Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-408/2024 10.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Nümayəndə, Üçüncü şəxs X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı “xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 5 saylı mənzildən xx.xx.1999-cu il təvəllüdlü X3 qeydiyyatdan çıxarılması öhdəliyinin Sumqayıt şəhər Polis İdarəsinin Qeydiyyat və X9 həvalə edilməsi” tələbinə dair iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 2-1(118)-1903/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 52 kv.m olan mənzil xüsusi mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı sözügedən ünvanda yaşayış yeri üzrə qeydiyyatdadır. Həmin ünvanda həmçinin iddiaçının gəlini X5 da yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, ona məxsus həmin mənzildən gəlini X3 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla iddiaçının müraciətinin təmin olunmasından imtina etmiş və bildirmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi ilə müəyyən edilmiş şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallar, eləcə də qeyd olunan məsələnin yaşayış sahəsinə münasibətdə hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınaraq X3 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması məsələsinə inzibati məhkəmə icraatı qaydasında baxılması məqsədəuyğundur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin Pasport X1rşı “xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 5 saylı mənzildən xx.xx.1999-cu il təvəllüdlü X3 qeydiyyatdan çıxarılması öhdəliyinin Sumqayıt şəhər Polis İdarəsinin Qeydiyyat və X9 həvalə edilməsi” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(118)-5711/2023 saylı qərardadı ilə X5 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 5 saylı mənzil xx.xx.2020-ci il tarixdən etibarən Dövlət Reyestrində aparılmış ********** nömrəli qeyd ilə xüsusi mülkiyyətindədir. X5 ilə oğlu X7 arasında Sumqayıt “Asan Xidmət Mərkəzinin” qeydiyyat şöbəsində xx.xx.2020-ci il tarixdə nikah bağlanmışdır. X5 oğlu ilə ailə qurduğu üçün onun xüsusi mülkiyyəti olan 5 saylı mənzilə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında AR qanunun tələblərinə uyğun olaraq, xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmasına razılıq vermişdir. Mənzilin mülkiyyətçisi olaraq, X5 ilə qeydiyyat və mənzil ilə əlaqədar hər hansı forma və məzmunda notarial müqavilə bağlamamışdır. Oğlunun həyat yoldaşı olaraq Şükriyyə Mustafazadəni yalnız xüsusi mülkiyyətində olan mənzilə qeydiyyata alınmasına razılıq vermişdir. Oğlunun da mənzildə qeydiyyatı yoxdur. Oğlu, yəni 3-cü şəxsin həyat yoldaşı X2 Zeynalabddin Tağıyev qəsəbəsi, 415 nömrəli h/hissədə qeydiyyatdadır. Hətta elə bir vəziyyət yaranıb ki, 3-cü şəxs Şükriyyə Mustafazadə öz həyat yoldaşına “Mediasiya təklifi” göndərərək boşanmağı təklif edir. Evdə yaşamağa icazə vermir. Evə yaxın gedəndə özünə qəsd etməsi ilə təhdid edir. Hətta Polis orqanına iddiaçıdan şikayət edir. Xüsusi əmlakını zəbt edir. Qanunvericiliyə əsasən vətəndaş olduğu yer üzrə qeydiyyata alınmalıdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxsin uçota alınması ilə əlaqədardır. Qeyd olunanlara baxmayaraq, Şükriyyə Mustafazadə mənzildə yaşamağa maneçilik törədir, özbaşına mənzilin açarlarını dəyişdirir, özünə xəsarət yetirəcəyi ilə əlaqədar təhdid edir. 3-cü şəxsin hüquqa zidd hərəkətlərinə görə, hazırda mənzildən bilmir. Hal-hazırda mənzilə daxil olub orada yaşamaq hüququ məhdudlaşıb. Məcburən kürəkənin evinə gedib sığınmışdır. 3-cü şəxsin evində qeydiyyatda olması hüquqlarını pozur. Şükriyyə Mustafazadə özü öz üzünü cırmaqlayıb, şərləyərək polisə şikayət edir. Üçüncü şəxsin mənzildən qeydiyyatdan çıxarılması məqsədilə Sumqayıt şəhər Polis İdarəsinə ərizə təqdim etmiş, lakin Sumqayıt şəhər Polis İdarəsi tərəfindən xx.xx.2023- cü il tarixdə ərizə təmin edilməyərək, aidiyyəti üzrə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. 3-cü şəxsin sözügedən mənzildə olan qeydiyyatı mənim yazılı razılıq ərizəsi əsasında olmuşdur. Lakin hazırda bu qeydiyyatdan sui-istifadə edən 3-cü şəxs hüquqlarını pozur, sərəncam hüquqlarını və mülkiyyət hüquqlarını məhdudlaşdırır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 2-1(118)-1903/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim L.Mirzəyeva). Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, hazırki işdə iddiaçı ilə qeydiyyatdan çıxarmaq istədiyi şəxs arasında sonuncuların yaşayış sahəsindən istifadə hüququnun olub-olmaması və mənzilin təmir xərci ilə bağlı mülki xarakterli mübahisə vardır. Şəxsin mənzildə yaşayış sahəsindən istifadə hüququnun mövcud olub-olmasının müəyyən edilməsi və digər mübahisənin aydınlaşdırılması inzibati deyil, mülki məhkəmə icraatının araşdırma predmetinə aid edildiyindən məhkəmə hesab edir ki, proses iştirakçıları ilk növbədə həmin hüququn mövcud olub-olmamasını mülki məhkəmə icraatı qaydasında müəyyən etməlidirlər. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə 3-cü şəxsin iddiaçının yaşayış sahəsinə münasibətdə heç bir istifadə hüququ olmadığı halda, subyektiv mülahizə əsasında qərardadda qeyd edir ki, 3-cü şəxsin atası 2020-ci ildə mənzilin təmirində iştirak edib. Lakin məhkəmə 3-cü şəxsin atasının mənzilin təmirində hansı qismdə (usta, fəhlə və s.) iştirak edib-etməməsi və sair halları hazırki mübahisəyə aidiyyəti olmadığını bilərəkdən qanuna zidd nəticəyə gəlmişdir. Hansı ki, istifadə hüququnun yaranmasının hüquqi əsasları və s. halları baxımından məhkəmə mübahisəli məsələyə qiymət verməli olduğu halda, bunu etməmişdir. Məhkəmə hesab edirsə ki, 3-cü şəxsin bu mənzilə münasibətdə istifadə hüququ mövcuddur, onda bu hüququn AR MM-nin 228-ci maddəsinin baxımından, AR Ailə Məcəlləsinin tələbləri baxımından qərardad əsaslandırılmalıdır. Məhkəmə öz qərardadında qeyd edir ki, 3-cü şəxsin atası güya mənzilin təmirində hansı qismdəsə iştirak edib. 3-cü şəxsin atasının mənzilin təmirində iştirak edib-etməməsi, iştirak edib usta kimi zəhmət haqqını alıb-almaması və s. halların iddianın mümkünlüyünə heç bir aidiyyəti olmadığı halda, məhkəmə qanunsuz qərar qəbul etmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı, onun nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 27. Fiziki şəxsin yaşayış yeri 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Maddə 9 . Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır. 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə mümkündür. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarı. “...“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsindən göründüyü kimi, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Müraciətedənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur. ...Mülkiyyətçinin ərizəsi əsasında ona məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. ... Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin Vİ hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 6567 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərara aldı:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.”
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, hazırki iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin mümkünlüyü ilə bağlı məsələ həll edilərkən aşağıda qeyd edilən pozuntulara yol verilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadının ləğvini və iddianın mümkün sayılmasını şərtləndirən aşağıdakı halların qeyd olunmasını zəruri sayır. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi onun xüsusi mülkiyyətində olan mənzildən gəlininin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi üçüncü şəxsin istifadə hüququ ilə bağlı məsələnin mülki məhkəmə icraatı qaydasında həllini tapmadığına istinadən iddianı mümkün saymamışdır. Məhkəmə tərəfindən iddiaçıya üçüncü şəxsin mənzilə istifadə hüququnun itirilməsi ilə bağlı müvafiq ümumi məhkəməyə və bunun nəticəsindən asılı olaraq təkrar inzibati orqana müraciət etmək hüququ izah olunmuşdur. Bununla bağlı qeyd olunmalıdır ki, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu qayda eynilə iddianın mümkünlüyü ilə bağlı şərtlərin yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə onun həmin yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasını tələb etdiyi şəxs arasında yaxın qohumluq münasibətlərinin mövcudluğu hər bir halda sonuncunun həmin yaşayış sahəsinə istifadə hüququnun mövcud olması anlamına gəlmədiyi kimi, inzibati mübahisəyə baxan məhkəmələrə də lazımi araşdırma aparmadan həmin hala istinadən qeyd olunan məsələnin (yaşayış sahəsinə istifadə hüququnun) ilk öncə mülki məhkəmə icraatı qaydasında həll olunması və bunun üzərindən iddianın mümkün sayılmaması qənaətinə gəlməyə də əsas vermir. Qərardadın yuxarıda istinad edilən normalarına əsasən, cavabdeh inzibati orqan tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarından biri də yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda istinad edilən hüquqi mövqeyinə əsasən, yaşayış sahəsindən istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən söhbət gedə bilməz və aydındır ki, belə bir halda iddiaçı həmin mülki iş üzrə yaşayış sahəsindən istifadə hüququna xitam verilmə barədə məhkəmə qətnaməsinin qəbul edilməsinə nail olmayacaqdır, sadəcə şəxsin yaşayış sahəsinə istifadə hüququnun olmamasının müəyyən edilməsinə dair preyudisial əhəmiyyət daşıyan məhkəmə qətnaməsi əldə edəcəkdir ki, bu da, prosessual qənaət prinsipi ilə uzlaşmır. Bu baxımdan, inzibati mübahisəyə baxan məhkəmələr tərəfindən iş üzrə lazımi qaydada aparılmış araşdırma nəticəsində mülkiyyətçi tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması tələb edilən şəxsin həmin yaşayış sahəsinə istifadə hüququnun olmadığı açıq-aşkar müəyyən edilirsə, həmin şəxsin qeydiyyatdan çıxarılmasından inzibati orqan imtina etdiyi təqdirdə, bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi həmin orqanın üzərinə qoyulmalıdır. Bu həm Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bu qərardadda istinad edilmiş hüquqi mövqeyindən irəli gəlir, həm də prosessual qənaət baxımından əhəmiyyət daşıyır. Hazırkı mübahisəyə dair işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, üçüncü şəxs iddiaçının gəlini olmasına rəğmən, sözügedən mənzilə iddiaçının razılıq ərizəsi əsasında yaşayış yeri üzrə qeydiyyata düşmüşdür. İddiaçı ərizəsində və şikayətində həmin hala təkidlə istinad etdiyi halda, məhkəmə üçüncü şəxsin iddiaçının mənzilinə yaşayış yeri üzrə qeydiyyata alınmasına əsas olmuş sənədləri əldə etməmiş və həmin sənədlərə, o cümlədən üçüncü şəxsin qeydiyyata alınmasına əsas olmuş ərizəyə qiymət verməmişdir. Nəzərə almaq lazımdır ki, üçüncü şəxsin sözügedən mənzilə iddiaçının razılıq ərizəsi əsasında yaşayış yeri üzrə qeydiyyata alınması üçüncü şəxsin həmin mənzilə istifadə hüququnun olmadığını təsdiq edən hallardan biridir. İstifadə hüququnun olduğu təqdirdə, üçüncü şəxs həmin hüquq əsasında sözügedən mənzilə yaşayış yeri üzrə qeydiyyata düşərdi və mülkiyyətçinin, yəni iddiaçının razılıq ərizəsinə zərurət qalmazdı. Beləliklə, hazırkı mübahisəyə münasibətdə iddia mümkün sayılmalı, birinci instaniya məhkəməsinin qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə münasibətdə işin hallarını qeyd edilən xüsusatlar baxımından tam və hərtərəfli araşdırmalı və yalnız bundan sonra araşdırmanın nəticələrinə qiymət verməlidir. Bu, məhkəmənin düzgün və əsaslı nəticəyə gəlməsi üçün xüsusi əhəmiyyət daşıyır. İşin sadalanan xüsusatlarını nəzərə alaraq kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.9-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 82, 87.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 2-1(118)-1903/2024 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı “xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 5 saylı mənzildən xx.xx.1999-cu il təvəllüdlü X3 qeydiyyatdan çıxarılması öhdəliyinin Sumqayıt şəhər Polis İdarəsinin Qeydiyyat və X9 həvalə edilməsi” tələbinə dair inzibati iş baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.