Məhkəmə qərarları › İş №2-1(105)-407/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-407/2023

17.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-407/2023 17.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə (Açar sözlər:yaşa görə güzəştli şərtlə əmək pensiyasının təyin edilməsi, uşağa qulluq illərinin sosial sığorta stajına daxil edilməsi) Sədrlik edən və məruzəçi hakim X3, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı cavabdehin üzərinə uşağı xx.xx.1998-ci il təvəllüdlü X5 xx.xx.1998-ci ildən xx.xx.2001ci ilədək işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət onun ümumi iş stajı nəzərə alınmaqla 52 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən ona güzəştli şərtlərlə pensiyanın təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-727/2023 nömrəli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının 19 avqust 2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. AZE seriyalı, ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1967-ci ildə anadan olmuşdur. Azərbaycan SSR X9 Təhsil Komitəsi tərəfindən verilmiş 756297 saylı, 25 iyul 1985-ci il tarixli diplomdan görünür ki, İddiaçı 01 sentyabr 1984-cü ildə Sumqayıt şəhər 35 nömrəli orta texniki peşə məktəbinə daxil olmuş və 25 iyul 1985-ci ildə kompressor qurğuları üzrə maşinist peşəsi üzrə orta texniki peşə məktəbinin tam kursunu bitirərək ümumi orta təhsil almışdır. İddiaçıya məxsus 12 avqust 1985-ci ildə açılmış ИТ-İ ******* saylı əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1984-cü ildən xx.xx.1985-ci ilədək təhsil almış, xx.xx.1985-ci ildən xx.xx.2013-cü ilədək, xx.xx.2013-cü ildən halhazıradək əmək fəaliyyəti ilə məşğul olur. XXİ-ЖГ 344167 saylı “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X7 xx.xx.1998-ci ildə anadan olmuşdur və onun “anası” qarafasında İddiaçı adı qeyd edilmişdir. “Azərikimya” İstehsalat Birliyi “Etilen-Polietilen” zavodu Kadrlar şöbəsinin 75 və 76 saylı 20 aprel 2022-ci il tarixli arayışlarından görünür ki, İddiaçı 05 avqust 1985-ci ildən 31 dekabr 2005-ci ilə kimi və 01 yanvar 2006-cı il tarixdən 10 dekabr 2013-cü il tarixə kimi “Azərikimya” İstehsalat Birliyinin keçmiş “Üzvi sintez“zavodunun məişət və sənaye çirkab sularının təmizlənməsi sexində kompressor, nasos qurğu maşınisti peşəsində işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının X bölməsinin 2-ci bəndinin 1080AO20 şifrinə əsasən 2 saylı siyahısında sadalanan çirkab sənaye sularının neytrallaşdırılması və tənzimlənməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarının 8-ci bölməsinin 8.3.2-ci bəndinə əsasən siyahısında sadalanan çirkab sənaye sularının neytrallaşdırılması və tənzimlənməsi istehsalatında güzşətli şərtlərlə pensiya təyin etmək hüququ verir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək “cavabdehin üzərinə uşağı xx.xx.1998ci il təvəllüdlü X5 xx.xx.1998-ci ildən xx.xx.2001-ci ilədək işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət onun ümumi iş stajı nəzərə alınmaqla 52 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən ona güzəştli şərtlərlə pensiyanın təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 19 avqust 2022-ci il tarixli, **********8 nömrəli məktubuna əsasən, ona güzəştli şərtlərlə pensiya təyin olunmasından imtina edilmişdir. İmtina məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş 9.1-ci maddəsinə əsasən onun fərdi hesabının sığorta hissəsində qeydə alnmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Belə ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensia təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 55920,00 manat təşkil edirdi. Buna görə də həmin tarixədək ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. Sözügedən Qanunun qüvvədə olan 9.1-ci maddəsinə əsasən qadınlara münasibətdə güzşətli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş (hazırda 58 yaş) çatdıqdan sonra sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması məsələsinə baxılacaqdır. Məlumat üçün bildiririk ki, Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə 0.08.1985-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində “Azərikimya” İstehsalat Birliyi keçmiş “Üzvi Sintez” azvodunun məişət və sənaye çirkab sularının təmizlənməsi sexində işlədiyi qeyd olunmuşdur. Adıçəkilən müəssisədəki iş stajına aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı xx.xx.1998-xx.xx.2001-ci il və xx.xx.2001-xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində ödənişsiz məzuniyyətdə olduğu müəyyən edilmişdir. Bu fakt “Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional filialı ilə “Azərikimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun birgə aktı ilə təsdiq edilmişdir. Qanunvericilikdə yalnz məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edildiyindən (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd edilən dövr üzrə ödənişsiz məzuniyyətdə olduğu müddəti iş stajına daxil etmək mümkün deyil. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Hesab edir ki, imtina qanunsuz və əsassızdır. 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000- ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Sadalanan hüquq normalarının qarşılıqlı təhlilinə görə 2 nömrəli Siyahı üzrə onun 50 yaş+2 yaş=52 yaşdan güzəştli şərtlə pensiya hüququ yaranır. Yuxarıda bəhs edilən normaların təhlilinə yaxud “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 1 yanvar 2006-cı ilə qədər iddiaçının 2 nömrəli Siyahıda qeyd edilən peşədə on il işləməsi təsdiq edilərsə və 20 il ümumi stajı olarsa, onun (50+2) 52 yaşdan güzəştli şərtlə pensiya hüququ yaranmış olacaqdır. O, xx.xx.1967-ci ildə anadan olmuşdur. Etilen-Polietilen Zavodunun xx.xx.2022-ci il tarixli 75 nömrəli arayışında qeyd olunmuşdur ki, xx.xx.1985-ci ildən xx.xx.2005-ci il tarixədək “Azərkimya” İstehsalat Birliyinin keçmiş “ Üzvi sintez” zavodunun məişət və sənaye çirkab sularının təmizlənməsi sexində nasos qurğu maşinisti vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993 -cü il tarixli 320 saylı qərarının 10-cu bölməsinin 2-ci bəndinin 1080A020 şifrinə əsasən 2 saylı siyahısında sadalanan çirkab sənaye sularının neytrallaşdırması və təmizlənməsi istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. Cəmi 1 il 10 aydır. Etilen-Polietilen Zavodunun xx.xx.2022-ci il tarixli 76 nömrəli arayışında qeyd olunmuşdur ki, xx.xx.2006-ci ildən xx.xx.2013-ci il tarixədək “Azərkimya” İstehsalat Birliyinin keçmiş “Üzvi sintez” zavodunun məişət və sənaye çirkab sularının təmizlənməsi sexində kompressor, nasos qurğu maşinisti vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007 -ci il tarixli 12 nömrəli qərarın 8-ci bölməsinin 8.3.2. bəndinə əsasən siyahıda sadalanan çirkab sənaye sularının neytrallaşdırılması və təmizlənməsi istehsalatında güzəştli şərtlərlə pensiya təmin etmək hüququ verir. Cəmi 8 il 5ay 1 gün təşkil edir. Həmin arayışlarda qeyd edilən güzəştli şərtlərlə pensiya 20 ildən artıqdır. Etilen - Polietilen Zavodunun 75, 76 saylı arayışlarında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahı üzrə müəyyən edilmiş tələb edilən 10 ildən güzəştli şərtlərlə imtiyazlı iş stajı təsbit olunmuşdur. Onun uşağı X7 xx.xx.1998-ci ildə anadan olmuşdur. Yəni xx.xx.1998-ci ildən xx.xx.2001-ci ilə kimi “Vətəndaşların pensiya təminatı” haqqında Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “e” bəndinə əsasən, işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət onun iş stajı ümumi iş stajına əlavə edilir. Əmək kitabçasında qeyd olunan məlumatlardan göründüyü kimi iddiaçının 31 dekabr 2005-ci il tarixinədək ümumi iş stajı 20 ildən artıq 21 il 3 ay 22 gün, güzəştli şərtlərlə on ildən artıq 20 il 4 ay 26 gün iş stajı vardır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçının iddia tələbi əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, iddiaçı 11 may 2022-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə təyinat üzrə mərkəzi filialında iddiaçının müraciəti araşdırılmış, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmadığı müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahı üzrə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə nəzərdə tutulan işlərdə azı 10 ilini çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 55920,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 34400,68 manat təşkil edir. Beləliklə iddiaçının: 1) Şəxsiyyət vəsiqəsinə əsasən 55 yaşı vardır; 2) Fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 29 iyun 2022-ci il tarixədək əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Buna görə də həmin tarixədək iddiaçıya güzşətli şərtlərlə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Həmçinin, iş materiallarına əlavə olunmuş arayışa əsasən, iddiaçın xx.xx.1985- 10.2013-cü il tarixləri arasındakı dövr ərazində “Aəzrikimya” İstehsalat Birliyi keçmiş “Üzvi sintez” zavodunun məişət və sənaye çirkab sularının təmizlənməsisexində işləməsi qeyd olunmuşdur. İddiaçının adıçəkilən müəssisədəki iş stajına ad məlumatların yerində dəqiqləşdirilməsi zamanı xx.xx.1998-xx.xx.2001-ci il və xx.xx.2001-xx.xx.2001ci il tarixləri arasındakı dövr ərazində ödənişsiz məzuniyyətdə olması müəyyən edilib. Bu fakt Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional filialı ilə “Azərikimya” İstehsalat Birliyinin “Etilen- Polietilen” zavodunun birgə aktı ilə təsdiq edilmişdir. Qanunvericilikdə yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövlər əmək pensiyası təyin edilərkən iş stajına aid edildiyindən (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeydedilən dövr üzrə ödənişsiz məzuniyyətdə olduğu müddəti iş stajına daxil etmək mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-727/2023 nömrəli qərarı ilə iddia iddianın qismən təmin edilməsi, İddiaçı xx.xx.1998-ci il təvəllüdlü X5 xx.xx.1998-ci ildən xx.xx.2001-ci ilədək işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddətin onun sosial sığorta stajı kimi nəzərə alınmaqla ona 52 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və xx.xx.2019-cu il tarixdən ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqan iddiaçının xx.xx.1998-ci-xx.xx.2001-ci il və xx.xx.2001-xx.xx.2001-ci il tarixləri arasında xx.xx.1998-ci il təvəllüdlü X5 işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddəti onun sosial sığorta stajının hesablanması zamanı nəzərə almamışdır. İddiaçı tələbində həmin dövrlərin də sosial sığorta stajı kimi nəzərə alınmasını xahiş edir. Cavabdeh inzibati orqanın qeyd olunan dövlərin iddiaçının sosial sığorta stajı kimi nəzərə alınmasından imtinası əsassız olmuşdur. Qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt İnzibati Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli 2-1(118)-727/2023 nömrəli qərarı məhkəmənin işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmaması nəticəsində qəbul edildiyindən, qanuni və əsaslı deyildir. Buna görə də, həmin qərar ləğv edilməli, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir. Hazırki iş üzrə müəyyən olunur ki, iş materiallarına əlavə olunmuş arayışa əsasən, iddiaçının xx.xx.1985-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində “Azərikimya” İstehsalat Birliyi keçmiş “Üzvi sintez” zavodunun məişət və sənaye çirkab sularının təmizlənməsi sexində işləməsi qeyd olunmuşdur. İddiaçının adıçəkilən müəsisədəki iş stajına aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı xx.xx.1998-xx.xx.2001-ci il və xx.xx.2001-xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində ödənişsiz məzuniyyətdə olması müəyyən edilib. Bu fakt “Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional filialı ilə “Azərikimya” istehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun birgə aktı ilə təsdiq edilmişdir. Qanunvericilikdə yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edildiyindən (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd edilən dövr üzrə ödənişsiz məzuniyyətində olduğu müddəti iş stajına daxil etmək mümkün olmamışdır. Məhkəmə işin faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmadan iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yarandığına dair hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-665/2021 saylı iş üzrə qərarında qeyd olunur ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışları həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımırlar. Ona görə də, işlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməlidir. Şəxsin işlədiyi peşələrin Siyahıda göstərilən peşələrə uyğunlaşdırılmasında çətinlik yarandıqda, məhkəmə işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, işçinin əmək funksiyaları və eyniləşdirmə üçün zəruri olan digər meyar əlamətlərini əks etdirməklə arayış verilməsini tələb edə bilər. İddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. Belə ki, qüvvədə olan qanunvericiliyə əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün aşağıdakı elementlər mövcud olmalıdır: 1.iddiaçının 60 yaşının tamam olması; 2. 25 il ümumi iş stajının mövcud olması; 3. 12 il 6 ay güzəştli iş stajının mövcud olması; Yuxarıda qeyd edilən qanunvericilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınmaqla qeyd edilməlidir ki, Sumqayıt İnzibati Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli 2-1(118)-727/2023 nömrəli qərarı qanunsuz və əsassızdır. İddiaçının apellyasiya şikayətinə dair etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin birinci hissəsinin b) bəndinə əsasən: əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların,““peşələrin,““vəzifələrin və““göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar- 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq“Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən,“axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan“sığortaolunanların:“ kişilər -“60“yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar -“55“yaşına çatdıqda, azı 20 il“sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa“və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işçilərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq eidlmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmjin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzfələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin,vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il traixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6- cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı" 1.“İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: Maddə 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. 2.Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. “Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırki iş üzrə mübahisə predmetini uşağa qulluq illərinin sosial sığorta stajı kimi nəzərə alınmaqla, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi təşkil edir. İddiaçı 20 ildən artıq ümumi və güzəştli iş stajına malik olmasını və 52 yaşdan güzəştli şərtlərlə əmək pensiya hüququnun yaranmasını əsas götürərək, belə bir iddia tələbini irəli sürmüşdür. Cavabdeh inzibati orqan imtinanın əsası kimi güzəştli şərtlər pensiya təyin edilməsi üçün yaşın 60 yaş olması, 25 il iş stajının olması şərtlərinin mövcudluğunu zəruriliyi, habelə pensiya kapitalının kifayət qədər məbləğdə olmaması, uşağa qulluq illərinin sığorta stajına daxil edilməsinin mümkün olmaması kimi hallara istinad etmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşğaıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iddiaçı xx.xx.1967-ci il təvəllüdlü olmaqla, xx.xx.2019-cü il tarixdə 52 yaşı tamam olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci bəndinə və “Vətəndaşların pensiya təminatı” haqqında Qanunun 13-cü maddələrinə uyğun olaraq iddiaçıya 2 saylı siyahı üzrə 52 yaşdan güzəştli şərtlər pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) xx.xx.2006-cı ilə qədər 20 ildən az olmayan ümumi iş stajının mövcud olması və 2) xx.xx.2006-cı ilə qədər azı 10 il güzəştli iş stajının mövcud olması. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.2005-ci il tarixədək tam iş günü “Azərikimya” İstehsalat Birliyinin keçmiş “Üzvi sintez” zavodunun məişət və sənaye çirkab sularının təmizlənməsi sexində nasos qurğu maşinisti peşəsində işləmişdir. Bu hal həm əmək kitabçası, həm də iş yerindən verilmiş arayışla öz təsdiqini tapmış, cavabdeh tərəfindən bu halın təkzib edilməsinə dair heç bir dəlilə istinad edilməmiş, heç bir sübut təqdim edilməmişdir. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı 01 sentyabr 1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək kompressor qurğuları üzrə maşinist peşəsinə dair təhsil almışdır. Bu halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 20 ildən artıq ümumi iş stajına malik olması halı öz təsdiqini tapır. Həmçinin, qeyd olunmalıdır ki, iddiaçının işlədiyi qeyd edilən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarının 2 saylı Siyahısında qeyd olunmuş, habelə həmin peşə üzrə 10 ildən artıq xüsusi iş stajına malik olması halı “Azərikimya” İB-nin “Etilen- Politetilen” zavodunun Kadrlar Şöbəsi tərəfindən verilmiş arayışlarda da öz təsdiqini tapmışdır. Göründüyü kimi, iddiaçının 52 yaşı tamam olduğundan, güzəştli şərtlərlə pensiya hüququ verən umumi iş stajı (20 il) və güzəştli iş stajına (10 il) malik olduğundan yuxarida qeyd olunan qanunvericilik normalarının tələbinə əsasən onun güzəştli şərtlərlə pensiya hüququ yaranmışdır. Eyni zamanda məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı onu qeyd edir ki, iddiaçının uşağına qullqu etdiyi dövrlər olan xx.xx.1998-xx.xx.2001-ci il və xx.xx.2001xx.xx.2001-ci illəri əhatə etməklə, ümumilikdə 3 il müddəti əhatə edir. “Vətəndaşlarən pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “e” bəndinə əsasən işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq, ümumi iş stajına daxil edilir. İş materiallarından görünür ki, iddiaçının işləmədiyi dövr (ödənişsiz məzuniyyətdə olduğu dövr) məhz körpə uşağına qulluq edilməsi ilə bağlı olmuşdur. Bu halda, məhkəmə kollegiyası qeyd olunan hüquq normasının tələbini əsas götürərək, hesab edir ki, birinci isntansiya məhkəməsi qeyd olunan hissədə işin hallarına düzgün hüquqi qiymət verərək, maddi hüquq normaısnı düzgün tətbiq etmiş, həmin dövrü iddiaçının sosial sığorta stajına aid edilməli olan dövr kimi nəzərə almışdır. Həmçinin, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlili kimi istinad etdiyi digər hallarla bağlı onu qeyd edir ki, iddiaçının əmək pensiya hüququ “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun normalarına əsasən yarandığından, həmin qanunvericilik normalarının tələbinə əsasən isə əmək pensiyası hüququnun yaranması üçün zəruri olan şərt kimi pensiya kapitalının olması şərti nəzərdə tutulmadığından, cavabdeh inzibati orqanın istinad etdiyi bu hallar da əsassız olmuşdur. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə iddiaçı inzibati orqana xx.xx.2022ci il tarixdə müraciət etdiyindən, əvvəlki dövrdə müraciət etməsi və ya müraciət etməməsinin səbəblərinin üzrlü olması halı müəyyən edilmədiyindən, birinci instansiya məhkəməsi pensiyanın hesablanması və ödənilməsi ilə bağlı onun inzibati orqana müraciətindən üç il əvvəl tarixdən, yəni xx.xx.2019-ci il tarixdən hesablanmalı və ödənilməli olması hissəsində də düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qrazılaşaraq, qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: “ Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-727/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar