Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-409/2021 05.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmrin ləğv edilməsi tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 08 aprel N0N1-ci il tarixli N-1(118)- 469/N0N1 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək əmrin ləğv edilməsi barədə qərar çıarılmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 08 aprel N0N1-ci il tarixli N-1(118)-469/N0N1 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim V.Əzizova) İddiaçı həmin qərardaddan apelyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddia tələbinin mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri: İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdehin nümayəndəsi əmrin ona təqdim edildiyini bildirmişdir. Hərbi xidmətdən ehtiyata buraxılma barədə əmri almış olsa idi, ilk öncə əmri almaqla bağlı Müdafiə Nazirliyinə müraciət etməz, birbaşa məhkəməyə "işə bərpa” tələbi ilə müraciət edərdi. Müddətin ötürülməsi səbəbi ilə iddianın mümkün sayılmaması əsassız yerə həbi xidmətdən ehtiyata buraxılmağın səbəblərinin, iş üzrə mühüm əhəmiyyət kəsb edən halların araşdırılmamasına səbəb olmuşdur. Bu səbəbdən də iddianın mümkünsüz sayılması barədə qərardad ləğv edilərək, işin halları, hərbi xidmətdən əsassız yerə kənarlaşdırılmağınıın səbəbləri obyektiv şəkildə araşıdırılmalıdır. Tərəflərin izahatları: Apelyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayəti ilə eyni məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apelyasiya şikayəti ilə eyni məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 1N.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel N015-ci il tarixli, 5 saylı qərarının N.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. Hazırki işin hallarından görünür ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmrin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 1N avqust N0N0-ci il tarixli əmrinin məzmunundan görünür ki, “Hərbi xidmətkeçmə haqqında Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, 701-ci Motoatıcı briqadanın (701 №-li hərbi hissə) maddi-texniki təminat bölməsinin (Q4) raket-artilleriya silahları xidməti rəisinin döyüş sürsatları ilə təminatı üzrə köməkçisi baş leytenantı İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılması qərara alınmışdır. Cəlilabad Hərbi Məhkəməsinin 08.09.N0N0-ci il tarixli qərarından görünür ki, iddiaçının mübahisələndirdiyi N saylı hərbi hissə komandirinin N5 avqust N0N0-ci il tarixli N38 saylı əmri ilə baş leytenant İddiaçı “Hərbi xidmətkeçmə haqqında Əsasnamənin 156cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Göründüyü kimi, iddiaçının mübahisələndirdiyi əmr onun xidmət etdiyi inzibati orqandan xidmətdən, başqa sözlə işdən xaric edilməsi barədədir. Yəni ki, iddiaçı xidmətdən ehtiyata buraxılma əmrinin qanunsuz olduğuna istinad edərək onun ləğvini istəyir. İşə baxan məhkəmə iddianı mümkün saymamış və hesab etmişdir ki, iddiaçı məzuniyyətdən qayıtdıqdan sonra ehtiyata buraxıldığına dair əmrdən xəbərdar olduğunu və 15.09.N0N0-ci il tarixdə təyinat vərəqəsi ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış Xidmətinin Sumqayıt şəhər şöbəsinə göndərildiyini izah etmişdir. İddiaçı ən geci həmin vaxt ehtiyata buraxıldığından xəbərdar olmuşdur. Buna baxmayaraq, iddianı 06.11.N0N0ci il tarixdə, yəni 30 günlük iddia müddətini ötürdükdən sonra qaldırmışdır. İddiaçı isə bu mövqeyi o əsasla mübahisələndirmişdir ki, hərbi xidmətdən ehtiyata buraxılma barədə əmri almış olsa idi, ilk öncə əmri almaqla bağlı Müdafiə Nazirliyinə müraciət etməz, birbaşa məhkəməyə "işə bərpa tələbi ilə müraciət edərdi. İddiaçının bu mövqeyi ilə bağlı qeyd edilməlidir ki, qanunvericilikdə inzibati məhkəmə icraatı qaydasında müəyyən növ iddiaların qaldırılması üçün müəyyən müddətlər nəzərdə tutulmuşdur ki, həmin müddətlərdə məhkəmədə iddia qaldırılmaması iddiaya baxılmasının mümkünsüzlüyünə səbəb olur. Hazırki iddia da İPM-nin N.N.1-ci maddəsinə uyğun olaraq şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) daxildir ki, həmin növ iddia ilə də məhkəmədə iddia qaldırılması üçün İnzibati-Prosessual Məcəllədə müəyyət müddət müəyyən olunmuşdur. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qanunun həmin normasından göründüyü kimi inzibati aktla hüquqları pozulan şəxs bu qərarın ləğv edilməsini ancaq müəyyən müddət ərzində tələb edə bilər. İstinad olunan İPM-in 38.1-ci maddəsi yalnız "təqdim olunma" ifadəsindən deyil, həm də "elan olunma" ifadəsindən istifadə edir. Buna görə, "elan olunma" eynilə "təqdim olunma"ya bərabər hüquqi nəticələr doğurur. "Elan olunma" isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Hazırki iş üzrə isə iddiaçı mübahisəli əmrdən nə vaxt məlumatlı olmasını göstərmir, sadəcə əmrin ona verilmədiyini mübahisələndirir. Lakin işin halları ilə iddiaçının məlum əmrlə məlumatlı olması təsdiq olunur. Belə ki, iş materiallarına əlavə edilmiş Cəlilabad Hərbi Məhkəməsinin 08.09.N0N0-ci il tarixli qərarından görünür ki, iddiaçının mübahisələndirdiyi- N saylı hərbi hissə komandirinin N5 avqust N0N0-ci il tarixli N38 saylı əmri ilə baş leytenant İddiaçı “Hərbi xidmətkeçmə haqqında Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Göründüyü kimi, 08.09.N0N0-ci il tarixli həmin qərarda artıq iddiaçının mübahisələndirdiyi əmrə istinad olunmuşdur. Bu isə o deməkdir ki, iddiaçı həmin tarixdən barəsində çıxarılmış hüquqlarına toxunan əmrin mövcudluğundan xəbərdar olmuşdur. Lakin iddiaçı qanunvericilikdə müəyyən olunmuş müddət ərzində həmin həqiqi hərbi xidmətdən ehtiyata buraxılma barədə əmri mübahisələndirməmiş, hazırda isə belə hüququnu itirmişdir. Odur ki, kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırki iş üzrə iddiaçı N5 avqust N0N0-ci il tarixli N38 saylı əmrin ləğv olunması ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddəti ötürməklə məhkəməyə müraciət etdiyindən, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Bəhs olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 08 aprel N0N1-ci il tarixli N-1(118)-469/N0N1 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-409/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-409/2021
05.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver