Məhkəmə qərarları › İş №2-1(105)-412/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-412/2025

30.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-412/2025 30.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi) Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X7 qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) X2, Cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “baş vermiş sığorta hadisəsi ilə əlaqədar sığorta ödənişinin verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 25 fevral 2025-ci il tarixli, 2-1(118)-322/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ:

1. İddiaçı mərhum əri X3 28 avqust 2002-ci il tarixdən 21 fevral 2020-ci il tarixədək Qobustan rayon polis şöbəsinin post-patrul xidməti tağımının polis nəfəri vəzifəsində xidmət etmişdir.

2. xx.xx.2020-ci il tarixli, AZ-İİ seriyalı, 061846 saylı “Ölüm haqqında şəhadətnamə” yə əsasən X3 21 fevral 2020-ci il tarixdə kəskin ağciyər emboliyası səbəbindən vəfat etmişdir.

3. DİN Daxili Təhqiqatlar İdarəsinin “Xidməti təhqiqatın nəticəsinə dair” xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, iddiaçının ərinin vəfat etməsinin xidməti vəzifələrinin icrası ilə bağlı olması nəzərə alınmışdır.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qobustan rayon notariat ofisi tərəfindən DSMF-yə ünvanlanmış 16 yanvar 2023-cü il tarixli, 02 nömrəli məktubdan görünür ki, iddiaçı X1 vərəsəsidir.

5. İddiaçı ərinin vəfat etməsi ilə bağlı onun ailəsinə sığorta ödənişinin verilməsi üçün əvvəlcə DİN Daxili Təhqiqatlar İdarəsinə müraciət etmiş, həmin orqanın 07 dekabr 2022ci il tarixli, 023-7821-1222 nömrəli məktubu ilə bildirilmişdir ki, polis baş serjantı Q.Ə.Abdullayev xidmətdə olarkən kəskin infarkt keçirməsi səbəbindən Bakı şəhəri 1 saylı X6 vəfat etmişdir. Bununla əlaqədar hazırlanmış rəyin təsdiq edilmiş surəti Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməsi üçün Qobustan Rayon Polis Şöbəsinə göndərilmişdir.

6. Daha sonra iddiaçı eyniməzmunlu ərizə ilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etmiş, həmin orqan da xx.xx.2023-cü il tarixli məktubu ilə müraciətin icrasından imtina edərək bildirmişdir ki, ərizəyə əlavə olunmuş sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən Daxili İşlər Nazirliyinin rəyinin verilməsi tarixi 22 dekabr 2022-ci il tarixinə təsadüf etdiyindən “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında’’ Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 may tarixli, 1340 nömrəli Fərmanında edilmiş dəyişikliyə əsasən vətənbdaşlara sığorta ödənişinin verilməsi DSMF tərəfindən həyata keçirilir. Bu səbəbdən, sığorta ödənişinin alınması üçün aidiyyəti üzrə Fonda müraciət etməyi tövsiyə edilmişdir.

7. İddiaçı əvvəlcə cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı ərinin vəfat etməsi ilə bağlı onun ailəsinə sığorta ödənişinin verilməsi tələbi ilə məhkəmədə iddia qaldırmış, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 2(006)-1412/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

8. Məhkəmə xidməti təhqiqatın nəticəsinə dair xx.xx.2022-ci il tarixli rəyi əsas götürərək, “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 may 2021-ci il tarixli, 1340 nömrəli Fərmanının 2.7-ci və 2.8-ci bəndlərinə istinadən iddia tələbi ilə bağlı sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədin 30 noyabr 2022ci il tarixinə aid olduğunu hesab edərək sığorta ödənişinin verilməsinin "xxxx" ASC tərəfindən deyil, Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilməli olduğu qənaətinə gəlmişdir.

9. Dövlət Sosial Müdafiə Fondu qeyd edilən qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 13 sentyabr 2024-cü il tarixli, 2(103)-5645/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmişdir.

10. Qərardaddan kassasiya şikayəti verilməmiş, Nəsimi Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 2(006)1412/2023 nömrəli qətnaməsi qanuni qüvvəyə minmişdir.

11. Bundan sonra isə iddiaçı ərinin vəfat etməsi ilə bağlı onun ailəsinə sığorta ödənişinin verilməsinə dair ərizə ilə 01 fevral 2023-cü il tarixdə DSMF-yə müraciət etmiş, həmin orqan da 14 mart 2023-cü il tarixli, 3-17-1/2-A-53029/2023 nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, mərhum X1 vəfat etməsi ilə əlaqədar tərtib edilmiş AZ-İİ 061846 nömrəli ölüm haqqında şəhadətnamənin (sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədin) tarixi 13 mart 2020-ci ilə aiddir. “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında’’ Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 may tarixli, 1340 nömrəli Fərmanının 2.7-ci bəndinə əsasən, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin həyata keçirilməsi sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədin tarixi 2021-ci il yanvarın 1-dən əvvələ aid olduğu halda "xxxx" ASC tərəfindən təmin edilir. İcbari sığorta ödənişinin verilməsi ilə bağlı "xxxx" ASC-yə müraciət edilməsi tövsiyə edilmişdir.

12. Qeyd edilən imtina ilə razılaşmayan iddaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həyat yoldaşı X1 21 fevral 2020-ci ildə ölümü ilə baş vermiş sığorta hadisəsi ilə əlaqədar sığorta ödənişinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

İŞ ÜZRƏ QƏBUL OLUNMUŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı mərhum həyat yoldaşının vəfat etməsi ilə bağlı onun ailəsinə sığorta ödənişinin verilməsinə dair ərizə ilə cavabdehə müraciət etmiş, lakin cavabdeh müraciətin icrasından imtina etmişdir. Tərəflər arasında olmuş mübahisə üzrə Nəsimi Rayon Məhkəməsi 11 aprel 2023-cü il tarixli, 2(006)- 1412/2023 nömrəli qətnaməsində cavabdehin sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədin ölüm haqqında şəhadətnamə olması dəlilinə münasibətdə qeyd etmişdir ki, hazırkı iş üzrə sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədin ölüm haqqında şəhadətnamə deyil, məhz sığorta olunanın ölümünün xidməti vəzifələrinin icrası ilə bilavasitə bağlı olması barədə DİN tərəfindən təsdiq edilmiş rəydir.

14. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, qeyd olunanları nəzərə alaraq, mərhum X1 vərəsə və ya vərəsələrinə dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi Fondun səlahiyyətlərinə aid deyildir.

15. İddiaçı tərəf daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının həyat yoldaşı X1 21 fevral 2020-ci ildə ölümü ilə baş vermiş sığorta hadisəsi ilə əlaqədar onun aylıq 705,70 manat olmuş 5 illik əmək haqqı məbləğində sığorta ödənişinin verilməsi vəzifəsinin orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

16. Sumqayıt İnzibati Məhkəməsinin 12 fevral 2025-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

17. Sumqayıt İnzibati Məhkəməsinin 25 fevral 2025-ci il tarixli, 2-1(118)-322/2025 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Könül Həbibova).

18. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, “Dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi Qaydası” nın 4.2.1 və 4.2.2-ci bəndlərinə əsasən sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlərin siyahısında baş vermiş hadisənin sığortaolunanın xidməti vəzifələrinin icrası ilə bağlı olması barədə sənədin (rəy və ya arayışın) təqdim edilməsi qeyd edilməmişdir. Sığortaolunanın həlak olmasına (vəfat etməsinə) görə dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin həyata keçirilməsi üçün sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənəd olaraq sığortaolunanın ölümü haqqında şəhadətnamə müvafiq normativ hüquqi aktla müəyyən edilmişdir. Sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədin tarixi 2021-ci il yanvarın 1-dən əvvələ aid olduğu halda, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişi "xxxx" ASC (Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti) tərəfindən ödənilir. Beləliklə, qanunvericilik normalarının təhlili ilə müəyyən olunur ki, hazırki iş üzrə iddiaya cavab verməli olan orqan Dövlət Sosial Müdafiə Fondu deyildir.

19. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

20. İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, o, Nəsimi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(006)-1412/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsini əsas götürərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə nəzərə almamışdır ki, o, sığorta ödənişinin verilməsi üçün həm sığorta qurumuna, həm də cavabdehə müraciətlər etmiş, ondan sonra da cavabdehə qarşı iddialar qaldırmışdır. Məhkəmənin gəldiyi nəticədən belə görünür ki, ona sığorta ödənişi verilməməlidir. Belə ki, məhkəmənin sığorta ödənişinin cavabdeh tərəfindən ödənilməsi barədə qanuni qüvvəyə minmiş qətnaməsi var, digər məhkəmənin isə cavabdehin sığorta ödənişinin verilməsində subyekt olmaması barədə qərardadı mövcuddur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

21. Cavabdeh apellyasiya şikayətinə etirazı imtina məktubu və iddia tələbinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, iddiaçının apellyasiya şikayətində hazırkı iddiaya cavab verməli olan orqanın DSMF olmasına dair Nəsimi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(006)-1412/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi olduğuna dair dəlilinə münasibətdə qeyd edirlər ki, məhkəmə sözügedən qətnaməni qəbul edərkən məhkəmə araşdırmasının tam, hərtərəfli, obyektiv aparılmasını təmin etməmiş, iş üzrə kifayət qədər araşdırma aparmamışdır. Belə ki, hüquq və maraqlarına birbaşa toxunsa da, qeyd olunan məhkəmə iclasında DSMF-nin iştirakı təmin edilməmiş, dolayısıyla Fond məhkəmə prosesində dinlənilmə hüququnu realizə edə bilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir.

23. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdir.

24. Üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü madəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ:

25 “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

28. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ:

30. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

31. Belə ki, birinci instansiya məhkəməsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun hazırkı iddiaya cavab verməli olan orqan olmaması əsası ilə iddianı mümkün hesab etməmişdir.

32. Məhkəmə kollegiyası işə baxan məhkəmənin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, inzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir.

33. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 nömrəli qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-nin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

34. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

35. Yuxarıda istinad edilən normaların təhlili belə nəticəyə gəlməyə əsas verir ki, yalnız İPM ilə müəyyən edilmiş qayda və şərtlərə uyğun verilmiş iddianın inzibati məhkəmə icraatı mümkündür.

36. Hazırki işin hallarından görünür ki, iddiaçının tələbi onun daxili işlər orqanlarında xidmət etmiş ərinin vəfat etməsi ilə bağlı ona sığorta ödənişinin verilməsi barədədir.

37. Qeyd olunan hüquq münasibətləri aşağıda sadalanan qanunvericilik normaları ilə tənzimlənir.

38. “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunun: - 2.1.6-ci maddəsinə uyğun olaraq sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişinin ödənilməsi üçün əsas olan Qanunun 5-ci maddəsi ilə müəyyən edilən hal hesab edilir. - 2.1.9-cu maddəsinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə sığorta ödənişi almaq hüququ olan şəxsə sığortaçı tərəfindən ödənilən birdəfəlik pul vəsaitidir. - 5-ci maddəsinə əsasən sığortaolunanların xidməti vəzifələrinin icrası ilə bağlı həlak olması (vəfat etməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması və (və ya) əlilliyin müəyyən edilməsi sığorta hadisələri hesab edilir.

39. “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında’’ Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 may tarixli, 1340 nömrəli Fərmanının: - 2.7-ci bəndinə əsasən sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2021-ci il yanvarın 1-dən əvvələ aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilir; - 2.8-ci bəndinə əsasən sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2020-ci il dekabrın 31-dən sonraya aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin (Şirkət tərəfindən 2022-ci il yanvarın 1-dək həyata keçirilmiş sığorta ödənişləri istisna olmaqla) həyata keçirilməsini 2022-ci il yanvarın 1-dən etibarən dövlət icbari şəxsi sığortası üzrə Fondda formalaşan sığorta vəsaiti hesabına Fond təmin edir. - 2.7-ci bəndin xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən 2022ci il yanvarın 1-dək sığortaolunanlara sığorta ödənişlərinin verilməsini Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti həyata keçirir.

40. Qeyd olunan normaların qarşılıqlı təhlilindən müəyyən edilir ki, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişini həyata keçirən orqanın hansı olması sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədin tarixindən asılıdır. Bu sənədin tarixi 2021-ci il yanvarın 1-dən əvvələ aid olduğu halda, qeyd olunan ödənişi "xxxx" ASC, həmin tarixdən sonraya aid olduğu halda isə DSMF həyata keçirir. 2022-ci il yanvarın 1-dək isə qeyd olunan ödənişləri Sığorta Kommersiya Şirkəti həyata keçirirdi.

41. Hazırkı qərardadın 6–11-ci bəndlərində işin qeyd olunan hallarından göründüyü kimi iddiaçı qeyd olunan məsələ ilə bağlı həm Şirkətə, həm də DSMF-yə müraciətlər etmiş, lakin, sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədlə bağlı inzibati orqanlar arasında fikir ayrılığı olduğundan, həmin orqanların heç biri özlərini müraciətə cavab verməli olan orqan hesab etməmişlər.

42. Bu baxımdan, hazırkı mübahisə üzrə də dəqiqləşdirilməli olan məsələ sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədin özünün hansı sənəd olması məsələsidir.

43. Bununla bağlı kollegiya qeyd edir ki, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 5-ci maddəsindən göründüyü kimi sığortaolunanların xidməti vəzifələrinin icrası ilə bağlı həlak olması (vəfat etməsi) sığorta hadisəsi hesab edilir.

44. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 20 fevral tarixli, 56 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi Qaydası” nın 4.2-ci bəndinə əsasən hadisə sığortaolunanın ölümünə ..... səbəb olduqda aşağıdakı məlumatlar (o cümlədən müraciət edən şəxsin əks-əlaqə vasitələri qeyd edilməklə) və sığorta ödənişi almaq hüququ olan şəxs tərəfindən təqdim edilən ərizə notarius tərəfindən elektron qaydada təsdiq edilərək MEİS-in “Dövlət icbari şəxsi sığorta” altsisteminə ötürülür: 4.2.1. sığortaolunanın ölümü haqqında şəhadətnamənin surəti; 4.2.2. vərəsəlik hüququ haqqında şəhadətnamə; 4.2.3. sığortaolunanın ölmüş elan edilməsi və ya xəbərsiz itkin düşməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi.

45. Normaların tələbindən göründüyü kimi həlak olma (ölüm) halında sığorta hadisəsini təsdiq edən sənəd məhz ölüm haqqında şəhadətnamədir ki, hazırkı iş üzrə iddiaçının ərinin “Ölüm haqqında şəhadətnamə”sinin tarixi xx.xx.2020-ci il (2021-ci il yanvarın 1-dən əvvələ aid) olduğundan, Fərmanın 2.7 və 2.8-ci bəndinin tələblərinə görə iddiaya cavab verməli olan orqan DSMF deyil, "xxxx" ASC-dir.

46. Beləliklə, qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir.

47. İddiaçıya hazırkı qərardadda qeyd edilən hüquqi mövqeyi nəzərə almaqla Nəsimi Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 2(006)-1412/2023 nömrəli qətnaməsindən apelyasiya şikayəti və şikayət vermə müddətinin bərpasına dair ərizə vermək hüquqları izah edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilmir. Sumqayıt İnzibati Məhkəməsinin 25 fevral 2025-ci il tarixli, 2-1(118)-322/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar