Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-408/2021 05.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Fuad Əli oğlu Məmmədov və Səyyad Ağaəli oğlu Qafaridən ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, İddiaçı cavabdeh Sumqayıt Regional Ədliyyə İdarəsinin rəisi X2 qarşı “cavabdehdən maddi ziyana görə ümumilikdə 30000 manat, mənəvi ziyana görə isə 10000 manat məbləğində pulun tutulub iddiaçıya ödənilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-933/2021 saylı 28 aprel 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Sumqayıt Regional Ədliyyə İdarəsinin rəisi X2 qarşı “cavabdehdən maddi ziyana görə ümumilikdə 30000 manat, mənəvi ziyana görə isə 10000 manat məbləğində pulun tutulub iddiaçıya ödənilməsi” tələbi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mənzil üçün ödədikləri pulun Abşeron A1 MTK tərəfindən geri qaytarılmaması və icra məmurlarının fəaliyyətsizliyi barədə uzun illər nazirliyə və aidiyyəti qurumlara dəfələrlə müraciət etməsinə baxmayaraq tədbir görülməmişdir. Sonuncu dəfə iddiaçı ərizəsini baxılması üçün nazirliyə, nazirlik isə tabeli qurumuna göndərmişdir. Lakin Sumqayıt Regional Ədliyyə İdarəsinin rəhbəri Sahib Bayramov 3 il əvvəl yazdığı yalan sözləri 3 ay sonra (yəni vətəndaş müraciətinə baxılması qaydası haqqında qanunun 10-cu maddəsinin tələbini pozmaqla) yenidən şablon formada köçürüb cavablandırmışdır. Məhkəmə qətnamələrinə əsasən Abşeron A1 MTK-dan və onun rəhbərliyindən 52637 manat milli pulun iddiaçıya alınıb verilməsi qət edilmişdir. Lakin Abşeron A1 MTK rəhbərliyi hazırda da dələduz hərəkətini davam etdirərək məhkəmə qətnaməsi olmasına baxmayaraq, ödədikləri pulu qaytarmır, icra məmurları isə onlarla əlbir olub qəsdən fəaliyyətsizlik göstərirlər. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-933/2021 saylı 28 aprel 2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim C.Məmmədov). Həmin qərardaddan iddiaçı apelyasiya şikayəti verərək, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-933/2021 saylı 28 aprel 2021-ci il tarixli qərardadının ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri: İnzibati məhkəmə qanunsuz və əsassız qərardad qəbul edib heç bir səbəb olmadan iddianı mümkün saymamışdır. Məhkəmə nəzərə almamışdır ki, əsas cavabdeh kimi Sumqayıt Regional Ədliyyə İdarəsi göstərilmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, iş materiallarını araşdıraraq, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, apelyasiya şikayətinin təmin edilməməsi, qərardadın dəyişdirilmədən qüvvədə saxlanılması nəticəsinə gəlir. Belə ki, hazırki işin hallarından görünür ki, İddiaçı məhkəmədən cavabdeh Sumqayıt Regional Ədliyyə İdarəsinin rəisi X1 maddi ziyana görə ümumilikdə 30000 manat, mənəvi ziyana görə isə 10000 manat məbləğində pulun tutulub iddiaçıya ödənilməsini xahiş etmişdir: Birinci instansiya məhkəməsi iddianı mümkün saymamış və hesab etmişdir ki, iddiaçıların cavabdeh qismində fiziki şəxslərə qarşı iddia tələbi ilə inzibati məhkəməyə müraciət etməsi İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmamışdır. Vətəndaşların fiziki şəxslərə qarşı pul tələbi və mənəvi zərər ilə bağlı iddialarına mülki mühakimə icraatı qaydasında baxılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşır. Məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinə əsasən həmin qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Göründüyü kimi, inzibati hüquq münasibətlərində cavabdeh kimi mütləq qaydada inzibati orqan çıxış edir. Lakin iddiaçı fiziki şəxsi cavabdeh olaraq göstərmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Bundan başqa, İnzibati Prosessual Məcəllənin 27-ci maddəsi qısa olaraq inzibati prosesdə iştirakçıların dairəsinə dair qaydanı nəzərdə tutur. Normaya görə 2 qrup iştirakçılar fərqləndirilir. Birinci qrup prosesin “əsl iştirakçılar”ından, yəni iddiaçı və cavabdehdən, ikinci qrup isə prosesə “xüsusi qərar əsasında cəlb olunmuş iştirakçılardan təşkil olunur. Cəlb olunmanın xüsusi prosessual əhəmiyyətə malik olmasını nəzərə alaraq qanunverici bu institutu İPM-in 28-ci maddəsində ayrıca tənzimləmişdir. Prosesdə iştirakı zəruri olan iştirakçılar kimi iddiaçı və cavabdeh tanınır. İnzibati məhkəmə icraatında həm iddiaçı, həm də cavabdeh tərəfində şəxs və ya şəxslər birliyi çıxış edə bilər. Prosesdə iddiaçı və cavabdeh birlikdə tərəflər adlandırılırlar. Məhkəmə prosesində tərəflər qismində bir qayda olaraq öz adından dövlətdən mübahisəsinin həlli üçün hüquqi yardım istəyən və tələb edən şəxslər çıxış edirlər. Yəni məhkəmə prosesində tərəf kimi təmsil edən yox, təmsil edilən qəbul edilir. Prosesdə tərəf olan şəxs nə şahid, nə üçüncü şəxs, nə də başqa proses iştirakçısı qismində çıxış edə bilməz. Tərəflər ilə bağlı mülki prosessual qanunvericiliyin ümumi qaydaları tətbiq edilir. Əsl olmayan tərəfin əvəz edilməsi zamanı məhkəmə inzibati hüquqi qanunvericiliyin tələblərini nəzərə almaqla, MPM-in bu tərkiblə bağlı ümumi qaydalarını tətbiq edir. İnzibati prosessual qanunvericilik belə bir tezisdən çıxış edir ki, iddia ancaq o zaman yolveriləndir ki, iddiaçı həqiqətən də irəli sürdüyü tələbə malik olsun. Amma əgər prosesin gedişi zamanı hər hansı dəyişiklikdən irəli gələrsə ki, iddiaçı əsl olmayan tərəfdir, onda əsl olmayan iddiaçının razılığı əldə edildiyi halda, əsl iddiaçı ilə əvəz edilmə baş verir. Nəzərə alınmalıdır ki, iddiaçıların cavabdeh qismində fiziki şəxslərə qarşı iddia tələbi ilə inzibati məhkəməyə müraciət etməsi İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmamışdır. Vətəndaşların fiziki şəxslərə qarşı pul tələbi və mənəvi zərər ilə bağlı iddialarına mülki mühakimə icraatı qaydasında baxılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-933/2021 saylı 28 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-933/2021 saylı 28 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: ünvan 2zibati Kollegiyasına (ünvan: AZ 1025, ünvan 3ə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-408/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-408/2021
05.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver