraciət edərək icarəsində olan torpaq sahəsinin kimə və hansı sənədlərə əsasən verilməsinə dair ona məlumat verilməsi xahiş olunmuş və cavabdeh **********22 saylı 04 aprel 2019-cu ıl tarixli məktubla bidirmişdir ki, ərazi müayinə edilmiş, əldə edilmiş faktiki koordinatlarla torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 16,6 kv.m qeyriyaşayış binasının icarəyə verilmiş əmlakın 18 mart 2016-cı il tarixli 6015 nömrəli alqı-satqı müqaviləsi əsasında digər vətəndaşın adına rəsmiləşdirildiyi, 07 mart 2016-cı il tarixli 392 saylı özəlləşdirilən dövlət müəsssisə və obyektlərin, fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin inşa edildiyi torpaq sahəsinin alqı-satqı müqaviləsi əsasında 1,614374 ha torpaq sahəsinin eyni vətəndaşa alqı-satqı müqaviləsi ilə rəsmiləşdirildiyi aşkar edilmişdir. Yuxarıda qeyd olunan əsaslarla həmin vətəndaşın mülkiyyət hüququnun dövlət qeydiyyatı 21.05.2016-cı il tarixli **********91-06301 reyestr nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Məktubda kimlərin adına və hansı sənədlərə əsasən rəsmiləşdirilməsinə dair heç bir məlumat verilməmişdir. Ona görə də məhkəməyə müraciət edərək hesab edir ki, həmin şəxslər işə cəlb edilərək onlara verilən çıxarışın hansı sənədlərə əsasən verilməsi müəyyən olunaraq istifadəsində olan 0.35 ha torpaq sahəsinin istifadəsinə qaytarılması məqsədilə həmin sənədlərə və çıxarışa dəyişiliklik edilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, Xidmətin 2 saylı Sumqayıt Ərazi İdarəsində aparılan araşdırmalar zamanı sözügedən torpaq sahəsinin Sumqayıt Şəhər Bələdiyyəsinin 09 aprel 2004-cü il tarixli 111 saylı qərarı və 12 aprel 2004-cü il tarixli 104 saylı icarə müqaviləsi ilə 99 il müddətinə əldə edildiyi, lakin sənədlərə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin plan və ölçü sənədinin əlavə edilmədiyi, bununla belə əlavə edilmiş yerquruluşu planında isə torpaq sahəsinin istinad (koordinat) nöqtələrinin dəqiq göstərilmədiyi, bələdiyyənin qərarında torpaq sahəsinin Sumqayıt-Novxanı avtomobil yolunun 140 metr sahil zolağı kimi göstərildiyi aşkar edilmişdir. Həmçinin iddiaçının nəzərinə çatdırlımışdır ki, müraciəti əsasında ərazi müayinə edilmiş, əldə edilmiş faktiki koordinatlarla torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 16,6 kv.m olan qeyri-yaşayış binasının icarəyə verilmiş əmlakın 18 mart 2016-cı il tarixli 6015 nömrəli alqı-satqı müqaviləsi əsasında digər vətəndaşın adına rəsmiləşdirildiyi, 07 mart 2016-cı il tarixli 392 saylı özəlləşdirilən dövlət müəssisə və obyektlərin, fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin alqı-satqı müqaviləsi əsasında 1,614374 ha torpaq sahəsinin həmin şəxsə satılmasına dair alqı-satqı müqaviləsinin rəsmiləşdirildiyi aşkar edilmişdir. Yuxarıda qeyd olunan əsaslarla hüquq əldə edən vətəndaşın mülkiyyət hüququnun dövlət qeydiyyatı 21 may 2016-cı il tarixli **********91-06301 reyestr nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsi məhkəmədən xahiş edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-27/2021 saylı 25 yanvar 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir (hakim C.Məmmədov). Qərardan narazı qalan iddiaçı tərəfindən apelyasiya şikayəti verilərək, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-27/2021 saylı 25 yanvar 2021-ci il tarixli qərarının ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qeyd olunan torpaq sahəsinin hal-hazırda dövlət mülkiyyətində olmasını və yaxud da əvvəllər dövlət mülkiyyətində olmuş olmasını təsdiq edən hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, məhkəmə öz qərarında qeyd etmişdir ki, qeyd olunan torpaq sahəsi Xəzər dənizinin sahilboyu ərazisində yerləşdiyinə görə həmin torpaq sahəsi bələdiyyənin ehtiyat fondu torpaqlarına aid edilə bilməz. Halbuki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 46-cı maddəsinin 2-1-ci bəndində qeyd edilmişdir ki, Xəzər dənizinin, (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri dövlətin mülkiyyətində qalmaqla özgəninkiləşdirilə bilməz və yalnız müvafiq icra hakimiyyəti orqanının qərarı ilə istifadəyə və icarəyə verilə bilər. Mübahisə predmeti olan torpaq sahəsi sahildən 65 metr aralıdır və buna görə də, müstəsna olaraq dövlət mülkiyyəti kimi hesab edilə bilməz. Məhkəmə sözügedən torpaq sahəsinin hansı əraziyə düşməsini müəyyən etmədən torpaq sahəsinin dövlət mülkiyyətinə aid edilməsi qənaətinə gəlmişdir. Bundan başqa, əgər mübahisə predmeti olan torpaq sahəsi Xəzər dənizi sahilboyu əraziyə aiddirsə onda onun sonradan vətəndaş X4 mülkiyyətinə keçməsi niyə məhkəmədə təəccüb doğurmamışdır? Bundan başqa, məhkəmə mübahisə predmeti olan torpaq sahəsinin Sumqayıt şəhər Bələdiyyəsinin nəzdində olmasını təsdiq edən sənədin təqdim edilməməsini əsas gətirərək torpaq sahəsinin ona məxsus olmadığını bildirmiş və alqı-satqı müqaviləsi bağlanmamışdan öncə həmin torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış binasının dövlətin müstəsna mülkiyyətində olmasını qeyd etmişdir. Ümumiyyətlə mübahisə predmeti olan torpaq sahəsinin üzərində hər hansı bir tikili yoxdur. Məhkəmə sözügedən tikilinin mövcud olub-olmadığını araşdırmadan cavabdeh tərəfindən təqdim olunan çıxarış əsasında tikilinin mövcud olduğu qənaətinə gəlmişdir. Həmçinin məhkəmə öz qərarında qeyd etmişdir ki, guya ki, mövcud olan qeyri-yaşayış sahəsi dövlətin müstəsna mülkiyyətində olub və həmin mülkiyyət sonradan X1. Lakin məhkəmə sözügedən 16 kv metr qeyri-yaşayış sahəsinin X4 mülkiyyətinə keçməmişdən əvvəl dövlətin mülkiyyətində olmasını təsdiq edən hər hansı bir sübuta əsaslanmamışdır. Yəni mübahisə predmetinin üzərində yerləşən 16 kv. metr qeyri-yaşayış sahəsinin vətəndaşa satılmamışdan əvvəl dövlətə məxsus olduğunu təsdiq edən heç bir sənəd cavabdeh tərəfindən məhkəməyə təqdim edilməsə də, məhkəmə bu torpaq sahəsinin Bələdiyəyə yox, məhz dövlətə məxsus olmasını öz qərarında bildirmişdir. Halbuki dövlət mülkyyətində olan torpaq sahələrinin məhdud siyahısı Torpaq Məcəlləsində dəqiq olaraq göstərilmiş və icarədə olan həmin torpaq sahəsi siyahıda göstərilən torpaqlara aid deyildir. “X5” qanunun 7-ci maddəsində qeyd edilmişdir ki, ümumi istifadədə olan torpaqlar Bələdiyyə torpaqlarına aiddir. Mübahisə predmeti olan topraq sahəsi sahildən 50 metr aralı olduğuna görə ümumi istifadədə olan torpaq sahəsidir, ona görə də dövlət mülkiyyətinə aid edilə bilməz. Torpaq sahəsi dövlət obyektlərinin altında yerləşən torpaq sahəsidirsə, onda hansı dövlət obyektinin altında yerləşməsi haqqında məhkəməyə məlumat verilməli idi və məhkəmə öz qərarında bu haqda qeyd aparmalı idi. Lakin bu sübutların heç biri məhkəməyə təqdim edilməsə də, məhkəmə torpaq sahəsinin məhz dövlət mülkiyyətində olması qənaətinə gəlmişdir. “X5” qanunun 7-ci maddəsində ümumi istifadədə olan torpaqlara bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrin, meydanların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı, habelə əhalini mal-qarası üçün örüş sahələri, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların və ümumi istifadədə olan digər obyektlərin yerləşdiyi torpaqlar aiddir. Beləliklə, normadan göründüyü kimi, hətta həmin torpaq sahəsinin üzərində obyekt olsa belə, həmin obyektin yerləşdiyi torpaq bələdiyyəyə də məxsus ola bilər. Həmçinin, cavabdeh tərəfindən məhkəməyə təqdim edilən 392 saylı müqavilədən görünür ki, həmin müqavilə qanuna uyğun formada tərtib edilməyib və bu səbəbdən də əhəmiyyətsizdir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X2 Təşkili üzrə Dövlət Agentliyi haqqında əsasnamənin 3.0.2-ci bəndində qeyd edilmişdir ki, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin qiymətləndirilməsini və satışını həyata keçirmək Agentliyin vəzifəsi kimi göstərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi haqqında əsasnamənin 2.0.1-ci maddəsində özəlləşdirmə prosesində dövlət müəssisə və obyektlərinin, habelə dövlət müəssisələrinin bazasında yaradılan səhmdar cəmiyyətlərinin səhmlərinin, dövlət mülkiyyətinə keçməklə müsadirə olunmuş əmlakın, müəyyən olunmuş hallarda borclara görə üzərinə həbs qoyulmuş dövlət əmlakının, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda digər əmlakın hərraclarda satışını Hərracların Təşkili üzrə Auksion Mərkəzi həyata keçirir. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə Azərbayccan Respublikasının Prezidentinin 23.12.2000-ci il tarixli 432 nömrəli fərmanının 8.1-ci maddəsinə əsasən isə Alıcı hərraclarda aldığı səhmlərə mülkiyyət hüququnu hərracın nəticələri haqqında protokolun təsdiq edildiyi gündən əldə edir və bu barədə Əmlak Məsələləri Dövlət Komitəsi ona müvafiq sənəd verir. Beləliklə, sözügedən dövlət obyekti vətəndaş X6 yalnız hərrac vasitəsi ilə satılmalı və ona hərracın nəticələri barədə protokol təqdim edilməli idi. Buna əsasən də, dövlət obyekti özəlləşdirilməli idi. Qeyd olunan obyekt isə qanuna zidd olaraq X7 arasında bağlanmış müqaviləyə əsasən özəlləşdirilmişdir. Tərəflərin izahatları: Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, iddiaçının və cavabdehin nümayəndələrini dinləyərək, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçının apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-27/2021 saylı 25 yanvar 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materialları ilə müəyyən edilir ki, Sumqayıt Bələdiyyəsinin 09 aprel 2004-cü il tarixli, 111 saylı qərarı ilə Sumqayıt- Novxanı yolunun dəniz kənarı zolağı boyunca ümumilikdə 140 metr sahil zolağında yerləşən torpaq sahəsi İddiaçı icarəyə verilmiş və onunla Sumqayıt Bələdiyyəsi arasında qeyd olunan torpaq sahəsinə dair 12 may 2004-cü il tarixli, 104 saylı torpaq icarə müqaviləsi bağlanılmışdır. 07 aprel 2016-cı ildə həmin torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X2 Təşkili üzrə Dövlət Agentliyi ilə X8 arasında alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilə üzrə X4 yaranmış hüquqları DƏDRX-də qeydiyyatdan keçərək 21.05.2016-cı ildə dövlət qeydiyyatına alınmışdır. İddiaçı müvafiq iddia ilə məhkəməyə müraciət etmiş və qeyd etmişdir ki, torpaq sahəsinin kimlərin adına və hansı sənədlərə əsasən rəsmiləşdirilməsinə dair ona heç bir məlumat verilməmişdir. Hesab edir ki, həmin şəxslər işə cəlb edilərək onlara verilən çıxarışın hansı sənədlərə əsasən verilməsi müəyyən olunaraq istifadəsində olan 0.35 ha torpaq sahəsinin istifadəsinə qaytarılması məqsədilə həmin sənədlərə və çıxarışa dəyişiliklik edilməlidir. Birinci instansiya məhkəməsi iddianı rədd etmiş və hesab etmişdir ki, torpaq sahəsi Xəzər dənizinin sahilboyu ərazisində yerləşdiyinə görə həmin torpaq sahəsi ümumi istifadədə olan torpaq sahələrinə və bələdiyyənin ehtiyyat fondu torpaqlarına aid edilə bilməz. Bundan başqa, Sumqayıt Bələdiyyəsi qeyd olunan torpaq sahəsinin onun balansında olmasını bildirməsinə baxmayaraq, buna dair hər hansı bir dəlili məhkəməyə təqdim etməmişdir. İddiaçı həmin qərarla razılaşmamış və apelyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası yaranmış mübahisə ilə bağlı aşağıdakıları qeyd edir. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin məhkəməyə ünvanlanmış cavab məktubundan görünür ki, X4, Sumqayıt- Novxanı dənizkənarı yolunun yaxınlığında yerləşən, dövlət mülkiyyətinə aid 1,61 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı Əmlak Məsələləri Dövlət Komitəsi ilə vətəndaş arasında bağlanmış 07 aprel 2016-cı il tarixli, 392 nömrəli “Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqı müqaviləsi” əsasında 21 may 2016-cı il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Məktubda həmçinin bildirilmişdir ki, Sumqayıt bələdiyyəsi tərəfindən İddiaçı icarəyə verilmiş 0,35 ha torpaq sahəsi ilə bağlı hər hansı bir məlumat aşkar edilməmiş, torpaq sahəsinə dair yerləşmə mövqeyi və faktiki koordinatlar müraciətə əlavə edilmədiyindən, dövlət torpağı olaraq özəlləşdirilən 1,61 ha torpaq sahəsinin hüdudları daxilinə və ya xaricinə düşübdüşmədiyini müəyyənləşdirmək mümkün olmamışdır. Odur ki, sözügedən 0,35 ha torpaq sahəsinin yerləşmə mövqeyi və faktiki koordinatları dəqiqləşdirilməklə müraciətə əlavə edildikdən və yerində texniki müayinə baxışı keçirildikdən sonra torpaq sahəsinin mülkiyyət növü barədə məlumat verilə bilər. Sumqayıt Bələdiyyəsinin məhkəməyə ünvanlanmış cavab məktubundan görünür ki, Sumqayıt Bələdiyyəsinin 09 aprel 2004-cü il tarixli, 111 saylı qərarı ilə Sumqayıt- Novxanı yolunun dəniz kənarı zolağı boyunca ümumilikdə 140 metr sahil zolağında yerləşən torpaq sahəsi İddiaçı adına rəsmiləşdirilmiş və onunla Sumqayıt Bələdiyyəsi arasında qeyd olunan torpaq sahəsinə dair 12 may 2004-cü il tarixli, 104 saylı torpaq icarə müqaviləsi bağlanılmışdır. Adı çəkilən bələdiyyə qərarı və torpaq icarə müqaviləsi halhazırda da qüvvədədir, lakin İddiaçı tərəfindən torpaqdan istifadəyə görə Sumqayıt Bələdiyyəsinə hər hansı ödəniş edilməmişdir. Sözügedən torpaq sahəsi sonradan Sumqayıt Bələdiyyəsi tərəfindən hər hansı başqa fiziki, yaxud hüquqi şəxsin adına rəsmiləşdirilməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46.1-ci maddəsinə əsasən dövlət obyektlərinin- dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlət mülkiyyətində olan torpaqlara aiddir. Həmin Məcəllənin 46.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. Həmin Məcəllənin 47.1-ci maddəsinə əsasən: 1) ümumi istifadədə olan torpaqlar; 2) hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlar; 3) ehtiyat fondu torpaqları bələdiyyə mülkiyyətinə aid olan torpaqlar hesab edilir. Həmin Məcəllənin 47.3-cü maddəsinə əsasən ümumi istifadədə olan torpaqlarabir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin - küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Həmin Məcəllənin 47.4-cü maddəsinə əsasən hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara onların qanuni istifadəsində və icarəsində olan bələdiyyə torpaqları daxildir. Həmin Məcəllənin 47.5-ci maddəsinə əsasən bələdiyyə ehtiyat fondu torpaqlarınayaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları; ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları aiddir. Sadalanan normaların məzmunundan görünür ki, qeyd olunan torpaq sahəsi Xəzər dənizinin sahilboyu ərazisində yerləşdiyinə görə həmin torpaq sahəsi ümumi istifadədə olan torpaq sahələrinə və bələdiyyənin ehtiyyat fondu torpaqlarına aid edilə bilməz. Kollegiya qeyd edir ki, torpaq sahəsi Sumqayıt-Novxanı avtomobil yolunun 140 metr sahil zolağında yerləşir və həmin torpaq sahəsi dövlətin müstəsna mülkiyyətində olmuş, həmin torpaq sahəsinin üzərində dövlətə məxsus ümumi sahəsi 16.6 kv.m qeyriyaşayış binası mövcud olmuşdur. Belə olduğu tədqirdə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46.1-ci maddəsinə görə dövlətin balansında olan obyektin altındakı torpaq sahəsi dövlət mülkiyyəti hesab edilir. Bundan başqa, mübahisə predmeti olan torpaq sahəsinin alqı-satqı müqaviləsi bağlanmamışdan öncə həmin torpaq sahəsinin üstündə yerləşən qeyri-yaşayış binası dövlətin müstəsna mülkiyyətində olmuş və həmin qeyri-yaşayış binasına dair ƏMDK yanında DƏDRX tərəfindən 01.04.2016-cı il tarixli, ********** saylı çıxarış verilmişdir. Sumqayıt Bələdiyyəsi isə qeyd olunan torpaq sahəsinin onun balansında olmasını bildirməsinə baxmayaraq, buna dair hər hansı bir dəlili məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 155.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasına mülkiyyət hüququ ilə mənsub olan əmlak dövlət mülkiyyətidir. Həmin Məcəllənin 155.2-ci maddəsinə əsasəsn fiziki, hüquqi şəxslərin və ya bələdiyyələrin mülkiyyətində olmayan torpaq və digər təbii ehtiyatlar dövlət mülkiyyətidir. Azərbaycan Respublikası İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-27/2021 saylı 25 yanvar 2021-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, bununla da İddiaçı apelyasiya şikayəti təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-27/2021 saylı 25 yanvar 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: ünvan 5zibati Kollegiyasına (ünvan: ünvan 6
Məhkəmə qərarları › İş №2-1(105)-407/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-407/2021
05.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver