Məhkəmə qərarları › İş №2-1(105)-413/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-413/2020

18.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-413/2020 18.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası, Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Fuad Əli oğlu Məmmədov və X1 ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı erməni birləşmələrinə qarşı döyüş əməliyyatlarında iştrak etdiyinə görə, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-560/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək “ona N saylı hərbi hissənin tərkibində xx.xx.N3xx.xx.N3-cü il tarixlərdə Ağdərə uğrunda gedən döyüşlərdə iştirakı faktının müəyyən edilməsi və ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək erməni birləşmələrinə qarşı döyüş əməliyyatlarında iştrak etdiyinə görə, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,iddiaçı xx.xx.1974-cü ildə Siyəzən rayonu, Qalaaltı kəndində anadan olmuş, N N-li hərbi hissə komandirinin xx.xx.N2-ci il əmri ilə şəxsi heyətin siyahısına daxil edilmiş və xx.xx.N3–cü il tarixdə N N-li hərbi hissə komandirinin əmrilə Ağdərə rayonuna döyüş tapşırığını yerinə yetirmək üçün ezamiyyətə göndərilmişdir. xx.xx.N3–cü il tarixə kimi orada döyüş əməliyyatlarında iştirak etmiş, sonradan xidmətini davam etdirmək üçün N saylı hərbi hissəyə göndərilmiş, xx.xx.N3-cü il tarixli, N N-li əmrilə həmin hərbi hissədə atıcı vəzifəsinə təyin edilmiş, xx.xx.N4-cü il tarixdə N saylı hərbi hissənin şəxsi heyət siyahısına daxil olunmuşdur. Sonradan xx.xx.N4-cü il tarixdə N saylı hərbi hissəyə göndərilmiş, xx.xx.N5-ci il tarixdə isə N saylı hərbi hissəyə göndərilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.N6-cı il tarixli müvafiq əmrinə əsasən ehtiyata tərxis olunduğu üçün N saylı hərbi hissə komandirinin xx.xx.N6–cı il tarixli, 166 saylı nizami hissə üzrə əmrilə şəxsi heyət siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Dəvəçi RHK-na göndərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinin 9/2–21130 saylı, xx.xx.2018-ci il tarixli arxiv arayışında onun N N-li hərbi hissə komandirinin xx.xx.N3–cü il tarixli, 51 N-li nizami hissə üzrə əmrilə (əsas: səh. 83, &3, sira 47) Ağdərə rayonuna döyüş tapşırığını yerinə yetirmək üçün ezamiyyətə göndərilməsi qeyd olunub. Lakin həmin hissəni özbaşına tərk etdiyi üçün xx.xx.N3–cü il tarixli,141 N-li nizami hissə üzrə əmrilə şəxsi heyət siyahısından və bütün növ təminatlardan çıxarılması qeyd olunub. Bu həqiqəti əks etdirmir. Belə ki, bu dövrdə hərbi hissə dağılmışdı, əksəriyyət bunu bilir, ona görə də onun hərbi hissəni özbaşına tərk etməyi absurd bir fikirdir. O həmin dövrdə evə çıxıb gəlməmiş, başqa bir yerə getməmiş, həmin hərbi hissənin ərazisində olmuş, sonradan xidmətini N N-li hərbi hissədə davam etdirmiş və Müdafiə Nazirinin xx.xx.N6-cı il tarixli əmrilə ehtiyata buraxılmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-560/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə vəzifə olaraq qoyulmuşdur. (hakim C.Məmmədov.) Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx N5-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnamənin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci ilin fevralın 1-dən N4-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində-Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla) keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan(Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu .Barxudarlı, Yuxarı Oskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığınının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı təsdiq edən başqa sənədlər əsasında verilir. Göründüyü kimi, inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətinin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil, imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə qeyd edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasıdır. Şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir. 1. Şəxsin xidmət keçməsi. Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. 2. Bunun müvafiq sənədlərdə əks edilməsi. Bu zaman zəruri sənədlər məfhumuna AR Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. Apelyasiya şikayətinin faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, iş materiallarında olan Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx xxx 2018-ci il tarixli arayışında iddiaçının hərbi hissəni özbaşına tərk etdiyi üçün N nömrəli hərbi hissə komandirinin xx xxxx N3-cü il tarixli əmri ilə qazan təminatından çıxarıldığı qeyd edilmişdir. Bununla da iddiaçının N nömrəli hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmaması, hərbi hissəni özbaşına tərk etdiyi üçün qazan təminatından çıxarılması qüvvədə olan qanunvericiliyin tələbinə görə iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsini istisna etmiş olur. Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiya məhz bu əsasla iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsi verilməsindən imtina etmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-560/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və arayışlarla və hərbi bileti ilə iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirakının öz təsdiqini tapmasına, həmçinin İddiaçı barəsində Polis şöbəsində təqsirləndirici material olmamasına əsaslanmışdır. Məhkəmə kollegiyası mübahisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin birinci hissəsinin birinci və üçüncü abzaslarının müddəalarına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5-ci il, 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1 -ci bəndinə əsasən "Müharibə veteranı” adı aşağıdakı qaydada verilir:...Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən N4-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə vəya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Əsasnaməyə uyğun olaraq müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi və bunun müvafiq sənədlərdə əks edilməsidir. HЗ № ******* saylı hərbi biletin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissəyə qanuni əsaslarla ezamiyyətə göndərilmiş və N nömrəli hərbi hərbi hissədən qanuni əsaslarla hərbi xidmətdən tərxis olunub. Həmçinin iddiaçıya aid Qeydiyyat kartasının təsdiqlənmiş surətində də həmin məlumatlar öz təsdiqini tapır. İş materiallarına xx.xx.2018-ci il tarixli Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli arayışları əlavə edilmişdir. xx.xx.2018-ci il tarixli arayışdan görünür ki, iddiaçı N nömrəli Hərbi Hissə komandirinin xx.xx.N2-ci il tarixli 21B №li nizami hissə üzrə əmrilə (əsas səh 67, sıra 15) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmiş,... Müdafiə nazirinin xx.xx.N6-cı il tarixli müvafiq əmrinə əsasənehtiyata tərxis olunduğu üçün əsgər İddiaçı N №li hərbi hissə komandirinin xx.xx.N6-cı il tarixli 166 №-li nizami hissə üzrə əmrilə (əsas paraqraf 2, sıra 8) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Dəvəçi RHK-na göndərilmişdir. Azərbaycan Respublikası SHXÇDX Siyəzən Rayon Bölməsinin xx.xx.2018-ci il tarixli, 127 saylı arayışından da görünür ki, iddiaçı həqiqətən xx.xx.N2-ci il tarixdən xx.xx.N6-cı il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası SHXÇDX Siyəzən Rayon Bölməsi tərəfindən təqdim olunmuş iddiaçının uçot kartasının təsdiqlənmiş surətindən görünür ki, iddiaçı həqiqətən xx.xx.N2-ci il tarixdən xx.xx.N6-cı il tarixədək 239, 422, 464, 466, N saylı hərbi hissələrdə həqiqi hərbi xidmətdə olmuşdur. Uçot kartasında iddiaçının N saylı hərbi hissə tərkibində Ağdərə və Fizuli rayonlarında gedən hərbi əməliyyatlarda iştirak etməsi də qeyd olunmuşdur. Beləliklə kollegiya qeyd edir ki, iddiaçının qanunun tələb etdiyi dövrlərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakı yuxarıda istinad olunan hərbi bilet və arayışlarla təsdiqlənir. Cavabdeh inzibati orqanın apelyasiya şikayətində istinad etdiyi digər dəlil Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx xxx 2018-ci il tarixli arayışında iddiaçının hərbi hissəni özbaşına tərk etdiyi üçün N nömrəli hərbi hissə komandirinin xx xxxx N3-cü il tarixli əmri ilə qazan təminatından çıxarılması, bunun isə qüvvədə olan qanunvericiliyin tələbinə görə iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsini istisna etmiş olmasıdır. “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin Qeyd hissəsində göstərilmişdir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Məhkəmə sorğusuna əsasən iş materiallarına əlavə edilmiş Siyəzən rayon polis şöbəsi tərəfindən verilən xx.xx.2020-ci il tarixli, 183-1334-1220 nömrəli cavab məktubundan görünür ki, İddiaçı barəsində Rayon Polis şöbəsində təqsirləndirici material yoxdur. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iddia əsaslı iddia olmaqla təkzibolunmaz sübutlara əsaslanır, cavabdehin istinad etdiyi dəlillər isə məhkəmə araşdırması zamanı təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-560/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-560/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Məmmədov Hakimlər Fuad Məmmədov Məhəmmədəli Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar