Məhkəmə qərarları › İş №2-1(105)-407/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-407/2024

10.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-407/2024 10.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızız və X5 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, Ərizəçinin nümayəndəsi Nümayəndə, Üçüncü şəxs X2 iştirakı ilə, Ərizəçi İddiaçı yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsi üzrə Sumqayıt İnzibati Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 2-1(118)-344/2022 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Quba rayonu, Susayqışlaq kəndi ərazisində yerləşən, ona məxsus 0.48 ha torpaq sahəsinə dair X2 adına verilmiş çıxarışın ləğv edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-344/2022 nömrəli, 07 iyul 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2- 1(105)-357/2022 nömrəli qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-344/2022 nömrəli, 07 iyul 2022-ci il tarixli qərarı ləğv edilərək, iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 101/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(105)-357/2022 nömrəli qərarı qüvvədə saxlanılmışdır. İddiaçı Sumqayıt İnzibati Məhkəməsinə vəsatətlə müraciət edərək yeni sübutlar əldə edildiyinə görə məhkəmə icraatının təzələnməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-101/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməyərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(105)-357/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiya məhkəməsi öz mövqeyini əsaslandıraraq (qərarın 23- 34 bəndləri) qeyd etmişdir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarınını tələblərinə riayət edilmiş, şikayətdə fundamental vacib hüquqi məsələlər qaldırılmamış, kassasiya şikayətinin dəlilləri məzmun və mahiyyət baxımından iddia ərizəsinin dəlillərini təkrarlamış, qanunvericiliyin istinad olunan normaları baxımından 3-cü şəxsin adma verilmiş çıxarışın ləğv edilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmış və həmin məsələləri təkrarlamağa lüzum qalmamışdır, apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına huquq normalarını da düzgün tətbiq etmiş, X2 adına dövlət reyestrdən çıxarış hüquqmüəyyənedici sənəd olan torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında hazırlandığı qeyd edilmiş, həmin məlumat elektron bazada əksini tapmış, İddiaçı xx.xx.2005-ci il tarixindən Quba rayonunun Susayqışlaq kəndində yaşayış yeri üzrə qeydiyyatdadır, sərhəd qonşuların torpaq planında 18 nömrəli torpaq sahəsinin mülkiyyətçisi qismində X6 göstərilmiş və yuxarıda göstərilənlərə əsasən apellyasiya məhkəməsinin qərarı qanuni və əsaslı hesab edilərək kassasiya instansiyasının qeyd edilən qərarı qəbul edilmişdir. Kassasiya instansiyasının dəlilləri ilə əlaqədar ərizəçi aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə-İPM) 12-ci maddəsinin işin hallarının araşdırılması prinsipi pozulmuşdur. Həmin pozuntu maddi normaların fundamental pozulması ilə nəticələnmişdir. Məhkəmələr inzibati prosesin təməlini təşkil edən yuxarıda qeyd edilən prinsipə əməl etməmişlər. Ərizəçi hesab edir ki, İİ instansiya məhkəməsi üzərinə düşən vəzifə borcunu yerinə yetirməmiş, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları inzibati icraat zamanı araşdırmamış, natamam prosessual hərəkətləri ilə 3-cü şəxs X2 torpaq sahəsinə mülkiyyət hüququnun tanınması üçün şərait yaratmışdır. Kassasiya instansiya məhkəməsi İİ instansiya məhkəməsinin mövqeyi ilə tam razılaşmışdır. Burada qeyd edilməlidir ki, kassasiaya instansiya məhkəməsi Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(105)357/2022 nömrəli qərarında mövqeyi ilə razılaşdığını qeyd edərək təkrarlamağa lüzum görmədiyini bildirmişdir (2-1(102)-101/2023 saylı xx.xx.2023-cü il tarixli qərarın 26-cı bəndi). Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 8 nömrəli qərarı ilə ərizəçi İddiaçı JNq-001 8 KOD 30308028 torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə Quba rayonu, Susayqışlaq kəndində yerləşən 0,48 ha torpaq sahəsi mülkiyyətinə verilmişdir. Bununla bağlı ərizəçi aşağıdakıları qeyd edir. Torpaq payının verilməsi ilə əlaqədar hüquqmüəyyənedici sənəd kimi çıxış edən torpağa mülkiyyət hüququna dair X12 islahatı haqqında Azərbaycan Respublikasının Qanununun tətbiqi ilə əlaqədar verilirdi. Torpaq islahatı haqqında Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsinin tələbləri ilə sovxoz və kolxozların torpaqlarından pay almaq hüququ olan subyektlərin dairəsi müəyyən edilib: sovxoz və kolxozlarda daimi işləyən şəxslər; bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər; sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan şəxslər; sovxozun və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qaib olmuş şəxslər; bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər. Qanunverici Torpaq islahatı haqqında Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinin tələbləri ilə Qanunun subyektini müəyyən edərkən “torpağa bağlılıq” meyarını əsas götürmüşdür. X11 filialının 3-48-DA-6F/2 2-5xxxx/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubu ilə təqdim edilmiş Quba rayonunun Susayqışlaq kəndinin 1991-1995-ci illərə aid təsərrufatbaşına kitablarda P.Ağabalayev xx.xx.1983-cü ildə Bakıya işləməyə getdiyi barədə qeyd vardır. Eyni zamanda həmin sənəddən görünür ki, İddiaçı 1997-ci ildə ərinin təsərrüfatına gəlib. Azərbaycan Respublikası DİN BPQMİ 3-13-18/2-18659-23 saylı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixədək yaşayış yeri üzrə qeydiyyat barədə məlumat aşkar edilməmişdir. Aşağı Atuc bələdiyyəsinin 13 saylı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, 1997-ci illin əvvəllərindən İddiaçı Qədir Mərdanovla faktiki nikah (vətəndaş nikahı) münasibətlərində olub və həmin vaxtdan Quba rayonunun Susayqışlaq kəndində birgə təsərrüfat aparmaqla yaşayıblar. Hacıhüseynli bələdiyyəsinin 23 saylı xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Quba rayonu, Gənclər qəsəbəsində anadan olmuş Məmmədova (Mərdanova) Bahar Əhməd qızına başqa inzibati ərazidə yaşadığı üçün və torpaq sahəsi həmin inzibati ərazidə verildiyi üçün Gənclər kəndinin ərazisində ona torpaq sahəsi ayrılmamışdır. Azərbaycan Respublikası DİN BPQMİ 3-13-18/2-10841/23 saylı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.1995-ci ildən P.Ağabalayevin daimi yaşayış yerin qeydiyyatı Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 55 A, mən 5-dir. X11 filialının 3-48-DA-6F/2 -6xx-xx/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Quba rayonunun Susayqışlaq kəndi ərazisində fəaliyyət göstərmiş “Şahdağ” Aqrofirması tərəfindən vətəndaşlara əmlak payı verilməsi haqqında olan cədvəldə X2 adı yoxdur. Aşağı Atuc bələdiyyəsinin 10 saylı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, P.Ağabalayev maddi normanın “bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər” tələbinin təsiri altına düşmür. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən təqdim edilən 3-17-5/2-18753/2023 saylı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, torpaq islahatı aparılan dövrdə X1 rayonunun Susayqışlaq kəndin sovxoz və kolxozlarda daimi işləməmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov rayon idarəsinin 3-43-46/2-841/2023 saylı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, P.Ağabalayev xx.xx.1981-ci il tarixindən xx.xx.1983-cü il tarixədək müddətli həqiqi hərbi xidmətdə olmuş, daha sonra xx.xx.1993-cü il tarixindən xx.xx.1998-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur və buna görə maddi normanın “sovxozun və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qaib olmuş şəxslər” tələbinin təsiri altına düşmür. Azərbaycan Respublikası DİN BPQMİ 3-13-18/2-10841/23 saylı xx.xx.2023-cü il tarixli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən təqdim edilən 3-17-5/2-18753/2023 saylı xx.xx.2023-cü il tarixli, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov rayon idarəsinin 3-43-46/2-841/2023 saylı xx.xx.2023-cü il tarixli məktubları, habelə X11 filialının 3-48-DA- 6F/2 2-58439/2023 saylı xx.xx.2023-cü il tarixli məktubu ilə təqdim edilmiş Quba rayonunun Susayqışlaq kəndinin 1991-1995-ci illərə aid təsərrufatbaşına kitabdakı qeydlərin birgə təhlili göstərir ki, P.Ağabalayev maddi normanın “sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan şəxs” tələbinin təsiri altına düşmür. Beləliklə, 1983-cü ilin dekabr ayından Bakıda yaşayan, xx.xx.1993-cü ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət edən, 1995-ci ildən Bakı şəhərində rəsmi qeydiyyatda olan və daimi yaşayan P.Ağabalayev “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsinin tələblərinin təsiri altına düşmür, buna görə Qanunla müəyyən edilmiş torpaq payı almaq hüququna malik olan subyekt deyil. Belə olan halda, P.Ağabalayevə Torpaq islahatı haqqında Azərbaycan Respublikasının Qanunun tələbləri çərçivəsində torpaq payının ayrılması barədə sənədlərin təhrif olunmasına əsaslı şübhələr vardır. X11 filialının 3-48-DA-6F/2 2- 58439/2023 saylı xx.xx.2023-cü il tarixli məktubu ilə təqdim edilmiş Quba rayonunun Susayqışlaq kəndinin 2001-2005-ci illərə aid təsərrufatbaşına kitabda P.Ağabalayev adına guya 0,68 ha torpaq sahəsinin mövcudluğu barədə qeyd təhrif edilmiş və 0,08 olan yazıda ikinci “0” rəqəmində düzəliş edərək 0,68 yazılıb, eyni zamanda sənəd təhrif edilərkən digər sütun və sətirlərin bir-birinə uyğunluğu təmin edilməmişdir, nəticədə ziddiyyət yaranmışdır. Bundan başqa, 5 saylı Xaçmaz Ərazi İdarəsinin **********50 saylı xx.xx.2021-ci il tarixli məktubuna əsasən Quba rayonu, Susayqışlaq kəndində yerləşən 0,48 ha torpaq sahəsinə dair X2 mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarış aşkar edilməmişdir, halbuki P.Ağabalayev adına daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edilən **********54 reyestr nömrəli, xx.xx.2021 -ci il tarixli ********** nömrəsi ilə qeydiyyatı olan çıxarış mövcuddur. Kompüter ekranının üzərindən olan şəkildən görünür ki, daşınmaz əmlakın dövlət reyestri xidmətinin məlumat bazasında 18 saylı nömrəyə aid xx.xx.2020-ci il tarixinə İddiaçı adına 4799,788029 (m2) SHAPE_Area, yəni 0,48 ha torpağın sahəsinin mövcudluğu barədə xx.xx.2019-cu il tarixli qeyd vardır. 5 saylı Xaçmaz Ərazi idarəsinin **********450 saylı xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, X3 adına Quba rayonu, Susayqışlaq kəndində yerləşən 0,48 ha torpaq sahəsinə aid mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrdən çıxarış aşkar edilməmişdir. 5 saylı Xaçmaz Ərazi İdarəsinin 3-21-3-34/2- 314/2023 saylı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, qeyd edilən Qanunun tələblərinə zidd olaraq cavabdeh P.Ağabalayevin hüquqların dövlət qeydiyyatı xx.xx.2019cu il tarixli 160-11455A-3219 saylı polis arayışı və Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(118)-273/2020 saylı qərarı olmuşdur. Buna görə, yuxarı məhkəmələrin gəldiyi “X2 adına dövlət reyestrdən çıxarış hüquqmüəyyənedici sənəd olan torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında hazırlandığı” barədə nəticə yuxarıda qeyd edilən sənəddəki məlumata birbaşa ziddir. 5 saylı Xaçmaz Ərazi İdarəsi Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununun 13.11-ci maddəsinin tələblərini kobud pozaraq dövlət reyestrinin kağız üzərində və elektron formada yazılar bir-birinə uyğun gəlmədikdə, kağız üzərindəki məlumata üstünlük verilməsi, dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilməsi tələbləri pozaraq uyğunsuzluq olduğu halda İddiaçı JNs-0018 KOD 30308028 torpağa mülkiyyət hüququna dair Dövlət Aktına üstünlük vermək əvəzinə polis arayışına, jurnal yazılarına, qonşu sahələrin torpaq sahəsinin planına və elektron formada olan yazılara üstünlük vermişdir. Bundan başqa, dövlət reyestr xidməti Sumqayıt İnzibati Məhkəməsinin 03.11,2020-ci il tarixli, 2-1(118)-273/2020 həmin qərarına əsas kimi istinad etsə də, sözügedən qərar P.Ağabalayevin mülkiyyət hüququnun tanınması haqqında deyil. Buna görə də yuxarıda qeyd edilən qərar mülkiyyət hüququnun tanınmasının qeydiyyatının əsas kimi çıxış edə bilməz. Buna görə də daşınmaz əmlakın dövlət reyestri hüquqmüəyyənedici sənədlər olmadan P.Ağabalayevin adına çıxarışın rəsmiləşdirməklə Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununun 10, 13.11-ci və bir sıra digər maddələrin tələblərini pozmuşdur. Məhkəmələr İPM 12-ci maddəsinin tələblərini tam həmcdə yerinə yetirmiş olsaydı, ərizəçinin sadaladığı dəlilləri və maddi normaların tələblərinin pozulmasını mütləq aşkar etmiş olardı. Müraciətin əsaslandırıcı hissəsində göstərilənlərə əsasən X4 Torpaq islahatı haqqında Azərbaycan Respublikasının tələblərinə əsasən həmin qanun subyekti olmadığı üçün və təsiri altına düşmədiyi üçün ümumiyyətlə torpaq payı ayrılmamalı idi. P.Ağabalayevə torpaq payının ayrılmasına dair sənədlər təhrif olunaraq saxtalaşdırılmış, daha sonra saxtalaşdırılmış sənədlər əsasında reyestr xidməti Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununun, yəni maddi normalarının tələblərini kobud pozmaqla P.Ağabalayevin adına çıxarışı rəsmiləşdirmişdir. Qeyd edilənləri nəzərə alaraq, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 2-1(118)-344/2022 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir (hakim:C.Məmmədov) Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, cavabdeh təşkilata İPM-nin 100 və MPM-nin 432.2.1-ci maddəsində nəzərdə tutulan sonradan məlum olduğu halların heç biri mövcud deyil. Qərardadla razılaşmayan ərizəçi apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, İ instansiya məhkəməsi İPM 100-cü maddəsinə (qərardadın 5 səh.), eyni zamanda İPM 1.2-ci maddəsindən göndərişlə MPM 432.2-ci maddəsinə istinad edərək (qərardadın 6 səh.) qeyd etmişdir ki, “İstinad olunan normaların təhlili göstərir ki, yeni açılmış hallar dedikdə işə məhkəmədə baxılması zamanı mövcud olan, lakin həmin vaxt mövcudluğu haqqında ərizəçidə məlumat olmayan və işin hallarına görə məlum ola bilməyən, məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra məlum olan, işin həlli üçün həlledici təsirə malik olan hallar başa düşülür. İşə əvvəllər baxılarkən məlum olmayan həlledici hallar məhkəmə aktı çıxarılarkən tərəflərin hüquq və vəzifələri barədə məhkəmənin gəldiyi nəticəyə əhəmiyyətli dərəcədə təsir edə bilən faktlardır. Eyni zamanda normanın tələbindən də göründüyü kimi, qanunverici şahidin biləbilə yalan ifadələr verməsi, ekspertin bilə-bilə yalan rəy verməsi, tərcüməçinin bilə-bilə düzgün tərcümə etməməsi, sənədlərin və ya maddi sübutların saxtalığı kimi faktların məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş olmasını zəruri şərt kimi müəyyən etmişdir” (birbaşa sitat səh.6). Sumqayıt İnzibati Məhkəməsi İPM 100-cü və MPM 432.2.1 maddələrinin tələblərinə zidd olaraq işə əvvəllər baxılarkən məlum olmayan həlledici halların məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiqlənməsini zəruri şərt kimi hesab etmişdir. A.Yəhyazadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair məhkəmə tərkibinin 17 oktyabr 2012-ci il tarixli qərardadının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun16 iyul 2013-cü il tarixli Qərarında (bundan sonra məntdə - Konstitusiya Məhkəməsi Plenumunun Qərarı) qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra məntdə - MPM) işə yenidən baxılmasını nəzərdə tutan 432-ci maddəsi yeni açılmış hallar üzrə məhkəmə aktlarına yenidən baxılması üçün dörd müstəqil əsası müəyyən etmişdir. Eyni mövqe Konstitusiya Məhkəməsi Plenumunun 7 iyun 2017-ci il tarixli S. Orucovun şikayəti üzrə Qərarında öz əksini tapıb. Beləliklə, məhkəmənin ərizəyə baxış zamanı iclasda söylədiyi fikir, daha sonra qərardadında öz əksini tapan əsaslandırma Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən, habelə bu sıradan olan digər qərarlarının şərhinə ziddir. İ instansiya məhkəməsi qərardadın 2-ci səhifəsindən 5-ci səhifəsinədək yeni sübutları sadalayıb sonradan məlum olan halların mövcud olmadığını qeyd etmişdir. Ərizəçi öz ərizəsində, daha sonra məhkəmənin öz qərardadında təkrar olunmuş sübutlara yenidən istinad etməsinə luzum görmür. Bununla yanaşı qeyd edir ki, P.Ağabalayev “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun təsiri altına ümumiyyətlə düşmür. Sözügedən Qanunun təsiri altına düşməyən, torpaq islahatının subyektı olmayan şəxsin adına hər hansı sənədin verilməsi qanunsuzdur. Buna görə torpaq islahatının subyekti olmayan P.Ağabalayevə adının adlı siyahıya daxil edilməsi və məhkəmənin buna dəlil kimi istinad etməsi əsassızdır (qərardadın 5 səh.) Sumqayıt İnzibati Məhkəməsinin “....ərizəçi İddiaçı mübahisə edilən qərarın qanuni qüvvəyə mindikdən sonra məhkəməyə əsaslı sübut təqdim etmədiyindən..” dəlili də əsassızdır. Belə ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun subyekti olmayan, 1983-cü ildən şəhərə gedən, 1995-ci ildən şəhər sakini kimi qeydiyyata düşən P.Ağabalayevə torpaq islahatı ilə nəzərdə tutulmuş torpaq payı düşmür. P.Ağabalayevin torpaq islahatının subyekti olmadığı barədə sübutları məhkəmə özü sadalayıb (qərardadın 2-5 səh). Bundan başqa İ instansiya məhkəməsinin həm xx.xx.2024-cü il tarixli iclas zamanı, həm də qərardadındakı mövqeyindən görünür ki, məhkəmə öz qərarını öncə qəbul edilmiş və qanuni qüvvəyə minmiş əvvəlki məhkəmə qərarları ilə əsaslandırır (qərardadın 5-ci səh.). Halbuki, Konstitusiya Məhkəməsinin Plenumu 7 iyun 2017-ci il tarixli S. Orucovun şikayəti üzrə Qərarında qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması mülki mühakimə icraatının xüsusi növü sayılır və bu icraat apelyasiya və kassasiya qaydasında işə baxılmasından köklü surətdə fərqlənir. Belə ki, bu icraatda işə baxılmanın əsasını məhkəmə səhvləri, məhkəmə qərarlarının əsaslı olmaması, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsi və ya prosessual qanunvericilik normalarının pozulması deyil, qərar qəbul edilərkən işin nəticəsinə köklü surətdə təsir edəcək və iş üçün xüsusi əhəmiyyət kəsb edən halların mövcudluğudur. Beləliklə, İ instansiya məhkəməsi P.Ağabalayevin “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının subyekti olubolmadığını yoxlamaq və həmin halların işin nəticəsinə köklü sürətdə təsir edib-etməcəyini yoxlamaq əvəzinə öncəki məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları ilə müəyyən edilmiş halları əsas kimi götürmüşdür. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçinin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs apellyasiya şikayətinin dəlillərini qəbul etməmiş, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə ərizəçinin iştirakı olmadan baxılmasını və iş üzrə qərardad qəbul edilməsini mümkün hesab etmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi institutunun mahiyyəti ondan ibarətdir ki, qüvvəyə minmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını şübhə altına alan yeni sübutların və faktların aşkar olunduğu hallarda, ərizəçinin hüquqlarının müdafiəsi baxımından həmin qərarın yenidən yoxlanılmasını həyata keçirmək mümkün olsun. Lakin bununla bağlı nəzərə almaq lazımdır ki, yalnız mübahisə barədə işə baxılması və həll edilməsi zamanı obyektiv mövcud olan, lakin işə baxan məhkəməyə və ərizəçiyə aşkar və məlum olmayan və ya məlum olması istisna edilən, eyni zamanda işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən və artıq həll edilmiş mübahisənin predmetinə aid faktiki halları təsdiq və ya təkzib etmək keyfiyyətinə malik olan sübutlar və ya hüquqi faktlar icraatın təzələnməsini şərtləndirə bilər. Həmçinin, bununla bağlı nəzərə almaq lazımdır ki, yeni açılmış hallar üzrə işə yenidən baxılması mərhələsində məhkəmə səhvləri, məhkəmə qərarlarının əsaslılığı, məhkəmə tərəfindən maddi hüquq normalarının tətbiqi və yaxud da prosessual qanunvericilik normalarının pozulması ilə bağlı məsələlər araşdırılmır. Yeni açılmış hallar üzrə icraat zamanı işin nəticəsinə əhəmiyyətli şəkildə təsir edə bilən və ya işin düzgün həlli üçün xüsusi əhəmiyyət kəsb edən hallar araşdırılır. Bu zaman həm də nəzərə almaq lazımdır ki, ərizəçi tərəfindən təqdim olunmuş yeni hallar və sübutlar ilkin məhkəmə icraatının gedişində məlum olsaydı, onların məhkəmənin qərarına həlledici təsir göstərəcəyi və ərizəçiyə münasibətdə pozitiv qərarın qəbuluna əhəmiyyətli təsir edəcəyi ehtimalının olub-olmaması da qiymətləndirilməlidir. Bundan başqa, həmin halların işin düzgün həlli üçün qeyd edilən əhəmiyyəti əlavə izahatlara bağlı olmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Sözügedən normanın təhlili göstərir ki, qanunverici qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatının proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilməsi üçün iki əsas müəyyən etmişdir: 1) sonradan yeni sübutların və ya halların aşkar olunması; 2) həmin sübut və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmaması. İPM-nin 102-ci maddəsinə görə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə vermiş şəxs (ərizəçi), habelə qərarına qarşı ərizə verilmiş məhkəmədə icraatın iştirakçıları olmuş başqa şəxslər, yeni açılmış hallar üzrə məhkəmə icraatının iştirakçıları sayılırlar. Həmin Məcəllənin 106.2-ci maddəsinə görə icraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edilir. Yəni, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatının təzələnməsi üçün qeyd olunan maddədə təsbit olunmuş müvafiq dispozisiya şərtləri mütləq ödənilmiş olmalıdır: yeni sübutlar və ya hallar ilkin məhkəmə icraatı zamanı obyektiv mövcud olmalıdır; həmin sübutların və ya halların mövcud olduğu məhkəməyə və tərəfə məlum olmamalıdır; həmin sübutlar və ya hallar sonradan, yəni qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə başa çatmış məhkəmə icraatından sonra aşkar və ya məlum olmalıdır; həmin sübutların və ya halların ilkin icraat zamanı təqdim olunmaması ərizəçidən asılı olmayan səbəblərə bağlı olmalıdır; işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb etməlidir; bu şərtlər birlikdə və eyni zamanda mövcud olmalıdır. Bu şərtlərin və ya onlardan hər hansı birinin mövcud olmaması qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatının təzələnməsini istisna edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, yeni açılmış hallar dedikdə işə məhkəmədə baxılması zamanı mövcud olan, lakin həmin vaxt mövcudluğu haqqında ərizəçidə məlumat olmayan və işin hallarına görə məlum ola bilməyən hallar, məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra məlum olan, işin həlli üçün həlledici təsirə malik olan hallar başa düşülür. İşə əvvəllər baxılarkən məlum olmayan həlledici hallar məhkəmə aktı çıxarılarkən tərəflərin hüquq və vəzifələri barədə məhkəmənin gəldiyi nəticəyə əhəmiyyətli dərəcədə təsir edə bilən faktlardır. Nəzərə almaq lazımdır ki, yeni sübutlar və hallar qismində başa çatmış məhkəmə icraatı zamanı təqdim edilməmiş və araşdırılmamış sübutlar və ya hallar nəzərdə tutulur. Həmçinin nəzərə alınmalıdır ki, həmin sübut və ya hallar mübahisəyə baxıldığı dövrdə mövcud olmalı, ancaq tərəflərə məlum olmamalı və onların məhkəməyə təqdim olunmaması obyektiv səbəblərə, yəni proses iştirakçılarının iradəsindən asılı olmayan səbəblərə bağlı olmalıdır. Sonradan yaranmış sübutlar və hallar da məhkəmə icraatının təzələnməsi üçün əsas qismində çıxış edə bilməz. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi zamanı, həmçinin, tərəfin təqsiri ilə bağlı qanunvericiliyin tələbi də nəzərə alınmalıdır. Belə ki, yalnız mübahisənin həll edilməsi zamanı mövcud olan, lakin ərizəçinin təqdim edə bilmədiyi və təqdim etmək imkanına malik olmadığı sübutlar və ya hallar yuxarıda istinad olunan normanın təsir dairəsi ilə əhatə olunur. Bu mənada ilkin icraat zamanı ərizəçi tərəfindən yol verilmiş ehtiyatsızlıq onun ziyanına təfsir edilməlidir. Ərizəçinin diqqətli olacağı təqdirdə, həmin sübutların və halların aşkar edilməsi və ya müəyyən edilməsinin (məhkəməyə təqdim edilməsinin) mümkün olduğu və ya bunun ehtimal olunduğu hallarda da həmin qayda tətbiq olunmalıdır. Bu qaydanın tətbiqi ehtiyatsızlığın ərizəçinin məsuliyyət sferasına və risklərinə aid edilməsindən irəli gəlir. Məhkəmə kollegiyası qeyd edir ki, ərizəçinin yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə və apellyasiya şikayətinin dəlillərində icraatının təzələnməsi üçün əsas qismində istinad etdiyi hallar –dolayısı ilə həmin sübutun məhkəmə icraatı zamanı ərizəçiyə məlum olmaması kimi hal yuxarıda istinad olunan normada nəzərdə tutulmuş anlamda icraatın təzələnməsini şərtləndirən yeni hallar və ya sübutlar kimi qiymətləndirilə bilməz. Ərizəçinin dəlillərinin əksi olaraq müəyyən edilmişdir ki, X2 adı torpaq islahatı zamanı adlı siyahıda qeyd edilmişdir. Torpaq sahəsinin ayrılması üçün əsas adlı siyahı ilə yerli aqrar islahat komissiyasının qərarıdır. Başqa sözlə, torpaq sahəsinin ayrılması haqqında Dövlət Aktının olmaması mübahisə predmeti olan torpaq sahəsinin Pənah Ağababayev tərəfindən qanunsuz yolla əldə edilməsinə dəlalət edə bilməz. Belə olan halda kollegiya hesab edir ki, həmin hallar qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış məhkəmə icraatının təzələnməsi üçün sonradan aşkar olunmuş yeni sübutlar və ya hallar kimi təfsir oluna və qiymətləndirilə bilməz. İPM-in 106.3-cü maddəsinə görə icraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən, kollegiya belə nəticəyə gəlir ki, icraatın təzələnməsinə dair ərizədə göstərilən hallar yuxarıda qeyd edilən səbəblərdən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatının təzələnməsi üçün sonradan aşkar olunmuş yeni sübutlar və ya hallar kimi qiymətləndirilə bilməz. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsinin ərizənin rədd edilməsi barədə gəldiyi nəticə əsaslı və düzgündür. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 2-1(118)-344/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 3 bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar