Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-411/2024 24.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndələri Nümayəndə2, X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı xx.xx.1983-xx.xx.2001-ci il tarixlərdə Bakı X4nda işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, 2-1(118)-2261/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya məxsus şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1957-ci il təvəllüdlüdür.
2. НЗ № ******* seriyalı hərbi biletdən görünür ki, İddiaçı 1976-1978-ci illərdə hərbi xidmətdə olmuşdur.
3. BT№049727 seriyalı diplomun surətindən görünür ki, İddiaçı 1975-1981-ci illərdə Salyan rayon Kənd təsərrüfatı texnikumunda təhsil alımışdır.
4. İddiaçının adına açılmış ИТ № ******* seriyalı əmək kitabçasından görünür ki, o, xx.xx.1978-xx.xx.1980-cı illərdə Xanlar adına südçülük sovxozunda, xx.xx.1980xx.xx.1981-ci illərdə Neftçala rayon Dövlət Damazlıq birliyində, xx.xx.1981-xx.xx.1981-ci illərdə Qaraqaşlı südçülük sovxozunda, xx.xx.1981-xx.xx.1983-cü illərdə Bakı DSP zavodunda, xx.xx.1983-xx.xx.2001-ci illərdə Bakı X4nda işləmişdir.
5. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, ləğv olunmuş Azərbaycan SSR Meşə və X11 Nazirliyinin Bakı Mebel Kombinatlarının arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir.
6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Azərbaycan Respublikasında 1995- 1998-ci illərdə “Dövlət Mülkiyyətinin Özəlləşdirilməsinin Dövlət Proqramı"na uyğun olaraq, keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli 1002 nömrəli sərəncamı ilə “Azərmebelsənaye” Dövlət Konserninin tabeliyində olmuş Bakı X4nın bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti, 996 nömrəli sərəncamı ilə Bakı X7 zavodunun bazasında “X7” Açıq Səhmdar Cəmiyyəti yaradılmış və cəmiyyətlərin səhmlərinin özəlləşdirilməsi tam başa çatdırılmışdır. “Bakı Mebel Hissə" və “X7” Açıq Səhmdar Cəmiyyətləri yaradılan zaman müəssisələrdə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyaları tərəfindən hazırlanmış sənədlərə görə müraciətdə qeyd olunan İddiaçı adı əmək kollektivinin üzvü kimi səhmləri güzəştlə almaq hüququ olan şəxslərin siyahılarında aşkar olunmamışdır. Eyni zamanda Xidmətdə mövcud olan informasiya bazasında müraciətdə qeyd olunan Bakı Mebelyığma Kombinatının nəzdində Təmir Tikinti İdarəsi barədə hər hansı bir məlumat aşkar olunmamışdır.
7. X5 filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Bakı Mebel Sənayesi Kombinatının sənədləri saxlanması və mühafizə edilməsi məqsədilə fond olaraq Abşeron rayon Dövlət Arxivinə təhvil verilməmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1983-xx.xx.2001ci il tarixlərdə Bakı X4nda işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o 1975-ci ildə rayonda orta məktəbi bitirib Salyan rayon X1 daxil olmuş, 1976-1978-ci illərdə Sovet Ordusunda hərbi xidmət keçmiş, ordudan tərxis olunduqdan sonra texnikumun qiyabi şöbəsinə keçmişdir. Sovxozda əmək fəaliyyətinə başlamışdır. İşlədiyi dövrdə 1981-ci ildə texnikumu bitirmişdir. O, "Bakı" qəzetində verilən iş elanına əsasən Bakı Mebelyığma Kombinatına gəlmiş, kadrlar şöbəsinin rəisi X2 qəbulunda olmuş və sənədlərini təqdim etmişdir. O zaman kombinat iki hissəyə ayrılmışdır - X9 və X4. O, xx.xx.1981-ci il tarixdə (ƏMR №117/ok,18,09.09.81) X6 İİ dərəcəli yardımçı fəhlə kimi işə qəbul edilmiş, xx.xx.1983-cü ildə köçürmə yolu ilə Təmir Tikinti İdarəsinə, xx.xx.1983-cü ildə isə Bakı X4na suvaqçı kimi işə qəbul edilmişdir. O, əvvəlcə iş yerindən 1 saylı yataqxanada, sonra ailə qurduğuna görə 3 saylı ailəvi yataqxanada otaqla təmin edilmişdir. Hazırda ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır. O zaman yataqxananın komendantı Qasımov Alış, daha sonra Şahvələdov Əlbəndə təyin edilmişdir. X8, İsmayılov Vidadi, Məcnunov Cavanşir, Məmmədov Qismət, Nəcəfov Tahir, Həsənov Üzeyir, Əliyev Məcnun, Hüseynov isa, Lalayev Şakir, həm də kombinatda iş yoldaşları olmuşlar. O, 6 saylı DOST Mərkəzinə xx.xx.2022-ci il tarixdə 65 yaşı tamam olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə rəsmi qaydada müraciət etmişdir. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu, Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının **********6 nörməli, 29 dekabr 2022-ci il tarixli məktubuna əsasən "yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında" rəsmi cavab verilmişdir. Belə ki, cavabdeh iddiaçının təqdim etdiyi sənədlərə əsasən sığorta stajını 7 il 27 gün hesablamaqla kifayətlənmiş, qalan işlədiyi dövrü sosial sığorta stajına daxil etməmişdir. Halbuki, sığorta stajının müddəti xx.xx.1975ci il tarixdən xx.xx.2001-ci il tarixədək olan bir dövrü əhatə edir ki, bu da 25 ildən artıqdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri
4. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, xx.xx.1957-ci il təvəllüdlü İddiaçı yaşa görə əmək pensiyası üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə (65 yaşa) xx.xx.2022-ci il tarixdə çatmışdır. İddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün isə qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi və 2) azı 25 il sığorta stajına malik olması. İddiaçının mübahisəli olmayan sığorta stajı xx.xx.1975-ci il tarixdən xx.xx.1978-ci il tarixədək təhsil aldığı illər və hərbi xidmətdə olduğu müddət də nəzərə alınmada ümumilikdə 07 il 27 gün təşkil edir. İddiaçının mübahisələndirilən sığorta stajı ümumilikdə 18 il 07 ay 27 gün təşkil edir. İddiaçının xx.xx.1983-cü il tarixdən xx.xx.2001-ci il tarixədək olan dövrlər sosial sığorta stajına daxil edilməmişdir. Belə ki, onun xx.xx.1983cü il tarixdə işə daxil olması və xx.xx.2001-ci il tarixdə işdən azad olması barədə qeydlər kiril qrafikası ilə olan möhürlə təsdiqlənmişdir. Bundan başqa, xx.xx.2001-ci il tarixdə həmin vaxt qüvvədə olmayan Əmək Qanunları Məcəlləsinə istinad edilmişdir. Bu səbəbdən həmin qeydlərin mötəbərliyinə şübhələr yaranmışdır.
5. Sumqayıt İnzibati Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, 2-1(118)-2261/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.2001-ci il tarixədək Bakı X4nda işlədiyi dövrün onun sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. (hakim V.Əzizova).
6. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Apellyasiya şikayətinin dəlilləri
7. Apellyasiya şikayəti iddia ərizəsinə dair etirazda göstərilən eyni dəlillərlə əsaslandırılmışdır.
8. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə kollegiyasının iclasında cavabdehinin nümayəndələri apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdilər.
10. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi, əlavə olaraq bildirdi ki, hal-hazırda yaşadığı mənzili də işlədiyi müəssisədən almışdır.
TƏTBİQ EDİLƏN HÜQUQ
11. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
12. “Əmək pensiyaları haqqında” Qanun: (01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) Maddə 1.0.1. əmək pensiyası- bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.) Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 27.1. Sığortaolunanların 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınaraq Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq sığortaolunanların pensiya hüququ qazandığı tarixədək illər üzrə indeksləşdirilir.
13. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3.1-ci bəndi: Sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndi: 2006-cı il yanvarın 1-dək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: Əmək kitabçası; əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı; Hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi; İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt; sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər.
14. Əmək Məcəlləsi: Maddə 87. 1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
15. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: Maddə 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.
16. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə» Əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
18. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
19. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
20. Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
21. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
23. Belə ki, hazırki mübahisənin predmeti “iddiaçının xx.xx.1983-xx.xx.2001-ci il tarixlərdə Bakı X4nda işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və həmin dövrlər nəzərə alınmaqla onun əmək pensiyasının yenidən hesablanması” barədədir.
24. Cavabdeh imtina məktubunda və apellyasiya şikayətində bildirmişdir ki, iddiaçının xx.xx.1983-cü il tarixdən xx.xx.2001-ci il tarixədək olan dövrlər sosail sığorta stajına daxil edilməmişdir. Belə ki, onun xx.xx.1983-cü il tarixdə işə daxil olması və xx.xx.2001-ci il tarixdə işdən azad olması barədə qeydlər kiril qrafikası ilə olan möhürlə təsdiqlənmişdir. Bundan başqa xx.xx.2001-ci il tarixdə həmin vaxt qüvvədə olmayan Əmək Qanunları Məcəlləsinə istinad edilmişdir. Bu səbəbdən həmin qeydlərin mötəbərliyinə şübhələr yaranmışdır.
25. Kollegiya cavabdehin qeyd edilən dəlillərini əsassız hesab edir.
26. İddiaçının işlədiyi dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçası nəzərdə tutulurdu.
27. Həmçinin, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
28. Habelə, “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.
29. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.
30. Göründüyü kimi, həm iddiaçının işlədiyi dövrdə, həm də hazırda qüvvədə olan qanunvericiliyin tələbinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.
31. Mübahisələndirən dövrlər ərzində də iddiaçının xx.xx.1983-cü il tarixdən xx.xx.2001-ci il tarixədək Bakı X4nda işləməsi haqqında qeydlər əmək kitabçasında göstərilmişdir.
32. Beləliklə, iddiaçıya məxsus əmək kitabçası ilə müəyyən olunur ki, iddiaçı qeyd edilən müəssisədə əmək fəaliyyəti ilə məşğul olmuşdur. Bu səbəbdən iddiaçının pensiya təminatı hüququnun məhdudlaşdırılması yolverilməzdir.
33. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
34. Bununla bağlı, iddiaçı tərəfindən təqdim olunmuş əmək kitabçasının mötəbərliyini şübhə altına alan hər hansı hal məhkəmə icraatı zamanı müəyyən olunmamış, cavabdeh tərəfindən də hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.
35. Nəzərə almaq lazımdır ki, qeyd olunan maddənin tələbləri baxımından əmək kitabçası, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin kitabçada nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir.
36. Bundan başqa, iddiaçının işlədiyi müəssisədən mənzil alması ilə bağlı məhkəmə kollegiyası tərəfindən araşdırma aparılmış, İddiaçı adına Seriya RX 0229287, reyestr nömrəsi **********46-05101-093034, qeydiyyat tarixi xx.xx.2013-cü il, qeydiyyat nömrəsi ********** olan çıxarışın verilməsinə əsas olmuş sənədlərin təsdiq olunmuş surətinin məhkəməyə təqdim edilməsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsindən xahiş olunmuşdur.
37. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli cavab məktubuna əlavə olunmuş xx.xx.1992-ci il tarixli, 01/5 nömrəli yaşayış sahəsinə orderin məzmunu ilə müəyyən olunur ki, Bakı X4nın Təmir İnşaat İdarəsində işləyən İddiaçı həmin müəssisədə işlədiyi müddət üçün 3 nömrəli yataqxanada yaşayış sahəsi ayrılmışdır.
38. Göründüyü kimi, cavabdeh orqanın imtinasının əsası kimi göstərdiyi dəlillər araşdırılmış və müəyyən olunmuşdur ki, cavabdehin imtinası formal dəlillərə əsaslanmışdır.
39. Kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayətində istinad etdiyi hallar iddiaçıya yaşa görə əmək pensiyasının yenidən hesablanmasından imtina üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır
40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, 2-1(118)-2261/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.