Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-410/2025 31.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X1 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona güzəştli şərtlərlə pensiya hüququnun yarandığı, yəni 60 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixindən əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 12 fevral 2025-ci il tarixli, 2-1(118)-1209/2025 nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona güzəştli şərtlərlə pensiya hüququnun yarandığı, yəni 60 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixindən əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1959-cu ildə anadan olmuşdur. İddiaçı xx.xx.1978-xx.xx.1980-ci ilədək Sovet Ordu sıralarında hərbi qulluqçu kimi, xx.xx.1981-xx.xx.1982-ci ilədək Sadə Superfosfat sexinə Aparat və avadanlıqlar üzrə 3-cü dərəcəli təmirçi çilingər kimi, xx.xx.1982-xx.xx.1987-ci ilədək Avtonəqliyyat sexinə Avto-Yükləyici nəqliyyat vasitəsinə (KON-özü yükləyib-boşaldan) 4-cü dərəcəli universal avto yükləyici sürücüsü kimi, xx.xx.1987-xx.xx.1996-cı ilədək həmin müəssisədə traktor nəqliyyat vasitəsi üzrə 5-ci dərəcəli universal traktor sürücüsü kimi, xx.xx.1996-cı ildən xx.xx.2008-ci ilədək həmin müəssisədə 8-ci dərəcəli universal avto-yükləyici sürücüsü kimi işləyərək yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən güzəştli iş stajını tamamlamışdır. Hesab edir ki, qanunvericiliyin tələb etdiyi güzəştli iş stajı mövcud olduğundan ona 60 yaşından yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir. Bununla bağlı iddiaçı tərəfindən ərizə ilə cavabdeh orqana müraciət olunmuş, lakin cavabdeh xx.xx.2024-cü il tarixli imtina məktubu ilə cavab vermişdir. İmtina məktubunda qeyd edilmişdir ki, iddiaçının avtonəqliyyat sexində xx.xx.1982-xx.xx.1987, xx.xx.1987xx.xx.1996, xx.xx.1996-xx.xx.2008-ci il tarixləri arasındakı dövr müvafiq Qərarla təsdiq edilmiş Siyahının kimya istehsalatı sahəsinə aid deyil. Bu səbəbdən də iddiaçının güzəştli şərtlərlə iş stajı 12 il 6 aydan az, yəni 8 ay 21 gün təşkil edir. Cavabdehin imtinası əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür. İddiaçının 60 yaşına çatması (xx.xx.2019) və 25 il ümumi iş stajının olması işin mübahisəsiz hallarına aiddir. Belə ki, onun 60 yaşı tamam olana kimi 25 ildən artıq ümumi əmək stajının olması onun əmək kitabçası, hərbi bileti və diplomu ilə təsdiq olunur və iddiaçının qanunla tələb olunan ümumi iş stajını tam olaraq toplaması cavabdeh tərəfindən mübahisələndirilmir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh tərəfindən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina olunmuş və buna əsas kimi sonuncunun müəyyən dövrdə işlədiyi peşələrin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin siyahısına aid olmadığı və bu səbəbdən də güzəştli iş stajının 12 il 6 aydan az təşkil etdiyi qeyd edilmişdir. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı üçün müvafiq güzəştli iş stajı ilə bağlı qeyd edilir ki, işçinin əmək kitabçasının doldurulması, o cümlədən işin adı, peşəsi yaxud vəzifəsinin qeyd edilməsi işəgötürən tərəfindən həyata keçirildiyindən, ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasını tələb edən iddiaçının əmək kitabçasında qeyd edilmiş peşə adının Siyahı ilə müəyyən edilmiş peşə adlarına uyğun gəlib-gəlməməsinin müəyyən edilməsi üçün işəgötürən tərəfindən verilmiş müvafiq arayışlar (“Güzəştli arayış”) da qeyd olunmuş məlumatlar əsas götürülməlidir. Beləliklə, hesab edilir ki, iddiaçının xx.xx.2019-cu il tarixədək, qanunla müəyyən olunmuş 25 ildən artıq ümumi iş stajının, o cümlədən 12 il 6 aydan artıq, güzəştli şərtlərlə iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Belə olan halda İddiaçı xx.xx.2019-cu il tarixədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə müvafiq olaraq ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanmalıdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Mərkəzi Filiala ərizə ilə müraciət edərək yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Həmin müraciət Mərkəzi Filial tərəfindən xx.xx.2024-cü il tarixli 3-17-1/2-Y-70417/2024 nömrəli məktubla cavablandırılmış və iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İddiaçı iddia ərizəsində xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. İşin faktiki hallarından məlum olur ki, İddiaçı xx.xx.1959-cu il tarixdə doğulmuş, beləliklə də xx.xx.2019-cu il tarixdə 60 yaşı tamam olmuşdur. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemi vasitəsilə əldə edilmiş məlumata əsasən iddiaçıya proaktiv qaydada xx.xx.2024-cü il tarixdən “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsi üzrə ümumi əsaslarla yaşa görə pensiya təyin edilmişdir. İddiaçı təqdim edilmiş imtinanın hüquqi əsasını “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsi təşkil etmişdir. Həmin maddənin iddiaçının müraciət etdiyi tarixdə qüvvədə olmuş redaksiyası aşağıdakı kimi ifadə olunmuşdur: “Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.” Həmin Qanunun 7-ci maddəsinə görə 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. İddia ərizəsinə əsasən İddiaçı hüquqi marağı ona 60 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi olduğundan həmin tarixdə qüvvədə olan qanunvericiliyin tələbləri əsasında münasibət bildirməyi məqsədəuyğun hesab edirlər. “Əmək pensiyaları haqqında” Qanunun müddəaları baxımından İddiaçı xx.xx.2019-cu il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün aşağıdakı dispozisiya şərtlərinin birlikdə ödənilməsi tələb olunurdu: İddiaçının 60 yaşı tamam olmalıdır (yaş tələbi); İddiaçı iş stajının ən azı 12 il 6 ayını müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahıda nəzərdə tutulmuş zərərli və ağır olan işlərdə toplamalıdır (güzəştli iş stajı tələbi); İddiaçı ən azı 25 il ümumi sığorta stajına malik olmalıdır (ümumi iş stajı tələbi); İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir (pensiya kapitalı tələbi). İşin faktiki hallarından da məlum olur ki, iddiaçı M.X6 müraciət edərkən "xxxx" ASC-dən iş stajı ilə bağlı arayış təqdim etmişdir. xx.xx.2024-cü il tarixli 39 və 41 nömrəli həmin arayışlara əsasən iddiaçının xx.xx.1981-ci il tarixdən xx.xx.2008-ci il tarixədək işlədiyi dövrlər güzəştli iş stajı hesab edilir. Arayışlara əsasən sözügedən dövrlərdəki iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahının “Kimya istehsalatı” adlanan X bölməsinin 2110A00 kodu ilə qeyd olunmuş vəzifəyə uyğundur. Bildirirlər ki, həmin kod üzrə “tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri” vəzifələri üzrə iş müddəti güzəştli iş stajına daxil edilə bilər. Lakin "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli 40 nömrəli arxiv arayışına və iddiaçının əmək kitabçasındakı qeydlərə əsasən İddiaçı sözügedən müəssisənin Avtonəqliyyat sexində xx.xx.1982xx.xx.1987-ci il tarixləri arasındakı dövr ərzində Avto-Yükləyici nəqliyyat vasitəsində universal avto-yükləyici sürücüsü, xx.xx.1987-xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində Traktor nəqliyyat vasitəsində universal traktor sürücüsü, xx.xx.1996-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində universal avto-yükləyici sürücüsü vəzifələrində işlədiyi qeyd olunmuşdur. Bu isə heç də arayışda istinad edildiyi kimi kimya istehsalatı sahəsinə aid deyil. Həmçinin, həmin kodda sürücü vəzifəsi ümumiyyətlə nəzərdə tutulmamışdır. Bu səbəbdən iddiaçının xx.xx.1982-ci il tarixdən xx.xx.2008-ci il tarixədək işlədiyi dövrlər onun güzəştli iş stajına daxil edilə bilməz. Digər tərəfdən, hazırkı iş üzrə müəssisənin arayışında iddiaçının xx.xx.2008-ci il tarixədək işlədiyi dövrün staja daxil edildiyi bildirilsə də, "xxxx" ASC tərəfindən İddiaçı münasibətdə xx.xx.2007-ci il tarixədək məcburi dövlət sosial sığorta haqları ödənilmişdir. “Əmək pensiyaları haqqında” Qanununun 21.1-ci maddəsinin tələbi baxımından, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” altsistemi vasitəsilə əldə edilmiş məlumata əsasən iddiaçının fərdi şəxsi hesabına "xxxx" ASC tərəfindən xx.xx.2007-ci il tarixdən sonra məcburi dövlət sosial sığorta haqları ödənilməmişdir. 2007-ci ilin dekabr ayı işəgötürənin arayışında güzəştli iş stajı hesab edilən dövrə daxil edilsə də, sığortaedən tərəfindən İddiaçı münasibətdə məcburi dövlət sosial sığorta haqqı ödənilmədiyindən əmək kitabçasında və arayışda qeyd olunan həmin dövr onun istər ümumi, istərsə də güzəştli iş stajına daxil edilə bilməz. Hazırkı işin hallarından isə 2007-ci ilin dekabr ayı üzrə məhz iddiaçının adına sosial sığorta ödənişlərinin həyata keçirildiyi müəyyən edilmir. Hazırkı iş üzrə müəssisənin arayışında qeyd edilən digər dövrlərə gəldikdə isə bildirirlər ki, "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli 40 nömrəli arxiv arayışına və iddiaçının əmək kitabçasındakı qeydlərə əsasən İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Sadə Superfosfat sexində təmirçi-çilingər vəzifəsində işləmişdir. Mərkəzi Filial tərəfindən yalnız qeyd edilən dövr iddiaçının güzəştli iş stajına daxil edilmişdir. Beləliklə, iddiaçının mübahisələndirilməyən güzəştli iş stajı 8 ay 21 gün təşkil edir, bu isə qanunvericiliklə tələb edilən 12 il 6 ay müddətdən azdır. Həmçinin, iddia ərizəsində iddiaçının hazırkı tələblə cavabdehə xx.xx.2023-cü il tarixdə müraciət etdiyi bildirilsə də, Mərkəzi Filialda belə bir müraciət aşkar edilməmişdir. Mövcud icraat materiallarına əsasən İddiaçı güzəştli iş stajı qanunvericiliklə tələb olunan 12 il 6 aydan azdır və “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsi üzrə pensiya təyinatına imkan verməmişdir. Deməli, güzəştli iş stajı ilə bağlı dispozisiya şərti iddiaçıya münasibətdə mövcud olmamışdır. Müvafiq normanın bütün dispozisiya şərtlərinin hazırkı iş üzrə mövcud olub-olmadığını yoxladıqdan sonra növbəti mərhələdə cavabdehin düzgün hüquqi nəticəni seçib- seçmədiyi müəyyən olunmalıdır. Mərkəzi Filialın imtinasının hüquqi əsasını təşkil edən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş, güzəştli iş stajı, ümumi iş stajı və pensiya kapitalı tələbi ilə bağlı qeyd olunan dörd şərtin hər biri mövcud olmalıdır. Cavabdeh sadalanan şərtlərdən hətta birinin mövcud olmadığı təqdirdə pensiya təyinatından imtina etməkdə haqlıdır. Deməli, Mərkəzi Filial iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Bu səbəbdən Mərkəzi Filialın imtinası qanunauyğundur. Cavabdehin iddiaya qarşı yazılı etiraza əlavə ərizəsində qeyd edilmişdir ki, Mərkəzi Filial tərəfindən iddiaçıya təqdim olunmuş xx.xx.2024-cü il tarixli 3-17-1/2-Y-70417/2024 nömrəli imtina məktubunda iddiaçının ümumi iş stajı və pensiya kapitalına münasibət bildirilmədiyindən xx.xx.2024-cü il tarixli 3-17-1/2-201005/2024 nömrəli etiraza əlavəni təqdim edirlər. İddiaçı iddia ərizəsində xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2024-cü il tarixli 3- 17-1/2-201005/2024 nömrəli etirazda da qeyd edildiyi kimi Əmək pensiyaları haqqında Qanunun müddəaları baxımından İddiaçı xx.xx.2019-cu il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün aşağıdakı dispozisiya şərtlərinin birlikdə ödənilməsi tələb olunurdu: İşin faktiki hallarından məlum olur ki, İddiaçı xx.xx.2019-cu il tarixdə yaş və ümumi iş stajı tələblərini ödəmişdir. Belə ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən onun ümumi iş stajı 28 il 7 ay 16 gün (xx.xx.2006-cı il tarixədək 26 il 9 ay 16 gün (xx.xx.1978-xx.xx.1980-ci il (hərbi xidmət dövrü) və 24 04 1981-xx.xx.2005-cı il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 1 il 10 ay) təşkil edir. Bununla belə, pensiya təyin edilməsi tələb edilən xx.xx.2019-cu il tarixdə iddiaçıya münasibətdə güzəştli iş stajı və pensiya kapitalı ilə bağlı dispozisiya şərtləri mövcud olmamışdır. Məlumat üçün bildirirlər ki, İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermirdi. Belə ki, həmin tarixə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 23233.44 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 661,08 manat təşkil edirdi. xx.xx.2024-cü il tarixli 3-17-1/2-201005/2024 nömrəli etirazda iddiaçının güzəştli iş stajına münasibət bildirdiklərinə görə təkrarən qeyd etməyi zəruri hesab etmirlər. Hazırkı iş üzrə iddia tələbinin təmin edilməsi üçün yaş, güzəştli iş stajı, ümumi iş stajı və pensiya kapitalı tələbi ilə bağlı qeyd olunan dörd şərtin hər biri mövcud olmalıdır. Cavabdeh sadalanan şərtlərdən hətta birinin mövcud olmadığı təqdirdə pensiya təyinatından imtina etməkdə haqlıdır. Deməli, Mərkəzi Filial iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Bu səbəbdən Mərkəzi Filialın imtinası qanunauyğundur. Beləliklə, İddiaçı güzəştli iş stajı və pensiya kapitalı tələb olunandan az olduğuna görə “Əmək pensiyaları haqqında" Qanunun müddəaları əsasında iddiaçıya iddia ərizəsində qeyd etdiyi tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: İş materiallarına əlavə olunmuş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 39 nömrəli, 27 fevral 2024-cü il tarixli arayışından görünür ki, iddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.2008-ci il tarixədək Kimya sənayesi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarı il təsdiq edilmiş 2 nömrəli siyahının X bölməsinin 1.3 nömrəli bəndində göstərilmiş istehsalatlara uyğun olaraq (Kod:2110A00) "xxxx" zavodunun Avtonəqliyyat sexində unversal Avtoyükləyici üzrə sürücü vəzifəsində işləmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 41 nömrəli, 27 fevral 2024-cü il tarixli arayışından görünür ki, iddiaçı Avtonəqliyyat sexi-unversal avtoyükləyici sürücüsü vəzifəsində işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta stajı 26 il, 8 ay, 8 gün təşkil edir. Sözügedən vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 2 nömrəli bəndinə və 2110A00 vəzifə koduna uyğundur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 12 fevral 2025-ci il tarixli, 2-1(118)-1209/2025 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı xx.xx.2022-ci il tarixdən (60 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Fililalının üzərinə qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın tam təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, iddiaçıya xx.xx.2022-ci il tarixdən əmək pensiyasının təyin edilməsi üçün onun həmin tarixədək ən azı 12 il 6 ay güzəştli iş stajı olmalıdır. İnzibati icraat materiallarından da aydın olur ki, İddiaçı yaş və ümumi iş stajı tələblərini ödəsə də, güzəştli iş stajı ilə bağlı şərtlər ona münasibətdə mövcud olmamışdır. Belə ki, iddiaçının güzəştli iş stajı 8 ay 21 gün təşkil edir. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” altsistemi vasitəsilə əldə edilmiş məlumata əsasən iddiaçının fərdi şəxsi hesabına "Sumqayıt Superfosfat” ASC tərəfindən xx.xx.2007-ci il tarixdən sonra məcburi dövlət sosial sığorta haqları ödənilməmişdir. 2007-ci ilin dekabr ayı işəgötürənin arayışında güzəştli iş stajı hesab edilən dövrə daxil edilsə də, sığortaedən tərəfindən İddiaçı münasibətdə məcburi dövlət sosial sığorta haqqı ödənilmədiyindən əmək kitabçasında və arayışda qeyd olunan həmin dövr onun istər ümumi, istərsə də güzəştli iş stajına daxil edilə bilməz. Oxşar mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının analoji işlərlə bağlı iddiaçı X2 “əmək pensiyanın bütün əmək stajı nəzərə alınmagla yenidən hesablanması və əmək pensiyasının sığorta hissəsinin düzgün indeksləşdirilməsi" tələbinə dair xx.xx.2024cü il tarixli 2-1 (102)-139/2024 nömrəli gərarı ilə də müəyyən edilmişdir. Hazırkı iş üzrə müəssisənin arayışında qeyd edilən digər dövrlərə gəldikdə isə bildiririk ki, "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli 40 nömrəli arxiv arayışına və iddiaçının əmək kitabçasındakı qeydlərə əsasən İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Sadə Superfosfat sexində təmirçi-çilingər vəzifəsində işləmişdir. Mərkəzi Filial tərəfindən yalnız qeyd edilən dövr iddiaçının güzəştli iş stajına daxil edilmişdir. Beləliklə, iddiaçının mübahisələndirilməyən güzəştli iş stajı 8 ay 21 gün təşkil edir, bu isə ganunvericiliklə tələb edilən 12 il 6 ay müddətdən azdır. İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandıraraq əlavə olaraq Sumqayıt İnzibati Məhkəməsinin e-2-1(118)-1209/2025 nömrəli, xx.xx.2025 tarixli qərarının ləğv edilməsini, iddia tələbinin tam həcmdə təmin edilərək ona güzəştli şərtlərlə pensiya hüququnun yarandığı, yəni 60 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixindən əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının vəkili və nümayəndəsi tərəfindən “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə mülahizə ünvanlanaraq onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi öz qərarında hesab etmişdir ki, vətəndaşın güzəştli şərtlərlə pensiya hüququnun yarandığı tarix 2022-ci ildir. İddiaçının 60 yaşının tamam olduğu tarix-2019-cu ildə müraciət etmədiyi xüsusatını nəzərə alaraq iddia qismən təmin edilmişdir. Məhkəmənin nəzərinə çatdırılır ki, 2019-cu ildən bütün dünyanı cənginə akın Covid-19 infeksiyasının yayılmasının qarşısını almaq, bu sahədə görülən tədbirlərin səmərəliliyini artırmaq və tibbi profilaktikanı gücləndirmək məqsədilə ölkəmizdə tətbiq olunmuş xüsusi karantin rejiminin gətirdiyi məhdudiyyətlər səbəbilə vətəndaş 2019-cu ildə inzibati orqana ərizə ilə müraciət edə bilməmiş, yalnız 2021-ci ildə xüsusi rejimlə tətbiq olunmuş bəzi məhdudiyyətlər üzrə müəyyən yumşaldılmalara gedildikdən sonra cavabdeh orqana əmək pensiyasının təyin edilməsi ilə bağlı ərizə təqdim edə bilmişdir. Qeyd edilir ki, onlar birinci instansiya məhkəməsinə sözügedən sübutları təqdim edə bilməmişdilər. Belə ki, gedişatda iddiaçı inzibati orqana müvafiq müraciətlərini etməsi ilə bağlı məktublarını evində tapdığından, eyni zamanda müraciətini təsdiq edən çatdırılma qəbzini də poçt xidmətindən əldə etdiyindən hazırda bu yeni sübutları məhkəməyə təqdim elmək zərurəti yaranmışdır. b) Apellyasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə və iddianın dəqiqləşdirilməsi barədə ərizəsinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınaraq,iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (əvvəlki -“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununu qüvvəyə minənədək olan redaksiyada) “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; "Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD N°li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”
“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməli, cavabdeh inzibati orqanın apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası yaranmış mübahisə ilə əlaqədar aşağıdakıları qeyd edir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilmişdir. Sözügedən qərardan narazı qalan iddiaçı və cavabdeh inzibati orqan tərəfindən apellyasiya şikayətləri verilmişdir. İş materiallarından görünür ki, iddiaçı ilkin olaraq birinci instansiya məhkəməsinə müraciət edərək 60 yaşının tamam olduğu 24 fevral 2019-cu il tarixindən əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh orqan etirazın əsaslarından biri olaraq vətəndaşın ona pensiya təyin edilməsi üçün pensiya kapitalın mövcud olmadığını qeyd etmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddiaçıya qanunvericiliyə əsasən pensiya kapitalının tələb edilmədiyi dövrdən xx.xx.2022-ci il tarixdən əmək pensiyası təyin edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, nə birinci instansiya məhkəməsi, nə də cavabdeh inzibati orqan tərəfindən iddiaçıya hüquqi yardım edilərək düzgün hüquq müdafiə vasitəsi göstərilmişdir. Halbuki, iddiaçıya hüquqi yardım edilməsi qanunvericiliyə əsasən həm birinci instansiya məhkəməsi, həm də cavabdeh inzibati orqanın vəzifəsi olaraq müəyyən edilmişdir. Belə ki, İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Eləcə də “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinin tələbinə əsasən inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. Apellyasiya instansiyasında icraat zamanı İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbinə əsasən iddiaçıya hüquqi yardım edilmiş, iddiaçının vəkili və nümayəndəsi tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək iddiaçıya 57 yaşının tamam olduğu 24 fevral 2016-cı il tarixindən əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh inzibati orqana həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İlk növbədə məhkəmə kollegiyası iddianın dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbulu ilə əlaqədar qeyd edir ki, AR İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Məhkəmə kollegiyası iddiaçının inzibati orqana müraciətini və hazırkı iş üzrə hüquqi marağını nəzərə alaraq, ərizənin məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinin tələbinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə kollegiyası iddiaçının tələbini əsaslı hesab etməklə aşağıdakıları qeyd edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin birinci hissəsinin b) bəndinə əsasən: əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Beləliklə, normaların təhlilindən görünür ki, güzəştli şərtlərlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-ci il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), xx.xx.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (10 mart 2017-ci il tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır). Bu baxımdan, kollegiya qeyd edir ki, yuxarıda istinad olunan qanunvericilik normalarına görə, iddiaçının 57 yaşının tamam olduğu 24 fevral 2016-cı il tarixdə ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki əsas mövcud olmalıdır: 1) 1 yanvar 2006-cı il tarixədək azı 25 il ümumi iş stajının mövcud olması 2) 1 yanvar 2006-cı il tarixədək azı 12,6 il güzəştli iş stajının mövcud olması. Ümumi iş stajı ilə bağlı kollegiya qeyd edir ki, iş materiallarından da göründüyü kimi qeyd olunan tarixə kimi iddiaçının 25 ildən artıq ümumi iş stajı olmuşdur. Sözügedən hal cavabdeh inzibati orqan tərəfindən də mübahisələndirilməmişdir. İş materiallarından görünür ki, iddiaçının ümumi iş stajı cavabdeh inzibati orqan tərəfindən 28 il 7 ay 16 gün (xx.xx.2006-cı il tarixədək 26 il 9 ay 16 gün (xx.xx.1978xx.xx.1980-ci il (hərbi xidmət dövrü) və 24 04 1981-xx.xx.2005-cı il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 1 il 10 ay) olaraq qəbul edilmişdir. Göründüyü kimi iddiaçıya 57 yaşının tamam olduğu 24 fevral 2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün tələb edilən ümumi iş stajı mübahisə edilmir. Güzəştli iş stajı ilə bağlı isə kollegiya qeyd edir ki, iş materiallarına iddiaçının güzəştli şərtlərlə pensiya təyin edilməsinə əsas verən vəzifələrdə işləməsinə dair müvafiq müəssisə tərəfindən verilmiş arayışlar əlavə olunmuşdur. Belə ki, iş materiallarına əlavə olunmuş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 40 nömrəli, 27 fevral 2024-cü il tarixli arxiv arayışından görünür ki, iddiaçı Sumqayıt Superfosfat zavodunda 24 aprel 1981-ci il tarixdən (459-k nömrəli 23 aprel 1981-ci il tarixli işə qəbul əmri) 08 yanvar 2008-ci il tarixinə kimi Avtonəqliyyat sexində sürücü vəzifəsində (08 yanvar 2008-ci il tarixli 04-k nömrəli işdən çıxma əmri – Azərbaycan Respublikası ƏMnin 69.3-cü maddəsi) işləmişdir. xx.xx.1978-ci il – xx.xx.1980-ci il Sovet Ordu sıralarında olub. (H/bilet H3 №3685973) xx.xx.1981-ci il Sadə Superfosfat sexinə (SSS) Aparat və avadanlıqlar üzrə 3-cü dərəcəli təmirçi çilingər vəzifəsinə işə qəbul edilmişdir. (Əmr – 459k, xx.xx.1981-ci il). xx.xx.1982-ci il – Avtonəqliyyat sexinə (ATS) Avto-Yükləyici nəqliyyat vasitəsinə (KON-özü yükləyib-boşaldan) 4-cü dərəcəli universal avto yükləyici sürücüsü işinə keçirilmişdir (Əmr – 52k, xx.xx.1982-ci il). xx.xx.1987-ci il – Avtonəqliyyat sexinə (ATS) Traktor nəqliyyat – vasitəsi üzrə yeni əmək haqqı tarifinə uyğun 5-ci dərəcəli universal traktor sürücüsü adı verilmişdir (Əmr – 876k, xx.xx.1987-ci il). xx.xx.1996-cı il – Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 60 saylı qərarına əsasən vahid tarif dərəcələrinə müvafiq olaraq Avtonəqliyyat sexində 8-ci dərəcəli universal avto-yükləyici sürücüsü (62 kvt) işinə keçirilmişdir. (“Azərikimya” DŞ-nin 64 saylı xx.xx.1996-cı il tarixli əmri). Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin xx.xx.2001-ci il tarixli, 241 saylı Sərəncamına əsasən Sumqayıt Superfosfat zavodunun bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılıb. xx.xx.2008-ci il – Azərbaycan Respublikası ƏM-nin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən öz xahişi ilə işdən azad olunmuşdur (Əmr- 04k, xx.xx.2008-ci il). İş materiallarına əlavə olunmuş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 39 nömrəli, 27 fevral 2024-cü il tarixli arayışından görünür ki, iddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.2008ci il tarixədək Kimya sənayesi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarı il təsdiq edilmiş 2 nömrəli siyahının X bölməsinin 1.3 nömrəli bəndində göstərilmiş istehsalatlara uyğun olaraq (Kod:2110A00) "xxxx" zavodunun Avtonəqliyyat sexində unversal Avtoyükləyici üzrə sürücü vəzifəsində işləmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 41 nömrəli, 27 fevral 2024-cü il tarixli arayışından görünür ki, iddiaçı Avtonəqliyyat sexi-unversal avtoyükləyici sürücüsü vəzifəsində işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta stajı 26 il, 8 ay, 8 gün təşkil edir. Sözügedən vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 2 nömrəli bəndinə və 2110A00 vəzifə koduna uyğundur. Həmçinin "xxxx" ASC tərəfindən məhkəməyə ünvanlamış 08 oktyabr 2024-cü il tarixli, 42 nömrəli məktubdan görünür ki, X4 həqiqətən 24 Aprel 1981-ci il tarixdən 08 Yanvar 2008-ci ilə kimi Sumqayıt Superfosfat zavodunda müxtəlif vəzifələrdə işləmişdir. O cümlədən 24 Aprel 1981-ci il tarixdən 15 Yanvar 1982-ci il tarixinə kimi Sumqayıt Superfosfat zavodunun 01 saylı X3 (DSS) Aparat və Avadanlıqları üzrə 3-cü dərəcəli təmirçi-çilingər vəzifəsində zərərli iş şəraitində işləmişdir. 15 Yanvar 1982-ci il tarixdən 08 Yanvar 2008-ci ilə kimi isə Zavodun Avtonəqliyyat sexində Avto-Yükləyici (KON-özü yükləyib-boşaldan nəqliyyat vasitəsidir) nəqliyyat vasitəsi üzrə 4-cü dərəcəli unversal avtoyükləyici sürücü olaraq, bütün sexlərdə istehsal olan məhsulların daşınması və eləcə də boşaldılmasında bilavasitə, mütəmadi olaraq, iştirak etmiş və işləmişdir. Qeyd edilir ki, zavod o dövrlərdə yalnız kimyəvi məhsullar istehsal edərək, Keçmiş SSRİ-nin bütün Respublikalarına yəni, kənd Təsərrüfatlarında və digər sahələrində istifadə etmək üçün Dənəvər Superfosfat, Sadə Superfosfat (üyüdülmüş toz şəklində) kübrələri, Sulfat turşusu, Oleum, Ftor Alminium kimi zəhərli, eləcə də insan orqanizminə bilavasitə tam zərərli olan kimyəvi məhsullar istehsal edirdi. Elə bu səbəbdən də həmin sexlərdə çalışan işçilər müəyyən müddətdən sonra, yaş həddinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 İyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahıda qeyd olunan güzəştli şərtlərlə pensiya hüququna malik olurlar (Kod: 1080A010- 17541,1080A010) və 2 №-li siyahıda qeyd olunan güzəştli şərtlərlə pensiya hüququna malik olanlar (Kod : 2110A00) pensiyaya çıxırlar”. Kollegiya hesab edir ki, iddiaçının çalışdığı avto-yükləyici nəqliyyat vasitəsində universal avto-yükləyici sürücüsü, traktor nəqliyyat vasitəsində universal traktor sürücüsü və universal avto-yükləyici sürücüsü peşələri müəssisə tərəfindən verilmiş güzəştli arayışlar da nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”-nın X. Kimya istehsalatı bölməsinin “2110A00” kodlu, “a” (Tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri) bəndindəki fəhlələr peşəsinə uyğundur. Məhkəmə kollegiyası qeyd edir ki, nəzərə alsaq ki, iddiaçı 25 il ümumi və 12 il 6 ay xüsusi iş stajına xx.xx.2006-cı il tarixə qədər malik olmalıdır, bu zaman “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələbi baxımından onun güzəştli şərtlərlə pensiya hüququ həmin tarixə qədər qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə yaranır. Həmin Siyahının X. Kimya istehsalatı bölməsinin “a” (Tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri) bəndinin “2110A00” kodu üzrə yarımbəndlərdə iddiaçının çalışdığı peşələr ağır iş şəraitinə aid olan peşələr sırasına aid edilmişdir. İddiaçının xx.xx.2006-cı il tarixədək 12 il 6 aydan artıq xüsusi iş stajını toplaması "Sumqayıt Superfosfat” Açıq Səhmdar Cəmiyyətinin arayışları ilə təsdiq edilir. İddiaçının xx.xx.2006-cı il tarixədək 25 il ümumi və 12 il 6 ay xüsusi iş stajını tamamladığı nəzərə alındıqda, o, qeyd edilən tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi tələbində haqlı olmuşdur. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin nəzərə aldığı mübahisələndirilməyən 8 ay 21 gün, xx.xx.1982-xx.xx.1987-ci il tarixləri arasındakı dövr ərzində avto-yükləyici nəqliyyat vasitəsində universal avto-yükləyici sürücüsü, xx.xx.1987xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində traktor nəqliyyat vasitəsində universal traktor sürücüsü, xx.xx.1996-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində universal avto-yükləyici sürücüsü vəzifəsində işlədiyi dövrlər ona güzəştli şərtlərlə əmək pensiyanın təyin edilməsi üçün əsas hesab edilməlidir. Həmin dövrlər isə tələb olunan güzəştli iş stajı 12 il 6 ay olduğu üçün, iddiaçıya güzəştli şərtlərlə pensiya təyini üçün tələb olunan həm ümumi, həm də xüsusi iş stajı toplanmış olur. Beləliklə kollegiya qeyd edir ki, yuxarıda qeyd olunanlara əsasən iddiaçı hazırki tələbində haqlıdır. Bu səbəbdən də birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iddia təmin edilməli, iddiaçıya 57 yaşının tamam olduğu 24 fevral 2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır. Kollegiya cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə aşağıdakıları qeyd edir. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi iddia tələbi dəyişdirilmişdir. Dəyişdirilmiş iddia tələbinə isə cavabdeh inzibati orqan tərəfindən etiraz təqdim edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlilləri hazırki iş üzrə baxılan iddiaya təsir edə biləcək hissədə əhəmiyyət daşıya bilər. Cavabdeh inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayətindən görünür ki, iddiaçının güzəştli iş stajının az olmasına istinad olunmuşdur. İnzibati orqan mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı yaş və ümumi iş stajı tələblərini ödəsə də, güzəştli iş stajı ilə bağlı şərtlər ona münasibətdə mövcud olmamışdır. Belə ki, iddiaçının güzəştli iş stajı 8 ay 21 gün təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tələb edilən xüsusi iş stajının olması yuxarıda əsaslandırılmışdır. Cavabdeh inzibati orqan apellyasiya şikayətində həmçinin qeyd etmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” altsistemi vasitəsilə əldə edilmiş məlumata əsasən iddiaçının fərdi şəxsi hesabına "Sumqayıt Superfosfat” ASC tərəfindən xx.xx.2007-ci il tarixdən sonra məcburi dövlət sosial sığorta haqları ödənilməmişdir. 2007-ci ilin dekabr ayı işəgötürənin arayışında güzəştli iş stajı hesab edilən dövrə daxil edilsə də, sığortaedən tərəfindən İddiaçı münasibətdə məcburi dövlət sosial sığorta haqqı ödənilmədiyindən əmək kitabçasında və arayışda qeyd olunan həmin dövr onun istər ümumi, istərsə də güzəştli iş stajına daxil edilə bilməz. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, hazırkı iddia baxımından iddiaçının ümumi iş stajının xx.xx.2006-cı il tarixə qədər olan dövrü əhəmiyyətli olduğu üçün apellyasiya şikayətinin həmin dəlili öz əhəmiyyətini itirmiş olur. Həmçinin cavabdeh inzibati orqan tərəfindən iddiaçıya münasibətdə güzəştli iş stajı ilə yanaşı pensiya kapitalı ilə bağlı dispozisiya şərtlərinin mövcud olmamasına da istinad olunmuşdur. Eləcə də birinci instansiya məhkəməsi də iddianı qismən təmin edərkən pensiya kapitalı tələbinə münasibət bildirmiş və əmək pensiyasının 01 iyul 2022-ci il tarixdən təyin edilməli olması qənaətinə gəlmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin hissədə də iddia tələbinə münasibət bildirməyi zəruri hesab edir. Belə ki, iddiaçının pensiya hüququ yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələbinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əmək pensiyasının minimum məbləğindən az olmayan məbləğdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğinin olması şərti mövcud olmamışdur. Yuxarıda da qeyd olunduğu kimi iddiaçıya 57 yaşının tamam olduğu 24 fevral 2016cı il tarixdən pensiya təyin edilməsi üçün 25 il ümumi iş stajı və 12,6 il güzəştli iş stajı mövcud olması yetərlidir. Beləliklə də, kollegiya hesab edir ki, iddiaçıya 24 fevral 2016-cı il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş bütün tələblər ödənildiyindən iddiaçı tələbində haqlıdır. İddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Göründüyü kimi "Sumqayıt Superfosfat” Açıq Səhmdar Cəmiyyəti tərəfindən güzəştli iş stajı barədə arayışlar təqdim edilmiş, həmin arayışların mötəbərliyini şübhə altına alan hər hansı hal məhkəmə icraatı zamanı müəyyən olunmamış, cavabdeh tərəfindən də bu barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır. Məhkəmə kollegiyası pensiya ödənişlərinin ödənilmə tarixlərinə münasibətdə isə aşağıdakıları qeyd edir.
İddiaçının vəkili və nümayəndəsi tərəfindən məhkəməyə ünvanlanan mülahizədə qeyd edilir ki, xüsusi karantin rejiminin gətirdiyi məhdudiyyətlər səbəbilə iddiaçı 2019-cu ildə inzibati orqana ərizə ilə müraciət edə bilməmiş, yalnız 2021-ci ildə xüsusi rejimlə tətbiq olunmuş bəzi məhdudiyyətlər üzrə müəyyən yumşaldılmalara gedildikdən sonra cavabdeh orqana əmək pensiyasının təyin edilməsi ilə bağlı ərizə təqdim edə bilmişdir. Eləcə də, iş materiallarına əlavə olunmuş Sumqayıt RPF-nin 6 saylı poçt şöbəsinin məktubundan görünür ki, Sumqayıt şəhər 6 saylı poçt şöbəsi vasitəsilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sadə məktubla İddiaçı adından göndərilmişdir. Eyni zamanda poçt məktubun üzərində Sumqayıt 6 saylı poçt şöbəsinin təqvim möhrü ilə göndərildiyi xx.xx.2021-ci il tarixi olan zərfin surətinin üzərindəki təqvim möhürü öz əksini tapmışdır və möhürün üzərində Sumqayıt 6 saylı poçt şöbəsi tərəfindən göndərildiyi görünür. Sözügedən zərf də iş materiallarına əlavə olunmuşdur (iş materialları, səh. 149). Göründüyü kimi iddiaçı tərəfindən ona güzəştli şərtlərlə əmək pensiya təyin edilməsi ilə bağlı 01 mart 2021-ci il tarixdə cavabdeh inzibati orqana müraciət edilməsi iş materialları ilə də öz təsdiqini tapmışdır. Kollegiya qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələbinə əsasən iddiaçıya pensiya ödənişləri onun cavabdeh inzibati orqana müraciət tarixindən əvvəlki üç il üçün ödənilməlidir. Sözügedən maddənin tələbinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Ona görə də məhkmə kollegiyası hesab edir ki, iddiaçıya 57 yaşının tamam olduğu 24 fevral 2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilsə də, inzibati orqana müraciət etdiyi 01 mart 2021-ci il tarixdən əvvəlki üç ildən hesablama aparılaraq iddiaçıya pensiya ödənişi həyata keçirilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki cavabdehin apellyasiya şikayəti təmin edilməməli, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. İddiaçının apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 12 fevral 2025-ci il tarixli, 2-1(118)-1209/2025 nömrəli qərarı ləğv edilsin, yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı 57 yaşının tamam olduğu 24 fevral 2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Fililalının üzərinə vəzifə olaraq qoyulsun. (Ödənişlər iddiaçının cavabdeh inzibati orqana müraciətindən – 01 mart 2021-ci il tarixdən əvvəlki 3 il nəzərə alınmaqla ödənilsin) Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.