Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-41/2024 23.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi, planı və ölçüsü sənədinin verilməsi) Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri X23 (sədrlik edən, məruzəçi hakim), hakimlər Babayeva Hökümə Çingiz qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X18 iştirakları ilə, Cavabdehin mütəxəssisi X36 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.006 ha torpaq sahəsindən satdığı hissələr çıxıldıqdan sonra qalan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan və ölçü sənədinin verilməsi və X31 adına verilən torpaq sahəsinin plan və ölçü sənədində torpaq sahəsinin ölçülərinin düzgün göstərilməsi ilə bağlı düzəlişlərin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-170/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları AN-İ № ******* seriyalı xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq y/m, 24-cü küçə ərazisində yerləşən 14 saylı evin yerləşdiyi torpaq sahəsindən 0.018 ha torpaq sahəsini X6. RX № ******* seriyalı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, 0.017 ha torpaq sahəsi üzərindəki Abşeron rayonu, Xırdalan rayonu, Babək küçəsi, ev 16A X22 xüsusi mülkiyyətindədir. RX № ******* seriyalı xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, 0.0175 ha torpaq sahəsinin üzərində yerləşən Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq y/m, 24-cü küçə ərazisində yerləşən 14 saylı ev (Yeni qaydalarla Babək küçəsi, 63) İddiaçı xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilmiş texniki pasportub surətindən görünür ki, həmin sənəd İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq y/m, 24-cü küçə ərazisində yerləşən 14 saylı ev (Yeni qaydalarla Babək küçəsi, 63) barəsindədir, həmin sənəddə həyətyanı torpaq sahəsinin həm sənəd üzrə, həm də faktiki ölçüləri 0.0175 ha, o cümlədən tikintialtı sahə 0.0972 ha, 0.0778 ha digər sahələr göstərilmişdir. İddiaçı X28 Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə ünvanladığı notariat qaydasında xx.xx.2018-ci il tarixdə təsdiq olunmuş ərizəsindən görünür ki, o, Abşeron rayonu Xırdalan ərazisində yerləşən **********87 - 10301 reyestr nömrəli torpaq sahəsindən 0.001 ha və 0.0035 ha sahəsinin ümumi yola ayrılmasına etiraz etmir. Cavabdehin imtina məktubundan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2003-cü il tarixdə ünvan 3ariat kontorunda 4Ə4-663 reyestr nömrəsi ilə qeydə alınmış alqısatqı müqaviləsinə əsasən iddiaçıya satılmışdır. Müqavilə əsasında sözügedən yaşayış evinə keçmiş X17 və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən qeydiyyat vəsiqəsi verilmişdir. Yaşayış evinin yerləşdiyi 0,06 ha torpaq sahəsinin üzərində vahid daşınmaz əmlak kimi hüquqları xx.xx.2009-cu il tarixdə rəsmiləşdirilmişdir.Yaşayış evinin yerləşdiyi 0,06 ha torpaq sahəsindən notariai qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsi ilə 0,01 ha torpaq sahəsi X12, yerdə qalan 0,05 ha torpaq sahəsi üzərində yerləşən yaşayış evinə xx.xx.2011-ci il tarixli, **********60-10301 reyestr nömrəsi ilə iddiaçının adına yenidən çıxarış və texniki pasport verilmişdir. Sonradan yaşayış evinin yerləşdiyi 0,05 ha torpaq sahəsinin 0,017 ha hissəsi isə X7 və 0,032 ha hissəsi isə sizin adınıza qeydiyyata alınmışdır. İddiaçının ülkiyyətində olan yaşayış evinin yerləşdiyi 0,032 ha torpaq sahəsindən 0,01 ha hissəsi notarial qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsi ilə X3 və sonuncunun sözügedən alqı-satqı müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixində mülkiyyət hüququ rəsmiləşdirilmişdir. X10 0,01 ha torpaq sahəsini notarial qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsi ilə X1. Yerdə qalan 0,023 ha hissəsinin üzərində yerləşən yaşayış evinə xx.xx.2019cu il tarixli **********53-10301 reyestr nömrəli çıxarış və texniki pasport verilərkən 0,0045 ha hissə ümumi yol kimi ərazidən çıxılaraq 0,0175 ha torpaq sahəsinin üzərində yaşayış evi qeydiyyata alınmışdır. X22 mülkiyyətində olan 0,017 ha torpaq sahəsi üzərində yerləşən yaşayış evinin yerləşdiyi torpaq sahəsinin sənəd üzrə olan yerləşməsi ilə faktiki yerləşməsi arasında fərq mövcud olmasına baxmayaraq, sənəd üzrə xx.xx.2013-cü il tarixində fərdi yaşayış evi qeydiyyata alınaraq çıxarış və texniki pasport verilmişdir. Sonradan sözügedən yaşayış evi notarial qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsi ilə X4. Mübahisə predmeti olan 0,0035 ha torpaq sahəsi faktiki olaraq iddiaçının istifadəsindədir və daş hasar daxilində yerləşir. X27 mülkiyyətində olan yaşayış evinin yerləşdiyi torpaq sahəsinin sənəd üzrə olan yerləşməsi ilə faktiki yerləşməsi əsasında fərq olduğu üçün mübahisə predmeti olan torpaq sahəsi yaranmışdır. X27 mülkiyyətində olan yaşayış evinin yerləşdiyi sənəd üzrə 0,017 ha torpaq sahəsinin 0,0035 ha hissəsi notarial qaydada təsdiqlənmiş alqı-atqı müqaviləsi ilə X8. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan 0,0175 ha torpaq sahəsi faktiki istifadəsində olan 0,0240 ha torpaq sahəsinin daxilində yerləşir. İddiaçı faktiki istifadəsində 0,0240 ha torpaq sahəsi mövcuddur. İddiaçı mülkiyyətində olmuş 0.06 ha torpaq sahəsindən satılan hissələr çıxıldıqdan sənədləşdirilməyən torpaq sahəsi mövcuddur, lakin İddiaçı istifadəsində olan sənədləşməmiş 0.0065 ha torpaq sahəsinin 0.0025 ha hissəsi ********** reyestr nömrəli sənədin yerləşdiyi torpaq sahəsi ilə üst-üstə düşür. X31 mülkiyyətində olan torpaq sahəsinin plan və ölçü sənədi onun faktiki istifadəsində olan torpaq sahəsi ilə uyğundur. İddiaçı mülkiyyətində olan torpaq sahəsinin koordinatları ilə X32 mülkiyyətində olan torpaq sahəsinin koordinatları üst- üstə düşmür. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyindən görünür ki, iddiaçıya xüsusi mülkiyyət hüququ əsasında məxsus olmuş 0.06 ha torpaq sahəsi ayrı-ayrılıqda satıldıqdan sonra faktiki olaraq 0.0240 ha torpaq sahəsi istifadəsindədir. İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin 0.0025 ha hissəsi **********38 reyestr nömrəli çıxarışla X13 üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Ümumi yol kimi çıxarılmış 0.0045 ha torpaq sahəsinin 0.0010 ha hissəsi İddiaçı faktiki istifadəsindədir. Digər 0.0035 ha hissəsi faktiki gediş-gəliş yolu ilə üst-üstə düşür. 4cü sualın cavablandırılması 3-cü sualda cavablandırılmışdır. 5-ci sualın cavabı sxemdə göstərilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyindən görünür ki, iddiaçının yerində baxış zamanı qeyd etdiyi tikilinin yerləşdiyi torpaq sahəsi və onun qarşısında yerləşən boş torpaq sahəsinin cəmi ölçüsü 0.0036 ha təşkil edir,həmin hissə iddiaçıya xüsusi mülkiyyət hüququ əsasında məxsus olmuş torpaq sahəsindən ümumi yol kimi çıxarılmış 0.0010 ha hissəsi ilə üst-üstə düşür, 0.0035 ha hissəsi isə faktiki gediş- gəliş yolu ilə üst-üstə düşür. Həmin torpaq sahəsi iddiaçıya xüsusi mülkiyyət hüququ əsasında məxsus olmuş 0.06 ha torpaq sahəsinin tərkibində yerləşir. 3cü sualın cavabı 1-ci sualın cavabında cavablandırılmışdır. İddiaçının yerində baxış zamanı tikilinin yerləşdiyi torpaq sahəsinin 0.0025 ha hissəsi **********38 reyestr nömrəli çıxarışla üst-üstə düşür. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.006 ha torpaq sahəsindən satdığı hissələr çıxıldıqdan sonra qalan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan və ölçü sənədinin verilməsi və X31 adına verilən torpaq sahəsinin plan və ölçü sənədində torpaq sahəsinin ölçülərinin düzgün göstərilməsi ilə bağlı düzəlişlərin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, 24-cü küçə ünvanında yerləşən 14 saylı evi X14 xx.xx.2003-cü il tarixdə alqı-satqı müqaviləsinə əsasən almışdır. Həmin yaşayış evinin yerləşdiyi 0,06 ha torpaq sahəsinin üzərində daşınmaz əmlak hüquqları xx.xx.2009-cu il tarixdə rəsmiləşdirilmişdir. Yaşayış evinin yerləşdiyi 0,06 ha torpaq sahəsindən notarial qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsi ilə 0,01 ha torpaq sahəsi X12, yerdə qalan 0,05 ha torpaq sahəsi üzərində yerləşən yaşayış evinə xx.xx.2011-ci il tarixli **********60-10301 reyestr nömrəsi ilə onun adına yeni çıxarış və texniki pasport verilmişdir. Sonradan yaşayış evinin yerləşdiyi 0,05 ha torpaq sahəsinin 0,017 ha hissəsi X9, 0,032 ha hissəsi isə onun adına qeydə alınmışdır. Həmin 0,032 ha torpaq sahəsindən 0,01 ha hissəsi notarial qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsinə əsasən X2 və sonuncunun sözügedən alqı-satqı müqaviləsinə əsasən 28 mart 2018-ci il tarixdə mülkiyyət hüququ rəsmiləşdirilmişdir. X10 0,01 ha torpaq sahəsini notarial qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsi ilə X1. X22 mülkiyyətində olan 0,017 ha torpaq sahəsi üzərində yerləşən yaşayış evinin yerləşdiyi torpaq sahəsinin sənəd üzrə olan yerləşməsi ilə faktiki yerləşməsi arasında fərq mövcud olmasına baxmayaraq sənəd üzrə 16 mart 2013-cü il tarixdə fərdi yaşayış evi qeydiyyata alınaraq çıxarış və texniki pasport verilmişdir. Sonradan sözügedən yaşayış evi notarial qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsi ilə X4. Mübahisə predmeti olan 0,0035 ha torpaq sahəsi faktiki olaraq onun istifadəsindədir və daş hasar daxilindədir. X27 mülkiyyətində olan yaşayış evinin yerləşdiyi torpaq sahəsinin sənəd üzrə olan yerləşməsi ilə faktiki yerləşməsi arasında fərq olduğu üçün mübahisə predmeti olan torpaq sahəsi yaranmışdır. X27 mülkiyyətində olan yaşayış evinin yerləşdiyi sənəd üzrə 0,017 ha torpaq sahəsinin 0,0035 ha hissəsi X8. Mülkiyyətində olan 0,06 ha torpaq sahəsindən cəmi 0,037 ha torpaq sahəsini satmış, nəticədə onun mülkiyyətində 0.023 ha torpaq sahəsi qalmalı idi. Lakin ona 0,017 ha torpaq sahəsinə aid çıxarış verilmiş, yerdə qalan torpaq sahəsi isə əsassız olaraq başqa şəxslərin istifadəsinə verilmiş və faktiki olaraq sənəd üzrə başqa şəxslərin adına sənədləşdirilmişdir. O, bununla bağlı cavabdeh inzibati orqana müraciət etsə də, onun müraciətinin təmin olunmasından imtina edilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2003-cü il tarixdə ünvan 3ariat kontorunda 4Ə4-663 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsinə əsasən iddiaçıya satılmışdır. Müqavilə əsasında sözügedən yaşayış evinə keçmiş X17 və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən qeydiyyat vəsiqəsi verilmişdir. Yaşayış evinin yerləşdiyi 0,06 ha torpaq sahəsinin üzərində vahid daşınmaz əmlak kimi hüquqları xx.xx.2009-cu il tarixdə rəsmiləşdirilmişdir.Yaşayış evinin yerləşdiyi 0,06 ha torpaq sahəsindən notariai qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsi ilə 0,01 ha torpaq sahəsi X12, yerdə qalan 0,05 ha torpaq sahəsi üzərində yerləşən yaşayış evinə xx.xx.2011-ci il tarixli, **********60-10301 reyestr nömrəsi ilə iddiaçının adına yenidən çıxarış və texniki pasport verilmişdir. Sonradan yaşayış evinin yerləşdiyi 0,05 ha torpaq sahəsinin 0,017 ha hissəsi isə X7 və 0,032 ha hissəsi isə sizin adınıza qeydiyyata alınmışdır. İddiaçının ülkiyyətində olan yaşayış evinin yerləşdiyi 0,032 ha torpaq sahəsindən 0,01 ha hissəsi notarial qaydada təsdiqlənmiş alqısatqı müqaviləsi ilə X3 və sonuncunun sözügedən alqı-satqı müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixində mülkiyyət hüququ rəsmiləşdirilmişdir. X10 0,01 ha torpaq sahəsini notarial qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsi ilə X1. Yerdə qalan 0,023 ha hissəsinin üzərində yerləşən yaşayış evinə xx.xx.2019-cu il tarixli **********53-10301 reyestr nömrəli çıxarış və texniki pasport verilərkən 0,0045 ha hissə ümumi yol kimi ərazidən çıxılaraq 0,0175 ha torpaq sahəsinin üzərində yaşayış evi qeydiyyata alınmışdır. X22 mülkiyyətində olan 0,017 ha torpaq sahəsi üzərində yerləşən yaşayış evinin yerləşdiyi torpaq sahəsinin sənəd üzrə olan yerləşməsi ilə faktiki yerləşməsi arasında fərq mövcud olmasına baxmayaraq, sənəd üzrə xx.xx.2013-cü il tarixində fərdi yaşayış evi qeydiyyata alınaraq çıxarış və texniki pasport verilmişdir. Sonradan sözügedən yaşayış evi notarial qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsi ilə X4. Mübahisə predmeti olan 0,0035 ha torpaq sahəsi faktiki olaraq iddiaçının istifadəsindədir və daş hasar daxilində yerləşir. X27 mülkiyyətində olan yaşayış evinin yerləşdiyi torpaq sahəsinin sənəd üzrə olan yerləşməsi ilə faktiki yerləşməsi əsasında fərq olduğu üçün mübahisə predmeti olan torpaq sahəsi yaranmışdır. X27 mülkiyyətində olan yaşayış evinin yerləşdiyi sənəd üzrə 0,017 ha torpaq sahəsinin 0,0035 ha hissəsi notarial qaydada təsdiqlənmiş alqı-atqı müqaviləsi ilə X8. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-170/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Vəfa Əzizova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən mübahisəli torpaq sahəsinə yerində baxış keçirildikdən sonra Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin mütəxəssisinin iştirakı ilə məhkəmə-texniki-tikinti ekspertizası təyin edilmişdir. Mütəxəssis tərəfindən yerində baxış keçirilərək mütəxəssis rəyinin verilməsi üçün 95 manat smeta xərcinin ödənilməsi tələb olunmuşdur. Həmin məbləğin ödənilməsi iddiaçıya təklif edilmişdir. Lakin iddiaçı göstərilən xərci ödəməkdən imtina edərək işə mahiyyəti üzrə baxılması xahiş olunmuşdur. Bu səbəbdən mütəxəssis rəyinin və nəticə etibarı ilə ekspertizanın keçirilməsi mümkün olmamışdır. Məhkəmə araşdırması zaman müəyyən edildi ki, iddiaçı sonuncu çıxarışı və texniki pasportun tərtib olunmasından əvvəl, yəni xx.xx.2018-ci il taixdə Daşınmaz Əmalkın Dövlət Reyestr Xidmətinə notariat qaydasında təsdiq olunmuş ərizəsi ilə müraciət edərək Abşeron rayonu Xırdalan ərazisində yerləşən **********87 -10301 reyestr nömrəli torpaq sahəsindən 0.001 ha və 0.0035 ha sahəsinin ümumi yola ayrılmasına etriaz etmədiyini bildirmişdir. Bundan sonra onun adına 0.0175 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasport tərtib edilmişdir. Bundan başqa cavabdeh etirazında qeyd edilmişdir ki, xx.xx.2019-cu il tarixdə torpaq sahəsinin müayinəsi zamanı İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin 0.0217 ha, xx.xx.2019-cu il tarixli müayinə aktına əsasən isə C.Qaımovun istifadəsində faktiki olaraq 84 kv m torpaq sahəsinin olması müəyyən edilmişdir. Halbuki, iddiaçı tərəfindən C.Qasımova 100 kv m torpaq sahəsi satılmışdır. Bu səbəbdən də iddiaçı hazırki tələbində haqlı olmamış, üzərinə düşən sübutetmə vəzifəsini icra edə bilməmişdir. Mülkiyyətində olan torpaq sahəsinin 0.001 ha və 0.0035 ha hissəsinin ümumi yola ayrılmasına etiraz etmədiyini bildirdiyi halda həmin torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınnmasını tələb etməkdə və üçüncü şəxs C.Qasımova aid plan və ölçü sənədində düzəlişlərin edilməsi üçün məhkəmə tərəfindən əsaslar müəyyən edilmədi. Buna görə də hazırki mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, 24-cü küçə ünvanında yerləşən 14 saylı evi X14 xx.xx.2003-cü il tarixdə alqı-satqı müqaviləsinə əsasən almışdır. Həmin yaşayış evinin yerləşdiyi 0,06 ha torpaq sahəsinin üzərində daşınmaz əmlak hüquqları xx.xx.2009-cu il tarixdə rəsmiləşdirilmişdir. Yaşayış evinin yerləşdiyi 0,06 ha torpaq sahəsindən notarial qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsi ilə 0,01 ha torpaq sahəsi X12, yerdə qalan 0,05 ha torpaq sahəsi üzərində yerləşən yaşayış evinə xx.xx.2011-ci il tarixli, **********60-10301 reyestr nömrəsi ilə onun adına yeni çıxarış və texniki pasport verilmişdir. Sonradan yaşayış evinin yerləşdiyi 0,05 ha torpaq sahəsinin 0,017 ha hissəsi X9, 0,032 ha hissəsi isə onun adına qeydə alınmışdır. Həmin 0,032 ha torpaq sahəsindən 0,01 ha hissəsi notarial qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsinə əsasən X5 və sonuncunun sözügedən alqı-satqı müqaviləsinə əsasən 28 mart 2018-ci il tarixdə mülkiyyət hüququ rəsmiləşdirilmişdir. X10 0,01 ha torpaq sahəsini notarial qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsi ilə X1. X22 mülkiyyətində olan 0,017 ha torpaq sahəsi üzərində yerləşən yaşayış evinin yerləşdiyi torpaq sahəsinin sənəd üzrə olan yerləşməsi ilə faktiki yerləşməsi arasında fərq mövcud olmasına baxmayaraq sənəd üzrə 16 mart 2013-cü il tarixdə fərdi yaşayış evi qeydiyyata alınaraq cıxarış və texniki pasport verilmişdir. Sonradan sözügedən yaşayış evi notarial qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsi ilə X4. Mübahisə predmeti olan 0,0035 ha torpaq sahəsi faktiki olaraq onun istifadəsindədir və daş hasar daxilindədir. X27 mülkiyyətində olan yaşayış evinin yerləşdiyi torpaq sahəsinin sənəd üzrə olan yerləşməsi ilə faktiki yerləşməsi arasında fərq olduğu üçün mübahisə predmeti olan torpaq sahəsi yaranmışdır. X27 mülkiyyətində olan yaşayış evinin yerləşdiyi sənəd üzrə 0,017 ha torpaq sahəsinin 0,0035 ha hissəsi X8. O mülkiyyətində olan 0,06 ha torpaq sahəsindən cəmi 0,037 ha torpaq sahəsini satmış, nəticədə onun mülkiyyətində 0.023 ha torpaq sahəsi qalmalı idi. Lakin ona 0,017 ha torpaq sahəsinə aid çıxarış verilmiş, yerdə qalan torpaq sahəsi isə əsassız olaraq başqa şəxslərin istifadəsinə verilmiş və faktiki olaraq sənəd üzrə başqa şəxslərin adına sənədləşdirilmişdir. O, bununla bağlı cavabdeh inzibati orqana müraciət etsə də, onun müraciətinin təmin olunmasından imtina edilmişdir. Sumqayıt İnzibati Məhkəməsi tərəfindən iddiasını tam əsaslandığı və sübuta yetirdiyi halda, sübutlarının bəzilərini nəzərə almadan, bəzilərini təhrif etməklə, bəzisini isə düzgün qiymətləndirməməklə yanlış nəticəyə gəlmiş, ədalətsiz və qanunsuz qərar qəbul edərək, iddianı təmin etməmişdir. Məhkəmə aydınlıq gətirmədən, yekunda qanunsuz və əsassız qərar qəbul etmişdir. O torpaq sahəsindən imtina barədə ərizə verməmişdir. Ərizədə torpaq sahəsinin yol yeri üçün ayrılmasına etiraz etməməyimi bildirmişdir. Mülkiyyətində olan torpaq sahəsindən imtina etməmişdir. Sadəcə olaraq yol yeri kimi istifadə edilməsinə etiraz etməmişdir. Lakin DƏDRX həmin torpaq sahəsini onun mülkiyyətindən çıxarmışdır. O isə yaşlı adam olduğuna görə verilən sənəddə qeyd edilənləri başa düşməmişdir. Ona bu hal sonradan məlum olmuşdur. Bundan başqa torpaq sahəsinin bir hissəsini özgəninkiləşdirildikdən faktiki istifadəsində olan torpaq sahəsinin bir hissəsini zəbt edilmiş torpaq sahəsi kimi göstərmişlər. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X30 apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; .... Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Maddə 144.2. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Maddə 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı... Maddə 9.1 Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı iddia tələbinin “ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsindən satdığı hissələr çıxıldıqdan sonra yerdə qalan 0,0010 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması,bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsinin cavabdehin üzərinə öhdəlik qoyulmasına” dair təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməlidir. Hazırki iş üzrə iddiaçının iddia tələbi müvafiq ünvanda yerləşən ona məxsus olan 0,06 ha torpaq sahəsinin başqa şəxslərə satdığı hissələr çıxmaqla, yerdə qalan hissəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, müvafiq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarət olmuşdur. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, göstərilən əmlakla bağlı mübahisə var, daşınmaz əmalka dair hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilməmişdir. İlk növbədə məhkəmə kollegiyası onu qeyd edir ki, iddiaçı iddia tələbində iddia etdiyi torpaq sahəsinin dəqiq ölçüsünü qeyd etməmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 0,06 ha torpaq sahəsinin müəyyən hissəsi ayrı-ayrı şəxslərə satıldıqdan sonra 0,0175 ha hisəsinə dair mülkiyyət hüququ dövlət qeydiyyatına alındığından iddiaçının hüquqi marağı məhz onun faktiki istifadəsində olan müvafiq tikilinin yerləşdiyi və həmin tikilinin qarşısında yerləşən boş torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından ibarət olmuşdur, həmin hissənin cəmi ölçüsünün isə 0,0035 ha (iddiaçı iddia tələbinin məzmununda da 0,0035 ha olduğunu qeyd etmişdir) olduğu müəyyən edilmişdir. Həmçinin, məhkəmə kollegiyası onu qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçının hüquqi marağının nədən ibarət olması dəqiq müəyyən edilsə də, iddiaçı tərəfindən onun hüquqi marağına uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizənin təqdim edilməsi mümkün olmamışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmadığından,indiki halda iddiaçının iddia tələbi ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsindən satdığı hissələr çıxıldıqdan sonra yerdə qalan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı olduğundan, qalan 0,0175 ha hissəsinə dair onun adına mülkiyyət hüququ dövlət qeydiyyatına alındığından, həmin hissədə mübahisə olmadığından, iddiaçının hazırki iş üzrə mübahisələndirdiyi və iddia etdiyi ərazidə yerləşən və hüquqi marağının aid olduğu torpaq sahəsinin ölçüsü 0,0035 ha olduğundan, iddia tələbində qeyd edilmiş “yerdə qalan torpaq sahəsinin” ölçüsü ifadəsi məhz 0,0035 ha torpaq sahəsi ölçüsü kimi nəzərə alınması məqsədəmüvafiqdir. Həmçinin, qeyd edilməlidir ki, müvafiq məhkəmə qərardadı ilə iddia tələbi mübahisə predmeti olan 0,0035 ha torpaq sahəsinin 0,0025 ha torpaq sahəsinə aid hissəsində mümkün sayılmamışdır. İndiki halda araşdırılmalı olan hal məhz iddiaçının ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsindən satdığı hissələr çıxıldıqdan sonra yerdə qalan 0,0010 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması,bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsinə dair cavabdehin imtinasının qanuni olub-olmaması ilə bağlı olan haldır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında fərdi yaşayış evi və onun yerləşdiyi 0, 06 ha torpaq sahəsi (tikintialtı sahəsi və ətraf sahəsi ilə birlikdə) əldə etmiş və həmin əmlaka dair onun adına mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır (xx.xx.2009-cu ildə). Daha sonra iddiaçı ona məxsus olan 0,06 ha torpaq sahəsinin 0,01 ha hissəsinə dair alqısatqı müqvailəsi bağlamaqla, X15, yerdə qalan 0,05 ha torpaq sahəsinə dair öz adına çıxarış və texniki pasport əldə etmişdir. Bundan əlavə, daha sonra iddiaçı ona məxsus olan 0,05 ha torpaq sahəsindən 0,017 ha hissəsini alqı-satqı müqaviləsi əsasında X11, yerdə qalan 0,032 ha hissəsinə dair öz adına çıxarış və texniki pasport əldə etmişdir. Daha sonra iddiaçı ona məxsus olan 0,032 ha torpaq sahəsində 0,01 ha hissəsini alqı-satqı müqaviləsi əsasında başqa şəxsə satmış, yerdə qalan 0,022 ha hissəsinə dair öz adına çıxarış alarkən həmin torpaq sahəsinin 0,0045 ha hissəsinin ümumi yol kimi çıxarılmasına dair notarial qaydada təsdiq edilmiş yazılı ərizə verərək, buna razı olduğunu bildirmiş, qalan 0,0175 ha torpaq sahəsinə dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır, hazırda da onun adına tərtib edilmiş həmin Çıxarış qüvvədədir, satıldıqdan sonra yerdə qalan 0,0175 ha hissəsi ilə bağlı hər hansı mübahisə yoxdur, iddiaçının iddia tələbi hüquqi marağına uyğun olaraq həmin hissə ilə bağlı olmamışdır. Bundan əlavə, iş materiallarında olan mübahisə predmeti olan torpaq sahəsinə dair yerli baxış protokolunun məzmunundan görünür ki, iddiaçının iddia etdiyi torpaq sahəsi daş hasar daxilində yerləşməklə, faktiki onun istifadəsindədir, torpaq sahəsinin başqa şəxslərin istifadəsində olması halı müəyyən edilmədi, bir daş hasar daxilində bir ədəd böyük ölçülü (iki mərtəbəli) fərdi yaşayış evi, onun sol tərəf divarına bitişik bir mərtəbəli kiçik ölçülü ev kimi istifadə olunan tikili və həmin tikilin qarşısında kiçik ölçülü həyət kimi istifadə olunan boş sahə və ona bitişik böyük ölçülü fərdi yaşayış evinin qarşısında həyət kimi istifadə olunan böyük ölçülü boş sahə yerləşir, torpaq sahəsinin bir giriş qapısı vardır, giriş həmin ərazidə ümumi yol kimi olan hissədəndir, böyük formalı fərdi yaşayış evinin arxa divarları qonşulara aid evlərə gedən yol ilə sərhəddə yerləşir, yol kimi istifadə olunan hissə ilə bağlı iddiaçı həmin yerin ona məxsus olduğunu, daha sonra qonşuların evlərinə gediş-gəliş üçün istifadə olunması məqsədilə həmin hissədən imtina edərək, bu barədə yazılı ərizə yazdığını qeyd etdi. İndi istədiyi sahə həmin imtina etdiyi sahə deyildir, həmin yol kimi gediş-gəliş üçün istifadə olunan hissədə iki qonşuya aid evə giriş qapıları mövcuddur, iddiaçı hazırda iddia etdiyi sahə həmin ev kimi istifadə olunan kiçik ölçülü tikili və onun qarşısında yerləşən kiçik ölçülü həyət kimi istifadə olunan boş sahədən ibarətdir, həmin sahə sağ tərəfdən iddiaçıya məxsus müvafiq çıxarışda qeyd edilmiş fərdi yaşayış evinin sol divarı ilə bitişikdir, sağ tərəfdən qonşu divarı ilə sərhəd təşkil edir, arxa divarı iddiaçının yol kimi istifadə olunması üçün imtina etdiyi iki qonşu evinə giriş-çıxışın yerləşdiyi yol yerləşir, qarşı tərəfində isə kiçik ölçülü boş sahə yerləşir, həmin boş sahənin sol tərəfdən olan hissəsi fərdi yaşayış evinin qarşəsında olan həyətyanı sahə ilə bitişik olmaqla, digər hissələrdə qonşu divarları ilə sərhəddə yerləşir, iddiaçı həmin sahənin ona məxsus olduğunu, lakin ona dair adına mülkiyyət hüququnu təsdiq edən sənəd verildiyi zaman, həmin torpaq sahəsinin ölçüsünə daxil edilmədiyini, ona görə də hazırda həmin hissələrin sənəddə ölçünü tərkibinə salınmasını istədiyini bildirdir, həmin hissəni o heç kəsə satmadığını, satdığı hissələrin tərkibinə kiçik ölçülü tikili və onun qarşısında olan boş sahənin daxil olmadığını, əvvəlcədən də o yerin ona məxsus olduğunu, həmin sahənin onun imtina etdiyi sahə ilə heç bir əlaqəsinin olmadığını, onun tərkibinə daxil olmadığını bildirdi, mütəxəssis bildirdi ki, hazırki mübahisə premdeti olan sahə tam olaraq ölçülmüşdür, bütün hissələrin ölçüləri barədə tam məlumatlıdırlar, iddiaçının iddia etdiyi hissələrin də ölçüləri müəyyən edilmişdir, bununla bağlı mütəxəssis rəyində qoyulmuş suallara ətraflı cavablandırmaq mümkündür. İş materiallarında olan mütəxəssis rəyinin məzmunundan görünür ki, iddiaçının onun adına mülkiyyt hüququnun qeydə alınmasını istədiyi tikilinin yerləşdiyi torpaq sahəsi və onun qarşısında olan boş torpaq sahəsinin cəmi ölçüsü 0,0036 ha təşkil edir, həmin torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olmuş torpaq sahəsindən ümumi yol kimi çıxarılmış 0,0010 ha hissəsi ilə üst-üstə düşür, 0,0035 ha hssəsi isə faktiki gediş-gəliş yolu ilə üst-üstə düşür. Həmin torpaq sahəsi iddiaçıya xüsusi mülkiyyət hüququ əsasında məxsus olmuş 0,06 ha torpaq sahəsinin tərkibində yerləşir, tikilinin yerləşdiyi torpaq sahəsinin 0,0025 ha hissəsi **********38 reyestr nömrəli çıxarışla X13 üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı ilə X33 arasında 29 dekabr 2011-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən iddiaçı müvafiq ünvanda yerləşən ona məxsus olan 0,05 ha torpaq sahəsindən 0,018 ha torpaq sahəsinin alıcının mülkiyyətinə vemiş, X22 adına müvafiq torpaq sahəsinə (0,017 ha) dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış və **********38 reyestr nömrəli çıxarış verilmişdir. Göründüyü kimi iddiaçı iddia tələbinin əsası kimi ona məxsus olan 0,06 ha torpaq sahəsi satıldıqdan sonra onun mülkiyyətində 0,023 ha torpaq sahəsi qaldığı halda, onun adına verilmiş çıxarışda 0,017 ha torpaq sahəsi qeyd edilməsi, onun mülkiyyətində olan torpaq sahəsinin əsassız olaraq başqa şəxslərin istifadəsində verilməsi və başqa şəxslərin adına rəsmiləşdirilməsi kimi hallara istinad edilmişdir. Məhkəmə kollegiyası işin mübahisəli halları ilə aşağıdakıları qeyd edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ona məxsus olan 0,06 ha torpaq sahəsinin müəyyən hissələrini alqı-satqı müqaviləsi əsasında başqa şəxslərə satmış, satdıqdan sonra yerdə qalan torpaq sahəsinin ölçüsü 0,022 ha olmuşdur. İddiaçı məhz yerdə qalan 0,022 ha torpaq sahəsinin 0,0045 ha hissəsinin ümumi yol kimi istifadə edilməsi məqsədilə çıxarılmasına razılıq vermiş, bundan sonra yerdə qalan 0,0175 ha torpaq sahəsinə dair onun adına mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. İddiaçı tərəfindən həmin halları təkzib edən heç bir dəlil məhkəməyə təqdim edilməmişdir. Həmçinin, məhkəmə araşıdrması zamanı müəyyən edilmişdir ki, satıldıqdan sonra yerdə qalan 0,22 ha torpaq sahəsindən ümumi yol kimi çıxarılmış 0,0045 ha hissənin 0,0035 ha hissəsindən hazırda da faktiki ümumi istifadədə olan yol kimi istifadə edilir. İddiaçı həmin ümumi yol kimi istifadə edilən 0,0035 ha hissəsi ilə bağlı tələbinin olmadığını, həmin hissənin yol kimi qalmasına razı olduğunu, onun istədiyinin məhz faktiki istifadəsində olan və cəmi ölçüsü 0,0035 ha olan müvafiq tikilinin yerləşdiyi və onun qarşısında olan torpaq sahəsi ilə bağlı olduğunu qeyd etmişdir. Həmçinin, müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi 0,0035 ha torpaq sahəsinin 0,0025 ha hissəsi onun tərəfindən başqa şəxsə satdığı torpaq sahəsinin tərkib hissəsi olmuş, başqa sözlə desək, məhz iddiaçının özünün bağladığı alqı-satqı müqvailəsi əsasında başqa şəxsə satılmış, onun əsasında başqa şəxsin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış, hazırda da faktiki iddiaçının istifdaəsində olsa da, başqa şəxsə mülkiyyət hüququ əsasında məxsus olan torpaq sahəsidir (həmin hissədə də müvafiq məhkəmə qərardadı ilə iddia mümkün sayılmamışdır). Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi 0,0035 ha torpaq sahəsinin yalnız 0,0010 ha hissəsi yerdə qalan 0,022 ha torpaq sahəsindən ümumi yol kimi çıxarılmış 0,0045 ha torpaq sahəsinin tərkibinə daxil olmuşdur. Başqa sözlə desək, iddiaçıya məxsus olan 0,022 ha torpaq sahəsindən ümumi yol kimi çıxarılmış 0,0045 ha torpaq sahəsindən 0,0010 ha hissəsi faktiki iddiaçının isifadəsində olmaqla, ümumi yol kimi istifadə edilmir və məhz həmin 0,0010 ha torpaq sahəsi iddiaçının iddia etdiyi torpaq sahəsi olmuşdur və həmin torpaq sahəsi məhz mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olmuşdur. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, indiki halda 0,0010 ha torpaq sahəsi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olduğu və faktiki istifadəsində olduğu, ümumi yol kimi istifadə olunmadığı halda, cavabdeh inzibati orqan tərəfindən həmin hissənin ümumi yol kimi iddiaçıya məxsus olan torpaq sahəsinin ölçüsündən çıxarılması və ona məxsus olan torpaq sahəsinin tərkib hissəsi kimi nəzərə alınmaması ilə bağlı hərəkətləri əsassız və qanunsuz olmuşdur. Qey edilən hallara əsasən mhkəmə kollegiyası hesab edir ki, indiki halda iddia tələbi iddiaçıya məxsus olan 0,06 ha torpaq sahəsi ayrı-ayrı şəxslərə satıldıqdan sonra yerdə qalan və hazırda iddiaçının mülkiyyət hüququ kimi qeydiyyata alınmayan 0,0010 ha hissəsinə dair iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınması, bu barədə çıxarış və plan-ölçü sənədinin verilməsi hissəsində əsaslı olduğundan, həmin hissədə iddia tələbi təmin edilməlidir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən həmin hissədə işin hallarına düzgün hüquqi qiymət verilməmiş, işin halları ətraflı araşdırılmamış, bununla da iş üzrə gəldiyi nəticə həmin hissədə işin hallarına uyğun olmamış, gəldiyi nəticə yalnış olmuşdur. Bu baxımından iddiaçının apellyasiya şikayətnin dəlilləri həmin hissədə əsaslı olduğundan, qismən təmin edilməlidir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı məhz həmin hissədə ləğv edilməli, iddia təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edilmədiyindən, bununla da iş üzrə gəldiyi nəticə düzgün olmadığından, apellyasiya şikayətinin qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı iddia tələbinin “ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsindən satdığı hissələr çıxıldıqdan sonra yerdə qalan 0,0010 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması,bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsinin cavabdehin üzərinə qoyulmasına” aid təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə yeni qərar çıxarılmalı, həmin hissədə iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-170/2023 nömrəli qərarı iddia tələbinin “ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsindən satdığı hissələr çıxıldıqdan sonra yerdə qalan 0,0010 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması,bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına” dair təmin edilməyən hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qərar qəbul edilsin, iddia təmin edilsin. İddiaçı mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsindən satdığı hissələr çıxıldıqdan sonra yerdə qalan və dövlət qeydiyyatına alınmayan 0,0010 ha torpaq sahəsi üzərində adına mülkiyyət hüququnun qeydiyyata alınması,bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-41/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-41/2024
23.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver